Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə28/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   31

 

Günev  Atalı: Onda  sözü  verək  Soylu  Atalıya,  bütün  bu  suallara 

cavab  versin.  Çünkü  mən  şəxsən  bu  deyilənləri  qəbul  eləmədim. 

Məgər  Dünya  elə  o  böyük  kişilərin  çiynində  bu  günə  gəlib  çıxma-

yıbmı? 


 

Soylu  Atalı (Ataya səcdə ilə sözünə başladı  – T.A): Ocağın Ailə 

Günü törənində onun prinsiplərinə uyğun söz deməzdən öncə Bayra-

ğımızı öpürəm və Ataya səcdə qılıram. 

Mən  söhbətimi  sizləri  rahatsız  eləyən  bu  qonudan  başlayacam. 

Yəni Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı verməzdən öncə. 

Bu gün bu xalqın, toplumun ağrısını, acısını məndən çox içdən duyan 

adam  ağlıma  gəlmir.  Bunu  xahiş  eləyirəm  təvazökarlıqdan  uzaq 

olmaq  kimi  qəbul  eləməyin.  Mən  bunu  sizə  səmimiyyətlə  deyirəm. 

Mən bunu yaşayıram. 

Doğrudan da, bir var toplumun günü, gedişi, bir də var toplumun 

həyatını nizama gətirəcək qlobal qonular. Hər birimizi qayğılandıran 

məsələlər  toplumun  bu  gün  necə  yaşamasıdır.  Bizim  gözümüzün 

qabağında  toplum  elə  bir  səfalət  içində  yaşayır  ki,  gedib  ona  desən 

sənin  Aisf  Ata  kimi  böyük  şəxsiyyətin  var,  deyəcək  əşi,  nəyimə 

gərək  Asif  Ata.  Məgər  mən  bu  fikirlərə  qulaq  asanda  kartof 

yeyirəm?! 

Ancaq Günev qardaşımızın sizə dediyi nədir? O deyir ki, bu gün 

biz,  bir  var  toplum  olaraq  çabalarımız,  bir  var  o  toplumun  içindən 

ayrı-ayrı  ağlı  kəsənlərimizin,  düşünərlərimizin  mövqeyi.  Günev  hə-

min ağlı kəsənlərin mövqeyindən danışır. Siz toplumun durumundan 

çıxış eləyirsiniz. Belə baxanda hər iki hal doğru haldır. Ancaq Günev 

bu toplumun içində yaranan halların nədənindən çıxış eləyir. Bu bir. 

İkinci, dərdli deyingən olur deyirlər. Hamımız deyinirik. Hesab elə-

məyin ki, mənim Soylu olaraq bir əlim yağın içindədir, bir əlim balın 

içində.  Biz  də  həmin  aqibəti  yaşayırıq.  Həmin  yoxsulluğun,  çatış-


 

417 


mazlıqların  içindəyik.  Ancaq  biz,  bu  xalqın  bireyləri  olaraq,  ayrı-

ayrılıqda hər birimiz sadəcə gileylənirik. Gileyimizin məntiqi, məz-

munu  haqlıdır.  Üslubu  haqlıdırmı?  Üslubu  haqlı  deyil.  Niyə?  Ona 

görə ki, nə qədər gileylənirsən gileylən, deyək ki, Ziya Məmmədov 

cibindən 100 dollar çıxarıb sənə verməyəcək. Nə qədər gileylənirsən 

gileylən,  gileylənənin  hamısı  bir  araya  gəlib  Ziya  Məmmədovun 

yığdığını əlindən almayacaq. Niyə eləyə bilməyəcək? Çünkü hərənin 

içində bir hava çalınır. Tutaq ki, mən burda olan adamların qarşısına 

çıxıram  ki,  gəlin  mən  etiraz  eləyim,  siz  də  mənə  kömək  eləyin.  Bu 

adamlar mənim çağırışıma gələ bilər. Ancaq inzibati strukturlar apa-

racaqlar  məni  bir  otağa,  cibimə  beş  min  dollar  qoyub  deyəcəklər, 

sakit get işinlə məşğul ol. Sizə ordaca xəyanət eləyib çıxacam. Asif 

Atanın  Ocağının  dərdi  nədir  bəs?  Dərdi  odur  ki,  satmayan,  xəyanət 

eləməyən  şəxsiyyətləri  yaratmaq  gərəkdir.  Sən  nə  eləyirsən  elə,  bu 

gün bu durumu yaradıblar. Bundan sonra da yaradacaqlar. Etiraz elə-

mək  gərəkdir,  demirəm  etiraz  eləməyin.  Kim  necə  bacarırsa,  etiraz 

eləsin. Söhbət ondan gedir ki, bizi bu duruma salıblar. Biz son anda 

ayılmışıq ki, bizi qarışqa kimi basıb əzirlər. Asif Ata da Ocağını 37 il 

bundan  öncə  başlayıb.  Deyir,  nə  eləyirsən  elə,  hara  gedirsən  get, 

insan  dəyişməyincə  heç  nə  dəyişməyəcək.  İnsanın  dəyişməsi  də 

özündən asılıdır. Sən də fikirləşirsən ki, acından ölürəm, pulum yox, 

param  yox,  işim  yox.  Oturub  özüylədöyüş  haqda  fikirləşim,  görüm 

mənim əyrim hardadır, düzüm hardadır.  

 

 



 

 

418 


Təbii  ki,  kütlə  getməyəcək  buna.  Xalqın  içində  barmaq  sayda 

adamlar  buna  gedir.  Gedir  ki,  o  nizamı,  o  ahəngi  yaratsın.  Kütlə 

həmişə idarə olunur. Dünyanın o başından tutmuş bu başına kimi hər 

yerdə idarə olunur. 

Bir var bir yerdə yaşamaq, biri var bir tərzdə yaşamaq. Bir tərzdə 

biz səfalət içində də yaşaya bilərik, mənəviyyat üstə də. Biz səfalət 

içində  bu  tərzdə  yaşayırıq.  Bizə  bunu  veriblər.  Bir  var  bizə  səfalət 

tərzini verənlər, bir var mənəviyyat tərzini verənlər. Biz mənəviyyat 

tərzini  götürmürük.  Götürmədiyimiz  üçün  səfalət  tərzini  asanlıqla 

verirlər bizə. Söhbət bu gündən getmir ha. 500 ildir. Adını çəkdiyiniz 

böyük  dühalar  bizə  mənəviyyat  tərzini  verirlər.  Bu  cür  ol  deyirlər. 

Sən bu cür olanda, yəni mənəviyyat üstə yaşayanda, xalqa sahib çı-

xacaqsan. Sən bu cür olanda səni əzmək asan olmayacaq. Teymurun, 

bütöv  ordusuyla  bir  yerdə,  gözünün  içinə  baxıb  deyəcəksən  ki,  sən 

qan içənsən. Ancaq bu gün bizim küncdə, bucaqda, sosial şəbəkədə 

olanlar bağırırlar: hakimiyət rüşvətxordur, filandır. Qulağımızda cin-

gildəyir  bu  söz.  Ancaq  o  rüşvətxor  deyənlərin  çoxu,  siz  gözəl  bilir-

siniz,  xalqın  adından  danışanların  çoxu,  həmin  rüşvətxor  korrup-

sionerin qucağında oturub. Bizim adımızdan danışırlar. 

 

Gülnarə xanım: Üzr istəyirəm, müdaxilə elədiyim üçün. Tutalım 

mən istəyirəm bir şey eləyim, eləyə bilmirəm.  İmkan vermirlər. Bu 

ölkədə heç nə azad deyil. 

 

Soylu Atalı: Bu söz mənim üçün elə də aydın olmadı. 

 

Gülnarə xanım: Yəni siz deyirsiniz onların milyonları var. Düz-

dür,  xəyanətkarlar  da  var.  Ancaq  elələri  gözdən  salınıbdır.  Yaxşı 

insanlar da var. 

 

Elçin Həsənov: Çox üzr istəyirəm. Onu heç kim bilmir. Bir epi-

zod demək istəyirəm. Bir adam var idi. Keçmiş MTN işçisi idi. İndi 

politoloqdur. Çox vicdanlı bir adam idi. Dedi, səfirlikdən mənə zəng 

elədilər,  bir  layihə  verdilər.  Birinci  dəfə  az  miqdarda  pul  verdilər. 

Mən də başladım ətrafıma adamlar yığmağa. Deyir, ikinci dəfə məni 

çağırdılar.  Külli  miqdarda  pul  verdilər,  şərtlərini  də  dedilər.  Ancaq 

şərtləri  oxuyanda  gördüm  ki,  ətrafımdakıların  hamısı  içəri  gedəcək. 


 

419 


Əslində bu xanım gəncdi, çox şeyləri görməyib. Mənə elə gəlir, onu 

demək istəyirdi. 

 

Soylu Atalı: Bu xalqın içində yaxşı adamlar var. Ancaq bu yaxşı 

adamların ağzının kəsəri yoxdur. Sizin dediyinizin əleyhinə deyiləm. 

Təmiz  adamların  hər  birinə  sayğı  duyuram.  O  təmiz  adamların  heç 

bir  etkisi  yoxdur.  Niyə?  Sözünün,  ağlının  kəsəri  yoxdur.  Təfəkkür 

adamı deyil. Mənəviyyat deyəndə təkcə arı, duru adam olsun demi-

rəm. Təfəkkür adamını yenmək olmur. Təfəkkür adamları bir araya 

gələndə  onda  onlar  alınmaz  qalaya  çevrilir.  Onlar  10  ilin,  20  ilin 

içində o qalaya bütöv xalqı yerləşdirə bilirlər. Bu gün bir nəfər durub 

bəzəkli danışsın. Söhbət ondan getmir. 

O bəzəkli danışanın içində axtarıram, hədəf tapmıram. Nə hədəf, 

nə də başı-ayağı bilinən yol tapmıram. Sadəcə bizim yaşadığımız so-

runları  sadalaya  bilir.  O  olaylar  o  qədərdir  ki,  onu  da  bilənlər  o 

qədərdir  ki.  Söhbət  ondan  getmir  ki,  bu  olayları  bil  və  sadala. 

İnsanların  düşdüyü  sorunu  ona  göstər  ki,  sənin  qabın  boşdur,  bunu 

göstərmək asandır.  

Onu  doldurmaq  gərəkdir  axı.  Söhbət,  mənə  çatışmazlığı  sadala-

maqdan getmir. Söhbət mənə yol göstərməkdən gedir. Sən necə lider 

ola bilərsən, necə şəxsiyyət ola bilərsən? Nə qədər bəzəkli danışırsan 

danış,  sən  xalqı  apara  bilməyəcəksən.  Səni  vurub  sıradan 

çıxaracaqlar. 

Bir  dəfə  Asif  Ataya,  Xalq  Cəbhəsi  hakimiyətə  gələn  vaxtlar, 

ondan  müsahibə  götürüb  sual  vermişdilər  ki:  Asif  Ata  siz  çıxışları-

nızın birində demişdiniz ki, bu durumda Azərbaycan kimi bir dövlət 

üçün çox yetkin, Atatürk səviyyəli siyasi xadim gərəkdir. Siz bunun-

la  Heydər  Əliyevi  nəzərdə  tutmursunuz  ki?  Asif  Ata  onda  kəskin 

cavab  vermişdi:  mən  Azərbaycana  gərək  olan  yetkin  siyasi  xadim 

deyəndə  imperiya  qazanının  qaynatdığı  Heydər  Əiyevşinanı 

demirəm. 

Baxın, bu gün Heydər Əliyevi çoxları dərin siyasətçi sayırlar. Lap 

bir cəhətdən güclü ola bilər. Bunun gücü nəyə qulluq eləyir?! 

Asif  Ata  deyirdi  ki,  xalqın  gələcəkli  olması  üçün,  özünə  bənzə-

məsi  üçün,  dövlətçiliyini bərqərar  eləməsi  üçün  ona Ruhsal  dirçəliş 

gərəkdir. Sonra da deyir, ancaq bu çox uzun illər tələb eləyir. Eyni 

halda xalqın çağdaş durumunu tənzimləmək üçün, taktik gedişlərini 

nizamlamaq üçün Azərbaycanda Uluyurd Hərəkatı adlanan siyasi bir 


 

420 


qüvvə  formalaşmalıdır.  Uluyurd  Hərəkatı  bütöv  Azərbaycanı  içinə 

alan siyasi hərəkatdır. Sizə asan gəlməsin. Uluyurd Hərəkatını yarat-

maq üçün, onun başına gəlmək üçün sən öz üzərində nə qədər işlə-

məlisən.  Onu  eləmirsinizsə,  gəlin  nə  qədər  istəyirsiniz  gileylənək. 

Uluyurd  Hərəkatının  öndəri  olmaq  üçün  hesab  eləyirəm  ki,  heç 

olmasa ən azı 10 il, bəlkə də 20 il şəxsiyyət öz üzərində işləməlidir. 

Bayaq tədbirin öncəsində bir şey dedim ki, mübarizə aparan hər bir 

azərbaycanlı öz xalqının, vətəninin tarixini ümumiləşmiş şəkildə bil-

məlidir.  Bilməyəcəksə,  öz  üzərində  işləməyəcəksə,  onun  arxasınca 

gedə bilməyəcəyik. 90-cı ildən üzü bu yana 25 il kecib. Onların için-

də  ən  yaxşısı,  yoxsulu,  təmizi  Əbülfəz  Elçibəy  deyildi?  Əbülfəz 

Elçibəy vermədi Heydər Əliyevə hakimiyəti? Bu gün gileylendiyiniz 

durumu onlar yaratmadımı?! 

 

Gülnarə xanım: Çünkü siyasi savadı güclü olmadı. 

 

Elçin  Həsənov:  O  özü  seçiləndə  haramçılıqla  seçildi.  Bunların 

kökündə bir az problemləri var. 



 

Soylu Atalı: Siyasətin bəzi çalarları var. Bizim dərdimiz də odur 

ki, Asif Atanın dediyi səviyyədə olmasa belə, heç olmasa  müəyyən 

bir nizamda sağlam şəxsiyyət olmalıdır. Siyasətin içinə girmək var. 

Siyasətin başı-ayağı bilinmir axı. Siyasətdə xəyanət də var. Siyasətdə 

alıb-aldatma  var.  Alıb,  aldatma  məsələsini  xalqına  tətbiq  eləməyən 

oğul  gərəkdir.  Dış  qüvvələrlə  alıb-aldatma  məsələsini  işlət,  xalqına 

qarşı  yox.  Elə  şəxsiyyəti  yetişdirmək  gərəkdir.  Gedib  Ermənistanın 

içindən çağırmayacağıq ki, Robert, gəl bizə rəhbərlik elə. Bu xalqın 

içindən olmalıdır. O da varmı? Yoxdur. Biz də deyirik yetişməlidir. 

Necə yetişməlidir? Onun üslubunu Ocaq deyir. 

Kimlərəsə  asan  görünə  bilər,  həm  zəngin  imarətin  olacaq,  evin-

eşiyin olacaq, yaxşı yeyib içəcəksən, həm də gəlib xalqa lider olacaq-

san.  Boş  söhbətdir.  Özündən  keçən,  ağrıyla,  acıyla  yaşayan  insan 

yetişməlidir.  Kimin  içindən?  Xalqın  balalarının  içindən,  gəncliyin 

içindən.  Bəzən  bir şəxsiyyətin  yetişməsi  üçün  50  il  vaxt  gərək  olur. 

15 yaşından başlayır sonda görürsən böyük liderə çevrilir. Ancaq biz 

demirik ki, 50 il gözlə. 5 ilə apar işi. Ancaq apar. Bilim ki, doğrudan 

da, sən bu işi görürsən, bu yolu keçirsən. Yoxsa mənası yoxdur. Eti-

raz eləyən insanların hamısını yığın soruşun. Nə istəyirsən? Deyəcək, 


 

421 


un bahalaşdı, çuğundur yoxa çıxdı. Düz deyir. Ancaq bu dərdin həlli 

deyil.  Günevin  bayaqdan  izah  eləmək  istədiyi  məqam  budur  ki, 

dərdin  həlli  gərəkdir,  onu  sadalamaq  yox.  Sadalayın,  heç  kimin 

ağzından  vurmuruq.  Ancaq  bu  sənin  çıxış  yolun  deyil.  Tərsinə. 

Mənim “Mitinq tələsi” adında bir yazım  var. Yeri gələndə mitinqin 

əleyhinə deyiləm. Nə vaxt əleyhinə deyiləm? O vaxt ki, xalq yetkin 

səviyyədə  ayağa  durur  sözünü  deməyə.  Onun  əleyhinə  deyiləm. 

Ancaq  bu  cür  yetkin  olmayan  xalq,  dağılmış-filan,  sadəcə  1  kilo 

qəndini, 1 kisə ununu ala bilmir, gedib hiddətini boşaltmaq istəyir. O 

da küçədə hiddətini boşaldır, başına da bir-iki dubinkanı alır. Gedir 

inildəyə-inildəyə  yaşamağa.  Ya  intihar  eləyəcək,  ya  elə  yaşayacaq. 

Ona  görə  ağrıları,  acıları  anlayırıq,  fəlakətləri  bilirik.  Ancaq  hesab 

eləyirik  ki,  insanlarımız  bir  araya  gələndə,  ayağa  duranda  onlar 

özünün  mənəviyyatıyla,  təfəkkürü  ilə  ciddi  məşğul  olsun.  Hökm 

deyil  burdakı  insanlar  lider  olacaq.  Ancaq  sənin  təfəkkürün  elə 

yetişər ki, xalq imdad eləyib çığır-bağır salanda, onun ağlını, düşün-

cəsini böyüdərsən. Gücümüz bir araya gələr. Əks halda, xalqı sadəcə 

olaraq, unun bahalaşması bir arada tutub saxlaya bilməyəcək. Bunu 

dərk  eləməyimiz  gərək.  Bu  xalqı  dəyər  bir  araya  gətirməlidir,  içi 

böyüməlidir,  düşüncəsi  böyüməlidir.  Kütləvi  olmasa  da,  onu  yönəl-

dən insanların içi böyüməlidir. Bunun üzərində vurğu eləmək gərək-

dir daim. Damcı kimi qayanın üstünə davamlı düşmək gərəkdir. Biz 

damcıyıq. Ancaq gərək davamlı düşəsən. Bir dəfə tutalım ki, oturduq 

burda söhbət elədik. Hə, nə yaxşı söhbət gedir. Getdi hərə öz işinin 

dalınca. Mən getmirəm. Heç kimdən də mənim kimi eləməyi ummu-

ram.  Özü  bilər.  Ancaq  mən  burda  sözümü  deyib,  burdan  da  gedib 

başqa işlə məşğul olmuram. Yenə də bu işlə məşğul oluram. İnsan-

larla görüşümdə də bunu deyirəm. Bayaq sizə başlanğıcda bir vurğu 

elədim  ki,  hərənin  içi  bir  tərəfə  axır.  İçin  birliyi  yoxdur.  İçəridə 

hamımızı bağlamalı olan bir dəyər hamımıza hakim deyil. Görürsü-

nüzmü necə siyasi poliqona çevrilmişik. Gəncləri gəlin yığaq, söhbət 

eləyək. Hərəsi bir baxış daşıyır. Heç birinin fikri böyük məsələdə bir 

araya gəlmir. Bu gün Azərbaycana münasibət balıq, ördək, xərçəng 

nağılıdır. Bizim həyat tərzimiz, sistemimiz, xalqa yanaşmağımız, də-

yərə  yanaşmağımız,  gələcəyə  yanaşmağımız.  Heç  nə  sıfır  nöqtə-

sindən  tərpənmir.  Söhbət  ondan  gedir.  Onun  peşindəyik.  Ona  görə 

hər  kəs  içinə  əl  qatmalıdır.  Mənim  içimdə  mənə  hakim  olan  nədir? 

Birinizə hakim olan liberalizmdır. Birinizə hakim olan Batı demokra-



 

422 


tiyası, birinizə hakim olan İrançılıq, birinizə hakim olan rus sevgisi, 

birinizə hakim olan Ərdoğan sevgisi. 

Ramiz  Rövşəndən  misal  dediniz,  çox  böyük  səhv  eləyib  o  fikri 

deyib.  Sən  aydınsan,  vətən  yaratmalısan,  vətəni  sevməyi  öyrətməli-

sən. Durub bədii ifadə oynatmalı deyilsən ki, səni sevmək üçün bir 

şey qalmayıb. Nə vaxt qulluq elədin, nəyinlə qulluq elədin? Hər kəs 

özünü göstərir, öz şöhrətini göstərir. Mən görün nə yaxşı ağlayıram. 

Sevin  məni.  Nəyin  böyükdür  sənin?  İki  dənə  fikir  tapa  bilmirəm 

onun yaradıcılığında. Vətənlə məşğul olmaq yerinə, vətəni söyürlər. 

Ona  nə  var?  Hamı  bacarır  da.  Əzilmiş,  alçalmış  xalqı  söyməyə  nə 

var.  Əzilmiş,  alçalmış  xalqın  içinə  gir,  onun  tarixinə  gir,  yaradı-

cılığının potensiyasına gir. Gör kimdir? Orda dayan və onu sev. Gör 

gücün çatırmı onu sevməyə? Sevə bilsən, onda bil ki, sən bu xalqın 

yiyəsi olacaqsan. 

Sözüm  nədədir?  Sözüm  onda  ki,  biz  Azərbaycan  insanlarını, 

bayaq  dediyim  kimi,  bir  mühitə  toplasaq  görəcəyik  ki,  onların  heç 

birinin  ağlında  əsil  Azərbaycan  yoxdur.  Asif  Ata  da  deyir  ki,  öncə 

hər  kəsin  ağlında  Azərbaycan  obrazı  yaranmalıdır.  Nədir  Azərbay-

can? Dünəni, bu günü, sabahı. Dünəni – adını çəkdiyimiz Nəsimilər. 

Nəsimi  beş  hərfdən  ibarət  bir  söz  deyil  ki?  Nəsimi,  İnsanın  Allah 

olmaq xislətini ortaya qoyan ideyadır. Babək, xalqın azadlıq ləyaqə-

tinin əsaslarını işləmiş, onu ideya səviyyəsinə qaldırmış, onu minillik 

işığa  çevirmiş  böyük  olaydır,  şəxsiyyətdir.  Biz  hamımız  danışanda 

bu  günümüzdən  danışırıq.  Dünənimizdən  və  gələcəyimizdən  danış-

mırıq. Bu günümüz sizin də, mənim də bildiyim rüşvət, korrupsiya, 

filan. Bəs gələcəyimiz? Asif Ata deyir, Mütləqə İnam xalqı yaranma-

lıdır.  Ona  görə  nə  qədər  ki,  insanlarımızın  içində,  ən  azı  rahatsız 

olanlardan gedir söhbət, kütlədən getmir. Onların ağlında, düşüncə-

sində vahid bir mövqe, vahid bir xətt yaranmayıb, onda biz heç nəyə 

yetməyəcəyik.  Ona  görə  dayanıb,  düşünməliyik.  Sıfır  nöqtəsindən 

tərpənək.  Yoxsa  Soylu  deyən  nağıldır,  axı  nə  vaxt  olacaq?  100  il 

bundan  qabaq,  500  il  bundan  qabaq  da  həmin  sözü  deyibsən. 

Nəsimiyə  də  elə  deyirdilər  ki,  əşi  Nəsimi  deyən  nə  vaxt  olacaq? 

Camaat  yoxsulluqdan  ölür.  Ondan  öncəkilər  də  elə  deyir.  Heç  kim 

durumu sıfırdan tərpətmir. Addım götürmür. Hər kəs istəyir ki, 50-60 

illik  ömründə  özü  görsün  hər  şeyi.  Görə  bilməyəcəksən.  Xalqını 

düşün,  nəsillərini  düşün  heç  olmasa.  Addım  götür.  Bax,  biz  onu 

deyib, ona çağırırıq. Eyni halda, bu xalqın ağrısını, acısını sizinlə bir 



 

423 


yerdə  yaşayırıq.  Mən  bilirəm  ki,  qəpiyə  möhtac  olan  insanlar  var. 

İnanın  ki,  səmimi  deyirəm,  çox  ağrıdır,  çox  ağladır  məni.  Xalqın 

durumunu  bilirəm.  Qəpiyə  möhtacdır.  Mən  Soylu  olaraq,  bu  saat 

çıxım küçəyə haraylayım, çağırım. Əlimi, qolumu bağlayıb atacaqlar 

içəri. Qurtardı hər şey. Yoxdur axı xalq, gedim orda onunla birləşim. 

Onu  yetişdirmək,  yaratmaq  gərəkdir.  Onu  da  necə  yetişdirmək?  – 

Xalqın  içində  milli  dəyər  formalaşdırmaq,  hamımızı  bağlayan  bir 

ölçü  vermək  gərəkdir.  Demək  gərəkdir  ki,  vəhabi,  nurçu,  liberalçı 

olma.  Millətin  filan  dəyərçisi  ol.  Onda  hamımızın  ağzımız  bir  yerə 

yığılacaq. Bu da bilirəm ki, asan deyil. Elə bil ki, xalq bir tonluq ağır 

bir yük kimi quyunun dibinə düşüb. Sən də təksən, çıxartmalısan onu 

ordan. Onu gözəl dərk eləyirəm. 

İndi  isə  bir  neçə  kəlmə  fərd  məsələsiylə  bağlı  demək  istəyirəm. 

Fərdlər  düşünür  ki,  toplum  dəyəri  sevmir.  Sevmirsə,  onda  neyləyi-

rəm  sevilməyən  bir  şeyə  ömür  verirəm.  Baxın,  hər  birimizin  prob-

lemi  odur.  Tutalım  ki,  xalqı  xalq  eləyən  bir  dəyəri  toplum  sevmir. 

Hər  birimiz  də  deyirik  ki,  bir  halda  ki,  toplum  bunu  sevmir,  onda 

niyə buna ömür veririk. Tərsinə. Toplumun sevmədiyi dəyər ki, onun 

gələcəyinə  gərəkdir,  xilası  üçündür,  ömrü  ona  vermək  gərəkdir. 

Çünkü fərd yıxılırsa, onda xalq uçur. 

Ayrı bir şey deyim. Biz nədə aldanırıq, nədə geri gedirik? Bunlar 

öz  yerində.  Ancaq,  məsələn,  mənim  içimdə  bir  tələb  var.  O  tələb 

mənə  deyir,  tutalım  ki,  gənclik  bivec  olmalı  deyil.  Məsələn,  qadın 

hərcayi  davranmalı  deyil.  İçimdə  belə  bir  ehtiyac  var  da,  bir  insan 

kimi.  Toplum  isə  içimdəki  bu  tələbə  qarşıdır.  İndi  ya  mən  dəyişib 

ona  uyğunlaşmalıyam,  ya  onu  dəyişməliyəm.  Mən  ona  uyğunlaşı-

ramsa, xalq anlayışı aradan gedir. Sürü yaranır. Ona görə mən toplu-

mu dəyişməyə girişməliyəm. Mübarizə odur da. Neçə il gedəcək, nə 

qədər gücüm çatacaq? Məsələ onda deyil. Çünkü mənim bu mübari-

zəmlə xalq öz kimliyinə qayıdır. 

Bəzi filosoflar var. Onlar deyir ki, əşi mübarizə boş şeydi. Kütləni 

burax öz təbii istəkləri ilə yaşasın. Sənin nəyinə gərək? Sən kimsən 

ki,  mübarizə  aparırsan?  Deyirəm,  kütlə  öz  təbii  istəklərinə  uyğun 

yaşamaq istəyir, eləmi? Gəlin görək, kütlənin təbii istəklərinə uyğun 

yaşaması  nə  deməkdir?  Təbiilik  heç  də  onun  insan  olduğunu  dərk 

eləməsindən  getmir  ki,  söhbət?  Onun  təbii  istəkləri  küçədə  hərcayi 

davrandıqlarıdır.  Mən  də  deyirəm  ki,  onun  təbii  istəklərinə  uyğun 

yaşaması mənim içimdəki milli-insani ehtiyacları təhqir eləyir. Mən 



 

424 


də  buna  qarşı  çıxıb  mübarizə  aparıram.  Mübarizəni  necə  aparıram? 

Ona  dəyəri  verirəm,  dəyəri  tanıdıram  ki,  içindəki  eybəcərliyi  əvəz 

eləyim dəyərlə. Sənin içindən o hərcayilik çıxırsa, sənin içində səni 

dəyər idarə eləyirsə, onda sən xalqa çevrilirsən. 

Xalqa çevrilmək haqda düşünmək gərəkdir. 

Yenə qayıdıram, bir məqama, Asif Atanın dediyi Uluyurd Hərə-

katı  məsələsi.  İnsanlarımız,  ən  çox  da  gənclərimiz,  Ruhsal  dirçəlişə 

deyil, siyasi çalışmaya meyilli olur. 

 

 

 



Ancaq  siyasi  çalışmaya  meyilli  olan  insanlarımızın  əli  də,  qəlbi 

də,  beyni  də  yalındır.  Onu  yaratmaq  haqqında  da  gücləri  yoxdur 

düşünsünlər. Asif Ata onlara təkan verir. 

Dünyanı idarə eləyən siyasi güclər toplumlardan terrorçu şəbəkə 

düzəldir. Onlara həyat tərzi verir. Terrorçu olmalısan, belə yaşama-

lısan və o biri kəsimə qarşı tətik kimi ayaqda durmalısan.  

Dava  əhvalında  olmalısan.  Asif  Ata  ona  görə  Uluyurd  Hərəkatı 

ideyasını verib ki, o ideyanın əsasında insanlarımız şüurunu, düşün-

cəsini  möhkəmlətsin.  Siyasi  meydanın  yiyəsi  olsun.  Ancaq  qaynaq 

içəridən gəlsin. Təbii ki, dünyadan təcrid olub bir ölkənin siyasətini 

yürüdə  bilməzsən.  Mümkün  deyil.  Ancaq  dış  qüvvələrlə  işləmək 

üçün  gör  sənin  necə  möhtəşəm  idrakın  olmalıdır,  siyasi  təfəkkürün 

olmalıdır. Ölkəni onlara qurban verməyəsən. Sən durub bu dövlətin 

mənafeyini  başqa  qüvvələrin  ayaqlarının  altına  atacaqsansa,  heç 

çalışma. İndiki hakimiyət səndən daha yaxşı eləyir onu. Hər addımda 


 

425 


bizim  mənafeyimizi  ayaqlar  altına  atırlar.  Bir  sözlə,  çox  işləmək 

gərəkdir. 

 

Gülnarə Əşrəf: Üzr istəyirəm. İnsanlarla danışıram, fikir verirəm. 

Onları  inandırmaq  üçün  çox  savadlı  olmaq  gərəkdir.  Məsələn, 

Elçibəy,  sizin  dediyiniz  kimi,  təmiz  bir  insan  idi.  Milli,  türkçülük 

ideyalarına sadiq bir insan olubdur. Bu faktdır tarixdə. Ancaq Elçibə-

yin də o hərəkətini bağışlamıram. Görürəm ki, tarix açıldıqca, insan-

lar  onun  hərəkətinə  xəyanət  kimi  baxırlar.  Elçibəyin  hakimiyəti 

Heydər Əliyevə verib getməsinə. Heydər Əliyevin hakimiyəti bu gün 

camaatın  başına  iş  açır.  Ancaq  yenə  də  deyənlər  var  ki,  hakimiyət 

yaxşıdır. Mən deyərdim ki, diktaturadır. Belə düşünürəm ki, Elçibə-

yin  siyasi  savadı  güclü  olsaydı,  o  xalqın  başında  dura  bilərdi  axıra 

qədər. Demək ki, savadlı olmaq önəmlidir. 

 

Soylu  Atalı:  Dura  bilərdi,  bilməzdi  o  məsələnin  ayrı  tərəfi.  Siz 

sadəcə olaraq, arzularınızı deyirsiniz ki, dura bilərdi. Bilirsiniz, siya-

sət nizam üçün həm də yeri gələndə diktatura tələb eləyir. Ancaq bu 

diktatura indikilərin diktaturasına bənzəməməlidir. Bunların diktatu-

rası  xalqın  bütün  sərvətlərini  toplamaq  üçün  dinənin  ağzından  vur-

maqdır.  Bu  bizə  qarşı  yönəlib.  Ancaq  xalqın  üzərində  diktat  yarat-

maq  olar.  Necə?  Bizim  kimi  balaca  dövlətlər,  dünyanın  çağırdığı 

demokratik prinsiplər deyirlər, o prinsiplər ki, onun başı-ayağı bilin-

mir, onunla idarə oluna bilməz. İnsana söz azadlığı tanımaq gərəkdir. 

Ancaq kimə söz azadlığı tanımaq. Sözü tanıyan, qədrini bilən adama 

söz  azadlığı  tanımaq  gərəkdir.  Yoxsa  hər  kəsə  ağlına  gələni  danış-

maq  üçün  söz  azadlığı  tanıyırsan.  Sonucda  anarxiya  yaranır.  Mən 

millətçi  olduğum  üçün  bu  açıdan  çıxış  eləyirəm.  Mən  kiminsə  bar-

maqlıqlar  arxasında  çürüdülməsini  cinayət  hesab  eləyirəm.  Haqq 

vermirəm bu hakimiyyətə. Ancaq tutuqlananların çoxu xalqın məna-

feyindən çıxış eləmir. Hakimiyət onları özü üçün təhlükə görüb içəri 

atır.  Təsadüfən  nəyə  görəsə  qurban  gedənlər  də  var.  Ancaq  onların 

bəlli  çoxluğu  başqa  qüvvələrin  kadrlarıdır.  Məsələn,  Amerikanın 

kadrıdır. Ya hansısa biri Avropa ölkəsinin kadrıdır. Mən dış qüvvə-

lərlə  dil  tapmaq  deyəndə  demirəm  ki,  get  filankəsin  kadrı  ol.  Filan 

güclə  elə  işləməlisən  ki,  xalqını  çıxarda  biləsən  durumundan.  Söz 

yox,  sən  arzu  elədiyimiz  səviyyədə  çıxarda  bilməyəcəksən.  Yəni 

sənin ölkən güclü dövlətlərlə bərabər səviyyədə olsun, mümkün deyil 


 

426 


indiki durumda. Ancaq sənin addımın ona köklənməlidir. Addım-ad-

dım ona kurs götürməlisən. Elə kurs götürməlisən ki, sonucda sənin 

gücün  böyüməlidir,  bütövlüyün  yaranmalıdır.  Ən  azı  regional  olsa 

da, sənin də haqqın olmalıdır ki, mən də burda varam. Yoxsa hansısa 

güclər  istəyəndə  müstəqil  dövlət  olacam,  istəməyəndə  olmayacam. 

Bizim  taleyimiz  indi  odur.  Bu  yaxınlarda  baxdım.  Düzdür,  məni 

inandırmır. Ancaq hər halda bir-iki qaynaqdan oxudum, hansısa qüv-

vələr  Azərbaycanı,  proqnozlaşdırırlar  ki,  bankrot  dövlət  elan  oluna 

bilər nə vaxtsa. Bankrot dövlət niyə elan oluna bilər? Ona görə elan 

oluna bilər ki, bizim başımızda duran adamlar, ciddi proqramla, milli 

strategiyayla  ortaya  gəlmir.  Nə  müxalifətin,  nə  hakimiyətin  milli 

strategiyası  yoxdur.  Mən  bunları  dərk  eləyirəm.  Milli  strategiyası 

olan adam millətin içində elə bir nizam  yaradır ki, o dış qüvvələrlə 

işləyəndə öz dövlətini onun ayağının altına sərmir. Qurbanlar verir. 

Qurbanlar qaçılmazdır. Biz güclü dövlətlərə bir sıra qurbanlar veririk 

ki,  ayaqda  qalaq.  Bu  da  maddi  sərvətlərdən  olmalıdır,  başqa qurban 

olmaz. Dövlətin, millətin mənafeyini heç kimin ayağının altına sər-

mək olmaz. Fakt biz indi mənafeyi itirilmiş durumda yaşayırıq. Yenə 

deyirəm bilirəm ki, Azərbaycan kimi zəif bir dövlət, kim gəlirsə gəl-

sin onun başına, birdən-birə Avropa ölkələrinə bərabər gücə çevrilə 

bilməz. Ancaq hədəf o olmalıdır. Harda məcbur olub qurban versən 

də, mübarizə ora getməlidir. 

Mən  sizin  rahatsızlıqlarınıza  aydınlıq  gətirmək  üçün  bu  qonunu 

genişləndirdim.  Bizim  apardığımız  söhbətlər  olduqca  ciddi  məsələ-

dir.  Biz  Asif  Atanın  Ocağı  olaraq  daim  mübarizədəyik,  sözümüzü 

deyirik,  ideya-nəzəri  prinsplərimizi  yayırıq.  Başqa-başqa  yerlərdə 

rahatsızlığa  qarşı  çabaları  da  alqışlayırıq.  Harda  ki,  doğrudan  da, 

xalqın qayğılarıyla bağlı rahatsız olan insanlar bir araya gəlir. Bir yol 

tapa  bilməsələr  də,  səmimi,  doğru  rahatsızlıqlarla  bağlı  bir  araya 

gələn insanlarımızı alqışlayırıq. Var olun. 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 

Atamız Var olsun! 



Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə