Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə31/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   ...   23   24   25   26   27   28   29   30   31

Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

Ata-Ocaq ilsırasının 37-ci ili 

Ulufərəh Ailəsinin Köçəri Ayı üçün Aylıq törəninin 

Gediş Yazısı 

 

 



Gün: 21 Köçəri Ayı; 

Yer: Göylü Atalının evi; 

Çağ: 15.30. 

 

Törən  Odası  Ocaq  ruhunda  hazırlanır.  Hazırlığa  sorumlu 



Üstün Atalıdır. 

 

Ocaq Yükümlüsü Soylu Atalının uğurlaması dinlənilir. 



 

Ailə Gününün qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma yönündən hesabat. 

Ötən İlimizi hansı əhvalla başa vurur, Yeni İlimizə hansı əhvalla 

başlayıram? 



 

Qutsal Oxuma: “Sədaqət” Bitiyindən oxunub, öyrənilir. 

 

Carlar: 

Ruhsal  Ailəçiliyin  yaşaması  –  Özümlüyümüzə  yetmək  tələbinin 

gerçəkləşməsinə bağlıdır. 

 

 



Gedişi yazdı: Üstün Atalı 

15 Köçəri Ayı, 37-ci il. Saray-Soylu 



 

 

Qəbul olunur. 

Mütləqə İnam Ocağının Yükümlüsü 

                                          Soylu Atalı 

 

  15 Köçəri Ayı, 37-ci il. Saray-Soylu 

 

 

453 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Ulufərəh” Ailəsinin “Ailə Günü”ndə 



deyilmiş fikirlər 

 

 

 

Ocaq  Günsırası  ilə  21  Köçəri  Ayı  37-ci  ildə  (fevral,  2016)  “Ulufərəh” 



Ailəsinin “Ailə Günü” keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə 

Ailə  Günü  başladı.  Ailə  Yükümlüsü Göylü  Atalı (Ataya  səcdə  ilə  sözünə 

başladı – Ü.A.):

 Uzun zamandır bəlli səbəblərdən əhvalımı kökdə sax-

laya  bilmirdim.  Qalxıb-enmələrim  olurdu  əhvalımda.  Son  mərasim-

dən sonra Soylu Atalının qınağı içimi silkələdi. Düzü öncə sarsıldım, 

bir neçə gün o əhvalda oldum. Mənə elə gəlirdi ki, qərarsızlığım var, 

ruhani əməlsizlikdən gözü kölgəli kimiyəm sanki. Ancaq durumum-

dan xoş əhvalla çıxış tapdım. Soylu Atalı Özəl Buraxlış üçün mənə 

Atadan yazılar seçməyi tapşırmışdı. Onu seçərkən oxuyurdum, oxu-

duqca  içim  durulurdu.  Yunis  İmrənin  bir  sözü  var,  deyir  ki,  dərdi 

dünya olanın dünya boyda dərdi var.  

Doğrudan  da,  böyük  dərd  üstə  yaşayırsansa,  bu  dərd  səni  böyü-

dər,  fərəhləndirər,  için  durular.Yəni  böyük  dərdlə  birlikdə  özün  də 

böyüyərsən. Mən burdan yoluma davam edərək özümə dedim ki, ba-

laca duyğularda, balaca düşüncələrdə ilişib qalma. Əlbəttə, mən bili-

rəm ki, Ata mənim varlığıma girib. Yəni mənim başqa yönüm, başqa 

yolum  yoxdur.  O  sarsıntının  nədəni  də  odur  ki,  bir  anlıq  mənə  elə 



 

454 


gəldi Ocaq gözardı edir məni. Bunu düşünəndə pis oldum, mümkün-

dürmü mənim Ocaqsız yaşamağım. Mümkün olmadığını gördüm. 



 

Soylu Atalı: Ocağın tələb etdiyi yol olduqca dərindədir. Çox də-

rindədir.  Biz  o  dərinliklərə,  çağaşırı  baş  vurduğumuz  qədər  Ocağı 

dərk edirik, anlayırıq. Bir yol o dərinliklərə baş vurmaq, hesab eləmi-

rəm ki, bizi arxayınlaşdırmalıdır. Yəni biz o dərinliklərə baş vurmu-

şuqsa,  tanıyırıq,  Ocağı  artıq  bilirik  deyib  arxayınlaşmaq  olmaz. 

Dərinliklərə daim baş vurmaq gərəkdir. Azərbaycan nağıllarında belə 

bir  cəhət  var.  İgidi  Quyuya  salırlar.  O  gedib  görür  ki,  yerin  altında 

qaranlıq dünya deyilən bir şey var və bu qaranılq dünyanın öz sakin-

ləri var. O sakinlər şər qüvvələrdir. Div var orda və divin növündən 

olanlar var. Onların yerin altında olması dərinlikdə olması anlamına 

gəlmir.  Şər  qaranlığa  çəkilib,  gizlinə  çəkilib  anlamına  gəlir.  Şər 

qüvvələr  həmişə  qaranlığa,  gizlinə  çəkilir.  Bu  gizlilik  cəmiyyətin 

ümumi halında da var. 

Bizim,  Ocaq  olaraq,  öz  dünyamız  var.  Biz  bu  cəmiyyətin içində 

yaşayırıq.  Küçəyə  çıxıb  gedəndə  uzaqbaşı  davranışımızla  fərqli  gö-

rünə  bilərik.  Ancaq  üzdən  baxanda,  geyimdən-filandan  fərq  görün-

mür. Mən hansı dünyanın sakini olduğumu ifadə elədiyim dərəcədə 

bəlli  oluram.  Onun  dərinliklərində  yaşadığım  qədər.  Bəlli  olmaq 

üçün ideyanın, tələbin dərinliklərində yaşamalyam. Biz çağaşırı Oca-

ğın  dərinliklərinə  baş  vurub  geri  çəkilməli  deyilik,  biz  o  dərinlikdə 

yaşamalıyıq. Onda nə baş verir? Biz heç nədə çaşmırıq. Biz heç bir 

nədə  sual  qarşısında  qalmırıq.  Bizim  ayrı  yolumuz  yoxdur.  Mən 

Amaldaşlarıma ərk eləyib deyirəm ki, onlar çox yollar keçiblər, çox 

böyük fədakarlıqlar eləyiblər. Bu yerdə mən onların fədakarlıqlarına 

heyrət  eləyirəm.  Ancaq  məsələ  bu  cəhətlərlə  bitmir.  Ocaqçılarımız 

bəzən bu dərinlikdən yorulurlar elə bil, üzə çıxırlar. Bəzən hamı kimi 

olurlar.  Hamı  kimi  olanda  da  çaşırlar.  Hamı  kimi  olur,  ancaq  hamı 

kimi yaşamaqda davam eləyə bilmir və yenə çaşır. Ona görə sarsılır. 

Biz, yaxşı anlamda, məhkumuq bu dərində yaşayaq, ordan çıxmayaq. 

Məsələn, Göylü 17 ildir Ocaqdadır. 17 illik bir Ocaq ömrü qırıla bil-

məz, itə bilməz, görünməz ola bilməz, mümkün deyil. 17 il bir igidin 

ömrüdür. Ocaqdan çıxanlar var. Ocaqda 10 il olub uzaqlaşan adamlar 

var. Tanıyıram. Onlar bilmirlər ki, ölüdürlər. Harda varsan? Bəsitlik-

də  varsan.  Cılızlıqda  varsan.  Kiçiklikdə  varsan.  Ocağa  girib-çıxan 

adam cəmiyyətdə daha eybəcər səviyyəyə düşür. Niyə? Çünkü gəlir, 


 

455 


Ocaqda idealla üz-üzə dayanır. O gəlib idealın olduğunu bilir, ancaq 

idealla  doğmalaşa  bilmir,  çıxıb  gedir.  Ayrılanda  İdeal  da  onun  gö-

zündən düşür. Ona görə necə gəldi elə yaşayır. Eybəcər yaşayır. 

 

Gülnarə Əşrəf: Ocaqdan çıxdıqdan sonra? 



 

Soylu Atalı: Bəli, Ocaqdan gedəndən sonra. Mən o adamları tanı-

yıram.  Ona  görə  biz,  Ocaq  olaraq,  Ailə  Günündə  hesabat  veririk. 

Ancaq Ocaqda Ailənin tələblərinə uyğun hesabat çox az hallarda alı-

nır.  Bu,  Ocağın  zəngin,  dərin  olmasından  irəli  gəlsə  də,  həm  də 

Ocaqçının  o  dərinliyə,  zənginliyə  daim  enməməsindən  doğur.  Niyə 

deyirəm biz bu tələblərə həmişə uyğun hesabatlar verə bilmirik? Bə-

zən  Ocaqçı  hazırlaşır,  söz  axtarır  deməyə.  Ocaqçı  söz  axtarmalı 

deyil. Biz mənəviyyatımızı qurub onun gözəlliklərindən çıxış eləyi-

rik. Bizim sözümüz odu. Bizim qurduğumuz mənəviyyatda nə var? – 

Xalq qutsallığı, insan ucalığı, bəşər sevdası, vətən qutsallığı… Ata nə 

deyir  Mutləqə  üz  tutanda?!  –“Bunları  yığacam  içimə  və  bunlardan 

daha yüksək, daha kamil bir surət yaradacam. Ömrüm boyu ona səc-

də qılacam”. Müqəddəslikləri sayıb deyir ki, bunları içimə yığacam. 

Onlardan  Yüksək,  əlçatmaz  bir  surət  yaradacam,  ömrüm  boyu  ona 

səcdə qılacam… 

İçimdə  sənin  gəlişinə  əngəl  olanlar  var.  Əngəl  olanlar  nədir?  – 

Şərdir,  bəsitlikdir,  balacalqdır,  xudbinlikdir,  xudpəsəndlikdir,  eybə-

cərlikdir.  Bunların  hamısını  içimdən  çıxaracam  ki,  sənin  gəlişinə 

mane olmasın. Baxın, hesabat budur. Bizim sözümüz burdan yaranır. 

Biz  konfranslarda  çıxış  eləmirik.  Biz  mənəviyyatımıza  yığdıqları-

mızla üz-üzə durub hazırlaşmalıyıq ki, onu necə deyəcəm. Biz kitab-

lardan, tarixlərdən əldə etdiyimiz biliklə gəlib çıxış eləmirik. Eləmə-

məliyik. Biz elmi ağıl yaratmırıq, biz mənəviyyat yaradırıq. Mənəvi-

yatımızdan  çıxış  edirik.  Qıraqdan,  kitabdan,  ordan-burdan  dənlədik-

lərimizdən  çıxış  eləmirik.  Bax,  Ocağın  dərinliyi  məsələsi  budur. 

Əgər biz bu dərinlikdə daim yaşasaq görün necə olar?! Mən bir yazı 

başlamışam – “Gəlişmə və antigəlişmə”. Bu yazını Hüqonun “Səfil-

lər”  əsəri  üzərində  başlamışam.  Ona,  epiqraf  kimi,  Asif  Atanın  bir 

kəlamını  seçmişəm  –  “İnsan  ən  pis  mühitdə  belə  yaxşı  olaraq  qala 

bilər”. Nə demək istəyirəm?  



 

456 


 

 

Bizi yörələyən cəmiyyət pozulub, dağılıb, məhv olub. Mənim də 



içimdə  gərginliklər  yaranır,  çünkü  həyatda  aclıq  var,  səfalət  var. 

Ancaq mənim içimdə oturan bir həqiqət eşqi var. Heç nə o həqiqət 

eşqinin üstünə kölgə sala bilmir. Heç nə və heç kim. Ona görə mən 

vəd verə bilərəm, deyə bilərəm ki, dünya, gəlmişəm səni dəyişməyə. 

Yoxsa  mən  kiməm  ki,  səni  dəyişim.  Hansı  qüdrəti  içimdə  oturtmu-

şam ki, cəsarətlə deyəm dünyanı dəyişmək ideyasına qulluq edirəm?! 

Özünü dəyişmək çox möhtəşəm bir ideyadır. Ona görə “İnsan ən pis 

mühitdə belə yaxşı olaraq qala bilər” deyir Asif Ata. Əgər buna mən 

inanıramsa, niyə təmiz olaraq qala bilməyim. Niyə pis mühitdə yük-

sək yaşamayım, yüksək olaraq qalmayım? Niyə o mühitin içinə qarı-

şım, sarsılım, sınım, əzilim, mühit duyğularımı sıradan çıxartsın?!  

Duyğularım yiyəsizdirmi ki, onu sıradan çıxartsın?! Yiyəsizdirsə, 

ona içimdə yiyə yaradım. 

Mən öz yüksək idrakımla ona yiyə yaradıram. Heç bir qıraq etki 

onu vurub sıradan çıxara bilmir. 

Mən sizə nağıl danışmıram, həqiqəti danışıram. Asif Atanın orta-

ya  qoyduğu  həqiqəti.  Ömründən  ishar  elədiyi  həqiqəti,  yaratdığı 

həqiqəti.  Mən  ona  çatıram,  ona  çatmışam.  Bax,  Ocaqçı  biləndə  ki, 

nəyin peşindədir, onda heç nə onun dizini bükə bilməz. Onda onun 

içi kükrəyər, onda onun içi haray çəkər. Mən niyə Ocaqçılarımıza de-

yirəm, danışanda qorxa-qorxa danışmayın?! Bilirəm sorumluluq du-

yursunuz.  Ancaq  sorumluluğu  dərində  dərk  edən  adam  ötkəm 



 

457 


danışır. Sənin ötkəm danışmağın dərinliyə dayanır, fərəh qaynağına 

dayanır. Heyrət qaynağına dayanır, vüqar qaynağına dayanır. 

İnsanların  qarşısında  ötkəm  danışıram,  çünkü  mən  onun  içində-

kindən  danışıram,  onun  içindəkinə  qulluq  edirəm.  Sənin  içində  nə 

var? Sənin içində səndən artıq olan İnsanlıq var. Onu üzə çıxardıram, 

ona  qulluq  edirəm,  ömrümü  ona  həsr  eləmişəm.  Yolunu  de,  deyim 

kimsən. Sənin içindəki Allahdır, mən ona qulluq edirəm. Müsəlman 

Allaha qulluq eləmir, müsəlman xurafata qulluq eləyir, cəfəngiyyata 

qulluq eləyir. Müsəlman qorxur, demək istəmir ki, sənin içində Allah 

var. 


 

Gülnarə  Əşrəf: Bu  müsəlmanlar  elə  bil  dar  çərçivədədilər. 

Öyrəndiklərinin də sonucu yoxdur. Xurafat niyə görə alınır? Çünkü 

tətbiq eləyə bilmirlər, onların danışdıqları tətbiq oluna bilmir. 

 

Soylu Atalı: Kitabdan, tarixdən yığılan bilik ayrı şeydir, içəridəki 

həqiqətdən gələn bilik ayrı şey. Mən içimdəki həqiqətdən danışıram, 

o  biri  ağızdan  eşitdiyini,  molladan  eşitdiyini  həqiqət  deyə  danışır. 

Bütün məsələ bundadır. 

İnsanın böyük olduğunu, insanın içində əzəli, əbədi, kamil sonsuz 

məna daşıdığını bilirsənmi? Bilmirsənsə bil. Niyə icində əzəli, əbədi, 

kamil  sonsuz  məna  olduğu  halda,  onunla  vəhdətdə  deyilsən?  Öləri, 

keçici, ötəri, qeyri-kamil, sonlu olanla birlikdəsən. İnsan bunu özünə 

deməli və bundan çıxmalıdır. Ocaq bunu öyrədir. 

 

Göylü  Atalı: Allah  anlamına  münasibəti  düşündüm  indi.  Atanı 

misal çəkirsən – Mutləq haqqındakı fikri – Sən mənim atam, Mütlə-

qimsən. Son günlər “Quran”ı səsli dinləyirəm. Bir az gözümdə prob-

lem  var  deyə  oxumuram,  dinləyirəm.  Deməli,  ardıcıl  qulaq  asıram, 

görürəm sunulan Allah obrazı o qədər qorxunc, amansız, eqoist, aq-

ressiv xarakterizə olunur ki, adam oxuduqca üşənir ki, belə də Allah 

olar?!  Yəni  bizim  Mütləqə  münasibətimiz  hara,  dinin  Allaha 

münasibəti hara? 



 

Soylu Atalı: Ata yazır (insan Mütləqə üz tutur): yanında cılızam, 

kiçiyəm,  keçiciyəm,  adiyəm,  bəsitəm.  Qolumdan  tut,  qaldır  məni. 

Ömrümdə  səndən  ali  bir  surət  yaradacam,  ömrüm  boyu  ona  qulluq 

edəcəm, ona səcdə qılacam. Yəni necə varam azam, insan kimi ozü-



 

458 


mə  çatmamışam.  Sən  mənim  içimdəsən,  ona  yetməmişəm,  cılızam. 

Müsəlman kimi demirik ki, mən Allahın yanında faniyəm. Nə qədər 

ki, insanlığa yetməmişəm, kamilləşməmişəm, cılızam, ancaq fani de-

yiləm. Mən ona yetmək iqtidarındayam, yetmək haqqının yiyəsiyəm, 

Allah olmaq haqqının yiyəsiyəm. Müsəlman onu demir. 

 

Gülnarə Əşrəf: Müsəlmanlar deyir “mən Allaham” demək kafir-

likdir.  Müsəlman  deyir  insan  Allahın  bəndəsidir,  siz  də  deyirsiniz 

Allahın özüdür. Yəni insan Allah səviyəsinə qalxır, içindəkinə çatır. 

 

Üstün Atalı (Ataya səcdə ilə sözünə başladı – Ü.A): Bu ay Ocaqla 

bağlı  iki  əməlim  olub,  biri  Soylu  Atalı  ilə  müsahibəm  olub,  bir  də 

Ulusəsin  bacısı  Elmira  xanımın  Anım  Törənini  kitablaşdırmağa 

kömək  etmişəm.  Hər  birini  özüm  üçün  gərəkli  sayıram,  hər  birinə 

qatıldıqca  yenidən  ağlıma  bir  şeylər  çatdı.  Dərgi  üçün  hazırladığım 

müsahibə  mənim  ixtisasımla  bağlı  idi,  yəni  Azərbaycandakı  öyrət-

mənlərin sualları ilə bağlı idi. Suallara Soylu Atalı dolğun cavab ver-

di.  O  sualların  cavablanmasından  bu  çıxırdı  ki,  yaxşı  öyrətmən  ol-

maq üçün yaxşı insan olmaq gərəkdir. Yenə də, peşədən asılı olma-

yaraq, gəlir Atanın dediyi məsələyə, adam gərək insan olsun ki, onun 

dediyinin yörəsində etkisi olsun. Vicdanı təmiz, sözündə bütöv əqi-

dəli  insanlar  çox  azdır.  Bunun  sonucudur  ki,  təhsilin  durumu, 

insanların durumu bu səviyyəyə gəlib çıxıb. Gəlib o məqama çatırıq 

ki,  insan  özünü  dəyişməlidir.  İnsan  içindəki  Mütləqə  yetməlidir  ki, 

onun işığı görsənsin. 

Özümün halımla bağlı balaca bir yazı yazmışam, onu oxuyacam. 

Yörəmdəki hər şeyi qüsursuz görmək istəyirəm, ancaq belə bir istək 

məni  kobudlaşdırır,  acıqlı  edir.  Deyə  bilmərəm  ki,  yanlışlıq  var, 

ancaq  tələskənlik  çoxdur,  səbirsizlik  çoxdur.  Bəzən  hiddətlənirəm, 

niyə  o  mənim  kimi  deyil.  Cavabını  da  özüm  verirəm,  mənim  kimi 

olmaq  üçün  əqidəli  olmalı,  həqiqəti  eşitməlidir.  Bəzən  qarşımdakı 

insandan çox şeylər umuram.  

Ancaq, dediyim kimi, bu bir tələskənlikdən doğur. Axı mən özüm 

hər  şeyi  bir  anda  anlamamışam.  18  il  vaxt  gərək  olub.  Bu  18  il 

mənim  üçün  nə  demək  olub?  Həyatın  çirkabından,  adiliyindən 

qorunub Ocaqçı kimi formalaşmışam… 

Mən Elqalaya bir dəftər almışam. İstəyirəm bu dəftərdə Ocaq yö-

nündə  düşünüb  nələrsə  yazsın.  Ancaq  konkret  olaraq  yazıb  tədbiri-


 

459 


mizə  gəlsin.  Bir  evin  içində  iki  yad  insan  böyüyə  bilməz.  Əgər  bir 

yerdə  nəfəs  alırıqsa,  ağıllarımız,  ruhumuz  da  bir  olmalıdır.  Yön  bir 

olmalıdır.  Bizim  münasibətlərimizdə  ürəyim  istəyən  kimi  doğmalıq 

yoxdur.  Ancaq  o  yoxluğun  nədənini  mən  özümdə  görürəm.  Əgər 

mən  Ocaqda  olmağımı  xoşbəxtliyim  sayıramsa,  bu  yöndə  addımlar 

atıramsa,  onun  da  xoşbəxtliyi  odur  ki,  Ocaq  yörəsində,  yönündə 

böyüyür. 

 

Göylü Atalı: Mevlananın belə bir sözü var ki, insan paltarına bir 

çirk düşəndə tez onu təmizləməyə çalışır, ancaq qəlb evimiz, mənə-

viyyat evimiz çirklənəndə buna heç önəm də vermirik. 

Bu  vaxta  kimi  istər  şəxsi  həyatımda,  elə  Ocağın  da  həyatında 

zahiri  tərəflərə  daha  çox  fikir  vermişəm,  nəinki  mənəvi  tərəflərinə. 

Xüsusən özümlə bağlı bunu deyirəm, son vaxtlarda bunu artıq ciddi 

düşünürəm. 

 

Soylu  Atalı: Yadıma  düşmüşkən  bir  məsələ  haqqında  danışmaq 

istəyirəm. Hər dəfə bizim tədbirdə bu məsələ ortaya gəlir. 

İnsanlar  var  ki,  polemikanı  daha  çox  sevir.  Polemikanın  öz  yeri 

var. Ancaq bu cür tədbirlərdə danışıq nizamı, sistemi olmalıdır. İnsan 

düşüncəsini, hesabatını, sözünü o nizamın içinə alanda çox şey onun 

ağlına  oturur.  Polemik  söhbətlər  bu  nizama  kömək  edir,  ancaq  onu 

əvəz etmir. Bizim toplumumuz fikir demək yerinə, daha çox sözgü-

ləşdirməyə  öyrəşib.  Sözkəsmədə  həşir  yaranır,  qarşı tərəf  danışa  da 

bilmir onda. Bir var bu anda doğan söz, bir var içəridə böyüyən, ye-

tişən söz. Mən içəridə yetişən, böyüyən sözü deyirəm. Bu anda, bir 

məqamda gələn sözü demirəm axı. Bu anda kiminsə fikri mənim da-

nışığımdan irəli gələ bilər. Ancaq mən kimsə nəsə danışanda ondan 

stimul götürmürəm, mən içəridən stimul götürürəm. Mən onun yanlı-

sıyam. 


İçəridən  stimul  götürə  bilmirsənsə,  eybi  yox,  onda  polemika 

aşaması  gələndə  öz  fikrini  deyərsən.  Danışanda  bir-birinə  sayğı 

duymaq gərəkdir. 

Tarixdə  filosoflar  olub,  siz  bilirsiniz  ki,  filosof  siyasətçi  deyil, 

siyasətçi məqam gözləyir. Filosof dünyanın mahiyyətini düşünüb söz 

deyir. Düşüncə adamı hazır, əzbərlənmiş söz demir, o, fikir deyir, o 

fikri  dağıtmaq  doğru  deyil.  Çünkü  onun  ortaya  qoyduğu  fikirdə  bö-

yük  həqiqətlər  üzə  çıxır.  Bir  var  yol  ilə  gedəndə  iki  adam  söhbət 



 

460 


edirik, bir də var bu cür məqsədli tədbirlərdə söz deyirik. Hədəfimiz 

olmalıdır, çevik söz dəyişmələrində heç nə əldə eləmək mümkün de-

yil. Fikir bayrağı, məna bayrağı altında oturmaq ayrı şeydir. İnsan nə 

vaxt  nizamlı  söz  deyə  bilir?  Sözlə  məşğul  olanda.  Sözlə  məşğul 

olmayanda  danışan  adam  fikri,  düşüncəsi  dağınıq  olaraq  danışır. 

Harda  gəldi,  nə  gəldi  danışır.  Öyrədən,  düşündürən,  dərk  elətdirən 

söz başqadır. Mən hesabatlarımda saatlarla məşğul olduğum həqiqət-

dən çıxış edirəm… 

İndi bu tədbirə bir amaldaş kimi yön verməyə çalışacam. Hesabat 

öz  tələbinə  yetmir.  Amallaşmada  deyirsiniz,  Asif  Atanın  filan  kita-

bından oxudum.  Nə  oxudun  axı,  oxuduğunu  bilmək  istəyirəm  mən, 

səndən  öyrənmək  istəyirəm.  Görüm  sən  Asif  Atanın  filan  kəlamın-

dan nə öyrəndin? O öyrəndiyini açmalısan. 

Yeri gələndə Asif Atanın ortaya qoyduğu təməl prinsiplərdən açın 

bir-bir. İdeyaları açın. Sizə elə gəlir ki, bilirsiniz. Ancaq görün bildi-

yinizi ifadə edə bilirsinizmi? O vaxt bildiyinlə bir olacaqsan ki, ona 

qayıdasan dönə-dönə və ifadə edəsən. Yetkinləşəsən. Ailə Günündə 

qıraq  adam  oldu-olmadı,  özünü  öyrətmək  tələbi  var. Özəllikcə  Ailə 

Gününə, Ocağa maraq göstərən bir adam, beş adam çağırmısansa, o 

gəlib səndən Ocağın düşündüyü, dediyi ideyanı öyrənməlidir. Xalqın 

içində  ideya  belə  oturur.  Ona  görə  də  oxuduğun  şeyləri  düşünüb 

araşdırmalısan. Eləyə bilmirsənsə, eləyə bilmədiyin səbəbləri ortaya 

qoymalısan. Hesabat olmalıdır, hesabat elə-belə deyil, getdim xalqın 

içinə, filan yerdə söz dedim, görüş keçirdim. Bu bir informasiyadır, 

bilgi verirsən. Bir də var, bu səfərin anlamından danışırsan. Səfər nə 

demək  oldu  sənin  üçün.  Nəylə  üzləşdin,  nəyi  aşdın, nəyi  ötə  bildin, 

içində hansı əngələ rast gəldin? Bu xalqın yönü, filanı, bölgədə sənə 

nə  dedi?  Bunun  gələcəyini  necə  düşündün?  Bunlar  yarpaq-yarpaq 

açılmalıdır. 

Sonra  kamilləşmə  məsələsində.  Hələ  də  Ocaqçılar  özlərini  tanı-

mağa,  tanıtmağa  çəkinirlər.  Duyğularını  tanıyıb  deməkdən  qorxma-

malısan  Amaldaşın  üçün.  Qıraqdan  sənin  ayrı-ayrı  cəhətlərin  onsuz 

da görünür. Ancaq sən özün onu tanıyıb deyəndə sorumluluq yaranır. 

Deməli, mən buna yenidən əməl etməməliyəm, qüsuru əməlsiz qoy-

malıyam  ki,  içim  böyüsün.  Asif  Ata  deyir,  Kamillik  özünü  tanı-

maqdan başlayır. Özüyün içində pis də var, yaxşı da var. Yaxşını da 

demək gərəkdir. Ancaq onu izhar etmək gərəkdir. Təkcə mən böyük 

insanam  demək  yox.  Nəyin  böyükdür,  nəyin  kiçikdir  –  bunların 



 

461 


hamısı yarpaq-yarpaq açılmalıdır. Sənin yaratdığın insani ömrün bü-

tün  tarixin  aşamalarına  etki  göstərəcək.  Asif  Atanın  bizə  öyrətdiyi 

budur. Ailənin də Ailə Günündə hesabatı budur. Ataya səcdədən baş-

ladı bizim içimizin arılanmağı. İçini arılasan dalınca idrak gəlir. Qu-

ruculuq. İdraka əngəl olan şeyləri ürəyindən çıxarırsan, olursan ayrı. 

Mən Asif Atanın böyüklüyünü görüb ona səcdə qılıram. Biz pad-

şaha səcdə qılmadıq. Yoxsul, ancaq dünyanın bütün hikmətini içinə 

yığan bir insana səcdə qıldıq. Qıraqdan bunu görən çox vaxt anlamır. 

Niyə inanmır, çünkü onun içində balacalıq var. Balaca xudbin olur. 

Uca  xudbin  olmur.  Uca  ucalığa  səcdə  qılır.  Mən  Asif  Ataya  qədər 

eqoist  idim.  Özümlə  yersiz  qürur  duyurdum,  əslində  mənim  bir 

şeyim yox idi. Mən Asif Atanın varlığına səcdə səviyyəsinə yetəndən 

sonra gücüm yarandı içimdə. 

Atamızın bayrağını öpürəm. 

 

Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 



Atamız Var olsun! 

 

Qutsal oxumadan sonra fikir bölüşmələri yönündə söhbət davam 



elədi. 

 

“Ata  Ruhunu  ürəyimizdə  aparırıq!”,  “Atamız  Var  olsun!” 

səcdəsilə “Ailə Günü” sona yetdi. 

 

Günəş Ayı, 38-ci il. Saray-Soylu. 



(mart, 2016.) 

 

 

 

 



 

 

 



 

 

 



 

 

462 


İÇƏRİSİ 

 

“Uluyol-Hünər” və “Ulufərəh”Ailəsinin I “Ailə Günü”nün Gedişatı 



(23 Günəş Ayı) ............................................................................................  5 

“Uluyol-Hünər”  və  “Ulufərəh”  Ailələrinin  I  “Aİlə  Günü”ndə  deyilmiş 

fikirlər  ............................................................................................................... 6 

“Atagün” Ailəsinin I “Ailə Günü”nün Gedişatı (27 Günəş Ayı)  .............. 32 

“Atagün” Ailəsinin I aylıq törənində deyilmiş fikirlər  .............................. 33 

“Atagün” və  “Uluyol-Hünər” Ailələrinin II “Ailə Günü”nün Gedişatı  

(24 Çiçək Ayı)  ........................................................................................... 57 

“Atagün”  və  “Uluyol-Hünər”  Ailələrinin  birgə  “Ailə  Günü” 

toplantısında deyilmiş fikirlər  ......................................................................... 58 

“Ulufərəh” Ailəsinin II Aylıq Törəninin Gedişatı (29 Çiçək Ayı)  ............ 80 

“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər  ............ 81 

 “Ulufərəh” Ailəsinin III Aylıq Törəninin Gedişatı (23 İşıq Ayı)  ............. 97 

“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər  ...........  98 

 “Atagün” Ailəsinin III Aylıq törəninin Gedişatı (26 İşıq Ayı)  ............... 113 

“Atagün” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər  ............ 114 

 “Uluyol-Hünər”Ailəsinin III “Ailə Günü” törəninin Gedişatı  

(26 İşıq Ayı)  ............................................................................................ 135 

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 136 

“Uluyol-Hünər”Ailəsinin IV “Ailə Günü” törəninin Gedişatı  

(25 Şölə Ayı)  ........................................................................................... 144 

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 145 

“Ulufərəh”Ailəsinin IV “Ailə Günü” Törəninin Gedişi (28 Şölə Ayı) .... 159 

“Ulufərəh” Ailəsinin IV “Ailə Günü” toplantısında deyilmiş fikirlər ...... 160 

“Atagün”  Ailəsinin  və  “Ulufərəh”  Ailəsinin  V  Aylıq  Törəninin  Gediş 

Yazısı (17 Od Ayı) ........................................................................................ 178 

“Atagün”  və  “Ulufərəh”  Ailələrinin  birgə  keçirilmiş  V  “Ailə  Günü” 

törənində deyilmiş fikirlər  ............................................................................ 179 

“Uluyol-Hünər” Ailəsinin V “Ailə Günü” törəninin Gediş yazısı  

(28 Od Ayı)  ............................................................................................. 209 

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ..  210 

 “Atagün”, “Uluyol-Hünər”  və  “Ulufərəh”  Ailələrinin  birgə  VI “Ailə 

Günü” törəninin Gediş yazısı (26 Qürub Ayı)  .............................................. 232 

“Atagün”, “Uluyol-Hünər” və “Ulufərəh” Ailələrinin birgə “Ailə Günü” 

toplantısında deyilmiş fikirlər  ....................................................................... 233 

“Atagün”  və  “Ulufərəh”in  birgə  keçirəcəkləri  Ailə  Günü”nün  Gediş 

Yazısı (24 Xəzan Ayı)  .................................................................................. 255 



 

463 


“Atagün”  və  “Ulufərəh”  Ailələrinin  birgə  “Ailə  Günü”  törənində 

deyilmiş fikirlər  ............................................................................................ 256 

“Uluyol-Hünər”Ailəsinin VIII “Ailə Günü” törəninin Gediş yazısı  

(29 Xəzan Ayı)  ........................................................................................ 277 

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 278 

 “Atagün” Ailəsinin VII  “Ailə Günü” törəninin Gediş yazısı  

(26 Yağış Ayı)  ......................................................................................... 307 

“Atagün” Ailəsinin VII Aylıq toplantısında deyilmiş fikirlər  ................. 308 

“Ulufərəh” Ailəsinin VIII “Ailə Günü” Törəninin Gediş yazısı  

(29 Yağış Ayı)  ......................................................................................... 327 

“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər  .......... 328 

 “Uluyol-Hünər”Ailəsinin IX “Ailə Günü” törəninin Gediş yazısı  

(30 Yağış Ayı)  ......................................................................................... 344 

“Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ... 345 

“Atagün” və “Uluyol-Hünər” Ailələrinin Sərt Ayı üçün Aylıq törəninin 

Gediş Yazısı (28 Sərt Ayı) .................................................................... .... ... 352 

“Atagün”  və  “Uluyol-Hünər”  Ailələrinin  Sərt  Ayındakı  “Ailə  Günü” 

toplantısında deyilmiş fikirlər  ....................................................................... 353 

“Ulufərəh” Ailəsinin Sərt Ayı üçün Aylıq törəninin Gediş Yazısı  

(1 Qar Ayı)  .............................................................................................. 379 

“Ulufərəh” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər ..........  380 

“Uluyol-Hünər”,  “Ulufərəh”  və  “Atagün”  Ailələrinin  Qar  Ayında 

keçiriləcək Aylıq törəninin Gediş yazısı (17 Qar Ayı)  ................................. 402 

“Atagün”,  “Uluyol-Hünər”  və  “Ulufərəh”  Ailələrinin  “Ailə  Günü” 

toplantısında deyilmiş fikirlər  ....................................................................... 403 

“Atagün”, “Uluyol-Hünər”in birgə keçirəcəkləri “Ailə Günü”nün Gediş 

Yazısı (13 Köçəri Ayı)  .................................................................................. 433 

“Atagün”  və  “Uluyol-Hünər”  Ailələrinin  “Ailə  Günü”  toplantısında 

deyilmiş fikirlər  ............................................................................................ 434 

“Ulufərəh” Ailəsinin Köçəri Ayı üçün Aylıq törəninin Gediş Yazısı  

(21 Köçəri Ayı)  ....................................................................................... 452 

“Ulufərəh” Ailəsinin “Ailə Günü”ndə deyilmiş fikirlər  .......................... 453 



 

464 


Asif Atanın – İnam Atanın  

Mütləqə İnam Ocağı 

 

 

 

 

Ailə Kitabı (37-ci il) 

(Türk dilində) 

 

 

 



Bağlantı qurmaq üçün ünvanlarımız: 

 

www.asifataocagi.com 

soyluatali@mail.ru 

 

(051) 585 56 97 



(050) 527 70 50 

(051) 548 22 68 



Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə