Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə4/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   31

 

Soylu  Atalı: Bacımız  ondan  asılı  olmayan  səbəblərdən  az  qala  4 

aya yaxındır Ocaqdan uzaqlaşıb. Xəstəliyi ilə bağlı Rusiyada müalicə 

alırdı.  Ayda bir yol biz burda tədbir keçiririk. Bakıda tədbir olanda 

da  arada-bərədə  gəlirsiniz.  Özünüz  bu  bölgədə  ayrı-ayrı  ünvanlara 

gedib  söhbətlər  aparırsınız,  ədəbiyyatlar  veririsiniz.  Bir  ədəbiyyat 

götürüb  oxuyursunuz.  Bir  görüntümüzü  götürüb  izləyirsiniz.  Bütün 

bunlar  hamısı  içdən  insanı  Ocağa  bağlayır.  Özünün  Ocağa  inamını 

bərkidir. Özünün atdığı addımlara inamını bərkidir. Birdən-birə belə 

ayrılma  istər-istəməz  Ocaq  və  həyat  qarşılığı  yaradır.  Həyat  etkisi 

insanın  üzərində  bütün  gücüylə  bərkiməyə  çalışır.  Eyni  halda  həyat 



 

47 


anlamı insanın gözünün qabağında bütün çılpaqlığıyla aydınlaşır. Bu 

yöndə təbii ki, bacımızın sözü ilginc olacaq. 



 

Elana  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Atanın  adına  səcdəylə  başlayıram  sözümə  və  bayrağımızı  öpürəm! 

Əsil türk oğluna xas olan bir haldır, belə yanğıyla danışmaq, ruhani 

döyüşə  çağırmaq.  Soylu  qardaşımın  yanğısı  adamı  döyüşə  çağırır, 

Ocağa  bağlayır.  Mən  də  Elana  kimi,  türk  xanımı  kimi  bu  çağırışın 

qarşısında var olmağa çalışıram. 

Ata  Evladıyam.  Soylunun  həmişə  yanındayam.  Ocaqdayam  və 

bundan sevinirəm. Ocaqdan bir müddət aralı qaldığıma baxmayaraq, 

özümü  həmişə  Ocaqda  hiss  etmişəm.  Yörəmdəkilərin  içərisində  ol-

duqca  Ocağın  nə  qədər  gözəl  olduğunu  bütün  aydınlığı  ilə  hiss 

etmişəm. Ocağın nə qədər gərək olduğunu ürəyimə yeritmişəm. Daha 

aydın  görünüb  ki,  Ocaqsız  dünyanın  gələcəyi  qurulmaz.  Bir  az 

xalqımızdan  qırağa  çıxanda  dünyanı  qurtaracaq  ruhun  türkdə  ol-

duğunu adam özü üçün bir daha təsdiq edir. Obrazlı desək, təbiətin 

gözəl seçimi var, Asif Atanı türkdən seçib.  

 

 



 

Bu ruhun böyüklüyü hesab edirəm ki, ancaq bizim millətə – türkə 

xasdır. Gördüyüm üzlər, izlədiyim olaylar, gedişat bunu deməyə əsas 

verir. Türk ruhu bənzərsizdir. Dünyanı da insan ruhla xilas edə bilər.  

Ürəklə xilas edə bilər. İnsanlıqla xilas edə bilər. Atanın Ocağının 

dediyi kimi. 



 

48 


Mən  bir  o  qədər  kitab  oxuya  bilmirəm.  Ancaq  Günevin  söhbət-

lərini  dinləyirəm,  kasetlərə  baxırıq,  başqa  Ocaq  Ailələrinin  “Ailə 

Günü” disklərinə baxırıq, ordan biliyim artır, sözüm artır. O söhbət-

lərlə,  o  sözlərlə  mən  qıraqda  hansı  məclislərdə  oluramsa,  söhbətlə-

rimdə seçilirəm. Həm də istər-istəməz düzgün münasibət bildirirəm. 

Birdən  istəyirəm  ki,  yox,  bu  sözə  qarışmayım,  bir  az  başqa  cür 

yozular,  ancaq  dözə  bilmirəm  və  Ocağın  mütləqilik  ölçüsüylə  o işə 

münasibətimi bildirirəm. Bu da mənə həmişə sayğı gətirib. Yəni mən 

seçilmişəm qıraqdan. Bu da Ocağımızın verdiyi bir uğurdur. 

Bir  də  mən  Asif  qardaşıma  (Asif  Ozanı  gözə  alır  -  G.A.)  xoş 

gəlmisən  deyirəm.  Bayaq  gələndə  qardaşım  Soylu  Asif  bəylə  bir 

söhbət  elədi.  Asif  bəyin  insanların  ruh  doğmalığı  haqqında  dediyi 

söhbəti  eşitdim.  Bir  az  da  durub  qulaq  asdım.  O  söhbət  məni  çox 

sevindirdi.  İnsanların  Ocaqla  bağlı  ruh  doğmalığından  bəhs  etməsi 

qurulma halıdır. Qardaşıma buraya həmişə gəlməsini diləyirəm. 

Mən  çox  həyəcanlıyam.  Rusiyadan  gələndən  sonra  çox  yerlərə 

get-mişəm, çox söhbətlər eləmişəm. Ancaq dünəndən çox gərginəm. 

Çox  məsuliyyətli  bir  gün  bilirəm  bunu.  Ona  görə  də  başqa  yerdə 

geniş  söhbətlər  eləsəm  də,  burada  danışmağa  çətinlik  çəkirəm. 

Mənim Elxas qardaşımdan da umduğum bir hal var. Özü dönə-dönə 

təsdiq  edir  ki,  Ocaqdan  qıraqda  dünyanın  qurtuluşu  görünmür.  Elə 

bunun  üçün  özü  daim  bu  halnan  Ocaq  tədbirlərinə  gəlsin.  Atamız 

Var olsun! 

 

Günev Atalı: Burda Ailənin bu üç Evladından başqa Ocaqçılar və 

Ocaqsevərlər də var. Onları da dinləyək. Üstün Azərbaycanın 17 ra-

yonuna səfərlər edib söz deyib, Atanın ideyalarını yayıb, bu hünərdir. 

Az-az olan hünərlərdəndir. 



 

Üstün  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya – İnam Ataya ali səcdəylə sözümə başlayıram. 

Hər  dəfə  bu  Ailə  Günü  tədbirinə  yeni  bir  hisslə,  yeni  bir  həyə-

canla  gəlirəm.  Hər  dəfə  də  yenilənir  ruhum  Atagündə.  Ona  görə 

yenilənir  ki,  burda  Ocağı  sönməyə  qoymayan  qardaşımız,  bacımız 

var. Biz döyüşümüzlə təklənmişik cəmiyyətdə. 

Ancaq  nə  qədər  təklənsək  də,  cəmiyyətə  özündən  çox  gərəyik. 

Mənim əsasən gənclərlə ünsiyyətim çox olur. Onları həm qınayıram, 

həm də qınamıram. O kəsləri qınayıram ki, bütün gözəllikləri görüb 

bundan yan qaçan, hələ mən cavanam, sonra buna qayıdaram deyən-



 

49 


lər var, o kəsləri qınamıram ki, eşitməyiblər, bilmirlər. İndi bu ömür-

lər ki, yaranıb Ocaqda, bunlar özü bir örnəkdir.  

 

 

 



Gənclik  bu  örnəkləri  görməlidir.  Gözünü  açıb  cəmiyyətdə  nə 

görür? Bir-birini aldatma, görür ki, hər kəs öz yuvasını qoruyur.  

O, doğrudan da görməlidir ki, ləyaqət nə deyən şeydir. Qeyrət nə 

deyən şeydir, insanilik nə deyən şeydir. Bunu həyatda görməlidir ki, 

onun  kimi  olmağa  can  atsın.  Əslində  mənim  ömrüm  onun  üçün  bir 

örnək olmalıdır. Onda onlar ulusallığa, qədimliyə bağlanar. 

 Özünütəsdiq elə budur. 

Atamız Var olsun! 



 

Günev Atalı: Var ol. Hər gəlişin bizim üçün şərəfdir. 

Bizim  Güntayımız  yaxın  vaxtlarda  Ocağa  gəlib.  Gəldiyi  gündən 

öz cəngavər ruhuyla Ocağın işlərinə yaradı. O qədər güvənirəm ki, o 

qədər  sevinirəm  ki,  elə  bil  gəlişiylə  mənə  təpər  verdi,  ürək  verdi. 

Sözün varsa, buyura bilərsən. 

 

Güntay  Atalı: Mütləqim,  Müqəddəsim,  ulu  peyğəmbərim  Asif 

Ataya İnam Ataya ali səcdəylə! 

Siz  var  olun.  Gözəl  bir  törən  keçirdiniz.  Atagün  Ailəsinin  ruha-

niyyat tariximizdə özünəməxsus yeri var. Qutlayıram sizi. Nədir bizi 

bura  gətirən?  Eyni  qaynaqdan  gələn  bir  dərd  təkləri  yığıb  bura. 

Bacımız  deyir  ki,  bizi  təkləyiblər  cəmiyyətdə.  Biz  təklənməmişik. 

Hansı ağlın qüdrəti çata bilər ki, Asif Ata Ocağını təkləsin. Asif Ata 


 

50 


Ocağı  bütün  yadlıqlara  qarşıdır,  bütün  qıraqdan  gələn  ideyalara 

qarşıdır.  

 

 

 



Bəli, bu anlamda təkik. Heç bir ideya səni millət eləməyə gəlmə-

yib bura. Səni böyütməyə gəlməyib. Səni qurutmağa gəlib.  

Səni  məhv  eləməyə  gəlib.  Özünü  sənin  üzərində  var  eləməyə 

gəlib.  Bütün  bu  yadlıqlara  qarşı  dirəniş  göstərir  Ocaq.  Bu  dirənişi 

sistemli şəkildə ağıllara yazır. Fərdlərin ağlına yazır.  

Bu  çox  çətin,  bənzərsiz  bir  yoldur.  Bəşəriyyətin  halı  elə  mənim 

xalqımın  halından  bəllidir.  Bu  gün,  Soylu  Atalı  demişkən,  gərək 

faciə hamının qapısını döysün ki, ağlına salsın döyüşməyi. Düşünsün 

ki, mən fərd olaraq dirəniş göstərməliyəm. 

Ona  görə  Asif  Atanın  yolunda  gedirik.  Bəli,  mən  özümə  sahib 

çıxmaqla  xalqıma  sahib  çıxıram,  xalqıma  sahib  çıxmaqla  bəşərə 

sahib  çıxıram.  İnsan  olmağım  hər cür  neqativ  prosesləri addamağın 

yolunu göstərir. Mən Asif Ataya söykənib onu göstərirəm. O qədər 

nikbinəm  ki.  Doğrudur,  bilirəm  ki,  cismani  ömrümdə  çox  dəyişik-

likləri görməyəcəm, ümumiyyətlə ruhani dəyişiklik gözlə görünmür 

axı.  Bayaq  Soylu  qardaşımız  misal  çəkir,  ruhaniyyat  yavaş-yavaş 

ağıllara, dillərə yeriyir. Əməllərə yeriyir. Onu biz görə bilərik. Onu 

Asif Ata Ocağı görə bilər. Çünkü işin içindəyik, bizim gördüyümüz 

işin bəhrəsi nədir bilirik. Nə vaxt dəriləcək onun meyvəsi, onu da biz 

bilirik.  Ona  görə  gedişat  məndə  heç  bir  ruh  düşkünlüyü  yaratmır. 

Mənim  yolumda  ləngimələrim  ola  bilər,  ancaq  sapmam  olmur.  Ol-

mayacaq da. Çünkü mən özümü tanımışam, mən həqiqəti tapmışam, 



 

51 


həqiqəti  görmüşəm.  Mən  işığa  doğru  yön  götürmüşəm.  Çox  nik-

binəm,  çox  sevinirəm  Atanı,  Ocağı  tapdığıma  görə,  Ataya  Evlad 

olduğuma görə. Atamız Var olsun! 

Günev  Atalı: Bax,  hər  birimizin  üzünə  qayğı  çöküb.  Hər  birimi-

zin  danışığından,  münasibətindən  sonra  şərqin,  bəşərin,  dünyanın 

hansı  durumda  olduğu  göz  qabağına  gəlir.  Ancaq  bununla  belə,  bu 

cür  qayğılarla  yüklənmiş  ürəklərin  fərəhi  də  heç  yanda  yoxdur.  Bu 

boyda  yükü  çəkmək  fərəhi  ki,  bizim  içimizdədir,  inanın  ki,  özümü 

həmişə  göylərdə  hiss  edirəm.  Bu  cür  fərəh,  bu  cür  yaşamaq  eşqi 

qaynayır mənim içimdə. 

Bir  dəfə  Soylu  zarafatla  dedi  ki,  qardaş  hələ  ən  azı  20  il 

yaşamalısan.  Dedim  mən  40  il  yaşamalıyam.  Bu  gözəlliyi,  bu 

mübarizəni qoyub hara gedirəm. Adam burda ölərmi?! 

 

Soylu Atalı: Onda xahiş edirəm xəstələnmə. (Zarafatla - G.A.) 

 

Günev Atalı: Baş üstə. 

İndi qardaşlar buyursun. Asif bəy. 



 

Asif  Ozan: Təşəkkür  edirəm.  Hamınızı  qutlayıram  ürəkdən. 

Günaydın!  Günev  bəyə  balaca  bir  şərh  verim  ki,  Ocağı  tanıdığım 

gündən (90-cı illərdən) mən Ocaq təlimini, Ocaqçılığı daşıyan insan-

larla ünsiyyətdəyəm. Bunun çox ciddi səbəbləri var. Yəqin ki, danı-

şanda o səbəbləri də açıqlayacam. Bu gün mən Azərbaycanın gözəl 

torpaqlarından  biri  Beyləqandayam.  Beyləqana  gəlişim  birinci  səfə-

rimdir. Atagün Ailəsində və Atagün Elindəyəm. Mən bayaq da qeyd 

elədim  ki,  sizin  Soylu  bəylə  və  bütövlükdə  Ocaqla  bir  yerdə  İnam 

bağını yaratmağınız Örənqalanı – Beyləqanı, Azərbaycanın bu guşə-

sini  gələcəyimiz  üçün  qutsallaşdırır.  Bu  yolda  uğurlar  arzulayıram. 

Mən ideoloji yönümə görə Ocaqçı deyiləm.  

Ancaq  başqa  bir  məsələ  də  var.  Ocağı  mənə  doğmalaşdıran 

səbəblər  var.  Bilirsiz,  elə  bir  həqiqət  var  ki,  ona  hər  bir  adam  ayrı 

yolla gedə bilər. Ola bilər Ocaqçılardan fərqli yolla gedirəm, ancaq 

həqiqət  bizi  doğmalaşdırır.  Mən  eyni  həqiqətə  doğru  getdiyimizi 

bildiyimdən  sizlərlə  bir  yerdəyəm.  Daha  doğrusu,  doğmalığın, 

yaxınlığın kökündə bu dayanır. 

Mən burda hər bir kəsə təşəkkür edirəm. Elana xanıma təşəkkür 

edirəm.  

 


 

52 


Burda hər kəs uzun, ya qısa danışmağından asılı olmayaraq dərin, 

məzmunlu çıxış etdi. Bu çıxışların hamısının arxasında bir ürək var, 

bir ruh var.  

Deməli, Günev bəy, mən məsələyə həmişə bir aspektdən yanaşı-

ram  ki,  dünyada  hal-hazırda  yeni  bir  keyfiyyət,  sivilizasiya  yaran-

maqdadır.  Bu  informasiya  sivilizasiyasıdır.  Artıq  dünya  silahlarla, 

siyasi və hərbi güclə yox, informasiya ilə idarə olunur. 

Bu  proses  çoxdan  başlayıbdır.  Azərbaycanda  SSRİ  dağılandan 

sonra  yaranan  ideoloji  boşluqda.  Nəzərə  alaq  ki,  Sovet  dövründə 

sovet  ideologiyası  beyinləri  qapsamışdı.  Ancaq  Sovetlər  dağılandan 

sonra  yaranan boşluqdan Batı  və  başqa  ilginc qüvvələr  böyük  usta-

lıqla qullanıb həmin ideoloji boşluğu doldurmağa çalışdılar. Nə yaxşı 

ki, həmin dövrdə Azərbaycan xalqının ruhani dünyasında bu boşluğu 

doldura  biləcək  bir  ideoloji  xətt,  bir  təfəkkür,  bir  milli  fəlsəfə 

mövcud  idi.  Bunu  Asif  Ata  yaratmışdı.  Bu  gün  dünyada  ideoloji 

sferada  döyüş  gedir.  Biz  bu  gün  Qarabağın  bir  bölgəsindəyik  və 

bizdən yaxın arada düşmənlərlə bir cəbhə xətti keçir. Bu cəbhə xətti 

bizim üçün o qədər qorxulu deyil. Çünkü bizim içimizdə bir əminlik 

var.  Mən  də  əminəm  ki,  gec-tez  biz  o  cəbhədə  qalib  olacağıq, 

olmalıyıq. Ancaq bu cəbhədən qat-qat qorxulu bir cəbhə var dünya-

da.  Bu  ideoloji  cəbhədir.  Bu  gün  dünyada  qloballaşma  adı  altında 

vahid  bir  dünyagörüş,  düşüncə  tərzi,  vahid  stereotiplər  və  təfəkkür 

modelləri  başqa  xalqlara  sırınmaqdadır.  Bu  tədricən  başqa  xalqları 

əritməyə, tarix səhnəsindən onun milli kimliyini silməyə qulluq edir.  

Əgər  bu  milli  cəbhədə  bizim  döyüşmək  üçün  milli  silahımız 

olmayacaqsa, milli əsgərimiz olmayacaqsa, deməli, biz gec-tez məh-

və  məhkum  olunmuş  bir  xalqıq.  Ancaq  nə  yaxşı  ki,  bu  gün  Ocaq-

çıların simasında bizim milli ruhumuza, dəyərlərimizə, milli gələnək-

lərimizə  söykənən,  ondan  doğan  bir  fəlsəfi  düşüncəmiz,  bir  ideya-

mız,  bir  mübarizə  cəbhəmiz  mövcuddur.  Bunun  yaradıcısı  təbii  ki, 

Asif  Atadır.  Bu  milli  cəbhənin  bu  gün  döyüşçüləri  Soylu  Atalı,  bu 

gün  Günev  bəy,  Güntay  bəy,  Üstün  xanım,  Elana  xanım  və  bunlar 

kimi onlarla insanlar gerçəkdən də, Üstün xanım dediyi kimi, cəmiy-

yətin özülüdür, təməlidir. Cəmiyyət bəzən bir insanın hesabına xilas 

ola  bilir.  Biz  nəzərə  alsaq  ki,  tarixdə  belə  faktlar  bəs  qədərdir. 

Türkiyənin  məğlubiyyət  qarşısında  olduğu  bir  dönəmdə  Atatürkün 

ortaya  çıxması  bütöv  türk  dünyasını  qurtardı.  Mən  qəti  əminəm  ki, 

bu gün sizin arxasında durduğunuz, milli kökə, milli ruha söykənən 



 

53 


bu  ideya  bizim  milli  ruhumuzun  gələcəkdə  qurtarması  üçün  bir  zə-

min hazırlayır. 

Məni  tanımayan  bəzi  adamlar  düşünə  bilərlər  ki,  Asif  müəllim 

özü Ocaqçı olmadığı halda nəyə görə bu təlimə bu qədər isti yanaşır.  

Bayaq  milli  özünüqoruma  sistemi  haqqında  danışdıq.  Milli 

özünüqoruma  sistemi  milli  ideala  söykənməlidir.  Yəni  sənin  söykə-

nəcəyin bir milli təməl olmalıdır. 

 

 



 

 

 



Bu  gün  bu  milli  təməl,  özül  mövcuddursa  və  bu  milli  ruhun 

özündən doğubsa, biz bunun dəyərini və qədrini bilməliyik.  



 

54 


Hesab  edirəm  ki,  o  dəyəri  bilən,  onu  qiymətləndirməyi  bacaran, 

onun gərəkliyini, zərurətini başa düşən, eyni zamanda özü də o yolda 

olan  insanlardan  biriyəm.  Ona  görə  də  Ocaqçılara  vaxtilə,  gücüm 

çatan  qədər,  ideyanı  yaymaları  üçün  auditoriya  ortamı  yaratmışam, 

bundan  sonra  da  bacardığımı  eləyərəm.  Bu  yolda  sizə  uğurlar 

arzulayıram. Bu gün gerçəkdən şadam. Ən azından mən Günev bəyin 

simasında, Elana xanımın simasında həqiqətən çox fədakar insanlar 

gördüm.


 

 

Günev Atalı: Elxas qardaşımızı dinləyək, sözü varsa buyursun. 

 

Elxas:  Elana  bacımız  deyir  ki,  mən  burada  daim  olum.  Mən 

bacardığım  işləri  görürəm.  Heç  vaxt  məni  burdan  heç  kim  ayıra 

bilməz. Bizdə belə bir şey var. Mən yaşadığım köydə elə hal var ki, 

sanki  din  burda  yaranıbdır.  Bunlar  yaradıbdır  dini.  Elə  bir  kənddə, 

eldə yaşayıram… 

Sizə qulaq asdıqca mən insanlaşıram. 

Mən  demirəm  qıraqda  sizin  kimi  böyük  işlər  görərəm,  ancaq 

özüm elə təpərlənirəm ki, bu mənim üçün hər şeydir. 

 

Soylu  Atalı: Asif  Atanın  Ocağı,  məktəbi  bireylərə  (fərdlərə)  elə 

bir  qapı  göstərir  ki,  o  qapını  açmaqla  tarixdə  özünə  xas  səhifə 

yazmaq olar. Bu fürsəti əldən qaçırmaq doğru deyil. Burda Ocaqçılar 

var.  Davamlı  şəkildə  onlardan  bəhrələnmək  gərəkdir.  Ayda  bir  yol 

bir araya gəlmək məsələsi var. Ayda bir yol özünü ifadə eləmək, gör-

düyü  işləri  ifadə  eləmək,  izhar  eləmək,  hesabat  vermək,  həm  də 

bəhrələnmək həmin qapını açmağa doğru aparır adamı. 

 

Müqəddəs Oxuma: “Təməl” kitabından “İnamın Təməli” hissəsi 

oxundu. 

 

Sonra Ailəyə ruhani hədiyyələr bağışlandı. 



 

Günev Atalı: Günümüzə qiyməti Ocaq Yükümlüsü versin. 

 

Soylu Atalı: Biz burda carlar yazmışıq. (Divardakı carları göstərir 

–G.A.) 


1. Ata Amalı – İnsanı yaşadan ruhaniyyat özülü. 

2. Asif Ata İnamı – ulusal özünüqoruma sistemi. 



 

55 


Mən bayaq söhbətimin bir hissəsini carın üzərində qurdum. Asif 

Atanın  yaratdığı  dünyabaxış  xalqın  ruhani  immunitetidir.  Bax,  bu 

gün bizim söhbətimizin yönü xalqın həmin ruhani immunitetinə göz 

atmaq, onu aydınlaşdırmaq, öyrənmək, onunla olmaq və onun əsasın-

da  da  dolğunlaşmaq  fikri yürütdük.  Bizim  keçirdiyimiz  Ailə  Günü-

nün başlıca etkisi onunla bağlıdır ki, burada, bu bölgədə Asif Atanın 

milli-insani  özünüqoruma  sisteminin  ağıllarda  bərkiməsi  və  yayıl-

ması üçün bir ünvan var, bir orta (mərkəz) var. Bu ortada həmin fikir 

yaxın-uzaq  bölgələrə  daşınır.  Bu  Ailə  Günü  o  daşınmanın  təminat-

çısıdır.  Onu  yaradır,  ona  təkan  verir.  Biz  daim  Ailə  Günündə 

hesabatlaşırıq,  öyrənirik,  doluruq,  dolğunlaşırıq.  İçimiz  dolduqca 

çıxırıq qırağa. 

Biz İnamın, ideyanın daşıyıcılarıyıq, onu gələcəyə daşıyırıq. 

Gələcəyə – yəni toplumun ürəyinə, ağlına, düşüncəsinə. 

Ailə  Günümüzün  yönü  belə  bir  məzmunda  izhar  olundu, 

biçimləndi və hesab edirəm ki, Asif Atanın qarşısında üzüağ olmaq 

qənaəti yaratdı. Həm də umudumuzu yenilədi. Düşüncəmizi yenilədi. 

Görəcəyimiz  işləri,  atacağımız  addımları  yenilədi.  Yenilənmə  halı 

gətirdi.  Bugünkü  törənimiz  uğurlu  oldu.  Uğurlu  olduğu  dərəcədə 

qutlu oldu. 

 

 

 



 

 “Ata  Ruhunu  Ürəyimizdə  aparırıq!”,  Atamız  Var  olsun!”  səcdə-

siylə Gün başa çatdı. 


 

56 


Sonra  Amal  Bağı,  İnam  Məbədi,  Atanın  ilk  Torpağı  ziyarət 

olundu, qutsal söz deyildi. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

       Günəş Ayı, 37-ci il. 

Atakənd. 

(mart, 2015, Bakı.).

 

 



 

57 


Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı 

 

“Atagün” və  “Uluyol-Hünər” Ailələrinin 



37-cı ildə II “Ailə Günü”nün 

Gediş Yazısı 

 

Gün:  24 Çiçək Ayı; Yer: İnam Evi (İçərişəhər); Başlanır: 16.00 

 

  Oda  Törənin  ruhuna  uyğun  hazırlanır.  Təşkilatca  işlərə  sorumlu 



Ulusəs Atalıdır. 

“Ata Ruhuna pənah gətirmişik!” səcdəsiylə tədbir başlanır. 



  

Ocaq Yükümlüsü Soylu Atalının Ailələrə uğurlaması 

dinlənilir. 

  

Törən qonuları: 

Amallaşma, Kamilləşmə, Xalqlaşma hesabatı. 

37-ci ildə qarşımda hansı aşamaları görürəm? 

Eyni yolu getmək mənəvi birliyə yetməkdirmi? 

  

Qutsal Oxuma: “Təməl” kitabının davamı oxunur, şərh edilir. 

 

 Qatılanların düşüncələri dinlənilir və sorğulara cavab verilir. 



 “Ata Ruhunu ürəyimizdə aparırıq!” səcdəsiylə Gün başa çatır. 

  

Carlar 

 Ataya səcdəyə yüksəlmək – ömürdə Mütləqiliyi yetirməkdir! 

Ömürdə yandırılan ruhani işıqla – şər qaranlığını yarmaq gərək! 

  

GedişYazısını yazdı: Nurtəkin Atalı 

16 Çiçək  Ayı, 37-il. Atakənd

  

 Qəbul olunur. 



                                         Soylu Atalı 

Mütləqə İnam Ocağının Yükümlüsü 

                                    



    16 Çiçək Ayı, 37-ci il. Saray-Soylu. 

 

58 


Asif Atanın – İnam Atanın 

Mütləqə İnam Ocağı 

 

“Atagün” və “Uluyol-Hünər” Ailələrinin 



birgə “Ailə Günü” toplantısında deyilmiş fikirlər 

 

 

 

Ocaq  Günsırası  ilə  24  Çiçək  Ayı,  37-ci  ildə  (aprel,  2015)  İnam 



Evində “Atagün” və “Uluyol-Hünər” Ailələrinin birgə “Ailə Günü” 

toplantısı keçirildi. “Ata Ruhuna pənah gətirmişik!” səcdəsilə “Ailə 

Günü” başladı. 

  “Uluyol-Hünər” Ailəsinin Yükümlüsü Nurtəkin  Atalı Ataya səcdə 

ilə söz dedi. O, tədbirə yeni qatılanlar üçün Ocaq tədbirlərinin ümu-

mi  məzmunu  haqqında  qısa  bilgi  verdi.  “Ailə  Günü”  toplantısının 

tələblərinə  uyğun  olaraq,  öz  hesabatına  başladı: “Bu  ay,  keçən  ayla 

tutuşduranda Amallaşmaya vaxt ayırmışam. Atanın “Mütləqləşmək – 

Var olmaq” kitabını oxuyuram. Bu ay başqa Ocaq əməllərim də çox 

olub: Keçən ayın “Ailə Günü” tədbirini kitablaşdırmışam, Ata Bitiq-

lərini  çap  üçün  yenidən  hazırlamışam.  Atanın  rusca  “Mütləqilik” 

kitabını  (Göylü  bilgisayarda  yazıb)  düzəldib  quruluşunu  işləmişəm. 

Bu işlərin hər biri mənə fərəh gətirib. 

Xalqlaşma  işimdə  bir  addım  irəliləmişəm.  Bu  ayda  4  oxula 

getdim.  İki  oxul  direktoru  görüş  keçirməyə  razılıq  vermədi.  Bir 

direktor  görüş  üçün  gələn  aya  söz  verdi.  Kollecin  direktorunun  isə 

özəl qarşılama günləri var, onda getməliyəm. Direktor yardımçısı ilə 

söhbət elədim. Asif Atadan sorağı var idi, Ocağın çalışmalarının bu 

gün də davam etdiyini eşidəndə sevindi. 


 

59 


Çox  istəyərdim  ki,  özüm  də  görüş  keçirəm,  Ocaq  Yükümlüsü 

üçün də görüş təşkil edəm. Evdən çıxmağımın özü məni etkiləndirdi. 

Bundan başqa Ocaq Yükümlüsü ilə birlikdə Ata kitablarının və Ocaq 

Evladlarının  kitablarını  kitab  evlərinə  verdik.  Mən  evdə  də  Ocaq 

işləri  görürəm.  Ancaq  evdən  çıxmaq,  söhbətlər  aparmaq  –  içimdə 

həsrət var buna. Bir yerdə söhbət edəndən sonra başqa yerdə yenə də 

söhbət eləmək istəyirəm. 

“Ailə  Günü”nün  “gedişat”ında  qonumuz  var:  qarşımda  hansı 

aşamaları görürəm?! 

O aşamaları görürəm ki, Xalqlaşma işlərimi artırım. 

Bəzi yazılarımı oxuyacam. 

xxx 

Mən öz yaxamdan yapışıram, özümdən əl çəkmirəm, özümdən əl 

çəkmədikcə boyum ucalır. Özümdən əl çəkdikcə yaşam, məişət mən-

dən  sallanıb  boyumu  balacalaşdırır.  Özümü  ayaqda  saxlamaq,  ba-

ğımsız saxlamaq, həm yaratmaq, həm qorumaq sorumluluğu daşıyı-

ram. 


Uçuruma düşənin bir yolu var, ondan çıxmaq. Yana da getsən, yarıda 

da qalsan uçurumda sayılırsan. Yalnız çıxmaq özgürlük sayılır. Çıx-

mağın adı özünü yaratmaqdır. Ancaq və ancaq Mütləq tələblə özümü 

yaratmalıyam. 



xxx 

Atanı  ardıcıl  oxumaq,  “Rica”ları  demək  –  özümə  münasibətimi 

formalaşdırır.  Adam  öz  ağlıyla  uğraşmayanda,  ağlı  gərəkli  düşün-

cələrə yönəltməyəndə nə gəldi düşünür. Ağlı, beyni qıraqdan mühit 

yönəldir. Adam özünün varlığını duymur. 

Ancaq  ağlı  ruhani  axtarışlara,  həqiqətlərə  yönəldəndə  ruhani  hal 

yaranır.  İnsanın  özünə  münasibəti formalaşır,  varlığını  – ruhani  var 

olmağını sağlayır və duyur. 



xxx 

Var aktiv çalışma, var doğru çalışma. Bəzi örgütlərin, partiyaların 

çalışmaları  aktivdir,  ancaq  doğru  deyil.  Özlərinin  məqsədləri  üçün 

çalışmaqdadırlar, xalq üçün yox. Bizim çalışmamız doğru çalışmadır. 

Özünü yarada-yarada çalışmaq – ruhaniyyat yolu getməkdir. İçindəki 

qorxu  ilə  yol  gedə  bilməzsən,  içindəki  qısqanclıqla,  kinlə  yol  gedə 

bilməzsən,  dayanarsan.  Ona  görə  də  bizim  yol  getməmiz  yavaşdır, 

çətindir, ancaq fərəhlidir. 

İçdəki  qüsur  –  əməli  bütövləşməyə  qoymur,  sabahlaşmağa  qoy-

mur. Arıldıqca, adamlıq yükündən özgür olduqca yerimək – çətin və 



 

60 


gərgin döyüş istəyir. Özünə qarşı həm amansızlıq, həm sevgi istəyir. 

Özünə həm inam, həm şübhə istəyir. Şübhənin sınırı hardadır, inamın 

sınırı  harda  –  sorulara  cavab  axtara-axtara,  tapa-tapa  yol  getmək  – 

bunlarla  yaşamaq  vaxt  istəyir.  Gərgin  əmək  istəyir.  Ciddi  özüylə 

döyüş istəyir. 

xxx 

Adam  sürülükdən  çıxıb  toplum  yaratdı  və  toplumda  sürüləşdi. 

Özünə inanmamaq, öz iradəsiylə hərəkət etməmək, toplum ölçüsü ilə 

yaşamaq – sürüləşməkdir. 



xxx 

Qaralama  əsəri  heç  kim  oxumur.  Oxucu  yazarın  minbir  əziyyə-

tindən  sonra,  artıq  şeylərdən  ayırdığı,  arıtladığı,  yetirdiyi,  yetkin-

ləşdirdiyi  və  özünə  inanaraq  işıq  üzünə  çıxardığı  ağlama  əsərini 

oxuyur.  İnsanın  özünü  yaratması  da  ağlama  əsər  kimidir.  Onu 

sunursan, çünkü arıldıb, duruldub, yetirib, yaşayıb yaratmısan. 



 

xxx 

Hər bir olaya on il sonranın gözüylə bax. Onda görəcəksən əyər-

əskiyi. Onda biləcəksən nəyi demək olar, nəyi olmaz, nə solacaq, nə 

qalacaq. On il öncənin və ya gələcəyin gözüylə baxanda balaca duy-

ğuların balacalığını da görmək olur, böyük duyğuların böyüklüyünü 

də. 


xxx 

Hər  bir  tarixi  hərəkatın  görünən  və  görünməyən  üzü  var.  Bir 

çağlar qəhrəman sayılan inqilabçıların indi əsil üzü ortaya çıxır. İndi 

çoxsaylı  sənədli  filmlər,  araşdırmalar  ortaya  çıxarırlar,  ələşdirirlər. 

Ocağı,  Ocaqçıların  ömürlərini  isə  hansı  yandan  öyrənsələr,  yalnız 

heyrətlənəcəklər. 



xxx 

Yaşamağın özündə sirr var, cəzb var. Yaşamı dəyərləndirən onun 

məqsədidir.  Nə  üçün  yaşamaq?  Bu  sorunun  doğru  yanıtına  hər  kəs 

çatmır.  Çünkü  doğru  araşdırmır.  Çatmadığı  üçün,  ömrünü  doğru 

məqsədə həsr etmədiyi üçün ömrü öz soyundan qırağa çıxmır. 

Ailə  və  xalq  anlamı  birdir.  Ailənin  məqsədi  xalqı  yalnız  soy 

artımı  ilə  sabaha  çatdırmaq  deyil.  Fərdin  yaşam  tərzi  ailəni  də 

yönləndirir,  bütövləşdirir  və  ailə  xalqla  birləşir.  Fərdin  sabahı  – 

ailənin sabahı və xalqın sabahı yüksək məqsədlə qurulur. 

 


 

61 


xxx 

Özüylə  döyüşdə  Əzəliliyə  qayıdış  var  və  əbədiliyi  qurmaq, 

yaratmaq var. Milli-insani dəyərlər əzəliliyimizdir və o özül üzərində 

zənginləşmək,  artmaq,  yaratmaq  gərəkdir.  Kamilləşdikcə  əzəliliyə 

qovuşuram və özümü qurmaq əzmim artır. 

 

xxx 

Təbiət  dəyişkəndir.  Bu  dəyişkənlikdə  dəyişməz  olan  qayda  var. 

Təbiət nə qədər dəyişsə də, bitmir. Adam da həyatda dəyişkəndir. Bu 

dəyişkənlikdə dəyişməz olan həyatın qaydasıdır. Adam içdən dəyişə-

dəyişə tükənir, bitir. Adam həyatın yaşatdığı bütün olaylarda həyatın 

ölçüsünə uyğun yaşayır və dəyişkənlikdə özünü itirir. 

Amal insanı dəyişdirə-dəyişdirə dəyişməz mahiyyətə yetirir.  

Amal  ölçüsü  ilə  yaşamaq  İnsanı  həyatın  fövqünə  qaldırır.  İnsan 

dəyişməzliyində  tükənmir.  Mütləqə  yetmək  üçün  özüylə  döyüşdə 

sonsuz üfüqlər açılır. 

xxx 

Özünə,  öz  düşüncələrinə  yiyə  olmaq  qədər  çətin,  sorumlu,  eyni 

halda fərəhli olay yoxdur. 

Hər durumdan çıxış yolu var – axtarsan. 

Hər sorunun yanıtı var – araşdırsan. 

Hər çətinliyin sonunda fərəh var – yetirsən, yetsən. 



 

xxx 

Adam özünü haqlı sayır. Ona görə özünü qoruyur. Yalnız Həqiqət 

haqlıdır və özünü qorumaq – Həqiqəti qorumağa tən olmalıdır, ədalə-

ti qorumağa tən olmalıdır. 

Haqqı Həqiqət verir, ədalət verir. 

 

xxx 

Hər  kəs  başqasından  ağıllı  olmaq  istəyir.  Ağıllı  olmaq  istəyi  – 

üstün olmaq istəyinə bağlıdır. 

xxx 

Mahiyyəti  dərk  edəndən  sonra  həyatda  hansı  məqsədin  heç  nə 

olduğunu,  hansı  məqsədin  insanı  var  etdiyini  bilmək  olur.  Ancaq 

“heçnə”yin  “heçnə”  olduğunu  dərk  etmək  üçün  öz  yaxanı  Amala 

verməlisən. Öz yaxanı özünün əlinə verməlisən. Çünkü nə qədər ki, 

adamın  yaxası  həyatın  əlində  olacaq, “heçnə”lər  onun  məqsədi  ola-

caq. Həyatın içində ola-ola həyatdan, həyatın adi istəklərindən imtina 


 

62 


etmək çətindir. Amal insanı həyatdan ayırır. İnsan Amala tapınmaqla 

həyat adiliyindən ayrılır. 



xxx 

Həyatda  yollar  çoxdur  –  siyasi,  dini,  elmi…  Siyasəti  demirəm, 

çünkü  orda  hər  kəsin  öz  maraqları  var,  orda  birlikdən  söhbət  gedə 

bilməz. 


Elmdə böyük qanunlar kəşf edənlərin bir-biriylə münasibətləri yaxşı 

olmayıb. Eyni yolda olmasına baxmayaraq, bir-birini həzm etməmək 

mənəvi birliyə yetməni əngəlləyir. 

Musiqi  sahəsində  də  həmçinin.  Qısqanclıqla,  rəqabətlə  eyni 

sahədə olanlar birləşə bilmirlər. 

Dində  olanlar  –  özlərini  mənəvi  bacı-qardaş  sayırlar.  Dində 

allahımız birdir, dualarımız eyni dildədir deyə mənəvi birliyə yetmək 

mümkün  deyil.  Çünkü  mənəvi  birlik  ruhun,  xarakterin  özümləş-

məsindən, kamilləşməsindən başlayır.  

Özünü o dərəcədə arılamaq, yetkinləşdirmək ki, özünü başqasında 

görə biləsən. Əgər Allaha sevgi insana sevgi ilə birləşmirsə,  heç bir 

birlikdən söhbət gedə bilməz. 

Mənəvi birlik – insan içindəki naqisliklə, balacalıqla döyüşdükcə 

baş  verir.  Həqiqətə,  Ədalətə  yetdikcə  baş  verir.  Başqasıyla  görüş-

dükdə  həqiqətlə  görüşürmüş  kimi  qarşılaşmalıdır  insan.  Həqiqət, 

Ədalət uğrunda döyüşlə qurulur mənəvi birlik. 

Fərq  də  bundadır.  Din  yolunda  gedənlər  dini  yaşatmaq  üçün 

başqalarını öldürürlər. 

Amalçı isə insanların doğru, gözəl yaşaması üçün həqiqət, ədalət 

uğrunda döyüşür. 

Birlikdən  insanlara,  dünyaya  İnsanilik  saçılmalıdır.  İnsana, 

İnsaniliyə qarşı olan nə varsa şərdir. 

Tarixdən bəllidir, mənəvi birliyə yetənlər – Şəms-Rumi, Nəsimi-

Nəimi birliyi işıq kimi saçılıb. 



 

xxx 

Hər  yaşanan  bir  iz  qoyur.  Bəzən  gözəl  diləklər  həsrətlə,  göz 

yaşıyla ürəyə axır. Gözlər gülsə də kədər boylanır baxışlardan. Üzlər 

gülsə də kədər boylanır ürəyin dərinliyindən. 

Hər  yaşanan  bir  iz  qoyur.  Fərəhə  yetəndə  üzə,  gözlərə  qonur 

fərəh, işıqlanır fərəhin işığında. Ürək isinir, üz doğmalıq saçır, baxa-

nın ürəyini işıqla doldurur, göylərə ucaldır. 


 

63 


Yaşadıqlarımız  geridə  qalsa  da,  ömrümüzlə  qabağa  apardığımız 

kədərimizdə, fərəhimizdə yetkinləşməyimizdir. 



 

xxx 

Ocağın 37-ci ilində Atanın bizim üçün qoyduğu bütün tələblərdə 

yetkinləşmək, yenilənmək aşamaları görürəm qarşımda. Özümə tələ-

bim yetkinləşməlidir. Xalqlaşma çox önəmlidir. Söhbət edəndə mən 

Həqiqəti dərk etməyin və deməyin xoşbəxtliyini anlayıram. Nə qədər 

gözəldir Həqiqəti dərk eləmək. Öz kimliyinə bağlanmaq. Bu, bizim 

sabahımızı yaradan bir olaydır. Bu baxımdan, həm özümü yaratmaq, 

həm  xalqlaşma  əməllərimin  artması  –  qarşımda  qoyduğum  tələb-

lərdir. Aşamalar deyəndə o tələblərə yetməyi gözə alıram. 

AtamızVar olsun!” 

 

Günev  Atalı Ataya səcdə ilə sözünə başladı. O, “Mütləqə İnam” 

Bitiyindən “Mütləqsizlik”, “Sürüləşmə” və “Ruhsuzluq” bölmələrin-

dən özümləşdirdiklərini oxudu. 

Kamilləşmə  hesabatını  verəndə  qeyd  elədi  ki:  Halımda  sabitəm. 

Özümdə gerilik hiss eləmirəm. Əksilməkdən söz gedə bilməz. Çünkü 

Amalımız ömrümüzün yüksək məqsədidir. İdealımız, dünyanı dəyiş-

mək  istəyimiz  içimdə  elə  gözəl  yer  tapıb  ki,  mən  ömrümü  onsuz 

düşünmürəm. Ona görə də əksilmək məndə ola bilməz. 

Xalqlaşma  ilə  bağlı.  Birinci  xalqlaşma  işim  –  Məbədin  ağır  daş 

işini, demək olar ki, qurtarmışam. Bütün sütunlar taca qədər qalxıb.  

 

 


 

64 


Daşla bağlı az  iş  qalır.  Ümumi  “Kəmər”  işini  bitirəcəm.  Ocağın 

37-ci ilində Məbədin dəmir-beton işini tamamlamaq istəyirəm… 

Bölgələrdə,  kəndlərdə  ən  yaxşı  auditoriya  yas  mərasimləridir. 

Orda  məni  daha  çox  dinləyənlər  tapa  bilirəm.  Başqa  auditoriya, 

oxulda görüşün alınması çətindir. Ancaq istər xeyir işlərdə, istər yas 

yerlərində  elə  hal  yaranıb  ki,  mənə  mikrofon  veriləndə  hamı  qulaq 

kəsilir.  Bilirlər  ki,  hansısa  bir  gözəllik  haqqında  söz  açılacaq.  Yeni 

bir  şey  eşidəcəklər.  Diqqətlə  dinləyirlər.  Keçmiş  Ocaqçı  Nadirin 

anasının yasında yaxşı söhbət elədim. O kənddə mən dəfələrlə “Fikir 

Evi” görüşləri keçirmişəm. Atanın orda görüşü olubdur. Toplum bizi 

tanıyır və bizə əyri münasibəti olan yoxdur. Dinləmək istəyirdilər və 

ortam da yaratdılar. Bir gün axşamacan orda danışdım. Yaxşı sorular 

da sorurdular. Son dərəcə razı qaldılar. Mollanın özü üçün də ilginc 

idi. Bir də söhbəti elə qururam ki, bilinsin biz nə istəyirik. 

Sən elə Dünyabaxış yanlısısan ki, “Yaradıcı”nın ətəyindən yapış-

mısan  və  onu  verirsən.  Onun  harayını  çəkirsən,  onun  gərəkliliyini 

göstərirsən, onu çatdırırsan. Bu baxımdan bu ay məni xalqlaşma işim 

çox sevindirdi. 

“Ailə Günü”ndə qoyulan qonu ilə bağlı deyim ki, ən böyük aşama 

–  xalqlaşma  işlərim  davam  eləməlidir.  Həm  də  dediyim  kimi,  bu  il 

Məbədin dəmir-beton işini qurtarmalıyam. 

Bu yaxınlarda illərlə Ocaqçı adını daşımış 8 nəfər “Amal Bağı”na 

gəlmişdilər.  Görünən  işlərə  heyrətlə  yanaşanlar  da  oldu,  başqa 

duyğularla  yanaşanlar  da. Onlar  bizim  sorağımızı,  Məbəd  haqqında 

eşidirlər və soruşurlar ki, maliyyəsi hardandır… 

Ocağı bizim özündənkeçmə hünərlərimiz yaşadır. Bunu anlamaq 

çoxlarına çətindir. Olsun! Əsas odur ki, iş getsin. Mənim yaşamağım, 

mənim yanmağım budur. O olan yerdə nəsə tapılır. 

Atamız Var olsun! 


Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə