Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı



Yüklə 3,35 Mb.
Pdf görüntüsü
səhifə7/31
tarix06.05.2017
ölçüsü3,35 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   31

 

Üstün  Atalı (Ataya  səcdə  edib,  bayrağı  öpür  –  T.A.):  Ay  içində 

Ocaq üçün elədiyim əməl hansısa tədbiri köçürmək olub. Elçin bəyin 

“Beşikbaşı”  Mərasiminə  qatılmışam.  Bacardığımı  eləməyə  çalışmı-

şam.  Şabran  rayonunda  Ocağa  yaxın  birinin  qız  övladının  toyunda 

söz dedim. Əslində mən orda heç kimi tanımırdım. Söz demək üçün 

gözləməli  oldum.  Söz  deyəndən  sonra  o  mühitdə  sıxıldım.  Çətindir 

söz  demək,  həm  də  sözün  sanbalını  yaratmaq,  dediyini  həm  də 

yaşamaq.  Qarışmamaq,  qoşulmamaq.  Bir  şeyə  əmin  oldum  ki,  biz 

Beşikbaşı  Mərasimində  sözümüzü  deyib  çıxırıq.  Bu  tam  mənada 

ağlıma çatdı. 



 

84 


 

 

Yəni  qaldıqca  həm  söz  adiləşir,  həm  özün  adiləşirsən.  Dediyin 



fikirlər hardasa sehrini itirir. 

Ümumi  bu  aykı  halım  gərgin  olub.  O  gərginliyi  ağlımda  özüm-

özümlə  vuruşmalarla,  içimdəkilərlə  yaşayıram.  Bir  şeyi  anladım  ki, 

əgər  halım  o  hal  deyilsə,  əgər  ağlımın  gücü  çatmayan  şeylər  varsa, 

onda  o  ağlı  yetirmək  gərəkdir.  Yetirmək  necə  olar?  Ancaq  Ocağı 

öyrənməklə. Tam olaraq öyrənməklə, özünü yaratmaqla. Əgər nəyisə 

anlamırsansa,  hansısa  münasibəti  anlamırsansa,  deməli,  o  səviyyəni 

yaratmaq gərəkdir. Bu gərginlikdən çıxmaq üçün “Ata Səsi” kitabını 

oxudum.  Bizə  mərasimdə  onları  təqdim  eləmişdilər.  Mən  onun 

demək olar 50-60 səhifəsini oxumuşam. Hələ ki, özümdə onu vərdiş 

elətdirə bilməmişm. Görürsən oxuyub gedirəm, tamam məni düşün-

cədən alır, qayıdıb bir də oxuyuram. Tam fikrimi ora toplaya bilmi-

rəm. Oxuduqca düşünürəm ki, Ata orda sözləri deyir və kimə ümid 

eləyir. Əslində Ata özü öz çatdığına inanıb deyir. Bilir ki, o çatıb, sən 

də  çata  bilərsən.  Məğz  bu  idi.  Adam  bəzən  hər  hansı  bir  şey 

oxuyanda görürsən ki, orda deyilən söz, keçirdiyin duyğular sənə də 

aiddir.  Ata  orda  belə  bir  şey  deyir:  “İstəyimiz  odur  ki,  insan  Müt-

ləqləşsin. Ona mane olan özüdür”. Bax bu fikrin altından özüm üçün 

bir xətt çəkdim ki, insana mane olan nədir? Ancaq özü. Özü özünə 

həm  dostdur,  həm  də  düşməndir.  Ucalmaqdan,  kamillikdən  özü 

özünü qırağa çəkir. Başqa heç kim ona heç nə eləmir. Nə toplum, nə 

mühit insana mane ola bilməz. Ən böyük maneə içdədir. Əgər içimə 

adilik axırsa, onu ifadə etməyə çalışıram. Çünkü heç nə gizli qalmır. 


 

85 


Müqəddəslik,  sevgi  halı  mənim  içimə  giribsə,  onu  istəyirəm  ifadə 

eləyim.  Yayda  səfərlərə  gedəndə  Atanı  fikirləşirdim.  İçimə  dolurdu 

və başlayırdım bir-bir Ocaqçılara zəng eləməyə. Əslində bu yaxşı bir 

hal idi. Yəni içimə dolur o sevgi, Ocağa qarşı olan münasibət. İstə-

yirdim  onu  paylaşam.  Eyni  zamanda  əgər  içimə  adilik  axırsa,  mən 

istəsəm  də,  istəməsəm  də,  o  mənim  sözümdə,  hərəkətimdə  özünü 

göstərir. Yəni gizli heç nə qalmır. Ata orda bir fikir deyir: “Hamımız 

toplumun içində murdar oluruq. Hamımız qapını açıb içəri girəndə, 

müəssisələşəndə murdar oluruq”. Belə baxanda adama qəribə görsə-

nir.  Yəni  müəssisələşəndə  murdar  olmaq.  Ancaq  oturub  öz  işində, 

yörəndə,  yörənin  keçirdiyi  iclasları  görəndə  nəyinsə,  kiminsə  xati-

rinə,  nə  üçünsə  yığışdığını  biləndə,  doğrudanda  adam  murdarlıq 

görür.  İş  yerimdə  keçirdiyimiz  oxul  iclasları  yalan  və  yorucu  olur. 

Artıq hamı bilir ki, nə saxtadır, nə doğrudur. Hər bir şey formaldır. 

Əslində ona qoşulmaq, o murdarlığa qoşulmaq kimi bir şeydir. İcla-

sın məqsədi maraqları qorumaq, qanunlara tabe etməkdir. Tabeçilik 

altında murdarlaşır insan. Ata orda deyir, “mən qəti əminəm ki, insan 

dünyaya sığmır, ancaq vətənə sığır”. Muğam haqqında Atadan müsa-

hibə  alanda  Ata  o  fikri  deyir.  Bir  vaxtlar  mən  düşünürdüm  Ocağı 

xalqa vermək üçün dış ölkəyə getmək daha yaxşı olar. Orda daha tez 

qəbul  olunar.  Ancaq  Atanın  muğam  haqqındakı  fikri  onun  tərsini 

dedi.  Yəni  çağdaş  muğam  ifaçılarının dış  ölkələrə  üz  tutması,  bunu 

əsas  iş  bilməsi  yanlışdır.  Vətəndə  muğamı  necə  sevdirə  bilmişik. 

Məsələn, mənim öz evimdə, öz içimdə bu sevgini yarada bilmişəm-

mi? İçimdə muğama sevgi dərk səviyyəsində deyil, sayğı səviyyəsin-

dədir.  Yəni  Atanın  və  zaman-zaman  Soylu  Atalının  dilin-dən  eşit-

diyim  bilgilərdir. Tam  olaraq  mən  muğama  başdan-ayağa  qulaq as-

mamışam, vaxt ayırmamışam. Əslində bu bir suçdur. Onu mən dəyər 

kimi xalqa sunuram, ancaq özüm o dəyərdən bəhrələn-mirəm. Dedi-

yimlə əməlim üst-üstə düşmür. Bunu yetirmək gərəkdir. Ata orda söz 

deyir:  “Muğam  ona  görə  fəlsəfədir  ki,  insan  pillə-pillə,  hal-hal 

dəyişir, kamilləşir, ilahiləşir və son məqamda içində rüşeym halında 

olan,  tam,  bütöv  şəkildə  üzə  çıxan,  yerə-göyə  sığmayan  Allahla 

(yeri-göyü yaradan Allahla yox, kamillik rəmzi olan Allahla) üzləşir, 

ona  qovuşur”.  Bu,  elə  bil,  mənim  üçün  muğamın  tərifi  oldu,  bunu 

bəlkə 20 dəfə oxudum. Belə düşündüm ki, əslində buna qulaq asa-asa 

da insan içdən arına bilər. 

Oxuduqca ağlıma çatır ki, gör mən özümü nələrdən ayırmışam. O 

düşüncələrdən,  ona  yetmək  diləyindən.  Halım  getdikcə  durğunlaşır. 


 

86 


Özüm-özümə  tam  hesabat  verməmişəm.  Gərək  birinci  özün  özünlə 

danışasan.  Bir  şeyi  dəqiq  bilirəm  ki,  hər  gün  Ocaqlaşmaq,  hər  gün 

öyrənmək  gərəkdir.  Duyuram  ki,  halı  qorumaq,  yenilənmək  üçün 

başlamaq  gərəkdir.  Yetdiyimi  az  saymaq,  daha  artığına  yetmək  gə-

rək. İçimdəki heyrəti oyatmalıyam. 

 

Türkel Atalı (Ataya səcdə edib, Bayrağı öpür): Mənim nəinki bu 

ay,  ümumiyyətlə,  elə  aylarım  olur  ki,  sanki  beynimdə  hər  şey 

çalxalanır.  Fikirlərim  tamam  qarışır  yaşamla,  gedişatla  bağlı.  O 

məqamda  halımı  ifadə  eləyib  yazmaq  istəyirəm,  görürəm  ki,  ifadə 

eləmək  istədiyim  məni  qane  eləmir.  Onlardan  bir  məqamı  demək 

istəyirəm.  Mən  yaşam  boyu  kimsədən  kömək  almamışam.  İstər 

yüksək oxulda, istər hərbidə. Hansısa sorunla üzləşəndə mənə ən çox 

anam  deyib  ki,  səbrli  ol,  kimimiz  var  axı.  Belə  şeylər  mənim 

psixologiyama  pis  oturub  və  mən  səbr  eləyərək,  haqsızlığa  öyrən-

cəkli  olmuşam.  Mənim  istər  işə  düzəlməyimdə,  istər  başqa  işlərdə 

heç  bir  istəyim  qaydasında  getməyib.  Bu  da  mənim  özümə  inam-

sızlığımdan irəli gəlib. 

Oxuduqlarımla  bağlı  məqamlarda  gəldiyim  qənaətləri  bölüşmək 

istəyirəm. Ay içində Ocaq Yükümlüsünün “İnamlaşmaya – milli var 

olmaya çağırış”, Ulusəs və Günev Atalıların kitablarından bəlli his-

sələr  oxumuşam.  Onu  da  indiki  yaşamla  bağlı,  durumla  bağlı, 

yörədən fərqli, daha doğrusu, ümidli, həqiqətə daha yaxın düşünmək 

məqsədilə  oxumuşam.  Buna  bəlli  dərəcədə  yetmişəm.  Kiminlə söh-

bət  eləyirsən  başlayır  gileylənməyə.  Özünü  rahatsız  edən  qayğıları 

dilə  gətirməyə.  Bu  gileylilik  saysız-hesabsız,  bir-birindən  heç  bir 

fərqi olmayan səbəblərlə doludur. Fizik alim İsaak Nyuton hərəkətin 

səbəbini araşdırır. Məsələn, sürətin səbəbi hərəkət, hərəkətin səbəbi 

enerji,  onun  səbəbi  filan  şey  deyir.  Belə  qərara  gəlir  ki,  hardansa 

başlamalıdır. Bəlli başlanğıc nöqtə olmalıdır. Mən də hesab eləyirəm 

bütün  gileyliliklərin  yalnız  bir  səbəbi  var:  Amalsızlıq,  inamsızlıq, 

ruhsuzluq.  Adamlar  sanki  kordur,  yalnız  ağıllarına  gələn  fantaziya-

larla  danışırlar.  Dediklərinin  hamısı  çeynənilmiş  sözlərdir.  Yalnız 

Amalda yeni fikir, yeni hal görürəm. Oxuduqlarım içimə işıq salır və 

mən daha aydın düşünə bilirəm. Gərgin, bədbin, hiddətli, yalan dü-

şüncələrin  əsarətindən  özgür  oluram.  Günev  Atalının  kitabına  ön 

sözdə  Ocaq  Yükümlüsü  qeyd  eləyir  ki,  “çətinliklər  onu  daha  da 

müdrikləşdirdi.  Çünkü  insan,  millət  sevgisi  onun  həyatının  ana 

xəttidir”.  Mən  Amalın  çətinliyini  o  qədər  görməsəm  də,  həyat 


 

87 


yönündə olan çətinliklər məni əyə bilir. Ancaq Ocaq Yükümlüsü gör-

düyü  əməlləri  uca,  fərəhli,  inamla  ifadə  eləməsi  məni  etkiləndirir. 

Gördüyüm  işlərin  o  qədər  fərqinə  varmasam  da,  o  danışanda  sanki 

mən də qanadlanıram və içimdə onun kimi böyük hünər sahibi olmaq 

təpəri yaranır. 

 

Göylü  Atalı: Türkelin  etirafları  örnəkvericidir.  Ancaq  hesab 

edirəm böyük düşünmək gərəkdir. Bir çox gənclərlə söhbət eləyəndə 

mən  görürəm  ki,  bu  arxasızlıq  onların  da  yaralı  yeridir.  Bunu  bizə 

aşılayan  demokratiya  ideolojisidir.  Biz  onun  bəlkə  də  fərqində 

deyilik. Ancaq aşılanan əslində odur ki, mən niyə ağa olmayım. Belə 

düşünə-düşünə  əslində  ağalığı  yaşadırıq.  Ağalıq  qorunur  yenə  də. 

Atanın  demokratiyayla  bağlı  bir fikri  var:  zorbanı  döy,  zor  yaşasın. 

Hədəfin, məqsədin fərqinə varmalıyıq. Lap tutalım mənim də arxam 

var, kiməsə cavab verdim. Cavab vermək axı məsələnin həlli deyil və 

məni  mən  eləmir.  Sıradan  istəklərdən  ötrü  arxaya  arxalanmaq 

yaraşmaz. 

 

Türkel  Atalı: Sənin  sözünlə  razıyam.  Mən  düşünəndə  onu  gözə 

alıram. Ancaq o cür haqsızlıqlarla heç cür barışmıram. 



 

Göylü  Atalı: Mövlanə  deyir,  ədəb  bütün  ədəbsizliklərə  səbr 

etməkdir. 



 

Soylu  Atalı: Bizim  öyrətmənimiz  Mövlanə  deyil.  Ona  çox  üz 

tutursan. Bizim öyrətmənimiz Asif Atadır. Mövlanənin dediyi məsə-

lələri  mən  yaxşı  bilirəm.  Onun  dediyi  çox  məsələlər  Asif  Atanın 

dediyi  ilkinlik  və  Əzəliliyə  çatmır.  Biz  bəşəriyyətin  ayrı-ayrı 

dühalarının  yaxşı  cəhətlərini  görürük,  sevirik.  Ancaq  ölçümüz  Asif 

Atadır. 


 

Elçin Həsənov: İndi ədalətli cəmiyyət axtarmaq hamının içindən 

gələn  hisslərdir.  Asif  Ata Ocağının  insanları  ədalətli  dünya  qurmaq 

istəyən insanlardır. Bu gün bura üz tutmağımız da onu təsdiq eləyir.  

Bəzən xalqı qınayırıq. Məncə, özümüz də bir addım atmalıyıq. Bu 

cür kəskin pisliklərin qarşısını almaq gərəkdir. İnsan yaşlaşdıqca geri 

çəkilmələr  olur.  Məncə  olmamalıdır.  Çünkü  biz  geri  çəkildikcə, 

problemlər bizim başımızdan adlayıb çox irəli gedir. Bunun qarşısını 


 

88 


almaq  üçün  insanlara  stimul  verən  Ocaq  yaşamalıdır.  Ancaq  pis 

cəhət odur ki, belə yerlərdə insanlar barmaq saydadır. 



 

Yasin  Türksoy: Çoxdandır  görüşmürük.  Bu  çağ  içində  işlər 

gördüm.  Basın  yayını  ilə,  yurd  dışıyla  bağlantılarım  oldu.  Kitab 

evlərinə ədəbiyyat vermək üçün hazırlıqlar apardım. Soylu Atalı ilə 

vaxtı təyin edib, getmək qalıb. Sırada Türkiyə böyük elçiliyi də var. 

Basın  yayını  ilə  işləmək  üçün  Üstün  xanıma  onların  elektron 

ünvanlarını  sundum.  Türkiyədə  yayımlanan  TRT  səsi  radiosuna, 

TRT Avaz kanalına Asif Ata Ocağı haqda reportaj hazırlaması üçün 

elektron  məktublar  göndərirəm,  zəng  edirəm.  TRT  Türkiyənin  səsi 

və  Azərbaycanda  İctimai  radionun  birgə  yayımladığı “Qorqud  Ata” 

verylişinə  Ocaqla  bağlı  reportaj  hazırlamaları  üçün  istəyimi  bildir-

mişəm. Zəng edib deyirəm ki, Azərbaycanda belə bir fəlsəfə, Ruhani 

mərkəz  var.  Onunla  bağlı  bilgi  hazırlamaq  gərəkdir.  Elə  fikirləş-

mişdim ki, Ocaqçılar da bu işə girişsin. Tamaşaçı istəyini gözə alıb 

bəlkə  maraqlanarlar.  Nurtəkinə  bildirdim.  O,  bir  az  soyuqluq  elədi. 

Məni  yaxşı  etkiləndirmədi.  Deyir  İctimai  televiziya  bizə  yaxın 

gəlmir. Basın yayınının durumunu mən də bilirəm. Biz onları məcbur 

eləməliyik, inad eləməliyik. 

Sabirabadda  doğulan  Sabir  adlı  Axıska  türkünə  Çiçək  Ayında 

Ocaqla bağlı materiallar vermişəm. İçində vətən, millət sevgisi olan 

bir iş yoldaşıma TAQ-da milli ideoloji söhbətlərin aparılması haqda 

bilgi  vermişəm,  fikir  bölüşmələrimiz  olub.  Uluslarasası  bağlantısı 

olan  bir  gənclər  təşkilatçısını  TAQ-ın  toplantılarına  çağırdım. 

Ümumilikdə  öncəki  dinamik  halımı  yenidən  bərpa  etməli,  içimdə 

təpər tapıb milli ideologiya uğrunda səfərbər olmalıyam. 

 

Ayaz bəy: Elçin bəy geri çəkilməməklə bağlı dedi. Geri çəkilmək 

əslində  təkcə  dirəşmək  mənasında  deyil,  düşüncədə  geri  çəkilmək 

özünə xəyanətdir. Bu mənada o vaxt yazdığım belə bir şeirim var. 

 

Qaranlıq və işıq 



İşıq qaranlığı parçalayır, dağıdır, 

Qaranlıq da işığa yağıdır. 

Qaranlıq dayanır işığın sərhədində, 

İşıq çəkiləndə geri qaranlıq keçir sərhədi. 

Və işığın öldüyü yerdə bayram edir qaranlıq. 

 


 

89 


İşıq  Mütləqə  İnamdır,  Atadır.  Biz  nə  qədər  Amallaşırıqsa, 

işığımız bir az da genişlənir. İnsanlar ruhdan düşəndə o deməkdir ki, 

getdikcə bu işıq sönür. Söndükcə qaranlıq hücuma keçir hər tərəfdən. 

İşığın öldüyü yerdə qaranlıq bayram edir qələbəni. 

 

 

 



Elçin bəy: İnsanların dediyi ilə özünün, əməlinin bir olmamasın-

dan irəli gəlir. 



 

Ayaz  bəy:  Mən  işdə  də,  yolda  da  beləyəm.  Mənə  artist  kimi  rol 

tapşırılmayıb  ki,  mən  “Müsibəti  Fəxrəddin”də  filankəsin  dədəsinin 

rolunu oynayam. Mən gələcəyə baxıram. Mən başqa cür necə yaşaya 

bilərəm ki? 



 

Soylu Atalı (Ataya səcdə edib bayrağı öpür – Ü.A.): 

Dediyiniz məsələlərə yönəlik fikrimi bildirmək istəyirəm. Özünü 

döymə məsələsi. Bununla bağlı hansısa bir tədbirdə demişik. Mən bir 

dəfə elə bu Ailəyə etiraz elədim. Bu gün isə biz fərqli əhval gördük, 

uğur mənasında fərqli əhval. O zaman etirazım nədən idi. Dedim ki, 

siz  özünüzü  elə  döyürsünüz,  mənim  ürəyim  ayağımın  altına  düşür, 

bədbinlik yaradır. Misal çəkdim hətta, Tolstoyun özünü döyməsi var, 

bir  də Kafkanın  özünü  döyməsi  var.  Kafkanın  bir  “Çevrilmə”  əsəri 

var, onu da misal çəkdim. İnsanı həşərata çevirir Kafka, o həşərat di-

varlarda gəzir daima. O qədər bədbinlik yaradır ki, onu oxuyub axıra 



 

90 


çıxana  qədər  adam  özü  həşərata  çevrilir.  Ölürəm.  Ancaq  Tolstoy 

özünü öldürmək həddinə qədər gedir və özünü elə döyür ki, adama 

qanad verir, ilham verir. Deyirsən ki, yaşamaq nə qədər gözəl imiş. 

Özünü döymə oxul olmalıdır. Ondan mən öyrənməliyəm. Ata deyir 

ki, özünə qarşı amansız ol, ancaq inamsız olma. Özünə qarşı amansız 

olmaq,  heç  bir  yanlışını  özünə  bağışlamamaqdır.  Heç  bir  qırağa 

çıxmanı  özünə  bağışlamamaqdır.  Sizin  toplumda  axtardığınız 

fəlakətlərin hamısının yanıtı ordadır. 

– Söz demək çətindir məsələsi (Üstün dedi). Söz demək nə vaxt 

çətin  olur?  İki  anlamda  söz  demək  çətindir.  Bir  var  sözü  demək 

cəsarətim yetişməyib, sözü tanımıram, sözü bilmirəm, özüm dediyim 

sözə uyğun yaşamıram. Boğazdan yuxarı deyirəm. Özüm adi ola-ola 

topluma yüksək olmaq öyrədirəm. Onda söz demək çətin olur. Bir də 

cahillərin qarşısında həqiqəti izhar edəndə. Çünkü qaranlığa, boşluğa 

deyirsən sanki sözü. Sözün qaranlığa, boşluğa düşməsindən qorxur-

san. Daha doğrusu, qorxu yox, çətin olur. Ocaqçı kəsdirməlidir, bil-

məlidir, onun söz deməsinə çətinlik yaradan nədir?! 

-Yol  ilə  gedirsən  və  düşünürsən.  Mən  bilmək  istəyirəm,  sənin 

gözünün  baxarı  nəyə  tuşlanıb?  Yol  ilə  getdiyində,  baxdığında  nə 

görürsən?  Maddi  nemətlər  şirnisinə  həsrətmi  görürsən,  yoxsa  insan 

yaşamının  gözəlliyinə  vurğunluqmu  görürsən.  Beynin  nə  düşünür, 

ürəyin nəyə döyünür. Bu çox önəmlidir. Əgər yol ilə gedəndə sənin 

ürəyin  döyünürsə  ki,  mənim  əlim  maddi  nemətlər  zənginliyinə  çat-

mır, maddi sərvətə çatmır, əgər sənin ürəyin ona döyünürsə, sən heç 

bir vaxt topluma söz deyə bilməzsən axı. Sən toplumda haqq-ədalət 

görə  bilməzsən  axı?!  Hardadır  ədalət?  Ədalətin  yuvası,  məkanı 

haradır  axı?!  İnsan  qəlbi, insan  ləyaqəti  deyilmi?  Bu  insan ləyaqəti 

hardadır, – elə məndədir. Mən ədaləti axtaranda qayıdıb öz köksümə 

baxıram. Görüm orda ədalət varmı, yoxmu? Ona görə özünə rütbəli 

arxa  (dayı)  axtarmaq  olmaz.  “Dayı”  axtarmaq  cılızlıqdır,  bala-

calıqdır.  Asif  Ata  deyir  ki,  özünə  və  ulusuna  yiyə  ol,  sənsə  özünə 

“dayı”  axtarırsan?  Asif  Ata  səni  bu  oxula  ona  görə  çağırıb.  Səni 

Ocağına  ona  görə  çağırıb.  Qudrətli  olmaqla  ulusuna  yiyə  dur.  O 

qüdrətin adı sadəcə içimin arılığı deyil, o qüdrətin adı döyüşdür. Ona 

görə  Ocaqda  səbr  məsələsi  ayrı  anlam  daşıyır.  Bir  var  məzlumun 

səbri, bir var döyüşkənin, mübarizin səbri. Döyüşkən səbr göstərir ki, 

döyüşünün sonucunu yetirsin. Məzlum səbr göstərir ki, başına dəyən 

qapaza dözsən. 



 

91 


–  Toplumun  fəlakətlə  çökməsi  içinizə  qan  salıb.  Ona  görə  zor 

haqqında  düşünürsünüz.  Bir  sıra  kapitalist  filosofları  deyir  ki,  zor 

olmasa insan olmaz. Asif Ata deyir ki, zor olsa insan olmaz. Çünkü 

zor  heyvanın  işidir.  Dünya  tar-mar  olsa  da,  sənin  zora  ehtiyacın 

olmamalıdır. Dünya onda dünyaya bənzəyəcək. Bugünün ölçüsü ilə 

yanaşmayın, onda toplumun üzdən gəlişməsi sizi çaşdıracaq. Ona uy-

ğun durum axtaracaqsınız. Ancaq başını qaldır göylərə bax, göylərdə 

o yoxdur. Bax, sənin qəlbini böyüdən odur,  – göylərə baxmaq. Sən 

insanın  davranışının,  insansızlığının,  ədalətsizliyinin  nədənini  tapır-

san. O nədənin arxasında nə var? Allah ölüb məsələsi. Allahı dirilt-

məsən,  ədalət  bərqərar  olmayacaq.  Min  il  mübarizə  apar,  mümkün 

deyil. Söz yox, mən çağımızın dəyişməsini istəyirəm, xüsusilə bu ha-

kimiyyətin getməsini istəyirəm, məsələ o deyil. 

 

 



 

Məsələ odur ki, hansı hakimiyyəti gətirirsən gətir, o nəylə uğraşır. 

Hakimiyyətə gələndən sonra görüm necə talayacam, necə aldadacam, 

necə  yıxacam,  necə  sürüyəcəm,  görüm  mənə  zülm  eləyəndən  necə 

qisas  alacam.  O  insanlıq  haqqında  düşünmür.  Dəxli  yoxdur,  söhbət 

təkcə bizim dövlətdən getmir. Amerikada da belədir, fərq eləməz. O 

nə  düşünür  düşünsün,  sən  onu  düşünməli  deyilsən.  Onu  düşünüb 

heyvan  səviyyəsinə  gəlirsən,  heyvan  səviyyəsinə  gələndən  sonra 

adamın ədalət anlayışı yoxa çıxır. Vicdan anlayışı yoxa çıxır. Bizim 

yurdumuzun sorunu ondadır ki, ulusal mədəniyyətimiz çöküb, insan 

məişətdə,  müəssisədə,  hər yerdə  içinin azğınlığı  ilə  davranır.  Niyə? 


 

92 


Çünkü  ulusal  mədəniyyət  yoxdur.  Ulusal  şüur  olsaydı,  adam  ayıb 

edərdi. Ayıb etmək üçün sənin üzərində tələb olur – ayıbdır dedirdən. 

Mədəniyyət  böyük  söhbətdir.  Mən  bir  misal  çəkim,  Atadan 

soruşdular  ki,  qaraçı  niyə  sırtıq  olur.  Ata  dedi  ki,  vətəni  yoxdur. 

Vətəndə yaranır mədəniyyət, vətəndə yaranır qutsallıq, vətəndə yara-

nır  ulusal  şüur.  Vətəni  yoxdur,  yəni  ulusal  gələcəyi  yoxdur,  ulusal 

şüuru yoxdur. Bax, bu o deməkdir. 

Elçin  bəyin  dediyi  döyüşdə,  mübarizədə  davamlı  olmaq,  çox 

yaxşı  məsələdir.  Bütün  gedişat  bizi  çökdürməyə,  gözdən  salmağa 

köklənib.  Biz  həqiqətin  işığını  tapmalıyıq  və  o  həqiqətin  işığında 

davamlı  olaraq  yol  getməliyik,  döyüşməliyik,  addımı  dala  qoyma-

malıyıq. Nə qədər deyirsən de, qüdrətli olmaq məsələsi sadə məsələ 

deyil.  10-15  il  Asif  Atanın  Ocağında  olan  adam  bu  gün  içində 

fəlakətlərin yaşadığını hesabat verir. Bu onu göstərir ki, insanlaşmaq, 

kamilləşmək  asan  məsələ  deyil.  Onunla  ciddi  uğraşmaq  gərəkdir, 

davamlı uğraşmaq gərəkdir. Tədbirdən tədbirə söz deməklə o məsələ 

həll olmaz. Onu yaşamaq gərəkdir. 

Türkel deyir, anası ona deyir ki, kimimiz var. İşin pis cəhəti odur 

ki,  Türkel  anasından  öyrənir,  atasından  yox.  Atası  ayrı  şey  deyir. 

Ananın  dediyi  ayrı  şeyləri  öyrənmək  olar,  ancaq  yaşamda  addım-

lamaq  üçün  ananın  sözlərinə  dayanmaq  mümkün  deyil.  Mən 

demirəm,  ananın  dediyinin  tərsi  o  deyil  ki,  sən  yumruq  meydanına 

çıxmalısan.  Həyasızlıq  meydanını  açmalısan.  Asif  Ata  deyir  –  Ol! 

Olmaq  çox  çətindr.  Semitlərdə  Allah  dünyaya  dedi  “ol”.  Çox  asan 

oldu.  Asif  Ata  insana  dedi  “ol”,  çox  çətin  oldu.  Çünkü  Asif  Atanın 

dediyi  ilə,  dininin  dediyi  bir  deyil.  Atanın  “ol”  dediyi  gerçəkdir, 

dinin dediyi fantaziyadır. Onun fantaziyası asan olur. 

“Olmaq” gərəkdir! 

–  Başqa  bir  məsələ.  İnsanı  biz  nəylə  tanıyırıq,  nəylə  görürük  – 

hallarla.  İnsanın  halı  nədirsə,  onun  varlığını  halına  dayanıb  bəlli 

etmək olur. Bir var mahiyyətin yaratdığı hallar, bir var xarakterin ya-

ratdığı  hallar.  Mahiyyətin  yaratdığı  hallar  müdrik,  cəsarətli,  döyüş-

kən,  dönməz,  yenilməz  olur.  Xarakterin  yaratdığı  hallar  isə  çox 

dəyişkən, enişli, qalxışlıdır. O dəyişkənliyin əsasında dəyişkən danı-

şırsan. Bu gün nikbin olursan, sabah bədbin olursan. Bu gün vüqarlı 

olursan,  sabah  vüqarsız  olursan.  Yadınıza  gəlirmi,  bizim  tədbiri-

mizdə bir nəfər iştirak edirdi, deyirdi ki, mütləq heç nə yoxdur, hər 

şey nisbidir. Mən məcbur oldum ona sual verməyə ki, xahiş edirəm, 

mənim sözümü təhqir kimi qəbul etməyin, sadəcə sualıma yanıt verin 


 

93 


görüm,  siz  özünüzü  qeyrətlimi  sayırsınız,  qeyrətsizmi?  Təbii  ki, 

cavabım müsbətdir dedi, çaşdı. 

Yaxşı  nədən  bilim  qeyrətlisən?  Qeyrət  nisbidir  səndə.  Bu  gün 

qeyrətdir, sabah qeyrətsizlik. Birisi gün yenə qeyrətdi, daha biri gün 

qeyrətsizlik. Mən necə bilim ki, sən qeyrətlisən, ya qeyrətsizsən. Nis-

bi  sənin  xarakterindədir,  davranışındadır,  Mütləq  sənin  mahiyyətin-

dədir.  Ordan  gəlir  dəyişməzlik.  İnsanilikdən  gəlir.  Qeyrətliyəmsə, 

qeyrətliyəm, nikbinəmsə, nikbinəm. Bir adam barmağını qatlasın, de-

sin ki, Soylu nə vaxtsa bədbin olub. Mən bu nikbinliyimi uydururam-

mı? Mən döyüş adamıyam. 

Hallarda  belə  bir  şey  var.  Mahiyyətin  yaratdığı  hal  var,  bizim 

əməlimizdə, içimizdə, davranışımızda. Xarakter ziddiyyətlidirsə, bə-

sitdirsə, cılızdırsa, o xarakterin yaratdığı hal məni özündən qovacaq. 

O hal mənə örnək olmayacaq. 

Bir  də  var  xəstəliyin  yaratdığı  hal.  Baxın,  insan  nə  qədər  dərin 

mənalar daşıyır. Xəstə insan əgər müdrik insandırsa, onda xəstəliyin 

yaratdığı hal kədərli, duyğusal olur. Əgər müdrik deyil, bəsit, cılız-

dırsa,  xəstəliyin  onda  yaratdığı  hal  nə  olur,  –  zarıma,  başqalarının 

zəhləsini  tökmə.  İnsanı  hal  bəlli  edir,  bu  halı  nə  yaradır?  Bu  halı 

inam yaradır. 

Mənim  gözümün  qabağında  binanın  uçması  fəlakətdir.  Ağlımın 

arxasında bir həqiqət var ki, bu bina uçur, ancaq dünya uçmur, dünya 

yerindədir.  Asif  Ata  ondan  yanaşır.  Dünyanın  mənası  Əzəlidir, 

Əbədidir,  Sonsuzdur,  Kamildir  deyir.  Nə  qədər  böyük  nikbinlikdir. 

Din  deyir  ki,  dünya  fanidir.  Dünyanı  haqqsız  dünyaya  və  haqq 

dünyaya  bölür.  Haqq  dünyası  Allahın  yaşadığıdır,  haqqsız  dünya 

bizim yaşadığımızdır. Dünya haqqsız dünyadırsa, ölüdürsə, insandan 

heç  nə  gözləmə.  Burda  axtarmaq  gərəkdir  Səbəbi.  Din  sənin  belini 

qırıb,  qoymur  ədalət  yaransın.  Qoymur  vicdan  yaransın,  qoymur 

həqiqət  yaşasın.  Günahkar  dünyada  yaşayırsan  deyir.  Burda  axtar 

səbəbini,  içində  burdan  çıx,  mübarizəyə  gir.  İnsanın  ağlında  min  il 

mübarizə  apar,  insanın  ağlından  bunu  sil.  Bu  tipləri  siləndən  sonra 

görəcəksən  ki,  dünya  gözəl  imiş.  Ədalət  var  imiş,  gözəl  imiş.  Asif 

Ataya üz tutmaq Dünyanın mənasına üz tutmaq deməkdir. Nikbinlik 

var  burda.  Dünya  məhv  olan  deyil,  çünkü  dünya  hardasa  sıfırdan 

yaranmayıb.  “Ol”nan  yaranmayıb  dünya,  dünya  həmişə  olub. 

Yaşamla  bağlı  deyir:  Yaşamda  nə  qədər  adiliklər  olursa  olsun,  nə 

qədər  keçiciliklər  olursa  olsun,  yaşamın  anlamında  gözəlliklər  var. 

İnsan  bundan  xalidir,  onu  tapmayıb.  Yaşam  mənaca  Əzəlidir,  Əbə-


 

94 


didir, Kamildir, Sonsuzdur. İnsan mənaca Əzəlidir, Əbədidir, Kamil-

dir, Sonsuzdur. Onun adı İnsanlıqdır. O İnsanlığa – Əzəliliyə, Əbədi-

liyə,  Kamilliyə,  Sonsuzluğa  yetməmisən.  Ona  görə  ədalət  yoxdur. 

Ona görə dünya əyridir. Yet. Yetsən görəcəksən ki, dünya əyri deyil, 

sənin için əyridir, baxışın əyridir, gözün əyridir. Dünya ilahi sirdir. O 

sirrə  vaqif  olanda,  o  sirrə  üzünü  tutanda,  göylərə  ucalırsan,  onda 

Məcnun olursan. Sənin ayağın yerdə gəzir, sənin varlığın o mənada, 

o sirdədir. O əsrarla bir olursan, O əsrar mücərrəd deyil. O hal insan-

da  əsrarəngiz  hal  yaradır,  insanı  məftun  edir.  İnsanı  vurğunlayır, 

burda mücərrəd bir şey yoxdur. Necə fantaziyadır ki, dəli edir ada-

mın içini. Fantaziya adamın ağlını söndürər. İdrakı qanadlandırmaz. 

Duyğuları göyləşdirməz. Asif Atanın çağırışına üz tutmaq gərəkdir. 

Asif Atanın dediyi hələ öyrənilməyib. Heç onun Ocağı Asif Atanın 

özünü  düz  əməlli  öyrənməyib.  Ya  cəhd  eləməyib  öyrənməyib,  ya 

gücü çatmayıb öyrənməyib. Asif Atanın dediyi, əl-çatmaz, ünyetməz 

bir şey deyil ki, yaşadan bir şeydir. Onunla yaşadıqca görəcəksən ki, 

ünyetməz  bir  şey  deyil.  Hardasa  bağlı  qapı  arxasında  olan  bir  sirr 

deyil. Yetmədiyin sirdir içində. 

 


Kataloq: wp-content -> uploads -> 2011
2011 -> Fərid Zeynalov stomatoloq, bds, dds şəxsi məlumat
2011 -> Kompüter şəbəkələri və telekommunikasiya vasitələri” fənnindən laboratoriya iŞİ №1 Simsiz şəbəkələrin təşkili, “Wi-Fi” haqqında
2011 -> Curriculum de pregătire în specialitatea
2011 -> Jan Pol Sartr Ürək bulantısı Roman
2011 -> Əziz möminlər, dünya tarixi ilk ən böyük doğum nəzarətini fironların timsalında görüb
2011 -> Gəncə Aqrobiznes Assosiasiyası tərəfindən təqdim edilən təlim modulları
2011 -> Frankfurt məktəbi
2011 -> Azərbaycanda sığorta sisteminin Ümumi Daxili Məhsuldakı (ÜDM) payı 0,4 %, adambaşına düşən sığorta haqqı 18-19 manatdır
2011 -> Cartea de uraniu
2011 -> F. engels. AİLƏNİN, XÜsusi MÜLKİYYƏTİn və DÖVLƏTİn məNŞƏYİ1

Yüklə 3,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə