Asimmetrik kriptoalqoritmlərdə məlumatın şifrlənməsi və deşifrlənməsi üçün istifadə ediləçək müxtəlif açarların yaradılması alqoritminin köməyi ilə simmetrik kriptoalqoritmlərin bu çatışmamazlıqları aradan qaldırılır



Yüklə 90,7 Kb.
tarix02.01.2022
ölçüsü90,7 Kb.
#47899
New Microsoft Word Document


Asimmetrik kriptoalqoritmlərdə məlumatın şifrlənməsi və deşifrlənməsi üçün istifadə ediləçək müxtəlif açarların yaradılması alqoritminin köməyi ilə simmetrik kriptoalqoritmlərin bu çatışmamazlıqları aradan qaldırılır. Asimmetrik şifrləmədə (açıq açarlı alqoritmlər və ya açıq açarlı kripttoqrafiya) şifrləmə açarı yayıla bilər (məsələn, saytda, qəzetdə və s.) və ondan hamı  istifadə edə bilər. Bu onların hər birinə həmin açarla məlumatı şifrləməyə imkan verir. Lakin şifrlənmiş bu  məlumatı yalnız deşifrləmə açarına malik olan şəxslər deşifrləyə bilər. Şifrləmə  üçün bir («açıq») açar,  deşifrləmə üçün  isə tamam başqa  («gizli» və ya «məxfi») açar istifadə olunur. 

Hər hansı bir işçi stansiyanın məxfiliyinin pozulması zamanı informasiya «canilərı» bu stansiyanın istifadəçisinin bütün məxfi açarlarını əldə edə bilər və «zərərçəkən»in adından onun yazışma apardığı abunəçilərə məlumat göndərə bilər.



                           Asimmetrik kriptoqrafiya ilə bu problem özünəməxsus həllini tapmışdır. Asimmetrik kriptoqrafiyanın əsas ideyası ondan ibarətdir ki, məlumatın şifrlənməsi üçün bir, deşifrlənməsi üçün isə başqa açar istifadə edilir. Bundan əlavə şifrləmə proseduru elə seçilir ki, o hətta məlum şifrləmə açarına görədə əksinə çevrilən olmur. Bu asimmetrik kriptoqrafiyanın ikinçi vaçib şərtidir. Yəni şifrləmə açarını və şifrlənmiş mətni bilərək, ilkin məlumatı bərpa etmək mümkün deyildir, onu yalnız ikinçi deşifrləmə açarı məlum olduqda oxumaq olar. Belə olduqda hər hansı abunəjiyə məlumat göndərilən zaman şifrləmə açarını ümumiyyətlə gizləməmək də olar. Ona görədə şifrləmə açarı asimmetrik sistemlərdə «açıq» açar, məlumat alıçısının deşifrləmə açarını isə məxfi saxlamaq lazımdır və o «gizli» açar adlanır.

Yüklə 90,7 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin