Astronomik vahid



Yüklə 37,42 Kb.
tarix02.01.2022
ölçüsü37,42 Kb.
#47190
Günəşin hərəkəti
İşığın sınması

§ 3.1. Günəş haqqında ümumi məlumat
Yerdən Günəşə qədər orta məsafə astronomiyada uzun-lug vahidi kimi qəbul olunur və bir astronomik vahid (a.v.) ad-lanır.
1a.v.= 149 600 000 km.
Saniyədə təximinən 300 000 km yol gedən işıq şüaları Gü-nəşdən Yerə təxminən 8.3 dəqiqəyə çatır. Günəşin radiusu

R0 » 696 000 km,

kütləsi

M0 » 1.99-1033 q = 1.99 1030 kq,

orta sıxlığı

P0=^^*1.41q/sm3,



^ttR3

3 &

fotosfer qatının temperaturu

T0 » 5800o К, görünən bucaq diametri

Г0 » 32',

işıqlılığı (1 saniyədə bütün kosmik fəzaya şüalandırdığı elekt-romaqnit enerjisi)

L0=3.9-1033 erq/san

Günəş sabiti (Yer atmosferindən kənarda Yerlə Günəş ara-sındakı orta məsafədə işıq şüalarına perpendikulyar qoyul-



41

muş 1 sm2 səthə 1 dəqiqədə bütün dalğa uzunluqlarında düşən tam Günəş enerjisi)

s0= 1.95 kal/sm2 dəq. § 3.2. Günəşin günlük hərəkəti

Günəş bütün digər göy cisimləri kimi göy sferinin günlük fırlanmasında iştirak edir. О şərqdə doğur və qərbdə batır. Günəşin doğması ilə gündüz, batması ilə isə gecə başlayır. Or­ta enliklərdə Günəş hər gün doğur və batır. Daha sonra görə-cəyimiz kimi bəzi coğrafi enliklərdə Günəş bəzən doğmur, di-gərlərində isə bəzən batmır.

Günəş gün ərzində iki dəfə göy meridianından keçir (kul-minasiya edir). Onun yuxarı kulminasiyası günorta (saat 1200), aşağı kulminasiyası isə gecəyarısı (saat 2400) adlanır. Əv-vəlcədən qeyd edək ki, demək olar ki, bütün ölkələrdə saatlar bəzən 1, bəzən isə 2 saat qabağa çəkilmişdir. Ona görə Azərbaycan-da yay vaxtı günorta saat 1400-a, qış vaxtı isə saat 1300-a uyğun gəlir.

Günəşin günlük hərəkəti Yerin öz oxu ətrafında fırlanma-sının təzahürü olub, həqiqi yox, zahiri hərəkətdir.


§ 3.3. Günəşin illik hərəkəti
Müşahidələrlə müəyyən olunmuşdur ki, Günəş günlük hərəkətindən başqa illik hərəkətə də malikdir. Özü də Günə-şin illik hərəkəti onun günlük hərəkətinin əksinə - yəni qərb-dən şərqə doğru yönəlmişdir. Günəşin zahiri illik hərəkəti Ye-rin Günəş ətrafında illik hərəkətinin təzahürüdür.

Günəşin illik zahiri hərəkəti zamanı göy sferində cızdığı böyük göy dairəsinə ekliptika deyilir. Ekliptika (yunanca ek-lipsus) tutulma deməkdir. Ekliptika müstəvisi ekvator müstə­






visi ilə 23°26.'5-lik bucaq əmələ gətirir. Bu bucağa ekliptikanın meyli deyilir. Günəşin ekliptika üzrə illik zahiri hərəkəti şəkil 3.1 -də göstərilmişdir.

Günəş illik zahiri hərə-kəti zamanı 12 ulduz bür-cündən keçir. Bu bürclərə zədiak bürcləri, onların əhatə etdiyi göy zolağınaisə ZOdiak deyilir. Zodiak Şəkil 3.1. Günəşin ekliptika üzrə

yunanca "heyvanlar dairə- illik zahiri hərəkəti

si" deməkdir.

Zodiak bürcləri aşağıdakılardır: Qoç, Buğa, Əkizlər, Xər-çəng, Şir, Qız, Tərəzi, Əqrəb, Oxatan, Oğlaq, Dolça və Balıq-lar.

Şəkil 3.2- də Günəşin zodiak bürcləri üzrə zahiri yerdəyiş-məsi təsvir olunur. Göründüyü kimi mart ayında Yerdən bax-dıqda Günəş Qoç bürcündə görünür. Yer III (mart) vəziyyət-dən IV (aprel) vəziyyətinə keçdikdə Günəş Qoç bürcündən Buğa bürcünə keçir. Bir aydan sonra Yer IV vəziyyətdən V (may) vəziyyətinə keçdikdə Günəş Buğa bürcündən Əkizlər bürcünə keçir və s. Beləliklə, Yer Günəş ətrafında bir dövr et-dikdə Günəş göy sferində böyük göy dairəsi (ekliptika) cıza-raq yenidən ulduzlar arasındakı əvvəlki yerinə qayıdır. Şəkil-dən göründüyü kimi yazda Günəş Qoç, Buğa və Əkizlər bürc-lərində; yayda Xərçəng, Şir və Qız bürclərində; payızda Tərə-zi, Əqrəb və Oxatan bürclərində, qışda isə Oğlaq, Dolça və Balıqlar bürclərində olur.



Günəşin ekliptika boyunca zahiri illik hərəkətində 4 sə-ciyyəvi nöqtə və ona uyğun 4
Yüklə 37,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə