Atalar sözünü tamamlayın:
1. “Yayda işlə, qışda …”
A) dincəl B) yığ C) gəz
D) yat E) dişlə
2. “Çünki oldun dəyirmançı, çağır gəlsin dən …!”
A) dəyirmana B) Koroğlu C) dayı
D) əmi E) çoxlu-çoxlu
3. “Uzaq yerin arpasından, yaxın yerin ... yaxşıdır.”
A) vələmiri B) darısı C) pambığı
D) buğdası E) samanı
4. “Min batman varın olunca, bir batman … olsun.”
A) adamın B) ağlın C) pulun
D) qızılın E) paran
5. “Sən ağa, mən ağa, … kim sağa?!”
A) atları B) keçiləri C) inəkləri
D) camışları E) qoyunları
6. “İt hürər, … keçər.”
A) pişiklər B) karvan C) vaxt
D) qoyunlar E) adamlar
7. “Elə söz deyir ki, bişmiş toyuğun … gələr.”
A) qızarmağı B) yumurtalamağı
C) ağlamağı D) gülməyi
E) oynamağı
8. “Aşı bişirən yağdır, gəlinin üzü …!”
A) gülmür B) gülür C) ağdır
D) sarıdır E) qaradır
9. “Oğru elə bağırdı, doğrunun … yarıldı!”
A) daşı B) bağrı C) başı
D) ürəyi E) sinəsi
10. “Yaxşı igid dayısına oxşar, yaxşı qız …”
A) bacısına B) anasına C) xalasına
D) qonşusuna E) bibisinə
11. “Bəy verən atın … baxmazlar!”
A) arıqlığına B) dişinə C) dırnağına
D) gözlərinə E) qulağına
12. “Özü yıxılan ...”.
A) ayağa qalxar B) köməyə adam çağırar
C) ağlamaz D) ağlayar
E) yavaş yeriyər
13. "Yoxsulun evində dəmir tapılmaz, itinin adını … qoyar".
A) Dəmir B) Alabaş C) Qarabaş
D) Gümüş E) Mis
14. “Yol böyüyündür, su ...”
A) kiçiyin B) içənin C) körpənin
D) bulağın E) suçunun
Fərqli atalar sözünü seçin:
15.
A) Baş əyməklə baş ağrımaz.
B) Başlı başını saxlasın.
C) Baş bədənin tacıdır, gözlər onun qaş-daşı.
D) Başda oturan baş olmaz.
E) Başı daşdan-daşa dəyməyincə ağlı başına gəlməz.
16.
A) Dəli özü deyər, özü eşidər.
B) Dəlidən doğru xəbər.
C) Dəli sərxoşdan qorxar.
D) Dəli utanmaz, yiyəsi utanar.
E) Dəli tanrıdan güclüdür.
17.
A) İşləməyən dişləməz.
B) İşçi işdə gərək!
C) Qız yükü – duz yükü!
D) İşləmək bəxtəvərlik deməkdir.
E) İşləyən dəmir pas tutmaz.
18.
A) İlan vuran yatmaz.
B) İlan yeddi qardaş olar.
C) İlan balasını da çalar.
D) Əqrəbin xasiyyəti sancmaqdır.
E) İlanın ağına da lənət, qarasına da
19.
A) İt balası it olar.
B) İt itin quyruğunu basmaz.
C) İtə ümid bağladıq, hürməyib evimizi yıxdı!
D) İtin qohumu it olar.
E) İt bilir dağarcıqda nə var, çoban da bilir itə nə verəcək!
20.
A) Dost ağlar, düşmən gülər.
B) Dost başa baxar, düşmən ayağa.
C) Dost – bir, düşmən – on bir!
D) Dost gəlişi bayram olar.
E) Dost sevinər, düşmənin gözü çıxar.
21.
A) Tənbəl adam yatağan olar.
B) Tənbəl dilənçinin qardaşıdır.
C) Tənbəldən cəmiyyətə xeyir olmaz.
D) Tənbəl fikirli olar.
E) Hərəkət harda, bərəkət orda.
22.
A) Dərd çəkənə gərəkdir.
B) Dərd dərdi açar.
C) Dərd dərdə bənzəməz.
D) Dərd dərd üstündən gələr.
E) Dərd adamı ağladar!
23.
A) Hər gecənin bir gündüzü var.
B) Hər gedişin bir gəlişi var.
C) Hər gəlirin bir çıxarı var.
D) Hər sözün bir pərsəngi var.
E) Hər deyilənə inanma!
24.
A) Yeməklə doymadın, yalamaqla doyacaqsan?
B) Dadmamısan qaz ətini, nə bilirsən ləzzətini?
C) Xəlbir sudan nə götürər?
D) Kor-kor, gör-gör!
E) Qorxursan pişikdən, niyə çıxırsan deşikdən?
25.
A) Dost dosta arxa olar.
B) Dost dostu dar gündə sınayır.
C) Dost dostun aynasıdır.
D) Düşmənə fürsət vermə, ayıq ol!
E) Dost arası pak gərək!
Tapşırığa uyğun cavabı müəyyənləşdirin:
26. «İşləməyən dişləməz» atalar sözü aşağıdakı atalar sözlə¬rindən hansı ilə eyni məna daşıyır?
A) Dəmiri isti-isti döyərlər.
B) Zəhmətsiz bal yeməzlər.
C) Bəla həmişə yaxşı adamı tapar.
D) Xeyir işi yubatmazlar.
E) Yaxşı at özünə qamçı vurdurmaz.
27. «Ehtiyatlı qoyunu qurd yeməz» və «…» atalar sözləri yaxın mənalıdır.
A) Quru palçıq divara yapışmaz.
B) Gec yatıb tez oyanan peşiman olmaz.
C) Ehtiyat igidin yaraşığıdır.
D) Yatmışı yatmış oyada bilməz.
E) Yatan daşın altından su keçməz.
Verilən sözlərlə analoji əlaqəsi olan variantı seçin (sözlərin ardıcıllığı nəzərə alınmalıdır):
28. Azərbaycan mavi, qırmızı, yaşıl Türkiyə qırmızı Rusiya ?
A) ağ, mavi, qırmızı B) sarı, qırmızı
C) ağ, qara D) sarı, qara
E) qırmızı, mavi, sarı
29. Fiqur üçbucaq, maddə halı ?
A) hərəkət B) maye C) atom
D) molekul E) temperatur
30. Şeir poeziya, hekayə ?
A) yazıçı B) povest C) cümlə
D) nəsr E) kitab
31. Əl əlcək Baş ? A) saç B) papaq C) boyun
D) bədən E) sancaq
32. Araba maşın Qayıq ? A) yelkən B) sal C) liman D) gəmi E) dəniz
33. Getmək metr Qaldırmaq ? A) sürət B) cism C) uzunluq D) kiloqram E) təcil
34. Kvadrat kub A) çevrə silindr B) üçbucaq prizma C) dairə şar D) düzbucaqlı müstəvi E) üçbucaq oktaedr
35. Quş göyərçin A) qartal sərçə B) düstur ədəd
C) meyvə alma D) okean dəniz
E) meşə ağac
Sizə verilən beş variantdan dördü arasında məntiqi əlaqə var. Bu məntiqi əlaqəyə uyğun olmayan artıq variantı tapın:
37.
A) at B) inək C) camış
D) ayı E) dəvə
38.
A) balina B) həşəm C) nərə
D) siyənək E) çapaq
39.
A) Afrika B) Amerika C) Avrasiya
D) Asiya E) Avropa
40.
A) Lalə B) Nərgiz C) Sarıqız
D) Bənövşə E) Yasəmən
41.
A) Tokio B) Praqa C) Paris
D) Berlin E) London
42.
A) Masallı B) Quba C) Mərdəkan
D) Xaçmaz E) Lənkəran
43.
A) titrəyiş B) qüvvə C) sürət
D) çəki E) təcill
44.
A) vena B) aorta C) ürək
D) arteriya E) kapilyar
45.
A) böyürtkən B) qarağat C) zoğal
D) moruq E) çiyələk
46.
A) Roma B) Paris C) Bern
D) Qahirə E) London
47.
A) neyron B) mutasiya C) mitoz
D) dekorasiya E) fauna
48.
A) Bərdə B) Xaçmaz C) Dərbənd
D) Şəki E) Masallı
49.
A) Misir B) Anqola C) Əlcəzair
D) Nepal E) Nigeriya
50.
A) Dinar B) Arşın C) Rupiya
D) Manat E) Frank
51.
A) Türkiyə B) Türkmənistan
C) Gürcüstan D) İran
E) Rusiya
52.
A) Vyetnam B) Kuba C) Yaponiya
D) Malta E) İslandiya
53.
A) trapesiya B) kvadrat
C) paraleloqram D) düzbucaqlı
E) prizma
54.
A) Albaniya B) Almaniya C) Avstriya
D) Çexiya E) Sofiya
55.
A) Benin B) Çad C) Keniya
D) Laos E) Qabon
56.
A) Lima B) Bern C) Sidney
D) Kolombo E) Budapeşt
57.
A) Macarıstan B) Malta C) Pekin
D) Monako E) Moldova
58.
A) Türkiyə B) Tunis C) Butan
D) Nepal E) Livan
59.
A) İspaniya B) İordaniya C) İtaliya
D) Yunanıstan E) Polşa
60.
A) Astara B) Balakən C) Qusar
D) Qazax E) Şirvan
61.
A) tarix B) coğrafiya C) kimya
D) biologiya E) regionşünaslıq
62. A) müəllim B) məktəb C) sinif D) şagird E) mühəndis
63.
A) hüceyrə B) arteriya C) elektron
D) xlorofil E) leykosit
64.
A) üçbucaq B) kvadrat C) romb
D) trapesiya E) inteqral
65.
A) Gəncə B) Təbriz C) İstanbul
D) Nyu-York E) Moskva
66.
A) Təbriz
B) İstanbul
C) Batumi
D) Mahaçqala
E) Ər-Riyad
67.
A) toyuq B) camış C) inək
D) keçi E) qoyun
68.
A) santimetr B) hektar C) desimetr
D) metr E) kilometr
69.
A) Malta B) Malavi C) Madaqaskar
D) Moldova E) Mali
70.
A) Xorvatiya B) Yaponiya C) İrlandiya
D) İslandiya E) Rumıniya
71.
A) boks B) qılıncoynatma C) karate
D) teykvondo E) cüdo
72.
A) kənd B) qəsəbə C) rayon
D) şəhər E) dəniz
73.
A) Kür B) Dunay C) Araz
D) Qafqaz E) Volqa
74.
A) Avropa B) Amerika C) Çin
D) Afrika E) Asiya
75.
A) sürət B) təcil C) çəki
D) məsafə E) valentlik
76.
A) botanika B) zoologiya C) arxeologiya
D) genetika E) fiziologiya
77.
A) Rusiya B) Azərbaycan C) Misir
D) Əfqanıstan E) Çin
78.
A) Minsk B) Bakı C) Tbilisi
D) Səmərqənd E) Kiyev
79.
A) fizika B) kimya C) biologiya
D) tarix E) loqarifm
80.
A) Ankara B) İstanbul C) İzmir
D) Adana E) Təbriz
81.
A) Braziliya B) Çili C) Argentina
D) Meksika E) Peru
82.
A) ibtidai B) əsas C) əsil
D) orta E) ali
83.
A) Yupiter B) Apollon C) Mars
D) Neptun E) Merkuri
84. A) Neapol B) Bonn C) Barselona D) Paris E) Nyu-York
85.
A) Əlcəzair B) Fransa C) İspaniya
D) Qana E) İrlandiya
86.
A) təyyarə B) vertolyot C) pilot D) avtobus E) qatar
87. A) klarnet B) gitara C) saksafon D) qoboy E) fleyta
88.
A) müəllim B) həkim C) mühəndis
D) mühasib E) şagird
89. A) kəpənək B) qarışqa C) milçək D) arı E) yengəc
90. A) ədəbiyyat B) rəssamlıq C) jurnalistika
D) teatr E) kino
91. A) məsafə B) sahə C) perimetr D) hündürlük E) uzunluq
92.
A) həndəsə B) optika C) cəbr
D) triqonometriya E) stereometriya
93. A) kompyuter B) servant C) soyuducu
D) dəzgah E) televizor
94. A) qısa B) nazik C) hündür D) enli E) bərk
95. A) Pekin B) Dehli C) London D) İstanbul E) Roma
96. A) meydan B) şose C) yol D) küçə E) prospekt
97. A) prizma B) silindr C) kub
D) piramida E) paralelepiped
98.
A) İran – Tehran B) Türkiyə – Ankara
C) Fransa – Paris D) İtaliya – Afina
E) Çexiya – Praqa
99. A) Manometr – təzyiq B) Dozimetr – şüalanma C) Dinamometr – qüvvə D) Areometr – dərinlik E) Termometr – temperatur
100. A) Mendeleyev - elementlərin dövri qanunu B) Nyuton - ümumdünya cazibə qanunu C) Eynşteyn - nisbilik nəzəriyyəsi D) Herts - elektromaqnit dalğalar E) Küri - radioaktivlik hadisəsi
101. A) Abşeron – Azərbaycan B) Bretan - Fransa C) Peloponnes - Yunanıstan D) Kaliforniya - ABŞ E) Yutlandiya - Danimarka
102.
A) Sakit okean – Berinq dənizi
B) Atlantik okeanı – Qara dəniz
C) Hind okeanı – Qırmızı dəniz
D) Sakit okean – Sarı dəniz
E) Şimal Buzlu okean – Şimal dənizi
103.
A) Koroğlu – Qırat
B) Makedoniyalı İsgəndər ¬– Zorka
C) Don Kixot – Rossinant
D) Qaçaq Nəbi – Bozat
E) I Pyotr – Lizezta
104. A) daxili - xarici B) dədiqə - saat C) tapmaq – itirmək D) soyuq - isti E) şərq – qərb
105. A) tennis - raket B) futbol - top C) bilyard - şar D) badminton - volan E) hokkey - şayba
106.
A) idmançı - insan B) inək - heyvan C) mişar - alət D) şeir - əsər E) çörək - buğda
107. A) sentner - kiloqram B) dollar - sent C) vahid - faiz D) metr - desimetr E) əsr - il
108. A) kitab – səhifə B) dəqiqə – saniyə C) neft – su D) ev – otaq E) mətn – söz
109. A) at – süvari B) avtobus – sürücü C) gəmi – kapitan D) fayton – sərnişin E) qatar – maşinist
110.
A) portağal B) naringi C) banan D) limon E) qreypfrut
Verilən tapşırığı yerinə yetirin:
111. Lalə, Solmaz, Almaz və Nadir qohumdurlar. Məlumdur ki:
1. Lalə Solmazın bacısıdır.
2. Solmaz Almazın anasıdır.
3. Almaz Nadirin qız nəvəsidir.
Nadir kişi Lalənin nəyidir?
A) atası B) dayısı C) əmisi
D) babası E) qardaşı
112. 4 qələm, 3 dəftərin dəyəri 6 qələm, 2 dəftərin dəyərinə bərabərdir. 4 dəftərin dəyərinə neçə qələm almaq olar?
A) 6 B) 8 C) 9 D) 10 E) 12
113. Samir, Ləman və Davudun bir qədər pulu var idi. Onlar pulu belə bölüşdürdülər: Samir bütün pulun hissəsini, Ləman bütün pulun 0,35 hissəsini götürdü. Davuda isə 9 manat pul qaldı. Bütün pul nə qədər idi?
A) 27 manat
B) 43 manat
C) 180 manat
D) 280 manat
E) 190 manat
114. Üç ədədin ədədi ortası 17-dir. Onlardan ikisinin ədədi ortası isə 12,5-dir. Üçüncü ədəd neçədir?
A) 29,5 B) 25 C) 34 D) 26 E) 51
115. Bir şagird 23 qələm alanda cibində 55 manat qalır. 26 qələm alsaydı, 10 manat qalardı. Şagirdin nə qədər pulu vardı?
A) 200 B) 250 C) 300
D) 400 E) 500
116. Beş il qabaq mən öz böyük oğlumdan yaşca 5 dəfə böyük idim. İndi isə ondan 3 dəfə böyüyəm. Mənim indi neçə yaşım var?
A) 35 B) 25 C) 30 D) 40 E) 50
117. İndi Eltacın yaşı Fidanın yaşından 3 dəfə çoxdur. 4 ildən sonra isə onun yaşı Fidanın yaşından 2 dəfə çox olacaqdır. Eltacın indi neçə yaşı var?
A) 18 B) 16 C) 14 D) 12 E) 10
118. Ələkbər, Minayə, Davud və Mais qohumdurlar. Məlumdur ki, 1) Ələkbər Minayənin qardaşıdır;
2) Minayə Davudun qızıdır;
3) Davud Maisin dayısıdır.
Mais Ələkbərin nəyi olur?
A) qardaşı oğlu B) bibisi oğlu C) xalası oğlu
D) əmisi E) dayısı
119. Adilə, Mahir, Mikayıl və Zemfira qohumdurlar. Məlumdur ki, 1) Adilə Mahirin qızıdır;
2) Mahir Mikayılın dayısıdır;
3) Mikayıl Zemfiranın qardaşıdır.
Zemfira Adilənin nəyi olur?
A) bibisi B) dayısı qızı C) xalası
D) bibisi qızı E) xalası qızı
120. Mən indi oğlumdan 4 dəfə böyüyəm, 20 ildən sonra isə mən oğlumdan 2 dəfə böyük olacağam. İndi oğlumun neçə yaşı var?
A) 10 B) 11 C) 12 D) 13 E) 14
121. Siyab, Adil, Nigar və Sirac qohumdurlar. Məlumdur ki, 1) Siyab Adilin nəvəsidir;
2) Adil Nigarın qardaşıdır;
3) Nigar Siracın xalasıdır.
Siyab Siracın nəyidir?
A) dayısı nəvəsi B) xalası nəvəsi
C) dayısı oğlu D) bibisi oğlu
E) xalası oğlu
122. Mahir və Şaiq müəyyən qədər pulu öz aralarında uyğun olaraq, 4:5 nisbətində bölüblər. Əgər Şaiqə 120 manat pul düşübsə, nə qədər pul varmış?
A) 196 B) 204 C) 206 D) 216 E) 240
123. Elnarə, Gülnarə, Arif və Aygül qohumdurlar. Məlumdur ki, 1) Elnarə Gülnarənin bacısıdır;
2) Gülnarə Arifin qızıdır;
3) Arif Aygülün qardaşıdır.
Aygül Elnarənin nəyidir?
A) anası B) xalası C) bibisi
D) nənəsi E) bibisi qızı
124. Vəfa, Teymur, Aybəniz və Lalə qohumdurlar. Məlumdur ki:
1. Vəfa Teymurun qızıdır.
2. Teymur Aybənizin qardaşıdır.
3. Aybəniz Lalənin bacısıdır.
Lalə Vəfanın nəyidir?
A) xalası B) bibisi C) nənəsi
D) anası E) qızı
125. Akif, Nailə, Zemfira və Dadaş qohumdurlar. Məlumdur ki, 1) Akif Nailənin qardaşıdır;
2) Nailə Zemfiranın anasıdır;
3) Zemfira Dadaşın bacısıdır.
Dadaş Akifin nəyi olur?
A) qardaşı oğlu B) əmisi C) bacısı oğlu
D) dayısı E) bibisi oğlu
Dostları ilə paylaş: |