«Atəşgah» Sığorta Şirkəti asc



Yüklə 112,69 Kb.
Pdf görüntüsü
tarix28.03.2017
ölçüsü112,69 Kb.
#12767

__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI



«Atəşgah» Sığorta Şirkəti ASC

DAŞINAR VƏ YA DAŞINMAZ ƏMLAKIN ISTIMARI ILƏ BAĞLI MÜLKI

MƏSULIYYƏT SIĞORTASI QAYDALARI

__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI



MÜNDƏRICAT:

ANLAYIŞLAR

Maddə 1.

Ümumi müddəalar

Maddə 2.

Sığorta sinfi

Maddə 3.

Sığortanın predmeti

Maddə 4.

Sığorta riskləri

Maddə 5.

Sığorta risklərindən istisnalar və (və ya) sığorta təminatinda məhdudiyyətlər

Maddə 6.

Sığorta hadisəsi

Maddə 7.

Sığorta öhdəliyi

Maddə 8.

Sığorta məbləği və onun müəyyən edilmə qaydası

Maddə 9.

Sığorta haqqının ödənilməsi qaydası

Maddə 10.

Sığorta müqaviləsinin bağlanması, ona əlavələr və dəyişikliklər edilməsi və xitam verilməsi qaydası

Maddə 11.

Azadolma məbləği

Maddə 12.

Tərəflərin hüquq və vəzifələri

Maddə 13.

Sığorta hadisəsi baş verdikdə sığortalının vəzifələri

Maddə 14.

Sığorta ödənişinin həyata keçirilməsi qaydası

Maddə 15.

Sığorta ödənişinin verilməsindən imtina əsasları

Maddə 16.

Ikiqat sığorta

Maddə 17.

Valyuta barəsində qeyd-şərt

Maddə 18.

Mübahisələrin həlli qaydası

Maddə 19.

Sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarın qəbul

edilməsi müddəti

Maddə 20.

Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə

tərəflərin məsuliyyəti

Maddə 21.

Sığorta müqaviləsində əlavə şərtlərin nəzərdə tutulması



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI



ANLAYIŞLAR:

Bu Qaydalarda və bu Qaydalar əsasında bağlanmış Sığorta müqavilələrində aşağıdakı əsas anlayışlardan istifadə olunur:



Sığortaçı - sığorta qanunvericiliyi əsasında sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, Sığorta

müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş

qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan Sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs;

Sığortalı - sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan, Sığorta müqaviləsinin tərəfi;

Sığorta olunan - Sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan şəxs;

Faydalanan şəxs - Sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs; Sığorta müqaviləsində

Faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, Sığortalı və (və ya) Sığorta olunan Faydalanan şəxs sayılır.



Sığorta hadisəsi – qanunvericiliyə və ya Sığorta müqaviləsinə görə sığorta ödənişinin Sığortalıya, Sığorta olunana və ya

digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən

hadisə və ya yaranan hal;

Sığortanın müddəti – sığorta risklərinin sığortalandığı müddət;

Sığorta tarifi – sığorta haqqının sığorta məbləğindən faizlə dərəcəsi;

Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, Sığorta

müqaviləsində nəzərdə tutulan qaydada Sığortalının Sığortaçıya ödəməli olduğu pul məbləği;



Azadolma məbləği - sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan

və Sığortalının üzərində qalan hissəsi;



Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə Sığorta müqaviləsinə uyğun olaraq Sığortaçı tərəfindən ödənilən maliyyə

kompensasiyası;



Mühüm şərtlər –Sığorta müqaviləsində, yaxud Sığorta şəhadətnaməsində göstərilmiş və Sığortalı tərəfindən yerinə

yetirilməməsi Sığortaçının sığorta ödənişi verməkdən imtina etməsi və ya Sığorta müqaviləsini, yaxud Sığorta

şəhadətnaməsini ləğv etməsi üçün əsas olan şərtlər;

Sığortanın ərazisi - sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi (yer);

Assistans şirkəti – sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxs


__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI



Maddə 1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası

Qanununa və digər qanunvercilik aktlarına uyğun оlаrаq işlənib hazırlanmışdır.

1.2. Bu Qaydalar əsasında bundan sonra mətn üzrə «Sığortaçı» adlanacaq təşkilat bundan sonra mətn üzrə «Sığortalı»

adlanacaq istənilən təşkilati-hüquqi formada olan hüquqi şəxslərlə, qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar kimi

qeydiyyatdan keçmiş fəaliyyət qabiliyyətli fiziki şəxslərlə, sahibkarlarla, kirayəçilərlə və qanuni əsasda əmlakı istifadə edən

digər şəxslərlə əmlakın istismarı zamanı üçüncü şəxslərin həyatına, sağlamlığına, və/və ya əmlakına zərər dəyməsi

nəticəsində yaranan öhdəliklərə görə mülki məsuliyyətin könüllü sığortası müqaviləsini (bundan sonra mətn üzrə «sığorta

müqaviləsi») bağlayır.

1.3. Sığorta müqaviləsinə görə həm Sığortalının özünün mülki məsuliyyəti, həm də üzərinə belə bir məsuliyyət qoyula bilən,

Sığorta müqaviləsində adı çəkilən digər şəxsin (bundan sonra mətn üzrə «Sığorta olunan») mülki məsuliyyəti üzrə risk

sığortalana bilər. Lakin, zərər vurmağa görə məsuliyyət riskinin sığorta müqaviləsi üzrə Sığortalıdan başqa şəxsin

məsuliyyəti sığortalanırsa, Sığortalı, əgər sığorta müqaviləsində başqa cür nəzərdə tutulmayıbsa, sığorta hadisəsi baş

verənə qədər istənilən vaxt bu şəxsi Sığortaçıya yazılı bildirməklə başqası ilə əvəz etmək hüququna malikdir.

1.4. Zərər vurmağa görə məsuliyyət riskinin sığorta müqaviləsi, hətta müqavilə zərər vurmağa görə məsuliyyət daşıyan

Sığortalının və ya digər Sığorta olunanin xeyrinə bağlansa da, yaxud müqavilədə onun kimin xeyrinə bağlanması

göstərilməsə də, zərərə məruz qala bilən şəxsin xeyrinə bağlanmış hesab olunur. Zərər vurmağa görə məsuliyyət riski

Sığorta olunan sığorta müqaviləsində göstərilməlidir, belə olmadıqda, Sığortalının öz məsuliyyət riski sığortalanmış hesab

olunur.

Maddə 2.

SIĞORTA SİNFİ

Bu Qaydalara əsasən təqdim olunan sığorta məhsulu sığorta obyektinə görə əmlak sığortasına aid olan ümumi mülki

məsuliyyətin sığortası sinifinə aiddir.

Maddə 3.

SIĞORTANIN PREDMETİ

Bu Qaydalara əsasən sığortanın predmeti əmlakın (daşınar və ya daşınmaz əmlak) istismarı ilə bağlı üçüncü şəxslər

qarşısında mülki məsuliyətdir.

Maddə 4.

SIĞORTA RİSKLƏRİ

4.1. Bu Qaydalara əsasən Sığortaçı Sığortalıya aşağıdakı sığorta risklərindən təminat verir:

4.1.1. elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması

üçün görülən tədbirlərin nəticələri;

4.1.2. qaz partlayışı;

4.1.3. elektrik naqillərində baş verən qısa qapanma;

4.1.4. su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

4.1.5. hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi

formalarda təsiri.

4.2. Bu qaydaların 4.1. bəndində nəzərdə tutulanlardan əlavə digər risklər tərəflər arasında razılaşmaya əsasən müqaviləyə

daxil edilə bilər.

Maddə 5.

SIĞORTA RISKLƏRINDƏN ISTISNALAR VƏ (VƏ YA) SıĞORTA TƏMINATıNDA MƏHDUDIYYƏTLƏR

5.1.


Sığorta təminatı aşağıdakılarla bağlı məsüliyyəti əhatə etmir:

5.1.1.Daimi, mütəmadi və ya uzunmuddətli termik təsirin, yaxud qazın, buxarın, şüanın, mayenin, nəmişliyin təsiri,

həmçinin istənilən, o cümlədən qeyri-atmosfer çöküntülərinin (qurum, his, tüstü, toz və s.) təsiri;

5.1.2.Sığortalının və ya Sığorta olunanın peşəkar fəaliyyəti;

5.1.3.Müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, Sığortalının və ya Sığorta olunanın icarəyə (kirayəyə, lizinqə),

girova və ya məsul saxlamağa götürdüyü predmetlərin zədələnməsi, məhv olması və ya korlanması ilə bağlı zərərin

əvəzinin ödənilməsi barədə tələblər;

5.1.4.


Müqavilə əsasında və ya Sığortalının və ya Sığorta olunanın razılığı ilə bəyan edilən zərərin əvəzinin

ödənilməsi, həmçinin öhdəliklərin natura ilə yerinə yetirilməsinin əvəzinə edilən ödənişlər və ya müqavilə üzrə cərimə

sanksiyaları kimi edilən ödənişlər;

5.1.5.


Qarantiya və analoji öhdəliklər və ya qarantiya müqaviləsi üzrə tələblər;

5.1.6.


Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyində nəzərdə tutulmuş həcmdən və məbləğdən

yuxarı olan zərərin əvəzinin ödənilməsi barədə tələblər;



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI

5.1.7.

Mənəvi ziyanın kompensasiyası üzrə iddialar;



5.1.8.

Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə iddialar.

5.2. Baş verən hadisə aşağıdakı hallarda sığorta hadisəsi hesab edilmir:

5.2.1.


Üçüncü şəxsin tələbi (məhkəmənin qüvvəyə minmiş qərarı) Sığortalının və ya Sığorta olunanın, onların

əməkdaşlarının, sığortalanmış ünvanda olan şəxslərin, həmçinin Sığortalının və ya Sığorta olunanın razılığı ilə onlara məxsus

binalarda alkoqollu, narkotik sərxoş vəziyyətdə işləyən şəxslərin fəaliyyətinin nəticəsi olarsa;

5.2.2.


Üçüncü şəxsin tələbinin (məhkəmənin qüvvəyə minmiş qərarının) predmeti həmin üçüncü şəxsin qəsdən etdiyi

hərəkətin nəticəsində yaranan zərərin əvəzinin ödənilməsi olduqda;

5.2.3.

Üçüncü şəxsin tələbinin (məhkəmənin qüvvəyə minmiş qərarının) predmeti Sığortalının və ya Sığorta olunanın,



onların işçilərinin, sığortalanmış ünvanda olan şəxslərin, həmçinin Sığortalının və ya Sığorta olunanın razılığı ilə onlara məxsus

binalarda işləyən şəxslərin kobud ehtiyatsızlığı üzündən üçüncü şəxslərin əmlakına dəyən zərərin əvəzinin ödənilməsidirsə.

5.2.4.

Üçüncü şəxsin tələbinin (məhkəmənin qüvvəyə minmiş qərarının) predmeti mənəvi zərərin əvəzinin



ödənilməsidirsə;

5.2.5.


Üçüncü şəxsin tələbinin (məhkəmənin qüvvəyə minmiş qərarının) predmeti həmin şəxsin aşağıdakı əmlakına

dəyən zərərin əvəzinin ödənilməsi ilə bağlı olarsa: əntiq və nadir əşyalar, qiymətli metallardan, qiymətli, yarımqiymətli daşlardan

hazırlanmış məmulatlar, dini ayinlərin predmetləri, kolleksiyalar, incəsənət əsərləri, pul nişanları, qiymətli kağızlar, sənədlər və

fotoşəkillər.



Maddə 6. SIĞORTA HADİSƏSİ

6.1. Sığorta hadisəsi Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində bu Qaydalarda nəzərdə tutulmuş, mülki

qanunvericiliyin normalarına uyğun olaraq üçüncü şəxslərin onlara dəymiş zərərin əvəzinin ödənilməsi üzrə Sığortalıya və

ya Sığorta olunmuş şəxsə qarşı tələb irəli sürməsi üçün əsas olan haldır.

6.2. Bu Qaydalar üzrə əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər

işlərin aparılması nəticəsində Maddə 4-də qeyd edilən hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya)

əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

6.3. Əgər zərər dəyməsi faktı məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə və ya Sığortaçının yazılı razılığı əsasında

üçüncü şəxsin sağlamlığına və ya əmlakına dəyən zərəri Sığorta olunanın ödəməsi barədə maddi iddianın Sığortalı, yaxud

Sığorta olunan tərəfindən qəbul olunması ilə təsdiqlənərsə, baş vermiş hadisə sığorta hadisəsi sayılır.



Maddə 7. SIĞORTA ÖHDƏLİYİ

7.1. Əgər Sığotalının və ya Sığorta olunanın sığorta olunmuş fəaliyyəti ilə əlaqədar olan sığorta hadisəsi aşağıdakılarla

nəticələnərsə, Sığortaçının öhdəliyi yaranır:

7.1.1. zərərçəkənin ölümü, əmək qabiliyyətini itirməsi, şikəst olması (fiziki zərər);

7.1.2. üçüncü şəxsə məxsus əmlakın məhv olması və ya zədələnməsi (maddi zərər).

7.2. Əgər sığorta müqaviləsində razılaşdırılmışdırsa, Sığortaçı şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta

olunanın təqsirlilik dərəcəsinin aydınlaşdırılması üzrə əsaslandırılmış xərcləri, həmçinin zərərin səbəbi olması ehtimal

edilən hadisə ilə əlaqədar məhkəmə orqanlarında işin aparılması üzrə çəkilən xərcləri Sığortalıya ödəyir.

7.3. Sığortaçı həmçinin sığorta hadisəsi nəticəsində zərərə məruz qalan şəxsin həyatının və ya əmlakının xilas edilməsi,

sığorta hadisəsi nəticəsində dəyən zərərin həcminin azaldılması məqsədilə Sığortalının və ya Sığorta olunanın lazımi və

məqsədəuyğun xərclərinin əvəzini ödəyir.

7.4. Bu sığorta müstəsna olaraq, Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən sığorta hadisələrinə

şamil olunur.

7.5. Bu sığorta istənilən halda aşadğıdakıları əhatə etmir:

7.5.1. Sığorta müqaviləsi bağlanarkən müəyyən edilən sığorta ərazisindən kənarda dəyən zərərin ödənilməsi barədə

tələb;


7.5.2. Sığortalı və Sığorta olunan da daxil olmaqla, qəsdən zərər vurmuş istənilən şəxsin tələbi və ya iddiası. Bu

zaman qəsdən vurulmuş zərərə itkinin baş verməsinin mümkünlüyünün kifayət qədər böyük ehtimalla gözlənilməsi

və belə hərəkətə görə məsuliyyət daşıyan şəxsin bilərəkdən ona yol verməsi ilə müşayət olunan hərəkət və ya

hərəkətsizlik aid edilir;

7.5.3. eyni müqavilə üzrə biri-birinə qarşı məsuliyyətləri sığortalanmış Sığortalı və ya Sığorta olunan tərəfindən irəli

sürülən tələb;

7.5.4. hərbi əməliyyat, üsyan, qiyam, xalq iğtişaşları, silahlı qruplaşmaların və terrorçuların fəaliyyəti nəticəsində


__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI

dəyən zərərin ödənilməsi ilə bağlı istənilən tələb;

7.5.5. riskin dərəcəsini əhəmiyyətli dərəcədə artıran, Sığortaçı tərəfindən Sığortalıya ümumqəbuledilmiş qaydalara

görə aradan qaldırılması tapşırılan halların Sığortaçı ilə razılaşdırılmış müddət ərzində Sığortalının aradan

qaldırmaması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi barədə tələb;

7.5.6. radioaktiv çirklənmədən, şüalanmadan və nüvə yanacağının istifadəsi ilə bağlı olan fəaliyyətin digər

nəticələrindən baş verən hallar;

7.5.7. qurğu və avadanlığın köhnəlməsinin birbaşa nəticəsində baş verən hallar;

7.5.8. Sığortalı tərəfindən qanunların, qərarların, müəssisə və istehsalat qaydalarının, normalarının və normativ

sənədlərin tələblərinin qəsdən pozulması nəticəsində baş verən hallar.

Maddə 8. SIĞORTA MƏBLƏĞİ VƏ ONUN MÜƏYYƏN EDİLMƏ QAYDASI

8.1. Sığorta məbləği (öhdəliyin həddi) Sığorta müqaviləsində razılaşdırılan elə pul məbləğidir ki, onun əsasında sığorta

haqqının və sığorta ödənişinin həcmi müəyyən edilir.

8.2. Sığorta müqaviləsində göstərilmiş hədd, əgər müqavilədə məsuliyyətin hədləri aşağıdakı kimi razılaşdırılmayıbsa, həm

fiziki, həm də maddi zərər üçün vahid məbləğdə müəyyən edilmiş hesab olunur:

8.2.1. məhkəmə xərclərinin kompensasiyası da daxil olmaqla, sığortaya qəbul edilmiş hər bir risk üzrə (bu

Qaydaların 7.2-ci bəndi);

8.2.2. bir sığorta hadisəsi üzrə;

8.2.3. bir sığorta hadisəsi nəticəsində zərər çəkən bir şəxsə verilən ödəniş üzrə.

8.3. Hər illik sığorta müddətində baş vermiş bütün sığorta hadisələri üzrə verilən sığorta ödənişinin ümumi məbləği

öhdəliyin müəyyən edilmiş illik ümumi məbləğini aşa bilməz.

Maddə 9. SIĞORTA HAQQININ ÖDƏNİLMƏSİ QAYDASI

9.1. Sığorta müqaviləsi üzrə sığorta haqqı Sığortaçı tərəfindən tarif dərəcələrinə əsasən hesablanır.

9.2. Sığorta haqqı birdəfəlik ödənilir, lakin Sığorta müqaviləsi bağlanarkən tərəflər sığorta haqqının müəyyən müddət

ərzində ödənilməsi barədə razılığa gələ bilərlər. Bu zaman sığorta müqaviləsində tərəflər ödəmə müddətlərinin konkret

qaydasını, həmçinin ödəmə müddətləri və sığorta haqqının ayrı-ayrı hissələrinin miqdarı üzrə məhdudiyyətləri və tələbləri,

müddətli ödəmələrlə bağlı tərəflərin hüquq və vəzifələrini müəyyən edirlər.

9.3. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə Sığortaçı onun ödənilməsi üçün bu Qaydaların 9.4-cü

bəndinin tələbini nəzərə alaraq yazılı surətdə 15 (on beş) günədək müddət müəyyən edə bilər.

9.4. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi Sığorta müqaviləsi bağlandığı gündən bir aydan gec

olmayaraq ödənilməlidir.

9.5. Sığorta haqqının ödənilmə günü sığorta haqqının Sığortaçının hesabına daxil olduğu gün və ya sığorta haqqının nağd

pulla ödənildiyi gün hesab olunur.



Maddə 10SIĞORTA MÜQAVİLƏSİNİN BAĞLANMASI, ONA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ VƏ XİTAM

VERİLMƏSİ QAYDASI

10.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır.

Ərizədə sığorta olunan obyekt haqqında bütün lazımi məlumatlar göstərilməlidir. Ərizə Sığorta müqaviləsi bağlandıqdan

sonra onun tərkib hissəsi sayılır.

Sığorta müqaviləsinə daxil olan digər şərtlər, qeyd-şərtlər və xüsusi şərtlər Sığortaçının məsuliyyətinin və sığorta

təminatının bu Qaydalarda müəyyən edilmiş həcmini genişləndirməməlidir (artırmamalıdır).

10.2. Sığorta müqaviləsi bağlanarkən, Sığortalı Sığortaçıya ona məlum olan, sığorta hadisəsinin baş vermə ehtimalının

dərəcəsini müəyyən etmək üçün əhəmiyyətli olan bütün hallar barədə məlumat verməlidir.

Sığortalının bu öhdəliyi yerinə yetirməməsi Sığortaçını sığorta ödənişinin həyata keçirilməsi öhdəliyindən azad edir.

Müqavilə bağlanarkən Sığortalı Sığortaçının sığorta riskini qiymətləndirmək üçün verdiyi bütün suallarına cavab verməlidir.

10.3. Sığorta müqaviləsi yazılı şəkildə aşağıdakı kimi bağlanır:

10.3.1. tərəflərin müəyyən bir sənədi - sığorta müqaviləsini tərtib etməsi və qarşılıqlı imzalaması yolu ilə;



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI

10.3.2. Sığortalının Sığortaçının müvafiq sığorta qaydaları ilə razılaşmasını təsdiq etməsi şərtilə ona, həmin

qaydalarda nəzərdə tutulan sığorta təminatından istisnaların və (və ya) belə təminata əlavələrin də əks olunduğu

sığorta şəhadətnaməsinin verilməsi yolu ilə;

Sığorta müqaviləsi onun qüvvədə olduğu müddət ərzində itərsə, Sığortalıya onun yazılı ərizəsi əsasında dublikat verilir və

bundan sonra itmiş Sığorta müqaviləsi etibarsız sayılır və həmin müqavilə üzrə sığorta ödənişi verilmir.

10.4. Sığorta müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam

ödənilməsindən sonra qüvvəyə minir.

10.5. Sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta təminatının müddəti sığorta haqqının ilk hissəsinin

və ya tam ödənilməsi günü saat iyirmi dörddən başlanır və sığorta qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla,

Sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır.

10.6. Sığorta müqaviləsinə edilən əlavələr və dəyişikliklər yazılı formada tərtib olunmalı və hər iki tərəfdən imzalanmalıdır.

10.7. Sığorta müqaviləsinə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:

10.7.1. sığorta predmeti artıq mövcud olmadıqda;

10.7.2. aşağıdakı hallar istisna olmaqla, Sığortalı fiziki şəxs öldükdə və ya Sığortalı hüquqi şəxs ləğv olunduqda:

10.7.2.1.əmlak sığortası müqaviləsini bağlamış Sığortalı sığorta müqaviləsi bağlayarkən sığortalanmış əmlakı

qəbul edəcək hər hansı şəxsi təyin etmiş olduğu, habelə sığorta hadisəsi baş verənədək Sığortaçının razılığı

ilə onu dəyişdirmiş olduğu hallarda Sığortalı fiziki şəxs vəfat edərsə, onun həmin müqavilə üzrə hüquq və

vəzifələri mülki qanunvericiliklə müəyyən olunmuş vərəsəlik qaydasında sığortalanmış əmlakı qəbul edən

şəxsə keçir;

10.7.2.2. qanunvericilikdə və ya Sığorta müqaviləsində başqa şərtlər müəyyən edilməmişdirsə, Sığortalının

hüquq və vəzifələri sığorta predmeti olan miras əmlakın yeni mülkiyyətçisinə, sahibinə və ya istifadəçisinə həm

onun özünün, həm də Sığortaçının müqavilədə rəsmiləşdirilən razılığı ilə keçir;

10.7.2.3. Sığortalı olan hüquqi şəxs Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə yenidən təşkil edildikdə,

onun həmin Sığorta müqaviləsi üzrə hüquq və vəzifələri qanunvericiliyə uyğun olaraq müvafiq hüquq varisinə

keçir;

10.7.3. sığorta hadisəsinin baş verməsi ehtimalı olmadıqda və sığorta riskinin mövcudluğu, səbəbi sığorta hadisəsi



olmayan hallara görə başa çatdıqda;

10.7.4. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini yerinə yetirdikdə;

10.7.5. sığorta marağı artıq mövcud olmadıqda;

10.7.6. Sığortalı sığorta haqqını qanunvericilikdə və sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;

10.7.7. Qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

10.8.


Sığorta müqaviləsinin qüvvədə olduğu dövrdə Sığortalı məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab

edilmişdirsə, yaxud onun fəaliyyət qabiliyyəti məhkəmənin qərarı ilə məhdudlaşdırılmışdırsa, mülki məsuliyyət sığortası üzrə

müqavilə məhkəmənin müvafiq qərarının qüvvəyə mindiyi andan xitam verilmiş hesab edilir, digər hallarda isə belə

Sığortalının hüquq və vəzifələrini onun qəyyumu və ya himayəçisi həyata keçirir.

10.9. Aşağıdakı müddəalar nəzərə alınmaqla sığorta müqaviləsinə vaxtından əvvəl xitam verilə bilər:

10.9.1. Sığorta müqaviləsində nəzərdə tutulmuş hallarda, habelə tərəflərin razılaşmasına əsasən müqaviləyə

sığortalının və ya sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verilə bilər. Bu barədə tərəflər bir-birini, qanunla

müəyyən edilən hallar istisna olmaqla, azı 30 gün əvvəl yazılı şəkildə xəbərdar etməlidirlər.

10.9.1.1. Sığorta müqaviləsinə sığortalının tələbi ilə vaxtından əvvəl xitam verildikdə, sığortaçı çəkilmiş xərclər

çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını ona qaytarır, bu halda müqavilənin

qüvvədə olduğu müddət üçün sığorta haqqı 9.6-cı maddəsində göstərilən qaydada yenidən hesablanır; əgər

bu tələb sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta haqlarını sığortalıya bütünlüklə

qaytarır.

10.9.1.2. Sığorta müqaviləsinə sığortaçının tələbi ilə vaxtından əvvəl xitam verildikdə o, sığortalının sığorta

haqlarını bütünlüklə qaytarır; əgər bu tələb sığortalının sığorta qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa,

sığortaçı çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış müddəti üçün sığorta haqlarını qaytarır. İnzibati

xərclər müqavilə üzrə daxil olan sığorta haqqının 25%-ni təşkil edir.

10.9.1.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək sığortaçı

tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına

bərabər və ya ondan çox miqdarda sığorta ödənişi

verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.

10.10. Bu maddənin 10.10.1.1-ci və 10.10.1.2-ci bəndlərində nəzərdə tutulmuş hallarda sığorta haqqının qaytarılması bu

Qaydaların 9.6-cı bəndinə uyğun olaraq həyata keçirilir.

10.11. Sığorta müqaviləsinə sığortalının ölümü ilə əlaqədar xitam verildikdə, Sığortaçı ödənilmiş sığorta haqlarının sığorta

müqaviləsinin qalan müddətinə müvafiq hissəsini ölmüş Sığortalının qanuni vərəsəsinə qaytarır.


__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI

10.11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində əqdlərin etibarsız hesab edilməsinin ümumi əsasları ilə yanaşı,

Sığorta müqaviləsi aşağıdakı hallarda bağlandığı andan etibarsız sayılır:

10.12.1. əgər Sığorta müqaviləsi sığorta hadisəsi baş verdikdən sonra bağlanarsa;

10.12.2. əgər Sığorta müqaviləsi Sığortaçı adından müqavilə bağlamaq hüququ olmayan şəxslə bağlanmışdırsa.



Maddə 11.

AZADOLMA MƏBLƏĞİ

11.1. Sığorta müqaviləsi ilə zərərlərin ödənilməsində Sığortalının öz payı – Sığortaçının azad olduğu hissə (azadolma)

müəyyən edilə bilər. Bu halda sığorta ödənişi azadolma məbləğindən yuxarı həddə həyata keçirilir (şərtsiz azadolma).

Azadolma məbləğini aşmayan zərərlərin əvəzi ödənilmir.

11.2. Əgər Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, Sığorta müqaviləsi məsuliyyət həddinin 1%-i həddində

azadolma məbləği ilə bağlanmış hesab edilir.

11.3. Azadolma hər bir sığorta hadisəsi üzrə müəyyən edilir. Əgər bir neçə sığorta hadisəsi baş verərsə, azadolma onların

hər biri üzrə hesablanır.



Maddə 12.

TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

12.1. Sığortalının vəzifələri:

12.1.1. Sığorta haqqını vaxtında ödəmək;

12.1.2. Sığorta müqaviləsi bağlanarkən özünə məlum olan, sığorta riskinin qiymətləndirilməsi üçün əhəmiyyət kəsb

edən hallar, həmçinin mövcüd sığorta predmetinə münasibətdə bağlanmış və bağlanan bütün sığorta müqavilələri

barədə Sığortaçını məlumatlandırmaq;

12.2. Sığortaçının vəzifələri:

12.2.1.Sığortalı tərəfindən sığorta hadisəsinin baş verməsi riskini və sığorta predmetinə dəyə bilən mümkün

zərərlərin həcmini azaldan tədbirlər həyata keçirildikdə və ya sığorta predmetinin həqiqi dəyəri artdığı halda,

Sığortalının ərizəsi əsasında bu hallar nəzərə alınmaqla Sığorta müqaviləsini yenidən bağlamaq;

12.2.2. sığorta hadisəsi baş verdikdə, sığorta predmetinə dəyən zəzərin aradan qaldırılması və ya azaldılması üçün

Sığortalının çəkdiyi xərclərin əvəzini ödəmək;

12.2.3. Sığortalı və onun əmlak vəziyyəti barədə məlumatı yaymamaq.

12.2.4. sığorta hadisəsinin baş verməsi barədə məlumat aldıqda:

12.2.4.1. sığorta hadisəsinin baş verdiyi yerə baxış keçirmək, sığorta aktı tərtib etmək və Sığortalının təqdim

etdiyi sənədlər əsasında zərərin həcmini müəyyən etmək;

12.2.4.2. sığorta ödənişi məbləğinin hesablanmasını həyata keçirmək;

12.2.4.3. Bu Qaydalarda müəyyən edilmiş müddətdə, sığorta aktı və zərərin həcminin hesablanması əsasında

sığorta ödənişini həyata keçirmək.

12.3. Sığortalı bu Qaydaların 12.1-ci bəndində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirmədikdə, Sığortaçı bu səbəbdən

zərərin baş verməsi və ya həcminin artması ilə nəticələnən ölçüdə sığorta ödənişini verməkdən imtina etmək hüququna

malikdir.



Maddə 13. SIĞORTA HADİSƏSİ BAŞ VERDİKDƏ SIĞORTALININ VƏZİFƏLƏRİ

13.1. Sığortalı sığorta hadisəsi baş verərkən aşağıdakıları yerinə yetirməlidir:

13.1.1. sığorta hadisəsinin səbəblərini, gedişini və nəticələrini aydınlaşdırmaq üçün bütün lazımi tədbirləri görmək;

13.1.2. hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində Sığortaçıya və ya onun

nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan

səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir (faktların obyektiv şəkildə qeyd olunmasına imkan

verən malik olduğu vasitələrlə Sığortaçıya və səlahiyyətli dövlət orqanına dərhal məlumat vermək);

13.1.3. sığorta hadisəsi ilə bağlı ona qarşı irəli sürülmüş bütün tələblər barədə Sığortaçıya dərhal məlumat vermək;

13.1.4. itkilərin azaldılması və təhlükəyə məruz qalan şəxsin həyatının xilas edilməsi üçün bütün mümkün və

məqsədəuyğun tədbirləri həyata keçirmək;



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI

13.1.5. Sığortalı öz imkanları daxilində, zədələnmiş əmlaka baxış keçirilməsində və dəymiş zərərin həcminin

müəyyənləşdirilməsində Sığortaçının iştirakını təmin etməlidir;

13.1.6. sığorta hadisəsinin səbəbləri, gedişi və nəticələri, dəymiş zərərin xarakteri və həcmi barədə nəticə çıxarmağa

imkan verən, əlində olan bütün informasiyanı və sənədləri Sığortaçıya təqdim etmək;

13.1.7. sığortaçının razılığı olmadan zərərin əvəzini ödəməmək, sığorta hadisəsi ilə bağlı ona qarşı irəli sürülmüş

tələbləri nə tam, nə də qismən qəbul etməmək, həmçinin belə tələblərin tənzimlənməsi üzrə hər hansı birbaşa və ya

dolayı öhdəlikləri öz üzərinə götürməmək;

13.1.8. Sığortalı müqavilənin şərtlərinə əsasən hər hansı pretenziyanm yaranmasına səbəb ola bilən hadisə

haqqında mümkün olan ən qısa zamanda yazılı şəkildə məlumat verməli və Sığortaçının tələb etdiyi bütün

əlavə məlumatı Sığortaçıya təqdim etməlidir. Hər hansı pretenziya, iddia, məhkəmə çağırışı və ya

məhkəmə prosesi və bunlara aid olan bütün sənədlər alınan kimi Sığortaçıya verilməlidir.

13.1.9. Sığortalı sığortaçının ilkin razılığı olmadan onun məsuliyyətinin tanınmasına yönəlmiş hər hansı bir

hərəkət etməyə, saziş imzalamağa və ya vəd verməyə haqlı deyildir.Sığortaçı Sığortalı adından hər hansı

pretenziyanın müdafiə olunması və həll edilməsi, yaxud Sığortalı adından ziyanın ödənilməsi və onun

xeyrinə məhkəməyə iddianı qəbul etmək və təmin etmək hüququna malikdir.Sığortalı Sığortaçının ehtiyac

duyduğu bütün məlumatı ona təqdim etməlidir.

13.1.10. Sığortalı baş verən hadisə barəsində səlahiyyətli dövlət orqanlarina məlumat verməyə və

qanunvericiliklə ona aid edilmiş bütün öhdəlikləri yerinə yetirməyə borcludur.



Maddə 14SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI

14.1. Sığorta ödənişi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə zərərin əvəzinin ödəilməsi üçün nəzərdə

tutulmuş həcmdə hesablanır.

14.2. Sığorta hadisəsinin baş verməsi, zərərçəkənin sığorta ödənişi almaq hüququnun və Sığortalının onu ödəmək

vəzifəsinin olması, sığorta hadisəsi ilə dəyən zərər, həmçinin zərərin həcmi arasında səbəb əlaqəsinin mövcudluğu barədə

mübahisə yaranmadıqda, irəli sürülmüş tələb təmin edilir və sığorta ödənişi məhkəmədənkənar qaydada həyata keçirilir.

14.3. Bu halda zərərin həcmini və sığorta ödənişi məbləğini, zərərin vurulması faktı və nəticələri haqqında səlahiyyətli

orqanın (tibb müəssisəsinin, həkim-əmək ekspert komissiyasının, sosial təminat orqanlarının və s.) sənədləri əsasında,

həmçinin çəkilən xərcləri təsdiq edən arayışlar, hesablar və digər sənədlər nəzərə alınmaqla Sığortaçı müəyyən edir.

Sığorta ödənişi məbləğinin müəyyən olunması üçün zəruri hallarda Sığortalı da dəvət oluna bilər.

Yuxarıda sadalanan sənədlər əsasında Sığortaçı, Sığortalı və zərərçəkən tərəfindən imzalanan ödəniş haqqında razılaşma

tərtib olunur.

Sığortaçı bu Qaydalarda göstərilmiş sığorta hadisəsi nəticəsində dəyən faktiki zərərin müəyyən edilməsi üçün müstəqil

ekspertləri cəlb etmək hüququna malikdir.

14.4. Bu Qaydaların 14.2-ci bəndində sadalanmış hallar barədə mübahisə yaranarsa, sığorta ödənişi məhkəmənin qanuni

qüvvəyə minmiş qərarı əsasında həyata keçirilir.

14.5. Sığorta ödənişinin verilməsi üçün Sığortalı aşağıdakı sənədləri Sığortaçıya təqdim etməlidir:

14.5.1. Sığorta hadisəsi haqqında yazılı ərizə;

14.5.2. üçüncü şəxsə zərər dəyməsinə səbəb olmuş sığorta hadisəsinin səbəblərini və mümkün nəticlərini əhatə

edən ekspert komissiyası tərəfindən tərtib olunmuş akt;

14.5.3. baş vermiş hadisə ilə bağlı Sığortalıya qarşı irəli sürülmüş iddialar;

14.5.4. Sığorta müqaviləsi üzrə Sığortaçının məsuliyyət həcmi də daxil olmaqla, sığorta hadisəsinin baş verməsi ilə

əlaqədar sığorta ödənişinə düşən məbləği əks etdirən məhkəmə qərarı;

14.5.5. Sığorta müqaviləsi;

14.5.6. Sığortaçının mülahizəsinə əsasən, sığorta ödənişinin verilməsi haqqında qərar qəbul etmək üçün lazım olan

digər sənədlər.

Sığortalının sığorta hadisəsi ilə bağlı Sığortaçı ilə razılaşdırılmış əlavə xərclərinin (məhkəmə xərclərinin)

əvəzinin


ödəniməsi halları istisna olmaqla, Sığortaçı sığorta ödənişini bu Qaydalardakı mənada zərər çəkmiş üçüncü şəxsə verir.

14.6. Sığorta ödənişinin məbləğinə aşağıdakılar daxildir:

14.6.1. Fiziki şəxsin sağlamlığına zərər dəydikdə və ya o öldükdə:

14.6.1.1. əmək qabiliyyətinin itirilməsinə və ya şikəstlik, yaxud səhhətinə dəyən digər zərər nəticəsində



__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI

azalmasına görə zərərçəkənin itirdiyi qazanc;

14.6.1.2. səhhətin bərpası üçün lazım olan əlavə xərclər (gücləndirilmiş qidalanma, sanatoriya-kurort

müalicəsi, kənar qulluq, protezləşdirmə, nəqliyyat xərcləri, ödənişli tibbi xidmətlərə çəkilən xərclər və s.)

14.6.1.3. qazancın elə bir hissəsi ki, zərərçəkənin ölümü nəticəsində onun himayəsində olan və ya ondan

təminat almaq hüququna malik olan əmək qabiliyyətsiz şəxslərin ondan məhrum olmuşlar;

14.6.1.4. şəraitin ilkin araşdırılması və Sığortalının və ya Sığorta olunanın təqsirinin dərəcəsinin

müəyyənləşdirilməsi üzrə çəkilən məqsədəuyğun xərclər;

14.6.1.5. məhkəmə orqanlarında güman edilən sığorta hadisəsi ilə bağlı işlərin aparılması üzrə xərclər;

14.6.1.6. sığorta hadisəsi nəticəsində zərər çəkən şəxsin həyatının və əmlakının xilas edilməsi və ya zərərin

azaldılması üçün çəkilən lazımi və məqsədəuyğun xərclər;

14.6.2. Fiziki və ya hüquqi şəxsin əmlakına zərər dəydikdə:

14.6.2.1. əmlakın məhv olması və ya zədələnməsi nəticəsində dəyən, əmlakın tam məhv olması zamanı

köhnəlmə çıxılmaqla onun həqiqi dəyəri həcmində, qismən zədələnməsi zamanı isə, onun sığorta

hadisəsindən əvvəlki vəziyyətinə qaytarılması üçün zəruri xərclər həcmində birbaşa həqiqi zərər.

Həqiqi dəyər aşağıdakı kimi müəyyən edilir:

- avadanlıq, inventar, ev məişəti əşyası və şəxsi istifadə olunan əşyalar üçün – onları əvəz edən tam anoloji

predmetin əldə edilməsi üçün lazım olan məbləğ (köhnəlmə çıxılmaqla);

- bina və qurğular üçün – bina və ya qurğunun yerləşdiyi yerdə bərpası üçün lazım olan, köhnəlmə və

istismar-texniki vəziyyəti nəzərə alınmaqla, tam anoloъi şəkildə tikilməsi dəyərinin həcmində;

14.6.2.2. əgər baş vermiş hadisə sığorta hadisəsi hesab edilirsə, şəraitin ilkin araşdırılması və Sığortalının və

ya Sığorta olunanın təqsirinin dərəcəsinin müəyyənləşdirilməsi üçün məqsədəuyğun xərclər;

14.6.2.3. əgər baş vermiş hadisə sığorta hadisəsi hesab edilirsə, məhkəmə orqanlarında güman edilən

sığorta hadisəsi ilə bağlı işlərin aparılması üzrə xərclər;

14.6.2.4. sığorta hadisəsi nəticəsində zərər çəkən şəxsin həyatının və əmlakının xilas edilməsi və ya sığorta

hadisəsi nəticəsində dəymiş zərərin azaldılması üçün çəkilən lazımi və məqsədəuyğun xərclər;

14.7. Sığorta ödənişi sığorta hadisəsi haqqında akta əsasən, bu aktın imzalandığı tarixdən 30 iş günü müddətində Sığortaçı

tərəfindən ödənilir. Sığorta aktı zərərin səbəblərinin və həcminin bütün maraqlı tərəflərlə birlikdə tam şəkildə müəyyən

edilməsi və razılaşdırılmasından, yaxud məhkəmə qərarının qanuni qüvvəyə minməsindən sonra tərtib olunur.



Maddə 15. SIĞORTA ÖDƏNIŞININ VERILMƏSINDƏN IMTINA ƏSASLARI

15.1. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə aşağıdakılar baş verərsə, Sığortaçı Sığortalıya sığorta ödənişini

verməkdən imtina edə bilər:

15.1.1.Sığortalının, Sığorta olunanın və ya zərərçəkmiş üçüncü şəxsin sığorta hadisəsinin baş verməsinə yönəldilmiş

qəsdən etdiyi hərəkətlər;

15.1.2.Sığortalının və ya xeyrinə sığorta müqaviləsi bağlanılmış şəxsin sığorta hadisəsi ilə birbaşa əlaqədə olan

qəsdən cinayətlər törətməsi;

15.1.3.Sığortalının Sığortaçıya sığorta predmeti, sığorta riskindəki dəyişiklik və zərərin həcmi haqqında bilə-bilə

yalan məlumat verməsi;

15.1.4.sığorta hadisəsi barədə Sığortaçıya məlumat vermə müddətləri barədə tələblərin pozulması və ya dəymiş

zərər faktını və həcmini təsdiq edən sənədlərin təqdim olunmaması;

15.1.5.İtkilərin, Sığortalının və ya Sığorta olunanın mümkün itkiləri azaltmaq üçün ağılabatan və onların bacardığı

tədbirlərin görülməməsi nəticəsində yaranması.

15.2. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, ilkin və ya birdəfəlik sığorta haqqının ödənilməsinədək sığortaçı öz

vəzifələrinin icrasından azaddır.

15.3. Sığorta ödənişi verməkdən imtina Sığortalıya imtinanın səbəbləri əsaslandırılmaqla yazılı formada bildirilir.



Maddə 16.

İKİQAT SIĞORTA

16.1.Sığortalı Sığortaçıda sığortaladığı məsuliyyətinə münasibətdə digər sığortaçılarla bağladığı sığorta müqavilələri barədə

Sığortaçını məlumatlandırmalıdır.


__________________________________________________________________________________________________

«Atəşgah» Sığorta Şirkəti ASC

Daşınar və ya daşınmaz əmlakın istimarı ilə

bağlı mülki məsuliyyət sığortası QAYDALARI

16.2. Əgər sığorta hadisəsi baş verdiyi an Sığortalının Sığortaçıda sığortaladığı məsuliyyətinə münasibətdə digər sığorta

müqavilələri də qüvvədə olarsa, sığorta hadisəsinə görə ödəniş məsuliyyətin sığortalandığı hər bir sığortaçı ilə bağlanmış

sığorta müqaviləsində müəyyən edilən sığorta məbləğlərinə mütənasib olaraq bölüşdürülür və Sığortaçı sığorta ödənişinin

yalnız öz payına düşən hissəsini ödəyir.



Maddə 17. VALYUTA BARƏSINDƏ QEYD-ŞƏRT

17.1.


Sığorta məbləği, azadolma məbləği, sığorta haqqı və sığorta ödənişləri xarici valyuta ilə göstərildiyi halda da

ödənişlər milli valyuta - Azərbaycan manatı ilə, Azərbaycan Respublikası Milli Bankının ödəniş gününə olan rəsmi

məzənnəsi ilə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər hansı

xarici valyuta ilə həyata

keçirilməlidir.

17.2.


Sığorta ödənişinin hesablanması üçün əsas olan sənədlərdəki göstəricilər sığorta müqaviləsinin valyutasından

fərqli olaraq Azərbaycan manatı və ya digər valyuta ilə ifadə olunduğu halda, müqavilənin valyutasına çevirmə, Azərbaycan

Respublikası Milli Bankının müvafiq sənədin tərtib olunduğu günə müəyyən etdiyi rəsmi məzənnə əsasında aparılır.

Maddə 18MÜBAHİSƏLƏRİN HƏLLİ QAYDASI

Sığortaçı ilə Sığortalı arasında Sığorta müqaviləsi üzrə yaranan bütün mübahisələr danışıqlar yolu ilə, razılığa gəlinmədikdə

isə, məhkəmə qaydasında həll olunur.

Maddə 19. SIĞORTA ÖDƏNIŞININ VERILMƏSI, YAXUD SIĞORTA ÖDƏNIŞINI VERMƏKDƏN IMTINA OLUNMASI

HAQQINDA QƏRARIN QƏBUL EDILMƏSI MÜDDƏTI

Sığortaçı sığorta ödənişinin verilməsi, yaxud sığorta ödənişini verməkdən imtina olunması haqqında qərarı bu Qaydaların

14.5-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi andan 30 iş günü ərzində qəbul edir.

Maddə 20.

SIĞORTA MÜQAVILƏSININ ŞƏRTLƏRININ YERINƏ YETIRILMƏMƏSINƏ VƏ YA LAZIMI QAYDADA

YERINƏ YETIRILMƏMƏSINƏ GÖRƏ TƏRƏFLƏRIN MƏSULIYYƏTI

Sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər bir-birləri

qarşısında Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.

Maddə 21. SIĞORTA MÜQAVILƏSINDƏ ƏLAVƏ ŞƏRTLƏRİN NƏZƏRDƏ TUTULMASI

Sığorta müqaviləsi bağlanarkən Sığortalı və Sığortaçı qanunvericiliyə zidd olmayan başqa şərtlər barədə razılığa gələ



bilərlər.

Document Outline

  • ANLAYIŞLAR
    • Maddə3.Sığortanınpredmeti
    • Maddə5.Sığortarisklərindənistisnalarvə(vəy
    • Maddə6.Sığortahadisəsi
    • Maddə7.Sığortaöhdəliyi
    • Maddə8.Sığortaməbləğivəonunmüəyyənedi
    • Maddə9.Sığortahaqqınınödənilməsiqaydası
    • Maddə10.Sığortamüqaviləsininbağlanması,ona
    • Maddə11.Azadolmaməbləği
    • Maddə12.Tərəflərinhüquqvəvəzifələri
    • Maddə14.Sığortaödənişininhəyatakeçirilməsi
    • Maddə16.Ikiqatsığorta
    • Maddə17.Valyutabarəsindəqeyd-şərt
    • Maddə18.Mübahisələrinhəlliqaydası
  • Maddə19.Sığortaödənişininverilməsi,yaxud
  • ANLAYIŞLAR:
    • Maddə3.SIĞORTANINPREDMETİ
    • Maddə5.SIĞORTARISKLƏRINDƏNISTISNALARVƏ(VƏY
    • Maddə6.SIĞORTAHADİSƏSİ
    • Maddə7.SIĞORTAÖHDƏLİYİ
    • Maddə8.SIĞORTAMƏBLƏĞİVƏONUNMÜƏYYƏNEDİLMƏQ
    • Maddə9.SIĞORTAHAQQININÖDƏNİLMƏSİQAYDASI
    • Maddə10.SIĞORTAMÜQAVİLƏSİNİNBAĞLANMASI,ONAƏ
    • Maddə11.AZADOLMAMƏBLƏĞİ
    • Maddə12.TƏRƏFLƏRİNHÜQUQVƏVƏZİFƏLƏRİ
    • Maddə14.SIĞORTAÖDƏNİŞİNİNHƏYATAKEÇİRİLMƏSİQA
    • Maddə16.İKİQATSIĞORTA
    • Maddə17.VALYUTABARƏSINDƏQEYD-ŞƏRT
    • Maddə18.MÜBAHİSƏLƏRİNHƏLLİQAYDASI
  • Maddə19.SIĞORTAÖDƏNIŞININVERILMƏSI,YAXUDSIĞO
  • Sığortaçısığortaödənişininverilməsi,yaxudsığo

Yüklə 112,69 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin