Atmosfer havasının çirkl



Yüklə 16,31 Kb.
tarix18.05.2020
ölçüsü16,31 Kb.
2ci sehife
Atmosfer havasının çirkləndirilməsinin müşahidəsi Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən, atmosfer havasını çirkləndirən bütün müəssisə və təşkilatlar, həmçinin ölkə ərazisində istifadədə olan avtomobil nəqliyyatı vasitələri üzrə aparılır.
3 sehife


  1. ci ildə ölkədə stasionar mənbələrdən və avtomobillərdən atmosfer havasına atılmış çirkləndirici maddələrin həcmi 2017-ci illə müqayisədə 37,9 min ton azalaraq ümumilikdə 1122,6 min ton təşkil etmişdir ki, onun da 84,6 faizi və ya 950,2 min tonu avtomobillərdən atılan tullantıların payına düşmüşdür. Stasionar mənbələrdən atılmış zərərli maddələrin həcmi 6,4 faiz, avtomobillərdən atılmış maddələrin həcmi isə 2,7 faiz azalmışdır.


4 sehie
Profilaktik tədbirlər nəticəsində ötən il stasionar mənbələrdən atmosferə təmizlənmədən atılan zərərli maddələrin 57,9 faizi təmizləyici qurğular vasitəsilə tutularaq zərərsizləşdirilmişdir. Atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması üçün sənaye müəssisələrində yeni qaztəmizləyici qurğuların istifadəyə verilməsi, mövcud təmizləyici qurğuların səmərəliliyinin artırılması və texnoloji proseslərin təkmilləşdirilməsi nəticəsində hava hövzəsinə il ərzində 1,2 min ton zərərli maddələrin atılmasının qarşısı alınmışdır. Tullantıların həcmi sənaye mərkəzlərindən olan Mingəçevir şəhərində 4,7 min ton, Şirvan şəhərində 1,9 min ton, Sumqayıt şəhərində 0,3 min ton azalmış, Bakıda isə 7,9 min ton artmışdır .Atmosferə atılmış bütün zərərli tullantıların 66,7 faizini karbohidrogenlər, 12,1 faizini azot oksidi, 9,7 faizini karbon oksidi, 0,4 faizini kükürd anhidridi, qalan hissəsini isə digər çirkləndirici maddələr təşkil etmişdir
5 sehife
Daxili yanma mühərrikləri ilə işləyən avtonəqliyyat vasitələri atmosferi çirkləndirən başlıca mənbə növü olaraq qalır. Hava hövzəsinin çirklənməsində avtonəqliyyat vasitələrinin payı 80%-dir.

Hal-hazırda Azərbaycan Respublikasında 20,4 min avtobus və 70,0 min yük avtomobili vardır. Son dövlət texniki baxışı ilə avtobusların yalnız 39,2%-nin, yük avtomobillərinin 25,4%-nin texniki cəhətdən yararlı olduğu müəyyənləşdiril-mişdir. Avtomobillərin əksəriyyəti fiziki və texniki cəhətdən həddi aşınmış, ekoloji göstəricilərinə görə isə istismara yararsız vəziyyətdədir.

Dünyada baş verən qloballaşma prosesində iqtisadiyyatın keçid dövrünü yaşayan ölkəmizdəki avtomobillərin əksəriyyəti MDB ölkələrində istehsal edilmiş avtomobillərdir. Bundan əlavə, 10 ildən artıqdır ki, ölkəyə xaricdən həmin ölkələrdə işləmə müddəti həddinə və ekoloji cəhətdən yararsızlığına görə istismarı qadağan edilmiş avtomobillər idxal edilir. Avtomobillərin modelləri bütün əsas göstəricilərinə görə (qənaətlilik, etibarlılıq, təhlükəsizlik, ekoloji yararlılıq) sənayesi inkişaf etmiş ölkələrdən 8-10 il geridə qalır.

6 sehife
Dəhşətli hal odur ki, Azərbaycanda istehsal olunan benzin etilləşdirilmiş benzindən ibarətdir. Müasir maşınların mühərriklərində yüksək oktanlı benzin yandırılması tələb olunduğuna görə, Bakının neftayırma zavodlarında oktanlığı artırmaq üçün benzinə qurğuşun tozu əlavə edilir. Avtonəqliyyat tullantılarının tərkibində olan qurğuşun insan orqanizminə təhlükəli təsir göstərir və yüksək zəhərləyici xüsusiyyətlərə malikdir. Havaya daxil olan hissəciklər günəş radiasiyasını udaraq havanı dumanlaşdırıb  boz - qırmızımtıl rəngə çevirir. Ən dəhşətlisi isə budur ki, müəsisələrdən və nəqliyyat vasitəsindən atmosferə buraxılan karbon və azot oksidləri, kükürd qazı, qurguşun birləşmələri, toz və his havada toplaşaraq dumanla birləşir və insan orqaniziminə öldürücü təsir göstərən «smoq» adlı qarışıq əmələ ğətirir.

7 sehife

Hazırda dünyada avtomobillərin havaya buraxdığı tullantıların normaya uyğun miqdarı 3 əsas qaydaya uyğun tənzimlənir. Bunlar Daxili  yanma  mühərrikinin  təkmilləşdirilməsi Avtomobil  benzininin  keyfiyyətinin  artırılması Neytrallaşdırıcılar 
8 səhifə

Bunun üçün Qaztəmizləyən və toztutan qurğular texnoloji və sanitar qurğulara bölünür. Texnoloji təmizləyici qurğular texnoloji prosesə qoşularaq tikinti və cihazlardır. Sanitar təmizləyici qurğular isə zərərli texnoloji və ventilyasiya tullantılarının qarşısını alan tikinti qurğu və cihazlardır. Qazların texnolorji təmizlənməsi metodları onların maye və ya bərk uducularla qarşılıqlı əlaqə proseslərinə , həmçinin zəhərli qarışıqların yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələrə çevirən kimyəvi proseslərə əsaslanır. Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alınan bir neçə sistemdə istifadə olunur. Bu zaman palladili alüminium oksidi əsasında katalizatorlardan istifadə edilir.
9 səhifə
1993 və 2018 ci illər arasında bu qurğular vasitəsilə böyük səviyyədə çirkləndirici tullantılar atılmışdır.
Yüklə 16,31 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə