Aulacaspis rosae Bouche. Qızılgül çanaqlı yastıca



Yüklə 199,99 Kb.
Pdf görüntüsü
tarix30.12.2021
ölçüsü199,99 Kb.
#22366


 

Aulacaspis rosae Bouche. - Qızılgül çanaqlı yastıca  



 

       

Guba  –Xacmaz  bölgəsində  geniş  yayılmış  qızılgül  çanaqlı 

yastıcasının  bəzi  bioloji  xüsusiyyətləri,  zərər  vurduğu bitkilər,  eləcə  də 

onun  say  tənzimində  böyük  rol  oynayan  parazitlərin  növ  tərkibi  

öyrənilmişdir. Oliqofaq bitki zərərvericisi olan qızılgül çanaqlı yastıcası 

Azərbaycanın faunası üçün ilk dəfə olaraq göstərilir. 

        Qızılgül  çanaqlı  yastıcası  –  Aulacaspis  rosae  qızılgül  və  itburnu 

kolları  üzərində  yaşayır.  Müəyyən  edilmişdir  ki,  qızılgül  çanaqlı 

yastıcasının yayılması lokal xarakter daşısa da, yayıldığı yerdə qızılgülə 

çox  böyük  zərər  vurur.  Əsasən  qızılgül  və  itburnu  kollarının  budaq  və 

zoğlarında  yayılaraq,  bitkilərin  şirəsini  sorur,  bitkilərin  yarpaqlarının 

saralıb-solmasına,  tökülməsinə,  bitkilərin  məhsuldarlığının  aşağı 

düşməsinə və ümumi dekorativ görkəminin pisləşməsinə səbəb olur. 

       Qızılgül  çanaqlı  yastıcasının  çanağı  dəyirmi,  yaxud  ovaldır,  ağ 

rənglidir.  Sürfə  çanaqcığı  sarı,  yaxud  narıncı  rəngli  olur,  mərkəzdə, 

yaxud kənarda yerləşir. Dişinin çanaqdaxili bədəni uzunsovdur, bədənin 

ön hissəsi arxaya nisbətən genişdir. 

       Erkəklərin çanaqı uzunsovdur, paralel qıraqlara malikdir. Çanaq ağ 

rənglidir, sürfə çanaqcığı çanağın ön hissəsində olub, sarımtıl rənglidir. 

Dişilərin  çanaqı  2,5-3,0  mm,  erkəklərinki  isə  0,8-1,0  mm-dir.  Qızılgül 

çanaqlı  yastıcası  Avropa  dövlətlərində,  Asiya,  Afrikada,  eləcə  də 

Amerikada yayılmışdır. 

       Keçmiş  SSRİ  məkanında  –  Orta  Asiya  respublikalarında, 

Zaqafqaziyada,  keçmiş  SSRİ-nin  Avropa  hissəsində,  Primorye 

vilayətində və Kuril adalarında yayılmışdır. 

       Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur  ki, bu zərərverici 

qızılgül  üzərində  bütün  mərhələlərdə  –  yəni  yetkin  dişilər  və  I-II  yaşlı 

sürfə  mərhələsində  qışlayır.  Xüsusən  yetkin  dişilər  və  II  yaşlı  sürfələr 

qışı salamat keçirirlər. Qışda ölüm faizi cəmi 40% təşkil edir. Əsasən I 

yaşlı sürfələr (80%-ə qədər) qışda tələf olur.  

       Sürfələr  və  dişi  fərdlər  qızılgülün,  itburnu  kollarının  budaq  və 

zoğları  üzərində  qışlayır.  Yazda  orta  gündəlik  temperatur  12-14

0




 

olduqda  yastıcalarda  oyanma  baş  verir.  Bu  II  yaşlı  sürfələrin  və  cavan 



dişilərin yavaş-yavaş böyüməsi ilə müşayiət olunur.  

       Mayın    I  onqünlüyündə  erkək  fərdlər  uçurlar.  Erkəklər  ağız 

aparatına  malik  deyillər,  yalnıız  1-2  gün  yaşayırlar.  Cavan  dişilərlə 

cütləşdikdən sonra erkək fərdlər məhv olurlar. Erkəklərin kütləvi uçuşu 

10-15  gün  olsa  da,  bəzi  fərdlərin  hətta  30-35  gün  sonra  da  uçduğu 

müşahidə  olunur.  İlk  yumurta  qoyan  dişi  fərdlərə  may  ayında  təsadüf 

olunur.  Mayın  II-  III  ongünlüyündə  ilk  yumurta  qoyan  dişilərə  təsadüf 

olunmuşdur.  Yumurtalar  çanağın  arxa  tərəfində  qoyulur,  yumurtalar 

qoyulduqca  çanaqdaxili  bədən  yığılır,  yumurtalar  üçün  yer  açılır. 

Yumurtalar  açıq  bənövşəyimtil  qəhvəyi  rənglidir.  Qızılgül  çanaqlı 

yastıca  qüzülgül  üzərində  orta  hesabla  84  ədəd  (maksimum  102, 

minimum isə 58 ədəd) yumurta qoyur. 

       10-12 günlük inkişafdan sonra yumurtadan “avara sürfələrin”  çıxışı 

baş  verir.  “Avara  sürfələr”  bığcığa,  1  cüt  gözə  və  ətraflara  malikdir, 

aktiv  hərəkət  edirlər.  “Avara  sürfələr”  qəhvəyimtil  sarı  rəngli  uzunsov 

oval  formadadır.  1-2  günlük  aktiv  hərəkətdən  sonra  sürfələr  oturaq 

həyata  keçir,  bitki  şirəsi  ilə  qidalanaraq  ilkin  çanaqla  örtülür.  İlkin  

çanaq ağımtıl, çox şəffaf olur və onun altında yastıcanın bədəni görünür. 

I  yaşlı  sürfələr  get-gedə  inkişaf  edir  və  iyul  ayında  II  yaşlı  sürfələrə 

çevrilir. Bu dövrdə I və II yaşlı sürfələr həm çanaqdaxili bədənləri, həm 

də  çanaqları  ilə  bir-birindən  fərqlənir.  Dişilər  dəyirmi  çanağa,  erkəklər 

isə  uzunsov  çanaqlara  malik  olurlar.  Erkəklərin  çanaqdaxili  bədəni  də 

uzunsov  olur,  ətraflar,  qanadlar  formalaşır.  Təxminən  20-25  günlük 

inkişafdan sonra erkəklər uçur. Erkəklərin tam inkişafı 50-52 gün çəkir. 

Kütləvi  üçüş  dövrü  10-12  gündür.  Erkəklərin  üçüşü  dövründə  II  yaşlı 

dişi sürfələr də artıq cavan dişilərə çevrilir. 

       Erkəklərlə  cütləşdikdən  10-15  gün  sonra  yumurtaqoyan  dişilər 

yaranır,  II  nəslin  inkişafı  başlanır.  Təxminən  8-10  gün  sonra  kütləvi 



yumurta qoyma  baş verir. 

 

 

 

Yüklə 199,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin