Az ərbaycan 2012 İnsan hüQÜqlari üZRƏ hesabat qisa icmal



Yüklə 402,02 Kb.
Pdf görüntüsü
səhifə5/5
tarix02.03.2017
ölçüsü402,02 Kb.
1   2   3   4   5

Anti-semitizm   

   


Ölk

ədə yaşayan 15 000-20 000 nəfərdən ibarət yəhudi icmasına qarşı anti-semit 

h

ərəkətlərlə bağlı etibarlı məlumat olmamışdır.   



 

İnsan alveri   

   


Bax: Dövl

ət Departamentinin 

www.state.gov/j/tip

 internet s

əhifəsində yerləşdirilmiş İnsan 

Alveri Haqqında Hesabatı.       

   


Fiziki qüsurlu şəxslər   

   


Fiziki, hissi, zehni v

ə əqli qüsuru olan şəxslərə qarşı məşğulluq, təhsil, hava nəqliyyatı və 

ya dig

ər nəqliyyat vasitəsindən istifadə, səhiyyə və ya digər dövlət xidmətlərinin təminatı 



zamanı ayrı-seçkiliyə yol verilməsi qanunla qadağan edilsə də, hökumət bu müddəaların 

effektiv şəkildə həyata keçirilməsini təmin etməmişdir. Məşğulluq sahəsində ayrı-seçkilik 

problem olaraq qalmışdır. Geniş yayılmış düşüncəyə əsasən fiziki qüsurlu uşaqlar 

x

əstədirlər və onlar digər uşaqlardan ayrılmalı və xüsusi müalicə mərkəzlərinə 



yerl

əşdirilməlidirlər. Cəmiyyətdəki bu cür qavrayışları dəyişmək və fiziki qüsurlu 

uşaqların cəmiyyətə təkrar inteqrasiyasına kömək etmək məqsədilə bir sıra beynəlxalq və 

yerli QHT-l

ər təhsil kampaniyaları həyata keçirmişlər.   

 

Fiziki qüsurlu şəxslərin ictimai və ya digər binalara girişini, informasiya və ya rabitə 



vasit

ələrinə çıxışını təmin edən qanunlar qəbul edilməmişdir və bu cür insanların bir çox 

tikilil

ərə daxil olması mümkün olmamışdır.   



 

Əqli və digər qüsuru olan şəxslər üçün ayrılmış müəssisələrdə göstərilən qayğının 

s

əviyyəsi fərqli olmuşdur, bəzilərində adekvat qulluq və qayğı göstərilsə də, digərlərində 



müvafi

q sanitar şəraitin və qidalanmanın təmin olunması üçün səriştəli baxıcıların sayı, 

avadanlıq və təchizat lazımı səviyyədə olmamışdır.   

 

S



əhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki qüsurlu şəxslərin 

hüquqlarının müdafiə olunmasına cavabdehdir.   

 

Milli/irqi/

etnik azlıqlar   

   


Ölk

ədə yaşayan təxminən 20 000-30 000 nəfər erməni mənşəli vətəndaşlar tarixən 

m

əşğulluq, mənzil təminatı və sosial xidmətlər sahəsində ayrı-seçkilikdən şikayət etmişlər. 



Etnik erm

əni mənşəli vətəndaşlar çox vaxt pasportlarında qanuni yolla dəyişiklik etdirərək 

özl

ərinin etnik mənsubiyyətlərini dəyişdirmişlər. İl ərzində ermənilərə qarşı hər hansı 



zorakılıq halı barədə məlumat verilməmişdir.   

 

B



əzi qruplar ayrı-ayrı hallarda ayrı-seçkilik hallarının baş verdiyini, onların öz ana 

dill


ərində dərs demək imkanlarının məhdudlaşdırıldığını və yerli dövlət orqanları 

t

ərəfindən incidildiklərini bildirmişlər. Bu qruplara cənubda talışlar, şimalda ləzgilər, 



M

əhsəti türkləri və kürdlər daxil olmuşdur.   

 

Seksual oriyentasiya v

ə cinsi mənsubiyyətə görə cəmiyyətdə pis rəftar, ayrı-seçkilik və 

zorakılıq hərəkətləri   

 

Ayrı-seçkilik əleyhinə olan qanunvericilikdə lesbiyan, gey (homoseksual), biseksual və 

transseksuallar (LGBT) 

xüsusi olaraq sadalanmır. Seksual oriyentasiya və cinsi 

m

ənsubiyyət zəminində dözümsüzlük problem olaraq qalmışdır. Yerli QHT-in verdiyi 



m

əlumata əsasən seksual oriyentasiya zəminində fərdi şəxslərə qarşı polis qəddarlığının 

baş verdiyi bir sıra hallar olmuşdur. Bu cür davranışlara görə məsuliyyət daşıyanlar dövlət 

orqanları tərəfindən araşdırılmamış və ya cəzalandırılmamışdır. Yerli QHT-in verdiyi 

m

əlumata əsasən il ərzində LGBT şəxslərə qarşı polis tərəfindən 70 reyd keçirilmişdir.       



 

LGBT şəxslər cəmiyyətin qınaq hədəfi olmaqdan, qisas yaxud repressiv təqibdən qorxaraq 

hüquq-mühafiz

ə orqanlarına rəsmi şikayət verməkdən imtina etməyə davam etmişlər. Gey 

v

ə Lesbiyanların Beynəlxalq İnsan Hüquqları Komissiyası adlı QHT-in verdiyi məlumata 



əsasən ölkənin gey əhali qrupu “görünməzlik həddinə qədər qorxudulmuşdur”.   

 

LGBT probleml



əri, o cümlədən HİV/QİÇS xəstəliyinin qarşısının alınması, hüquqi 

m

əsləhətin verilməsi, psixoloji yardım və maarifləndirmə işlərinin həyata keçirilməsi 



istiqam

ətində bir QHT fəaliyyət göstərmişdir. QHT onun fəaliyyətinə qarşı hər hansı rəsmi 

t

əqibin baş vermədiyini bildirmişdir.         



 

LGBT şəxslərə qarşı cəmiyyətdə qərəzli mövqe göstərilmişdir. Hər hansı işçinin seksual 

oriyentasiyasına görə işdən çıxarılması qeyri-qanuni hesab olunduğuna görə, LGBT 

şəxslərin verdikləri məlumata əsasən işə götürənlər onları işdən qovmaq üçün digər 

s

əbəblər tapmışlar. Səhiyyə xidmətlərinin təminatda olan ayrı-seçkilik də problem 



olmuşdur. Cəmiyyətdə geniş yayılmış mənfi rəyə əsaslanaraq, iqtidar yönümlü etirazçılar 

bir m


əqamda müxalifət liderinin gey olduğunu iddia etməklə onu ləkələməyə cəhd 

göst


ərmişlər (bax bölmə 2.b.). 

 

C



əmiyyətdə digər zorakılıq və ya ayrı-seçkilik halı   

   

HİV/QİÇS daşıyıcılarına qarşı cəmiyyətdə zorakılıq və ya ayrı-seçkilik hallarının baş 

verm

əsi barədə məlumat verilməmişdir.   



 

Bölm

ə 7. İşçi hüquqları   

   


a. Birl

əşmə azadlığı və kollektiv sövdələşmə hüququ 

Qanun, o cüml

ədən müvafiq təlimatlar və qanunvericilik aktları sərbəst birləşmə 

azadlığını, o cümlədən həmkarlar ittifaqlarının yaradılması hüququnu müəyyən edir. 

H

ərbçilər və polisin həmkarlar ittifaqına qoşulması qadağan edilmişdir. Qanun eyni 



zamanda r

əhbər işçilərin həmkarlar ittifaqına qoşulmasını qadağan edir, lakin çox vaxt 

h

əmkarlar ittifaqına üzvlük haqları sənaye sahələrində fəaliyyət göstərən dövlət 



əssisələrinin rəhbərlərinin əmək haqqından avtomatik olaraq çıxılmışdır. Qanun 

h

əmkarlar ittifaqlarına hökumətin müdaxiləsi olmadan öz fəaliyyətlərini həyata keçirməyə 



icaz

ə verir. Əksər işçilərin tətil keçirmək hüququ qanunla nəzərdə tutulmuşdur. Tətil 

keçirilm

əsinin qadağan edildiyi işçi kateqoriyalarına aşağıdakılar daxildir: icraedici və 

qanunvericilik orqanlarının yüksək vəzifəli şəxsləri, hüquq-mühafizə orqanlarının 

əməkdaşları, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su təchizatı, 

telefon, d

əmir yolu və hava nəqliyyatı sahələrinə nəzarət işçiləri. İctimai nəqliyyatın işini 

pozan t

ətilçilər üç ilədək azadlıqdan məhrum etmə cəzasına məhkum edilə bilər. Tətilçilərə 



qarşı işdən qovma və ya yeni işçi ilə əvəz etmə kimi cəzalandırma tədbirlərinin görülməsi 

qanunla qadağan edilir.

 

Qanun işçilərin kollektiv şəkildə sövdələşmək hüququnu nəzərdə 



tutur, lakin buna baxmayaraq h

əmkarlar ittifaqları əmək haqqı dərəcələri və iş şəraiti ilə 

bağlı səmərəli danışıqlar apara bilməmişlər, çünki əksər dövlət müəssisələrini hökumət 

t

ərəfindən təyin edilmiş rəhbərlər idarə etmişlər və bütün hökumət işçilərinin əmək haqları 



hökum

ət tərəfindən təyin olunmuşdur. Həmkarlar ittifaqı ilə bağlı olan fəaliyyətinə görə 

işdən qovulmuş işçilərin işinə bərpa edilməsi qanunla tələb olunur. Yerli QHT-in verdiyi 

m

əlumata əsasən əksər böyük şirkətlər işçiləri qısa-müddətli müqavilə əsasında işlərinə 



b

ərpa etmişlər. Həmkarlar ittifaqlarının siyasi fəaliyyətlə məşğul olmaları qanunla qadağan 

edilmir. H

əmkarlar ittifaqlarının siyasi partiyalarla birləşməsi və ya onlardan maliyyə 

v

əsaitləri almasına məhdudiyyətlər vardır, lakin bununla belə bu tələbə bərabər şəkildə 



əməl olunmamışdır.       

 

   



Əmək qanunvericiliyi bütün işçilərə və müəssisələrə şamil edilsə də, hökumət ikitərəfli 

razılaşmaların şərtlərini müzakirə edə bilər və bu da çoxmillətli şirkətləri dövlətin əmək 

qanunvericiliyinin t

ələblərindən azad olunması ilə nəticələnir. Məsələn, hökumət və 

çoxmill

ətli enerji şirkətləri arasında imzalanmış Hasilatın Pay Bölgüsü Sazişləri (PSA) 



işçinin həmkarlar ittifaqında iştirakını nəzərdə tutmur. Əmək təşkilatları və yerli QHT-lərin 

verdikl


əri məlumata əsasən bu şirkətlərin bəziləri işçilərin həmkarlar ittifaqı yaratmasına 

mane olmuş və bəzi istisnalar olsa da, PSA əsasında fəaliyyət göstərən şirkətlərin 

işçilərinin çoxu həmkarlar ittifaqının üzvü olmamışlar. “British Petroleum” Şirkəti 

t

ərəfindən işə götürülmüş işçilər həmkarlar ittifaqı yaratmışlar, lakin xüsusilə üçüncü ölkə 



subpodratçılarının fəaliyyət göstərdikləri digər çoxmillətli korporasiyalarda vəziyyət daha 

pis olmuşdur.   

 

Az

ərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) ölkədə fəaliyyət göstərən yeganə 



h

əmkarlar ittifaqları konfederasiyasıdır. AHİK müstəqil təşkilat kimi qeydiyyatdan keçsə 

d

ə, bəzi işçilər bu təşkilatın hökumətlə sıx bağlı olduğunu hesab etmişlər.   



 

H

əmkarlar ittifaqı yaratmaq hüququna və həmkarlar ittifaqının fəaliyyətlərinə bəzi 



m

əhdudiyyətlər qoyulmuşdur. Həmkarlar ittifaqlarının çoxu müstəqil olmamışlar. Bəzi, 

jurnalistl

ərin həmkarlar ittifaqları istisna olmaqla, onların böyük əksəriyyəti hökumətlə sıx 

bağlı olmuşdur. Yerli və beynəlxalq QHT-lərin bildirdiyinə görə əksər sənaye sahəsində 

çalışan işçilərin çoxu öz hüquqlarını bilməmişlər və şikayət edəcəkləri halda 

c

əzalandırılmaqdan qorxmuşlar. Bu daha çox dövlət sektorunda çalışan işçilərə şamil 



edilmişdir.     

 

Kollektiv 



əmək sazişləri çox vaxt formal olaraq imzalanmış və həyata keçirilməmişdir. 

Üzv t


əşkilatlara yeganə çıxışı olan AHİK-ın verdiyi məlumata görə Konfederasiya ilin 

əvvəlində 26 sahədə çalışan 1 600 000 üzvü təmsil etmişdir. Əgər hər hansı müəssisə 

AHİK-ın üzvü deyilsə bu zaman məsuliyyət Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirliyinin üz

ərinə düşür. AHİK tərəfindən verilmiş məlumata əsasən il ərzində 

Konfederasiyaya 149 174 müraci

ət daxil olmuşdur və onlardan 98.6 faizi öz həllini 

tapmışdır. Konfederasiyanın 670 nəfərin işdən çıxarıldığına görə şikayət etməsinə kömək 

etdiyi v

ə onlardan 172 nəfərin öz işinə bərpa edildiyi bildirilir. Hər il AHİK, Nazirlər 

Kabineti v

ə Sahibkarlar Konfederasiyası ilə üçtərəfli saziş imzalayır. Formal iqtisadiyyatda 

üstünlük t

əşkil edən dövlət müəssisələrinin çoxu işçilərin əmək haqlarından üzvlük haqqı 

tutmuş, lakin bu üzvlük haqları həmkarlar ittifaqlarına çatmamışdır. Neftçilərin həmkarlar 

ittifaqları üçün toplanılmış üzvlük haqqının dörddə biri rəsmən işəgötürənlər tərəfindən 

ittifaqın fəaliyyəti üçün “inzibati xərclərə” çıxılmışdır. Bundan əlavə şəffaflığın olmaması 

üzvlük haqlarının necə xərclənməsi barədə hər hansı dəqiq fikir söyləməyi qeyri-mümkün 

etmişdir. Həmkarlar ittifaqları və üzvlərinin onlardan tutulmuş bu vəsaitlərin xərclənməsini 

araşdırmaq imkanları olmamışdır. İşə götürənlərin kollektiv sövdələşmə prosesinə mane 

olması qanunla qadağan edilir, lakin buna baxmayaraq işə götürənlər subpodratçılarla 

müqavil


ə imzalamaqla və qısa-müddətli əmək müqavilələri bağlamaqla kollektiv 

sövd

ələşməni məhdudlaşdırmışlar.     

        

 

 



   

 

Neft v



ə Qaz Sənayesi İşçilərinin Həmkarlar İttifaqına üzvlük, Dövlət Neft Şirkətinin 65 

200 işçisi üçün məcburi olmuşdur və onların həmkarlar ittifaqına üzvlük haqqı (hər bir 

işçinin əmək haqqının 2 faizi) əmək haqlarından avtomatik olaraq çıxılmışdır.   

 

b. M



əcburi və ya icbari əməyin qadağan edilməsi   

Müharib


ə şəraiti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə qərarının 

icra olunması halları istisna olmaqla məcburi və ya icbari əmək, qanunla qadağan edilir. 

Bu sah

ədə müəyyən irəliləyişlərin olduğu deyilsə də, yerli QHT-lər ümumilikdə hökumətin 



qanunun t

ələblərini effektiv şəkildə yerinə yetirmədiyini hesab etmişlər. İl ərzində Daxili 

İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi tərəfindən tikinti sahələrində və 

k

ənd təsərrüfatı sektorunda yoxlamalar həyata keçirilmiş və cinayət məcəlləsinin insan 



alverin

ə cəlb edilməklə məcburi əməyə cəlb etmə maddəsi ilə iki cinayət işi açılmışdır, hər 

iki iş ilin sonunda baxılma mərhələsində olmuşdur.       

   


Eyni zamanda bax: Dövl

ət Departamentinin 

www.state.gov/j/tip

 internet s

əhifəsində 

yerl


əşdirilmiş İnsan Alveri Haqqında Hesabatı.    

 

c. 



Uşaq əməyinin qadağan edilməsi və minimum məşğulluq yaş həddi 

 

Minimum m



əşğulluq yaş həddi işin növündən asılı olmuşdur. Bir çox hallarda qanun 

uşaqların 15 yaşdan sonra işləməsinə icazə verir, 14 yaşında olan uşaqlar ailə bizneslərində 

v

ə ya valideynlərinin razılığı ilə gündüz saatlarında, məktəbdən sonra, onların sağlamlığına 



t

əhlükə törətməyən işlərdə çalışa bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24 saatdan 

çox çalışa bilməzlər, 16 və 17 yaş arasında olan uşaqlar isə həftədə 36 saatdan çox çalışa 

bilm


əzlər. 18 yaşına çatmamış uşaqların çətin və təhlükəli iş şəraitində çalışması qanunla 

qadağan edilir və uşaqların çalışmasının qadağan edildiyi xüsusi işlər və sahələr qanunla 

əyyənləşdirilir, bura daxildir zəhərli maddələrlə və yer altında olan işlər, gecə 



sa

atlarında, mədənlərdə, gecə klublarında, barlarda və ya spirtli içkilərin verildiyi digər 

əssisələrdə olan işlər. Uşaq əməyini müəyyən edən qanunların tələblərinin icrasına 



n

əzarət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Nazirlik 

t

ərəfindən il ərzində yoxlamalar həyata keçirilsə də, yerli QHT, monitorinq fəaliyyətinin 



gücl

əndirilməsinə ehtiyac olduğunu bildirmişdir.

   

İl ərzində uşaq əməyinə dair qanunların tələblərinin pozulması ilə bağlı bir neçə şikayət 



halları olmuşdur. İki yerli QHT-in verdiyi məlumata əsasən pambıq istehsalının kəskin 

şəkildə aşağı düşməsi bu sektorda çalışan uşaqların sayının azalmasına səbəb olmuşdur. 



Bundan 

əlavə, hökumət bir QHT-in müşayiəti ilə araşdırma aparmış və müəyyən etmişdir 

ki, pambıq sahələrində uşaq əməyindən istifadə edilməmişdir. Əksəriyyəti qaraçılardan 

ibar


ət olmaqla uşaqların dilənçilik məqsədilə insan alverinə cəlb edildikləri barədə yerli 

QHT t


ərəfindən məlumat verilmişdir.    

 

d. M



əqbul iş şəraiti   

Minimum aylıq əmək haqqı 93.50 manat (117.58 ABŞ dolları) olmuşdur. İl ərzində orta 

aylıq yoxsulluq həddi 95 manat (119.47 ABŞ dolları) olmuşdur, bu hədd müəyyən 

kateqoriyalar - 

əmək qabiliyyətli insanlar üçün 102 manat (128.27 ABŞ dolları), 

t

əqaüdçülər üçün 72 manat (90.54 ABŞ dolları) və hər bir uşaq üçün 76 manat (95.57 ABŞ 



dolları) həddində müəyyən edilmişdir. Cinsindən, yaşından və ya digər təsnifatdan asılı 

olmayaraq b

ərabər işə görə bərabər ödəniş qanunla tələb olunur. 

  

 



   

Qanunla 40 saatlıq iş həftəsi nəzərdə tutulur, maksimum gündəlik iş növbəsi 12 saatdır. 

T

əhlükəli işlərdə çalışan işçilər həftədə 36 saatdan çox işləyə bilməzlər. Nahar və istirahət 



müdd

ətləri qanunla tələb edilir ki, bunlar da əmək müqavilələri və kollektiv əmək sazişləri 

əsasında müəyyən olunur. Yerli şirkətlərin qanunla tələb olunan artıq iş saatına görə ödəniş 

edib-etm


əməsi məlum olmasa da, ümumilikdə beynəlxalq şirkətlər bu tələbə əməl etmişlər. 

İş saatlarından artıq davam edən məcburi işə qadağa qoyulmamışdır. Buna baxmayaraq 

əksər şəxslər hökumətin əmək müqavilələri və ya əmək qanunvericiliyinin tələblərinin 

yerin


ə yetirilmədiyi qeyri-rəsmi iqtisadiyyatda yarım-ştat vəzifələrdə çalışmışlar.         

 

Xarici v



ə yerli işçilərin hüquqlarının bərabər olması qanunla nəzərdə tutulur. Buna 

baxmayaraq insan haqlarının müdafiəsi üzrə yerli qruplar, o cümlədən neft sektorunda 

çalışanların hüquqlarının müdafiəsi üzrə fəaliyyət göstərən Neftçilərin Hüquqlarının 

Müdafi


əsi Təşkilatı adlanan QHT bildirmişdir ki, xüsusilə xarici neft şirkətləri olan 

işəgötürənlər çox vaxt xarici və yerli işçilərə bərabər münasibət göstərməmişlər. Xarici 

neft şirkətlərinin yerli işçiləri çox vaxt daha aşağı əmək haqqı almış və əmək müqaviləsi və 

tibbi xidm

ət olmadan işləmişlər.   

 

Sağlamlıq və təhlükəsizlik standartları qanunla müəyyən olunsa da, hökumət tərəfindən iş 



şəraitinin yoxlanılması fəaliyyəti zəif və səmərəsiz olmuşdur və standartlara geniş 

miqyasda m

əhəl qoyulmamışdır. AHİK əmək və ticarət haqqında təlimatların tələblərinə 

əməl olunmasını, o cümlədən təhlükəsizlik və sağlamlıq şəraitinin təmin olunmasına 

n

əzarət etmişdir. AHİK, Rusiya və Gürcüstandan olan əmək miqrantlarının hüquqlarının 



müdafi

əsi və iş şəraitinin təhlükəsizliyinin təmin olunması istiqamətində Rusiya və 

Gürcüstanın dövlət orqanları ilə yaxşı əməkdaşlıq etdiyini bildirmişdir. Qeyr-rəsmi 

iqtisadiyyatda v

ə təhlükəli sahələrdə çalışan işçilərin əmək hüquqlarının təmin olumasına 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən nəzarət 

edildiyi bildirils

ə də, bir sıra QHT-lər daha hərtərəfli yoxlamaların aparılmasına ehtiyac 

olduğunu qeyd etmişlər.      

 

Neftçil



ərin Hüquqlarının Müdafiəsi Təşkilatının verdiyi məlumata əsasən il ərzində neft 

s

ənayesi sahəsində, iş yerində 13 ölüm halı (2011-ci ildə bu göstərici 23 olmuşdur) baş 



vermişdir və xəsarət barədə 59 şikayət daxil olmuşdur. Müavinətlərin verilməməsi barədə 

is

ə 46 şikayət daxil olmuşdur.     



 

AHİK tərəfindən verilmiş məlumata əsasən il ərzində istehsalatda 52 xəsarət və 24 ölüm 

halı baş vermişdir və ölüm hallarından 10-u neft və enerji sektorlarında qeydə alınmışdır.   

Yerli QHT-

in hesablamasına əsasən istehsalatda 82 ölüm halı baş vermişdir ki, bunlardan 

36 hal tikinti sektorunun payına düşür. AHİK və Əmək və Əhalinin Sosial Müdafiəsi 

Nazirliyinin 

əməkdaşları tərəfindən iş yerlərində, xüsusilə tikinti, enerji və neft 

sektorlarında yoxlamalar həyata keçirilmiş və əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı işə 

götür


ənlərə tövsiyələr verilmişdir.       

 


Yüklə 402,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə