Azad İsa oğlu Qurbanov,
Elçin Musa oğlu Məmmədov,
Aygün Seyfəddin qızı Hüseynova
Kompüter texnikası
və proqramlaşdırma
Azərbaycan Respublikası Təhsil Nazirinin
25.02.2010 tarixli 243 saylı əmri ilə Ali
məktəb tələbələri üçün dərs vəsaiti kimi
təsdiq edilmişdir.
Bakı -2010
Elmi redaktor:
BDU-nun “İnformatika” kafedrasının müdiri
dosent M.S.Xəlilov
Rəy verənlər:
Professor K.Ş.Məmmədov
Dosent İ.Ə.Qurbanov
Dosent N.S. Süleymanov
H.Ə.Cəfərova
A.İ.Qurbanov, E.M. Məmmədov, A.S.Hüseynova Kompüter
texnikası və proqramlaşdırma-Bakı:- “Təhsil” NPM, 2010.-
169 s.: şəkilli
Kitab Ali məktəblərin bakalavr təhsil pilləsi üçün hazırlanmışdır. Dərslikdə
kompüter və telekommunikasiya texnikası, kompüter şəbəkəsində
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, Turbo Pascal 7.0
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur
.
ÖN SÖZ
Tarixən informasiyanın ifadə edilməsi və yadda
saxlanılması tələbatı nitqin, yazının və təsviri incəsənətin
yaranmasına səbəb olmuşdur. Sonralar informasiyanın
saxlanılması və mübadiləsi tələbatı kitab çapının və poçtun
yaradılmasına gətirib çıxarmış, teleqraf, telefon, radio və
televiziyanın yaranması böyük mətn informasiya selinin və
təsvirinin işıq sürəti ilə ötürülməsinə imkan vermişdir. Lakin
bu informasiyanın məqsədyönlü işlənməsi kompüter
texnologiyası yaranana qədər yalnız insan tərəfindən yerinə
yetirilirdi.
Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək,
elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin
inkişafetdirici qüvvəsinə çevirilmişdir. Kompüter texnikasının
tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən
dəyişdirilməsinə, əmək məhsuldarlığının artmasına, insanların
əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter
texnologiyası həmçinin qlobal informasiya mühitinin
yaradılmasında, informasiyanın əmtəəyə çevrilməsində,
informasiya və bilik bazarının yaradılmasında və inkişafında,
təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və
regional səviyyədə informasiya mübadiləsi sistemlərinin
imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi
mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır.
Kompüterlərə mexaniki və yorucu işləri həvalə
etməklə insan yaradıcı fəaliyyət üçün azad olunur. İstifadəçi
kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq
başlanğıc informasiyalar, səhvsiz alqoritm və səmərəli
proqram təminatına malik olmalıdır. Belə proqramların
yaradılması isə kompüter texnikasının arxitekturasını və
funksional imkanlarını, alqoritmik dilləri bilməyi və
proqramlaşdırma vərdişinə malik olmağı tələb edir. Buna
4
görə də ali məktəblərin texniki və informasiya profilli
fakültələrində kompüter texnikası və proqramlaşdırma
fənninin tədrisi və onların tədrisinin keyfiyyət və kəmiyyət
baxımından yüksəldilməsi müasir dövrün tələbidir. Bunun
üçün də ilk növbədə müasir təlabata cavab verən dərslik və
dərs vəsaitləri hazırlanmalı və nəşr olunaraq tədrisdə istifadə
edilməlidir. Bu baxımdan, dosent A.İ.Qurbanovun,
E.M.Məmmədovun və A.S.Hüseynovanın ali məktəblərin
bakalavr təhsil pilləsi üçün birgə hazırladıqları «Kompüter
texnikası və proqramlaşdırma» adlı dərsliyi mühüm
əhəmiyyət daşıyır. Dərslik eyni adlı fənnin profilinə və
fənn proqramına uyğun yazılmışdır. Dərslikdə kompüter
və telekommunikasiya texnikası, kompüter şəbəkəsində
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər,
əsas tədris alqoritmik dili hesab olunan Turbo Pascal 7.0
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur.
Dərslik həddən artıq oxunaqlı olub, sadə dildə yazılmış, şərh
olunan mövzularda
çoxsaylı misallar, şəkillər, qrafik və
cədvəllər verilmişdir.
İsmayılova Nigar Nurəddin qızı
5
GİRİŞ
XX əsrin ən böyük kəşflərindən biri hesab edilən
kompüter texnologiyası bəşəriyyətə hələ məlum olmayan
böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici
qüvvəsinə, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu gün əqli fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki,
orada kompüter texnologiyası tətbiq edilməsin. Bu konkret
fəaliyyət növünü avtomatlaşdıran tətbiqi proqramlar və
müvafiq kompüter və telekomunikasiya avadanlıqlarının
yaradılması, informasiya şəbəkələrinin təşəkkül tapması ilə
mümkün olmuşdur.
Aydındır ki, kompüter texnologiyasının inkişafı və
tətbiqi bu texnologiyanı öz peşə fəaliyyətində tətbiq etməyi
bacaran peşəkar kadrların hazırlanmasını aktual edir. Bu isə ilk
növbədə ali və orta-ixtisas təhsilinin müasir səviyəyə cavab
verməsini tələb edir. Yüksək səviyyəli təhsil isə müvafiq
dərslik, dərs və metodik vəsaitlərin, texniki avadanlıqların, yeni
elmi informasiya təminatın olmasını tələb edir. Son illər
ölkəmizdə təhsilin maddi-texniki, elmi-informasiya bazasının
möhkəmləndirilməsi sahəsində böyük işlər görülür. Xüsusilə,
müasir tələblərə cavab verən ana dilində dərsliklərin və dərs
vəsaitlərinin nəşrinə xüsusi diqqət yetirilir. Azərbaycan
təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin
əməkdaşları tərəfindən hazırlnmış “Kompüter texnikası və
proqramlaşdırma”adlı dərslik bu sahədə atılan addımlardan
biridir.
Təqdim olunan dərslik ali məktəbin bakalavr pilləsi
üçün nəzərdə tutulmuşdur. Kitab BDU-nun “Kitabxanaçılıq-
informasiya” fakültəsində tədris olunan eyniadlı fənn proqramı
əsasında yazılmışdır.
Dərslik iki fəsildən ibarətdir. Birinci fəsildə komputer
texnikasının inkişaf yoluna nəzər salınır, kompüterlərin
təsnifatı verilir. Fərdi kompüterlərin arxitekurası və tərkib
6
hissələri haqqında məlumat verilir, fərdi kompüterlərin
proqram təminatının təsnifatı şərh olunur. Birinci fəsildə
həmçinin alqoritm anlayışı, alqoritmin xassələri və strukturu
izah olunur, alqoritmik dillər haqqında məlumat verilmiş,
komputer şəbəkələrinin təsnifat, topologiyası, arxitekturası,
şəbəkə avadanlıqları şərh olunmuşdur.
Dərsliyin ikinci fəslində əksər dünya ölkələrində
proqramlaşdırmanın əsaslarını öyrətmək üçün əsas öyrədici
alqoritmik dil kimi istifadə olunan Turbo Pascal 7.0 alqoritmik
dili şərh olunmuşdur. Dilin struktur elementləri- əlifbası, işçi
sözlər, standart adlar, identifikatorlar, ifadələr, proqramın
strukturu, sabitlər və dəyişənlər, onların tipləri və proqramda
elan olunması şərh olunmuşdur. Dilin operatorları, onların
proqramda istifadə qaydaları misallarla izah edilmiş, prosedur
və funksiya altproqramları, massivlər, coxluqlar, fayllar,
obyektlər haqqında məlumat verilmişdir. İkinci fəsildə
həmçinin göstəricilər, modullar, standart prosedur və
funksiyalar, dilin qrafiki imkanları mövzuları verilmişdir.
Qeyd edək ki, müəlliflər izah etdikləri mövzuları sadə
və geniş oxucu kütləsinin başa düşəcəyi dillə şərh etməyə
çalışmışlar və ümüd edirlər ki, təkcə tələbələr deyil, geniş
oxucu kütləsi, xüsusilə proqramlaşdırmanın əsaslarını
öyrənmək istəyən hər bir şəxs bu kitabdan özü üçün maraqlı
informasiya əldə edə biləcək.
Fəsil 1
Kompüterlərin texniki-proqram
təminatı
8
BU FƏSİLDƏ
♦
Kompüterlər və onların inkişaf tarixi
♦
Kompüterlərin təsnifatı
♦
Masaüstü fərdi kompüterin tərkib hissələri
♦
Alqoritm anlayışı, alqoritmin əsas xassələri, tipləri və
təsvir üsulları.
♦
Kompüterlərin proqram təminatı
♦
Alqoritmik dillər
♦
Kompüter şəbəkələri
9
1.1 Kompüterl
ə r və onların inkişaf tarixi
Kompüterlər
müvafiq proqram təminatı vasitəsilə
rəqəmli informasiyanın yaradılmasını, emal edilməsini, etibarlı
saxlanılmasını və operativ mübadiləsini təmin edən universal
qurğudur. Başqa sözlə, kompüterlər informasiya ilə işləmək
üçün nəzərdə tutulmuş proqramla idarə olunan elektron qurğu-
lardır.
Kompüterlərin yaradılması və istehsalı ilə müasir
sivilizasiyanın ən mühüm nailiyyətlərindən biri hesab olunan
kompüter texnologiyası meydana gəlmişdir. Kompüter
texnologiyası öz növbəsində bəşər tarixində analoqu olmayan
böyük sürətlə inkişaf edərək, elmi-texniki, iqtisadi tərəqqinin,
ictimai-siyasi münasibətlərin inkişafetdirici qüvvəsinə
çevrilmişdir. Məhz onun sayəsində cəmiyyət öz inkişafında
yeni mərhələ hesab olunan – informasiyalaşmış vətəndaş
cəmiyyəti quruculuğuna qədəm qoymuşdur. Kompüter
texnologiyası informasiyalaşmış vətəndaş cəmiyyətinin əsas
göstəricisi olan qlobal informasiya mühitinin yaradılmasında,
informasiyanın əmtəəyə çevrilməsində, informasiya və bilik
bazarının yaradılmasında və inkişafında, təhsil sisteminin
təkmilləşməsində, beynəlxalq, milli və regional səviyyədə
informasiya mübadiləsi sistemlərinin imkanlarının
genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi mədəniyyət
səviyyəsinin artmasında aparıcı rol oynayır.
İlk kompüterlər böyük həcmli və yüksək dəqiqlik tələb
edən hesablamalar aparmaq, hesablama proseslərini
avtomatlaşdırmaq zərurətindən yaradılmışdır
1
. Onların isteh-
salından yetmiş ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu
müddət ərzində kompüterlərin istehsalı cox böyük kəmiyyət və
keyfiyyət dəyişikliyinə məruz qalmışdır. Kompüterlər böyük
həcmli, xidmət üçün çoxsaylı yüksək ixtisaslı işçi heyəti tələb
edən və yalnız hesablama əməliyyatı aparmağa qadir olan,
1
Kompüter sözü ingilis dilindən tərcümədə hesablayıcı deməkdir.
10
istehsalı və istismarı böyük xərc tələb edən “lampalı
nəhənglərdən” kiçik ölçülü, kütləvi istehsal edilən, maya dəyəri
az, insan fəaliyyətinin bütün sahələrinə nüfuz etmiş bir “əmək
alətinə” çevrilmişdir. Kompüterlərin sürəti, böyük həcmli
informasiyaları qəbul etmək, saxlamaq və emal etmək
qabiliyyəti kəskin surətdə yüksəlmiş, onlar istifadəçi ilə
əlverişli ünsiyyət, kommunikasiya xidməti, özünü diaqnostika,
nasazlıqların aradan qaldırılması, optik obrazların və insan
nitqinin tanınması, multimedia və s. imkanlar əldə etmişlər.
Kompüterlərin əsas iş prinsipləri XX əsrin 40-cı
illərində Amerika alimləri Con Fon Neyman, Q.Qoldsteyn və
A.Beris tərəfindən verilmişdir. Həmin prinsiplər 1946-cı ildə
ABŞ-ın Pensilvaniya ştatında Con Mokli və Presper Ekkertin
rəhbərliyi altında ENIAC
1
adlı universal kompüterin yara-
dılması ilə həyata keçirilmişdir. Məhz həmin tarix
kompüterlərin yaranma tarixi hesab olunur. Lakin, qeyd etmək
lazımdır ki, bir sıra ədəbiyyatlarda ilk kompüterin 1943-cü ildə
məhşur alim Allan Turinqin rəhbərliyi altında Böyük
Britaniyada yaradıldığı və ikinci dünya müharibəsində alman
məxfi məlumatlarının “oxunması” üçün istifadə edilən
«Collos»
kompüterinin olması iddia olunur.
Lakin əksər alimlər
«Collos»
kompüterinin texniki imkanlarının zəif olması
səbəbindən
onu yalnız kompüter yaradılmasında atılan önəmli
addımlardan biri hesab edərək, “kompüter erasının” məhz
ENIAC kompüterilə başlandığını qəbul edirlər.
Kompüterlər sürətli təkamül yolu keçmişlər və bu gün
də təkmilləşməkdə davam etməkdədirlər. Kompüterlərin
təkamülü beş mərhələ ilə xarakterizə olunur:
I
nəsil kompüterlərin istehsal olunması. Bu mərhələ
ENIAC kompüterinin yaradılması ilə başlayır və 1946-1958-ci
illəri əhatə edir. Birinci nəsil kompüterlərin element bazası
çoxsaylı elektron lampalar idi. Onlar elmi-texniki məsələlərin
həlli üçün istifadə olunurdu. Həddən artıq baha olduğundan
1
Electronic Numerical Integrator and Computer
11
əsasən hərbi-sənaye kompleksində və dövlət təşkilatlarında
istifadə olunurdu. Bu kompüterlər böyük həcmə və kütləyə
malik idi. Elektron lampalar böyuk həcmli elektrik enerjisi sərf
edirdi və tez qızırdı. Buna görə də əlavə soyutma sistemindən
istifadə olunurdu. Məsələn, ENIAC kompüterində 178468
elektron lampa, 7200 kristallik diod, 4100 maqnit elementləri
istifadə olunmuşdur və o, 30 ton ağırlığında olub, 200 kvadrat
metr sahəni tuturdu, 150 Kvt elektrik enerjisi sərf edirdi
1
.
Birinci nəsil kompüterlər yalnız saniyədə 10-20 min
əməliyyat yerinə yetirə bilirdi. Belə ki, adicə loqarifmik və
triqonometrik funksiyaların hesablanması üçün bir dəqiqədən
artıq vaxt tələb olunurdu. Əməliyyatlar yalnız ardıcıl – bir
əməliyyat qurtardıqdan sonra digər əməliyyat yerinə yetirilirdi.
Elektron lampaların istismar müddəti qısa olduğundan
kompüterlər texniki cəhətdən də etibarlı deyildi. Kompüterlərin
operativ yaddaşı zəif olub, 512-2048 bayt
2
təşkil edirdi.
Operativ yaddaş qurğusu olaraq ilk vaxtlar civə doldurulmuş
kicik diametrli borulardan, sonra isə ferromaqnitlərdən istifadə
olunmuşdur.
Birinci nəsil kompüterlər üçün proqramlar konkret
kompüter üçün unikal olan “maşın dilində” tərtib edilirdi. Bu
proqramlar həddən artıq mürəkkəb olub, onları yazmaq üçün
proqramlaşdırıcıdan kompüterin arxitekturasını dəqiq bilməyi
tələb edirdi. Proqramın daxil olunması və yerinə yetirilməsi
idarəetmə blokunun açarları vasitəsilə həyata keçirilirdi. Bu
proses mürəkkəb olduğundan və proqramda meydana çıxan
səhvlərin aradan qaldırılması zərurəti proqramın daxil edilməsi
və yerinə yetirilməsi prosesinin proqramlaşdırıcı tərəfindən
yerinə yetirilməsini tələb edirdi.
Bu nöqsanlara baxmayaraq birinci nəsil kompüterlər o
dövr üçün elmi-texniki tərəqqinin ən böyük nailiyyəti hesab
olunur və mürəkkəb, əvvəllər həlli mümkünsüz hesab edilən
1
ENIAC kompüteri 9 il – 1955-ci ilə qədər fəaliyyət göstərmişdir.
2
Bayt informasiyanın ölçü vahididir.
12
elmi, mühəndis məsələləri həll etdi. Bunun nəticəsində bir sıra
elm və sənaye sahələrində fundamental nəticələr əldə olundu.
Xüsusilə, atom fizikası və energetikası, riyaziyyat, astronomiya
və hərbi-sənaye kompleksi sürətlə inkişaf etməyə başladı.
Qərb dünyası ilə müqayisədə kecmiş SSRİ-də, o
cümlədən Azərbaycanda kompüterlər bir qədər gec, keçən əsrin
50-ci illərinin əvvəllərindən başlayaraq istifadə edilmişdir.
Sovet sənayesi MESM
1
, BESM, Strela, M-1, M-2, M-3,
Minsk-1, M-20, Ural-1, Razdan və s. birinci nəsil kompüterlər
istehsal etmişdir.
II nəsil kompüterlərin istehsalı. Bu mərhələ 1955-
1967 –ci illəri əhatə edir. İkinci nəsil kompüterlər element
bazası əsasən yarımkeçiricilərdən ibarət kompüterlərdir. Bu
kompüterlərdə elektron lampaları Bell Laboratories (ABŞ)
firmasında Nobel mükafatı laureatları Uilyam Şokli, Uolter
Bratteyn və Con Bardin tərəfindən yaradılmış tranzistorlar əvəz
etdi.Tranzistorlar kiçik ölçüyə malik olub, daha davamlı,
elektrik enerjisinə az tələbkar idi və təqribən 40 ədəd elektron
lampanı əvəz edə bilirdi. Bunun nəticəsində kompüterlərin
həcmi və kütləsi dəfələrlə kiçildi, elektrik enerjisinə tələbat
azaldı, maya və istismar dəyəri ucuzlaşdı. Eyni zamanda
məhsuldarlığı, funksional imkanları, etibarlığı on dəfələrlə
yüksəldi. Məsələn, Mark-1 adlı birinci nəsil kompüter
m
17
5
,
2
×
ölçüyə malik olub, maya dəyəri 500 min dollar idisə,
PDP-1 ikinci nəsil kompüteri artıq məişət soyuducusu
həcmində olub 20 min dollara satılırdı.
İkinci nəsil kompüterlərdə displeylərdən istifadə
edilməyə başlandı. Bu informasiyanın etibarlı qorunmasını
təmin etməklə, informasiyanın daxil və xaric olunmasını xeyli
1
MESM (Малая Электронная Счетная Машина) 1950-ci ildə S.A.
Lebedevin rəhbərliyi altında Ukrayna Elmlər Akademiyasının
Elektrotexnika İnstitutunda hazırlanmışdır və SSRİ-də yaradılan ilk
komputer hesab edilir.
13
asanlaşdırdı. Operativ yaddaşın həcmi artaraq minimum 32
kbayt
1
oldu.
İkinci nəsil kompüterlər üçün xüsusi
sistem proqram
təminatı, o cümlədən informasiyanın paket emalı sistemləri,
sonralar
əməliyyat sistemləri yaradıldı. Kompüterin
arxitekturasından asılı olmayan yüksək səviyyəli alqoritmik
dillərin
2
(Fact, MathMatic, Algol, Fortran, Kobol və s.)
yaranması və onlar üçün müvafiq kompilyatorun
3
və standart
altproqramlar kitabxanasının yaradılması ilə proqramlaşdırılma
olduqca asanlaşdı və həll olunan məsələlərin əhatə dairəsi
genişləndi.
Kompüterlərin ucuzlaşması və proqram təminatının
inkişafı onların tətbiq sahəsini xeyli genişləndirdi. Kompüterlər
artıq elmi-texniki hesablamalar aparmaqla yanaşı maliyyə-
iqtisadi, istehsal-texnoloji proseslərin avtomatlaşdırılması üçün
tətbiq edilməyə başlandı. Artıq onlar daha çox biznes
müəssisələrində, təhsil və layihələndirmə mərkəzlərində geniş
istifadə olundu. Azad kompüter bazarı formalaşdı, kompüter
istehsalı sürətlə artdı. Bir sıra böyük firmalar, məsələn, IBM,
CDC, DEC və s. kompüter istehsalına başladı.
Keçmiş SSRİ-də BESM-3,4, Ural-11,14,16, Minsk-22,
M-222, Mir, Nairi ikinci nəsil kompüterlər istehsal olunmuş və
istifadə edilmişdir. Onların məhsuldarlığı saniyədə 50-100 min
əməliyyat olmuşdu.
III nəsil kompüterlərin istehsalı
. Bu mərhələ 4-1975-
ci illəri əhatə edir. Üçüncü nəsil kompüterlərin element
bazalarını inteqral sxemlər və ya mikrosxemlər təşkil edir
4
. İlk
mikrosxemlər 1958-ci ildə Cek Kilbi və Robert Noys
tərəfindən yaradılmışdır. Mikrosxemlər təqribən 10 мм
2
ölçüyə
malik olub, on min tranzistoru əvəz etməyə qadirdir. Bu isə
1
Kbayt informasiyanın ölçü vahididir və 1024 bayta bərabərdir.
2
Bax: Alqoritmik dillər.
3
Bax: Proqram təminatı.
4
Bir sıra ingilis dilli ədəbiyyatlarda mikrosxem əvəzinə Chip işlədilir.
14
kompüterlərin sürətlə miniatürləşməsini və ucuzlaşmasını
təmin etdi. Bununla yanaşı üçüncü nəsil kompüterlərin
məhsuldarlığı kəskin yüksəldi. Artıq kompüterlərdə 100
kilobaytlarla ölçülən operativ yaddaşlar tətbiq olunurdu, onlar
saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi.
Miniatürləşmə ilə paralel olaraq kompüterlərin arxitekturasında
köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq
maqnit disklərindən və diski oxuyan qurğulardan-
diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı
kompüterlər məsələn, kosmik raketlərdə, aviasiyada və
gəmilərdə istifadə edilən bortkompüterlər meydana gəldi.
Bununla yanaşı az - təqribən 4 kilovat enerji sərf edən mini
kompüterlərin istehsalına başlandı. Məsələn, ABŞ-da RDR,
VAX mini kompüterləri və SSRİ-də isə onların analoqu olan
CM-1/2/3/4/1420 və s. istehsal olundu. Mini kompüterlər
sənayedə texnoloji proseslərin idarə edilməsində, məlumat
banklarının yaradılmasnda və informasiyanın idarə edilməsində
geniş istifadə olunurdu. Üçüncü nəsil kompüterlər seriya
şəklində istehsal olunurdu. ABŞ-da İBM 360, SSRİ və Şərqi
Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompüterlər
istehsal olunurdu.
Üçüncü nəsil kompüterlərdə ilk dəfə olaraq multi-
proqram rejimi tətbiq olundu. Bu rejim paralel olaraq bir neçə
istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.
IV nəsil kompüterlərin istehsalı.
Bu mərhələ böyük
inteqral sxemlərin kompüter istehsalında tətbiqi ilə 1974-1976
–cı ildən başlamışdır. Böyük inteqral sxemlər bir kristal
üzərində minlərlə tranzistor və digər elektron komponentləri
birləşdirməyi təmin etdi. Bunun nəticəsində əvvəllər ayrı-ayrı
elementlərdən ibarət olan kompüterin funksional qurğularını
böyük inteqral sxemlər əvəz etdi. Məsələn, böyük inteqral
sxemlərdən ibarət olan mikroprosessorlar, xarici qurğular
kontrollerləri, operativ yaddaş və digər qurğular yaradıldı.
Bunun nəticəsində kompüterlərin məhsuldarlığı və etibarlığı on
15
dəfələrlə yüksəldi. Böyük inteqral sxemlərə keçid kompüterin
qurğularını kiçik ölçülü bir lövhə-“ana lövhə” üzərində
asanlıqla yerləşdirməyi mümkün etməklə birlövhəli
kompüterlərin istehsalını təmin etdi. Altair adlı ilk mikro
kompüter 1974-75-ci ildə
Intel 8080
mikroprosessoru əsasında
istehsal olundu və bununla da insanlar ucuz, az enerji sərf
edən, istifadə üçün həddən artıq rahat və əlavə işçi heyəti tələb
etməyən, şəxsi istifadə üçün nəzərdə tutulmuş və bu səbəbdən
fərdi kompüterlər adlanan kompüterlər əldə etdilər. 1981-ci
ildə İBM firması fərdi kompüterlərin kütləvi istehsalına başladı
və mikroprosessorlar istehsal edən İntel firması ilə əməkdaşlıq
edərək fərdi kompüterlərin əsas istehsalçısına çevrildi.
Mikroelektronikada əldə edilən uğurlar və müasir
proqram təminatının yaradılması sayəsində fərdi kompüterlərin
sürətli təkamülü təmin olunmaqdadır. Bu gün çoxsaylı firmalar
müxtəlif konfiqurasiyalı və təyinatlı fərdi kompüterlər istehsal
edirlər və insan fəaliyyətinin bütün sahələrində tətbiq olunurlar.
Dostları ilə paylaş: |