Azad Kərimov,imza: 21. 12. 15 Abdominal- Əliyarov Yusif



Yüklə 25,78 Kb.
tarix21.01.2017
ölçüsü25,78 Kb.
#6005

Azad Kərimov,imza: 21.12.15



Abdominal- Əliyarov Yusif
Urologiya-Musayev ,Teymur Xəlilov Elşən
Ümumi onkologiya-Məcidova Lamiyə
Baş boyun -Mahmudova Rəqsanə
Torakal-Bağırov Rəhmət
Uşaq onkologiyası- Əhmədova Nəzrin


Məsələ№1.

Xəstə A., 65 yaş. Nikturiya qalıq sidiyin olmasından şikayət edir. Özünü 1 ildir ki xəstə hesab edir. Anamnezində 20 ildir ki xroniki prostatitdən əziyyət çəkir.

Qanda PSA 9.6 ng/ml. USM-də prostat vəzin hiperplaziyası təyin olunub.

Obyektiv müayinədə: Prostat vəzin barmaq müayinəsində bir gədər böyümə qeyd olunur, periferik zonalarda sərtlik əllənir, pay arası xətt əllənir, sərhədləri aydındır, müayinə ağrısızdır.


Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Давыдов М.И. «Энциклопедия клинической онкологии» - Москва, 2004, 1536 с.


Məsələ№2.

Xəstə M. 28 yaşında. 3 aydır ki, sol xayasında olan şişkinlik, sərtlik şikayəti ilə

həkimə müraciət etmişdir. Anamnezində qeyd etdiyi şikayətlərlə bağlı heç bir müalicə almadığını bildirir. Yanaşı xəstəliklər, travma qeyd edilmir. Həyati göstəricilər normaldır. Fiziki müayinədə sag xaya normal, sol xayada şişkinlik və sərtlik qeyd edilir.

Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.


Məsələ№3.

Xəstə N., 58 yaşında. Dediyinə görə 3-4 aydır ki, özünü xəstə hesab edir. Xəstəlik sağ bel nahiyəsində olan küt ağrılarla başlayıb. Şikayətlərlə bağlı heç bir müalicə almadığını bildirir. Anamnezində yanaşı xəstəliklər, travma qeyd edilmir. Şikayətlərin artması ilə əlaqədar olaraq həkimə müraciət edib və USM zamanı sağ böyrəyin aşağı qütbündə ekzofit 34x30 mm ölçüdə solid-kistik tumor (renal hüceyrəli karsinoma?) təyin olunur. Tumor kasa-ləyən sisteminə sirayət etmir. Fiziki müayinədə Pasternatski simptom hər iki tərəfdə mənfidir.



Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.

Ədəbiyyat: Ганцев Ш.Х. «Онкология» - Москва, 2004, 516 с.





Yüklə 25,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin