Azadlıqdan ömürlük məhrum etmə


“azadlıqdan ömürlük məhrum etmə” cəzasının qadınlar üçün nəzərdə tutulmamasının bərabərlik hüququnun pozuntusu olub-olmamasının müəyyən edilməsi



Yüklə 18,41 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü18,41 Kb.
#41269
1   2   3   4
essay -insan hüquqları

3. “azadlıqdan ömürlük məhrum etmə” cəzasının qadınlar üçün nəzərdə tutulmamasının bərabərlik hüququnun pozuntusu olub-olmamasının müəyyən edilməsi.

Bərabərlik hüququ bu və ya digər ifadə formalarında beynəlxalq hüquq aktlarında da özünəməxsus önəmli yer tutur (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 7-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 14-cü maddəsi və həmin Konvensiyanın 12 saylı protokolunun 1-ci maddəsinin 2-ci bəndi və s.).

Bərabərlik hüququ mahiyyətcə qanun və məhkəmə qarşısında hamının məhz hüquq və azadlıqlarının bərabərliyini ifadə etsə də, insanların mexaniki bərabərləşdirilməsini nəzərdə tutmur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin müddəalarında, o cümlədən 79-cu maddədə müəyyən sosial qruplara aid olunan şəxslər arasında mümkün olan fərqləndirmə bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməməlidir. Cinayət qanunvericiliyi ilə qadınlara, xüsusən də hamilə və 8 yaşınadək uşaqları olan qadınlara, 65 yaşından yuxarı olan kişilərə, I və II qrup əlillərə və digər şəxslərə verilən imtiyazlar (pozitiv ayrı-seçkilik) heç də qalan şəxslərin konstitusiya hüquqlarını pozmur və sadəcə həssas sosial qruplara dövlətin xüsusi münasibətini ifadə edir.

Cinayət Məcəlləsi qəbul edildikdən sonra qanunverici orqan tərəfindən ona bir neçə dəfə dəyişikliklər edilib. 2007-ci ildə qəbul olunan qanunla 79-cu maddəsində dəyişikliklər edilərək, “şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş qadınlar istisna olmaqla uşağı olan qadınların” ifadəsində “məhkum edilmiş qadınlar” sözləri “məhkum edilmiş şəxslər” sözləri ilə əvəz olunub, “uşağı olan qadınlar” sözlərindən sonra isə “habelə səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər” sözləri əlavə edilib. Bu dəyişikliklərin nəticəsi olaraq maddənin əhatəsi cinsindən asılı olmayaraq bütün şəxslərə - həm qadınlara, həm də kişilərə aid olunub və burada mümkün olan cinsi qeyri-bərabərlik aradan götürülüb.

Konstitusiya Məhkəməsi şərhində bildirir ki, bundan başqa, 8 yaşınadək uşaqları olan bəzi məhkum edilən şəxslərin cəzasının çəkilməsinin təxirə salınmasının mümkünlüyünü nəzərdə tutan Cinayət Məcəlləsinin 79.1-ci maddəsi dispozitiv xarakter daşıyır və məsələ ilə bağlı məhkəmənin vəzifəsini deyil, məhz hüququnu müəyyənləşdirir. Belə olan halda isə Konstitusiyanın 25-ci maddəsinin I, II və III hissələrinə istinadən məhkum olunan qadınların hüquqlarının pozulması barədə fikir hüquqi baxımdan əsaslı görünmür.


Yüklə 18,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə