AZƏrba yca n mġLLĠ elm lər akadem ġyasi a. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 5,7 Mb.
Pdf görüntüsü
səhifə4/37
tarix03.02.2017
ölçüsü5,7 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   37

Azərbaycan  SSR-in  müdafiəsi  tədbirləri.  1920-ci  il  iyulun  26-da 

Moskvaya  gələn  Azərbaycan  SSR-in  xalq  xarici  iĢlər  komissarı  M.D.Hüseynovu 

Azərbaycan SSR-in daimi nümayəndəsi B.A.ġahtaxtınski ilə birlikdə  V.Ġ.Lenin və 

G.V.Çiçerin  qəbul  etdilər.  Azərbaycan  Respublikası  hökumətinin  səlahiyyətli 

nümayəndəsi B.A.ġahtaxtınskinin sovet Azərbaycanın vəziyyəti haqqında gətirdiyi 

materiallarla ətraflı tanıĢlıqdan sonra G.V.Çiçerin 1920-ci il avqustun 4-də RK(b)P 

MK  Siyasi  Bürosuna  məktubla  müraciət  etdi.  Məktubda  "Bizim  Qızıl  ordu 

hissələrinin  yerli  komandirləri  Azərbaycan  hökuməti  ilə  əsla  hesablaĢmırlar...  və 

onların  himayədarlığı  altında  sırf  müstəmləkəç ilik  siyasəti  yeridilir"  -  yazan 

G.V.Çiçerin "müstəmləkəçiləri cilovlamaq  məqsədi ilə" təcili tədbirlər görməkdən 

ötrü bu məsələni öyrənmək üçün xüsusi komis siya yaratmağ ı təklif etmiĢdi. 

1920-c i  il  sentyabrın  20-də  B.A.ġahta xt ınski  b ilavasitə  V.Ġ.Leninin 

adına  Azərbaycan  haqqında  və  bununla  əlaqədar  Qafqazda,  Türkiyə  və  Ġranda 

vəziyyət barədə ətraflı  məruzə təqdim etdi. B.A.ġahtaxtınski məru zədə yazırdı ki, 

"ilk vaxtlar Qızıl ordu özünü əla aparırd ı, indi isə mürtəce aparır". 

Çətinlikləri  aradan qaldırmaq,  sovet hakimiyyətini  möhkəmləndirmək  və 

yerlərdə  milli  siyasəti  dəqiq  aparmaq  məqsədilə  1920-ci  ilin  oktyabrında  RK(b)P 

MK "Cənub partiya təĢkilatlarına məktub" göndərdi. Burjuaziyanın mülkiyyətindən 

məhrum  olunmasında  bir  sıra  cənub  Ģəhərlərinin,  o  cümlədən  Bakının  partiya  və 

sovet orqanlarının lənglik və qətiyyətsizlik göstərdiyini qeyd edən RK(b)P MK 

 

eyni 



zamanda bildirirdi ki, "bu iĢin həyata keçirilməsində maksiumu m mütəĢəkkilliyə və 

ma ksimu m  qayda-qanuna  əməl  olun ma lıdır".  Məktubda  deyilirdi:  "Mərkəzi 

Komitə  təkid  edir  ki,  əhalinin  milli  tərkibi  qarıĢıq  olan  Ģəhərlərdə  bu  iĢ  son 

dərəcə"  ehtiyatlı  həyata keçirilsin. ÇalıĢmaq lazımdır ki,  müsəlman burjuaziyasını 

müsəlman  fəh lələri,  ermən i  burjuaziyasını  erməni  fəh lələri  mü lkiyyətdən 

məhru m etsinlər və s. BaĢqa sözlə, hər cür səy gös tərmək lazımd ır ki, bu iĢin sinfi 

mənası  aydın  olsun,  milli  cəhətlə  kölgələnməsin  və  heç  bir  halda  milli 

münaqiĢələrə və toqquĢmalara səbəb olmasın"

61



Məktub vəziyyətin normal  hala  salınmasında  müsbət  rol  oynadı,  bununla 



belə  yol  verilmiĢ  antiazərbaycan  hərəkətləri  Azərbaycanda  ilk 

sosialist 

dəyiĢikliklərinin  həyata  keçirilməsini 

xeyli  çətinləĢdirdi.  Bu  çətinlikləri 

mürəkkəbləĢdirən  bir  də  o  idi  ki,  Antanta  imperialistlərinin  Azərbaycana  qarĢı 

yenidən silahlı  müdaxiləyə baĢlamaq cəhdləri ilə əlaqədar Azərbaycanın beynəlxalq 

və daxili vəziyyəti yenə də olduqca mürəkkəb id i. 

ġərq  xalqları  Fəaliyyət  və  Təbliğat  ġurası  Rəyasət  Heyətinin  1920-ci  il 

17 sentyabr tarixli  rəyində də göstərilirdi: "Aydındır ki,  Ġngiltərə hökuməti ingilis-


45 

 

Ġran qoĢunlarının, Ermənistanın, ola bilsin, həm də Gürcüstanın birləĢmiĢ qüvvələri 



ilə  Azərbaycanı  "bolĢevik  əsarətindən  azad  etmək"  adı  altında  sovet 

Azərbaycanına qarĢı zərbə hazırlayır"

62



Bu baxımdan Ġngiltərənin "Deyli Herald" qəzetinin  1920-ci il 13 noyabr 



tarixli  nömrəsindəki  etiraf  maraq  doğurur:  "Ġlkin  plan  (Antantanın  -  məsul  red.) 

Bakının  iĢğalı  üçün  Gürcüstan  və  Ermənistandan  istifadə  etməkdən  ibarət  idi"

63



Dekabrda  isə  Fransanın  Gürcüstandakı  ali  komissarı  A.  ġevalye  bəyan  etmiĢdi  ki, 



"sülhün  mənafeyi  Azərbaycanda  və  Ermənistanda  sovet  hakimiyyətinin 

devrilməsin i tələb ed ir". O, Gürcüstanın menĢevik höku mətinə silahlı yardım vəd 

etmiĢdi. 

RSFSR-in  Ġran  və  Türkiyədəki  fövqəladə  və  səlahiyyətli  nümayəndəsi 

ġ.Z.Eliava 1920-ci  il sentyabrın 18-də V.Ġ.Leninə, RK(b) P MK-ya,  G.V.Çiçerinə 

teleqram  göndərmiĢdi.  Əsas  müddəaları  RK(b)P  MK-nın  Qafqaz  bürosu  və 

AK(b)P  MK  tərəfindən  bəyənilmiĢ  teleqramda  deyilirdi  ki,  Ġngiltərə  ən  yaxın  

vaxtda sovet ölkəsinə qarĢı Qafqazdan ta Türküstana qədər yeni cəbhə təĢkil etmək 

istəyir.  "Ġndiki  anda  Ġngiltərənin  bütün  diqqəti  Anadoluya   və  onun  Ġranla, 

Ermənistanla,  sovet  Azərbaycanı  ilə  qovuĢuğuna  yönəlmiĢdir.  Məqsəd  Bakını 

tutmaq,  bizi  Qafqazdan ayırmaqdır...  Azərbaycanda Antantanın, xəlifənin agentləri 

dolaĢır,  qiyamlar  ara  vermir,  Gü rcüstan  və  Vrangel  Dağıstan  əksinqilabını  təchiz 

edir, qiya mlara  təhrik edirlər"

64



Antanta  imperialistlərinin  təhrikilə  1920-ci  ilin  payızında  daĢnak 

Ermənistanı  ilə  kamalçı  Türkiyə  arasında  müharibənin  baĢlanması  da 

Zaqafqaziyada vəziyyəti mürəkkəbləĢdirirdi. 

Qafqazda yaran mıĢ beynəlxalq və daxili vəziyyətlə əlaqədar RK(b)P M K 

1920-c i  il  sentyabrın  20-21-də  keçirilmiĢ  plenumda  "Qafqazda  və  ġərqdə" 

partiyanın  siyasətini  "qaydaya  salmaq"  barədə  tapĢırıqla  Ġ.V.Stalin i  Qafqaza 

göndərmək  haqqında  qərar  çıxardı"

65

.  1920-ci  il  oktyabrın  16-da  Ġ.V.Stalin  ġima li 



Qafqaza  və  Azərbaycana  yola  düĢdü

66

.  ġimali  Qafqaza  gəldikdən  bir  həftə  sonra, 



oktyabrın  26-da  Ġ.V.Stalin  Qafqazda  vəziyyət  barədə  V.Ġ.Leninə  teleqram 

göndərdi. Teleqramda  Gürcüstan menĢevik hökumətinin Batumu Antantaya t əslim 

etməsinin  və  müdaxiləçilərin  Bakıya  yürüĢə  baĢlamaq  cəhdlərinin  mü mkünlüyü 

güman  olunurdu

67

.  Teleqramda  sovet  Azərbaycanın  müdafiəsinə  dair  tədbirlər 



görülməsinin zəruriliy indən də bəhs edilirdi. 

V.Ġ.Lenin  1920-ci  il  oktyabrın  29-da  Ġ.V.Stalinin  teleqramına  cavabında 

yazırdı:  "ġübhəsiz  hesab edirəm  ki,  Gürcüstan  Batumu  yəqin  ki  gizlicə  Antantaya 

verəcək  və  Antanta  Bakının  üzərinə  gələcək.  Qurudan  və  dənizdən  Bakının  

ətrafın ı  möhkəmlətmək  ağır  toplar  gətirmək  və sairə  üçün  təcili  surətdə  tədbirlər 

düĢünüb hazırlayın. Sizin qərarın ızı xəbər verin"

68



46 

 

1920-ci il oktyabrın 30-da Ġ.V.Stalin Bakıya yola düĢdü və burada noyabrın 



4-də AK(b)P M K Siyasi Bürosu, RK(b)P MK  Qafqa z  bürosu üzvlərinin iĢtirakı ilə 

Gürcüstanla danıĢıqlar və Ermənistanda vəziyyət haqqında məsələləri  müzakirə etdi. 

Ermənistan,  Azərbaycan  və  kamalçı  Türkiyənin  qarĢılıqlı  münasibətləri 

məsələlərin in  həllində  Ġ.V.Stalin  Rusiyanın  mənafelərindən  çıxıĢ  edərək  həmiĢə 

Ermənistanm  mövqeyini  müdafiə  edirdi.  O  deyirdi:  "Əgər  bilmək  istəyirlərsə  ki, 

Zəngəzur  və  Naxçıvan  kimə  məxsus  olmalıdır,  onları  Ermənistanın  indiki 

hökumətinə vermək olmaz, sovet hökuməti olanda vermək o lar"

69



Noyabrın 8-də AK(b)P MK-nın,  RK(b)P MK  Qafqaz bürosu və  AK(b)P 

Bakı  Komitəsinin  üzvləri  ilə  birgə,  Ġ.V.Stalinin  iĢtirakı  ilə  plenumu  keçirildi. 

Plenumda  əsasən  haqqında  fikir  ayırlığı  olan  məsələlər  müzakirə  edilmiĢdi. 

Məsələn, iri və  xırda burjuaziyanın  mülkiyyətdən məhru m olun ması  məsələsində 

iki  xətt  nəzərə  çarpırdı.  "Sol"  xəttin  tərəfdarları  iri  və  xırda  burjuaziyanın 

mülkiyyətdən dərhal  məhru m  olun masını  tələb  edirdi,  "sağ"  xətt  isə  yerli  milli 

xüsusiyyətlər  nəzərə  alın maqla  xırda  burjuaziya  barəsində  mülayim  siyasət 

yeritməyi  təklif  edirdi.  Plenumda  kənddə  aparılan  "sərt  siyasət"  tənqid  olundu. 

Mənzillərin  müsadirəsi, azad ticarət haqqında məsələlər ətraf mda da mübahisələr 

getdi. 


Ertəsi  gün  AK(b)P  MK,  AK(b)P  Bakı  Ko mitəsi,  RK(b)P  MK  Qafqaz 

bürosu,  Azərbaycan  Ġnqilab  Komitəsi,  Bakı  Ģəhər  Ġcraiyyə  Komitəsi,  xalq  

ko missarları,  rayon  icraiyyə  komitələri  və  rəyasət  heyətləri  üzvlərinin  birləĢmiĢ 

iclası keçirildi. "Azərbaycanda yaxın dövrdə partiya və sovet iĢi haqqında" məruzə 

söyləyən  Ġ.V.Stalin  qeyd  etdi  ki,  indi  bu  məsələni  qaldırarkən,  aĢağıdakı  ümdə 

amilləri  əsas  götürmək  lazımdır  -  birincisi:  "Qafqazın  baĢı  üstünü  qara  buludlar 

almıĢdır.  Antanta  hərbi  əməliyyatlar  meydanını  Qafqazın  cənubuna  keçirməyə 

çalıĢır...  Ola  bilsin,  Azərbaycan  öz  azadlığın ı  silahla  müdafiə  etmək  faktı 

qarĢısında durur";  Ġkincisi  -  gözəl  ifadələrə  uyulması,  iĢgüzarlığın  olmamasıd ır; 

üçüncüsü  isə  -  proletariatla  kəndlilər  arasında  ittifaq ı  möhkəmləndirmək  üçün 

real surətdə çox az iĢ görülmüĢdür"

70



Həmin  iclasda  sovet  Azərbaycanının  müstəqilliyi  haqqında  məsələ  barədə 

Stalin  açıq  demiĢdi:  "Mən  Azərbaycanın  müstəqilliyinə  tərəfdar  deyiləm. 

Kommunistlərin bir hissəsinin digərindən müstəqilliyi ola bilməz". O, tezisini belə 

əsaslandırırdı:  "Sovet  Rusiyası  Bakının  yanacağı  olmadan  keçinə  bilməz.  Sovet 

Rusiyasının  köməyi,  mütəĢəkkilliyi,  ordusu  və  s.  olmadan  Azərbaycan  da  məhv 

olar.  Burada  tam  ittifaq  labüddür.  Bütün  dövlətlər  ya  sov et  Rusiyasına,  ya  da 

Antantaya tay olmalıdırlar, üçüncü vəziyyət yoxdur. Zənnimcə, yoldaĢların hamısı 

-  müsəlmanlar  da,  ruslar  da  bunu  bilirlər.  Bununla  belə ,  burjuaziyanın  agentləri 

dedi-qodu  yayırlar  ki,  rus  gəldi  və  Azərbaycanı  uddu,  onlar  ziyalıları  bizim 

əleyhimizə qaldırırlar"

71



47 

 

Ziyalıları  bu "silahdan"  məhrum  etmək  üçün  Stalin utanmadan,  məsləhət 



görürdü ki, "biz deməliyik  ki, Azərbaycan müstəqil ölkədir,  xoĢ  məramla  Rusiya 

ilə  ittifaqa girmiĢdir.  Bu ittifaq olmadan Rusiya zəifləyər, Azərbaycan Antantanın 

hakimiyyəti  altına  düĢər.  Zahiri  müstəqillik  bizim  strateji  siyasətimizin 

məsələsidir"

72

. Burada Ģərhə ehtiyac yoxdur! 



Stalinin  1920-c i  ilin  noyabrında  Bakıda  olarkən,  məsul  partiya  və sovet 

iĢçilərinin  fəallar  yığıncağında  çıxıĢında  iĢtirakçıları  narahat  edən  suallara  verdiyi 

cavablar  maraqlıdır.  Ordu  və  donanmanın  xüsusi  Ģöbələri,  habelə  repressiyalar 

haqqında  suallara  cavabında  o  etiraf  etmiĢdi  ki,  ordunun  "Xüsusi  Ģöbə"si 

Azərbaycanda  öz  səlahiyyətini  almıĢdır,  halbuki  partiya  təĢkilatları  " xüsusi 

Ģöbə"dən  yüksəkdə  dayanmalıdır.  "Xüsusi  Ģöbələr,  FK  partiyadan  qidalanırlar; 

onlar  partiyaya yox,  partiya  onlara  nəzarət  edir".  Stalin  bildirmiĢdi  ki,  vəziyyəti 

yumĢaltmaq  üçün  "xüsusi  Ģöbə"lərə  yeni  rəis  təyin  olunmuĢdur.  Ġ.V.Stalin  

Azərbaycanda  "Xüsusi  Ģöbələrin  və  FK-nın  yolverilməz  ifratçılığ ı"  haqqında 

V.Ġ.Leninə  də  yazmıĢ  və  bu barədə  "ətraflı  məlu matı  Ģəxsən"  çatdıracağını  vəd 

etmiĢdi.  Sovet  Azərbaycanının  vəziyyəti  ilə  maraqlanan  V.Ġ.Lenin  Qafqazda  olan 

Ġ.V.Stalindən 1920-ci  il noyabrın 13-də teleqramla yenidən soruĢmuĢdu: "Bakının 

ətrafını möhkəmləndirmək üçün tam ciddiyyətlə iĢ görülmü r?"

73



Stalin in  1920-c i  il  noyabrın  16-da  göndərdiyi  cavab  mə ktubunda 

deyilirdi:  "Bakının  fəal  müdafiə  yolu  ilə  təsadüflərdən  qorunmasını  təmin  etmək 

üçün  ən  azı  beĢ  diviziya  lazımdır.  "ġübhəsiz,  düĢmən  elə  ilk  hücumdaca 

Yelizavetpolu  (Gəncəni  -  məsul  red.) tutacaq,  bu  isə  ona  on  səkkizinci  ildəkinə 

bənzər Azərbaycan burjua hökuməti yaratmağa və Bakının ələ keçirilməsini təmin 

etməyə imkan verəcək"

74



V.Ġ.Lenin  Ġ.V.Stalinə  cavabında  Siyasi  Büronu  çağırmadan  hcç bir  cavab 



verə bilməyəcəyini deyir və ona məsləhət görürdü ki, ya dərhal konkret təklif  irəli 

sürüb  yubanmadan  Siyasi  Büroya  bildirsin,  ya  da  dəqiq  surətdə öz  səlahiyyətləri 

daxilində  hərəkət  etsin,  yaxud  bütünlükdə  Qafqaz  məsələsini  həll  etmək  üçün 

Moskvaya  qayıtmasını  tezləĢdirsin.  V.Ġ.Lenin  bildirirdi  ki,  hər  halda  əlavə 

qüvvələrin hazırlan ması iĢini gücləndirmək və sürətləndirmək la zımd ır.  V.Ġ.Lenin  

məktubun  axırında  Stalindən  xah iĢ  edirdi  ki,  məhz  öz  qərarının  nədən  ibarət 

olduğunu  bildirsin

75

.  Ġ.V.Stalin  V.I.Leninə  cavab  göndərmiĢdi  ki,  o  bu  gecə 



Moskvaya yola düĢür 

 

və Q. K. Orconikidzeyo tapĢırıq verilib ki, hazırlıq iĢi görsün 



və Moskvadan göstəriĢlər gözləsin"

76



Ġ.V.Stalin  Qafqazdan  qayıtdıqdan  sonra  1920-ci  il  noyabrın  27-də 

V.Ġ.Leninin sədrliyi  ilə  keçirilən  RK(b)P MK  Siyasi  Bürosu  iclasında "Qafqaz  iĢləri 

haqqında"  onun  məruzəsini  dinləyərək  xüsusi  qərar  qəbul  etdi.  V.Ġ.Lenin  

tərəfındən yazılmıĢ və cüzi əlavələr ed ilmiĢ həmin qərarda Ġ.V.Stalinə tapĢırılırdı 

ki,  Q.K.Orconikidzedən  istifadə  olunmaqla  Qafqazla  həmsərhəd  dövlətlərlə  daha 


48 

 

düzgün  xarici  siyasəti  təmin  etməyə  dair  əlavə  tədbirlər  haqqında  yol.  Çiçerinlə 



razılığa gəlsin"

77



RK(b)P  MK  Siyasi  Bürosunun  qərarında  deyilirdi:  "Azərbaycanının 

qorunması  və  bütün  Xəzər  dənizinin  möhkəm  surətdə  oldə  saxlanılması  baĢlıca 

vəzifə  sayılsın"

78

.  Bu  məqsədlə  Siyasi  Büro  Azərbaycanın  müdafiəsini 



möhkəmləndirmək  üçün bir  necə  diviziyanın oraya göndərilməsini sürətləndirməyi 

tapĢırdı  və  eyni  zamanda  Gürcüstan,  Ermənistan,  Türkiyə  barəsində  ilk  növbədə 

müharibəyə yol verməməyə yönəldilən siyasət yeritməy in zəruriliy ini təsdiq etdi.  

Sovet hakimiyyətinin ilk aylarında Azərbaycanda yeridilən daxili və xarici 

siyasətin  qısaca  xarakteristikası  belə  idi.  Bu  onu  təsdiq  edir  ki,  " müstəqil  sovet 

Azərbaycanının" elan edilməsi əslində sırf deklarativ "bəyannamə" idi, onun bütün 

daxili  və  xarici  həyatının  "hakimi"  RK(b)P-nin  rəhbərlik  etdiyi  Mərkəz 

Azərbaycan  Respublikasının  müstəqilliyi  və  rifahı  haqqında  deyil,  neft  Bakısını, 

Avropa  və  Asiyanın  qovuĢuğunda  -  Ya xın  və  Orta  ġərqin  qapısında  müstəsna 

dərəcədə  böyük  strateji  əhəmiyyəti  olan  bütün  Azərbaycanı  itirməmək  barədə 

düĢünürdü. 

 

* * * 

 

Azərbaycanın  1920-ci  il  28  aprel  və  1922-ci  il  30  dekabr  dövrü,  həm 



daxili və həm də xarici vəziyyət baxımından, ictimai  iqtisadi, siyasi münasibətlərin 

qeyri-müəyyən  və  ziddiyyətli  olması  ilə  xarakterizə  olunurdu  -  "Müstəqil  sovet 

Azərbaycanı" əhvali-ruhiyyəsi, eyforiyası yavaĢ-yavaĢ sönməkdə idi. "Azərbaycan 

Sovet  Cümhuriyyəti"nin  bayrağı,  gerbi,  pulu  və  poçt  markasının  milli  naxıĢları, 

ornamentlərlə ilk siluetləri ictimai həyatda görünürdü. 

Azərbaycan  Sovet  Respublikasının  rəhbərləri,  xalq  komissarları  RSFSR 

hökuməti  baĢçısı  V.Ġ.Leninlə,  baĢqa dövlət  xadimləri  ilə  (Çiçerin,  Dzerjinski  və 

b.)  məktubla,  teleqramla  Ģəxsən  əlaqə  saxlayırdılar.  N.Nərimanov,  Azərbaycan 

Ġcraiyyə  Ko mitəsinin  sədri  S  Ağamalıoğlu,  xarici  iĢlər  komissarı M.D.Hüseynov, 

B.ġahtaxtınski  və  b.  Leninin  qəbulunda  olmuĢ,  onunla  Azərbaycandakı  ictimai, 

siyasi və mədəni məsələlər barəsində söhbətlər aparmıĢdılar. 

Azərbaycan  SSR-in  ilk  çağlarda,  hətta  Litva,  Latviya,  Ermənistan, 

Türkmənistan, Gürcüstan, Əfqanıstan, Buxara, Dağıstan və b.  dövlət qurumları  ilə 

də "diplomatik" əlaqələri var idi. Hər iki tərəfı  maraqlandıran məsələlər barəsində 

danıĢıqlar  da  aparılırdı.  Bir  neçə  xarici  ölkələrin  Bakıda  nümayəndəlikləri, 

Azərbaycanın  da  həmin  ölkələrdə  nümayəndəlikləri,  konsulluqları  mövcud  idi. 

QonĢu  ölkələrlə  siyasi və  iqtisadi saziĢlər  razılaĢdırılır,  ticarət haqqında danıĢıqlar 

aparılırdı.  Hətta  Birinci  Ümu mazərbaycan  Sovetlər  qurultayında  M.D.Hüseynov 

respublikanın xarici siyasəti haqqında məru zə etmiĢdi. 


49 

 

Lakin  tezliklə  " müstəqil  sovet  respublikasının  keçid  dövründən", 



ələlxüsus Stalinin 1920-ci ilin noyabrında Bakıda  mötəbər partiya müĢavirəsində 

bəyan  etdiyi  "Kommunist partiyasından  müstəqil  olmaq  olmaz"  tezisindən sonra, 

tədricən "yeni sovet respublikalarının müstəqilliyi defenisiyası" məhdudlaĢdırılır və 

onlar  getdikcə  dərinləĢən  inzibati-amirlik  səviyyəsində  idarə  olunur,  birinci 

növbədə  onların  xarici  siyasəti  sovet  Rusiyası  rəsmi  Ģəxsləri  tərəfındən 

tənzimlənirdi.  RSFSR höku məti yanında akkreditə  olunmuĢ diplomatik konsulluq 

nümayəndəlikləri  və  baĢqa  diplomatik  heyətlər  bütün  sovet  respublikaları  ilə 

əlaqələri  birbaĢa  deyil,  yalnız  RSFSR  Xarici  ĠĢlər  Komissarlığı  vasitəsilə  həyata 

keçirə  bilərdilər.  Müstəqil  respublikalar  nəinki  Sovet  Rusiyasının  Ģəhərlərində, 

hətta  bir-birində  öz  konsulluqlarını  yalnız  RSFSR  Xarici  ĠĢlər  Ko missarlığın ın 

icazəsi ilə aça b ilərdilər. 

Azərbaycan 

Demokratik 

Respublikasının 

vaxtilə 

Gürcüstanda, 

Ermənistanda,  Ġranda,  Ġstanbulda,  Ukraynada,  Krımda,  Kuban  və  Donda, 

Petrovskidə,  Ġrkutskidə  və  b.  yerlərdə  açdığı  diplomatik  qurumlarının  fəaliyyəti 

dayandırıldı.  28  apreldən  sonra  Azərbaycanın  Təbrizdə,  Ənzəlidə,  Qarsda  və 

Batu mdakı  konsulluqları,  Ankara,  Tiflis  və  Moskvadakı  səlahiyyətli 

nümayəndəlikləri bağlandı və RSFSR nümayəndəliklərinə tabe edildi. 1921-ci ilin  

noyabrında isə Azərbaycanın Ġrandakı nümayəndəliyinin fəaliyy ətinə son qoyuldu. 

28  aprel  ərəfəsində  Bakıda  xarici  dövlətlərdən  Ġngiltərə,  Belçika, 

Yunanıstan,  Danimarka,  Ġtaliya,  Litva,  Ġran,  PolĢa,  A Bġ,  Ukrayna,  Finlandiya, 

Fransa,  Ġsveçrə,  Ġsveç,  Hollandiya,  Alman iya  və  Estoniyanın  konsulluqları 

iĢləyird i.  28  apreldən  sonra  da  Bakıda  Türkiyənin  d iplo matik  nü mayəndəliy i, 

Ġranın  Böyük  Milli  Məclisinin  fövqəladə  nümayəndəliyi,  Rusiyanın  BaĢ 

konsulluğu, Ġtaliyanın siyasi agentliyinin nü mayəndəsi, Ermənistanın diplo matik 

nümayəndəliyi,  Gürcüstanın  səlahiyyətli  nümayəndəliyi,  Bu xara  Sovet 

Respublikasının  nü mayəndəliy i,  RSFSR-in  Cənubi  Qafqazda  nümayəndəsi 

Leqran  fəaliyyətlərin i  davam  etdirird ilər.  A zərbaycan  hökuməti  1920-ci  il 

sentyabrın  19-da  Ġtaliya,  Gü rcüstan,  Ermən istan  diplomatik  nü mayəndəliklərini 

və  konsulluqların ı  tanıd ığını  bəyan  etmiĢdi.  Ġngiltərən in  Bakıdakı  v itsekonsulu 

isə həbs edilmiĢdi.  Bəzi  məlu matlara görə,  28 apreldən sonra ingilis dairə lərinin  

müsavatçılarla sovet hakimiyyətinə qarĢı mübarizəyə kö mək  məqs ədilə görüĢləri 

olmuĢdu.  Ġngilis  mətbuatı  A zərbaycanın  daxili  vəziyyətini  izləy ir,  üsyanlar 

haqqında ĢiĢirdilmiĢ, düzgün olmayan məlu matlar yayırdı.  

Fransanın rəsmi dairə lərində də Sovet Azərbaycanına  mənfı  münasibət 

bəsləyənlər  var  idi,  onlar  Tiflisdəki  Fransa  nümayəndəliyi  vasitəsilə  sovet 

hökumətinə  qarĢı  çıxan  üsyançılara  kö mək  göstərird ilər.  Ġ.Əbilov  1922-ci  il 

martın  1-də  M.D.Hüseynova  "bizim  əksinqilabçı‖ların  Paris  təĢkilatı  Fransa 

hökumətindən  3,3  mln  frank  pul  aldığı  barədə  məlu mat  göndərmiĢdi.  Hətta 



50 

 

Fransa  diplomatı  Ankarada  Millət  Məclisində  keçmiĢ  Zaqafqaziya 



respublikaların ın  bərpası  barədə  təklif  vermiĢdi,  ancaq  bu  təklif  rədd  edilmiĢdi. 

Fransa  hakim  dairələri,  birinci  növbədə  "Bakı  nefti"  naminə  Türkiyə  ilə  yaxĢı 

münasibətdə  olmaq  "arzusunda  idi".  Beləliklə,  Puankare  yazırdı:  "Biz  Bakıya 

nüfuzlu neft siyasətimizi yeridə bilərik". 

ABġ-ın  da  sovet  Azərbaycanına  loyal  münasibətdə  olmasına 

baxmayaraq Bakıda müəyyən mənada marağ ı var id i.  

Türkiyədə  də  bir  qrup  siyasətçilər  Azərbaycanda  sovet  hakimiyyəti 

qurulmasını belə Ģərh edird ilər: " Guya M.Kamal  Len inlə birləĢərək Azərbaycan 

Xalq Cü mhuriyyətini Rusiyaya bəxĢ et miĢdi". 

1921-c i  il  mayın  6-da  Q.Orconikid ze  və  G.Çiçerin  Leqran ın 

Zaqafqaziya  respublikalarında  RSFSR-in  səlahiyyətli  nü mayəndəsi  təyin 

edilməsi  haqqında  N.Nərimanova  xəbər  verdilər.  RSFSR-in  digər  sovet 

respublikaları  ilə  qarĢılıqlı  münasibətləri  haqqında  RK(b)P  MK-da  1922-ci  ilin 

fevralında məsələ  mü zakirə edildi və  xüsusi qərar qəbul olundu. Bu qərara görə, 

xarici  nü mayəndələr  sovet  respublikalarının  ərazisinə  yahnz  müvafıq  dövlətin 

müqaviləsi  olduqda  buraxılır,  əks  halda  isə  RSFSR  XĠK-in  razılığ ı  olmalı  idi. 

Konsulluqlar  da  müqavilə  münasibətləri  olduqda,  konsul  konvensiyası 

imzalandıqda  respublikaya  buraxıla  bilərlər  və  RSFSR  qaydalarına  uyğun təsis 

edilird ilər.  Hər  hansı  bir  konkret  halda  RSFSR  XĠK-ə  məlu mat  verməli  idi. 

Sovet respublika ları isə bir-birində nü mayəndəliklə r sa xlaya b ilə rdilər. 

1922-c i  il  iyunun  13-də  Zaqafqa ziya  respublikala rının  xa ric i  siyasəti 

birləĢdirildi  -  onların  " xarici  siyasət  ko missarlıqları"  ləğv  edildi.  Bu 

respublikala rın  " xa rici  siyasətinə"  ümumi  rəhbərlik  "Ġttifaq  ġurası  Rəyasət 

Heyəti"  tərəfindən  həyata  keçirilməli  id i.  Ġttifaq  ġurasında  Azərbaycanın 

səlahiyyətli  nümayəndəsi  Əliheydər  ġirvaninin  (Mustafabəyovun)  rəhbərliyi 

altında  həmin  ilin  avqustunda  Azərbaycanda  "Xarici  Əlaqələ r"  üzrə  kat iblik 

yaradıldı. 

Be ləliklə,  Azərbaycan  SSR,  suveren  dövlət  subyekti  kimi,  müs təqil 

xarici siyasət aparmaq səlahiyyətindən faktiki olaraq məhru m ed ild i. 

Azərbaycanda sovet  hakimiyyətinin  ilk  vaxtı  daxili  və  xarici  siyasətdə 

üzləĢdiyi prob lemlərdən biri də əcnəbi vətəndaĢların - dip lo matik əməkdaĢların, 

ticarətlə  məĢğul  olan ların,  jurnalistlərin,  hərbi  əsirlərin,  Birinci  dünya 

müharibəsində  Azərbaycana  gələn  mühacirlərin,  qaçqınların  vəziyyəti  idi. 

Britaniya  höku mətinin  1920-ci  il  oktyabrın  9-da  RSFSR-ə  notasında  sovet 

ərazisində 72 nəfər ingilisin əsir o lduğu göstərilmiĢdi. 

Məlu mdur  ki,  bu  vaxtı  Maltada  ingilislərin  1919-cu  ildə  sürgün  etdiyi 

70-ə ya xın ka ma lç ılar (Atatürk tərəfdarlan) ilə birlikdə Əh məd bəy Ağay ev (Ağa 

oğlu)  də  saxlanılırdı.  Maraqlıdır  ki,  RSFSR  Xarici  ĠĢlər  Ko missarı  G.Çiçerin  



51 

 

N.Nərimanova  1920-ci  il  avqustun  20-də  göndərdiyi  xüsusi  teleqramda 



"Ġstanbulda  həbs  edilmiĢ  müsəlman  millətçilərinin  azad  edilməsin i"  tələb  edə 

bilmələrin i  bir  daha  xatırlatmıĢdı.  M.D.Hüseynov  1920-ci  il  avqustun  29-da 

RSFSR-in  Tiflisdəki  səlahiyyətli  nü mayəndəsi  S.M.Kirova  teleqramda  Ba kıda  

hebs  edilmiĢ  ingilisləri  Ġstanbulda  həbsdə  saxlanan  kamalçılarla  dəyiĢməyə 

Azərbaycan  hökumətin in  razı  olduğunu,  əsirlərin  dəyiĢdirilməsinə  səlahiyyəti 

olan RSFSR  Xarici  ĠĢlər Ko missarının müavini M. M. Litvinova çatdırmağı  xahiĢ 

etmiĢdi. 

Ġngiltərə-Fransa  tərəfi  bu  təklifı  əvvəlcədən  qəbul  etməmiĢ,  lakin  

N.Nərimanovun qərarı ilə ingilis-fransız əsirlərin 1920-ci ilin noyabrında azad edilib 

Tiflisdən  Odessaya  göndərildikdən  sonra  sövdələĢmə  baĢ  tutmuĢdu.  Sovet 

hökuməti  Bakıda  həbs  olunmuĢ  50  nəfər  Türkiyə  zabiti  və  əsgərini  də  tezliklə 

azad etmiĢdi. 

Azərbaycanda  məskunlaĢmıĢ  üç  mindən  çox  polyak  olduğundan, 

Azərbaycan KP MK yanında 1921-ci il avqustun 25-dən polyak bölməsi ilə yanaĢı 

alman, yunan bölmələri də fəaliyyət göstərirdi. 

Azərbaycan  yeni  tarixi  dövrdə  də,  ələlxüsus  Azərbaycan  Demokratik 

Respublikası  zamanı  Baltikyanı  respublikaların  diqqətini  cəlb  etmiĢdi,  1920-ci  il 

sentyabrın  25-də  Tiflisdə  Azərbaycan  SSR  və  Litva  Demokratik  höku mətləri 

arasında  (RSFSR-lə  Litva  arasında  1920-ci  il  iyulun  12-də  bağlanmıĢ  sülh 

müqaviləsinə  uyğun  olaraq)  bir-birlərinin  ərazilərində  yaĢayan  vətəndaĢlarının 

hüquqlarını tənzimləyən saziĢ imzalandı. Ancaq bu iki ölkənin daimi ticarət əlaqəsi 

qurmaq təĢəbbüsü RSFSR-in əngəl törətməsi nəticəsində baĢ tutmadı. 

Latviya sovet hökumətini  tanımadığından,  Bakıda  onun  konsulluğuna  və 

vətəndaĢlarına  Fövqəladə  Komissiya  tərəfindən  sərt  münasibət  və  təzyiq 

göstərilirdi. Tezliklə Latviya konsulluğu bağlandı, çoxdan Bakıda mövcud olan latıĢ 

cəmiyyətinin  fəaliyyəti  isə  məhdudlaĢdırıldı.  Yalnız  1921-ci  ilin  fevralında  latıĢ 

kommunistlərin mühacir bölməsi fəaliyyət göstərirdi.  

Estoniya  Respublikası  Azərbaycanla  diplomatik,  siyasi  münasibətlər  və 

ticarət  əlaqələri  qurmaq  niyyətində  idi.  Lakin  Azərbaycan  tərəi  müəyyən 

bəhanələrlə  hətta  layihəsi  mü zakirə  olunmuĢ  saziĢi  imzala madı  və  Estoniya 

konsulu Bakıya buraxılmadı. 

Azərbaycanın  RSFSR  hökuməti  adından  "Müstəqil  sovet  respublikası" 

elan  olunmasına  baxmayaraq,  bu  iki  respublika  arasında  diplomatik  əlaqələr 

sahəsində qeyri-müəyyənlik var  idi.  Bir  müddət - 1920-ci ilin aprelindən 1921-ci 

ilin  axırına  kimi  ikitərəfli  münasibətlərin  tənzimlənməsində  səlahiyyətli 

nümayəndəlik  rolunu  Solovyov  və  Ġbrahim  Ġsmayılzadə  oynayırdılar.  Bu  dövrdə 

nümayəndəliklər əsasən təsərrüfat, təĢkilat,  xarici siyasət, vətəndaĢlıq və pasport 

sahəsindəki iĢlərlə, Moskva-Bakı əlaqələrinin qurulması ilə  məĢğul olurdular. Ġlk 



52 

 

vaxtlar ayrı-ayrı ko missarlıqla-məsələn, səhiyyə və maarifə aid səlahiyyət mandatı 



olan  nürnayəndələri  müstəqil  fəaliyyət  göstərirdilər.  Azərbaycan  SSR-in 

ko missarları  b irbaĢa  RSFSR-in  nəinki  müvafıq  ko missarları  ilə,  hətta  Leninlə, 

Kalininlə  birbaĢa  məktub  və telefonla  əlaqə saxlayır,  onların Moskvada qəbulunda 

olurdular. Çox çəkmədi ki, komissarların səlahiyyət mandatı ləğv edild i. 

N.Nərimanovun  1921-ci  il  12  dekabr  sərəncamı  ilə  Əliheydər  ġirvani 

(Mustafabəyov)  Azərbaycan  SSR-in  RSFSR  höku məti  yanında  səlahiyyətli 

nümayəndəsi  təyin  olundu.  Onun  Azərbaycanın  bayrağını  yalnız  öz  otağında 

asmağa  ixtiyarı  var  idi!  RSFSR  XĠK  çox  vaxt  nümayəndəliyi  saymır,  hətta  onun 

ləğvini  istəyirdi.  Nümayəndəlik  yeddi  Ģöbədə  75  iĢçisi  ilə  beĢ  otaqda  yerləĢirdi. 

Tərkibində  tez-tez  kadr  dəyiĢiklikləri  və  ixtisarlar  baĢ  verirdi,  onların  içərisində 

azərbaycanlılar ermənilərdən də az, bəlkə də 5-10 faiz idi. 

Sibirdə  minlərlə  Azərbaycanlı  yaĢadığından,  Ġrkutskidə  Azərbaycan 

Respublikasının  konsulluğu  bir  müddət  fəaliyyətdə  idi.  1921-ci  ilin  noyabrından 

RSFSR-in  BaĢ  konsulluğu  Bakıda  iĢə  baĢ ladı  və təqribən bir  ildən sonra  bağlandı. 

B.V.Leqran  Azərbaycan,  Gürcüstan  və  Ermənistan  respublikalarında  RSFSR-in 

səlahiyyətli nümayəndəsi təyin edildi. 

Maraqlıd ır  ki, Ġrəvanda sovet hakimiyyəti elan olunandan iki  gün sonra, 

1920-ci  il  dekabrın  2-də,  RSFSR  ilə  Ermənistan  arasında səkkiz  maddədən  ibarət 

müqavilə  bağlandı.  Birinci  maddədə  Ermənistan  müstəqil  sovet  respublikası  elan 

olunurdu. Üçüncü maddədə isə göstərilirdi ki, Rusiya Sovet hökuməti Ermənistan ın 

1920-c i  il  oktyabrın  23-nə  kimi  sahib  olduğu  aĢağıdakı  ərazilərini  -  Ġrəvan 

quberniyasının,  Qars  vilayəti  hissəsinin,  Zəngəzur  qəzasının,  Qazax  qəzası 

hissəsinin,  Tiflis  quberniyası  hissəsinin  "Sovet  Erməni  Respublikasının"  tərkibinə 

daxil  o lduğunu  mübahisəsiz  təsdiq  edir.  Müqavilənin  xüsusi  bir  müddəasında  isə 

regionda  ağır  cinayətlər  törətmiĢ  "erməni  ordusu"nun  komanda  heyətinin  sovet 

hakimiyyəti  Ermənistanda  elan  edilənədək  göstərdikləri  fəaliyyətə  görə 

məsuliyyətdən  azad  olduqları  (heç  bir  məsuliyyət  daĢımadıqları)  həyasızcasına 

qeyd cdilird i. 




Yüklə 5,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə