Azərbaycan 2009-4
MEHDİ HÜSEYN – 100
Vaqif YUSİFLİ
SƏMƏNDƏR QUŞU
MEHDİ HÜSEYN - NASİR VƏ DRAMATURQ
Mehdi Hüseyn haqqında düşünəndə, ilk növbədə, onun bədii nəsri gözlərim qarşısında canlanır.
İlk hekayəsi "Qoyun qırxını"ndan (1927) tutmuş sonuncu romanı "Yeraltı çaylar dənizə axır"a
(1964-1965) qədər böyük bir ədəbi irs qoyan M.Hüseyn XX əsr Azərbaycan nəsrinin görkəmli
nümayəndələrindən biridir. Ədəbiyyat tarixində hər sənətkarın (söhbət iz qoyan sənətkarlardan
gedir-V.Y.) öz yeri var və bu sənətkarlardan birinin də üzərindən xətt çəkmək mümkün deyildir.
Bu mənada XX əsr Azərbaycan nəsrini Mehdi Hüseynin nəsri olmadan təsəvvür etmək bir az çə-
tin olardı. "Abşeron"suz, "Qara daşlar"sız, "Daşqın"sız, "Tərlan"sız bu nəsr qiymətli bir guşə da-
şını
itirərdi.
Mehdi Hüseyn sovet dövründə yaşayıb -yaratmışdı və indi bir çoxları "sosialist realizmi" dövrü-
nə inkar mövqeyindən yanaşsa da, guya həmin dövrü yeni meyarlarla qiymətləndirsə də, biz bu
böyük yazıçıdan itkiyə uğrayası heç nə görmürük. Bəli, həqiqətdir ki, Mehdi Hüseyn bütün yara-
dıcılıq parametrlərinə görə öz dövrünün, zamanının yazıçısı idi və təbii ki, həmin dövrün gerçək-
liklərini əks etdirirdi. Amma necə? Sənətkarlıqla... Bu gün -XXI əsrin Azərbaycan oxucusu
Mehdi Hüseyn nəsri vasitəsilə keçən əsrin əvvəllərində baş verən inqilabi hadisələr, vətəndaş
müharibəsi, Sovet hakimiyyətinin qurulması, kollektivləşmə dövrü, şəxsiyyətə pərəstiş illəri,
İkinci Dünya savaşı, daha sonra dinc quruculuq dövrü barədə müəyyən təsəvvür əldə edəcəkdir.
O oxucu lap qatı antisovetçi olsa belə, Mehdi Hüseynin rəğbətlə təsvir etdiyi inqilabi hadisələri
yaxud kommunist-yazıçı platformasından doğan tendensiyanı inkar etsə belə, sonda yenə qarşıda
bədii
sənətkarlıqla
yaradılan
möhtəşəm
obrazların
durduğunu
təsdiq
edəcək.
Mehdi Hüseyn Azərbaycan nəsrinin yeni bir mərhələsinin banilərindən biri idi. Bu sırada Mirzə
İbrahimovun, Süleyman Rəhimovun, Əbülhəsənin, Mir Cəlalın, Əli Vəliyevin, İlyas Əfəndiye-
vin, Sabit Rəhmanın, Ənvər Məmmədxanlının da adlarını çəkirik və bu yazıçılar doğrudan da
Azərbaycan nəsrini yeni bir məcraya yönəltdilər. Azərbaycan cəmiyyətinin XX əsrdə-Şura inqi-
labından sonrakı reallıqları, ictimai-mənəvi prosesləri ilk dəfə məhz bu sənətkarların əsərlərində
öz
əksini
tapdı.
Onun nəsrindən söz açarkən, ilk növbədə, bu nəsrin milli səciyyəsi üzərində dayanmaq lazımdır.
Dünya ədəbiyyatının incilərinə yaxşı bələd olan M.Hüseyn hər hansı ədəbiyyatın bir başqa ədə-
biyyat üzərində yüksəlməsini arzuolunmaz hal hesab edirdi. O, vəfatından bir neçə gün qabaq
yazdığı "Yeni üfüqlərə doğru" məqaləsində qeyd edirdi ki: "Həqiqi ədəbiyyat unifikasiya yolu ilə
deyil, özünəməxsus milli obrazlar sistemini, milli şəkil zənginliyini və üslub orijinallığını yarat-
maq yolu ilə irəliləyir. "Ölülər" "Müfəttiş"in eyni olsaydı, biz onunla öyünə bilməzdik. Yaxud
"Vaqif" "Puşkin" dramına bənzəsəydi, bizi bu qədər sevindirməzdi. Unutmaq lazım deyil ki, bə-
dii əsərdə müəyyən bir xalqın tarixi ənənələri, təfəkkür tərzi, hiss və duyğuları və hətta dil xüsu-
siyyətləri əks olunur". M.Hüseyn nəsri də məhz bu xüsusiyyətləri özündə əks etdirən bir nəsr idi.
O, nəsrin bütün janrlarında qələmini sınamışdır- hekayə, povest, roman... Özü də, ürəyinə yatdığı
mövzunu hekayədəmi, povestdəmi, romandamı əks etdirməyi müəyyənləşdirməkdə heç bir çətin-
lik çəkməmişdir. 1930-cu ildə nəşr etdirdiyi "Xavər" və "Bahar suları" kitablarındakı ilk hekayə-
ləri qadın azadlığına, Azərbaycan kəndinin inqilabdan əvvəlki və sonrakı mənzərəsinə, cəmiy-
yətdə gedən yeniliklərə həsr edilmişdi. Doğrudur, onun ilk hekayələri sonrakı əsərləri ilə müqa-
yisədə sənətkarlıq baxımından bitkin deyildi, açıq-aşkar təcrübəsizlik və hətta səriştəsizlik hiss
olunurdu. Amma həmin hekayələr M.Hüseynin bilavasitə real həyati müşahidələrindən doğmuş-
du. O zaman Mehdi Hüseynin cəmi iyirmi bir yaşı vardı. Bu hekayələrdə konflikt öz kəskinliyi
ilə seçilirdi, bu konfliktlər sinfi münasibətlər üzərində qurulurdu və çox zaman sinfi münasibətlə-
ri kəskinliyilə qabartmaq bədiiliyə xələl gətirirdi. Məsələn, "Bahar suları" hekayəsinin qəhrəmanı
Qeysər əri Hidayətin əxlaqsızlığına, mənəvi pozğunluğuna qarşı mübarizə aparır, öz hüququnu
müdafiə edir. Müəllif sinfi münasibəti qabartmaq üçün Hidayətin inqilabdan əvvəl bolşeviklərə
qarşı vuruşduğunu yada salır, onun "ifşası" bir qəzet məqaləsində öz əksini tapır. "Xavər" heka-
yəsində də yenə ər-arvad konflikti ortaya qoyulur. Şura sədri vəzifəsinin öhdəsindən gələ bilmə-
yən, bu vəzifədə ikən rüşvət alan Çərkəz elə öz evindəcə "ittiham" olunur - "Siyasət bunu tələb
edir" deyə arvadı Xavər və oğlu ondan üz döndərirlər, iş kənd şurasına çıxarılır və Çərkəz həbs
olunur. Onun yerinə isə Xavər seçilir. Göründüyü kimi, hər iki hekayədə siyasilik aparıcı xəttə
çevrilir. Təbii ki, bu günün ictimai-siyasi, lap elə ədəbi meyarları ilə yanaşdıqda, bu hadisələr
gülünc təsir bağışlayacaq. Amma bu, o dövrün diqtəsi idi və təkcə M.Hüseynin deyil, digər yazı-
çıların da hekayələrində oğulun ataya, qadının öz ərinə, yaxud qardaşın öz qardaşına qarşı belə
açıq
mübarizəsi
təbii
idi,
quruluşun
özündən
doğan
bir
hal
idi.
Mehdi Hüseyn öz hekayələrində inqilabdan əvvəlki dövrün hadisələrini də təsvir edirdi və qeyd
edək ki, onun bu mövzuda yazdığı əsərlər daha təsirli və emosional idi, bədiilik baxımından da
uğurlu idi. Məsələn, "Kor at" hekayəsində Süleyman bəy cıdır yarışında birinciliyi ələ alan Kərə-
mi
qətlə
yetirir,
bu
səhnə
oxucunu
sarsıdır.
Mehdi Hüseynin hekayə yaradıcılığı sonrakı illərdə də davam edir. Onun müharibə illərində yaz-
dığı "Nişan üzüyü", "Bəxtiyar", "Satqın", "Qanlı sular", "Dost", "Çiçəklər" hekayələri xüsusilə
maraq doğurdu. Bu hekayələrdə müharibə, ölüm-dirim savaşı ilə bağlı insanların psixologiyasın-
da yaranan dəyişikliklər daha çox diqqəti cəlb edir. "Bəxtiyar" hekayəsində iki Bəxtiyar üz-üzə
gəlir. Onlardan biri igid Bəxtiyardır ki, on bir faşistlə döyüşdən qalib çıxmışdır. İkinci Bəxtiyar
isə ani zəiflik nəticəsində vuruşdan çəkinmiş, indi xəcalət içində başını aşağı salmışdır. O bilir
ki, bununla nəinki özünü gözdən salmış, millətinin də adına yamanlıq gətirmişdir. "Mən azərbay-
canlı adını üstümdən götürməyə heç vaxt razı olmaram... İzin verin, günahımı öz qanımla yu-
yum" deyib, döyüşə yollanır, bayrağı təpənin zirvəsinə sancaraq qəhrəmanlıqla həlak olur.
Müharibə illərində ədəbiyyatımızda geniş epik lövhələrlə müşayiət olunan romanlar, povestlər,
demək olar ki, barmaqla sayılacaq qədərdi. Bunun da öz səbəbləri vardı. Müharibə dövrü həqi-
qətlərini əks etdirmək üçün operativ janrlar (şeirlər, publisistik məqalələr, cəbhə xatirələri) daha
çox "hərəkətdə" idi. Amma Mehdi Hüseyn müharibənin son illərində "Fəryad" povestini qələmə
aldı. Povestdə, demək olar ki, döyüş səhnələri təsvir olunmur, amma bu əsər müharibə və onun
törətdiyi faciələr haqqında bitkin bir təəssürat yaradır. Əsərdə hadisələr Krımın kiçik sahil şəhər-
lərinin birində cərəyan edir, Qızıl Ordu hissələri müvəqqəti olaraq bu şəhəri tərk ediblər. Şəhərin
sakinləri ümidsizliyə qapılıblar. Qoca rəssam Levin də onlardan biridir. O, faşistlərin törətdiyi ci-
nayətlərin şahidi olur, qəlbində intiqam hissləri alovlanır. Düşmənlər ona faşistlərin "zəfərini"
təsvir edən bir tablo çəkməyi təklif edirlər. Levin isə "Fəryad" adlı antifaşist tablo yaradır və bu-
na görə güllələnir. Əsər haqqında görkəmli tənqidçi Məmməd Arif gözəl bir məqalə yazmış, po-
vestin uğurlu və həm də nəzərə çarpan qüsurları barədə öz təəssüratlarını bildirmişdi. M.Arif ya-
zırdı: "Fəryad" povesti mənəvi qəhrəmanlıq povestidir. Vətən müharibəsinə həsr edilmiş nəsr
əsərləri içərisində bu povest öz mövzu və ifadə üsulu etibarilə yenidir".
Mehdi Hüseynin nəsr yaradıcılığında elə bir nümunənin adını çəkə bilərik ki, həmin nümunə
Azərbaycan hekayə sənətində həmişə örnək hesab edilir, bu janrda yazılmış əsərlərdən söz dü-
şəndə onun da adı birincilər sırasında çəkilir. Bu, ədibin "Rəqiblər" hekayəsidir. Həmin hekayə
sovet dövründə yazılsa da, əslində, bu hekayə ilə yazıçı sovet quruluşunun yaratdığı qüsurları
tənqid hədəfinə çevirir. Əsas mətləb heç də istehsalat problemi deyil. Yazıçı iki insanın - iki qüv-
vətli xarakterin mənəvi çarpışmasını bədii konfliktin mehvərinə çevirir. İki qocaman neftçi -
Heybət və Pirvəli - iki dost indi bir-birinə qənim kəsilmişlər. Hətta Pirvəli "onun qanını içsəm, uf
da demərəm" söyləyir. Münaqişənin əsasında isə cəmiyyətin - sosializm quruluşunun yaratdığı
əngəlliklər durur. Usta Heybət Sosialist Əməyi Qəhrəmanı pilləsinədək bir yol keçib, radio, mət-
buat, televiziya ondan danışır, deputat seçilir. Amma eyni nailiyyətləri qazanan usta Pirvəlisə
unudulur. Hekayənin sonluğu isə bu mübahisəyə bir hüzn və ələm gətirir. Usta Heybət dənizdə
həlak olur. Çoxlarının gözləmədiyi halda usta Pirvəli rəqibinin cənazəsi önündə hönkür-hönkür
ağlayır.
Mehdi Hüseyn Azərbaycan nəsrini bir sıra povest və romanlarla da zənginləşdirmişdir. Bu po-
vest və romanların bir çoxu təkcə onun deyil, ümumən Azərbaycan sovet nəsrinin də keçdiyi yo-
lu izləmək baxımından maraq doğurur. Belə ki, 1931-1935-ci illərdə Mehdi Hüseyn "Daşqın" ro-
manını yazır. Bu, Azərbaycan sovet romanının ilk nümunələrindən biri idi. Həmin illərdə yazıl-
mış romanların əsas mövzusunu isə Sovet hakimiyyəti uğrunda gedən mübarizə təşkil edirdi.
Otuzuncu illərdə o, "Tərlan" romanını da yazdı. Bu əsərdə Azərbaycanda kollektivləşdirmə uğ-
runda gedən mübarizə təsvir olunurdu. Həmin illərdə qələmə alınan "Kin" povestində isə müəllif
inqilab ərəfəsində olan bir Azərbaycan kəndini təsvir edir, iki gəncin sevgisindən söz açır, mə-
həbbətin heç bir maneəyə baxmayaraq qalib gəldiyini, feodal-patriarxal həyat tərzinin sarsıldığı-
nı göstərir. Əlbəttə, bu əsərlərdə o dövrün həqiqətlərinin yeni quruluşun - sosializm cəmiyyətinin
mövqeyindən təsvir olunması bizi o qədər də maraqlandırmır. Bizi maraqlandıran odur ki, bu
əsərlərdə canlı, həyati insan obrazları var. Mehdi Hüseyn bu obrazları çox real və inandırıcı təs-
vir
edirdi.
Mehdi Hüseyn Azərbaycan tarixi nəsrinin də inkişafında mühüm rol oynamışdır. Onun "Komis-
sar" povesti, "Səhər" romanı tarixi mövzudadır. Bu əsərlərdə də o, inqilabi hadisələri, bu hadisə-
lərdə ayrı-ayrı şəxsiyyətlərin rolunu diqqət mərkəzinə çəkmişdir. Öncə dediyimiz bir fikri bu
əsərlər barədə də söyləyə bilərik: onun əsərlərində müxtəlif siniflərin nümayəndələri üz-üzə gəl-
sələr də, bolşeviklərə rəğbət, kapitalistə nifrət təbliğ olunsa da, yazıçı canlı, yaddaqalan, unudul-
mayan insan xarakterləri yaratmışdır. M.Hüseyn təkcə tarixi nəsr nümunələri yaratmaqla kifayət-
lənməmiş, tarixi nəsrin səciyyəvi xüsusiyyətlərini əks etdirən məqalələr də yazmışdır. Məsələn,
onun "Yazıçı və tarix" məqaləsi bu gün də öz aktuallığını saxlayır. Həmin məqalədə M.Hüseyn
yazırdı: "Əgər tarixçi ayrı-ayrı faktlar əsasında müəyyən elmi nəticələr çıxarmaq yolu ilə gedirsə,
yazıçının çıxardığı nəticələr bədii surətdə əks etdirilən hadisələrin ümumi məntiqindən, fərdiləş-
dirilmiş insan surətlərinin bir-birinə qarşı münasibətindən doğur. Tarixçi dövrün ümumi ictimai
münasibətlərini əks etdirirsə, yazıçı ən çox dövrün psixologiyasını təşrih edir. Tarixçi psixoloq
deyildir. Lakin sənətkar psixoloq olmalıdır. Bunsuz tarix elmi yaransa da, tarixi-bədii əsər yarana
bilməz". Bu mülahizələrə M.Hüseyn tarixi mövzuda yazdığı nəsr əsərlərində, həmçinin pyeslə-
rində
də
riayət
etməyə
çalışırdı.
Bu məqamda biz onun "Nizami", "Cavanşir" və "Şeyx Şamil" tarixi pyesləri haqqında qısaca söz
açmaq
istəyirik.
Mehdi Hüseyn dramaturgiyaya Böyük Vətən müharibəsindən əvvəl tamaşaya qoyduğu "Şöhrət"
pyesi ilə gəlmişdi. Sonra İlyas Əfəndiyevlə birgə "İntizar" dramını yazmışdı. Daha sonra Ə.-
Məmmədxanlı ilə müştərək "Fətəli xan" kino-dramını qələmə almışdı. Deməli, bu janrda müəy-
yən təcrübə qazanmışdı. Tarixi mövzuda dram əsərləri yazmağa onu hansı mənəvi qüvvə təhrik
edirdi? İlk növbədə, onun tarixə, tarixi şəxsiyyətlərə və hadisələrə müasirlik mövqeyi aydın du-
yulurdu. Mehdi Hüseynin "Yazıçı və tarix" məqaləsinə bir daha qayıdaq. Həmin məqalədə
M.Hüseyn sanki bir neçə ildən sonra yazacağı "Nizami" pyesinə işarə edib yazmışdı: "Nizami
dövrünün ədəbi dili Azərbaycan dili də ola bilərdi, çünki Nizamiyə qədər xalqımız "Dədə Qor-
qud" dastanını yaratmışdı. Heç də təsadüfi deyildir ki, şirvanşahlar hər zaman Kəyan nəslindən
olduqlarını iddia edirdilər. Şirvanşahların mənşəyi haqqında rəylər onların azərbaycanlı olduqla-
rını təsdiq edir. Lakin yazıçı onların siyasətinə tamamilə haqq verməyə məcbur deyildir, çünki
Şirvanşah sarayının Nizamiyə münasibətindən bəhs edən yazıçı, Nizaminin dövlət haqqında gö-
rüşləri ilə rəsmi dövlət xadimlərinin görüşündəki fərqi və onların arasındakı ixtilafı pərdələyə
bilməz.
Bunsuz
roman
və
ya
dram
əsəri
yarana
bilməz".
"Nizami" pyesində M.Hüseyn dahi şairin yalnız gənclik illərini təsvir etmişdir. Amma onu böyük
vətənpərvər və böyük insan kimi canlandırmağa elə bu qısa zaman kəsiyi də kifayət edir. Pyesdə
Nizami bir şəxsiyyət kimi dövrünün şahlarından, hökmdarlarından böyükdür. Müəllif onun şəx-
sində xalq müdrikliyini təcəssüm etdirmişdir. Həmin dövrdə bir çox müəlliflər (Mirzə İbrahi-
mov, Məmməd Arif, Əkbər Ağayev) haqlı olaraq qeyd edirdilər ki, bu əsərlə S.Vurğunun "Va-
qif" pyesi arasında üzvi bir yaxınlıq var, hətta "Nizami"ni də tarixi-qəhrəmanlıq dramı kimi təq-
dim edirdilər və, əlbəttə, bu məsələdə haqlı idilər. Çünki "Vaqif"də olduğu kimi, "Nizami" pye-
sində də xarici işğalçılara qarşı mübarizə motivi aparıcı xətti təşkil edirdi. Vaqif kimi Nizami də
bu mübarizədə xalqa mənəvi dəstək olur. "Nizami"dən sonra M.Hüseyn "Cavanşir" pyesini qələ-
mə alır və bu əsərdə də "Nizami"dəki ideyanı davam etdirir. Ancaq fərq orasındadır ki, "Cavan-
şir"də o, ağıllı bir şah və sərkərdə obrazını yaradır. "Şeyx Şamil" pyesinə gəldikdə isə M.Hüseyn
xalqın azadlıq mübarizəsini canlandırır, Şeyx Şamilin simasında rus istilasını qəbul etməyən mə-
tin bir sərkərdə və din rəhbəri obrazını dramaturgiyaya gətirməklə əvvəlki iki pyesdəki tarixi
qəhrəmanlıq ruhuna sadiq qalır... Təəssüf ki, bu pyes məlum səbəblərə görə tamaşaya qoyulmur.
Mehdi Hüseynə böyük şöhrət qazandıran, onu təkcə Azərbaycanda deyil, o zaman bütün SSRİ
miqyasında tanıdan əsər isə "Abşeron" romanı oldu. Bu romanın məziyyəti nədə idi? Birincisi,
romanın yazılmasında dövrün, zamanın müəyyən diqtəsini duysaq da (unutmayaq ki, Mehdi Hü-
seyn sovet ədəbiyyatının görkəmli mübəlliğlərindən biri idi, o, bu ədəbiyyatın ideyalılığı uğrun-
da daim mübarizə aparırdı və öz bədii əsərlərində buna riayət etməyə çalışırdı), əsər real həyatı
sənətkarlıqla əks etdirmək baxımından parlaq bir nümunə idi. Doğrudur, istehsalat xətti, neftçilə-
rin peşə fəaliyyətinin, onların gördükləri işin bəzən yerli-yataqlı təsvir edilməsi romana bir texni-
sizm gətirirdi, amma canlı insan xarakterlərinin təsviri bütün bunları unutdururdu. İkincisi, "Ab-
şeron" romanı Azərbaycanı və Bakını, onun maddi sərvəti olan nefti dünyaya tanıtmaq mənasın-
da çox böyük əhəmiyyətə malik idi. Belə əsərlərin sayı isə o zaman çox az idi. Üçüncüsü, Böyük
Vətən müharibəsindən sonra kəndli cavanların şəhərə - Bakıya axını başlanmışdı və M.Hüseyn
üçün bu proses çox maraqlı mövzu idi. M.Hüseyn bu cavanların daxili-mənəvi təkamülünü izlə-
yib onların yeni mühitə necə uyğunlaşdığını izləmək üçün tez-tez neft mədənlərində olurdu. O,
Tahir obrazını da məhz bu daxili-mənəvi təkamül prosesindən keçirə-keçirə qəhrəman səviyyəsi-
nə yüksəldir. Mərhum yazıçımız İsmayıl Şıxlı "Mehdi Hüseyn" adlı məqaləsində yazırdı: "Mehdi
Hüseyn Bakı neftçilərinin həyat və mübarizəsini əks etdirə biləcək iri həcmli kamil bir əsər yaz-
maq qərarına gəlir. Bunun üçün də uzun müddət neft mədənlərində fəhlələrin həyatını, əhval-ru-
hiyyəsini öyrənir. Geoloq Ağaqurban Əliyev bunları xatırlayaraq yazır: "Mehdi ilin hər fəslində,
hər cür havada dəniz buruqlarına gələrdi. O, təcrübəli qocaman neftçilərlə söhbət edər, cavan
fəhlələrin işinə saatlarla tamaşa edərdi". O dövrdə yazılmış bir çox əsərlərdən fərqli olaraq
M.Hüseyn təqdim etdiyi obrazı çətinliklərdən, burulğanlardan keçə-keçə təsvir edirdi. Əsər haq-
qında o zaman Z.Kedrina, K.Zelinski, Q.Korabelnikov, L.Klimoviç, P.Skosıryev, N.Çertova ki-
mi tanınmış rus müəllifləri, həmçinin S.Vurğun, M.Arif, M.İbrahimov müsbət fikirlər söylədilər,
onu təkcə Azərbaycan ədəbiyyatının deyil, bütün sovet ədəbiyyatının nailiyyəti kimi qiymətlən-
dirdilər. Biz bu yubiley yazısında "Abşeron" romanını təhlil eləmək, onun çağdaş ədəbiyyatımız
üçün də bir nümunə olduğunu sübut eləmək fikrində deyilik. Ancaq bu əsərin neçə nəslin mənəvi
inkişafında
böyük
rol
oynadığını
xatırlatmaq
istərdik.
Əllinci illərdə Stalinin şəxsiyyətə pərəstiş kultu aradan qaldırıldı və ölkədə az-çox demokratik
əhval-ruhiyyə yarandı. "Abşeron"un davamı olan "Qara daşlar"da, daha sonra "Alov" pyesində
M.Hüseyn bu əhval-ruhiyyəni əks etdirən ilk yazıçılardan oldu, "Yeraltı çaylar dənizə axır" ro-
manında isə stalinizmin Azərbaycana vurduğu maddi və mənəvi zərbələri yenə də ilkin olaraq
bədii ədəbiyyata gətirdi.
Dostları ilə paylaş: |