ŞİMALİ AZƏRBAYCAN 20-Cİ ƏSRİN ƏVVƏLİ.
NEFT SƏNAYESİ.
Azərbaycan, Bakı öz nefti ilə dünya
şirkətlərini, iş adamlarını XIX əsrin ikinci
yarısı, XX əsrin əvvəllərindən cəlb etmiş
və bir çox xarici şirkətlər burada uğurlu
fəaliyyət göstərmiş, neft hasilatını təmin etmişlər.
Heydər Əliyev
Azərbaycan dünyada neftin tarixi vətənidir. Hələ orta əsrlərdə ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğu, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti barədə bəhs ediblər. Mənbələrdə italyan səyyahı Marko Polonun (XIII-XIV əsrlər) Bakı neftinin yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Olearinin (XVII əsr) Bakıdakı neft quyuları, türk səyyahı Evliya Çələbinin isə (XVII əsr) neft mədənləri, neftin İrana, Orta Asiyaya, Türkiyəyə və Hindistana aparılması və neftin illik gəlirləri ilə bağlı məlumatlarına rast gəlinir. Balaxanıdakı neft quyularından birində aşkar edilmiş daş üzərindəki yazıda quyunun (35 m dərinliyində) hələ 1594-cü ildə usta Allahyar Məmməd Nuroğlu tərəfindən qazılıb istifadəyə verildiyi göstərilir. Əmin Əhməd Razinin (İran, 1601) məlumatına görə, XVI əsrin əvvəllərində Bakı ətrafında 500-ə qədər belə neft çalaları və quyusu mövcud idi ki, bunlardan da həm "qara", həm də "ağ" neft çıxarılırdı. 1683-cü ildə İsveç səfirliyinin katibi kimi Abşeron yarımadasında Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olan alman səyyahı, həkim və təbiətşünası Engelbert Kempfer neftin Abşeron yarımadasından İrana, Orta Asiyaya və Şimali Qafqaza aparılmasını təsvir edib. Məlumatlara görə 1803-cü (1798) ildə Bakı sakini Qasımbəy Mənsurbəyov Bibiheybət yaxınlığında, dənizdə, sahildən 18 m və 30 m aralı iki neft quyusu qazdırıbmış.
Azərbaycanda XX əsrin əvvəllərindən başlayaraq inkişaf edən və Azərbaycan Respublikasının iqtisadiyyatında əhəmiyyətli rolu olan sahə. Neft sənayesi əsas etibarilə Bakı ətrafında cəmləşib.
Ölkədə əsl neft bumu XIX əsrin sonu – XX əsrin əvvəllərinə təsadüf edir. Həmin dövrdə Rotşild və Nobel qardaşları, eləcə də Rusiya imperiyasının neft sənayeçiləri Bakı nefti sayəsində inkişaf edirdi. Sonra isə neft yataqlarının işlənməsi və hasilatı məsələlərinə Moskvada oturan Partiya funksionerləri rəhbərlik edirdilər.
Rotşildlər və Nobel qardaşları kimi əsas investorların gəlişi ilə 20-ci əsrin əvvəllərində kapital axını Azərbaycanda neft hasilatının xeyli artırılmasına və xidmət sahəsində çevik artıma səbəb oldu. Bu artım dövrü Bakının memarlığında güclü izlər buraxdı, bunun sayəsində inzibati, sosial və bələdiyyə müəssisələri yaradıldı, neft baronları tərəfindən dəbdəbəli saraylar inşa edildi.
1901-ci ildə Azərbaycan 11,5 mln ton neft hasil edərək dünyada birinci yerə sahib olmuşdu. 1920-ci ildə mayın 27-də dərc edilmiş dekret əsasında neft sənayesi milliləşdirildi. Respublika xalq təsərrüfatının əsas sahəsi olan neft sənayesinin milliləşdirilmiş müəssisələrinin idarə olunması və milliləşdirmənin qaydasının müəyyən edilməsi Azərbaycan Neft Komitəsi tərəfindən həyata keçirilirdi. Azərbaycan neftçiləri əzablı və gərgin əmək sayəsində əldə etdikləri 3 milyon tonadək nefti 1920-ci ilin sonunadək Rusiya SFSR-inə göndərmiş , beləliklə , onun iqtisadiyyatının dirçəlməsinə, müdafiəsinin təmin edilməsinə əsaslı zəmin yaratmışdır. VIII Ümumrusiya Sovetlər qurultayı əmək hünərinə görə Azərbaycan neftçilərini ilk "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif etməyi qərara aldı.
1921-ci ildə respublikanın sənaye istehsalı 1913-cü ilin istehsal səviyyəsinin 43 faizini təşkil edirdi. 1918-ci ildən 1921-ci ilə qədər Bakıda neftçi fəhlələrin sayı azalaraq 52 mindən 23 minə enmişdi.[9] Bakı neft sənayesi xüsusilə ağır vəziyyətdə idi. Neft istehsalı üç dəfə azalmışdı, 1913-cü ildə istehsal edilmiş 7,3 milyon tondan 1920/21-ci təsərrüfat ilində 2,4 milyon tona enmişdi ki, bu da müharibədən əvvəlki səviyyənin 33,4 faizini təşkil edirdi.[9] Yeni neft quyularının qazılması demək olar ki, tamamilə dayanmışdı. 40 neft emalı zavodundan yalnız 18-i fəaliyyətdə idi, onlar da lazımi avadanlıq və xammal çatışmazlığı üzündən fasilə ilə iləyirdi. Neft emalı 3,5 dəfəyə qədər azalmışdı. Həmin ildə, Türkiyənin Bakıdakı səfiri Mahmud Şövkət bəy 1921-ci ilin aprelində Azərbaycan XİK-dən inqilabi Türkiyəyə iqtisadiyyat, neft sahəsində yardım göstərilməsini xahiş etdi. Tezliklə Azərbaycandan Türkiyəyə neft məhsulları göndərildi.
Bibiheybətdə ilk neft yatağları
1921-ci ilin əvvəllərində neft sənayesi ağır vəziyyətdə idi, vəsait çatışmazlığı üzündən, hətta Mərkəzi Sovet dövlətinin gücü ilə də onun yaxın zamanda bərpası mümkün olmadığından neft mədənlərini xarici kapitalistlərə konsessiyaya vermək məsələsi ortaya çıxdı. Azərbaycan neftinin taleyi əsasən Mərkəzi hakimiyyətin əlində idi. 1921-ci il fevralın 1-də RSFSR Xalq Komissarları Soveti qərar çıxardı: Bakının və Qroznının ayrı-ayrı neft rayonlarının, həmçinin başqa mədənlərin konsessiyaya verilməsi əsas etibarilə bəyənilsin. Rusiya XKS-i Ümumrusiya Xalq Təsərrüfatı Şurasına tapşırdı ki, neft çıxarmağı təmin etmək və mədənlərin indiki istismarı zamanı yarana biləcək fəlakətlərin səbəblərini öyrənmək üçün Bakıya və Qroznıya komissiyalar göndərsin.
Lakin Bakı fəhlələri arasında belə bir inam var idi ki, onlar öz mədənlərini konsessiyaya vermədən özləri bərpa edə bilərlər. Bu məsələ 1921-ci ilin ortalarında Moskvada keçirilmiş müşavirədə Bakı neftçilərinin nümayəndəsi – Mədən Fəhlələri Həmkarlar İttifaqı MK-nın sədr müavini M.E.Sapunovun məruzəsində qaldırılmışdı. Bu fikirlə tanış olan Vladimir Lenin onu kifayət qədər inandırıcı hesab etməmişdi. Buna görə Bakı neftçiləri öz nümayəndəsini — AHİŞ Rəyasət Heyətinin üzvü A.Nikişini Leninin görüşünə göndərərək, konsessiyalar haqqında müqavilənin bağlanmasını ləngitməyi xahiş etmiş və mədənləri öz qüvvələri ilə bərpa etməyə söz vermişdilər.Onlar verdikləri sözə əməl etdilər. 1921-1922-ci illərdə Bakı fəhlələrinin istehsalat uğurları göstərdi ki, o zaman xarici kapitalın iştirakı olmadan da neft sənayesini dirçəltmək mümkündür. Bakı fəhlələrinin qəhrəmancasına əməyi nəticəsində 1922-ci ildə neft hasilatı artmağa başladı. Hələ 1922-ci
ildə Bakıda mühəndis M.A.Kapelyuşnikov fırlama -qazıma üçün ilk səmərəlimühərrik yaratdı (Kapelyuşnikov turboburu).
1924-cü ildə Bakı mühəndisi Matvey Kapelyuşnikovun icad etdiyi turbobalta ilə Suraxanıda dünyada dərinliyi 600 metrə yaxın olan ilk neft quyusu qazılmışdır. Neft quyularının istismarı sahəsində dartayçının ağır, az məhsuldar əməyini əvəz edən dərinlik nasosu və kompressorlar tətbiqilə neft quyularının yeni üsulla istismarına Bibiheybət, Suraxanı və Sabunçu neft mədənlərində başlandı. İlk dəfə 1923-cü ilin iyununda Bibiheybətdə tətbiq olunan bu üsulla oktyabr ayında 7 quyudan 25,5 min pud, 1925-ci ilin mayında isə 332 quyudan 3
milyon 812 min pud neft çıxarılmışdı. 1924-cü ildə dünyada ilk dəfə Bibiheybət körfəzində ada tipli və svaylar üzərində qurulmuş dəniz quyusundan (№71) sənaye üsulu ilə neft alınmışdır. Azərbaycanda neft sənayesi 1920-ci ildə milliləşdirildikdən sonra Naftalan neftinin qazma yolla çıxarılmasına başlanmışdır. Eyni zamanda 1928-ci ildən etibarən Azərbaycanda Naftalan neftinin müalicəvi əhəmiyyətini öyrənmək üçün tədqiqat işləri aparılmışdır. Fırlama üsulu ilə qazımanın xüsusi çəkisi 1927/28-ci ildə 81,8 faizə çatdı . Qazımada turbin üsulu da tətbiq edildi və artıq 1927/28-ci ildə bütün qazıma işlərinin 90 faizi fırlama və turbin üsulları ilə görülürdü. Bu üsulların mənimsənilməsi sayəsində qazıma işinin həcmi 1927/28-ci ildə 1923-cü ildəki 171,3 min metrdən 260,6 minmetrə çatmışdı. Dərinlik nasoslarının tətbiqi neft hasilatı prosesinin geniş mexanikləşdirilməsinin başlanğıcı oldu, minlərlə dartayçının ağır əl əməyindənazad edilib içi qüvvəsinə tələbat olan başqa sahələrə göndərilməsinə imkan yaratdı. Dərinlik nasoslarının tətbiqi neft hasilatı prosesinin geniş mexanikləşdirilməsinin başlanğıcı oldu, minlərlə dartayçının ağır əl əməyindən azad edilib işçi qüvvəsinə tələbat olan başqa sahələrə göndərilməsinə imkan yaratdı.
Neft emalı istehsalı sahəsində yenidənqurma işinə 1927-ci ildə başlandı.
Sənayenin bu sahəsi həm yeni müəssisələrin tikilməsi, "həm də köhnə zavodların yeni avadanlıqla tamamilə təchiz edilməsi ilə inkişaf etdirilirdi. SSRİ-də ilk böyük borulu ağ neft-benzin zavodu, kükürd turşusu, karbit, yağ və krekinqzavodları 1927- 1928-ci illərdə Bakıda tikildi.
Neftayırma sənayesi əvvəllər başlıca olaraq işıqlandırıcı ağ neft emalına
yönəlmişdisə, artıq 1926-cı ildən etibarən benzin istehsalına daha çox diqqət verilir. Neftayırma istehsalı sahəsinə benzinin yerli mühəndislərin işləyib hazırladıqları fasiləsiz təmizlənməsi üsulu tətbiq olundu. Bu, benzinin duru neft məhsullarından ayrılmasını xeyli artırmağa imkan verdi.
1929–1934-cu illərdə Bakıda Vladimir Şuxov, Matvey Kapelyuşnikov və Fətulla bəy Rüstəmbəyov tərəfindən boruşəkilli krekinq qurğusu ixtira edilmişdir. Həmin qurğuda həyata keçirilən proses dünya neft tarixinə "sovet krekinqi" adı ilə düşmüşdür.1930-cu ildə Bakıda ilk dəfə olaraq elektrik karotaj və qazmada əyriliyin ölçülməsi tətbiq edilmiş, həmçinin qazmanın əyriliyini ölçmək üçün cihazların istifadəsinə başlanılmışdır.
1934-cü ildə Pirallahı adasında ilk dəfə olaraq maili istiqamətli quyu qazılmışdır. Bayılda Ağa Nemətulla tərəfindən icad edilmiş turbin üsulu ilə 2000 metr dərinlikdə maili quyu qazılıb istifadəyə verilmişdir.1940-cı ildə Qala və Suraxanı sahələrində SSRİ-də ilk dəfə olaraq elektrik mühərriki ilə dərinliyi 2500 metr olan neft quyusu qazılmışdır. 1938-ci ildə Azərbaycan Elmi-Tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institutunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır.
Bibiheybət, Suraxanı, Sabunçu mədənlərində yeni elektrik motorları quruldu.
Mədənlər 1920/21 -ci ildə 765 ədəd 228,1925/26-cı I il sentyabrın sonunda isə 3371 ədəd elektrik motoru almışdı229 və beləliklə, mədənlərdə işlənən buxar enerjisi ucuz elektrik enerjisi ilə əvəz edildi. Artıq 1925-ci ilin sentyabrında Azərbaycanda hasil edilmiş bütün neftin 87,1 faizi elektrik enerjisi ilə çıxarılmışdı. 1928-ci ilin əvvəllərində istismarda olan neft quyularının 96,1 faizində elektrik motorları işləyirdi. Səmərələşdirmənin gedişində Azərneftin təsərrüfatı inkişaf edir, qaz istehsalı və istifadəsi artırdı. Neftin buxarlanması və qaz axınının qarşısını almaq üçün neft quyularının qapalı istismarına başlandı. İnqilaba qədər qaz ancaq qaz quyularından hasil edilirdi, sovet dövründə isə əsas yeri fontan quyularından püskürən qaz tuturdu. Bunun sayəsində qaz istehsalı 1920/21-ci ilə nisbətən 1925/26- cı ildə yeddi dəfədən çox artdı. Texniki yenidənqurma neft hasilatını da
1927/28-ci ildə xeyli artıraraq onu 7 milyon 573,8 tona, başqa sözlə 1913-cü il səviyyəsinin 102,6 faizinə çatdırmağa imkan verdi .
Neft hasilatının sürətlə çoxalması onun emalını 1928/29-cu ildə 76 mln
tona qaldırdı.
Texniki yenidənqurma Azərbaycan neftçilərinin xarici ölkələrdəki
texniki yeniliklərlə tanış olmalarına imkan yaratdı. O vaxt Azərneftin
mütəxəssisləri və ixtisaslı fəhlələrdən ibarət bir qrup 1924-cü ildə tanınmış neft ustası Quliyev Pirinin başçılığı ilə ABŞ-a - Pensilvaniya və Kaliforniya ştatlarına ezam edildi. Onların arasında buruq ustası, yeddi mədən maşinisti, həmçinin çilingər, tikinti fəhlələri və başqaları var idi. Sənayenin elektrikləşdirilməsi zamanı mədənlərə xüsusi diqqət yetirildi.
Neft sənayesinin bərpa edilməsində xidmətlərinə görə 1925-ci ilin
mayında Azərbaycan MİK Rəyasət Heyəti 16 nəfər Bakı neftçi - fəhlə və
mühəndisini A zərbaycan SSR-in Qırmızı Bayraq ordeni ilə təltif etdi. Onların arasında Sabunçu çilingəri Dadaş Dəmir oğlu, Bibiheybət tormozçusu Qara Mirzə Sadıq, Suraxanı qazmaçısı Qaflan, neftayırma fəhlələri Oskokin və Əli Xudat, Ramana dülgəri Vavilov, Binəqədi maşinisti Rakov, mühəndis M.A.Kapelyuşnikov var idilər. Eyni zamanda SSRĠ MİK-in qərarı ilə Azərneftin 11 rəhbər işçisi, o cümlədən Azərneftin rəisi A.P.Serebrovski, onun müavini M.V.Barinov və F.A.Rüstəmbəyov da Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olundular.
Azərbaycan neft sənayesinin bərpası bütövlükdə Zaqafqaziya və SSRİ-nin xalq təsərrüfatı üçün çox əhəmiyyətli idi. 1925-ci ildə neft sənayesinin məhsulu ZSFSR sənayesinin bütün ümumi məhsulunun yarısını təşkil edirdi.
Ölkənin başlıca yanacaq bazası olan Bakı bütün İttifaqda istehsal olunan neftin67 faizini verirdi.
Bakı neft mədənlərinin dirçəldilməsi nəinki bütün ölkəni duru yanacaqla
təmin etməyə, eyni zamanda külli miqdarda gəlir gətirən neftin ixracının fasiləsiz artmasına imkan yaratdı. 1924/25-ci ildə Bakı neftinin ixracı 1913-cü ildəki səviyyəni ötdü. Neft məhsullarının ixracı öz xüsusi çəkisinə görə SSRİ-nin ümumi ixracatında birinci yeri tuturdu. Yalnız 1924/25-ci ildə neft ixracından əldə edilən 65,4 mln manat xalis gəlirin 239 38,5 mln manatı Azərbaycan neftinin
payına düşürdü.
Ancaq ağır zəhmətlə çıxarılan milli sərvətdən, - "qara qızıl"dan
respublikanın ehtiyacı üçün cüzi "pay" ayrılırdı. Belə ki, 1923-3 ildə Azərbaycan SSR XKS-nin sərəncamında qalan və respublika büdcəsinə daxil olan neft fondu neft istehsalının cəmi on faizini təşkil edirdi. Azərbaycanın neft məhsullarının satışından əldə edilən gəlirdən respublika büdcəsinə ayrılan payın azlığı onun xalqına qarşı ədalətsizlik idi.
N.Nərimanov Moskvaya göndərdiyi məktub və teleqramlarında dəfələrlə belə vəziyyətin dəyişməsini tələb etmiş, hər vasitə ilə respublika büdcəsinə ayrılanməbləğin artırılmasına çalışmışdı. Lakin bu məsələlərin həllinə Azərneftinşovinist ruhlu rəhbərliyi heç bir maraq göstərmir, əksinə bir növ mane olurdu.
N.Nərimanov A.P.Serebrovskinin diktator, amirlik hərəkətlərini tənqid edərək göstərirdi ki, o, "Azərnefti monarxiyaya çevirmidir". A.Serebrovskinin və onunsilahdaşlarının ayrı-seçkilik yaradan rəhbərlik xətti Azərbaycan neftçilərinin çox vaxt haqlı narazılığına səbəb olsa da, Mərkəzi də təmin etdiyi üçün dəyişməz qalırdı.
İkinci dünya müharibəsi
İkinci dünya müharibəsi Azərbaycandan uzaq şimali-qərb regionlarında başlansa da, Hitler neftlə zəngin olan Bakını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. 1941-ci ildə Azərbaycanda 23,5 mln ton neft çıxarılmışdır ki, bu da bütün Sovet İttifaqında hasil olunan neftin 71,4%-ni təşkil etmişdir. Belə yüksək hasilat SSRİ-nin İkinci dünya müharibəsindəki qələbəsini təmin etmiş, xalq təsərrüfatının qarşısında duran bir çox məsələlərin həllində neftin xüsusi rolunu daha da artırmışdır.
Müharibə şəraiti ortaya yeni-yeni çətinliklər atırdı. 1942-ci ildə Qafqaz ərazisində döyüşlər getdiyindən Bakıda neft quyularının fəaliyyəti müvəqqəti olaraq dayandırıldı. Abşeron yarımadasında yeni yataqlar işə salınmadı. Bundan əlavə, istehsal olunmuş xammalı və neft məhsullarını Şimali Qafqaz və Volqa çayı ilə daşımaq mümkün deyildi. Çünki nəql infrastrukturu hərbi əməliyyatların getdiyi ərazilərdən keçirdi. Lakin tezliklə bu çətinlikdən də çıxış yolu tapıldı. Neft məhsullarını "yer anbarları"na və göllərə (Zığ, Masazır və s.) doldurmağa başladılar. Sonra onları Xəzər dənizi ilə nəql edirdilər. Müharibənin həlledici mərhələsi olan 1942-ci ildə Xəzər dənizi ilə cəbhəyə 505 min ton, Həştərxan vasitəsilə 336 min ton neft məhsulları daşınmışdır.
Faşistlərin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi. 1943-cü ildə dəniz seysmik kəşfiyyat üsulu hazırlanmış, seysmik məlumatdan və tətbiqi tədqiqatların nəticələrindən istifadə olunmuşdur. İkinci dünya müharibəsində Azərbaycanın xidmətlərini yüksək qiymətləndirən Nikolay Baybakov demişdir:
"Faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. "
O dövrdə SSRİ-nin yüksək oktanlı benzinə böyük ehtiyacı vardı. Bu cür benzin hava döyüşlərində üstünlük əldə etmək üçün vacib amil idi. Belə ki, belə benzin təyyarənin sürətini artırır, göyə qalxma müddətini azaldırdı. Kimyaçı Yusif Məmmədəliyevin tədqiqatları sayəsində qısa müddətdə belə yüksək oktanlı benzin alındı. Marşal Konstantin Rokossovski demişdi:
"Hər bir təyyarəmizin, tank ekipajının düşmənə zərbəsində Bakı neftçilərinin payı vardır."
Müharibə illəri Bakının neft mədənləri əsl cəbhəyə çevrilmişdi. Azərbaycan neftçiləri gecə-gündüz işləyirdilər. "Pravda" qəzeti 28 iyul 1941-ci il tarixli nömrəsindəki "Azərbaycan bu gün" adlı məqaləsində Staxanov hərəkatının önündə gedən, iki növbə işləyən neftçilərin, kənd yerində çalışan kolxozçuların, iməciliklər keçirərək cəbhədəki əsgərlərə yardım göstərən insanların fədakarlığından bəhs edirdi.
Dəniz kəşfiyyatının başlanması
1946-cı ildə "Gürgan" yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül qurulmuşdur. 1947-ci ildə metal estakadaların tikintisinə başlanılmışdır. 1949-cu ildə Bakıda “Dənizneftqazlayihə” Elmi-Tədqiqat və Layihə İnstitutu açılmış, burada açıq dəniz şəraitində hidrotexniki qurğuların layihələndirilməsinə başlanılmışdır. 1951-ci ildə ilk dəfə olaraq açıq dənizdə hidrotexniki qurğular kompleksi tikilmişdir. 1955-ci ildə "Qum-dəniz" yatağının işlənilməsinə başlanmışdır. 1954-1959-cu illərdə "Azərneft"in bazasında Azərbaycan SSR Neft Sənayesi Nazirliyi, 1965-1970-ci illərdə isə Azərbaycan SSR Neftçıxarma Sənayesi Nazirliyi yaradılmışdır. Qurum 1970-ci ilin avqustunda yenidən "Azərneft" adlandırılmışdır.
1949-cu ildə açıq dənizdə, Bakı şəhərindən 100 kilometr məsafədə o zaman üçün nadir yataq sayılan Neft daşlarında vuran fontan dənizdə neftçıxarmanın yeni mərhələsinin başlanğıcını qoymuşdur və Azərbaycan dünyada ilk dəfə olaraq açıq dənizdə neft çıxarmağa başlamışdır. Neft Daşları Ginnesin Rekordlar Kitabına adı ən birinci dəniz neft platforması kimi düşmüşdür. Sonralar Xəzərin Azərbaycan sektorunda bir-birinin ardınca "Gürgan-dəniz", "Pirallahı", "Çilov adası" kimi yataqlar mənimsənilmişdir.
21 noyabr 1957-ci ildə gecə vaxtı Neft Daşlarında saniyədə 44 metr sürətlə əsən güclü külək və 13 metr hündürlüyündə dalğa ilə müşayiət olunan qasırğa zamanı baş vermiş hadisə nəticəsində 21 nəfər faciəli şəkildə həlak olmuşdur. Bu hadisə Neft Daşları tarixində baş vermiş ən faciəvi hadisədir.
1965-ci ildə Naftalanda Elmi-Tədqiqat laboratoriyasi yaradılmışdır.Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Yusif Məmmədəliyevin, professor T.H.Paşayevin, S.Ə.Quliyevanın və tibb elmləri doktoru Tofiq Hüseynovun böyük xidmətləri olmuşdur. 1966-cı ildə "Kürsəngi" yatağının işlənilməsinə başlanmışdır. 1970–1980-cı illərdə Heydər Əliyevin təşəbbüsü ilə "Şelf-2", "Şelf-3", "Şelf-4", "Şelf-5" qazma qurğuları, habelə onların işini təşkil etmək məqsədi ilə "Süleyman Vəzirov", "İsrafil Hüseynov" kimi borudüzən gəmilər, 2500 ton yük qaldıra bilən "Azərbaycan" kran gəmisi, geofiziki kəşfiyyat işləri aparan gəmilər və başqa texniki vasitələr respublikaya gətirilmişdir.
1970–1988-ci illərdə Azərbaycan neftçiləri ("Xəzərdənizneftqaz" İstehsalat Birliyi) tərəfindən Xəzər dənizinin bütün sektorlarında geoloji-kəşfiyyat işləri aparılmış, 350-yə qədər perspektivli struktur aşkar edilmişdir. 1971-ci ilin martın 28-də Azərbaycanda milyardıncı (1 milyard) ton neft çıxarılmışdır. 1975-ci ildə "Bulla-dəniz" yatağının işlənilməsinə başlanmışdır. 1980-cı ildə «Günəşli» yatağının dayazsulu hissəsinin işlənilməsinə başlanmışdır. 1984-cü ildə Bakıda Dərin Dəniz Özülləri Zavodu (indiki Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu) tikilib istifadəyə verilmişdir. 1985-ci ildə "Çıraq" yatağı kəşf edilmişdir. 1987-ci ildə «Azəri» yatağı kəşf edilmişdir. 1988-ci ildə «8 Mart» yatağının işlənilməsinə başlanmışdır və "Kəpəz" yatağı aşkar edilmişdir.
Erkən 1990-cu illər
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, Azərbaycan Prezidentinin 3 dekabr 1991-ci il tarixdə imzaladığı Fərmanla "Azərineft" Dövlət Konserni yaradılmışdır. Neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanı ilə "Azərineft" Dövlət Konserni və "Azərnefkimya" İstehsalat Birliyininin bazasında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti yaradılmışdır. 1993-cü ildə “Azərneftyanacaq” Neft Emalı Zavodunda (indiki Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) “Katalitik krekinq" qurğusu istifadəyə verilmişdir.
1994-cü ildə ölkənin müstəqil inkişafının başlıca vasitəsi kimi ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında Azərbaycan özünün yeni neft strategiyasını işləyib hazırladı. Bu strategiyanın əsas müddəaları bundan ibarət idi ki, Azərbaycanın zəngin neft-qaz ehtiyatlarının qabaqcıl texnika və texnologiyanın köməyi ilə hasilatı, xarici bazarlara ixrac olunması, satışı və bu sahədən əldə olunan gəlirlər onun demək olar ki, bütün problemlərinin həlli üçün əsas ola bilər. Lakin Azərbaycan öz məhdud maliyyə və texniki imkanları ilə Xəzər dənizinin zəngin karbohidrogen yataqlarını işləməyə, kifayət qədər neft və qaz hasil etməyə qadir deyildi. Ona görə də dünya təcrübəsinə müraciət etmək, dünyanın maliyyə vəsaitinə, müasir texnika və texnologiyaya malik olan ölkələri, şirkətləri ilə əlaqə qurmaq, onların bu sahəyə sərmayə yatırmasına şərait yaratmaq lazım idi.
Əsrin müqaviləsi sazişinin imzalanması anı 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan Sarayında Qərbin neft şirkətləri ilə bağlanmış neft sazişi müstəqil Azərbaycan Respublikasının yeni tarixində böyük rol oynadı. "Əsrin müqaviləsi" adı ilə tanınmış bu müqavilə, Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin dünyanın 11 ən iri neft şirkəti pay şəklində bölüşdürülməsinə səbəb oldu. "Əsrin müqaviləsi"nin imzalanmasından sonra müqavilə çərçivəsində hasil olunacaq neftin Qərb bazarlarına nəqli marşrutu aktuallaşdı. Bakı-Novorossiysk və Bakı-Tbilisi-Supsa neft kəmərlərindən əlavə Bakı-Tbilisi-Ceyhan (BTC) ixrac boru kəmərinin reallaşdırılması zəruri hesab edildi.
Bu müqavilədə Böyük Britaniyanın "BP" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "Unocal" (11,2 faiz), "Pennzoil" (9,81 faiz), "McDermott International" (2,45 faiz), Rusiyanın "Lukoyl" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türkiye Petrolleri Anonim Ortaklığının" (1,75 faiz) və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) isə 20 faiz payı var idi.
Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və siyasətçi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev demişdir:
"1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir. "
Əsrin müqaviləsi Azərbaycanda sabitliyi təmin etdi və milli birlik hissinin yaranmasına xidmət göstərdi. Bununla belə, Azərbaycan hökuməti yaranan nəhəng pul sərvətinin yönəltməsi, ölkəni neftdən daha asılı və demokratiyadan daha kasad vəziyyətə saldı. 1997-ci ildə Bakı–Novorossiysk Şimal ixrac boru kəməri, 1999-cu ildə isə Bakı–Supsa Qərb ixrac boru kəməri istifadəyə verilmişdir.
1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. "Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürmüşdür. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalamışlar. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalamışlar. Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atılmışdır.
1999-cu il 29 dekabrda Azərbaycan Respublikası Dövlət Neft Fondu Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edilmişdir.
Dostları ilə paylaş: |