Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 1/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
I.
ÜMUMĠ MÜDDƏALAR
1.1. Bu Əsasnamə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilmiş “Ali təhsil pilləsinin dövlət
standartı və proqramı”na, Nazirlər Kabinetinin 2013-cü il 24 dekabr tarixli 348 nömrəli qərarı ilə
təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi
ilə tədrisin təşkili Qaydaları”na və Avropa Kredit Transfer Sisteminə, Ali təhsil müəssisələrinin
bakalavriat və magistratura səviyyələrində təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa
olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti qaydalara uyğun olaraq
hazırlanmışdır.
1.2. Bu əsasnamənin məqsədi, Qafqaz Universiteti Nizamnaməsinə uyğun olaraq Təhsil
Nazirliyinin verdiyi Pilot Universitet Statusuna əsasən bakalavr və magistr təhsil proqramının tabe
olacağı əsasları müəyyənləşdirməkdir.
1.3. Bu əsasnamə, Qafqaz Universitetində mövcud olan fakültələrdə təhsil alan bakalavr tələblərinə
tətbiq edilir.
1.4. Kredit sistemi əsasında təşkil olunmuş tədris prosesinin xüsusiyyətləri aşağıdakılardan
ibarətdir:
1.4.1. hər bir təhsilalanın (bundan sonra – tələbənin) fərdi tədris planının olması və onların bu
planın tərtib edilməsində iştirak etməsi;
1.4.2. təhsil prosesinə akademik məsləhətçilərin (tyutorların) cəlb olunması;
1.4.3. tələbəyə sərbəst iş üçün şəraitin yaradılması;
1.4.4. biliyin qiymətləndirilməsində çoxballı sistemin tətbiq edilməsi;
1.4.5. hər bir fənn üzrə ayrıca jurnalın tərtib edilməsi;
1.4.6. tələbə və təhsilverənlərin mobilliyinin təmin olunması;
1.4.7. təhsilalma müddətinin tələbənin nailiyyətindən asılı olması;
1.4.8. fakültələrin, bölmələrin, ixtisasların, fənlərin, müəllimlərin və tələbələrin kodlaşdırılması.
1.5. Qafqaz Universiteti tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış edir və təhsil
müddətində tələbənin tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaradır.
1.6. Qafqaz Universitetində kredit sistemi ilə tədrisin təşkili müvafiq struktur bölmələr (fakültələr,
dekanlıqlar, bölmələr, tədris hissəsi (qeydiyyat və s.), tədrisin keyfiyyətinə nəzarət komissiyası,
keyfiyyəti idarəetmə şöbəsi, tərəfindən tənzimlənir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 2/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
II.
ƏSAS ANLAYIġLAR
2. Bu Əsasnamədə istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1. təhsil krediti – fənnin məzmununa və həcminə uyğun olaraq, onun mənimsənilməsinə ayrılan
vaxtın ölçü vahididir;
2.1.2. AKTS krediti - iş yükünə uyğun olaraq Avropa Kredit Transfer Sistemini
2.1.1. Lokal Kredit - Qafqaz Universitetində tədris edilən dərslərin bir semestr üçün lokal kredit
dəyərləri.
2.2. ixtisasın (ixtisaslaĢmanın) tədris planı – müvafiq ixtisas (ixtisaslaşmalar) üzrə təhsil
proqramlarına uyğun olaraq, tədris olunan fənlərə və auditoriyadankənar məşğələlərə ayrılan
saatların miqdarını müəyyən edən əsas tənzimləyici sənəddir;
2.3. ixtisasın (ixtisaslaĢmanın) tədris qrafiki – ixtisasın (ixtisaslaşmanın) tədris planında
göstərilmiş fənlərin tədris illəri üzrə bölgüsünü əks etdirən sənəddir;
2.4. tələbənin fərdi tədris planı – tələbənin tədris ili ərzində təhsil alacağı fənləri, onların müvafiq
kreditlərini, fənlər üzrə müəllimlərin siyahısını əks etdirən sənəddir;
2.5. ixtisaslar (ixtisaslaĢmalar) üzrə illik iĢçi tədris planı – ixtisasın (ixtisaslaşmanın) tədris
planına və tələbələrin fərdi tədris planlarına uyğun hazırlanmış, cari tədris ilində tədris olunacaq
fənlərin adlarını, dərsin növlərini, fənlərin kreditlərini və tələbələrin sayını özündə əks etdirən
sənəddir;
2.6. müəllimin illik iĢçi tədris planı – müəllimin tədris etdiyi fənləri, mühazirə və məşğələlərə
(laboratoriya işlərinə) ayrılan saatların miqdarını, həmin fənlərin semestrlər üzrə tədrisini, həmçinin
fənn üzrə tələbələrin sayını özündə əks etdirən sənəddir;
2.7. tələbənin sərbəst iĢi – tələbənin tapşırıqları sərbəst və müəllimin rəhbərliyi ilə
auditoriyadankənar həyata keçirdiyi müstəqil işidir;
2.8. akademik mobillik – tələbənin və professor-müəllim heyətinin ölkədaxili və xarici ölkələrin
ali təhsil müəssisələrində müvafiq olaraq sərbəst təhsil almaq və akademik fəaliyyət göstərmək
hüququdur;
2.9. prerekvizit fənlər – tədrisi ilk növbədə zəruri olan fənlərdir;
2.10. akademik transkript – tələbənin təhsil müddətində keçdiyi fənlər üzrə topladığı kreditləri və
qiymətləri (rəqəm və hərflərlə) özündə əks etdirən sənəddir;
2.11. fənlər üzrə qeydiyyat – tələbələrin təhsil müəssisəsinin müəyyən etdiyi qaydada fənləri
seçmə prosedurudur;
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 3/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
2.12. Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) – tələbənin təhsil proqramını mənimsəmə
səviyyəsinin göstəricisidir. ÜOMG tələbənin tədris fəaliyyətini fəallaşdırmaq, özünənəzarət
mexanizmini yaratmaq, tədrisdə əldə etdiyi nailiyyətlərini qiymətləndirmək məqsədi ilə tətbiq
edilir;
2.13. akademik təqvim – hər tədris ili başında Universitet Elmi Şurası tərəfindən elan edilən,
tədris ili üzrə nəzərdə tutulmuş tədbirləri (fəaliyyətlərin proqramını və tətillərin zamanını) özündə
əks etdirən sənəddir;
2.14. müvəffəqiyyətlə təhsil alan tələbə - fərdi tədris planında qeyd olunan bütün fənlər üzrə
müəyyən olunmuş kreditləri qazanan tələbədir;
2.15. akademik borcu olan tələbə - fərdi tədris planında qeyd olunan fənlərin ən azı birindən
müəyyən olunmuş krediti qazana bilməyən tələbədir;
2.16. əyani təhsil - tələbələrin dərslərə və məşğələlərə davam etmək məcburiyyətində olduqları
təlim-tədris proqramı;
2.17. qiyabi təhsil - təhsil proqramına uyğun olaraq yoğunlaşdırılmış dərslərə iştirak etmək və bu
dərslərdən imtahan vermək məcburiyyəti olan təlim-tədris forması;
2.18. distant (məsafədən) təhsil
– tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki
vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması;
2.19. maddi xəta incələməsi - tələbələrin yazılı müraciətləri əsasında Bölmə müdiriyyəti
tərəfindən imtahan kağızında dəyərləndirilməyən sual qalıb-qalmadığının, dəyərləndirilən bütün
sualların ballarının düzgün toplanıb-toplanmadığının müəyyənləşdirilməsi və dəyərləndirilməsi
məqsədilə aparılan incələmə;
2.20. bölmələrarası köçürmə - bir bölmədə təhsil alan bir tələbənin eyni və ya başqa bir
Universitetin başqa yaxın ixtisas bölməsinə keçməsi.
III.
QƏBUL ƏSASLARI VƏ ĠLKĠN QEYDĠYYAT
3.1. Qafqaz universitetinə bağlı bölmələrdə qeydiyyatdan keçə bilmək üçün aşağıdakı şərtlər tələb
olunur:
3.1.1. Müvafiq bölmənin tələb etdiyi diplom və ya təhsil sənədinə (attestat kimi) sahib olmaq;
3.1.2. Azərbaycan Dövlət Tələbə Qəbul Komissiyasının keçirdiyi imtahanda kifayət qədər bal
(keçid balı) toplamaq;
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 4/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
3.1.3. Xarici ölkələrdən qeydiyyatdan keçmək üçün müraciət edən abituriyentlər üçün tələb olunan
müvafiq imtahandan kifayət qədər bal toplamış olmaq ;
3.2. Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən
fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır.
3.3. Son qeydiyyat tarixində tələb olunan digər sənədlər və riayət ediləcək əsaslar Universitet İdarə
Heyəti tərəfindən müəyyənləşdirilərək elan edilir.
3.4. Son qeydiyyat müddəti ərzində universitetdə qeydiyyatdan keçməyən tələbə namizədləri,
Qafqaz Universitetində təhsil alma hüququndan imtina etmiş qəbul edilirlər və hər hansı bir haqq
iddia edə bilməzlər.
3.5. Qeydiyyatdan keçən tələbə namizədi, Qafqaz Universitetinin tələbəsi sayılır və tələbələr üçün
nəzərdə tutulan bütün hüquqlardan istifadə etmək hüququ qazanırlar.
3.6. Bu əsasnamənin tələblərinə uyğun olaraq qeydiyyatdan keçən və nəzərdə tutulan müddətlərdə
qeydiyyatlarını yeniləyən tələbələrə Qafqaz Universiteti tələbəsi olduqlarını təsdiqləyən tələbə
bileti verilir.
IV.
TƏHSĠL SĠSTEMĠNĠN ƏSASLARI
3.1. Tələblərdən hər təhsil ilində Universitet İdarə Heyəti tərəfindən müəyyən edilən miqdarda
təhsil haqqı alınır. Qeydiyyatın dondurulması (akademik məzuniyyət) xaricində tələbə təhsil
haqqını tam ödəyir. Tələbələr sırasından xaric edildiyi zaman tələbə xaric edildiyi tarixə qədər olan
bütün təhsil haqqı borclarını ödəmək məcburiyyətindədir.
3.2. Qafqaz Universitetində fəaliyyət göstərən bölmələrdə universitetin müəyyənləşdirdiyi əyani və
qiyabi və distant şöbələr üzrə təhsil verilir.
3.3. Tədris müddəti:
3.3.1. Tədris ili iki semestrdən (payız və yaz) ibarətdir. Semestrlərin başlanğıc və bitiş tarixləri
Akademik təqvimdə göstərilir. Bundan əlavə, yay tətili müddətində 6 (altı) həftədən çox olmayaraq
yay semestri də təşkil oluna bilər.
3.3.2. Bakalavr təhsil müddəti İngilis dilli ixtisas bölmələrində 5 (beş), digər bölmələrdə 4 (dörd)
ildir. Magisıtratura pılləsındə təhsil müddəti 3 (üç) və ya 4 (dörd) semestrdir. MBA proqramında
təhsil müddəti 3 (üç) semestrdir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 5/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
3.3.2.1. İngiliz dilli ixtisaslarda təhsil almaq hüququ qazanan tələbələrə dil səviyyəsinin müəyyən
edilməsi üçün Səviyyə təsbit imtahanı keçirilir. Yetərli səviyyədə dil bildiyi təsbit edilən tələbələr
bir üst sinifdə təhsilini davam etdirir, yetərli səviyyədə İngilis dili bilmədiyi təsbit edilən tələbələr,
ilk iki semestrdə dillər məktəbində dil tədrisi alırlar.
3.3.2.2. Beynəlxalq səviyyədə qəbul edilən imtahanlardan (TOEFL və ya IELTS kimi),
Universitetin müvafiq ekvivalentliyin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq
qiymətləndirilir və dil səviyyəsinin müəyyənləşdirilməsi baxımından nəzərə alınır.
3.3.3. Bu semestrlərdə dil tədrisinin təşkilinə aid məsələlər Dil tədrisi haqqında əsasnamənin
tələblərinə uyğun olaraq həyata keçirilir.
3.3.4. Magistratura təhsil pilləsində normativ təhsil müddəti içərisində ən gec cari ilin 31 mart
tarixinə qədər dissertasiya (müdafiə) işini bölməsinə təhvil verməyən tələbələr haqqında icazə
almaq məqsədi ilə Nazirlik yanında vəsatət qaldırılmaz, belə tələbələr normativ təhsil müddətini
uzatdıqları üçün kredit başına əlavə təhsil xərci ödəyirlər. Payız müdafiəsinə buraxılmaq üçün isə,
ən gec 15 sentyabr tarixinə qədər dissertasiya işləri təhvil edilməlidir.
3.4. Tədris dili:
3.4.1. Qafqaz Universitetinin fakültə və bölmələrində təhsil dili Azərbaycan və İngilis dillərində
aparılır.
3.4.2. Müvafiq fakültənin təklifi və Elmi şuranın qərarıyla Təhsil Nazirliyi ilə razılaşdırılmaqla
başqa bir xarici dildə də tədris aparıla bilər.
V.
AKADEMIK MƏSLƏHƏTÇĠ (TYUTOR) XĠDMƏTĠ
5.1. Kredit sistemi ilə təhsil alan tələbələrə kömək göstərmək məqsədi ilə universitetdə akademik
məsləhətçilər (tyutorlar) xidməti təşkil olunur.
5.2. Tyutorlar ən azı magistr dərəcəsi və bu sahədə müəyyən təcrübəsi və səriştəsi olan şəxslər
arasından seçilirlər.
5.3. Tyutor bu vəzifəyə rektorun əmri ilə təyin olunur.
5.4. Tyutorlar:
5.4.1. tələbələrin hüquqlarını və akademik maraqlarını qoruyurlar;
5.4.2. tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim
edirlər;
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 6/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
5.4.3. tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər;
5.4.4. yay semestrinin təşkilində iştirak edirlər;
5.4.5. tələbələrin fərdi tədris planlarının tərtibi üçün onlara məsləhətlər verirlər, təhsil müddəti
boyunca tələbələri izləyir, onlara yol göstərir, universitet həyatı ilə əlaqədar problemlərdə onlara
köməklik göstərir;
5.4.6. Bölmə müdiri, lazım olduqda müəllimlərdən rəhbərlik etdikləri tələbələrlə bağlı göstərdikləri
fəaliyyətlər və tələbələrin təhsil səviyyəsi haqqında hesabat tələb edə bilər.
VI.
QEYDĠYYAT YENĠLƏMƏ
6.1. Məzun olana qədər tələbə hər tədris ili qeydiyatını yeniləmək məcburiyyətindədir.
Qeydiyyatlar Akademik Təqvimdə müəyyənləşdirilən tarixlər arasında aparılır.
6.2. Ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələrə birinci tədris ili üçün fakültə tərəfindən
fərdi tədris planı hazırlanır. Tələbə sentyabrın 10-dək həmin fərdi tədris planını almalıdır. Növbəti
tədris ilində isə tələbələr öz fərdi tədris planını hazırlayır və iyulun 5-dən 15-dək fakültəyə təqdim
edir. Fərdi tədris planında tələbə sentyabrın 10-dək düzəlişlər edə bilər.
6.3. Tələbənin fərdi tədris planında sonradan dəyişiklik edilməsinə icazə verilmir. Yalnız ikinci
semestr üçün 1- 10 fevral tarixləri arasında universitet tərəfindən müəyyən olunmuş qaydada
müvafiq düzəlişlər edilə bilər.
6.4. Fərdi tədris planı təhsil müəssisəsi tərəfindən tədris ilinin başlanğıcına qədər təsdiq edilir və bu
tədris planının bir nüsxəsi tələbədə, bir nüsxəsi isə ali təhsil müəssisəsinin müəyyən etdiyi qurumda
saxlanılır.
6.4. Növbəti tədris ili üçün tələbə təyin olunmuş vaxtda öz fərdi tədris planını təqdim etmədikdə,
onun təhsili ali təhsil müəssisəsi üzrə həmin il üçün ixtisasın tədris qrafikinə uyğun təşkil edilir. Bu
maddə tələbənin müraciəti əsasında nəzərə alınır.
6.5. Qeydiyyat yeniləməyən tələbə dərslərə və imtahanlara girə bilməz, tələbəlik hüquqlarından
istifadə edə bilməz.
6.6. Tədris hissəsi və fakültə idarə heyətlərinin yazılı qərarı əsasında, Universitet idarə heyəti
tərəfindən, növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi
ilə əlaqə saxlamayan tələbələrin tələblər sırasından xaric edilməsinə qərar verilir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 7/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
6.7. Hər tədris ilinin başlamasından etibarən bir həftə sonra dekanlıqlar tərəfindən qeydiyyatını
yeniləməyən tələbələr haqqında (qeydiyyatlarını yeniləməmə səbəbləri ətraflı ifadə edilməklə)
Rektorluğa yazılı hesabat təqdim edilir.
VII.
TƏDRĠS PROSSESĠNĠN TƏġKĠLĠ
7.1. Tədris-metodiki təminat
7.1.2. Kredit sistemində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş
formalar üzrə aşağıdakı tədris sənədlərindən istifadə edilir:
7.1.2.1. ixtisasın (ixtisaslaşmanın) tədris planı;
7.1.2.2. ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki;
7.1.2.3. ixtisas (ixtisaslaşma) üzrə illik işçi tədris planı;
7.1.2.4. tələbənin fərdi tədris planı;
7.1.2.5. müəllimin illik işçi tədris planı.
7.1.3. Magistratura ixtisas (tədris) proqramına uyğun olaraq birinci semestrin ilk üç ayı içərisində
bütün magistr tələbələri üçün Fərdi iş planı hazırlanır. Fərdi iş planında hər semstr üçün tələbənin
yerinə yetirməli olduğu öhdəliklər (təhsil və araşdırma planı) nəzərdə tutulur, tələbənin elmi rəhbəri
və yerinə yetirəcəyi buraxılış işinin yer alır.
7.2. Tədris prosesində tələbənin iĢi
7.2.1. Tədris prosesi auditoriya və auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi
ilə sərbəst işi) şəkildə təşkil olunur. Sərbəst işlərin həcmi keçirilən mühazirələrə, seminarlara və
praktik məşğələlərə ayrılan akademik saatlara müvafiq olaraq, ali təhsil müəssisəsi tərəfindən
müəyyənləşdirilir.
7.2.2. Müəllimin rəhbərliyi ilə tələbənin sərbəst işi fənnin tədrisindəki mürəkkəb məsələlərin
həllindən, ev tapşırıqlarının, kurs işlərinin (layihələrin), yoxlama işlərinin yerinə yetirilməsindən,
hesabatların hazırlanmasından ibarət olub, xüsusi tərtib edilmiş cədvəllə həyata keçirilir və dərs
cədvəlinə daxil edilmir.
7.3. AKTS Kredit limiti
7.3.1. Bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir. Bundan
əlavə müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100
Dostları ilə paylaş: |