Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 8/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
bal arasında olan tələbələrə əlavə ödəniş etmədən, akademik borcu olanlar üçün isə ödənişli
əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərtilə fənn (fənlər) də seçməyə icazə
verilir. Bu halda təhsil haqqının ödənilməsi İdarə heyətinin qərarına uyğun həyata keçirilir.
7.3.2. Son kursda təhsil alan tələbələr üçün 8 AKTS-lik müdafiə/yekun dövlət imtahanı yükü o
semstr üçün nəzərdə tutulan ümumi dərs yükünə daxil edilir.
7.4. Tələbənin tədris planı
7.4.1. Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyən edilir. Kreditlər tələbənin
aşağıdakı fəaliyyəti üzrə müəyyənləşdirilir:
7.4.1.1. auditoriya (mühazirə, seminar, praktik məşğələlər, laboratoriya) dərslərində iştirak etməsi;
7.4.1.2. auditoriyadankənar (tələbənin müstəqil və müəllimin rəhbərliyi ilə sərbəst işi) işi;
7.4.1.3. təcrübələrdə iştirak etməsi;
7.4.1.4. laboratoriya işlərini yerinə yetirməsi;
7.4.1.5. kurs işini və layihələrini hazırlaması və müdafiə etməsi;
7.4.1.6. imtahanlara hazırlığı və imtahanları verməsi;
7.4.1.7. buraxılış işini, magistrlik dissertasiyasını hazırlaması və müdafiəsi, eləcə də buraxılış
dövlət imtahanına hazırlığı və həmin imtahanı verməsi.
7.4.2. Tədris planında fənlər vacibliyinə və məzmununun mənimsənilməsi ardıcıllığına görə
aşağıdakı 3 qrupa bölünür:
7.4.2.1. məcburi və ardıcıl öyrənilən fənlər üzrə;
7.4.2.2. məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər üzrə;
7.4.2.3. tələbələrin öz seçimi əsasında öyrənilən fənlər üzrə.
7.4.3. Hər tədris ili üçün ixtisasın (ixtisaslaşmanın) tədris qrafiki əsasında tələbənin fərdi tədris
planı hazırlanır. Fənlərin prerekvizitliyi gözlənilməklə, tələbənin fərdi tədris planı müəyyən
olunmuş forma üzrə onun özü tərəfindən tərtib edilir. Bu zaman akademik məsləhətçinin (tyutorun)
köməyindən də istifadə oluna bilər.
7.5. Davam məcburiyyəti
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 9/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
7.5.1. Fənn üzrə ayrılmış auditoriya saatlarının 25 faizindən çoxunda iştirak etməyən tələbə həmin
fəndən imtahana buraxılmır. Hər nə səbəbdən olmasından asılı olmayaraq bu həddi aşan tələbə
müvafiq dərs və ya dərslərdən kəsilir.
7.6. Üst sinifdən dərs almaq
7.6.1. Dil tədrisi sinifi xaric 2. semestrdən etibarən bu əsasnamədə nəzərdə tutulan kredit limitlərini
aşmamaq şərti ilə, tələbələr üst sinif proqramında nəzərdə tutulan dərslərdən ala bilərlər.
7.6.2. Bu hüquqdan yalnız müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı
fənlərdən göstəricisi 81-100 bal arasında olan tələbələr istifadə edə bilərlər.
7.7. BaĢqa bölmədən dərs alma və ikili diplom alma hüququ
7.7.1. BaĢqa bölmədən dərs alma:
7.7.1.1. Tələbələr bölmənin açdığı məcburi dərslərin hamısını aldıqdan sonra bu əsasnamə ilə
nəzərdə tutulan digər şərtləri yerinə yetirmək şərti ilə fərqli bölmələr tərəfindən açılan məcburi və
seçməli dərsləri ala bilərlər.
7.7.1.2. Başqa bir bölmədən dərs götürə bilmək üçün aşağıdakı şərtlərə əməl edilməlidir:
- hər iki bölmə müdirinin təsdiqinin alınması
- müvəffəqiyyətlə təhsil alan və bütün təhsil müddətində ayrı-ayrı fənlərdən göstəricisi 81-100 bal
arasında olan tələbələ olması
- Universitet idarə heyəti tərəfindən Kredit başına müəyyənləşdirilən əlavə təhsil haqqının
ödənməsi
7.7.2. Ġkili diplom almaq hüquq:
7.7.2.1. Tələbəyə bakalavriat səviyyəsində gələcək peşə fəaliyyətində istifadə etməsi və ya oxşar
ixtisas üzrə (təhsil proqramında tədrisi nəzərdə tutulan fənlərin və onlara ayrılan kreditlərin ən azı
70 faizi eyni olduğu halda) əlavə təhsil alması məqsədi ilə, ödənişli əsaslarla müvafiq ixtisasların
fənnini (fənlərini) seçmək hüququ da verilir.
7.7.2.2. Bu şərtlərlə əlavə təhsil alanlara həmin ixtisas üzrə bakalavr dərəcəsi və müvafiq diplom
verilir.
7.8. Kreditlərin dəyərləndirilməsi (köçürmə və bərpalarda) və itirilməsi
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 10/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
7.8.1. Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil
müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya
bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər
qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri yenidən yığmalıdır.
7.8.2. Tələbə başqa bir ali təhsil müəssisəsindən Qafqaz universitetinə köçürüldüyü, tələbələr
sırasına bərpa olunduğu və akademik məzuniyyətdən qayıtdığı halda, onun əvvəllər qazandığı
kreditlər yuxarıdakı yarımbəndin tələbləri gözlənilməklə nəzərə alınır.
7.9. Fənnin təkrar alınması və məzmunu əsaslı dəyiĢən ixtisas fənləri
7.9.1. Fənn üzrə semestr göstəricilərinə və imtahanların nəticələrinə görə müvəffəq qiymət ala
bilməyən tələbə bu fəndən kreditləri qazanmır və onun həmin fənn üzrə akademik borcu qalır. Fənn
(fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir.
7.9.2. Almış olduğu fənlərdən akademik borcu qalan tələbə birinci növbədə akademik borcu qalan
fənləri təkrar götürmək məcburiyyətindədirlər. Növbəti tədris ili üçün tələbənin fərdi tədris planı
tərtib olunarkən, buraya ilk növbədə əvvəlki ildən akademik borcu qalan fənlər daxil edilir.
Akademik borc yaranan fənn (fənlər) müvafiq semestrdə tədris olunmadığı və ya həmin fənn
(fənlər) üzrə qrup yaradılmadığı halda bu tələb istisna edilir.
7.9.3. Seçməli dərslərdən müvəffəqiyyətsiz olan tələbələr növbəti semestrdə başqa seçməli dərs
açılarsa seçdikləri dərsi dəyişə bilərlər.
7.9.4. Bölmə tərəfindən müəyyənləşdirilən ardıcıllığı vacib olan fənlərdən müvəffəqiyyətsiz olan
tələbələr növbəti semestrlərdə bu dərslə bağlı dərsləri götürə bilməzlər. Ardıcıllığı vacib olan
dərslərin siyahısı hər bölmə tərəfindən müvafiq semestrin əvvəlində elan edilir. Ardıcıllığı vacib
olan dərslərin siyahısı bölmələr tərəfindən qeydiyyatların başlanmasından ən az 1 ay əvvəl elan
edilir.
7.9.5. Tələbə ali təhsil müəssisəsini bitirmək üçün tələb olunan kreditləri ixtisasın normativ təhsil
müddətindən sonrakı 3 (üç) ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) toplaya
bilmədiyi halda o, məzmununda əsaslı dəyişikliklər edilən peşə hazırlığı fənlərindən əvvəllər
qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri bu yönetmeliğin ələblərinə uyğun olaraq yenidən
yığmalıdır.
7.10. Tədrisin təĢkilinin digər əsasları
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 11/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
7.10.1. Ali təhsilin hər iki səviyyəsində əyani təhsilalma forması üzrə tədris ili 40 həftədir. Hər
semestr 20 həftədən (o cümlədən, 5 həftə imtahan sessiyası) ibarətdir. Bir semestrə 30 kredit
müəyyənləşdirilir. Bir kredit tələbənin auditoriya və auditoriyadankənar 30 saatlıq işinə bərabərdir.
Tələbənin 5 (beş) günlük iş rejimində həftəlik auditoriya və auditoriyadan-kənar ümumi yükünün
həcmi 45 saatdır (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla). Tələbənin həftəlik işinin
həcmi 1,5 kreditdir. Buraxılış işinin, magistrlik dissertasiyasının hazırlanmasına və müdafiəsinə,
eləcə də buraxılış dövlət və semestr imtahanlarına hazırlığa, imtahanın verilməsinə və təcrübələrin
keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
7.10.2. İxtisasın (ixtisaslaşmanın) illik işçi tədris planı müvafiq olaraq təhsil proqramı, tədris planı,
tədris qrafiki və tələbələrin fərdi tədris planları əsasında ali təhsil müəssisəsi tərəfindən hazırlanır.
7.10.3. Müəllimlərin illik işçi tədris planı ixtisasın (ixtisaslaşmanın) illik işçi tədris qrafiki və
tələbələrin fərdi tədris planları əsasında hazırlanır.
7.10.4. Tələbənin cari semestrdə akademik borcu qaldığı halda o, növbəti semestrdə təqaüddən
məhrum edilir. Əgər həmin tələbə cari semestrdə götürdüyü bütün fənlərdən kreditləri qazanarsa,
onun təqaüdü növbəti semestrdən bərpa olunur.
VIII.
BĠLĠYĠN QĠYMƏTLƏNDĠRĠLMƏSĠ, ĠMTAHANLARIN TƏġKĠLĠ VƏ
MÜVƏFFƏQĠYYƏT QĠYMƏTĠNĠN HESABLANMASI
8.1. Biliyin qiymətləndirilməsi (ölçülməsi)
8.1.1. Bir dərsin səviyyəsini qiymətləndirmək məqsədi ilə semestrdaxili fəaliyyət, semestrdaxili
imtahan, semestrsonu imtahanları keçirilir. Bu yoxlamaların hansı üsulla keçiriləcəyi (yazılı
imtahan, test imtahanı, şifahi imtahan, yazılı-şifahi imtahan, praktik imtahan) müvafiq fənn
müəllimi tərəfindən müəyyənləşdirirlir.
8.1.2. İmtahan tarixləri və yeri imtahanlardan 10 (on) gün əvvəl müvafiq bölmə müdiriyyətləri
tərəfindən müəyyənləşdirilir və elan edilir.
8.2. Ġmtahanların təĢkili
8.2.1. Bir dərsin semestrsonu imtahanında iştirak edə bilmək üçün tələbələrin aşağıdakı şərtləri
yerinə yetirmiş olmaları şərtdir:
8.2.1.1. dəvamiyyət məcburiyyəti ilə bağlı öhdəliklərini yerinə yetirmiş olmaq,
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 12/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
8.2.1.2. maliyyə öhdəliklərini yerinə yetirmiş olmaq (Təhsil haqqını tələb olunan həcmdə ödəmiş
olmaq).
8.2.2. Hər dərsi tədris edən müəllim imtahandan əvvəl imtahanla əlaqədar məlumatların veriləcəyi,
imtahanla bağlı tələbələrin suallarının cavablandıracağı məsləhət saatı müəyyənləşdirərək
tələbələrlə görüşməlidir.
8.2.3. İmtahanlar dərsi tədris edən müəllim tərəfindən; müvafiq müəllimin icazəli olduğu
zamanlarda müvafiq bölmə müdiri tərəfindən vəzifələndirilən başqa bir müəllimin nəzarətində və
öhdəliyində keçirilir. Hər imtahana minimum 1 (bir) nəzarətçinin təyin edilməsi məcburidir.
8.2.4. İmtahanların müddəti bir oturumda 2 (iki) dərs saatı miqdarından çox ola bilməz.
8.2.5. İmtahanlarda hər hansı bir şəkildə köçürən, köçürməyə təşəbbüs edən, köçürməyə köməklik
göstərən və ya müvafiq imtahan kağızı yoxlanarkən köçürdüyü sonradan müəyyənləşdirilən tələbə,
o imtahandan 0 (sıfır) bal toplamış sayılır və bu tələbə haqqında Tələbələr üçün Nizam İntizam
Haqqında Əsasnamənin müddəaları əsasında təhqiqat açılır.
8.2.5. Tələbə imtahanda heç bir şəkildə dərs müəlliminin əvəvlcədən tövsiyyə etdiyi (hesablama
cihazı və s.) və ya imtahan nəzrətçisinin icazə verdiyi vasitələr xaricində heç bir köməkçi vasitədən
(mp3 player, telefon və s.) istifadə edə bilməz.
8.2.6. İmtahanın keçirildiyi salonda ən sona qalan iki tələbədən biri digərindən əvvəl imtahan
salonunu tərk edə bilməz. İmtahanını tez bitirən digərinin bitirməsini və ya imtahan vaxtının
bitməsini gözləmək məcburiyyətindədir.
8.3. Ġmtahan nəticələrinin elan edilməsi və nəticələrə etiraz
8.3.1. İmtahan nəticələri, imtahanın keçirildiyi tarixdən etibarən dərsi tədris edən müəllim
tərəfindən imtahanın keçirildiyi tarixdə (1 iş günü içərisində) Tələbə Məlumat Sisteminə daxil
edilərək elan edilir. İmtahan Nəticələri Siyahısı semetrsonu imtahandan sonra ən gec 3 (üç) iş günü
içərisində müəllim tərəfindən imzalanaraq Bölmə müdiriyyətinə təslim edilir.
8.3.2. İmtahan nəticələrinin elan edilməsindən etibarən 3 (üç) gün içərisində Bölmə müdiriyyətinə
yazılı olaraq etiraz ərizəsi verilə bilər. Etiraz Bölmə idarə heyəti tərəfindən tədqiq edilir və nəticə
ən gec 5 (beş) gün içərisində elan edilir.
8.4. Üzrlü səbəbə görə imtahan hüququ
8.4.1. Xəstəlik, birinci dərəcəli yaxın qohumunun ölümü, yanğın, təbii fəlakət kimi üzrlü səbəbdən
imtahanda iştirak etməyən tələbələrə növbəti semestrin dərsləri başlanana qədər bir dəfə həmin
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 13/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
imtahanı vermək imkanı yaradılır. Üzrsüz səbəbdən imtahanda iştirak etməyən tələbə fənn (fənlər)
üzrə akademik borcu qalmış hesab olunur və o, həmin fənn (fənlər) üçün müəyyən edilmiş
kreditləri bu Əsasnamənin tələblərinə uyğun olaraq yenidən qazana bilər. 8.4.2. Üzrlü səbəb olaraq
qəbul edilən halların varlığını sübut edən sənədlər, üzrlü səbəbin aradan qalxdığı tarixdən etibarən
3 (üç) iş günü içərisində Bölmə müdiriyyətinə təqdim edilməlidir.
8.4.3. İmtahan vaxtı tələbənin yazılı müraciətindən etibarən ən gec 30 (otuz) iş günü ərzində Bölmə
müdiriyyəti tərəfindən təyin edilir.
8.4.4. Üzürlü səbəbə görə imtahan hüququ verilən tələbələrin siyahısı qiymətlərin daxil edilə
bilməsi üçün Qiymət Girmə Tələb Formu vasitəsi ilə Tədris hissəsi müdirliyinə bildirilir.
8.5. Müvəffəqiyyət qiymətinin hesablanması
8.5.1. Semestrdaxili imtahan və semestrsonu imtahanlarla digər auditoriyadaxili və auditoriyadan
kənar praktik məşğələlərdəki bacarıq səviyyəsi riyazi olaraq və tam qiymət (100-yüz bal) üzərindən
qiymətləndirilir.
8.5.2. Müvəffəqiyyət qiymətinin hesablanması aşağıdakı cədvəldə verilən nisbətlərdə və düstur
əsasında aparılır:
TƏSĠR EDƏN AMĠL
TƏSĠR NĠSBƏTĠ (Faizlə)
Semestrdaxili fəaliyyət (SDF)
Fərdi Fəaliyyət (FF) (sosial, elmi)
20%
10 %
Semestrdaxili imtahan (SDĠ)
20%
Semestrsonu imtahan (SSĠ)
50%
Yekun müvəffəqiyyət qiyməti
SDF+FF+SDİ+SSİ - 20% +10%+20%+50%
QEYD: Magistratrantlar üçün Fərdi Fəaliyyət qiyməti nəzərdə tutulmadığı üçün Yekun
müvəffəqiyyət qiyməti:
Semestrdaxili fəaliyyət (SDF)
20%
Semestrdaxili imtahan ( SDĠ)
30%
Semestrsonu imtahan ( SSĠ)
50% olmaqla
Yekun müvəffəqiyyət qiyməti
SDF+SDİ+SSİ - 20% +30%+50% şəklində hesablanır
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 14/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
8.5.2.1. Müvəffəqiyyət balının hesablanmasına təsir edən amillərlə bağlı ətraflı izahatlar
aĢağıda verilmiĢdir:
A. Semestrdaxili fəaliyyət-SDF (20%)
Məcburi semestrdaxili fəaliyyət; seminar, ev tapşırığı, müəyyən hadisənin analizi, layihə və s. ola
bilər.
a) Məcburi semestrdaxili fəaliyyətin ixtisas dərslərinə necə tətbiq ediləcəyi dərsin müəllimi və
bölmə müdirinin təklifi ilə fakültə idarə heyətinin qərarından sonra müvafiq semestrin əvvəlində
tələbələrə elan edilir.
b) Qeyr-ixtisas dərslərində məcburi semestrdaxili fəaliyyət qiyməti tələbələrə “ev tapşırığı”
verilərək və ya 10 (on) bal üzərindən “qənaət qiyməti”, 10 (on) bal üzərindən aşağıdakı cədvələ
uyğun olaraq “dəvamiyyət qiyməti” verilərək müəyyən edilə bilər:
2+0 (Dərsin krediti)
3+0 (Dərsin krediti)
4+0 (Dərsin krediti)
0 saat – 10 bal
0 saat – 10 bal
0 saat – 10 bal
2 saat – 8 bal
3 saat – 8 bal
4 saat – 8 bal
4 saat – 6 bal
6 saat – 6 bal
8 saat – 6 bal
6 saat – 4 bal
9 saat – 4 bal
12 saat – 4 bal
8 saat – 2 bal
12 saat – 2 bal
16 saat – 2 bal
10 saat – 0 bal
14 saat – 0 bal
18 saat – 0 bal
Semestrdaxili auditoriyadaxili və auditoriyadankənar fəaliyyətlərdə iştirak etmək üçün maddi
öhdəliklərin yerinə yetirilmiş olması məcburi deyildir.
B. Fərdi Fəaliyyət (10%)
Fərdi Fəaliyyət balı Tələbə Elmi Cəmiyyətində aktivlik, Dərnək (klub) Fəaliyyətlərində aktivlik,
Olimpiada iştirakçısı olmaq və yer tutmaq, Tyutorluq (Məsləhətçilik) saatlarında aktivlik əsasında
verilir.
Hər bir tələbə cari semestrdə qeydiyyatdan keçmiş olduğu bütün dərslərdən Fərdi Fəaliyyət qiyməti
almalıdır ki, Yekun müvəffəqiyyət qiyməti 100%-ə tamamlanmış olsun.
Hər bir tələbə yuxarıda qeyd olunan Fərdi Fəaliyyət qiyməti almağa əsas verən fəaliyyət
istiqamətlərinin hər birindən yalnız 1 dəfə və ayrı-ayrı dərslərdə olmaq üzrə istifadə edə bilər.
Tələbənin cari semestrdə aldığı dərs sayı 4 (dörd) –dən çoxdursa, vəya tələbə yuxarıda göstərilən
istiqamətlərin bir neçəsindən və ya heç birindən qiymət ala biləcək vəziyyətdə deyilsə, (məs:
|