Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 15/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
olimpiadaçı deyil, aktiv tyutorluq aparılmır, klub dərnək fəaliyyətlərində və tələbə elmi cəmiyyəti
fəaliyyətlərində üzlüyü və iştirakı yoxdur) belə tələbələr yekun müvəffəqiyyət qiymətini 100-ə
tamamlaya bilmək üçün Semestrdaxili Fəaliyyətdən əlavə Sərbəst İş götürməli və Fərdi Fəaliyyət
qiymətinin Fərdi işi əsasında formalaşdırmalıdır.
Tələbənin Fərdi Fəaliyyət qiyməti almağa əsas verən aktivliyi varsa bu aktivliyi hansı dərslərdə
istifadə edəcəyi və ya hansı dərslərdən Sərbəst İş götürəcəyi cari semestrin başlamasından etibarən
4 tədris həftəsi içərisində dərsin müəllimi ilə tələbə arasında qarşılıqlı yazılı qaydada
razılaşdırılaraq həyata keçirilir. Nəzərdə tutulan müddətdə Fərdi Fəaliyyət qiymətinin nəyin
əsasında veriləcəyi razılaşdırılmadığı təqdirdə FF qiyməti `0`olaraq daxil edilir. Tələbə ilə müəllim
arasında hansı varinatın razılaşdırıldığını təsdiq edən Formanın imzalı bir nüsxəsi bölmə
müdirliyinə verilir və bu sənəddə razılaşdırılmayan hər hansı bir qiymətin sistemə daxil edilməsi
yol verilməzdir və tərəflər üçün məsuliyyət yaradır.
C. Semestrdaxili imtahan-SDĠ (20%)
Semestr içərisində keçirilən yazılı imtahandır. Semestrdaxili imtahana girmək üçün maddi öhdəliyi
yerinə yetirmiş olmaq məcburidir.
D. Semestrsonu Ġmtahan-(SSĠ) (%50)
Semestrsonu imtahandan minimum 100 bal üzərindən 34 bal toplanmalıdır. SSİ-na girmək üçün
maddi öhdəliyi yerinə yetirmiş olmaq məcburidir.
D. Müvəffəqiyyət qiyməti
Müvəffəqiyyət qiyməti; Məcburi semestrdaxili fəaliyyətdən, Semestrdaxili imtahandan və
Semestrsonu imtahandan alınan qiymətlərin cəminə bərabərdir. Yekun qiymət minimum 51 bal (əlli
bir bal) olmalıdır.
İngilis dilli ixtisaslar üzrə dil tədris sinifində təhsil alan tələbələr üçün dil dərslərinə aid qiymət
hesablama üsulu Dil təlim-tədrisi və imtahan haqqında əsasnamənin tələblərinə əsasən aparılır.
Yekun qiymətin hesablanmasıyla bağlı bir nümunə
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 16/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
8.5.3.
8.5.4. Mədəniyyət və İdman İdarəsi nəzdində fəaliyyət göstərən şöbələr, dərnəklər və digər
çərçivədə həyata keçirilən sosial fəaliyyətlərdə iştirak edən tələbələrə hər bir semestrdə yalnız bir
dərsdə nəzərə alınmaq şərti ilə iştirak etdiyi sosyal fəaliyyət Fərdi Fəaliyyət olaraq qəbul edilir.
Müvafiq klub rəhbərinin, Mədəniyyət və idman idarəsi rəsinin imzasıyla 100 (yüz) bal üzərindən
verilən qiymət və müvafiq tələbənin cari semestrin əvvəlində razılaşdırmış olduğu dərsdə nəzərə
alınması istəyini göstərən Form müvafiq bölmə müdirinə təqdim edilir.
8.5.5.
a. Beynəlxalq olimpiadalara, dövlət qurumları tərəfindən keçirilən ütün növ idman yarışmalarında,
olimpiada və layihə müsabiqələrində iştirak edən tələbələrə 1 dərsdən nəzərə alınmaq şərti ilə Fərdi
Fəaliyyət qiyməti verilir.
b. QU Texnopark fəaliyyətlərində iştirak edən tələbələrə, fəaliyyətlərdə iştirak aktivliklərinə uyğun
olaraq QU Texnopark səlahiyyətli nümayəndəsinin imzası ilə (Müvafiq forma doldurulmaqla) Fərdi
Fəaliyyət qiyməti verilir.
Tyutor, QU Texnopark nümayəndəsi, Fakültə üzrə olimpiada fəaliyyətlərindən məsul şəxs və
Universitet üzrə Olimpiada Fəaliyyətlərindən məsul şəxsin imzası ilə 100 (yüz) ballıq sistemə görə
bir forma hazırlanır və tələbənin nəzərdə tutulan müddət içərisində razılaşdırdığı dərsin adı qeyd
edilərək bölmə müdirinə təqdim edilir.
8.5.6. Formlar ən gec müvafiq semestrin Semestrsonu İmtahanlarının başlamasına 1 tədris həftəsi
qalana qədər dərrsin müəlliminə təqdim edilir. Adı çəkilən müəllim 100 ballıq sistemə uyğun
olaraq müəyyənləşdirilən balı Fərdi Fəaliyyət olaraq nəzərə alır.
SDF
(Semestrdaxili
Fəaliyyət) (MDĠA)
FF (Fərdi
Fəaliyyət) FF
SDĠ
(Semestrdaxili
Ġmtahan) (DĠĠ)
SSĠ
(Semestrsonu
Ġmtahanı)
(DSĠ)
Yekun
Müvəffəqiyyət
Qiyməti
Təsir
Nisbəti
(faizlə)
20%
10%
20%
50%
MSDF + FF+ SDİ
+ SSİ
Nümunə
70
80
70
80
14+8+14+40 = 76
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 17/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
8.5.7. Tyutorun rəyi əsasında aktiv olaraq məsləhət saatları keçirilən dərslərdə iştiraka görə hər
tələbəyə 1 (bir) dərsdən 100 ballıq sistem üzərindən Fərdi Fəaliyyət balı verilə bilər. Bu səbəblə
hansı kurlsar üzrə Tyutorluğun aktiv təşkil ediləcəyi və Fərdi Fəaliyyət qiyməti olaraq qəbul edilə
biləcəyi tədris ilinin başında bölmə və fakültə heyətlərində qərarlaşdırılmalıdır ki, tələbələr də dərs
müəllimləri ilə Fərdi Fəaliyyət qiymətlərini razılaşdırarkən Tyutorluğu qeyd edib-edə
bilməyəcəklərini bilsinlər.
8.6. Ġmtahan Kağızlarının Saxlanılması
8.6.1. İmtahan kağızları bölmələr tərəfindən 1 (bir) il saxlanır, saxlama müddəti bitdikdən sonra
imha edilir.
8.6.2. İmtahan protokolu (tutanaq) 1 (bir) il bölmədə saxlandıqdan sonra arxivə təslim edilir.
8.6.3. İmtahan nəticələri siyahısı semestrin sonunda təsdiqlənərək Tədris hissəsinə təslim edilir.
8.7. Təcrübələrin təĢkili
8.7.1. Təcrübələr hər bölmənin tedris proqramına uyğun olaraq həyata keçirilir.
8.7.2. Təcrübələrin keçirilməsinə ayrılmış hər bir həftə 1,5 kreditə bərabərdir.
IX.
DĠPLOM (BURAXILIġ) ĠġĠ VƏ DÖVLƏT ĠMTAHANI
9.1. Baklavr səviyyəsində tələb olunan kreditləri müvəffəqiyyətlə toplayan tələbəyə təhsillərini
bitirə bilmək üçün dövlət imtahanı hüququ verilir.
9.2. Qiymət ortalaması 75.00 bal və artıq olan tələbələr öz arzularıyla, müvafiq bölmə müdirliyinin
razılığıyla buraxılış işinin yazmağı seçə bilərlər. Bu seçim Rektorun əmriylə rəsmiləşdirildikdən
sonra qüvvəyə minir.
9.3. Diplom işinin hazırlanması və müdafiə edilməsi şərtləri eyni zamanda dövlət imtahanının
əsasları ayrı bir təlimatnamə ilə tənzimlənir.
9.4. Diplom işi və dövlət imtahanı tədris proqramlarında 9-cu (doqquzuncu) və 10-cu (onuncu)
semestr dərsi olaraq göstərilir. Ancaq diplom işlərində işləniləcək mövzular tələbələrə müvafiq
təlimatnamənin tələblərinə uyğun olaraq əvvəlki semestrlərdə də verilə bilər.
9.5. Diplom və əlavələri
9.5.1. Tədrislərini uğurla başa vuran və diplom almaq hüququ qazanan tələbələrə Təhsil
Nazirliyinin standart diplomu təqdim edilir.
9.5.2. Diplomla birlikdə Təhsil Nazirliyinin müəyyənləşdirdiyi əlavələr və AKTS-nə görə
hazırlanmış Diplom Əlavəsi təqdim edilir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 18/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
9.5.3. Diplomlar hazırlanana qədər tələbələrə diplomlarını alarkən geri vermək şərtilə müvəqqəti
Məzuniyyət Haqqında Sənəd təqdim edilir.
9.6. Ağırlıqlı (Fənnin kreditinə görə) Orta Göstərici və Diplom Dərəcəsi
9.6.1. Müvəffəqiyyət səviyyəsi, hər dərsdən alınan qiymətin o dərsin həftəlik dərs saatı miqdarına
bərabər olan (2013-2014 tədris ilindən etibarən bölmələrdə təhsil almağa başlayan tələbələr üçün
AKTS krediti miqdarı) ağırlıq əmsalı ilə vurulmasından əldə edilən sayların cəminin, bütün
dərslərin ağırlıq əmsallarının cəminə (2013-2014 tədris ilindən etibarən bölmələrdə təhsil almağa
başlayan tələbələr üçün AKTS krediti miqdarı) bölünməsi ilə əldə edilir.
9.6.2. Diplom dərəcəsi ən yaxın tam saya çevrilmiş ağırlıqlı orta göstərici əsas alınaraq hesablanır.
9.6.3. Fərqlənmə diplomu Təhsil Nazirliyinin müəyyənləşdirdiyi kriteriyalar əsasında verilir.
Ağırlıqlı ortalama qiymət göstəricisi:
X.
TƏHSĠLALANLARIN
KÖÇÜRÜLMƏSĠ
(UNİIVERSİTETLƏRARASI
VƏ
UNİVERSİTET DAXİLİ), XARĠC EDĠLMƏSĠ, BƏRPA OLUNMASI VƏ AKADEMĠK
MƏZUNĠYYƏT GÖTÜRÜLMƏSI
10.1. ÜMUMĠ MÜDDƏALAR
10.1.1. Ali təhsilin bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi, ixtisasının və (və ya) təhsilalma formasının dəyişməsi, tələbələr sırasına bərpası və
akademik məzuniyyətdən qayıtması qış və yay tətili dövründə həyata keçirilir.
Ağırlıklı Orta Göstərici
Dərəcə
AKTS qarĢılığı
91-100
A
əla
81-90
B
çox yaxşı
71-80
C
Yaxşı
61-70
D
kafi
51-60
E
qənaətbexş
51`dən aşağı
F
qeyri kafi
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 19/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
10.1.2. Ali təhsilin magistratura səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən və ya
ixtisasdan digərinə köçürülməsinə yol verilmir. Həmin səviyyədə təhsil alan tələbələr yalnız
təhsilalma formasını dəyişmək, xaric olunanlar isə öz ixtisası üzrə əvvəl təhsil aldığı ali təhsil
müəssisəsinə bərpa olunmaq hüququna malikdirlər.
10.1.3. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına
bərpa olunan şəxslər (dövlət sifarişi əsasında təhsilalanların eyni ixtisas üzrə köçürülməsi istisna
olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər.
10.1.4. Tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq bakalavriat səviyyəsində tələbələrin
bir ali təhsil müəssisəsindən və ya ixtisasdan digərinə köçürülməsi, bakalavriat və magistratura
səviyyələrində xaric olunmuş şəxslərin tələbələr sırasına bərpası (əvvəl təhsil aldıqları ali təhsil
müəssisəsinə öz ixtisasları üzrə bərpası istisna olmaqla) Azərbaycan Respublikası Təhsil
Nazirliyinin razılığı ilə həyata keçirilir.
10.2. TƏLƏBƏLƏRĠN KÖÇÜRÜLMƏSĠ
10.2.1. Ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını
dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra
həyata keçirilir.
10.2.2. İxtisasın dəyişməsi və ya bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi tələbənin
köçürülmək istədiyi ali təhsil müəssisəsinə müvafiq təhsil proqramı ixtisas) üzrə qəbul planı
(akkreditasiya haqqında sertifikat) ilə müəyyən edilmiş tələbələrin say həddi gözlənilməklə
aparılır.
10.2.3. Ölkə daxilində bakalavriat səviyyəsində tələbələrin bir ali təhsil müəssisəsindən digərinə
köçürülməsi o şərtlə aparıla bilər ki, Tələbə Qəbulu üzrə Dövlət komissiyası (bundan sonra -
TQDK) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə
köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az
olmasın. Bu zaman tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar TQDK tərəfindən
müəyyən olunmuş eyni ixtisas qrupu daxilində olmalıdır.
10.2.4. Xarici ölkə ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil
aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması,
TQDK tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 20/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid
balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.
10.2.5. Digər ali təhsil müəssisəsinə və ya ixtisasa köçürülmək istəyən tələbə aşağıdakı sənədləri
təqdim etməklə köçürülmək istədiyi ali təhsil müəssisəsinə ərizə ilə müraciət edir:
10.2.5.1. tələbənin təhsil müddətində fənlər üzrə topladığı kreditləri və qiymətləri (hərf və balla)
özündə əks etdirən sənəd (bundan sonra akademik transkript);
10.2.5.2. ali təhsil müəssisəsinə qəbul olunarkən topladığı bal haqqında sənəd;
10.2.5.3. xaricdə təhsil alan və ailə qurması ilə əlaqədar Azərbaycan Respublikasına köçməsi
səbəbi ilə köçürülmək istəyənlər - müvafiq təsdiqedici sənədlər
(bu zaman 10.2.4-də nəzərdə tutlan tələblər nəzərə alınmır);
10.2.5.4. dövlət xətti ilə təhsil alanlar istisna olmaqla, xaricdə öz hesabına təhsil alan tələbələr -
təhsil aldıqları dövlətin qanunvericiliyinə uyğun legallaşdırılmış akademik transkript və təhsil
aldığı müddətdə gediş-gəlişi təsdiq edən rəsmi sənədlər.
10.2.6. Bölmələrarası köçürmə prossesi; tələbə müvafiq formu dolduraraq Tədris hissəsinə
müraciət edir, Tədris hissəsi bu müraciəti şöbənin də rəyini əlavə edərək müvafiq Bölmə
müdiriyyətinə/Dillər məktəbi müdiriyyətinə göndərir. Müvafiq bölmədə lazımi tədbirlər
görüldükdən sonra qovluq tamamlanaraq Fakültə/Dillər məktəbi İdarə heyətinin qərarıyla Tədris
işləri üzrə prorektora təqdim edilir. Prosses Rektorun əmri ilə tamamlanır.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 21/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
10.3.
TƏLƏBƏLƏR SIRASINDAN XARĠC EDĠLMƏ (QEYDĠYYATI LƏĞV ETMƏ)
10.3.1. Tələbə aşağıdakı hallarda ali təhsil müəssisəsindən xaric edilir:
öz arzusu ilə;
başqa ali təhsil müəssisəsinə köçürüldükdə;
ali təhsil müəssisəsinin daxili intizam qaydalarını kobud şəkildə pozduqda;
müəyyən kateqoriya xəstəliklərlə əlaqədar səhhətinə görə (həkim-məsləhət komissiyasının
arayışına əsasən);
- növbəti tədris ilinə qeydiyyatdan keçməyib semestrin sonuna qədər ali təhsil müəssisəsi ilə əlaqə
saxlamadıqda.
10.3.2. Ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər hərbi xidmətə çağırışdan möhlət hüququnu
itirirlər. Ali təhsil müəssisəsinin rektoru tərəfindən həmin şəxslərinxaric olunması barədə onların
hərbi uçotda olduqları dövlət qurumlarına bir həftə müddətində rəsmi məlumat verilir.
10.3.3. Tələbələr sırasından xaric edilmiş şəxsə akademik arayış və təhsil haqqında sənədin əsli
verilir, həmin sənədin surəti və xaric olunma haqqında əmrdən çıxarış isə ali təhsil müəssisəsində
tələbənin şəxsi işində saxlanılır.
10.4.
TƏLƏBƏLƏR SIRASINA BƏRPA (TƏLƏBƏ ƏFVI)
10.4.1. Ali təhsil pilləsinin hər iki səviyyəsində tələbələr sırasından xaric olunmuş şəxslər xaric
olunma vaxtından bir semestr keçdikdən sonra ali təhsil müəssisəsinə bərpa olunmaq hüququna
malikdir.
10.4.2. Azərbaycan Respublikasının ali təhsil müəssisəsindən xaric olunmuş şəxsin həmin ali təhsil
müəssisəsinə öz ixtisası üzrə bərpası onun ərizəsi əsasında göstərilən müddətdə ali təhsil
müəssisəsinin rektorunun əmri ilə həyata keçirilir. Bütün digər hallarda tələbənin bərpası
Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı ilə həyata keçirilir. Bərpa barədə ərizəyə
akademik arayış və əvvəlki təhsil haqqında sənədin əsli (əgər xaric edildiyi ali təhsil müəssisəsinə
bərpa olunmursa) əlavə edilir.
10.4.3. Bərpa olunmuş tələbələrin şəxsi işi bərpa edilir. Bu şəxsi işə rektorun adına yazılmış ərizə,
bərpa olunma haqqında əmrdən çıxarış, digər ali təhsil müəssisəsindən xaric edilmiş tələbələrin
şəxsi işinə isə habelə akademik arayış və xaric olunma haqqında əmrdən çıxarış əlavə edilir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 22/25
Dostları ilə paylaş: |