Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
10.4.4. Tələbələr sırasına bərpa olunan tələbə, ixtisasın normativ təhsil müddətindən sonrakı 3 (üç)
ildə (həqiqi hərbi xidmət müddəti nəzərə alınmamaqla) məzmununda əsaslı dəyişikliklər edilən
peşə hazırlığı fənlərindən əvvəllər qazandığı kreditləri itirir. Tələbə həmin kreditləri yenidən
yığmalıdır.
10.5. AKADEMĠK MƏZUNĠYYƏTĠN VERĠLMƏSĠ (QEYDĠYYAT DONDURMA)
10.5.1. Tələbəyə akademik məzuniyyət aşağıdakı hallarda və müddətə verilir:
10.5.1.1. müddətli həqiqi hərbi xidmətə çağırıldıqda - xidmət müddətinə;
10.5.1.2. ailə vəziyyətinə görə - 2 il müddətinədək;
10.5.1.3. səhhətinə görə - həkim-məsləhət komissiyasının arayışında göstərilən müddətə;
10.5.1.4. sosial məzuniyyətə çıxdıqda - qanunvericiliklə müəyyən olunmuş müddətə;
10.5.1.5. müxtəlif proqramlar əsasında xarici ölkələrə təhsil almağa getdikdə (yalnız Təhsil
Nazirliyi xətti ilə) - proqramda göstərilən müddətə.
10.5.2. Akademik məzuniyyətdən qayıdan şəxslər tədris prosesinə növbəti semestrdən buraxılırlar.
10.5.3. Qeydiyyatı dondurma prossesi; tələbə müvafiq formu dolduraraq Tədris Hissəsinə müraciət
edir, Tədris hissəsi bu müraciəti şöbənin də rəyini əlavə edərək müvafiq Bölmə
müdiriyyətinə/Dillər məktəbi müdiriyyətinə göndərir. Müvafiq bölmədə lazımi tədbirlər
görüldükdən sonra qovluq tamamlanaraq Fakültə/Dillər məktəbi İdarə heyətinin qərarıyla Tədris
işləri üzrə prorektora təqdim edilir. Prosses Rektorun əmri ilə tamamlanır.
10.5.4. Akademik məzuniyyət müddəti bitən tələbə avtomatik olaraq təhsilə başlamış hesab edilir.
Tələbə akademik məzuniyyətdən qayıtdıqda əvvəl təhsil aldığı ali təhsil müəssisəsində həmin
ixtisas üzrə kadr hazırlığı aparılmadıqda bu Əsasnamənin 10.2.3-cü bəndinin birinci cümləsində
qoyulan tələblər (qəbul balının keçmək istədiyi ixtisasın balından yüksək olması) ali təhsil
müəssisəsini və ya ixtisasını dəyişməsi zamanı nəzərə alınmır.
XI.
TƏLƏBƏ MÜBADĠLƏSĠ PROQRAMLARI ÇƏRÇĠVƏSĠNDƏ ALINAN
QĠYMƏTLƏRĠN TRANSFERĠ
11.1. Xarici universitetlərlə əldə edilən əməkdaşlıq proqramları çərçivəsində və ya beynəlxalq
mübadilə proqramları çərçivəsində tələbə mübadiləsi həyata keçirilə bilər.
11.2. Tələbə mübadiləsi müddətləri bir və ya iki semestrdir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 23/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
11.3. Qafqaz universiteti tələbələrinin mübadilə proqramları çərçivəsində başqa universitetlərdə
topladıqları kreditlər və qiymətlər transfer edilərək aşağıdakı kriteriyalara uyğun olaraq tələbənin
akademik transkriptinə əlavə ediliir.
11.4. Bəzi qiymətlər və Qafqaz universitetindəki ekvivalentləri bu şəkildə dəyərləndirirlir:
11.4.1. Transfer ediləcək qiymət 100 (yüz) ballıq sistemdədirsə alınan qiymət eyni ilə transfer
edilər.
11.4.2. 100 (yüz) ballıq sistemdə olmayan qiymətlərin transferi aşağıdakı nümunəyə uyğun olaraq
transfer edilir.
11.4.3. Transkriptdə Məqbul (Pass/Geçər) olaraq ifadə edilən qiymətlərin ekvivalenti (qarşılığı)
100 (yüz) baldır.
Qafqaz Universitetindəki
rəqəmsal qiymət
ekvivalenti
Qafqaz Universitetindəki
hərfi qiymət ekvivalenti
Qiymət sistemi 1 Qiymət sistemi 2
100
A
AA, AB
A+, A-, A
90
B
BA, BB
B+, B
80
C
CB
B-, C+
70
D
CC, DC
C, C-
60
E
DD, FD
D+, D
0
F
F, FF
F
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 24/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
XII.
YAY SEMESTRĠNĠN TƏġKĠLĠ
12.1.1. Yay semestri aşağıdakı məqsədlərlə təşkil olunur:
12.1.1.1. akademik borcların ləğv edilməsi;
12.1.1.2. fənlərin prerekvizitliyi gözlənilməklə, humanitar fənlər bölümünə daxil olan və ali təhsil
müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması;
12.1.1.3. müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi;
12.1.1.4. ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisəsi
tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması.
12.1.2. Yay semestri yaz semestri başa çatdıqdan sonra təşkil olunur və onun başlanma müddəti ali
təhsil müəssisəsi tərəfindən müəyyən edilir. Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6
(altı) həftədir. İmtahan müddəti 1 (bir) həftədən artıq olmamaqla, yay semestrinin sonuncu
həftəsində təşkil edilir.
12.1.3. Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.
12.1.4. Yay semestri və imtahanlar növbəti semestrin başlanmasına 2 həftə qalanadək başa
çatdırılır.
12.1.5. Yay semestrində üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələr üçün növbəti semestrin
başlanğıcına qədər bir dəfə imtahan təşkil olunur.
12.1.6. Tələbə yay semestrində iştirakından asılı olmayaraq, payız semestri üçün öz fərdi tədris
planını iyulun 5-dən 15-dək fakültəyə təqdim etməlidir və o, bu Əsasnamənin müvafiq
yarımbəndində göstərilən müddətdə öz fərdi tədris planında müvafiq dəyişikliklər edə bilər.
12.1.7. Müvəffəqiyyət qazandığı fəndən qiymətini yüksəltmək məqsədi ilə tələbəyə yenidən
imtahan verməyə icazə verilmir. Lakin o, qiymətini yüksəltmək üçün yay semestrində həmin fənni
yenidən götürərək dinləməklə imtahan verir. Tələbə öz məqsədinə nail olmadıqda, onun əvvəl
topladığı bal qüvvədə qalır.
12.1.8. Bu Əsasnamənin tələblərinə uyğun olaraq, imtahana buraxılmayan tələbə semestrdə fənn
(fənlər) üzrə müəyyən edilmiş dərslərin 50 faizindən çoxunda iştirak etdiyi halda o, həmin fənni
(fənləri) yay semestrində təkrar götürmək hüququna malikdir.
12.1.9. Yay semestri könüllülük prinsipi ilə ödənişli əsaslarla həyata keçirilir.
Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi
Qafqaz Universiteti
│
BAKALAVR-MAGĠSTR TƏLĠM TƏDRĠS
ĠMTAHAN
HAQQINDA ƏSASNAMƏ
Sənəd №: QU-ƏS-003-AZ / NəĢr tarixi: 20.02.2004 / DəyiĢiklik №: 06 / DəyiĢiklik tarixi: 24.02.2016 / Səhifə №: 25/25
Hazırlayan: Elmi ġura
İmza: / /
Yoxlayan: Keyfiyyət Ġdarəetmə ġöbəsi
İmza: / /
Təsdiq edən: Rektor
İmza: / /
12.1.10. Yay semestrində tələbənin fənn üzrə bir kreditinin ödənişi İdarə heyətinin qərarı ilə
müəyyən edilir.
12.1.11. Yay semestrində fənn üzrə qrupda tələbələrin sayını İdarə heyəti maliyyə imkanlarını
nəzərə alaraq müəyyənləşdirir.
12.1.12. Yay semestrinə müəllimlər könüllü surətdə cəlb olunurlar. Bu zaman müəllimin
fəaliyyətinin ödəniş məbləği saathesabı qaydada həyata keçirilir.
XIII.
ƏSASNAMƏYƏ ƏLAVƏ VƏ DƏYĠġĠKLĠKLƏRĠN EDĠLMƏSI QAYDASI
13.1. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Universitet Elmi şurasını və İdarə heyətinin qərarı ilə
edilir.
13.2. Bu Əsasnaməyə edilən əlavə və dəyişikliklər elan edildiyi tarixdən etibarən qüvvəyə minir.
13.3. Bu Əsasnaməyə edilən əlavə və dişikliklər qüvvəyə mindiyi tarixdən etibarən bütün tələbələr
üçün icrası məcburidir.
XIV.
QÜVVƏDƏ OLMA MÜDDƏTĠ
14.1. Bu əsasnamə, Elmi Şurada qəbul edildiyi tarixdən etibarən qüvvəyə minir.
14.2. Bu əsasnamənin müddəaları Rektor tərəfindən icra edilir.