3
GİRİŞ
“Azərbaycan dendroflorası” kitabının III cildi I və II cildin davamı
olub, yerli və xarici floraya mənsub 25 fəsilə, 42 cinsə aid 254 növ ağac-
kol bitkisinin yayılma arealları, ekologiyası və istifadəsi haqqında
məlumat verilir. Hərtərəfli monitorinq nəticəsində Azərbaycan dendroflo-
rasının müasir vəziyyəti tədqiq edilmiş, son dövrlər introduksiya olunmuş
yeni növlər araşdırılmış və III cildə daxil edilmişdir. Bu cild
Angiospermae (Örtülütoxumlular) şöbəsinə aid Leguminosae və ya
Fabaceae (Paxlakimilər) fəsiləsindən Plumbaginaceae (Qurğuşunçiçəyi-
kimilər) fəsiləsinə qədər olan bitki növlərini əhatə edir. Çoxsaylı
ekspedisiyalar nəticəsində məlum olmuşdur ki, müasir dövrdə bir çox
antropogen,
iqlim
amillərinin
dəyişməsi
Azərbaycan
təbiətinin
özünəməxsus rəngarəngliyinə səbəb olmuşdur. Məhz bu səbəbdən torpaq-
iqlim şəraiti dünyanın tropik və subtropik zonalarının ekoloji mühit
amilləri ilə oxşarlıq təşkil etmişdir. Bu da müxtəlif floristik zonalara,
xüsusən də, Şərqi Asiya, Aralıq dənizyanı ölkələri, Avstraliya, Şimali və
Cənubi Amerika floralarından gətirilmiş ağac-kol bitkilərinin yerli
şəraitdə introduksiyası, uyğunlaşdırılması, bioloji, ekoloji, dekorativlik
xüsusiyyətlərinin hərtərəfli öyrənilməsi və yaşıllaşdırmada istifadəsi
Azərbaycanın flora biomüxtəlifliyin artmasına gətirib çıxarmışdır. Məhz
onun nəticəsidir ki, hal-hazırda mədəni flora ümumi floranın 69%-ni
təşkil edir.
Aparılmış monitorinqlər əsasında III cildə daxil edilmiş fəsilə,
cins və növlərdən ən geniş yayılmış fəsilələrdən Paxlakimilərə
(Leguminosae Juss. və ya Fabaceae Lindl.) rast gəlinir ki, bu fəsilə 3
yarımfəsilə, 26 cinsi əhatə edir. Mimosoideae DC. - Küstümotu yаrımfəsi-
ləsinə 4 cins, 8 növ, Cаesаlpinоideаe DC. - Sezаlpiniyа yаrımfəsiləsinə 7
cins, 15 növ, Fаbоideаe Rudd. - Pахlаlılаr yаrımfəsiləsinə 16 cins, 71 növ
(onlardan 39 növü təkcə Аstrаgаlus L. – Pаxlаdən, Gəvən cinsinə aiddir)
ümumilikdə 62 növ Azərbaycanda təbii və mədəni florada rast gəlinir.
Florada digər üstünlük təşkil edən Оlеаcеае Hoffmanns. & Link –
Zеytunkimilər fəsiləsinə аid cins və növlərdir. Fəsiləyə aid 9 cins, 32
növə Böyük və Kiçik Qafqazda rast gəlinir. Plumbaginaceae Juss. -
Qurğusunçiçəyikimilər fəsiləsinə aid növlər əsasən Naxçıvan MR-da təbii
halda yayılmışdır. Fəsilənin 2 cinsinə aid 23 növə rast gəlinir ki, onlardan
22 növ Acantholimon Boiss. – Tıs-tıs cinsinə aiddir.
4
Əvvəllər qeyd edilməyən hal-hazırda mədəni florada geniş yayılmış
Myrtаcеае Adans. - Mərsinkimilər fəsiləsinə aid 5 cins, 18 növ
Abşeronda, Lənkəranda park və bağlarda mədəni şəraitdə becərilir.
Azərbaycan florasında Fаgаcеае А. Br. - Fıstıqkimilər fəsiləsinin 3
cins, 19 növünə rast gəlinir. Fəsilənin ən böyük cinsinə aid nümayəndə-
lərdən Quеrcus L. - Pаlıd cinsidir ki, bu cinsin 17 növünə respublikamız-
da təbii və mədəni şəraitdə becərilir.
Mоrаcеае Gaudich. - Tutkimilər fəsiləsi nisbətən az 5 cins, 10 növlə,
Pоlygоnаcеа Juss. - Qırхbuğumkimilər fəsiləsi 2 cins, 8 növlə,
Plаtаnаcеае T. Lestıb. - fəsiləsi 1cins 4 növlə təmsil edilmişdir.
Tədqiq olunan növlərin taksanomik tərkibi və təyinedici açarları
A.Enqler-Prantl və 2009-cu ildə qəbul edilmiş APG III-IV sistemlərinə
istinad edilməklə verilmiş və hərtərəfli təhlil edilmişdir.
Kitab bioloqlar, botaniklər, ekoloqlar, dendroloqlar, ali və orta
ixtisas məktəbinin
müəllim və tələbələri, eyni ilə geniş oxucu
kütləsi üçün
nəzərdə tutulmuşdur.