Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında



Yüklə 35,72 Kb.
Pdf görüntüsü
tarix01.12.2016
ölçüsü35,72 Kb.
#563

Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi 

haqqında 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI 

Müstəqil  Azərbaycan  Respublikasında  həyatın  müxtəlif  sahələrində  aparılan  islahatlar 

içərisində  latın  qrafikalı  Azərbaycan  əlifbasının  bərpa  edilməsi  böyük  tarixi  əhəmiyyət  kəsb 

edir.  Azərbaycan  Respublikasının  prezidenti  Heydər  ƏLİYEV,in  "Dövlət  dilinin  tətbiqi  işinin 

təkmilləşdirilməsi  haqqında"  18  iyun  2001-ci  il  tarixli  və  "Azərbaycan  əlifbası  və  Azərbaycan 

dili  gününün  qeyd  edilməsi  haqqında"  9  avqust  2001-ci  il  tarixli  fərmanları  ölkənin  ictimai-

siyasi  həyatında  mühüm  hadisə  olmuş  və  latın  qrafikalı  Azərbaycan  əlifbasına  keçidi 

bütövlükdə  təmin  etmişdir.  Latın  qrafikalı  Azərbaycan  əlifbası  artıq  həyatımızın  bütün 

sahələrində  tam  yerini  tutmuşdur.  Bununla  yanaşı  Azərbaycan  ədəbiyyatı,  mədəniyyəti  və 

elminin  vaxtilə  kiril  qrafikası  ilə  çap  olunmuş  qiymətli  nümunələrinin  latın  qrafikasında 

yenidən kütləvi şəkildə nəşr olunması günün ən vacib məsələlərindən biri olaraq qalır. 

Dövlət müstəqilliyinin başlıca rəmzlərindən biri sayılan ana dilinə dövlət qayğısının daha 

da  artırılmasını  təmin  etmək,  Azərbaycan  ədəbiyyatı,  mədəniyyəti  və  elminin  ən  gözəl 

nümunələrini  müasir  dövrdə  təbliğ  etmək  və  gələcək  nəsillərə  çatdırmaq  məqsədilə 

Azərbaycan dilində əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən 

nəşrinin kütləvi şəkildə həyata keçirilməsi zərurətini nəzərə alaraq qərara alıram: 

1. 2004-cü ildə latın qrafikası ilə ilk mərhələdə çapı nəzərdə tutulan əsərlərin siyahısı təsdiq 

olunsun (siyahı əlavə olunur). 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2004-cü ildə Azərbaycan Respublikasının 

bütün kütləvi kitabxanalarına və orta tədris müəssisələrindəki kitabxanalara latın qrafikası ilə 

yenidən çap olunmuş kitabların alınması üçün zəruri vəsaitin ayrılmasını təmin etsin. 

3. Azərbaycan Respublikası prezidentinin İcra Aparatına tapşırılsın ki, 

-  Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi,  Azərbaycan  Respublikasının  Mədəniyyət 

Nazirliyi,  Azərbaycan  Yazıçılar  Birliyi  və  Azərbaycan  Milli  Elmlər  Akademiyası  ilə  birlikdə 

2005-2008-ci  illərdə  latın  qrafikası  ilə  yenidən  çapı  nəzərdə  tutulan  əsərlərin  siyahısını  bir  ay 

müddətində hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının prezidentinə təqdim 

etsin; 


-  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  və  respublikanın  maliyyə  qurumları  ilə 

birlikdə  müvafiq  plan-qrafik  tərtib  edib  latın  qrafikası  ilə  yenidən  nəşr  olunması  nəzərdə 

tutulan kitabların çapını təmin etsin; 

- Azərbaycan Respublikasının aidiyyatı qurumları ilə birlikdə yenidən çapı nəzərdə tutulan 

kitabların  mətnlərinin  elektron  daşıyıcıları  və  internet  vasitələri  ilə  yayılmasını,  latın 

qrafikasında Azərbaycan ədəbiyyatının virtual kitabxanasının yaradılmasını təmin etsin. 

4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir. 

İlham ƏLİYEV,  

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 12 yanvar 2004-cü il  



№ 56

 

Azərbaycan Respublikası Prezidentinin



 

12 yanvar 2004-cü il tarixli 56 nömrəli sərəncamı ilə

 

təsdiq olunmuşdur



 

  

Azərbaycan dilində latın qrafikası ilə ilk növbədə yenidən nəşri nəzərdə tutulan 



kitabların 

SİYAHISI 



  

Lüğət və ensiklopediyalar: 

Azərbaycan dilinin izahlı lüğəti 

Azərbaycan dilinin orfoqrafiya lüğəti 

"Azərbaycan Xalq Cümhuriyyəti" ensiklopediyası 

Azərbaycanca-ingiliscə lüğət 

Azərbaycanca-rusca lüğət 

"Ədəbiyyat və incəsənət" ensiklopediyası 

İngiliscə-azərbaycanca lüğət 

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti 

Rusca-azərbaycanca lüğət 

  

Azərbaycan xalq ədəbiyyatı: 



  

Aşıq ədəbiyyatından seçmələr, 3 cilddə 

Atalar sözü və məsəllər 

Azərbaycan dastanları, 5 cilddə 

Azərbaycan folkloru (məktəblilər üçün seçmələr) 

Azərbaycan xalq ədəbiyyatından seçmələr (qaravəllilər, xalq tamaşaları və oyunlar) 

Azərbaycan xalq mahnıları (not yazıları ilə), 3 cilddə 

Azərbaycan nağılları, 5 cilddə 

Bayatılar 

Bunu əzbərləməyə dəyər (folklor poeziyasından seçmələr) 

"Əfsanə, əsatir və rəvayətlər" 

"Kitabi-Dədə Qorqud", 3 cilddə 

"Koroğlu" dastanı, 2 cilddə 

"Qaçaq Nəbi"dastanı 

Molla Nəsrəddin lətifələri 

Tapmacalar 

  

Klassik və müasir Azərbaycan ədəbiyyatı: 



  

Abbas Səhhət. Əsərlər, 2 cilddə 

Abdulla Şaiq. Əsərlər, 3 cilddə 

Axundov Süleyman Sani. Seçilmiş əsərlər 

Axundzadə Mirzə Fətəli. Əsərlər, 3 cilddə 

Almas İldırım. Əsərlər 

Anar. Seçilmiş əsərlər 

Aşıq Ələsgər. Əsərlər, 2 cilddə 

"Azərbaycan şeri antologiyası (XIX əsr) 

Azərbaycan şeri antologiyası" (XX əsr) 

Azərbaycan uşaq ədəbiyyatı antologiyası, 3 cilddə 

Azərbaycanın qadın şairləri antologiyası 

Azəroğlu Balaş. Əsərlər 

Bakıxanov Abbasqulu ağa. Seçilmiş əsərlər 

Cabbarzadə Zeynal. Əsərlər 

Cabir Novruz. Əsərlər 

Cəfər Cabbarlı. Əsərlər, 4 cilddə 


Çəmənzəminli Yusif Vəzir. Əsərlər, 3 cilddə "Dastani-Əhməd" Hərami 

Dilbazi Mirvarid. Əsərlər 

Elçin. Seçilmiş əsərlər 

Əfəndiyev İlyas. Əsərlər, 3 cilddə 

Əhməd Cavad. Əsərlər 

Əkrəm Əylisli. Seçilmiş əsərlər 

Əlağa Vahid. Əsərlər 

Əli Kərim. Əsərlər 

Əlibəyli Ənvər. Əsərlər 

Əvhədi Marağalı. "Cami-Cəm 

Fədai. "Bəxtiyarnamə" 

Fikrət Qoca. Əsərlər 

Hacıbəyov Üzeyir. Əsərlər, 2 cilddə 

Hadi Məhəmməd. Əsərlər, 2 cilddə 

Haqverdiyev Əbdürrəhim bəy. Əsərlər, 2 cilddə 

Həbib Sahir. Əsərlər 

Həmid Nitqi. Əsərlər 

Həsənzadə Nəriman. Seçilmiş əsərlər 

Hökumə Billuri. Əsərlər 

Hüseyn Arif. Əsərlər 

Hüseyn Cavid. Əsərlər, 4 cilddə 

Hüseyn Mehdi. Əsərlər, 3 cilddə 

Hüseynov İsa. Seçilmiş əsərlər 

Xaqani Şirvani. Əsərlər 

Xəlil Rza. Əsərlər, 2 cilddə 

Xətai Şah İsmayıl. Əsərlər, 2 cilddə 

İbrahimov Hüseyn. Seçilmiş əsərlər 

İbrahimov Mirzə. Əsərlər, 3 cilddə 

İmadəddin Nəsimi. Əsərlər, 2 cilddə 

Kəsəmənli Nüsrət. Əsərlər 

Kişvəri. Əsərlər 

Klassik Azərbaycan ədəbiyyatından seçmələr, 3 cilddə 

Köçərli Firidun bəy. Əsərlər, 2 cilddə 

Kürçaylı Əlağa. Əsərlər 

Qabil. Əsərlər 

Qasımzadə Qasım. Əsərlər 

Qazi Bürhanəddin. "Divan" 

Qövsi Təbrizi. Əsərlər 

Qul Əli. "Qisseyi-Yusif" 

Qutqaşınlı İsmayıl bəy. Əsərlər 

Mədinə Gülgün. Əsərlər 

Məhəmməd Əmani. Əsərlər 

Məhəmməd Füzuli. Əsərlər, 6 cilddə 

Məhsəti Gəncəvi. Əsərlər 

Məlikzadə İsi. Əsərlər 

Məmməd Araz. Əsərlər, 2 cilddə 

Məmmədxanlı Ənvər. Seçilmiş əsərlər 

Məmmədquluzadə Cəlil. Əsərlər, 4 cilddə 

Məsihi. Vərqa və Gülşaı 


Mikayıl Müşfiq. Əsərlər 

Mir Cəlal. Əsərlər 

Mirzə Ələkbər Sabir. "Hophopnamə" 

Natəvan Xurşidbanu. Əsərlər 

Nəbati Seyid Əbülqasim. Əsərlər 

Nəbi Xəzri. Əsərlər, 2 cilddə 

Nərimanov Nəriman. Seçilmiş əsərlər 

Nəsirəddin Tusi. "Əxlaqi-Nasiri" 

Nizami Gəncəvi. Əsərlər, 7 cilddə 

Ordubadi Məmməd Səid. Seçilmiş əsərlər, 2 cilddə 

Osman Sarıvəlli. Əsərlər 

Rəfibəyli Nigar. Əsərlər 

Rəfiq Zəka. Əsərlər 

Rəhimov Süleyman. Seçilmiş əsərlər. 

Rəsul Rza. Əsərlər, 5 cilddə 

Rüstəmxanlı Sabir. Seçilmiş əsərlər 

Sabit Rəhman. Əsərlər, 2 cilddə 

Saib Təbrizi. Əsərlər 

Səfərli İslam. Əsərlər 

Səməd Vurğun. Əsərlər, 5 cilddə 

Səmədoğlu Vaqif. Seçilmiş əsərlər 

Səmədoğlu Yusif. Əsərlər 

Söhrab Tahir. Seçilmiş əsərlər 

Süleyman Rüstəm. Əsərlər, 5 cilddə 

Şəhriyar Məhəmmədhüseyn. Əsərlər, 2 cilddə 

Şıxlı İsmayıl. Əsərlər, 2 cilddə 

Şirvani Seyid Əzim. Seçilmiş əsərlər, 3 cilddə 

Tofiq Bayram. Əsərlər 

Vahabzadə Bəxtiyar. Əsərlər, 2 cilddə 

Vaqif Molla Pənah. Əsərlər 

Vazeh Mirzə Şəfi. Əsərlər 

Vəliyev Əli. Seçilmiş əsərlər 

Vəzirov Nəcəf bəy. Seçilmiş əsərlər 

Vidadi Molla Vəli. Əsərlər 

Zakir Qasım bəy. Əsərlər 

Zeynal Xəlil. Əsərlər 

Zərdabi Həsən bəy. "Əkinçi" 

  

Dünya ədəbiyyatı: 



  

Andersen Hans Kristian. "Nağıllar" 

Aytmatov Çingiz. Əsərlər 

Cami Əbdürrəhman. Seçilmiş əsərlər 

Çexov Anton. Seçilmiş əsərlər 

Dante Aligyeri. "İlahi komediya" 

Defo Daniel. "Robinzon Kruzo" 

Dostoyevski Fyodor. Seçilmiş əsərlər 

Düma Aleksandr. Seçilmiş əsərlər 


Dünya uşaq ədəbiyyatından seçmələr, 10 cilddə 

Ellada qəhrəmanları 

Əlişir Nəvai. Seçilmiş əsərlər 

Firdovsi Əbülqasım. "Şahnamə" 

Hafiz Şirazi. Əsərlər 

Homer. "İliada", "Odisseya" 

Höte İohann Volfqanq. "Faust" 

Hüqo Viktor. Seçilmiş əsərlər 

Jül Vern. Seçilmiş əsərlər 

Kəlilə və Dimnə 

Lermontov Mixail. Seçilmiş əsərlər 

London Cek. Seçilmiş əsərlər 

Mark Tven. Seçilmiş əsərlər 

Ömər Xəyyam. Rübailər 

Puşkin Aleksandr. Seçilmiş əsərlər 

Servantes Saavedra. Don Kixot 

Sədi Şirazi. "Bustan", Gülüstan 

Stivenson Robert. Seçilmiş əsərlər 

Svift Conatan. "Qulliverin səyahəti" 

Şekspir Uilyam. Seçilmiş əsərlər 

Şiller Fridrix. Seçilmiş əsərlər 

Tolstoy Lev. Seçilmiş əsərlər 

Yunus İmrə. Əsərlər 

  

 



Yüklə 35,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin