Azərbaycan Dövlət bədən tərbiyəsi və idman akademiyası
Sərbəst iş
Fənn: Üzgüçülüyün tədrisi və nəzəriyyəsi metodikası
Müəllim: Ağaxanov Bəxtiyar
Tələbə: Vaqif Quluzadə
Qrup:120A7
Mövzu : Sinə üstə krol üzmə üsulunun texnikası
Sinə üsulla krol - üzgüçülüyün daha kütləvi və sürətli idman üsuludur. Seçmə üsulla (sərbəst stillə) üzməyə icazə verilən yarış növlərində idmançılar sinə üstə krol üsuluna üstünlük verirlər. Sərbəst stildə 50 metrdən 1500 metrə qədər məsafə, həmçinin 4×100 və 4×200 m estafetlər oynanılır. Krol üsulunu açıq su hövzələrində 5 və 25 km uzaq məsafəyə üzən iştirakçılar, həmçinin üzgüçülüyün daxil olduğu çoxnövçülük iştirakçıları seçir.
Sinə üstə krol tətbiqi əhəmiyyət kəsb edir. Yaxşı hazırlanmış xiıasedicilət zərərçəkənə doğru üzərkən yuxarı qaldırılmış başla krolun bir neçə dəyişkən variantlarından istifadə edirlər. Üzgüçü ayağına üzgəc geyib üzərkən və dibə baş vurarkən krol üsulunun əhəmiyyəti artır. Məsələn, akvalanqistin su altında irəliyə doğru hərəkətinin əsasını ayaqlarla krol hərəkətləri təşkil edir. Sinə üstə krolla üzmə zamanı üzgüçü suyun səthində üfüqi vəziyəttdə uzanır və əllərlə növbəli avarçəkmə icra edir. Eyni zamanda bir əl dirsəkdən bir qədər əyilmiş halda suda irəlidən-geriyə avar hərəkıyi edir, digər əl su üzərində irəli hərəkət edir. Nəfəs almaq üçün idmançı başını üzü yana çevirir. Nəfəs aldıqdan sonra baş yenidən üzü aşağı dönür, idmançı nəfəsverməni suya icra edir. Əllərlə avar suyun səthində, deməj olar ki, düz ayaqlarla yuxarıdan aşağıya fasiləsiz növbəli hərəkətləri ilə uyğunlaşdırılır. Əllərlə hərəkətin bir bütöv dövrəsi zamanı idmançı ayaqlarla bir neçə hərəkət etməyı müvəffəq olur bu zərbələrin miqdarına görə krolun iki, dörd və alyı zərbəli variantlarını fərqləndirirlər.
Bütün variantlar səmərəlidir. Seçim təlimin vəzifəsindın, idmançının fərdi xüsusiyyətlərindən və üzmə şərtlərindən asılıdır. İbtidai təlim metodikasının əksəriyyətinin əsasında altı zərbəli krol texnikasnın mənimsənilməsi durur.
Əllərin hərəkətinin dövrəsini şərti olaraq fazalara bölünür: Qapma dartınma və itələmə işçi fazalarıdır. Əlin sudan çıxmsı yekunlaşdırıcı hərəkət fazasıdır, əllərin su üzərində hərəkəti və suya girməsi isə hazırlıq hərəkətləridir. Avarçəkmə zonası əsas işçi səthi, hansı ki, onun köməyilə üzgüçü suya dayaq edir və özünü irəli çəkir, nisbətən sərt səth "əl-çiyin önü" sayılır.
Avarçəkmə bədənin orta xətti boyu irəlidən-geti istiqamətində yerinə yetirilir. Avarınçəkmənin ikinci hissəsi - itələnmə daha enerjilidir. Avarçəkmə budların yanında başa çatır. Əl dirsək yuxarı olmaqla sudan çıxır və boşalır. Su üzərində hərəkət zamanı əl dirsəkdən azacıq əyilir, dirsək yuxarıya istiqamətlənir. Əlin suya girməsi başdam irəlidə, təxminən eyniadlı çiynin eni boyu baş verir əl, dirsək və çiyin ardıcıl olaraq suya eyni nöqtəyə salınır. Bu hərəkətlır sərbəst, lakin yavaşımadan icra edilir, suya salındıqdan sonra əllər irəliyə doğru dartılır, üzgüçü növbəti avarçəkməyə başlamağa hazırlaşaraq ovcunu qarşıdan gələn su axınına dayayır. Əllərlə hərəkətlırin uyğunlaşdırılması: Əlin biri avarçəkmə hərəkətlərini yerinə yetirərkən digər ək su üzərində hərəkət edir, suya girir və irəliyə doğru dartılır. Bir əlin suya girməsi və su üzərində irəliyə dartılması digər əlin avarın ikinci yarısını icra etməsi ilə üst üstə düşür.
Tənəffüs: Üzgüçü nəfəs almaq üçün başını avarçəkməni başa çatdıran əllərinə tərəf çevirib. Nəfəsalma ağız vasitəsilə əllərin sudan çıxarılması zamanı icra olunur. Nəfəs almaq üçün başı yana çevirərkən onu bədənin uzununa oxu boyu saxlamaq və au üzərində qaldırmamaq zəruridir. Nəfəs aldıqdan sonra üzgüçü başını yenidəm üzüaşağı çevirir və suda tədricən ağız və burunla nəfəsini buraxmağa başlayıt. Qalıq havanl ağız və burundan qüvvətli şəkildə "itələnib çıxarılması" ilə müşayiət olunan tənəffüs tsikli o vaxt başa çatır ki, bu zaman üzgüçünün başı npvbşti nəfəsalma üçün yenidən yana çevrilir və aöız suyun üzərindən görünür.
Hərəkətlərin ümumi uyğunlaşdırılması: Krolun altı zərbəli vatiantında əllərlə hərəkıtin bir tam dövrəsində ayaqlarla altı növbəli hərəkət etmək - pəncələrlə aşağıya altı zərbə vurmaq lazım gəlir. Əl və ayaq hərəkətlərinim düzgün uyğunlaşdırılması tədris tapşırıqlarının icrası zamanı yeni öyrənənlərdə demək olar ki, avtomatik alınır. Krpl üzgüçülüyü texnikasının əsasını fasiləsiz növbələşdirən əllərlə avarçəkmənin tənəffüslə düzgün uzlaşdırılması təşkil edir. Ayaqların növbəli hərəkətləri əllərin avarvari hərəkətlərinə köməm etməli və bədənin üfüqi və müvazinətli vəziyyətini saxlamağa imkan verməlidir. Ayaqların həddən artıq intensiv hərəkətləri əllərin hərəkıtinə maneçilik törədə bilər
Dostları ilə paylaş: |