AZƏrbaycan döVLƏT İQTİsad univers



Yüklə 53,05 Kb.
Pdf görüntüsü
tarix24.05.2020
ölçüsü53,05 Kb.
#31528
kitab111


 

AZƏRBAYCAN  DÖVLƏT  İQTİSAD  UNİVERSİTETİNİ

Ə

SASLI KİTABXANASININ 2014-cü il  ücün   

H  E  S  A  B  A  T  I 

 

Ulu    öndər  Heydər  Əliyev    kitabxanalara  xüsusi    diqqət  və  qayğı 



göstərərək  demişdir.  “Kitabxana,    xalq,  millət,    cəmiyyət  üçün  

müqəddəs  bir  yer,  mənəviyyat,  bilik,  zəka mənbəyidir.  Ona görə də 

kitabxanaya    daimi    hörmət,    xalqımızın    mədəniyyətini    nümayiş  

etdirən  amillərdən biridir.” 

 

Prezident  İlham Əliyev  2007-ci  il  aprelin  21-də  “Azərbaycanda  



kitabxanaların fəaliyyətini  yaxşılaşdırmasına,  maddi-texniki  bazasının 

möhkəmləndirməsinə,    müasir  informasiya    texnalogiyaları    ilə  

təczhizatına dair  sərəncam imzalamışdır.  Bu  bir  daha  kitabxanaların  

dövlət  qayğısı  ilə  əhatə  olunduğunu  gostərir. 

 

ADİU-nun    əsaslı    kitabxanasının    fəaliyyəti      bütün  şöbələrdə    



mütəşəkkil  şəkildə  bərpa  edilmişdir. 

 

“Azərbaycan  Respublikasının    Təhsil    haqqında  qanunu, 



“Kitabxana  işi haqqında”  qanunu,  “Azərbaycan  Respublikası  dövlət  

və    hökumət    sənədlərini,    Təhsil  nazirliyinin    əmr,    sərəncam    və  

normativ    sənədləri,    həmçinin,    AR-da    kitabxana    informasiya  

sahəsinin  2008-2013-cü  illərdə  inkişafı  üzrə  Dövlət  Proqramını  əldə 

ə

sas    tutaraq,    Əsaslı    kitabxananın    müasir    reytinqli    kitabxanalar  



sırasında  çalışmışıq.  Hal-hazırda  kitabxanamız  müasir  kitabxanaların  

tələblərinə    cavab    verən    mədəni,    ünsiyyət    və    informasiya-məlumat  

vermə,    müxtəlif    tədbirlərin    və    sərgilərin    keçirilməsi    mərkəzinə  

çevirilmişdir.    Bu  gün  kitabxanaya  yalnız  kitablar  və  dövri    mətbuat  

materialları    ilə    deyil,    elektron    daşıyıcılar,    audio    və    video  

materiallar,  tam  mətnli  elektron  resurslarla  zəngindir. 

 

Universitetimizin    TS    EN    İSO    9001  “Keyfiyyəti    idarəetmə  



sistemi”    beynəlxalq    standartlar    sistemini    qəbul    etməsi    Əsaslı  

kitabxananın  fəaliyyətində  də  öz  əksini tapmışdır.   Bu  gün  biz  də  



 

yüksək    ixtisaslı    iqtisadçı    kadırların    hazırlanmasında,    “biliklər  



iqtisadiyyatı”  inkişafında  yaxından  iştirak  edirik. 

 

Hazirda  biz  məlumat-biblioqrafiq  işin  forma  və  metodları  ilə  



tədris    prosesinin    təşkilinə    köməklik    edərək    öz    işimizi    müasir  

şə

raitdə    vətənə    məhəbbət,    vətənə    müdafiəyə    hazırlıq    ruhunda  



qurmuşuq. 

 

I    kurs    tələbələrinin    kitabxanaya    üzv    yazılmasını    təmin    edib,  



tələbələrə    kitabxanaşünaslıq    və    kitabxanadan    istifadə  olunma  

qaydaları  barədə  söhbətlər aparırıq. 

 

Kitabxananın  kitabişləmə  şöbəsində  il  ərzində  alınan kitabların  



operativ    işlənib    fondda    rəflərdə    düzülməsinə    çalışırıq.  Fond    il 

ə

rzində  bir   neçə   dəfə  yoxlanılır.   Cırılıb  köhnəlmiş   məzmunca   öz 



ə

həmiyyətini  itirmiş  ədəbiyyatın  fonddan  çıxarılması  aktlaşdırılır  və  

kitabxana    direktoruna    təhvil    verilir.    Kitabxananın    kitab  fondunun  

tələb  olunan  dərslik  və  dərs  vasitələri,  metodik  vasitələrlə,  konfrans  

materialları,    jurnallar,    tezislər,    elektron    resurslar    və  s.    ilə  təmin 

olunmasına  çalışıb  fondu  zənginləşdiririk. 

 

Universitet  həyatında  ictimai  iş  kimi  Beynəlxalq  İSEN  İSO-



9001  “Keyfiyyəti  idarəetmə  sistemi –Tələblər”  standartı,  Azərbaycan  

Respublikasının  “Kitabxana  işi”  haqqında  qanunun  tələblərini  rəhbər  

tutaraq,    Azərbaycan    Dövlət    İqtisad    Universitetinin    kitabxanasının  

sənədləşməsi  işlənib  hazırlanır. 

 

Yeni  nəşr  olunan    kitablar    kitabxanaya    daxil    olduqda    onların  



siyahısı  tərtib  edilərək  oxucuların  diqqətinə çatdırılır. 

 

ADİU-nin  Əsaslı  Kitabxana  fondunda  olan kitablar  sistemli  və 



ə

lifba    sırası  ilə    kataloqdur.    Kitabxananın    güzgüsü    sayılan    bu  

kataloqlar,    həm  də    İRBİS-64    proqram    vasitəsilə    kompterə  

yerləşdirilir. 

 

2014-cü    ildə    ADİU-nə    4535    nəfər    qəbul    olunmuşdur.  



Bunlardan  əyani  şöbəsi  2890,  qiyabi  şöbəsi  408,  M.M  və  MBA-

 

1237    nəfər    təşkil    edir.    I    kurs    əyani    şöbəyə    459    nəfər,    qiyabi  



ş

öbəyə  31  nəfər,  II  kurs  əyani  şöbəyə  239  nəfər,  qiyabi  şöbəyə  11  

nəfər,  III  kurs  əyani  şöbəyə  79  nəfər,  qiyabi  şöbəyə  15  nəfər,  IV  

kurs  əyani  şöbəyə  32  nəfər  və  qiyabi  şöbəyə  7  nəfər  tələbə,  M.M  

və    MBA-ya    160    nəfər    magistr,    müəllim    və    işci    heyətində    218  

nəfər  üzv  yazılmışdır. 

2014-cü  tədris  ilində  əyani  şöbəni  2491,  qiyabi  şöbəni  769  nəfər,  

MM  və  MBA-nı  617  nəfər  bitirmişdir. 

 

Ə

saslı    kitabxanaya    6508    nəfər    oxucu    üzv    yazılmışdır    ki,  



onlardan    da    5070    nəfəri    tələbə    1438    nəfəri    müəllim    və  işçi  

heyyətidir. 

 

Kitabxananın  fondunda  271662  nüsxə  ədəbiyyat  vardır.  Bunun 



101010-i  elmi,  110541-i  tədris,  53211-i  bədii  və  6900-ü  isə  xarici  

ə

dəbiyyatlardır.  Kitabxananın  profilinə uyğun  olaraq  fondda  dərslik-



lər  və  dərs  vasitələri  xüsusi  yer tutur. 

 

Bu    il    kitabxananın    fonduna    3984    nüsxə    ədəbiyyat    daxil  



olmuşdur.    Bunun    351    nüsxə    elmi,    1913    nüsxəsi    tədris,    1532  

nüsxəsi  bədii  və  188  nüsxəsi  isə  xarici  ədəbiyyatdır. 

 

2014-cü  tədris  ilində  tələbə  və  müəllim  heyətinə  oxucu  olaraq  



182216  nüsxə  kitab  verilmişdir  ki,  bunun  da  64314  nüsxəsini  elmi,  

111821  nüsxənin tədrisi,  4211  nüsxəsini  bədii,  1870  nüsxəsini  isə  

xarici  ədəbiyyat  təşkil etmişdir. 

 

İ



l ərzində  kitabxanadan  455540  nəfər  tələbə  və  müəllim  heyəti  

istifadə  etmişdir. 

 

Kitabxananın  oxu  zalında  və  filialında  oxuculara  geniş  şəkildə  



dolğun  məlumatlar  verilmişdir. 

 

Ə



saslı Kitabxananın 

direktoru                                                   Bəxtiyarova  N.Ə

Yüklə 53,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin