Azərbaycan Dövlət İqtisad Universiteti Sərbəst iş 2



Yüklə 19,04 Kb.
səhifə1/3
tarix27.12.2022
ölçüsü19,04 Kb.
#77961
  1   2   3
referat 4356


Azərbaycan Dövlət İqtisad Universiteti

Sərbəst iş – 2


Fonetika barədə ümumi məlumat hazırlayın
Fənn : Azərbaycan dili və nitq mədəniyyəti
Müəllim : dos.Qədiməliyeva A.
Fakültə : Biznes İnzibatçılığı
Qrup : 63
Tələbə : Ərəbov Ceyhun

Bakı – 2o15


Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir. Məsələn: [a]
Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: saitlər, samitlər.
Saitlər ağız boşluğunda sərbəst və maneəsiztələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazlasəslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir.
Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur.
Saitlərin bölgüsü
Dilimizdə 9 sait səs var: [a], [e], [ə], [i], [ı], [o], [ö], [u], [ü]. Yaranma vəziyyətinə görə saitlərin aşağıdakı üç bölgüsü var.
1. Dilin arxa və ön hissəsində deyilməsinə (dilin üfüqü vəziyyətinə) görə:
Qalın saitlər: [a], [ı], [o], [u]
İncə saitlər: [e], [i], [ə], [ö], [ü]
2. Dilin üst damağa doğru yuxarı qalxması və nisbətən aşağı enməsi vəziyyətinə (dilin şaquli vəziyyətinə) görə:
Qapalı saitlər: [ı], [i], [u], [ü]
Açıq saitlər: [a], [e], [ə], [o], [ö]
Qapalı saitlərin tələffüzündə alt çənə yuxarıya doğru qalxır və ağız boşluğu daralır. (Buna görə də onlara dar saitlər də deyilir). Bu saitləri asan yadda saxlamaq üçün dilimizdəki dörd cür yazılan şəkilçiləri (-çi, -çi, -çu, çü,-lıq,-lik,-luq, -lük və s) yadda saxlamaq lazımdır. belə şəkilçilərin tərkibində qapalı saitlər iştirak edir. Açıq saitlərin tələffüzündə isə alt çənə aşağı düşür və ağız boşluğu genəlir. (Buna görə də onlara gen saitlər də deyilir).
3. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər [o], [ö], [u], [ü]
Dodaqlanmayansaitlər: [a], [e], [ə], [ı], [i].
Dodaqlanan saitlərin tələffüzündə dodaqlar bir qədər irəliyə gəlir və dairəvi şəkil alır. Dodaqlanmayan saitlərin tələffüzündə isə bu hal baş vermir.
Sait səslərin növlərini aşağıdakı cədvəldə daha aydın şəkildə görmək olar:


Açıq

Qapalı


Qalın

İncə

Qalın

İncə

dodaqlanmayan

a

e,ə

ı

i

dodaqlanan

o

ö

u

ü

Cədvəldən göründüyü kimi, hər bir saitin üç növü var. Məsələn: [a] saiti qalın, açıq, dodaqlanmayan; [ü] saiti incə, qapalı, dodaqlanandır.

Yüklə 19,04 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin