Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 31,15 Kb.
səhifə4/9
tarix03.01.2022
ölçüsü31,15 Kb.
#50980
1   2   3   4   5   6   7   8   9
İqtisadi sistemin transformasiyası

Cəmiyyətdə müxtəlif maraqların bir-biri ilə əlaqələndirilməsi dövlət tərəfindən bir sıra mühüm funksiyaların həyata keçirilməsini tələb edir. Bu funksiyalar dövlət siyasətini bu və ya digər formada özündə əks etdirərək, cəmiyyətin müəyyən inkişaf mərhələsində onun qarşıya qoyduğu əsas vəzifələrdən asılı olaraq müəyyən edilir və bu vəzifələrin reallaşdırılması vasitəsi kimi çıxış edir. Dövlətin həyata keçirməli olduğu vəzifələrin məzmununu isə müxtəlif daxili və xarici amillər müəyyənləşdirir.

Bazar iqtisadiyyatı şəraitində iqtisadiyyata vahid sistem kimi baxılmalıdır. Bu sistemə, dövlətin iqtisadi siyasətinə uyğun olaraq qanunçuluq, icraçılıq, nəzarətedici səlahiyyətləri, dövlət müəssisələrini, ictimai təşkilatları dəyişilən şəraitə uyğunlaşdırmaq və sosial-iqtisadi stabilləşdirmək vəzifəsi daxildir. Bazar iqtisadiyyatının inkişafı prosesində elə problemlər vardır ki, onların həlli xüsusi mülkiyyət əsasında qeyri mümkündür: məsələn, aşağı rentabelli müəssisələrə investisiya verilməsi, sahə və ümumi təsərrüfat böhranlarının ləğv edilməsi, kütləvi işsizlik, pul dövriyyəsinin pozulması, dünya bazarında rəqabətin güclənməsi və s. bütün bunların hamısı dövlət tərəfindən həll edilə bilər. Dövlət, iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsi və onların bir-birlərinə təsirini təhlil edərkən, bu əlaqədə dövlətin subyekt, iqtisadiyyatın obyekt qismində çıxış ediyi məlum olur. Hüquq isə bu münasibətlərdə vasitə rolunu oynayır. Belə ki, subyekt yəni dövlət, obyektə yəni iqtisadiyyata hüquq vasitəsi ilə təsir edir, onu tənzimləyir.


Yüklə 31,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə