Azərbaycan Dövlət İqtisad Universiteti


Hüququn iqtisadi funksiyaları və onun reallaşdırılmasının təmini mexanizmi



Yüklə 31,15 Kb.
səhifə9/9
tarix03.01.2022
ölçüsü31,15 Kb.
#50980
1   2   3   4   5   6   7   8   9
İqtisadi sistemin transformasiyası

Hüququn iqtisadi funksiyaları və onun reallaşdırılmasının təmini mexanizmi


Respublikamızda iqtisadi münasibətlərin inkişafı üçün bu münasibətləri tənzimləyən hüquq mənbələrinin formalaşdırılması və təkmilləşdirilməsi zəruridir. Hüquq mənbələri hüququn əsas anlayışlarından biridir. Dövlətin, daha doğrusu səlahiyyətli dövlət orqanlarının (Milli Məclisin, prezidentin və s.) hüquqyaratma fəaliyyəti nəticəsində hüquq normaları yaradılır. Bu normalar zahirən rəsmi dövlət sənədlərində (məsələn, qanunlarda, prezident fərmanlarında, Nazirlər Kabinetinin qərarlarında və s.) ifadə olunur. Həmin sənədlər hüququn mənbələrini təşkil edir.

Ölkəmizdə mülkiyyət formasının dəyişdirilməsi, azad sahibkarlığa və bazar mübasibətlərinə əsaslanan sərbəst iqtisadiyyatın yaradılması və kənd təsərrüfatı istehsalının düşdüyü böhrandan çıxarılmasının əsas yolları araşdırılmalıdır. Azərbaycan Respublikasında həyata keçirilən islahatların güddüyü əsas məqsədlərdən biri vətəndaş cəmiyyəti qurmaqdan ibarətdir. Konstitusiyada bu cür cəmiyyətin bərqərar edilməsinə nail olunması əsas niyyətlərdən biri kimi bəyan edilir. Iqtisadi azadlıq, çoxnövlü mülkiyyət, bazar münasibətləri, hakimiyyətin demokratik və legitim xarakterə malik olması, şəxsiyyətin hüquqi cəhətdən etibarlı müdafiəsi, hüquqi dövlət, hamının qanun və ədalət mühakiməsi qarşısında bərabərliyi, dövlətin fiziki şəxslərin şəxsi həyatına qarışmaması, vətəndaşların maddi həyat səviyyəsini təmin edən səmərəli sosial siyasət, partnyorluq və s. istənilən hər hansı vətəndaş cəmiyyətinin əsasında duran ümumi ideya və prinsiplərdir. Xüsusi mülkiyyət isə bu cəmiyyətin özəyini təşkil edir. Vətəndaş cəmiyyətinin əsasını təşkil edən xüsusi mülkiyyət hüququn nizamasalma predmetinə daxildir. Bu cəmiyyətə mülki hüquq kimi yaxın olan ikinci bir hüquq sahəsi tapmaq çətindir.

Azərbaycan iqtisadiyyatında son illər baş verən sürətli inkişaf, iqtisadi artım templərinin yüksək göstəricilərə çatdırılması, iqtisadi münasibətlərdə irəliləyişlərin əldə edilməsi, sahibkarlığın, kiçik və orta biznesin təşəkkül tapması, regionların sosial iqtisadi inkişafında əldə edilən nailiyətlər, azad rəqabətin formalaşdırılması, ölkəmizdə həyata keçirilən iqtisadi islahatların uğurla reallaşdırılmasından xəbər verir. Ölkədə keçirilən iqtisadi inkişaf strategiyası qısa zaman ərzində iqtisadi sahədə böyük nailiyyətlərin əldə edilməsinə, Azərbaycanın regionda ən dinamik inkişaf edən bir dövlətə çevrilməsinə imkan vermişdir. Həyata keçirilən iqtisadi inkişaf strategiyası ilk növbədə, ölkədə sosial iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığa dövlət qayğısının artırılması, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara çatdırılması kimi mühüm həlqələri əhatə etməklə dövlətçilik maraqlarına xidmət edən iqtisadi strategiyanın uğurla həyata keçirilməsinə zəmin yaradıb. Həmçinin ölkədə iqtisadi münasibətlərin qanunvericilik bazası da formalaşdırılmış, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Əmtəə birjası haqqında”, “Haqsız rəqabət haqqında”, “Lizinq xidməti haqqında”, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi” proqramı , "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", “İnvestisiya fəaliyyəti haqqında“, “Antiinhisar fəaliyyəti haqqında “, “Təbii inhisarlar haqqında” və s. qanunlar qəbul edilmişdir.

Mülki hüquq iqtisadi münasibətləri nizama salır. O münasibətləri qaydaya salır ki, bunsuz insan cəmiyyətinin mövcudluğu və yaşaması mümkün deyil. Mülki hüquq iqtisadiyyata daha yaxın olan sahədir. O, ayrı – ayrı şəxslər arasında normal iqtisadi münasibətləri sanksiyalaşdırır. Mülki hüquq ictimai həyatdakı iqtisadi şəraiti hüquqi cəhətdən ifadə edir. Buna görə də, göstərə bilərik ki, mülki hüquq sosial həyatın, iqtisadi münasibətlərin əsası kimi çıxış edir. Ona iqtisadi və sosial həyat üçün vacib olan hüquq sahəsi kimi baxılır. Mülki hüquq normaları praktiki olaraq ölkənin ictimai – iqtisadi və sosial həyatının bütün sferalarına nizamlayıcı təsir göstərir.

Çox zəngin ictimai – iqtisadi və sosial – siyasi məzmuna malik olan mülkiyyət dövlətin, şəxsin, qrupun, kollektivin və bütövlükdə cəmiyyətin həyat məsələsidir. Mülkiyyət istehsal münasibətlərinin, hətta cəmiyyətin bütün ictimai – iqtisadi münasibətlərinin əsasıdır. Bu iqtisadi kateqoriya cəmiyyətin iqtisadi bazisini xarakterizə edir. O, istehsalın bütün formalarını əlaqələndirir. Mülkiyyət cəmiyyətdə faktiki olaraq mövcud olan mülkiyyət münasibətlərinin təzahürüdür. Mülkiyyət münasibətləri isə maddi, iqtisadi münasibətlərdir. Bu cür münasibətlər mülki hüquqla möhkəmləndirilir və qorunur. Mülki hüquq normaları istehsal vasitələri və məhsulları üzrə mülkiyyət münasibətlərini təsbit edir, mülkiyyətçinin əmlak üzərində sahiblik, əşyadan istifadə və onun üzərində sərəncam vermək səlahiyyətini təmin edir, mülkiyyət hüququnun əmələ gəlmə və həyata keçirilmə qaydalarını müəyyən edir.

Fiziki cəhətdən əbədi və daimi olmayan insan ömrü müəyyən müddətdə sona çatır.Belə halda onun əmlakı vərəsələrə keçir. Əmlakın vərəsələrə keçməsi vərəsəlik adlanır. Mülki hüquq vərəsəlik münasibətlərini də tənzimləyir. Ölən vətəndaşın hüquq və vəzifələrinin digər şəxslərə (vərəsələrə) keçmə prosesinin nizama salınması bu hüquq sahəsinin tənzimləmə predmetinə aiddir.



Mülki Məcəllə məcəllələşdirilmiş qanun kimi mülki qanunvericilikdə xüsusi mövqeyə malikdir. Sahəvi məcəllələşdirilmiş normativ akt olan Mülki Məcəllə mülki qanunvericilik sistemində xüsusi yer tutur. O öz əhəmiyyətinə görə Konstitusiyadan sonra ikinci qanunvericilik aktıdır, ölkənin iqtisadi Konstitusiyasıdır, hamı üçün qanundur. Mülki hüquq sahəsində və ümumiyyətlə, xüsusi hüquq sahəsində Mülki Məcəllə hüququn vacib mənbəyi hesab edilir.

Ədəbiyyat siyahısı


  1. H.B. Allahverdiyev İqtisadiyyatın hüquqi tənzimlənməsi, Bakı, 2009

  2. Əsgərov Z. Konstitusiya hüququ. Bakı. Bakı Universiteti. 2002

  3. Sadıqov K. F. Milli iqtisadiyyatın dövlət tənzimlənməsinin konseptual əsasları. Bakı: 1999

  4. İ.Məmmədov. Dövlət və hüquq nəzəriyyəsi. Bakı. 2005

  5. Əhmədov İ. A. “Keçid dövründə iqtisadiyyatın dövlət tənzimlənməsi” Bakı, “Nasir” 1999

Yüklə 31,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin