Azərbaycan döVLƏt pedaqoji universiteti CƏLİlabad fiLİali



Yüklə 20,2 Kb.
səhifə1/3
tarix02.01.2022
ölçüsü20,2 Kb.
#41452
  1   2   3
abas


AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ

CƏLİLABAD FİLİALI

SƏRBƏST İŞ

FAKÜLTƏ: Pedaqoji

İXTİSAS: Azərbaycan dili və ədəbiyyat müəllimliyi

KURS: III

QRUP: AƏ 1/18

TƏLƏBƏ: Əlizadə Seymur

FƏNN:Azərbaycan dilində feil

MÜƏLLİM: Mahmudağa Qasımov

MÖVZU: Feilin təsirlik və təsirsizlik kateqoriyası

TESİRLİLİK-TESİRSİZLİK KATEGORİYASI.

Təsirlilik-tesirsizlilik kateqoriyası barədə mövcud fikirlər.

1936- cı ilə qədər yazılmış qrammatika kitablarında, dərsliklərdə təsirli və təsirsiz feillerdən çox az bəhs olunmuşdur. 1936-cı ildəki qrammatika kitablarında isə təsirli feillər feilin icbar növünün tərkibində verilmişdir. Göründüyü kimi, bu ildə də təsirli və təsirsiz feiller müstəqil bit kateqoriya kimi öyrənilməmişdir. Nəhayət, 1950-ci ildən sonra təsirli və təsirsiz feiller müstəqil bir kateqoriya kimi dərsliklərə daxil edilmişdir.

H .Mirzəyev türkoloqları təsirli və təsirsiz feillərə münasibətinə görə üç qrupa ayırır. Birinci qrup türkoloqlar təsirli və təsirsiz feiller məsələsinə toxunmamış ve bu məsələdən bəhs etməmişlər.

Azərbaycan dili fellərinin mühüm xüsusiyyətlərindən biri onların təsirli və ya təsirsiz olmasıdır. Bəzən subyekt öz işini müəyyən obyekt üzərində icra edir, obyekə təsir edir; bəzən də subyektin işi, fəaliyyəti üçün təsir obyəktinə ehtiyac olmur. Bu iki cəhət öz ifadəsini qrammatik yol ile fellərdə tapır və nəticədə təsir kateqoriyasının yaranmasına səbəb olur. Belelikle, fellər üzərində iş icra olunan, bilavasitə hərəkətin təsirinə məruz qalan obyekt, yəni vasitəsiz tamamlıq tələb edib-etməməsinə görə iki növə ayrılır: təsirli fellər, təsirsiz fellər. T ə s i r l i fellər üzərində iş icra olunan, hərəkətin təsirinə məruz qalan əşya, obyekt teleb edir. Üzərində iş icra olunan, hərəkətin təsirinə məruz qalan obyekt təsirlik halda olan sözlərlə, birləşmələrlə ifade olunur. Ona göre de vasitəsiz tamamlıq vəzifesində işlənən sözlər və birləşməler hareketle birbaşa, heç bir başqa vasite olmadan elaqelenir. Bu cür obyekt hərəkət üçün müstəqim obyekt sayılır. Məsələn: Biz köhnə, yararsız binaları sökdük, yerində yeni yaraşıqlı evlər tikdik. Qurumuş ağacları kəsdik, yeni gözəl meyvə ağacları əkdik. Torpağı şumladıq, su arxlarını təmizlədik. Keçilməz yolları abadlaşdırdıq. Bu misallarda binaları sözü sökdük felinin, evlər sözü tikdik felinin, ağacları sözü kəsdik felinin, torpağı sözü şumladıq felinin, yolları sözü abadlaşdırdıq felinin, meyvə ağaclarıı birləşməsi əkdik felinin, su arxlarını birləşməsi təmizlədik felinin obyektini bildirir. Obyekt bildirən bu sözlər və birləşmələr təsirlik haldadır -bir qismi (binaları, ağacları, torpağı, su arxlarını, yolları) müeyyenlik bildiren tesirlik halda, bir qismi ( ev/ar, mey-va ağacları) qeyri-müeyyenlik bildiren tesirlik haldadır. Müs-teqim obyekt bildiren bu cür sözler kimi? Nəyi? ve nə? suallarına cavab verir. Mas.: Sözünün qiymətini bilməyən adam başının qiymətini bilmir.(M.İ.) Deyilənə görə, tut ağacını burda Mirza Muxtarın atası əkmişdi. İkimərtəbəli binanı da o tikdirmişdi. (İ.M.) Səkinə gəlini mütəkkə qoyulmuş divanda oturtdu. (M.İ.) Bu misallarda tesirli fellerin ( oturtdu, bil mayan, bilmir, ak-mişdi, tikdirmişdi) obyektini bildirən gəlini sözlü kimi?, sözünün qiymətini, başının qiymətini, tut ağacını, binanı söz ve birləşmələri nayi? sualına cavab verir.

Azərbaycan dilçiliyində feildeki təsirlilik ve təsirsizlik məsələsinə növ kateqoriyasından ayıraraq ayrıca şərh edənlərdən biri də H.İ.Mirzəyev olmuşdur. H.İ.Mirzəyev bu məsələdən bəhs edənlərin tədqiqatlarına xüsusi yer ayırmaqla yanaşı , kateqoriyanın özünün də şərhinə geniş yer vermişdir. Həm bu kateqoriyanın morfoloji göstəricilərini , həm də sadə, düzəltmə , mürəkkəb fellərdə təsirlilik və təsirsizlik məsələsini geniş, ətraflı şəkildə tədqiq etmişdir. Təsirlilik kateqoriyası obyekt və subyekt arasında münasibətdə meydana çıxır. Bu münasibət zamanı feil özündən əvvəlkibsözü ismin təsirlik halında idarə edir.

Obyektdə olan təsir ve onun dərəcəsi çoxcəhətli və müxtəlif xarakterli olur. Obyektə olan təsirin dərəcəsini aşağıdakı kimi ümumiləşdirmək olar:


  1. Obyektə olan təsir tam qabarıq şəkildə özünü göstərir.

Məs: daş yonaq, söz yazaq, xarrat taxtanı yonurdu.

  1. Obyektə olan təsir qismən qabarıq şəkildə özünü göstərir.

Məs: Əllərini öpür dağlar küləyi, O dişini qıcayır.

  1. Obyektə olan təsir nəticəsində obyekt meydandan yox ola bilir.

Məs: Əhməd işığı söndürdü.

  1. Obyektə olan təsir nəticəsində yeni bir obyekt yaranır.

Məs: Mühendisler yeni bir proyekt cızdılar.


Yüklə 20,2 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin