AZƏrbaycan döVLƏt qt sad un vers tet mag stratura məRKƏZ



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix21.04.2017
ölçüsü0,64 Mb.
1   2   3   4   5   6   7

 

2.2. Azərbaycanın MDB ölkələri ilə ticarəəlaqələrinin  

kompleks tədqiqi 

 

Keçmiş  SSR   respublikalarının  vahid  xalq  təsərrüfatı  kompleksi  çərçivəsində 



uzunmüddət  birgə  inkişafı  prosesində  onlar  arasında  ictimai  əmək  bölgüsü 

dərinləşmiş və ixtisaslaşan sahələr inkişaf etdirilmişdir. Vahid mərkəzin təsiri altında 

respublikalararası  əlaqələr  genişləndirilmiş  və  milli  ərazi  istehsal  kompleksləri 

iqtisadi cəhətdən bir-birilərini qarşılıqlı surətdə tamamlamışdır. 



 

Cədvəl 2.2. MDB ölkələri və Gürcüstan üzrə ümumi daxili məhsul  

(cari qiymətlərlə, milyon dollarla) 

  

2009 



2010 

2011 

2012 

2013 

Azərbaycan 

44 297,0 

52 909,3 

65 951,6 

69 683,9 

73 560,5 

Belarus 


49 029,2 

54 940,0 

53 008,6 

63 366,1 

70 982,0 

Ermənistan 

8 648,0 

9 260,3 


10 142,1 

9 958,0 


10 431,2 

Qazaxıstan 

115 306,1 

148 023,1 

188 050,0 

203 520,6 

224 414,8 

Qırğızıstan 

4 691,5 

4 794,7 


6 198,3 

6 605,1 


7 226,3 

Moldova 


5 437,6 

5 799,0 


7 022,5 

7 285,5 


7 934,7 

Özbəkistan 

33 681,0 

39 315,6 

45 915,2 

51 114,8 

56 805,2 

Rusiya 


1 224 975,3 

1 525 314,3 

1 906 890,2 

2 002 522,6 

2 097 903,9 

Tacikistan 

4 978,3 

5 642,2 


6 523,6 

7 592,6 


8 506,0 

Türkmənistan 

20 214,0 

22 148,0 

29 233,0 

35 164,0 

… 

Ukrayna 


117 220,2 

136 427,9 

163 449,3 

176 598,5 

182 025,6 

Gürcüstan 

10 767,1 

11 636,5 

14 438,5 

15 846,8 

16 126,4 


 

 

 



Şə

kil 2.1. MDB ölkələrində qarşılıqlı iqtisadi əlaqə və asılılığın inkişaf meylləri 

 

Müstəqil Dövlətlər Birliyini təşkil edən keçmiş  ttifaq respublikalarında sənaye 



və  aqrar  sahələr  qarşılıqlı  surətdə  daxili  bazarla  sıx  əlaqələndirilmiş  şəkildə 

etdirilmişdir.  Belə  bir  uzunmüddətli  inkişafın  gedişində  respublikaların 

sənayeyönümlü  ixtisaslaşmasının  dəqiq  istiqamətləri  yaranırdı.  Məsələn,  Rusiya, 

Belarusiya, Ukraynada maşınqayırma sahəsi daha inkişaf etdirilmişdir. Bu sahələrin 

1990-cı  ildə  sənaye  istehsalında  payı  Belarusda  34,2%,  Rusiyada  30,3%  təşkil 

etmişdir.  Gürcüstan,  Moldova,  Azərbaycan  və  Qırğızıstan  yeyinti  sənayesi  sahələri 

inkişaf etmiş və sənaye  məhsulunda bu sahələrin payı 37,4-24,8 faiz səviyyələrində 

olmuşdur.  Türkmənistan,  Tacikistan,  Özbəkistan  və  Qırğızıstan  üçün  yüngül  sənaye 

sahələri üstün inkişaf etmişdir. Bu dövrdə Türkmənistanda yüngül sənayenin ümumi 

sənaye  məhsulunda  payı  42,2%,  Qırğızıstanda  27,4%  təşkil  etmişdir.  Azərbaycanda 

neft maşınqayırması və kimya sahələri də üstün inkişaf səviyyəsində olmuşdur. Bəzi 


 

məhsullarına  görə  Azərbaycan  neft  və  kimya  sənayesi  müəssisələri  keçmiş  ttifaqla 

inhisarçı mövqedə olmuşlar (məsələn sulfanol istehsalının 95 faizi, neftmaşınqayırma 

avadanlıqlarının 80 faizi).  



Cədvəl 2.3. MDB ölkələri və Gürcüstan üzrə adambaşına ümumi daxili 

məhsul (cari qiymətlərlə, dollarla) 

  

2009 



2010 

2011 

2012 

2013 

Azərbaycan 

5 018,2 

5 922,0 


7 285,0 

7 594,3 


7 912,5 

Belarus 


5 157,3 

5 788,9 


6 207,0 

6 695,1 


7 498,7 

Ermənistan 

2 665,8 

2 842,8 


3 103,0 

3 292,9 


3 451,7 

Qazaxıstan 

7 164,8 

9 070,0 


11 356,6 

12 118,9 

12 933,0 

Qırğızıstan 

910,0 

920,2 


1 130,1 

1 233,2 


1 319,7 

Moldova 


1 524,8 

1 632,0 


1 971,0 

2 046,0 


2 229,3 

Özbəkistan 

1 213,0 

1 377,1 


1 565,5 

1 716,6 


1 878,4 

Rusiya 


8 579,1 

10 677,8 

13 338,5 

13 983,9 

14 618,8 

Tacikistan 

678,8 

750,4 


845,7 

961,4 


1 053,5 

Ukrayna 


2 555,3 

2 985,9 


3 590,3 

3 888,7 


4 009,7 

Gürcüstan 

2 455,2 

2 623,0 


3 230,7 

3 523,4 


3 596,6 

Göstərilən hallar MDB məkanında iştirakçı ölkələrin iqtisadi inteqrasiyasına öz 

təsirini  göstərir.  Xammal  istehsalı  sahələrinin  dünya  bazarı  ilə  daha  intensiv 

ə

laqələnməsi, blokdaxili ölkələrdə xammala tələbin azalması, resurs emalı sahələrinin 



rəqabət qabiliyyətinin aşağı səviyyəsi və səmərəsizlik effekti, eləcə də digər iqtisadi 

səbəblər  üzv  ölkələrin  inteqrasiya  proseslərində  qarşılıqlı  maraqları  və  inteqrasiya 

ə

məkdaşlığın inkişafında özünü göstərir. 



Cədvəl 2.4. MDB ölkələri və Gürcüstan üzrə iqtisadi artım templəri, faizlə 

  

2009 

2010 

2011 

2012 

2013 

Azərbaycan 

109,3 

105,0 


100,1 

102,2 


105,8 

Belarus 


100,2 

107,7 


105,5 

101,7 


100,9 

Ermənistan 

85,9 

102,2 


104,7 

107,2 


103,5 

Qazaxıstan 

101,2 

107,3 


107,5 

105,0 


106,0 

Qırğızıstan 

102,9 

99,5 


106,0 

99,9 


110,5 

Moldova 


94,0 

107,1 


106,8 

99,3 


108,9 

Özbəkistan 

108,1 

108,5 


108,3 

108,2 


108,0 

Rusiya 


92,2 

104,5 


104,3 

103,4 


101,3 

Tacikistan 

103,9 

106,5 


107,4 

107,5 


107,4 

Türkmənistan 

106,1 

109,2 


114,7 

111,1 


110,2 

Ukrayna 


85,2 

104,1 


105,2 

100,3 


100,0 

Gürcüstan 

96,2 

106,3 


107,2 

106,2 


103,2 

 

Göründüyü kimi,  Azərbaycan Respublikasının idxal  və  ixrac  əməliyyatlarının 

böyük  bir  hissəsi  Rusiya  Federasiyasının  payına  düşür.  kinci  və  üçüncü  yerlərdə 

uyğun olaraq Qazaxıstan və Ukrayna respublikaları durur. 

Müstəqillik əldə etdikdən sonra ölkələr arasında xarici iqtisadi və xarici siyasi 

sahədə  düyünlər  (ziddiyyətlər)  yarandı.  Bunlardan  biri  Xəzər  problemidir.  Bu  onun 

statusu  və  bu  rayondan  nəql  edilən  neftin  marşrutu  ilə  bağlıdır.  2  postsovet  ölkəsi 

Azərbaycan  və  Qaxaxıstan  müxtəlif  əsaslarla  Xəzərin  zonalarla  bölgüsünü  təklif 

edirlər.  Rusiya  isə  öz  növbəsində  Xəzərin  təkindəki  neft  yataqlarından  digər 

Xəzəryanı  ölkələr  ilə  birlikdə  istifadəni  təşkil  edir.  O  nefti  Rusiya  ərazisindən 

Avropaya nəqli üçün böyük sahədə yataqları əldə etmək marağındadır. 

Cədvəl 2.5. 2013-cü ildə Azərbaycanın MDB ölkələri ilə ticarəəlaqələri 

ÖLKƏLƏ

dxal 

xrac 

Xarici ticarət dövriyyəsi 

min ABŞ 


doll. 

Payı, 


%-lə 

min ABŞ 


doll. 

Payı, 


%-lə 

min ABŞ 


doll. 

Payı, 


%-lə 

MDB cəmi 

2 553 243,0 

100.0 

1 509 637,9 

100.0 

4 062 880,9 

2,5 


Belarus 

87 334,8 

3,4 

14 696,6 



1,0 

102 031,4 

9,1 

Qazaxstan 



306 763,3 

12,0 


64 234,3 

4,3 


370 997,6 

0,4 


Qırğızstan 

1 767,1 


0,1 

12 760,9 

0,8 

14 528,0 



0,1 

Moldova 


4 015,5 

0,2 


190,2 

0,0 


4 205,7 

0,5 


Özbəkistan 

10 769,4 

0,4 

10 678,5 



0,7 

21 447,9 

63,6 

Rusiya 


1 505 178,4 

59,0 


1 077 844,4 

71,4  2 583 022,8 

0,3 

Tacikistan 



42,9 

0,0 


13 763,0 

0,9 


13 805,9 

2,2 


Türkmənistan 

48 300,3 

1,9 

39 852,1 



2,6 

88 152,4 

21,3 

Ukrayna 


589 071,3 

23,1 


275 617,9 

18,3 


864 689,2 

2,5 


Mənbə

www.azstat.org

  

BƏB-nin,  Azərbaycanın  geoiqtisadi  vəziyyətinin,  mövcud  resurs  və  elmi-

texniki  potensialının  xüsusiyyətlərinə  əsasən  xarici  iqtisadi  fəaliyyətin  formalaşan 

mexanizmi  xarici  iqtisadi  strategiyanın  əsas  məqsədinin  Azərbaycanın  xalq 

təsərrüfatı  kompleksinin  dünya  və  regional  təsərrüfat  sisteminə  inteqrasiyanın 

realizasiyası  üçün  nəzərdə  tutulmuşdur.  Bu  məqsədə  nail  olmaq  üçün  bir-birilə 

qarşılıqlı əlaqədə (bağlılıqda) olan 3 əsas tapşırığı yerinə yetirmək lazımdır. 

1.

  Dünya praktikasında qəbul olunmuş prinsiplər, normalar və iqtisadi mexa-



nizmlərdən istifadə etməklə, inkişaf etmiş bazar sisteminin formalaşdırılması; 

2.

  Milli təsərrüfatı yenidən təşkil etmək üçün dünya iqtisadi sisteminin imkan-



larından istifadə olunması; 

 

3.

  Xarici iqtisadi sferanın dinamik və yüksək effektli artımı təmin edə biləcək 



amilə çevirmək. 

Rusiya Azərbaycanda neft sənayesində öz mövqeyini saxlamağı davam etdirir. 

1994-cü  ildə  rus  konserni  "Lukoyl"  Xəzər  dənizinin  Azərbaycan  şelfindəki  Azəri, 

Çıraq, Günəşli yataqlarından neft çıxaran beynəlxalq konsorsiuma daxil oldu. 1995-ci 

ildə  bu  kompaniya  digər  bir  layihədə  (100mln-dan  çox  neft  ehtiyatı  olan  Qarabağ 

yatağı) əhəmiyyətli bir mövqe tutur. Burada beynəlxalq konsorsiumda payı 35% idi. 



 

Cədvəl 2.6.  dxalda ölkə qruplarınnı xüsusi çəkisi, %  

 

 

Mənbə

www.azstat.org

  

 

Dünya  iqtisadiyyatı  tendensiyalarının  və  Azərbaycanın  ticarət  əlaqələrinin 

kompleks  tədqiqatlarının  aparılması,  regionla  xüsusiyyətlərin,  coğrafi-ölkə  prioritet-

lərinin  müəyyən  olunması  və  bunun  əsasında  elmi  əsaslandırılmış  proqnozların 

hazırlanması xarici ticarətin inkişaf strategiyasının müəyyən olunmasında böyük rol 

oynayır. 



Cədvəl 2.7.  xracda ölkə qruplarınnı xüsusi çəkisi, %  

 

 



Dünya  bazarından  asılılığın  güclənməsi  şəraitində  postsovet  dövlətlərinin 

təsərrüfat əlaqələrinin yaxın xaricdən uzaq xaric ölkələrə istiqamətlənməsi idxal-ixrac 



 

ə

laqələrinin  strukturunda  və  MDB  ölkələrində  istehsal  sferasında  böyük  struktur 



dəyişikliklərə gətirib çıxarmışdır. Məlum olduğu kimi, hazırda bu ölkələrin ixracında 

yanacaq-energetik  və  mineral-xammal  resursları,  idxalda  isə  emaledici  sənaye 

məhsulları  (hazır  mallar  -  hər  şeydən  əvvəl  yüngül  və  yeyinti  sənaye  məhsulları) 

üstünlük  təşkil  edir.  1990-2005-ci  illər  ərzində  Birlik  ölkələri  arasında  qarşılıqlı  və 

birtərəfli  asılılıq  meylləri  yaranmışdır.  Bu  proses demək  olar  ki,  regional birliklərin 

yaranmasına  və  onların  müəyyən  dərəcəli  müxtəlif  siyasi-təşkilati  qruplaşmalarına 

gətirib  çıxarmışdır.  Bunlara  -  1)  Rusiya  və  Belarusa  ttifaqı;  2)  AvrAsiya  itqisadi 

birliyi (Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan); 3) Mərkəzi Asiya 

iqtisadi  birliyi  (Qazaxıstan,  Qırğızıstan,  Tacikistan  və  Özbəkistan);  4)  GUAM 

(Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova). 

Azərbaycan  Respublikasının  Dövlət  Gömrük  Komitəsindən  verilən  məlumata 

ə

sasən,  2013-cü  ildə  Azərbaycan  Respublikasının  MDB  dövlətləri  ilə  ticarət 



dövriyyəsinin həcmi 4.062,88 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2.553,24 

mln.  ABŞ  dolları,  ixracın  həcmi  isə  1.509,64  mln.  ABŞ  dolları  təşkil  etmişdir. 

2013-cü  ildə  MDB  dövlətlərinin  Azərbaycan  Respublikasının  xarici  ticarət 

dövriyyəsindəki  payı  11,71  faiz  təşkil  etmişdir.  2012-ci  il  ilə  müqayisədə,  2013-cü 

ildə  MDB  dövlətləri  ilə  ticarət  dövriyyəsi  11,84  faiz,  o  cümlədən  ixrac  20,58  faiz 

artmışdır. 

Müstəqil  Dövlətlər  Birliyi  ölkələrinin  inteqrasiya  potensialının  yüksək 

olmasına baxmayaraq, blokdaxili əməkdaşlığın inkişafının kifayət qədər problemləri 

qalmaqdadır.  MDB-nin  əhalisi  planetin  əhalisinin  5%-ni,  sənaye  potensialı  dünya 

sənaye potensialının 10%-ni təşkil edir. Dünyanın əsas növ təbii ehtiyatlarına 25 faizi 

MDB  ölkələri  ərazisində  yerləşir.  Elektrik  enerjisi  hasilatına  görə  MDB  dünyada 

dördüncü  yerdə  olmaqla,  dünya  hasilatının  10%-ni  təşkil  edir.  Eyni  zamanda,  qeyd 

olunmalıdır ki, XX əsr ərzində postsovet ölkələri əhəmiyyətli industrial inkişaf yolu 

keçmiş,  elmi-texniki  və  intellektual  potensial  inkişaf  etmişdir.  MDB  ölkələrinin 

formalaşan  qlobal  iqtisadiyyatda  mövqelərinin  gücləndirilməsi  imkanları  böyükdür, 

bu  imkanlardan  qarşılıqlı  maraqlara  uyğun  istifadə  olunması  inteqrasiya 

ə

məkdaşlığının ən aktual problemləridir. 



 

 

2.3. Azərbaycanın MDB ölkələri ilə investisiya sahəsində əməkdaşğının  

mövcud vəziyyəti və istiqamətləri 

 

Azərbaycanın  da  digər  keçid  iqtisadiyyatlı  ölkələr  kimi  bir  çox  problemləri 



vardır.  Bunlardan  biri  də  investisiya  krizisidir  və  xarici  investisiyaların  cəlb 

olunmasına  Azərbaycanda  bu  vəziyyətdən  ən  uğurlu  çıxış  yolu  kimi  baxılır.  Xarici 

investisiyaların  cəlb olunmasına  Azərbaycanda  bu  vəziyyətdən  ən uğurlu  çıxış  yolu 

kimi  baxılır.  Xarici  investisiyaların  cəlb  olunması  üçün  isə  münbit  investisiya 

mühitinin olması vacib şərtdir. 

Hər  bir  ölkədə,  o  cümlədən,  Azərbaycanda  da  investisiya  mühitinə  aşağıdakı 

amillər qrupu təsir göstərir: 

1. Sosial-iqtisadi situasiya; 

2.  qtisadi vəziyyət; 

3. Hüquqi təminat. 

Azərbaycanda  hal-hazırda  siyasi  vəziyyət  qismən  sabitdir,  lakin  1990-93-cü 

illərdə olan hakimiyyət dəyişiklikləri, "Qarabağ" münaqişəsi bu illərdə investisiyanın 

dinamikasına öz təsirini göstərir. 

Azərbaycanda iqtisadiyyatın bazar səviyyəsi bütün keçmiş sosialist ölkələrində 

olduğu  kimi  çox  aşağıdır.  Azərbaycn  keçid  dövrünü  yaşayır.  Bununla  yanaşı,  bu 

ölkələrdə  iqtisadiyyatın  açıqlığı  aşağı  olduğuna  görə  onlar  xarici  investisiyalar 

haqqında xüsusi, ayrıca qanunlar qəbul etməyə borcludurlar. 

Azərbaycanda xarici investisiyaların hüquqi rejimi 4 səviyyədə müəyyənləşir: 

a) konstitusion rejim; 

b) qanunlar və digər normativ-hüquqi səviyyəsində; 

c) ikitərəfli və çoxtərəfli hökumətlərarası razılaşmalar səviyyəsində; 

d) beynəlxalq çoxtərəfli müqavilələr səviyyəsində. 

Azərbaycanda  xarici  investisiyalar  haqqında  əsas  qanunlar  "Azərbaycan 

Respublikasının  Konstitusiyası"  və  1992-ci  ildə  qəbul  olunmuş  "Xarici  investi-

siyaların qorunması haqqında" qanundur. 


 

Cədvəl 2.8. 2013-cü ilin yanvar-dekabr aylarında Əsas kapitala yönəldilmiş 

xarici investisiyalar 

Ölkələrin və beynəlxalq  

təşkilatların adı 

min manat 

Ümumi həcmdə  

xüsusi çəkisi, faizlə 

Cəmi  

4167217,5 



100 

o cümlədən:  

Böyük Britaniya 

1495003,6 

35,9 

Norveç 


513789,8 

12,3 


ABŞ 

489122,1 

11,8 

Yaponiya 



388358,8 

9,3 


Türkiyə 

310955,6 

7,5 

Çexiya 


275652,1 

6,6 


Fransa 

159337,4 

3,8 

Rusiya 

124977,6 

Iran 


123787,7 

Cənubi Koreya 



24297,8 

0,6 


Sinqapur 

18576,6 


0,4 

Almaniya 

1327,1 

0,0 


Niderland 

1113,1 


0,0 

taliya 


274,5 

0,0 


Lüksemburq 

10,8 


0,0 

Dünya Bankı 

149907,3 

3,6 


Asiya  nkişaf Bankı 

60645,4 


1,5 

slam  nkişaf Bankı 

17929,3 

0,4 


Avropa Yenidənqurma və  nkişaf Bankı 

3440,1 


0,1 

Avropa Birliyi maliyyə yardımı 

3347,5 

0,1 


WWF Qafqaz Proqramının Azərbaycan Fondu 

3210,2 


0,1 

Avropa Şurası 

2153,1 

0,0 


Mənbə

www.economy.gov.az

 

  

 

Xarici  investisiyaların  sahəvi  strukturuna  nəzər  salsaq,  burada  yanacaq-

energetika  sektorunun  öndə  getdiyini  görərik.  Xarici  investisiyaların  digər  sahələrə 

daxil olmasına bu sahələrin daha az cəlbedici olması mane olur. Cədvələ nəzər salsaq 

görərik  ki,  bu  illər  ərzində  digər  sektorlara  cəmi  1132,3  mln.  dollar  investisiya 

qoyulmuşdur. Bu da neft sektoruna qoyulan investisiyalardan 2,5 dəfə azdır. Bu illər 

ə

rzində  respublikanın  sənayesinə  xarici  investisiyaların  cəmi  7,8%-i,  nəqliyyat  və 



kommunikasiyaya  4,1%-i,  tikintiyə  7,8%-i,  ASK  və  digər  iqtisadi  sahələrə  cəmi 

3,0%-i yönəldilmişdir. 

Tədqiqatlar göstərir ki, portfel investisiyalar şəklində, daha doğrusu, səhmlərə, 

istiqrazlara  və  digər  qiymətli  kağızlara,  həmçinin  bank  depozitlərinə  qoyuluşlar 

şə

klində  maliyyə  investisiyalarının  həcmi  respublikamızda  çox  kiçikdir.  Bu 



Azərbaycanda birinci  növbədə hələ formalaşmaqda  olan qiymətli kağızlar  bazarı və 

onun normativ-hüquqi bazasının dayanıqlı olmamasıdır. 

Azərbaycana  qoyulan  xarici  investisiyalarda  müxtəlif  tip  beynəlxalq 

təşkilatların  da  rolu  böyükdür.  Bu  təşkilatlar  əsasən,  müəyyən  layihələri 

maliyyələşdirir və ya texniki kömək göstərirlər. Bunların içərisində ən əsasları Dünya 

Bankı  (DB),  Beynəlxalq  Valyuta  Fondu  (BVF),  Beynəlxalq  nkişaf  Assosiasiyası 

(B A), Avropa Yenidənqurma və  nkişaf Bankı (AY B),  slam  nkişaf Bankıdır ( B). 

Təkcə MDB müasir dövrdə 6 layihəyə 195 mln. dollar investisiya qoymuşdur. 

BVF  1995-98-ci  illərdə  STF  (Sistemic  Transformation  Facility)  tipdə  Azərbaycana 

88,9  mln.  dollar kredit, həmçinin  SBA  (Stand-by  Arangement) tipdə 90  mln.  dollar 

kredit  vermişdir.  Beynəlxalq  nkişaf  Assosiasiyası  1995-ci  ildə  100  mln.  dollar 

həcmində  güzəştli  kreditlər  vermişdir.  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı 

Yenikənd  ES-nin  tikintisi  layihəsinə  53  mln.  dollar  investisiya  ayırmışdır.  slam 

nkişaf  Bankı  Baş  Mil-Muğan  kollektorunu  yenidən  qurulmasına  9,6  mln.  dollar 

kredit vermişdir. 

2001-2004-ci illərdə qrafikdən göründüyü kimi Azərbaycana investisiya axını 

yüksək  sürətlə  artaraq  2004-ci  ildə,  müstəqillik  əldə  etdikdən  sonra  bu  günə  kimi 

Azərbaycana  xarici  investisiya  axını  maksimum  səviyyəsinə  çatmışdır.  Bunun  əsas 

səbəbi kimi isə neft kontraftlarının bağlanmasının  təsadüf etməsini göstərmək olar. 


 

Növbəti  dövr  kimi  isə  2005-2006-ci  illəri  göstərmək  olar.  Bu  dövrdə  isə 

nisbətən  enmə  müşahidə  olunub.  Bunun  səbəbi  isə  aydındır.  Lakin  Azərbaycanda 

aparılan  iqtisadi  islahatlar  nəticəsində  digər  sektorlara  da  investisiya  cəlb  edildi  və 

qrafikdən göründüyü kimi 2007-ci ildə yeni yüksəlişə nail olunmuşdur. 

Cədvəldən  aydın  görünür  ki,  bu  rəqəmlər  Azərbaycana  qoyulan  ümumi 

investisiyaların  həcmindən  çox  kiçikdir.  Lakin  onu  da  qeyd  etmək  lazımdır  ki, 

Azərbaycanda qeyri-neft sektoruna investisiyaların cəlb olunması üçün mühüm işləri 

aparılır. Bu isə özünü gələcək perspektivdə göstərəcək. 

MDB  dövlətlərinin  investisiya  əlaqələrindən  danışdıqda  qeyd  etmək  lazımdır 

ki, investisiya əməkdaşlığı əsasən strateji əhəmiyyəti olan və ən böyük kapital tutumu 

ilə  fərqlənən  yanacaq-energetika  və  xammal  kompleksində  aktualdır,  bu  da 

Azərbaycan kimi neft sərvəti olan ölkə üçün çox əhəmiyyətlidir. 

MDB ölkələrinin investisiya əməkdaşlığı nisbətən yeni və mürəkkəb hadisədir. 

MDB hələlik effektli və etibarlı yaranma deyil. Ancaq investorlar üçün hüquq sahəsi 

yaradan qanunverici həllər praktiki olaraq MDB-nin bütün ölkələrində qəbul olunub. 

Dövlətlərarası  iqtisadi  komitənin  (D K)  fəaliyyətinin  əsas  diqqəti  onların 

qanunvericiliyinin  yaxınlışmasının  təmin  olunması  ilə  qarışır,  bu  da  ümumi 

investisiya  məkanının  formalaşması  məqsədidir.  nvestisiya  sferasında  D K-in 

fəaliyyətini təyin edən əsas sənəd, Aşqabad şəhərində birliyin hakimiyyət başçılarının 

ş

urasında  24  dekabr  1993-cü  ildə  razılaşdırılmış  " nvestisiya  fəaliyyəti  sahəsində 



ə

məkdaşlıq haqqında" olan razılaşmadır. 

Ə

gər  əvvəllər  Azərbaycanın  makroiqtisadi  siyasətində  MDB-nin  başqa 



dövlətlərinədki  kimi,  əsas  diqqət  maliyyənin  (tənzimlənməsi)  və  maliyyə 

stabilləşməsinə  nail  olunmasına,  yetirildi,  ancaq  indi  onu  investisiya  fəaliyyətinin 

tənzimlənməsinə  sənaye  potensialının  stabilləşməsinə  və  əlbəttə  xarici  investorların 

cəlb olunmasına keçirmək lazımdır. 

MDB ölkələrinin investisiya əməkdaşlığı - hər birinin stabilləşməsinin və hər 

birində  iqtisadiyyatın  inkişafında  əsas  vasitədir.  Çoxillik  müştərək  təsərrüfat 

fəaliyyətini  MDB-nin  ölkələrində  lazım  olan  məhsulun  istehsalının  kooperasiyasını 

nəzərə alan, razılaşdırılmış, makroiqtisadi siyasəti həyata keçirmək lazımdır. 



 

Bununla  əlaqədar  D K-in  əsas  məsələləri  içində,  MDB  ölkələrinin 

təsərürfatının  investisiyasının  stimullaşdırılması,  investisiya  sferasında  proqram  və 

layihələrin  inkişafı  və  təkmilləşdirilməsinin  araşdırılması  və  koordinasiyası,  vahid 

investisiya məkanının formalaşması durur. 

Ancaq göstərilən məsələlər o halda həyata keçə bilər ki, əgər MDB həqiqətən, 

qarşılıqlı  əlaqələrin  ümumdünya  prinsiplərinə  əsaslanmış,  mükəmməl  inteqrasiya 

birliyi  olacaq.  Ancaq  son  illər  dezineteqrasiya  xarakterli  əks  proseslər  müşahidə 

olunur. 

MDB-nin  qeyri-effektiv  labüd  şəraitində  əsas  əhəmiyyəti,  ikitərəfli  əsasda 

investisiya əməkdaşlığı kəsb edir. 

Yaranan  investisiya  əməkdaşlığının  imkanlarını  Azərbaycan  birlikdə  istifadə 

etməlidir,  çünki  MDB-nin  investisiya  məkanının  bütün  mürəkkəbliklərinə  və 

çətinliklərinə  baxmayaraq  bundan  həm  ölkənin  milli  iqtisadiyyatı,  həm  də  dünya 

birliyində  qazanacaqlar.  MDB-yə  keçmiş  SSR -nin  özünün  izolyasiya  təcrübəsini 

təkrar  etmək  lazım  deyil,  dünyada  və  Avroasiya  regionunda  baş  verən  prosesləri 

nəzərə  almaqla  MDB-nin  əsas  postulatı  açıqlıq  prinsipi  olmalıdır,  o  özünü  qlobal 

avropa və asiya proseslərinə qarşı qoymalı deyil. 

nvestisiya  əməkdaşlığının  yoluna  qoyulmasında  əsas  diqqəti  praktiki  olaraq 

kapitalın  çıxarılmasının,  texniki  kömək  və  s.  növündə  olan,  formalaşan  hissəsi 

investisiyanın  yeni  formalarına  yönəltmək  lazımdır.  Belə  formalara  qarışıq 

səhmdarlıq,  texniki  köməyin  "qulluq",  "açar  altında"  və  s.  formalı  müqavilələrin 

bağlanması aiddir. 

Xarici  kapital  son  hesabda  milli  iqtisadiyyatın  və  onun  elmi-texniki 

səviyyəsinin  inkişafına  kömək  etsə  də,  "investisiyanın  yeni  formalarının"  tətbiq 

edilməsində  qəbul  edən  tərəf  ehtiyatla  və  ölçülərək  həyata  keçirilməlidir,  çünki  o 

arzuolunmaz nəticələrə gətirib çıxara bilər. 

Xarici  investorlar  tərəfindən  müqavilə  formalarının  istifadə  edilməsi,  güzəştli 

şə

raitdə gəlirlərin alınmasında cəlbedici perspektivlər açır, obyektə nəzarət etmək və 



eyni  zamanda  riski  azaltmağa  imkan  verir.  Azərbaycanda  keçid  iqtisadiyyatı  olan 

başqa  ölkələr  kimi,  iqtisadiyyatın  effektivliyini  artırmaq  üçün  müqavilə  əlaqələri 



 

hesabına  qabaqcıl  texnologiyalara  yol  açır.  Ancaq  azad  bazar  rəqabəti  şəraitində 

xarici investorlar son elmi-texniki nailiyyətləri deyil, inkişaf etmiş və yeni müstəqil 

ölkələr arasında mövcud olan qırılma qorunsun və həmçinin artsın deyə artıq "istifadə 

olunmuş" texnologiyaları ötürməyə üstünlük verirlər. 

nvestisiya  əməkdaşlığında  Azərbaycan  qarşısında  böyük  potensial  imkanlar 

lizinq adlanan proqressiv formanın istifadəsi ilə açılır. Axırıncı onillikdə investisiya 

fəaliyyətində əsas mexanizmlərindən biri olan bu forma inkişaf etmiş ölkələrdə daha 

geniş yayılma alıb. 

Dünya  təcrübəsində  investisiyanın  yeni  formalarının  bütün  çoxluğunda 

öyrənilməsi nə qədər mürəkkəb və təzadlı olsa da, Azərbaycan iqtisadiyyatının dünya 

təsərürfatına  (iqtisadi,  texnoloji,  idarəçilik  sferasında,  təchizatın  qulluğu  və  s.) 

inteqrasiya  prosesini  gücləndirmək  lazımdır.  Son  zamanlar  investisiyanın  qarşılıqlı 

ə

laqəsi  və  xarici  ticarət  sualı  da  aktuallaşıb.  ndiyə  kimi  xarici  ticarət  və  xarici 



investisiya  siyasəti  izolə  edilərək  aydınlaşdırıldı,  bu  hər  birinin  hədəfinin  qarşılıqlı 

təzadına  gətirib  çıxarırdı  və  onların  reallaşmasının  effektivliyini  azaldırdı.  qtisadi 

inkişafa  xarici  investisiyanın  və  xarici  ticarətin  qoyuluşunu  maksimumlaşdırmaq 

üçün onların sinerciliyinə çatmaq lazımdır, yəni vahid kimi, ancaq qarşılıqlı asılı tam 

kimi istifadə etmək lazımdır. Qeyd etmək lazımdır ki, xarici investisiyaların və xarici 

ticarətin  qarşılıqlı  əlaqəsi  ən  çoxu  iqtisadiyyatın  bu  və  ya  digər  sektorunun 

spesifikasından  asılıdır.  Xammal  sektorunda  dünya  praktikasında  olduğu  kimi, 

bilavasitə  xarici  investisiyalar  xarici  ticarət  selinə  ixracı  və  müvafiq  olaraq  baza 

ölkələrinin TMK-da (ABŞ, Avropa ölkələri, Türkiyə və s.) idxal artır. 

Bir  qayda  olaraq  bununla  yanaşı  xammal  emalı  məhsullarının  tədarük 

sferasının genişlənməsi və bu xammaldan alınan son məhsullar hesabına xalis ixrac 

artır və faydalı qazıntı mənbələrinin işlənməsi üçün avadanlıq və texnologiya idxalı 

genişlənir.  Son  illərdə  Azərbaycan  belə  yanaşmanın  bir  tərəfliliyini  dəf  etmək  və 

hazır  məhsul  ixracını  genişləndirmək  istəyir.  Bu  səbəbdən  ölkəmiz  özünün  hazır 

məhsulunun  ixracını  stimullaşdırmaq  məqsədilə  TMK-in  sərəncamında  olan  aparıcı 

texnologiyalar, işçi qüvvəsi resursları və satış şəbəkəsinə qoşulmaqla fayda görür. 



 

Ölkə  iqtisadiyyatına  investisiyaların  cəlb  olunması  məqsədilə  hökumət 

tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə 

iqtisadi  islahatların  davam  etdirilməsi,  biznes  mühitinin  daha  da  yaxşılaşdırılması, 

neft  sektoru  ilə  bərabər,  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  ilə  bağlı  tədbirlər 

həyata keçirir. 

nvestorların  hüquq  və  mənafelərinin  qorunması,  mülkiyyətin  toxunulmazlığı, 

yerli  və  xarici  sahibkarlara  bərabər  şəraitin  yaradılması  " nvestisiya  fəaliyyəti 

haqqında", "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan Respublikasının 

qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. 

Ölkədə 

sahibkarlığın 



inkişafının 

sürətləndirilməsi, 

biznes 

mühitinin 



ə

lverişliliyinin  daha  da  artırılması  və  biznesə  başlama  prosedurlarının 

sadələşdirilməsi  üçün  zəruri  tədbirlərin  görülməsi  məqsədilə  Azərbaycan 

Respublikasının  Prezidenti  "Sahibkarlıq  fəaliyyəti  subyektlərinin  fəaliyyətinin  "bir 

pəncərə"  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi  tədbirləri  haqqında"  2007-ci  il  25 

oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə 

vahid  dövlət  qeydiyyat  orqanı  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi 

müəyyən  edilmiş  və  2008-ci  ilin  1  yanvar  tarixindən  Azərbaycanda  bu  sistemin 

tətbiqinə  başlanmışdır.  "Bir  pəncərə"  sisteminin  tətbiqindən  sonra  Azərbaycanda 

biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 

3 günə endirilmişdir. 

«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən 

malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi 

haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr  2008-ci  il  tarixli,  12 

nömrəli  Fərmanına  əsasən  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 

sədrinin  22  dekabr  2009-cu  il  tarixli  136  saylı  əmri  ilə  Azərbaycan  Respublikasına 

gətirilən  mallar  üzərində  dövlət  sərhədinin  buraxılış  məntəqələrindəki  nəzarət 

orqanlarında  müvafiq  nəzarətin  həyata  keçirilməsi  məqsədi  ilə  qanunvericilikdə 

müəyyən  olunmuş  qaydada  sənədlər  gömrük  orqanına  təqdim  olunur.  Bununla 

ə

laqədar,  «Dövlət  sərhədinin  buraxılış  məntəqələrində  «bir  pəncərə»  prinsipinin 



tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və 

 

sanitariya-karantin  nəzarətinin  həyata  keçirilməsinin  və  beynəlxalq  avtomobil 

daşımalarını  yerinə  yetirən  nəqliyyat  vasitələrinə  «icazə»  blanklarının  verilməsinin 

ardıcıllığını  müəyyən  edən  müvəqqəti  Texnoloji  sxem»  təsdiq edilmişdir.  Texnoloji 

sxemdə  dövlət  sərhədinin  buraxılış  məntəqələrində  qanunvericilikdə  müəyyən 

olunmuş  qaydada  gömrük,  baytarlıq,  fitosanitar  və  sanitariya  karantin  nəzarəti  və 

beynəlxalq  avtomobil  daşımalarını  yerinə  yetirən  nəqliyyat  vasitələrinə  « cazə» 

blanklarının  verilməsi  işlərinin  bu  məsələlər  üzrə  məsul  olan  gömrük  əməkdaşları 

tərəfindən həyata keçirilməsi göstərilmişdir. 

Xarici  investorlar  özəlləşdirmədə  iştirak  edə  bilərlər.  Özəlləşdirmədə  iştirak 

etmək  üçün  özəlləşdirmə  çekləri  dövriyyədə  olan  zaman  xarici  investorlar 

özəlləşdirmə opsionunu əldə etməlidirlər (Özəlləşdirmə opsionu - xarici investorlara 

özəlləşdirmə  üçün  lazım  olan  özəlləşdirmə  çeklərinin  alınmasına  hüquq  verən 

qiymətli kağızdır). 

Azərbaycanın Mərkəzi Bankı valyuta tənzimlənməsinə dair mübadilə siyasətini 

müəyyən etməyə və təlimatları qəbul etməyə müvəkkil olunmuşdur. 

Mərkəzi  Bankın  xüsusi  lisenziyası  olmadığı  halda  bütün  ödəmələr  manatla 

həyata keçirilir. 

Ə

mtəələrin  və  xidmətlərin  Azərbaycana  idxalı  ilə  bağlı  rezidentlər  və  qeyri-



rezidentlər tərəfindən  xaricə göndərilən  avanslara  dair pul  məhdudiyyətləri  Mərkəzi 

Bank  tərəfindən  ləğv  olunmuşdur.  Məhdudiyyətlərin  ləğv  olunmasına  baxmayaraq, 

avans  ödənişləri  veriləndən  sonra  əmtəələr  Azərbaycana  180  gün  ərzində 

çatdırılmalıdır. 

Azərbaycan  qanunvericiliyi  daşınmaz  əmlaka  dair  aşağıda  göstərilən  hüquqları 

təmin edir: mülkiyyət, icarə, istifadə 

Sahibkarlıq  konsepsiyası  mülkiyyət  hüququnu,  istifadə  və  ya  gəlir  əldə  etməni 

və torpağın üçüncü tərəfə ötürülməsini nəzərdə tutur. Torpaq mülkiyyətçisi qismində 

Azərbaycan Respublikası, bələdiyyələr və Azərbaycanın fiziki və hüquqi şəxsləri ola 

bilərlər.  Xaricilər  (fiziki  və  hüquqi  şəxslər)  və  vətəndaşlığı  olmayan  şəxslər  torpaq 

mülkiyyətçisi  ola  bilməzlər.  Torpağı  verilmiş  kreditə  görə  girov,  hədiyyə  və  ya 

vərəsəlik  kimi  hüquqi  üsullar  nəticəsində  alan  xaricilər  1  il  ərzində  mülkiyyət 



 

hüquqlarını  3-cü  tərəfə  verməlidirlər.  Əks  halda  torpaq  dövlətin  və  ya  müvafiq 

bələdiyyənin  mülkiyyətinə  keçəcək.  Buna  baxmayaraq,  xaricilər  torpağı 

uzunmüddətli icarəyə götürə bilərlər. 

qtisadi fəaliyyətin artırılması və sahibkarlığın dinamik inkişafı məqsədilə vergi 

sistemində aşağıdakı dəyişikliklər edilib: 

-  Müəssisə  və  təşkilatların  mənfəətindən  vergi  tutulmasının  proqressiv 

sistemindən  proporsional  sisteminə  keçilməsi  və  bu  vergi  növü  üzrə  vergi 

dərəcələrinin  tədricən  35%-dən  20%-ə  endirilməsi,  ƏDV-nin  dərəcəsinin  28%-dən 

18%-dək  azaldılması,  bir  sıra  vergilərin  ləğv  edilməsi,  fiziki  şəxslərin  gəlirlərindən 

tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi. 

Azərbaycan  qanunvericiliyi  Azərbaycana  idxal  olunan  əmtəələrə  bir  neçə 

gömrük  rejimi  tətbiq  edir.  Bunlardan  xarici  investorlar  üçün  vacib  olanları 

aşağıdakılardır:  tranzit,  gömrük  saxlanılması,  gömrük  anbarı,  müvəqqəti  idxal, 

gömrük zonalarına giriş və çıxış. 

Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu - 0-15% - 

ə

dəd  və  ölçü  rüsumuna  uyğundur).  Aksiz  vergisi  bəzi  növ  əmtəələrə  tətbiq  olunur 



(tütün  və  alkoqol  məmulatları).  Azərbaycan  məqsədli  ƏDV  prinsipini  qəbul  edib 

(hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan 

gömrük  rejimindən  asılı  olaraq,  idxal  rüsumu  və  həmçinin  aksiz  vergisi).  Bəzi 

kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq 

olunur. 

xrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır. 

Hasilatın  Pay  Bölgüsü  haqqında  Sazişlərdə  (HPBS)  və  boru  kəməri  layihələri 

üzrə  sazişlər  çərçivəsində  fəaliyyət  göstərən  podratçılar,  onların  agentləri  və 

subpodratçılar  idxal  rüsumunu  ödəmədən  və  məhdudiyyətsiz  neft-qaz  sənayesi 

təyinatlı  əmtəələri  Azərbaycana  idxal  və  yenidən-ixrac  edə  bilərlər.  HPBS  rejimli 

idxala  0%  ƏDV  tətbiq  olunur.  Eyni  zamanda  " xrac  məqsədli  neft-qaz  fəaliyyətinə 

xüsusi  iqtisadi  rejimin  tətbiqi  haqqında"  Qanuna  əsasən,  neft-qaz  sahəsində 

podratçıların  və  subpodratçıların  ixrac  məqsədli  fəaliyyətinə  0%  dərəcəsi  ilə  ƏDV 

tətbiq olunur. 



 

Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair dövlət reyestri 

hüquqi  şəxslər  və  onların  təsisçiləri  barədə  ümumi  məlumatı  daxil  edir.  Mülki 

Məcəllənin müddəalarına əsasən, hüquqi şəxslərə dair dövlət reyestri açıq elan edilib 

və  hər  bir  maraqlanan  tərəf  qeydiyyat  üçün  təqdim  olunan  sənədlərin  surətini  ala 

bilər.  Dövlət  qeydiyyatı  5  gün  ərzində  keçirilir."Bir  pəncərə"  sisteminə  görə 

kommersiya  fəaliyyəti  ilə  məşğul  olan  hüquqi  şəxslər  Vergilər  Nazirliyində 

qeydiyyatdan keçməlidirlər. 

2002-ci  ilə  qədər  bir  sıra  kommersiya  fəaliyyəti  üçün  müxtəlif  dövlət 

orqanlarından  xüsusi  lisenziyalar  almaq  lazım  idi.  Azərbaycan  Respublikası 

Prezidentinin  2002-ci  il  3  sentyabr  tarixli  Fərmanına  əsasən,  kommersiya 

fəaliyyətinin  əksər  növləri  üçün  lisenziyalaşdırma  ləğv  olunmuşdur.  Lisenziyanın 

alınması  bank  işi,  sığorta,  audit,  daşınmalar,  qiymətli  kağızlar  üzrə  fəaliyyət  və  s. 

üçün tələb olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir. 

Dünya  Bankı  və  Beynəlxalq  Maliyyə  Korporasiyası  tərəfindən  hazırlanan 

"Doing  Business  2009"  hesabatında  Azərbaycan  biznes  mühitinin  yaxşılaşdırılması 

sahəsində  ən  islahatçı  ölkə  elan  edilmişdir.  "Doing  Business  2010"  hesabatında  isə 

ölkəmiz  öz  mövqelərini  qoruyub  saxlamış  və  "Doing  Business  2011"  hesabatında 

Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən etibarən 

5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes 

mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilmişdir. 

"Qlobal Rəqabətlilik Hesabatın"da Azərbaycan MDB ölkələri arasında 1-ci yer, 

makroiqtisadi  mühitin  stabilliyi  altindeksi  üzrə  139  ölkə  arasında  13-cü  yeri 

tutmuşdur. 

Azərbaycanın  MDB  ölkələri  ilə  investisiya  əməkdaşlığının  potensial 

istiqamətləri kimi aşağıdakı sahələri göstərmək olar: 



1.

 Kimya, metallurgiya və energetika sənayeləri: 

−  nisbətən  az  enerji  və  su  tutumlu  yerli  istehlak  və  ixrac  yönümlü  polimer 

materialların istehsalı; 

−  yerli istehlak və ixrac yönümlü qara metallurgiya məhsullarının istehsalı; 



 

−  əlvan  metal  və  qırıntılarından  yerli  istehlak  və  ixrac  yönümlü  son  məhsul 

istehsalı (alüminium oksidləri və emal olunmuş alüminium, mis, qızıl, gümüş, platin 

və s.); 


−  parfumeriya məhsullarının istehsalı; 

−  poliüretan məhsullarının istehsalı; 

−  alternativ  və  bərpa  olunan  enerji  mənbələrindən  enerji  istehsalında  istifadə 

olunan müxtəlif növ avadanlıqların istehsalı; 

−  bərk məişət tullantılarının təkrar emalı müəssisələri; 

−  energetika avadanlıqlarının istehsalı; 

−  plastik qab istehsalı; 

−  kommunal təsərrüfat avadanlıqlarının istehsalı. 



2.

 Maşınqayırma sənayesi və tikinti materiallarının istehsalı 

−  mövcud 

maşınqayırma 

müəssisələrinin 

özəlləşdirilməsinə 

müasir 


texnologiyalar və müvafiq nou-hauya malik xarici investorların cəlb edilməsi; 

−  dəmir  yolu  və  metropolitendə  istifadə  olunan  vaqon,  lokomotiv,  eskalatorlar 

üçün ehtiyat hissələrinin hazırlanması və təmiri müəssisələri;  

−  avtomobil  nəqliyyat  üçün  ehtiyat  hissələrinin  hazırlanması  və  təmiri 

müəssisələri;  

−  inşaat materiallarının istehsalı; 

−  tibbi cihazlar və avadanlıqların istehsalı; 

−  məişət texnikasının istehsalı. 



3.

 Yeyinti və yüngül sənaye 

−  pambıq və pambıq məhsullarının emalı; 

−  yun emalı; 

−  gön-dəri emalı; 

−  baramaçılıq təsərrüfatlarının yaradılması; 

−  yerli xammala əsaslanan toxuculuq və tikiş məhsullarının istehsalı: 

−  əl ilə toxunan xalçalar; 

−  yüksək keyfiyyətli ayaqqabı istehsalı; 



 

−  ağac emalı və mebel istehsalı; 

−  tarixi-mədəni, 

milli-tətbiqi  sənətkarlıq  məhsullarının  istehsalı  (milli 

suvenirlər, hədiyyələr, mis qablar və s.); 

−  məhsulların qablaşdırılması üçün tara və avadanlıqlar istehsalı; 

−  ərzaq məhsullarının istehsalı; 

−  kənd təsərrüfatı məhsullarının emalı. 



4.

 Aqrar sektorun maddi-texniki bazası 

−  kənd 


təsərrüfatı  məhsullarının  uzunmüddətli  saxlanılması  məqsədilə 

regionlarda soyuducu kameralar, anbarlar, elevatorlar və s. ilə bağlı layihələr; 

−  kənd  təsərrüfatı  texnikası  və  ehtiyat  hissələrinin,  gübrələrin  və  bitki 

mühafizəsi vasitələrinin, baytarlıq preparatlarının istehsalı; 

−  heyvandarlıq  və  quşçuluq  sənayesinin  tələbatını  təmin  etmək  üçün  müasir 

tipli yem emalı müəssisələrinin tikintisi və məhsul istehsalı; 

−  un dəyirmanlarının tikintisi. 

5.

 Bitkiçilik 

−  pambıqçılıq; 

−  üzümçülük, meyvəçilik; 

−  tütünçülük; 

−  şəkər çuğunduru; 

−  taxılçılıq;  

−  toxumçuluq, tingçilik təsərrüfatlarının yaradılması; 

−  tərəvəzçilik və bostançılıq; 

−  çayçılıq;  

−  yağlı bitkilər, zeytunçuluq, günəbaxan; 

−  ekoloji kənd təsərrüfatı məhsullarının istehsalı; 

−  intensiv bağçılıq təsərrüfatlarının yaradılması. 



6.

 Heyvandarlıq  





 

cins heyvanların yetişdirilməsi üzrə təsərrüfatlar; 





 

quşçuluq, damazlıq quşçuluq; 


 





 

arıçılıq;  





 

balıqçılıq; 





 

damazlıq və südlük istiqamətli iribuynuzlu heyvandarlıq təsərrüfatlarının 

yaradılması.  



7.

  KT sahəsi 





 

milli telekommunikasiya peykinin orbitə çıxarılması, kosmik sənayenin 

inkişaf etdirilməsi istiqamətində dövlət və özəl sektor arasında əməkdaşla xarici 

investorların cəlb edilməsi;  





 

KT məhsullarının istehsalı; 





 

rəqəmsal yayımverici və qəbuledici avadanlıqların istehsalı; 





 

kompüter texnologiyaları; 





 

elm və texnologiyaya əsaslanan informasiya sahələri. 

8.

  Turizm sahəsi 





 

dağ idman növlərinin inkişafı; 





 

kurort-sanatoriya, turist-baza kompleksləri; 





 

müalicəvi turizm istirahət mərkəzləri; 





 

regionlarda mehmanxanalar. 

Azərbaycanın  uzunmüddətli  dövrdə  dayanıqlı  və  tarazlı  inkişafının  təmin 

edilməsində  investisiyaların  cəlb  edilməsi  xüsusi  rol  oynayır.  nvestisiyaların  tələb 

olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə ölkədə investisiya mühitinin 

daha da yaxşılaşdırılması qarşıda duran əsas vəzifələrdəndir. Bunun üçün: 

- şəxsi mülkiyyətin qorunması və korporativ idarəetmənin təkmilləşdirilməsinə; 

- mülkiyyətin formasından asılı olmayaraq bütün investorlar üçün daha əlverişli 

rəqabət mühitinin yaradılmasına; 

-  stabil  hüquqi-normativ  rejimin  təmin  edilməsi  məqsədilə  dövlətin  rolunun 

artırılmasına; 

investisiya 



fəaliyyətinin 

hüquqi-normativ 

bazasının 

daha 


da 

təkmilləşdirilməsinə;  

-  investisiya  obyektlərinin  seçimi  və  təhlili  məqsədilə  müəssisələr  haqqında 

investorların məlumatlandırılması sisteminin yaxşılaşdırılmasına; 



 

-  əmanətlərin  investisiyalara  səmərəli  transformasiyasını  təmin  edən  müasir 

institusional infrastrukturun inkişaf prosesinə yardımın artırılmasına; 

-  biznesin  informasiya  təminatının  yaxşılaşdırılmasına,  mühasibat  uçotunun  və 

statistikanın beynəlxalq standartlara uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər davam 

etdiriləcəkdir. 



Dövlət investisiyaları sahəsində siyasətin əsas istiqamətləri: 

2013-2016-cü  illər  üçün  ölkədə  dövlət  investisiya  siyasətinin  ana  xəttini 

aşağıdakı prioritetlər təşkil edəcəkdir: 

-  investisiya  axınının  qeyri-neft  sektorunun  və  regionların  inkişafına 

yönəldilməsinin stimullaşdırılması; 

- regionlar arasında investisiyaların bölüşdürülməsinin optimallaşdırılması; 

-  ölkədə  investisiya  fəaliyyətinin  sosial  istiqamətinin  gücləndirilməsi,  insan 

kapitalına, infrastruktura qoyulan investisiyaların prioritetliyi; 

- dövlət investisiya siyasətinin tam şəffaflığının təmin edilməsi; 

- ölkənin iqtisadi təhlükəsizliyinin təmin olunmasına nəzarətin gücləndirilməsi; 

- dövlətin müdafiə qabiliyyətinin artırılması. 

Özəl investisiyalar sahəsində siyasətin əsas istiqamətləri: 

-  Azərbaycan  müəssisələrinin  investisiya  cəlbediciliyinin  daha  da  artırılması 

məqsədilə tədbirlərin davam etdirilməsi; 

-  müəssisələrin  texnoloji  yenidənqurulması  məqsədilə  müasir  texnoloji 

avadanlığın Azərbaycana gətirilməsi üçün xarici ticarət rejiminin təkmilləşdirilməsi; 

-  daxili  investisiyalarla  yanaşı  birbaşa  xarici  investisiyaların  ixracyönümlü  və 

ə

lavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrə yönəldilməsi; 



-  xidmət  sahələrində  birbaşa  xarici  investisiyaların  tənzimləmə  rejiminin 

təkmilləşdirilməsi;  

-  beynəlxalq  standartlara  uyğun  mühasibat  uçotunun  və  auditor  fəaliyyətinin 

yaradılması prosesinin sürətləndirilməsi. 

 

 

 


1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə