Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 0,71 Mb.
səhifə12/15
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#1047
1   ...   7   8   9   10   11   12   13   14   15

Azərbaycan Milli ordusunun yaradılması


Çağdaş yüzilliyin əvvəllərində Azərbaycan milli dövlətçiliyinin bərpa edilməsində və gənc Azərbaycan Xalq Cümhuriyyətinin bütün Quzey Azərbaycanda öz hakimiyyyətini bərqərar etməsində, respublikanın qorunub saxlanmasında milli silahlı qüvvələrin fövqəladə rolu olmuşdur. Ona görə də bu qüvvələrin yaradılması və fəaliyyət tarixi üzərində ətraflı dayanmaq, tələbələrin diqqətini bu mühüm məsələyə yönəltmək məqsədəuyğundur.

Milli silahlı dəstələrin yaradılması zərurəti, azırbaySanlılar qarşısında artıq fevral inqilabından dərhal sonra durmağa başladı, hakimiyyətsizlik və anarxiya, qonşu bölgələrdə milli silahlı birləşmələrin mövcüdluğu bu məsələni Azərbaycan üçün də mühüm siyasi vəzifəyə çevirdi. Qafqaz müsəlmanlarının qurultayında da (1917-ci ilin aprelində), “Müsavat”ın 1917-ci ilin oktyabrında Bakıda keçirilmiş I qurultayında da milli silahlı dəstələrin yaradılması zərurəti qeyd olunurdu.

1917-ci il noyabrın 5-də Gəncədə öz işini başlayan I Qafqaz Müsəlman hərbi qurultayı Qərb cəbhəsində buraya gəlmiş “Qatar süvari polku”nun bazasında Azərbaycan korpusunun yaradılması barəsində qərar qəbul etdi. Lakin zabit kadrlarının kəskin surətdə çatışmaması və 1917-ci ilin sonu 1918-ci ilin əvvəllərində Azərbaycanda bərqərar olmuş mürəkkəb hərbi-siyasi şərait üzündən Azərbaycan korpusunun yaradılması işləri çox ləng gedirdi. Ona görə də mayın 28-də yarandığı elan olunmuş AXC cəmisi 600 süngü və qılıncdan ibarət Süzi bir hərbi qüvvəyə söykənə bilərdi. Tezliklə Azərbaycan ordusunda hərbçilərin sayı 1500 nəfərə çatdı. Əsas tərkibi daşnaklardan ibarət olan Bakı Soveti ordusunun hücümu nəticəsində Gəncə üzərini ölüm təhlükəsi aldıqda F.Xoyski hökuməti Şimali Azərbaycanın qərbində hərbi vəziyyət elan etmək və tələsik surətdə nizami ordu yaratmaq işinə girişmək məcburiyyətində qaldı. Qafqazdakı Türk-Osmanlı qoşunlarının komandanı general-leytenant Nuru paşanın yaxından əməli iştirakı ilə Azərbaycan hökuməti sayı 5000 nəfərə çatan Əlahiddə Müsəlman Korpusunu yaratmağa müəssər oldu. Bu korpus 1918-ci il iyunun 26-da Osmanlı hərbi hissələri ilə birlikdə Qafqaz Islam Ordusunun tərkibinə daxil edildi. AXC hökumətinin 1918-ci il avqustun 11-də elan etdiyi hərbi səfərbərliyə əsasən respublikanın 1894-1899-cü il təvəllüdlü müsəlman kişi vətəndaşları həqiqi hərbi xidmətə çağırıldılar.

1918-ci il sentyabrın 1-də AXC-nin Hərbi Nazirliyi yaradıldı. Ona baş nazir F.Xoyskinin özü başçılıq edirdi. General Səməd ağa Mehmandarov hərbi nazirin müavini təyin olunmuşdur.

1918-ci il sentyabrın 15-də Qafqaz Islam Ordusu ingilislər və Sentrokaspi diktaturası tərəfindən tələsik tərk edilmiş Bakıya daxil oldu. Iki gün sonra AXC hökuməti də Gəncədən Bakıya köçdü.

Mudros müqaviləsindən sonra Osmanlı qoşunlarının Azərbaycandan çıxarılmasına, noyabrın 17-dən Bakıya general V.M.Tomsonun komandanlığı altında 39-cü ingilis piyada briqadasının daxil olmasına baxmayaraq, AXC hökuməti nizami milli ordunun yaradılmasına böyük diqqət yetirirdi. Qısa müddət ərzində Azərbaycan ordusunun milli-texniki bazasının yaradılması üzrə böyük təşkilati işlər yerinə yetirildi. 1918-ci il dekabrın 25-də general S.Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Ə.Şıxlinski hərbi nazirin köməkçisi vəzifələrinə təyin olundular.

1919-cü il yanvarın 15-də hərbi nazirlik yanında Baş Qərargah təsis olundu. Qərargahın tərkibində indentant, mühəndis, artilleriya, hərbi sanitariya, hərbi tədris, tipoqrafiya və s. şöbələr var idi. Martda onun tərkibindən general-kvartmeyestr şöbəsi ayrılmış və Baş Qərargahın Baş Idarəsi yaradılmışdır. General-mayor S.Sulikeviç Baş Qərargahın rəisi təyin edildi. Eyni zamanda hərbi məhkəmə və hərbi prokuror nəzarəti yaradıldı. Hərbi qanunvericilik və maliyyə-təsərrüfat məsələlərini nizamlamaq üçün hərbi nazirliyin nəzdində Hərbi Şura yaradıldı. Bu şuraya AXC ordusunun bütün rütbəli rəhbərləri daxil idi.

Bakının mühüm hərbi-strateжi əhəmiyyəti nəzərə alınaraq Bakı möhkəmləndirilmiş rayonunun general-qubernatorluğu yaradılmışdır. 1919-cü ilin iyununda Denikin ordusunun Azərbaycana soxulmaq təhlükəsi ilə əlaqədar olaraq Dövlət Müdafiə Komitəsi təşkil olundu.

1919-1920-ci illər ərzində Azərbaycanda piyada və süvari alayları, artilleriya diviziyaları və briqadaları, habelə digər hərbi-texniki hissələr yaradıldı. 1919-cü ilin sonuna yaxın Azərbaycan ordusu hər birində 3 alay olmaqla 2 piyada və 2 süvari diviziyasından ibarət idi. Süvari diviziyasında 3 alaydan əlavə pulemyotçular hissəsi və süvari-artilleriya divizionu da var idi.

1-ci piyada diviziyası 1-ci Cavanşir, 2-ci Zaqatala və 3-Sü Gəncə alaylarından, 2-ci piyada diviziyası isə 4-Sü Quba, 5-ci Bakı və 6-Sı Şimal alaylarından ibarət idi. Yaradılmaş 7-ci Lənkəran alayı 3-Sü piyada diviziyasının meydana çıxmasının başlanğıSını qoydu. Süvari diviziyası 1-ci tatar, 2-ci Qarabağ və 3-Sü Şamaxı alaylarından ibarət idi. Bütün bunlardan əlavə, bu diviziyaların heç birinə daxil olmayan 2 qaubitsa batareyası var idi.

Yuxarıda sadalananlarla yanaşı, Lənkəran ehtiyat batalyonu polis və “yardım alayları” yaradılmışdır. Ordunun tərkibinə həmçinin 2 artilleriya briqadası, yüngül artilleriya divizionu, 3 zirehli qatar, 5 aeroplan, bir neçə hidroaeroplan və 6 zirehli maşın daxil idi.

1919-cü ilin avqustunda ingilislər Azərbaycandan getdikdən sonra Hərbi Nazirlik liman yaratmış, “Qars” və “Ərdəhan” kanoner gəmilərindən ibarət Xəzər Hərbi Donanmasını yenidən qurmuşdur.

Hərbi mütəxəssislər hazırlamaq üçün Gəncə şəhərində hərbi məktəblərin əsası qoyulmuşdur. 1920-ci ilin əvvəllərinə yaxın ADR-in silahlı qüvvələrinin ümumi sayı 30 min nəfərə bərabər idi.

AXC hökuməti ordu və donanmanı silah, sursat və digər hərbi ləvazimatla təShiz etmək işində müəyyən çətinliklərə məruz qalırdı. 1919-cü il iyunun 27-də Azərbaycan-Gürcüstən hərbi-müdafiə paktı parlament tərəfindən təsdiq edildikdən sonra Gürcüstəndan 12 yüngül və 12 dağ topu, 24 “Maksim” pulemyotu və 3 min ədəd tüfəng alındı. Bu da ordunun təchizi sahəsində vəziyyəti bir qədər düzəltməyə imkan verdi. Bundan əlavə, hərbi təhsil almaq üçün bir qrup Azərbaycanlı Gürcüstən hərbi təhsil müəssisələrinə göndərildi.

AXC hökuməti hərbi sənayenin yaradılması məsələsini də unutmurdu. Respublika parlamenti 1920-ci il fevralın 23-də topların təmiri və ordunu artilleriya ehtiyat hissələri ilə təmin etmək üçün Gəncədə hərbi zavod tikilməsi barəsində qərar qəbul etdi. Bu məqsəd üçün 670 min manat pul ayırdı. Lakin hökumətin gördüyü bütün tədbirlərə baxmayaraq, həm silaha, həm də hərbi mütəxəssislərə böyük ehtiyac var idi.

Azərbaycan ordusunun şəxsi heyəti necə təşkil olunurdu?

19-24 yaşlı gənclər 2 il müddətində orduya səfərbər edilirdilər. Lakin Qarabağ və Zəngəzurda Ermənistanla hərbi münaqişə ilə əlaqədar olaraq Dövlət Müdafiə Komitəsinin qərarı ilə 1920-ci il mayın 1-dən etibarən 19 yaşdan 30 yaşına qədər bütün kişilərin orduya səfərbər olunması təklif edilmişdir.

AXC-nin Hərbi Nazirliyi orduda vətənpərvərlik və hərbi ruhun qaldırılmasına böyük diqqət yetirirdi. Hərbi hissələrin ştat siyahısına imamlar və mollalar daxil edilmiş, əsgərləri Azərbaycan xalqının tarixi və keçmişi ilə tanış etmək üçün broşüraların nəşri nəzərdə tutulmuşdu. Görkəmli Azərbaycan bəstəkarı Ü.HaSıbəyli Milli Ordu üçün marş bəstələmişdir. Yeri gəlmişkən vətənpərvərlik mövzusunun bugünkü tələbələrə sirayət edilməsinə də diqqəti artırmaq lazımdır.




Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə