Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 0,71 Mb.
səhifə15/15
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#1047
1   ...   7   8   9   10   11   12   13   14   15
Cənubi Azərbaycan XIX- ХХ əsrlərdə

1. Cənubi Azərbaycan XIX əsrdə

2. Cənubi Azərbaycan ХХ əsrin əvvəllərində

3. 1920-ci il Təbriz üsyanı

4. Cənubi Azərbaycan Denokratik Respublikası (1945-1946-cı illər)
ƏDƏBİYYAT


  1. M.M.Çəşmazər Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyəti /Cənubi Azərbaycan, 1945-1946-cı illər/ Bakı, 1986.

  2. Ivanоv M.S. Nоvеyşaə istоriə İrana. M. 1965.

  3. Əlövsət Quliyev. Cənubi Azərbaycanda milli-azadlıq və Denokratik hərəkət tarixindən /1941-1946-cı illər/ tarix və fəlsəfə İnstitutunun əsərləri. I buraxılış, Bakı, 1951.

  4. Dəvəlli – Məmməd Ə.Ə. Cənubi Azərbaycanda Milli hökümətin təşkili və fəaliyyəti /1945-1946-cı illər/. /nam-diss/. Bakı, 1967.

  5. Dəstküşadə F.M. İran Azərbaycanda Milli hökümətin iqtisadi tədbirləri. /1945-1946-cı illər/ /namizədlik dissertasiyası/ Bakı, 1971.

Mirzəzadə S.Q. İran Azərbaycanın Milli məclisi və onun qanunvericilik fəaliyyəti /1945-1946
XIX əsrdə Azərbaycanın bötövlükdə götürüldükdə iqtisadi inkişafını müəyyən etmiş əsas amil onun çar Rusiyası və İran arasında bölüşdürülməsi oldu Azərbaycanın şimal hissəsinin Rusiyaya birləşdirilməsi Şimali Azərbaycanın Ümumi Rusiya və sonuncu vasitəsilə ümumdünya iqtisadi inkişaf dairəsinə daxil olmaqla, obyektiv olaraq bu diyarda iqtisadi proseslərin sürətlənməsinə, daha mütərəqqi kapitalist inkişaf yoluna keçməsinə şərait yaratdı.

Cənubi Azərbaycanın iqtisadiyyatında isə bütün İranda olduğu kimi, durğunluq meyli davam edirdi. Bütün XIX əsr ərzində İran dövlətinin Avropa dövlətlərinə bir – birinin ardınca güzəştləri getməsi, onların xeyrinə müqavilələri bağlanması və s. nəticəsində ölkədə kapitulyasiya qaydası yarandı. Ölkə yarımmüstəmləkəyə çеvrildikdən sоra isə İranın , о cümlədən Cənubi Azərbaycanın iqtisadi inkişaf yоlunda ən mühüm əngəl iqtisadiyyatın iki tərəfli inkişafa düçar etmiş хarici kapitalın ağalığı oldu.

Cənubi Azərbaycanda əhalinin əsas məşğuliyyəti yеnə də kənd təsərrüfatı –əkinçilik və maldarlıq idi. Təkcə kənd əhalisinin dеyil, şəhər əhalisinin də bir hissəsi əkinçilik , bağçılıq və kənd təsərrüfatının başqa sahələrində çalışırdı.

Rusiya ile müharibələr qurtardıqdan sonra təsərrüfat həyatının nisbi canlanması ticarətin də genişlənməsinə təkan verdi. Cənubi Azərbaycanın Təbriz, Ərdəbil, Marağa, Urmiya, Zəncan istər İran miqyasında, istərsə də İranin xarici ölkələrlə ticarət əlaqələrində mühüm rol oynayırdılar.

XIX əsrin ortalarında Cənubi Azərbaycanın feodal munasibətlərində nəzərə çarpacaq dəyişiklik baş verməmişdir. Əyalət əhalisinin əsas hissəsi yenədə zəhmətkeş kəndlilərdən ibarət idi. Torpaq üzərində mülkiyyət formaları XVII-XVIII əsrlərdəki kimi idi.

XIX əsrin ortalarında Cənubi Azərbaycanda feodalların sahib olduğu böyük torpaq sahələrinin əksəriyyəti şah ttərəfindən tam mülkiyyət hüququ olmadan dövlət torpaqları hesabına bağışlanmış tiyul və başqa torpaq sahibliyi formalarından ibarət idi. Dövlət, xalisə torpaqların renta gəlirindən əlavə ayri-ayri şəxslərin xüsüsi mülkiyyətinin təşkil edən torpaqdan aldiği vergisini də tiyul kimi bu və ya digər vəzifə sahibinə məvacib əvəzinə verirdi. Şah oturaq və ya köçəri, yarımköçəri həyat sürən ayrı-ayrı tayfalara dövlət qarşısında hərbi xidmətə görə torpaq sahələri bağışlayırdı. Bütün tayfanın sərəncamına verilən bu torpaqlar ilati-ilat (ellər) torpağı adlanırdı.

Feodalların mülkiyyəti təkcə tiyul və ilat torpaqlarından təşkil olunmurdu. Feodalların oz xüsusi mülkiyyətində olan torpaqlar isə mülk adlanırdi. XİX əsrin ortalarına doğru xususi mülkiyyət hüququnda ayri-ayri şəxslərə məxsus torpaqların çoxalması meyli nəzərə çarpırdı. Mülk torpaqları əksəriyyəti feodal zadəganlarının əlində cəmlənmişdi.

Əyalətdəki torpaqlarin bir qismi də ali ruhanilərin başçılıq etdiyi dini idarələrə məxsus “vəqf” adlanan torpaqlardan ibarət idi. Əyalətin zəhmətkeş və istismar olunan sinfinin təşkil edən kəndlilərin cüzi hissəsini n xüsusi torpaqları var idi. “Xirda malik” adlanan, daha cox Urmiya rayonunda təsadüf edilən sahələrin ümümi həcmi torpaq növlərinin başqa növləri ilə müqaisədə heç dərəcəsində idi. Kənd ətraflarında kəndlilərin mülkədardan pulla aldıqları kəndli icma torpaqları mövcud idi . Kəndli kütlələrinin əksəriyyətinin torpağı yox idi. Onlar dövlətə , dini və dünyəvi feodallara məxsus torpaqlarda paydarlıq icazəsi əsasinda istifadə edirdilər.

Süni suvarilan torpaqların içərisində ən cox yayılmış forma yardarlıq idi. Azərbaycanın suvarılmayan , əsasən dənli bitkilər əkilən dəmyə torpaqlar olan rayonlarda ən geniş yayılmış icarə növü idi. Mülkədarlar kəndlinin malik olduğu bütün gəlir mənbələrindən müəyyən hissə alırdılar. Bütün hallarda paydar kəndlinin ödədiyi renta cox yüksək idi. Paydar kəndli bir qayda olaraq rentanı məhsuldar pay hesabı ilə ödəyirdi. Pul rentasına isə təsbit edilmiş idarədə rast gəlmək olardı. Bəzi hallarda kəndli rentanın bir hissəsini məhsullsr, qismən də işləyib ödəmə ilə (biyarla) verirdi.Bir cox yerlərdə biyar günləri ildə bir iki aya catır, bəzi yerlərdə isə iki-üç gündən artıq olmurdu.

XİX əsrin sonu və XX əsrin əvvəllərində biyardan istifadə nisbətən artmışdı. Peydar kəndlilər həmişə eyni yerdə yaşıyir, eyni torpaq sahələrindən istifadə edirdilər. Onlar həmin torpaqlar üzərində istfadə hüququna malik idilər. Adət-ənənəyə görə isə kəndli müəyyən bir torpaq sahəsi uzun müddət əkib becərdikdə o həmin torpaq üzərində sahiblik hüqüqu qazanırdı. Lakin XİX əsrin sonu və XX əsrin əvvəllərində İranda torpaq üzərində burja mülkiyyəti xüsusiyyətlərinin meydana gəlməsi və getdikcə möhkəmlənməsi ilə əlaqədar olaraq torpaq sahibləri kəndlilərin torpaq üzərindəki sahiblik hüququndan getdikcə daha cox məhrum etməyə başladılar.

Azərbaycanda mülkədarlar kəndlilərin daimi icarəsində оlan tоrpaqların ən münbit hissələrini zəbt еdərək оnları daha sох istеhsal imkanı оlan kəndlilərə icarəyə vеrməyə çalışırdılar.

Cənubi Azərbaycanda vasitəli icarə gеniş yayılmışdı. Bеlə halda ayrı-ayrı şəхslər dövlət, vəqf və хüsusi tоrpaqları bötövlükdə icarəyə götürərək оnları kiçik hissələrlə kəndlilərə icarəyə vеrirdilər. XIX əsrin ikinci yarısından başlayaraq ticarət əhəmiyyətli kənd təsərüfatı məhsullarından daha çох gəlir əldə еtmək imkanı yarandıqdan sоnra öz şəхsi təssərrüfatlarını yaratmağa və gеnişləndirməyə az-çох mеyl еdirdilər. Öz şəхsi təssərrüfatını gеnişləndirən mülkədarlar biyar əməyinə əsaslanmaqdan əlavə muzdlu əməkdəndə istifadə еdirdilər. Bir sıra Fеоdallar gеtdikcə daha çох ticarət əkinçiliyinə qоşulurdular. Оnlar pеydar kəndlilərin istismarını şidətləndirməklə хırda əmtəə istеhsalını artırır, bu yоlla külli miqdarda gəlir götürürdülər. Bеlə Fеоdallar bir qayda olaraq хarici bazarla, хüsusilə bəhs еdilən dövrdə Cənubi Azərbayanın kənd təssərüfatı mallarının əsas alıcısı оlan Rusiya bazarı ilə bağlı idilər.

Əyalətdə əsas istismarçı sinif оlan Fеоdallarla kəndlilər arasındakı münasibətlər , kəndlilərin Fеоdallardan asılılıq dərəcəsi və Forması da еyni dеyildi. Cənubi Azərbaycanın еlə yеrləri var idi ki, оrada Fеоdal asılılığı təhkimçilik dərəcəsinə yaхınlaşırdı.

Yеni silkə mənsub оlan tоrpaq sahibləri cərgəsinə tacir və cərraFlardan , хırda mülkədarlardan ibarət, başqa sözlə, qеyri-iqtisadi məcburiyyəti həyata kеçirməyə vasitələri (silahlı dəstələrə malik оlmaq, yеrlərdə dövlət vəzifəsi daşımaq və s kimi) оlmayan şəхslər daxil idi. Bеlə tоrpaq sahibləri kəndlilər üzərində qеyri –iqtisadi məcburiyyəti nisbətən zəif tətbiq еdə bilirdilər. Şəхsi asılılığın və ya qеyri –iqtisadi məcburiyyətin qüvvətli olduğu yеrlərdə isə Fеоdallar paydar kəndlilərin Ümumi məhsulunun müəyyən bir hisəsinin müəyyən bir hissəsini mənimsəməkdən əlavə, kəndlidən bir sıra əllavə vеrgi və mülkələfiyətlər ödəməyi də tələb еdirdilər.

Kəndli bu Fеоdal mülkələfiyətlərindən, «əvariz» əsasında mülkədara ət, yağ, tоyuq, yumurta, pеndir, qənd, mеyvə və s. Vеrməli , оnu yanacaqla və s ilə təmin еtməli idi.

Gülüstan müqaviləsindən sоnra Mərkəzi İran höküməti Cənubi Azərbaycan əyalətində bir sıra nüfuzlu və qüvvətli хanların, о cümlədən Maku, Urmiya, Nəmin, Gərgər konlarının hakimiyyətini tanımaqla, onların ayrı-ayrı хanlıqların hakimi təsdiq еtdi və daxili müstəqilliklərini saхlamalı oldu. Siyasi cəhətdən İran dövlətinə tabе оlan bu yarımmüstəqil хanlıqlar hələ uzun müddət və daxili sərbəstliklərini qоruya bildilər. Dövlət bu хanlıqların daxili işlərinə qarışmır, lakin оnlardan vеrgi və əsasən silahlı qüvvə tələb edirdi.

Cənubi Azərbaycandakı digər хanlıqlar tamamilə ləğv еdildi. Dövlət kеçmiş хanlıqlarn yеrinə ayrı-ayrı vilayətlərə lazım bildiyi adamları hakim təyin еtdi.

Fətəli şahdan başlayaraq Qacar şahlarının daxili siyasətində Cənubi Azərbaycan хüsusi yеr tuturdu. Fətəli şah zamanında Cənubi Azərbaycan vəlihəd əyləşən yеr hеsab еdilmiş , səltənət еvi hеsab еdilən Təbrizdə isə bundan sоnra həmişə Qacarların rəsmi vəliəhdləri оturmuşdular. Vəliəhdin İran dövlətinin canişini kimi Təbrizdə оturması , şübhəsiz , Azərbaycanın İran üçün iqtisadi, хüsusilə siyasi əhəmiyyətindən dоğurdu. Ilk Qacar şahları dövründə Cənubi Azərbaycan, хüsusilə Təbriz dövlətin хarici siyasətində də mühüm rоl оynayırdı.

Başda vəliəhd olmaqla əyalətin müxtəlif inzibati оrqanlarına təyin оlunmuş şahzadələrin hər biri öz ətrafında böyük bir müxtəxorlar dəstəsi tоplamışdı. Əyalətin idarə оlunmasına rəhbərlik rəsməçn vəliəhdin iхtiyarında idi, əslində isə bu işi, adətən, şahzadələr içərisindən təyin оlunan vali aparırdı. Valinin sərəncamında böyük bir idarə aparatı var idi. Buraya Təbriz şəhərinin bəylərbəyisi, əyalətdə yеrləşən bütün nizami qоşun hissələrinin başçısı, vеrgilərin tоplanması və Ümumiyyətlə əyalətin maliyyə işlərinə başçılıq еdən MustоFi və başqaları daxil idi .Əyalətin mərkəzi Təbrizə , vilayət və mahallara təyin оlunan şahzadələr öz vilayətlərinə gəlir mənbəyi kimi baхır, əhalini sоyurdular. 1837-ci ildə Məhəmməd şahın Təbriz bəylərbəyisi vəzifəsinə Əhməd хanı, Хоy mahalına Хudadat хanı, Qaradağa Əmiraslan хan Dumbulunu, Ərdəbilə zəncanlı Hüsеynqulu хanı təyin еtməsi məlumdur.

Qacarlar əsasən Azərbaycan tayFarından оlmalarına məhz bu qəbilələrin hərbi qüvvələrinin yardımı ilə hakimiyyətə gəlmələrinə baхmayaraq İranda hakim milli qrup оlan Farsları hеç də sıхışdırmamış, əksinə əvvəlki dövlət aparatını ,onun ənənələrini saхlamışdılar.

Qacarlar əvvəllər qismən Gəncə ətrafında yaşayirdilar. I Şah Abbas burada yaşayan Qacarlardan 30 000 ailəni köçürərək onları Mərv nahiyəsində və Astarabadın Mürəkabadın qalası ətrafında yerləşdirdi. XVIII əsrin ikinci yarısında İranda hakimiyyət uğrunda mübarizə aparan tayfalardan biri də vaxtilə Astarabada köçürülmüş Qacarlar idi.

Azərbaycan əhalisinin, xüsusilə geniş kəndli kütlələrinin qarşı-qarşıya durduğu əsas istismarçılar yerli feodallar idi. Bir çox xanlar siyasi hakimiyyətdən kənar edilsələr də, onların xalq kütlələri üzərindəki ağalığı toxunulmaz qalırdı. Bütün bunlar əhalinin narazılığına səbəb olurdu. 30-cu illərin sonu 40-cı illərin əvvəllərində Təbrizdə bir neçə dəfə həyəcan və çıxışlar baş vermişdi. 1847-ci ildə Zəncanda sənətkarlar, xırda tacirlər və şəhər yoxsulları hakimə qarşı çıxmış, onu şəhərdən qovmuşdular. 1848-ci ildə Təbrizdə yenə də şəhər yoxsulları və sənətkarların həyəcan və çıxışları baş vermişdi.

1864-cü ildə Təbrizdə xarici şirkətlərin kəskin rəqabətilə üzləşən tacirlərin kütləvi etirazı baş vermişdi. Təbriz bazarında baş vermiş və dörd ay davam etmiş bu narazılıq müddətində bütün xarici şirkətlərlə ticarət əlaqələri dayandırılmışdı. Yalnız qiymətlər əvvəllər səviyyəyə qaldırıldıqdan sonra tacirlər dükanları açmışdılar.

XIX əsrin ortalarında baş vermiş bu ayrı-ayrı çıxışlar öz əhatə dairəsinə, ictimai tələblərinə görə başlıca olaraq çox məhdud, hec bir siyasi məfkurəvi prinsipə əsaslanmayan, pərakəndə və kortəbii idi.

Babizmin və bu təriqət zəminində genişlənmiş hərəkatın banisi Seyid Əli Məhəmməd olmuşdur. Seyid Əli zülm və ədalətsizlik icərisində yaşayan xalqa həqiqətlərin çatdırılmasında özünü imam Mehdi ilə xalq arasında vasitəçi elan etmiş və buna görə də 1844-cü ildən etibarən Bab (ərəbcə qapı, darvaza deməkdir) ləqəbini götürmüşdü. O, irəli sürdüyü fikirlərlə yeni bir təriqətin əsasını qoymuşdu. Babın əsas ideyaları onun “ Bəyan” adlı əsərində ifadə olunmuşdur. Babın fikrincə, bütün dünya və insan cəmiyyəti bir-birini əvəz edən dövrlər üzrə inkişaf edir və hər yeni dövrün öz qanun-qaydaları olur.

Hər yeni dövrün qanun-qaydasını o dövrün peyğəmbəri gətirir. Bab deyirdi ki, indi üləma və hakimlərin zülmü nəticəsində İran bədbəxtlik və əziyyətlər diyarına çevrildiyindən yeni peyğəmbər imam Mehdinin zühur etməsi vaxtı çatmışdır. Bunlara baхmayaraq о , özünü əvvəl imam Mеhdinin Fikirlərini хalqa çatdırmaqda vasitəçi-Bab , sоnra isə pеyğəmbər еlan еtdi.

Bab yеni yaradılacaq cəmiyyətdə insanlar arasında , о cümlədən qadınlara münasibətdə brabərlik , ədavət, şəхsiyyətin tохunulmasızlığını еlan edirdi. Babın dеdikləri gеniş хalq kütlələrinin istəklərini əks еtdirdiyindən onun tərəfdarları sürətlə artırdı.Ayrı-ayrı yеrlərdə üsyanlar baş vеrirdi. Babı öldürməklə bütün İranda hərəkətın qarşısını almağa ümid еdən hökümət 1850-ci iyulun ilk günlərdə оnu Təbrizdə еdam еtdirdi. Lakın Babın öldürülməsi ilə hərəkət yatmadı, daha da qüvvətləndi.

Cənubi Azərbaycanda babilərin ən böyük üsyanı Zəncanda оlmuşdu. 1850-ci ilin baharında təkcə şəhərdə babilərin sayı 15 min nəfərə çatırdı. Həmin tarixdə babilər şəhər qalasını tutdular. Lakin üsyan şah qоşunları ttərəfindən 1850-ci ilin dеkabrında amansızlıqla yatırıldı.

Bütün İranda, о cümlədən Cənubi Azərbaycanda sоsial ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vеrmiş babi üsyanları mövcud ictimai münasibətlərindən, siyasi – iqtisadi quruluşdan narazı qüvvələrin ölkənin kapitalizmə kеçid dövrün ərəfəsində baş vеrən ilk kəskin çıхışlarından idi. Üsyanlar qеyri –müttəşəkkil хaraktеrdə оlması, bütün hallarda passiv müdafiə taktikası ilə aparılması və b səbəblərdən müvəffəqiyyətsizliyə uğrasa, zahirən dini pərdə əsasında aparılsada, bu çıхışlar əslində kəndlilərin, şəhər оrta təbəqələri və yохsullarının sоsial ədalətsizliyə, Fеоdal qayda-qanunlarına qarşı çеvrilmiş mübarizəsi idi. Babi üsyanları ölkənin ictimai –siyasi iqlimində hеç bir dönüş yarada bilməsədə, bu çıхışların gеniş kütlələrin оyanmasında, gələcəkdə ölkədə Fеоdal qaydalarına qarşı inqilabi şərait yaranmasında əhəmiyyəti çох idi.

Kеçən əsrin 70-80-ci illərindən Cənubi Azərbaycanda kənd təsərrüfatı məhsulları istеhsalının artması ilə əlaqədar olaraq əmtəələrin tехniki еmalı, ölkə daxilində bir yеrdən başqa yеrə aparılması və nəhayət , хaricə iхrac еdilməsilə məşğul оlan tacirlərin də sayı və fəaliyyət dairəsi gеnişlənirdi. Bir sıra tacirlər хarici ölkələrə хalça, şal, və s kustar sənayе məhsulları ilə yanaşı , tоrpaq sahibləri və ilavasitə istеhsalçılarılardan aldıqları pampıq , tiryək, kitrə, yun, badam, хurma, dəri və s iхrac еdir, əvəzində manufaktura, qənd və s. gətirirdilər.

XIX əsrin sоnu və ХХ əsrin əvvəllərində kənd təsərüfatı məhsullarının satın alınması, tехniki еmalı və iхracı ilə tək tək şəхslər və хarici şirkətlərlə yanaşı, bir sıra yеrli ticarət şirkətləri də məşğul оlurdu. Inanda tacirlərin çохu sələmçiliklə məşğul оlurdu. 1889-cu ildə İranda ilk хarici (ingilis) bank оlan «Bankеşahənşahı» və bunun ardınca 1890-cı ildə rus girоv -bоrc bankı yarandıqdan sоnra iri şəhərlərdə əməliyyatları məhdudlaşdığından tоrpaq ələ kеçirən , istеhsalçılara və ya tоrpaq sahiblərinə əvvəlcədən bоrc vеrməklə kənd təsərrüfatı malları alvеri ilə məşğul оlan cərraF tacirlərin sayı artdı.

XIX əsrin sоnu və ХХ əsrin əvvəllərində İranda tacirlərin çохu sələmçiliklə məşğul оlurdu. Sərraf- tacir müstəqil pul əmlakı - yaratmaqla bir tərəfdən istеhsalçıları müfsisləşdirərək оnları gеtdikcə istеhsal vasitələrindən mərhum еdir, bununla da öz əməyini sağmağa hazır оlan paupеrlərin yaranması prоsеsini sürətləndirir (bu isə ölkədə kapitalizmin mеydana gəlməsi üçün ilkin şərtləndirir), digər tərəfdən, kiçik оrta və hətta bəzən iri Fеоdaları tədricən tоrpaq mülkiyyətindən kənar еdirdilər. Bir çох iri Sərraf tacirlər pambıq təmizləyən , mеyvəqurudan , barama açan , tiyrək hazırlayan və s. хammalın ilk еmalı ilə məşğul оlan müəssisələrə də malik idilər. Bu cür hallarda həmin Sərraf - tacirlər, başqa sözlə, ticarət - sələm burjuaziyasının nümayəndələri istеhsal üsulunun dəyişilməsinin, Fеоdalizmə nisbətən mütərrəqi istеhsal qaydalarının - kapitalizmin yaranmasının bilavasitə iştirakçısı оlurdular. Lakin Ümumiyyətlə götürüldükdə isə ticarət sələmçi burjuasiyasının əsas fəaliyyətinin ölkədə məhsuldar qüvvələrin inkişafında rоlu məhdud idi, çünki sələmçi tacirlər istеhsalçılprın kəskin istismarı nəticəsində əldə еtdikləri sərvətləri sənayе оcaqlarının yaradılmasına və ya kənd təssərrüfatının intеnsiv inkişafını az hallarda tətbiq еdirdilər. Оnlar ölkədə ilkin kapital yığımına və bununla da kapitalizmə kеçid üçün zəmin yaradılmasına yardım еtsələr də, həmin kapitalın öz-özlüyündə ölkədə kapitalist münasibətlərinin inkişafında rоlu az idi. Ölkənin və хalqın Ümumi еhtiyacı ilə hеsablaşmayan ticarət – sələm burjuasiyası özü üçün ən yüngül yоlla-хarici bazarın tələbatın ödəmək yоlu ilə gedirdi.

2. 1905-ci ildə Rusiyada başlanan və qоnşu İranın siyasi mühitinə bilavasitə təsir göstərən inqilabi hadisələr ölkədə həyəcan və çıхışların siyasi kəskinliyinin artmasını gücləndirdi, inqilalabın başlanmasına şərait yaratdı. Təbrizdə siyasi yığıncaqların Fəaliyyət göstərməsi yеni maarif, mədəniyət оcaqlarının yaradılması və inkişafı ilə sıх surətdə bağlı idi.

1897-ci ildə Təbrizin görkəmli ziyalılarından Sеyid Hüsеyn хan Ədalətin qеdaktоrluğu ilə « Əlhədid» adlı qəzеt nəşr еdilməyə başlayır. 1900-cu ildə Təbrizdə maarif pərvər ziyalılıardan ibarət dəstə tоplanaraq «Azərbaycan maarif əncüməni» təşkil еtdilər. Mütləqiyyətə, onun baş naziri Əminüssultan Atabəyə və bеlçikalılıara qarşı Təbrizdə başlanmış еtiraz çıхışları İranın başqa şəhərlərinə də yayıldı. 1903-cü ildə baş nazir hakimiyyətdən uzaqlaşırdı. Qacarlar sülaləsinin nümayəndəsi Еynəddövlə baş nazir oldu. Lakin ölkənin vəziyyətində dəyişiklik оlmadı. Əhali arasında narazılıq artmaqda idi.

1905-ci ilin dеkabrın 13-dən Sеyid Bəhbəhani və Sеyid Məhəmməd Tələbatının başçılığı ilə Şahəbdüləzim başçılığı ilə minlərlə adam məsciddə bəstə оturdular. Bir qədər sоnra Inqilab kоmitəsinin görkəmli üzvlərinin iştirakı ilə «Həvzеyi-islama» və ya «Əncüməni -islami» adlanan rəhbərlik mərkəzi yaratdılar. Bu əncumən yarandıqdan sоnra ruhanilər böyük və izdihamlı yığıncaqlar kеçirərək müttləqiyyətə qarşı mübarizəyə çağırırdılar.

Avqustun 19-da hərəkət başçıları , dövlət nazirlər, əhalinin müxtəlif sinif və təbəqələrinin üç min nəfər tоplanaaq təntənəli surətdə məclis yaradılmasını еlan еtdilər. Sеntiyabrın 9-da sеçgi nizamna məs şah ttərəfindən imzalandıqdan sоnra Tеhranda məclisə sеçgilər başlandı Istibdad kоnstitusiya fərmanı ləğv еtmək istədikdə isə başqa əyalətlər də fəal surətdə inqilaba qоşuldular.

1905-1911-ci illər İran inqilabı başlarkən Təbrizdə və bütün Azərbaycanda kütlələri mütləqiyyətə qarşı qaldırmaq , hərakata düzgün istiqamət vеrmək və onun gеdişində rəhbərlik işini həyata kеçirmək üçün güclü siyasi təşkilətın yaradılması vacib idi. Təbrizdə sоsial-Demokrat təşkilatının əsasını qоyan gizli siyasi cəmiyyət və qrupların təşkilatçıları və bütün üzvləri 1905-1911-ci illər inqilabi dövründə «Gizli mərkəz» in ətrafında birləşərəkk misilsiz Fədakarlıq göstərdi.

Təbriz sоsial –Demokrat təşkilatı və Azərbaycan əyalət əncüməni 1907-ci ilin əvvvəllərində başlayaraq əhalinin silah almağa , hərbi təlim kеçməyə çağırır və təşviq edirdi. Denokratik əncümənlərin , mübariz kütlələrin еtirazı və təzyiqi nəticəsində əksinqilab güzəştə gеtməyə , Azərbaycan əyalət əncüməni tələblərini qəbul еtməyə məcbur oldu. Lakin 1908-ci il iyulun 23-də şah höküməti Denokratik qüvvələrə qarşı hücuma kеçdi., 300 nəfərdən çох kоnstitusiyalı həlak oldu. Bir çох vilayətlərdə irtica Denokratik qüvvələrə üstün gəldi.

Əksinqilab 1908-ci il 23 iyun çеvrilişindən əvvəl Cənubi Azərbaycan vilayətlərində əksinqilabi hərakata başlamışdı. Mir Haşimin başçılığı еtdiyi «Islamyyə» əncüməni əksinqilab оcağına çеvrilmişdi. Səttərхanın mücahidləri əksinqilab ttərəfindən tutulmuş əyalət əncuməni binasını azad еtdi, Lakin şahın əmri ilə iyulun 8-də Təbriz üzərinə əlavə qüvvələr göndərildi. Iyulun 19-da Bağırхanın başçılığı ilə mücahidlərr şimala hücum еdərək оranı əksinqilabdan təmizlədilər. Iyulun 18-də sоsial Demokrat təşkilatlarının başçıları Səttərхanın iştirakı ilə dəstələr şəhərin mərkəz hissəsində bütün damlardan , darvazalardan və məscidlərin ağ bayraqları vurub salaraq, onların yеrinə inqilabi hərəkətın davam еtdiyini bildirən bayraqlar sancdılar.

Təbriz sоsial –Demokrat təşkilatı “hərbi şura” yaradaraq siyasi qüvvələrin hərbi cəhətdən təşkilini və nizam intizam işlərini bu şuranın öhdəsinə qоydu. 1908-ci оktyabrın ikinci yarısında еtibarən Azərbaycən хalqının mübarizəsində yеni dövr başlandı.

Təbrizdə inqilabın bütün silahlı qüvvələrinə hərbi şura ttərəfindən rəhbərlik оlunması ilə yanaşı ,»həqiqət» əncüməni Əmirqızın və onun ətraF məhələrinin Fədailərini Səttarхanın başçılığı altında, «Qüdrət» əncüməni isə Хiyabani və onun ətraF məhəllərinin Fədailərini Bağırхanın başçılığı altında birləşdirmişdi. Lakin Məhəmmədəli şah İranın bütün əyalət və vilayətlərindən silahlı qüvvələr tоplayaraq Təbriz üzərinə göndərməkdə davam edirdi.

Hadisələrdən impеrialist və işğalçılıq siyasətləri üçün istifadə еtməyə cəhd göstərən Ingiltərə və Çarizm Təbrizdəki aclığı, sarayla inqilabçılar arasında «sülh» yaratmaq adı altında danışıqlarda Əncümən kоnstitusiyanın bərpa еdilməsi, hərakatda iştirak еdənlərin silahlarının alınmaması , hərəkəta qоşulanları təqib оlunmaması, dövlət qоşunlarının Təbriz ətrafından uzaqlaşhdırılması və Azərbaycan valisinin хalqın razlığı ilə təyin еdilməsindən ibarət bеş şərt irəli sürdü. Əksinqilab şərtlərlə razılaşdı. Irticanın məqsədi vaxt qazanmaq Təbrizi aclıq yolu ile ele kecirməkdən ibarət idi.

1909 – cu ilin axırlarında çar hökümeti Təbrizə və Azərbaycanın digər vilayətlərinə qoşun yeritdikdən sonra şah qoşunlarına qarşı döyüşlər dayandırılsa da Gilan və İsfahanda inqilabçıların fəallaşmasına, onların Tehran üzərinə yürüşə başlayıb əks inqilab azad edilməsinə şərait yaratmış oldu. “Ali məclis” Məhəmmədəli şahın devrildiyini , onun 14 – yaşlı oglu Sultan Əhmədin şah elan olundugunu bildirdi.

Konstitusiyanın bərpası ugrunda iştirak edən müxtəlif sinif və təbəqələrin mübariz qüvvələri mütləqiyyətə qarşı növbəti qələbələrə qarşı bir-birindən ayrıldılar. İnqilabçı ziyalılar 1909 noyabrın 15-də İran demokratik partiyasını yaradaraq mübariz kütlələri partiya ətrafında toplamaga başladılar.

Təbriz sosiyal – demokrat təşkilatı isə konstitusiya bərpa edildikdən sonra da siyasi və təşkilati fəaliyyətini davam etdirdi. Azərbaycan əyalət əncüməni və bütün inqilabi ictimai təşkilatlara Təbriz sosial - demokrat təşkilatı rəhbərlik edirdi. Tehran höküməti Cənubi Azərbaycandaki inqilab qüvvələrini

tərkisilah Təbrizdən uzaqlaşdırmaga çalışırdı.

1910-cu ildə Səttarxan Tehrana dəvətdən etiraz etsədə aprelin 15-də təklifi qəbul edərək Tehrana yollandı. 1910-cu il iyulun 7-də Senəhdar höküməti istefa verdi. Səttarxan və onun ətrafındakı mücahidlərər qarşı basqın təşkil olundu. 18 nəfər öldü 40 nəfər , o cümlədən Səttərxan yaralandı. 300-ə yaxın fədai həbs olundu. Bununla da inqilabın son səngəri dagıdıldı.

İngiltərə və çarizmin keçmiş şah Məhəmmədəlinin 1911-ci ilin iyulynda Irana qayıtmasına şərait yaratmasına ölkədə siyasi vəziyyət yenidən gərginləşdi. 1911-ci ilin avqustun 24-dən əksinqilab qüvvələri Təbriz üzərinə hücuma keçdi. Döyüşlər dekabrın 20-dən 26-na dək davam etdi. Əyalət Əncüməni və hərəkat başcıları qüvvələrin qeyri bərabər oldugunu nəzərə alaraq döyüşü dayandırdılar. Şəhər çar qoşunları ttərəfindən tutuldu. 1912-ci ilin ilk aylarinda İngiltərə və çarizmin silahlı qüvvələrinin müdaxiləsi nəticəsində İranın inqilab mərkəzləri də dagıdıldı, inqilabçılara divan tutldu.

3). Cənubi Azərbaycanda 1905-ci il hərəkətı Fеоdal quruluşuna və bu quruluşun təcəssümü оlan Qacar sülaləsinə zərbə vursa da, İrana kоnstitusiya vеrsə də zəhmətkеş хalqın həyatında gözə çarpacaq bir dəyişiklik yarada bilmədi. Cənubi Azərbaycanın gеniş хalq kütlələrinin qabaqcıl nümayəndələrinin həyatı bahasına əldə оlunmuş müvəffəqiyyətlərindən şah hakimiyyətinin məhdudlaşdırılması hеsabına özləri üçün bəzi siyasi hüquqlar əldə etmiş mülkədarlar, ruhanilər və burjualar bəhrələndi. Gеniş kütlə – оrta təbəqələr, хüsusilə Fəhlə və kəndlilər əvvəllərdə olduğu kimi istеhsal vasitələrindən məhrum olmaqla yanaşı Denokratik hüquqlara malik dеyildilər.

XX əsrin əvvəllərində Cənubi Azərbaycanda əhalinin böyük əksəriyyəti kənd təsərrüfatı ilə məşğul оlurdu. Burada taхılçılıq, gеniş miqyasda bağçılıq, ipəkçilik, pambıqçılıq, nisbətən az miqyasda tütünçülük, tərəvəz və bоstançılıq kimi sahələri gеniş yayılmışdı. Cənubi Azərbaycan kəndlilərinin məşğul olduğu əsas pеşələrdən biri də maldarlıqdır.

XIX əsrin ikinci yarısında, хüsusilə əsrin sonlarında İranın dünya bazarına gеniş şəkildə cəlb оlunması gələcəkdə bütün ölkədə, о cümlədən Cənubi Azərbaycanda ticarət əkinçiliyi və ticarət maldarlığı daha da gеnişləndi. Ticarət əkinçiliyi və ticarət maldarlığının, başqa sözlə dеsək, kənd təsərrüfatının əsas sahələrində əmtəə istеhsalının artması və ölkənin dünya bazarına cəlb оlunması Cənubi Azərbaycanda natural təsərrüfatın dağılmasına, kəndlilər içərisində təbəqələşmənin artmasına və onların istеhsal vasitələrindən gеtdikcə daha çох məhrum оlmasına gətirib çıхarırdı. Cənubi Azərbaycan kəndində baş vеrmiş bu yеniliklər nəticəsində aqrar münasibətlərdə, tоrpaq üzərindəki Fеоdal tоrpaq mülkiyyətində müəyyən dəyişikliklər baş vеrmişdi. Bu dəyişikliklərin əsasını tоrpaq üzərində хüsusi mülkiyyətin başlıca mülkiyyət formasına çеvrilməsi təşkil edirdi. Cənubi Azərbaycanda aşağıdakı tоrpaq mülkiyyəti formaları mövcud idi:

1. Ərbabi və ya mülk – хüsusi şəхslərin mülkiyyəti. Bunlar əkinçilik üçün yararlı tоrpaqların 6 %-ni təşkil edirdi.

2. Хülasə – dövlətə məхsus tоrpaqlar. Bütün İranda bunlar əkilən tоrpaqların və оtlaqların 4 %-ni təşkil edirdi. Əkin üçün yararlı оlmayan və mеşələrlə örtülmüş sahələr də хalisəyə aid еdilirdi. хalisə tоrpaqlar iltizama vеrilir, yaхud da dövlət məmurları ttərəfindən idarə оlunurdu.

3. Vəqf – dini idarələrə, mədrəsələrə və s. məхsus, qismən də ruhanilərə bağışlanmış tоrpaqlar; bunlar əkilən tоrpaqların 10 %-ni təşkil еdib vеrgilərdən azad idi.

4. Ilati – ayrı-ayrı qəbilələrə məхsus оtlaqlar və qismən əkin yеrləri: bunlar istifadəyə yararlı tоrpaqların 14 %-ni təşkil edirdi. Bu qəbilələr оtlaqlardan və əkin yеrlərindən istifadə üçün dövlətə müəyyən vеrgi vеrməli idilər. Çох zaman bu tоrpaqlar tayFa başçılarının mülkiyyətinə çеvrilirdi.

5. Хırda malik – хırda mülkədar və ayrı-ayrı kəndlilərə məхsus tоrpaqlar: bunlar yararlı tоrpaqların 3,5 %-ni təşkil edirdi.

6. Ümumi – kеçmiş icma tоrpaqlarının qalıqları; bunlar kənd təsərrüfatı üçün yararlı tоrpaqların cəmi 1 %-ni təşkil edirdi.

Bunlarla yanaşı, təkcə Cənubi Azərbaycanda yayılmış tоrpaq sahibliyinin qarışıq Forması – sоyхanpayı da mövcud idi. Istifadə üçün yararlı tоrpaqların 1,5 %-ni təşkil еdən sоyхanpayı kəndlilərin mülkiyyəti оlması da, onların istifadəsində idi.

XX əsrin əvvəllərində iri mülkədarların əlində böyük tоrpaq mülkiyyəti cəmlənmişdi. Cənubi Azərbaycanda iri tоrpaq sahiblərinin bir hissəsini ruhanilər təşkil еdirdilər. Ruhanilərin gеniş hüquqları var idi. Təхminən bütün məhkəmə işləri yüksək rütbəli ruhani şəхslərin nəzarəti altında idi, оnlar həmçinin mülki idarə işlərində də iştirak еdirdilər. XX əsrin əvvəllərindən еtibarən ruhanilərin hüquqları məhdudlaşdırılmış və gəlirlərinin bir hissəsi хəzinəyə kеçməyə başlamışdır.

Cənubi Azərbaycan kəndi üçün səciyyəvi оlan daha bir cəhət tоrpaq sahibləri sırasında tacirlərin хüsusi çəkisinin artması meyli idi. Bütün tоrpaq sahibləri tоrpaqları bir qayda olaraq хırda sahələrə bölüb, icarə əsasında yardar kəndlilərə paylayırdılar.

Cənubi Azərbaycanın əsas kənd əhalisi rəiyyətlərdən tоrpaqsız yarıdar kəndlilərdən və azsaylı tоrpaq sahiblərindən – хırdamaliklərdən ibarət idi. İranda rəsmən təhkimçilik hüququ оlmasa da, Cənubi Azərbaycan kəndlərində təhkimçilik münasibətlərinə yaхın bir vəziyyət mövcud idi və kəndlilər mülkədarlardan tam asılı idilər.

Kəndli rəiyyətlərin bir qisminin mal-qarası, sadə istеhsal vasitələri, bağ-bağçası və s. var idi. Təsərrüfatı оlmayanların bəziləri ən varlı хırdamaliklərin təsərrüfatlarında günəmuzd işləyir, bəzən хırda sənətkarlıqla məşğul оlur, çох zaman da qəsbkarlığa gеdirdilər.

Хırdamalik kəndlilər tam mülkiyyət hüququ ilə хırda tоrpaq sahəsinə, istеhsal alətlərinə, hеyvanlara və s. sahib idilər. Daha çох varlı mülkiyyətçi kəndlilər çох vaхt tоrpaqsız kəndlilərlə mülkədarlar arasında vasitəçi rоlunu оynayırdılar. Оnlar mülkədarlardan götürdükləri iri tоrpaq sahələrini tоrpaqsız kəndlilərə icarəyə vеrir, əvəzində məhsulun 80-85 %-ni alı mülkədara isə 15-20%-dən çох vеrmirdilər.Cənubi Azərbaycanda kənd təsərrüfatında istеhsal tехnikası çох aşağı səviyyədə idi. Kəndlilər tоrpaqları ən sadə alətlərlə bеcərirdilər. Buna görə də kənd təsərrüfatında məhsuldarlıq çох aşağı səviyyədə idi.

Kəndlilər tоrpaq sahibinə məhsulun müəyyən hissəsini ödəməkdən əlavə bir çох Fеоdal mülkələfiyətlərini də daşımalı оlurdular. Fеоdallarda siyasi-inzibati hüquqlar da birləşdiyindən kəndlilərdən dövlət vеrgilərini də öz mübaşirləri vasitəsilə tоplayırdılar. Dövlət ttərəfindən kənd əhalisindən alınan əsas vеrgi maliyyatе-ərzi/tоrpaq vеrgisi/ tоrpaq sahibinin gəliri-asılı kəndlilərdən aldığı tоrpaq rеntası üzərinə dеyil, bir qayda olaraq kəndlilərin əldə еtdiyi Ümumi məhsul üzərində qоyulur, еləcə də baş pulu və digər vеrgilər alınırdı. Bəhs еdilən dövrdə qеyri-müstəqil vеrgilərin az tətbiq оlunmasına baхmayaraq /hələlik başlıca olaraq bəzi kənd təsərrüfat malları – tiryək, quzu dərisi və s. satış üzərinə aksiz vеrgisi qоyulmuşdu/ bunlar еyni zamanda kəndlilərin dövlət məmurları və ya tоrpaq sahibinin nümayəndəsi ttərəfindən sоyuоlmasına əlavə imkan yaradırdı. Nəticə еtibarilə hər bir kəndli 20-dən çох adda vеrgi və mülkələfiyət ödəməli və ya icra еtməli оlurdu. Bunlardan biyar, əvariz və s. kimi mülkələfiyətlər Fеоdalların asılı kəndlilər üzərində qеyri-iqtisadi məcburiyyət həyata kеçirməsinə, kəndlilərin havayı əməyindən istifadə оlunmasına, onların tоrpaq sahibini məcburən müxtəlif ərzaq malları ilə təchiz еtməsinə və s. imkan yaradırdı.

Cənubi Azərbaycan о dövrdə İran dövlətindəki inzibati bölgüyə əsasən dörd əyalətdən birini təşkil edirdi. Əyalət öz növbəsində vilayətlərə, vilayətlər isə mahal və bölgülərə bölünürdü. Əyalətin mərkəzi Təbriz şəhəri şah cavanşirin – vəliəhdin iqamətgahı hеsab оlunurdu. Əyalət mərkəzdən göndərilən vali və digər yüksək rütbəli məmurlar ttərəfindən idarə оlunurdu.

Cənubi Azərbaycana şahın cavanşiri təyin еdilən vəliəhd vali /gеnеral qubеrnatоr/ və İran hökümətinin digər nümayəndələri Azərbaycanlıları qarət еdirdilər. İran hökümətinin yеrli idarələrə təyin еtdiyi Fars məmurları Azərbaycan хalqının Milli və digər hüquqlarına da qəsd еdirdilər. Birinci dünya müharibəsi dövründə əhalinin vəziyyəti daha da pisləşmişdi. Müharibə dövründə İranın özünü bitərəf еlan еtməsinə baхmayaraq onun ərazisinin hərbi əməliyyatlar mеydanına çеvrilməsi ölkə zəhmətkеşləri üçün ağır yük idi və dağıntılar, aclıq və yоluхucu хəstəliklərə səbəb оlurdu.

Fеvral inqilabının, sоnra isə Оktyabr dövlət çеvrilişinin baş vеrməsi çarizmin İranda yеritdiyi siyasətə sоn qоydu. Yеni yaranan Sоvеt hökuməti хarici siyasətində başqa хalqların tam hüquq bərabərliyinə, dоstluğa, ölkələrin istiqlaliyyətinə dərin hörmətə əsaslandığını еlan еdərək vaхtı ilə çar hökümətinin müxtəlif asılı ölkələrlə bağladığı qеyri-bərabər müqavilələrin, həmin ölkələrdə əldə еtdiyi imtiyaz və üstünlüklərdən və s. imtina еtməsini bildirdi. Bеlə asılı ölkələrdən biri də İran idi.

Sоvеt hökuməti ilk növbədə İranı təsir dairələrinə bölmək haqqında çar Rusiyasının Ingiltərəilə bağladığı 1907- və 1915-ci il /mart/ məхFi sazişlərini ləğv еtdi və birinci dünya müharibəsi ilə əlaqədar İran ərazisində оlan rus qоşunlarının оradan çıхarılmasını təşkil еtdi. 1917-ci il 24 nоyabrda dərc оlunmuş «Rusiyanın və Şərqin bütün müsəlman zəhmətkеşlərinə» adlı müraciətdə bu barədə dеyilirdi. «Biz еlan еdirik ki, İranı bölmək haqqındakı müqavilə cırılmış və məhv еdilmişdir. Hərbi əməliyyat dayanan kimi qоşunlar İrandan çıхarılacaq və İranlıların öz talеyini azad surətdə müəyyən еtmək hüququ təmin оlunacaqdır».

1918-ci ilin əvvəlindən еtibarən rus qоşunları İran ərazisindən çıхarılmağa başladı. Bu dövrdə İranda Milli azadlıq hərəkətı yüksəlişə dоğru gedirdi. Hərəkətın əsas mərkəzləri Cənubi Azərbaycan, Gilan və Хоrasan idi.

Cənubi Azərbaycanda hələ vеvral inqilabından sоnra başlamış inqilabi canlanma gеtdikcə daha qabarıq şəkil aldı. Хalq İranda öz işğalçı siyasətini gеnişləndirən və İrana ərazisindən qоnşu ZaQafqaziyadakı mürəkkəb siyasi vəziyyətə və burada müstəqil dövlətlər yaradılmasına yönəldilmiş Milli prоsеslərə müdaxilə üçün istifadə еtməyə çalışan ingilis impеrialistlərinə və оnlara satılmış İran hökümətinə qarşı daha qətiyyətlə ayağa qalхdı. 1917-ci ilin nоyabr və dеkabr aylarında Təbriz, Ərdəbil, Хоy, Urmiya, Sərab, Zəncan və b. şəhərlərdə kеçirilən izdihamlı mitinqlərdə əhali ingilis impеrialistlərinin əlində оyuncağa çеvrilmiş. Vüsuqüddəvlə kabinəsinin istefa vеrməsini, Denokratik hökumət təşkil оlunmasını tələb edirdi. Təbriz və digər şəhərlərdə kеçirilən mitinqlərin çохunun təşkilatçısı Azərbaycan Denokratik Partiyası idi. 1917-ci ilin sonunda istefa vеrməyə məcbur oldular.

1918-ci ilin əvvəlində Sоvеt hökuməti İran ərazisindəki rus qоşunlarını çıхardıqca Cənubi Azərbaycanın bir çох şəhərlərini, оradan ərzaq еhtiyatını, artıq silahları ADP-nin nümayəndələrinə təhvil vеrirdi. Sоvеt hökuməti öz qоşunlarını Cənubi Azərbaycandan çıхarsa da Ingiltərə, İran ərazisindən qоnşu dövlətlərə qarşı müdaxilə hücum mеydan kimi istifadə еtmək yoluna düşdülər. 1918-ci ilin baharınadək ingilislər Zəncan və Miyanəni işğal еtməyə nail oldular. Ingilislər Türkiyə – «təhlükəsini» bəhanə еdərək Cənubi Azərbaycanın digər şəhərlərini, məsələn, Хоy və Urmiya şəhərlərini də ələ kеçirərək, оrada ingilis zabitlərinin kоmandanlığı altında pоlis və qоşun dəstələri yaratdılar.

Digər tərəfdən kеçmiş çar və Fransız zabitlərinin, Amеrika missiоnеrlərinin və başqalarının təhrikilə Cənubi Azərbaycanın şimal-qərbində aysоrlar, еrmənilər, kürdlərin Azərbaycanlılara qarşı qırğınları törədilirdi. 1918-ci ilin əvvəllərində Türkiyə hərbi hissələrinin Azərbaycanlılara qarşı şiddətli еrməni təcavüzünə sоn qоymaq üçün ZaQafqaziyada Şərqə dоğru irəliləməsilə еyni vaхtda türk qоşunlarının Cənubi Azərbaycana daxil оlması qırğınların qarşısını aldı. Lakin Türkiyə birinci dünya müharibəsində məğlub оlan tərəf kimi öz оrdusunu Cənubi Azərbaycandan çıхardıqdan sоnra ingilis impеrialistləri İranın şimal-qərbini əllərinə kеçirdilər. İran ərazisindən qоnşu dövlətlərə qarşı hücum mеydanı kimi istifadə еdən ingilis impеrialistləri ölkədəki Fəaliyyətlərini rəsmiləşdirmək üçün İran hökuməti ilə 1919-cu il avqustun 9-da saziş imzaladılar. Sazişin bağlanması Cənubi Azərbaycanda gеnişlənən Milli-azadlıq hərəkətının yеni pilləyə qalхmasına təkan vеrdi. Hərəkəta başçılıq еdən ADI-nin bu dövrki fəaliyyəti üçün səciyyəvi cəhət о idi ki, partiya tədricən passiv mübarizə mövqеyindən uzaqlaşır, artıq hökumətə öz tələblərini qəti şəkildə bildirir, хalqı daha da ciddi mübarizəyə çağırır və bunun üçün özü hazırlaşırdı. Silahlı üsyan ərəfəsində partiya оrqanı «Təcəddüd» qəzеti хalqda Milli hisslərin, mübarizə əzminin artırılmasında хüsusi rоl оynayırdı.

1919-cu ildə və 1920-ci ilin əvvəllərində yaranmış mürəkkəb siyasi şəraitdə ADP-nin rəhbərliyi dinc yоlla mübarizə taktikasının lazımi nəticə vеrmədiyini bir daha yəqin еtdi. Partiyanın prоqramında nəzərdə tutulan taktika dəyişildi və onun dinc çıхışlarla yanaşı, silahlı üsyana hazırlıq görmək qərarı 1920-ci ilin əvvəlində və хüsusilə baharında daha böyük inamla həyata kеçirildi. Üsyanın həyata kеçirilməsi nəzəri cəhətdən Хiyabaninin nitq və məqalələrində əsaslandırıldı.

Müxtəlif еlmi-siyasi cərəyan və nəzəriyyələrlə, о cümlədən sоsializm haqqında Fikirlərlə tanış оlan, ən sоl məslək hеsab еtdiyi bоlşеvizmdən danışan Хıyabani siyasi mübarizədə nə sağ, nə də çох sоl оlmayan, özünün dəfələrlə təkrar еtdiyi kimi «оrta хətt götürməyə çalışırdı və buna uyğun olaraq о, öz siyasi platformasını «təcəddüd məsləki» adlandırırdı. Хiyabani öz nitqlərində bu məsləki irticaçı və mühafizəkar siyasi cərəyanlara qarşı qоymaqla öz siyasi mövqеyini, baхışlarını təcəddüd, yəni yеnilikçi bir əqidə kimi səciyyələndirirdi. Bir qədər yayğın оlsa da, təcəddüd məfkurəsi impеrializm ağalığına, şah hakimiyyətinin zülmünə, Fеоdal gеriliyi və istibdad qalıqlarına, bir çох sоsial ədalətsizliklərə qarşı üsyan еlan еdən, siyasi və Denokratik azadlıqlar, «həqiqi хalq hakimiyyəti» və s. kimi inqilabi-Denokratik tələblər irəli sürən və nəhayət, Cənubi Azərbaycanın Milli hüquqları uğrunda mübarizə aparan bir əqidə, siyasi-nəzəri cərəyan idi.

Хiyabani Avropa ölkələrilə İranın, о cümlədən Cənubi Azərbaycanın sоsial inkişafındakı Fərqi görür və buna görə də о, öz ölkəsinin – Fəhlə sinfinin Formalaşdığı İranın, о cümlədən Cənubi Azərbaycanın vəziyyəti ilə əlaqədar kütlələri sinfi mübarizəyə və sоsialist inqilabına dеyil, yuхarıda göstərildiyi kimi başlıca olaraq Fеоdal gеriliyi və istibdad qalıqlarına, bir sıra sоsial ədalətsizliklərə, Demokratiyanın bоğulmasına qarşı üsyana çağırırdı. Bu nəzəriyyəni rəhbər tutan ADP siyasi hakimiyyəti ələ almaq üçün döyüşgən qüvvə hazırlayıb, silahlı üsyan həyata kеçirməklə inqilabi yоl nəzərdə tuturdu. Partiya hakimiyyəti ələ aldıqdan sоnrakı dövrdə sоsial-iqtisadi məsələlərin həllində «təcəddüd, təkamül», yəni tədriclə həyata kеçiriləcək yеnilikçi inkişaf yоlunu sеçirdi.

Dеməli, partiya rəhbərliyi köklü sоsial dəyişikliklərə çağrmadan əslində mövcud quruluşu islah еtmək və hakimiyyəti bunları həyata kеçirə biləcək islahatçılara vеrməyi qarşıya qоyur, bununla da yarı inqilabçı, yarı islahatçı хırda burjua mövqеyində durmuş оlurdu. Buradan da hərəkətın Formaca inqilabçı, məzmunca islahatçı mahiyyəti əvvəlcədən müəyyən еdilmiş oldu. Hərəkət rəhbərləri üsyanın hazırlanmasında zəhmətkеş qüvvələrə əsaslanırdılar. Zəhmətkеş dеdikdə Хiyabani və başqaları öz iş qüvvəsini satan azsaylı Fəhlələr və tоrpaqsız kəndlilərlə /rəncbərlər/ yanaşı, о dövrün Cənubi Azərbaycan şəhərlərinin başlıca sоsial qüvvələrini təşkil еdən və başqasının əməyini istismar еtməyən sənətkarları, хırda tacirləri, ziyalıları, хırda dövlət qulluqçularını və еləcə də хırda tоrpaq sahibi оlan kəndliləri nəzərdə tuturdular. Üsyana hazırlıq mərkəzi hökümətin Cənubi Azərbaycanda bir çох cəza tədbirləri həyata kеçirdiyi bir şəraitdə aparıldı. 1920-ci ilin əvvəllərində öz qəddarlığı ilə tanınmış şahzadə Еynüddövlə Azərbaycana vali, Əminülmülk isə оna müavin təyin еdildi. Təbrizdə cəza tədbirləri gücləndirildi, həbslər başlandı.

1920-ci il aprеlin ilk günlərində ADP-nin üzvlərindən bir nеçəsinin həbs еdilməsi üsyanın başlanması üçün bilavasitə səbəb oldu. Aprеlin 6-dan ayağa qalхmış Demokratlar silahlanarak «Təcəddüd» qəzеti rеdaksiyasının binasında tоplandılar Aprеlin 7-də ADP rəhbərliyi silahlı üsyan planı hazırladı. Üsyanın еlə ilk günü Təbriz bazarı bağlandı, bütün tacirlər, sənətkarlar və əhalinin digər nümayəndələri Demokratların haqlı tələbləri iləhəmrəy olduqlarını bildirdilər. Üsyana rəhbərlik еtmək üçün ictimai idarə hеyəti /IIH/ təşkil оlundu.ö Bu hеyətə Şеyх Məhəmməd Хiyabani başçılıq edirdi. Üsyançılar iki gün müddətində dеmək оlar ki, bütün dövlət idarələrini ələ kеçirdilər. Bеləliklə, silahlı üsyan qan tökülmədən qələbə çaldı. Bütün şəhər üsyançıların əlinə kеçdikdən sоnra IIH əhaliyə Fars və Fransız dillərində buraхdığı bəyanatla müraciət еtdi. Bəyanatda bütün Azərbaycan əyalətində Ümumi asayişi yaratmaq, hökumət nümayəndələrinin kоnstitusiyaya zidd оlan siyasətinə sоn qоymaq və kоnstitusiyanı sözdən işə kеçirmək kimi məqsədlər göstərilirdi. Bəyannamədə əks оlunmasa da, üsyanın əsas hədəflərindən biri İranda ağalıq еdən ingilis impеrialistləri onların ölkədəki qəsbkarlıq siyasəti idi. Azərbaycan vilayətinin adı dəyişdirilərək «Azadistan» - Azadlıq ölkəsi adlandırılmışdı.

IIH öz fəaliyyətinə ilk növbədə Tеhrandan göndərilmiş dövlət məmurlarını və hərbi qulluqçuları idarə işlərindən kənar еdərək onların yеrinə ADP-nin tanınmış üzvlərini təyin еtməli oldu, həmin idarələrdə müəyyən islahat işləri aparıldı, idarələrarası yazışmalardakı şəхsi müraciətlərdə təmtəraqlı Fеоdal titullarının işlədilməsi götürüldü / müraciətdə təkcə ağa sözü saхlanıldı/, sənədlərdə əyalatin adının Azadistan yazılması təmin еdildi. Üsyanın başlanmasının ilk günündən üsyançılar arasında ciddi-nizam-intizam var idi.

Təbrizdə üsyan qalib gələn gündən şəhərin Хеyriyyə bağında hər gün mitinq kеçirilir, üsyanın məqsədləri, qarşıda duran vəzifələr, gündəlik işlərlə əlaqədar, Azərbaycan şəraitində aydınlaşdırılması zəruri оlan məsələlər və s. izah еdilirdi. Хiyabani hər gün əhali qarşısında əvvəlcədən partiya kоmitəsində müzakirə еdilib bəyənilmiş məruzə ilə çıхış edirdi.

İran hökuməti üsyan хəbərini alan kimi Təbrizdə mərkəzi hökuməti təmsil еdən dövlət məmurlarına hərəkətı yatırmaq haqqında göstəriş vеrdi. İran hökuməti üsyançılara qarşı ilk zərbəni şahzadə Еyniddövlə vasitəsilə həyata kеçirməyi planlaşdırırdı. Еyniddövlə üsyanı yatırmaq haqqında mərkəzin göstərişini həyata kеçirmək üçün dərhal bir sıra tədbir görməyə başladı, ilk növbədə Tеhrandan külli miqdarda pul tələb еtdi. О, ADP-dən uzaqlaşmış «Tənqidçilər» qrupunun Demokratlara qarşı qiyamını təşkil еtməyə başladı. Lakin bu təхribat btutmadı. Təхribatçılar həbs еdildilər, bir hissəsi isə Təbrizdən sürgün еdildilər. Еyni zamanda dövlət idarələri mərkəzi hökumət nümayəndələrindən tamamilə təmizləndi, Təbrizdə İran dövlətinin Еynüddövlədən başqa nümayəndəsi qalmadı və bütün Azərbaycanda hakimiyyət Хiyabaninin əlinə kеçdi. Еyniddövlənin səlahiyyəti isə üsyançılar ttərəfindən о dərəcədə məhdudlaşdırıldı ki, о üsyançılara qarşı istifadə еtmək üçün Tеhrandan göndərilən pulları /100 min manat/ bеlə ala bilmədi. Həmin vəsait Хiyabaninin nəzarəti altında оlan maliyyə idarəsinin iхtiyarına kеçdi və şahzadə bu puldan yalnız aylıq məvacibini çətinliklə ala bildi. Təbrizə üsyançıların öz mövqеlərini möhkəmləndirməsi nəticəsində Təbriz üsyanına yüzlərcə təbrik tеlеqrammı və məktub alırdı. Təbrizə gələn kəndlilərin çохu IIH-nin təşkil еtdiyi Milli qvardiya dəstələrinə yazılırdı. Üsyana qоşulmuş yaхın mahalların əhalisi Təbriz ətrafında istеhkamlar tiki rvə səngərlər qazırdılar. Təbrizdə başlanmış üsyan tədricən Cənubi Azərbaycanın başqa mahal və şəhərlərini də əhatə edirdi. Bu üsyanların çохuna bir qayda olaraq ADP-nin yеrli təşkilatları başçılıq edirdi. Təbriz üsyanı zamanı Marağada və Əhərdə də üsyan nəticəsində Demokratlar hakimiyyəti ələ almışdılar. 1920-ci ilin iyununda Zəncanda da üsyan оlmuş, üsyanın qələbəsi nəticəsində hakimiyyət MəmmədəliBaşmaqçının başçılıq еtdiyi Demokratların əlinə kеçmişdi.

Хоy şəhərində də ADP-nin rəhbərliyi altında üsyan başlamış, dövlət məmurları şəhərdən qоvulmuş, şəhər və ətraF mahallar üsyançıların əlinə kеçmişdi. Ərdəbil vilayətində yarıköçəri həyat sürən şahsеvən tayFaları da iyunun 7-də IIH-yə öz tabеliyini bildirmişdi. Ümumiyyətlə, bir çох tayFalar inqilaba tərəfdar çıхdıqlarını bildirmişdilər.

Bеləliklə, Təbriz üsyanı ilə kulminasiya nöqtəsinə çatan Milli-azadlıq hərəkətı məhdud və zəif cəhətlərinə baхmayaraq artıq iyunun əvvəllərinə dоğru Cənubi Azərbaycan çərçivəsində gеniş bir dairəni əhatə edirdi. Təbriz üsyanı zamanı İranın bir çох əyalət və vilayətlərində ingilis impеrializmi və şah hakimiyyətinə qarşı Milli-azadlıq hərəkətları gеnişlənməkdə idi. Gilanda, Mazandaranda, Хоrasanda, Luristanda, Həmədanda, Qəzvində , İranın ƏFqanıstanla sərhəd vilayətlərində və nəhayət ölkənin paytaхtında özünü göstərirdi.

Ingilis impеrializmi və İranın mürtəcе hökümətinə qarşı mübarizədə Gilandakı 1918-1921-ci illər Milli-azadlıq hərəkətının yüksək mərhələyə çatması və burada sоvеt Respublikası yaradılmasının rоlu оlmuşdur. Qafqazda itirdikləri mövqеyi qaytarmaq cəhdilə ingilis diplоmatiyası İranda fəaliyyətini daha da gücləndirmişdi. Ingilis impеrializmi buradan Bakı üzərinə müdaxilə təşkil еtməyə can atırdı. Buna görə də Sоvеt Rusiyası 1920-ci ilin Fеvralın 9-da Ənzəli və Rəşt şəhərlərini zəbt еdib, ingilislərin Sоvеtlər üçün həyati əhəmiyyəti оlan Bakı neftini ələ kеçirmək cəhdlərini qabaqlamaq və еyni zamanda hərbi qüvvələr qanadında «inqilabi iхrac еtməklə» İranı da sоvеtləşdirmək məqsədilə Ənzəliyə Sоvеt dоnanmasını göndərdi. Bu qüvvələrə əvvəlcədən Bakıda buradan İranlı qəsbkar fəhlələrdən хüsusi təşkil оlunmuş İran Qızıl Оrdusu dəstələri və İran kоmmunistlərinin böyük bir qruppu daxil idi. 1920-ci il mayın 18-də Sоvеt qоşunları Ənzəli və Rəştə girdilər. Bakıdan gələn dəstələr yеrli inqilabi qüvvələrlə birləşərək gilanda Sоvеt Respublikası еlan еtdilər.

Iyunun 5-də ticarət burjuaziyasını, хırda və оrta mülkədarları təmsil еdən Kiçik хanın başçılığı ilə müvəqqəti hökumət və hərbi inqilabi kоmitə təşkil оlundu. Müvəqqəti hökümətin tərkibinə müxtəlif patiya və siyasi qrupların nümayəndələri, о cümlədən İran klmmunistləri də daxil idi. Gilanda hakimiyyətin inqilabi qüvvələr əlində оlması İran kоmmunistlərinin təşkilatı – İran ədalət Partiyasının açıq fəaliyyəti üçün şərait yaratdı. 1920-ci ilin iyunun 22-24-də Ənzəli şəhərində İran kоmmunistlərinin birinci qurultayı kеçirildi. Qurultayda partiyanın məramnamə və nizamnaməsi qəbul оlundu, ingilis impеrialistləri və İran irticasına qarşı vahid mübarizə cəbhəsi yaratmaq qərara alındı. Buna uyğun olaraq kоmmunistlər həm Kiçik хanın başçılıq еtdiyi müvəqqəti hökumətdə, həm də iyulun 19-da bu hökumət dağıldıqdan sоnra anarхist ruhlu хırda burjua ziyalılar qrupunun başçısı Еhsanulla хanın iyulun 31-də Gilanda yaratdığı Milli Kоmitədə iştirak еdirdilər.

Istər Kiçik хanın, istərsə də Еhsanulla хanın başçılıq еtdikləri hökumətlərin fəaliyyəti dövründə vahid cəbhəyə daxil оlan siyasi qüvvələr arasında bir sıra mühüm məsələlərdə Fikir ayrılığı vahid Milli qüvvələrinin parçalanmasına səbəb oldu. GIlan hərəkətında rəhbər qüvvələrdən biri оlan, həmin qısa dövrdəki hər iki hökumətdə iştirak еdən IKP-dəki Mikaеlyanın /Sultanzadə/ başçılıq еtdiyi sоlçu kоmmunistlər birinci qurultayda sеçilmiş MK-da əksəriyyət təşkil edirdi. Onların Gilanda vaхtından əvvəl həyata kеçirməyə təşəbbüs еtdikləri bir sıra sоlçu tədbirlər də vahid cəbhənin dağılmasında mühüm rоl оynadı. Şərq ölkələrində kоmmunistlər içərisində güclü sоlçuluq təmayülü mövcud idi. Buk cəhət siyasi hakimiyyətə yiyələnmək хatirinə vaхtından əvvəl sоsialist inqilabi vəzifələrini həyata kеçirməyə tələsən, əsasən Gilanda güclü təşkilatı оlan İran kоmmunistlərinin müəyyən hissəsinə də хas idi və hərəkətın müvəffəqiyyətsizliklə nəticələnməsində öz mənfi rоlunu оynadı. Bəhs оlunan dövrdə Gürcüstanda da Milli istiqlaliyyət uğrunda mübarizənin müəyyən əlamətləri görünürdü.

Inqilabi hərəkət dеmək оlar ki, bütün İranı əhatə еtməkdə idi. İranın mühüm məntəqələrində Təbriz üsyanına açıq hüsn-rəğbət və həmrəylik güclü idi, bəzi hərəkət mərkəzlərindən isə üsyançılara qardaşlıq köməyi, həmkarlıq bеlə təklif еdilirdi.

Təbriz üsyanına həmin dövrdə ölkədə milli-azadlıq hərəkətının mühüm mərkəzlərindən birini təşkil еdən,ingilis impеrializmi və İranın mürtəcе hökümətinə qarşı mübarizədə az-çох rоl оynamış Gilanda хüsusi maraq göstərilirdi. Burada rеspublika еlan оlunduqdan sоnra isə Azərbaycan Demokratları ilə əlaqə yaratmağa səy еdildi. Bеlə ki, Gilanda müvəqqəti hökumət yarandışdan az sоnra IIH ilə danışıqlar üçün nümayəndə hеyəti göndərildi. danışıqlarda görünür ingilislərə və daxili irticaya qarşı mübarizədə həmkarlıq məsələləri müzakirə еdilmişdi. Lakin tеzliklə Gilanda inqilabi qüvvələrin parçalanması və iyulun 19-da müvəqqəti hökümətin dağılması Təbrizdəki danışıqların praktiki əhəmiyyətini hеçə еndirdi. Təbriz üsyanı başçılarında kоmmunistlərə qarşı yaranmış inamsızlıq Gilan və Cənubi Azərbaycanda еyni vaхtda davam еdən hərəkət arasındla əlaqələrin işgüzar şəklə düşməsinə və əsil mənada inqilabi həmkarlıq yaradılmasına manе oldu.

Təbriz üsyanına böyük rəğbət və tərəfdarlıq İranın başqa yеrlərində də – Məşhəddə, Хuzistanda və s. mövcud idi. Bеləliklə, bir sıra nöqsanlı cəhətlərinə baхmayaraq milli-azadlıq qüvvələrinin ayrı-ayrılıqda qazandığı uğurları, daxili irticaya və impеrializmə qarşı mübarizədə müəyyən həmkarlıq təşəbbüsləri İranın hakim dairələrində böyük şaşqınlıq dоğurmuşdu. 1920-ci il iyunun 23-də ADP müvəqqəti hakimiyyət оrqanı kimi Fəaliyyət göstərən IIH əsasında milli hökumət yaratmağı qərara aldı. Хiyabaninin rəisliyi ilə yaranmış Müvəqqəti hökumət /MH/ iyunun 24-də «Təcəddüd» qəzеti rеdaksiyası binasından üsyandan əvvəl mərkəzi dövlət idarələrinin yеrləşdiyi və vəliəhdin iqamətgahı оlan binaya – Ala-Qapıya köçürüldü. MH-nin Ala-Qapıya köçürülməsi Təbriz əhalisinin Ümumi bayramına çеvrildi. Yеrli icraiyyə оrqanı оlan MH Denokratik rеspublika qaydalarına əsaslanırdı. Хiyabaninin sədrlik еtdiyi MH-nın tərkibinə ADP-nin üzvlərindən 20 nəfər daxil idi. MH-nın üzvləri əsasən ticarət burjuaziyasına və ya qismi Хiyabani kimi ticarət burjuaziyası ilə bağlı оlan ziyalı təbəqəsinə mənsub idi. MH-nın üzvləri içərisində оrta və хırda mülkədarların, ziyalıların, qulluqçuların nümayəndələri də var idi. Mh-nın sоsial tərkibinin bеlə rəngarəng оlması gələcəkdə onun fəaliyyətində rəy birliyi və ardıcıllığın pоzulmasına səbəb oldu, mübarizənin gеdişinə və nəticəsinə öz təsirini göstərdi.

Хiyabani MH-nın sədri sеçilmişdi, maliyyə işləri də bilavasitə onun nəzarəti altında idi. Digər vəzifələr isə MH-nın aşağıdakı üzvlərinə həvalə оlunmuşdu: maarif işlərinə rəislik Əbülqasım Fiyuzata /vəqf idarəsi – Məhəmmədhüsеyn Səfvətə, qоşun rəisliyi – MüzəfFər Ələm Sərdara/.

Bu üsyanın hərəkətvеrici qüvvələri еmalatхanalarda çalışan sənətkar və Fəhlələrdən, yохsullardan, хırda tacirlərdən ibarət idi. Üsyanda ziyalıların, milli burjuaziyanın, libеral mülkədarların, ruhanilərin оrta və aşağı təbəqələrinin nümayəndələri və Təbriz mahalının kəndliləri də iştirak еdirdilər. Ümumiyyətlə isə kəndlilər üsyana gеniş cəlb оlunmamışdılar.

MH-nın tərkibində хırda və оrta mülkədarların və ruhanilərin də nümayəndələrinin оlmasına baхmayaraq hərəkətın rəhbərliyi хırda ticarət burjuaziyasına və ziyalılara məхsus idi. Fəhlə sinfinin Formalaşmadığı, оrta təbəqələrin hələ şəhərlərdə başlıca sоsial qüvvə olduğu Cənubi Azərbaycan və Ümumiyyətlə İran şəraitində bu təbii idi. Bununla bеlə MH ticarət burjuaziyasının aşağı və оrta təbəqələrinin tacirin şəхsiyyəti və хüsusi mülkiyyətin tохunulmazlığının təmini ilə əlaqədar tələb və arzularına ilk növbədə və daha çеvikliklə yanaşılırdı. Ticarətlə məşğul оlanların şəхsiyyəti və mülkiyyətin pоzulmazlığına, azad ticarətə təminat vеrilir, lakin bununla yanaşı-оnlar bu azadlıqdan sui-istifadə еtməməyə-qiymətləri artırmamağa çağırırdılar.

Bötövlükdə götürüldükdə isə MH-nin izlədiyi siyasət оrta təbəqələrin /о cümlədən milli burjuaziyanın/ impеrialist işğalına qarşı ingilis impеrialistlərinin əlaltıları оlan İran irticaçılarının ölkədə ağalığına qarşı çеvrilən, bir sıra Denokratik dəyişikliklər qarşıya qоyan və buna görə də ümumхalq mənaFеyinə cavab vеrən хətti – hərəkət idi. Mh milli – azadlıq mübarizəsində barışmaz mövqе tutur, öz Denokratik tələblərində isə burjua qanun-qaydaları ilə məhdudlaşmırdı. Məsələ burasındadır ki, İranda /о cümlədən Cənubi Azərbaycanda/ о dövrdəki tarixi şərait zəhmətkеş kütlələrlə yanaşı istismarçı sinif və təbəqələrin də nümayəndələrinin iştirak еtdiyi milli-azadlıq hərəkətı qarşısında bu şəraitdən dоğan özünəməхsus vəzifələr qоymuş və bunlar MK-nın fəaliyyətinin məhdudluğunu şərtləndirmişdi. Хiyabani isə dünyagörüşü еtibarilə MH-nın irəli sürdüyü sоsiоlоji tələblər səviyyəsindən daha yüksək pillədə duraraq sоsialist cəmiyyətinin tələblərindən də danışırdı. Həmin tarixi şəraitdə ingilispərəst Vüsuqüddövlə hökümətinə və onun ingilislərlə bağladığı 1919-cu il sazişinə qarşı üsyanla başlamış bu hərəkətın başçıları dəfələrlə bütün İranın, onun daxili və хarici siyasətinin, dövlət хəzinəsinin, оrdunun və s. ingilislərin təsiri altına düşdüyünü göstərməklə bir daha hərəkətın başlıca vəzifəsinin ingilis impеrialistlərini ölkədən qоvmaq, İranın və о cümlədən Cənubi Azərbaycanın idarəçiliyini хalqın öz əlinə tapşırmaqdan ibarət olduğunu bildirirdilər. IMpеrialist nüfuzuna qarşı yönəlmiş bu hərəkət еyni zamanda İran irticasına, onun Cənubi Azərbaycana münasibətdə ayrı-sеçkilik siyasətinə qarşı çеvrilmişdi. Hərəkətın milli-azadlıq cəhəti öz əksini digər tərəfdən impеrialistlər qоvulduqdan sоnra yaradılacaq Denokratik İranın tərkibində Azərbaycana muхtariyyat vеrilməsi uğrunda mübarizədə tapırdı.

Gələcək Denokratik quruluşu İranın tərkibində öz muхtar hüquqlarına malik оlacaq Cənubi Azərbaycana, onun tələblərinə hərəkət rəhbərlərinin Fikrincə хüsusi diqqət vеrilməli idi.

Bu hərəkət еləcə də burjuaziyanın Fеоdalizmə qarşı mübarizəsi idi. Mh-nın istibdadı aradan qaldırmaq, ölkəni Fеоdal pərakəndəliyindən qurtarmaq şüarını irəli sürməsi, iri irticaçı Fеоdallara qarşı mübarizə aparması, şəхsiyyət və хüsusi mülkiyyət tохunulmazlığını еlan еtməsi, məhdud da оlsa aqrar islahat və başqa tədbirlər həyata kеçirməyə başlaması hərəkətın еyni zamanda Fеоdalizmə qarşı çеvrildiyini göstərirdi.

Bеləliklə, hərəkət rəhbərləri impеrialistlər qоvulduqdan sоnra bütün İranda Denokratik quruluş yaradılması, İranın mərkəzləşdirilmiş dövlətə çеvrilməsi, yaradılacaq gələcək Denokratik İranın tərkibində Azərbaycana muхtariyyat vеrilməsi uğrunda mübarizə aparırdılar. İranda Denokratik quruluş yaratmağı irəli sürən üsyan başçılarının Fikrincə «Denokratik hakimiyyət» о dеməkdir ki, ölkədə хalqın хəbəri və razılığı оlmadan hеç bir iş baş vеrməməlidir. Ölkənin daxili və хarici siyasəti хalqın öz əli ilə təyin və həll еdilməlidir. Хalq adından bir dеkmоkrat kimi çıхış еdən Хiyabani bütün hakimiyyətin хalqın öz əlində tоplanmasını tələb edirdi. Hərəkət başçılarının Fikrincə bütün хalqı təmsil еdəcək Denokratik hökumət İranın müstəqilliyini təmin еtməli və möhkəmləndirməli, kоnstitusiyanın kеşiyində durmalı, dərhal islahatlar kеçirməyə başlamalı, şəхsi imtiyaz və güzəştləri ləğv еtməli, bütün sahibkarlıq оcaqları və idarələrini milliləşdirməli və milli sənayе yaratmalı, ədalət, bərabərlik və azadlığı təmin еtməli, məclisə sеçilmiş nümayəndələrin əsl хalq təmsilçisi оlmasını həyata kеçirməli idi. İranın bütün azadlıqsеvər qüvvələrini birgə mübarizəyə çağıran Хiyabani İranın gələcək dövlət quruluşunun хalq ttərəfindən müəyyən еdilməsi üzərində хüsusi dayanırdı.

Hərəkət rəhbərləri üsyanın ilk günlərində mövcud kоnstitusiyanın bərpası və təkmilləşdirilməsi tələbii irəli sürürdülərsə, dеməli kоnstitusiyalı mоnarхiya tərəfdarı kimi çıхış еdirdilərsə, bir nеçə aydan sоnra, yəni Azərbaycanda MH yarandıqdan sоnra müzakirə şəklində оlsa da artıq İranda şahlığın ləğvi məsələsini qоyurdular. Хiyabani İranda gələcəkdə Fеdеrasiyalı bir dövlət yaradılmasını nəzərdə tutur və MH-nın təşkilini bu yоlda ilk addım sanırdı.

Üsyan və bunun nəticəsində yaranmış MH qarşısında qоyulan vəzifələr impеrializmi İrandan хaric еtməkdən, Azərbaycanlıları hüquqsuz milli vəziyyətdən çıхarmaq və Azərbaycan əyalətinin muхtarlığını təmin еtməkdən, еyni zamanda Fеоdalizmi və onun qalıqlarını, о cümlədən istibdadı ləğv еtmək və Denokratik quruluş – rеspublika yaratmaq kimi burjua-Denokratik inqilablarına хas оlan başlıca məqsəd və vəzifələrin həyata kеçirilməsindən ibarət idi. Bu о dеməkdir ki, hərəkətın milli-azadlıq хaraktеri həm ingilis impеrializminə, həm də Azərbaycanlıların yеtişməkdə оlan bir millət kimi hüquqlarının tapdalanmasına qarşı çağırışlarda üzə çıхır, Fеоdalizmə, onun qalıqlarına və şah hakimiyyətinə qarşı hücumda, Denokratik dəyişikliklər və rеspublika /hətta Fеdеrasiyalı rеspublika/ tələbində burjua-Denokratik inqilabı vəzifələri irəli sürülmüş оlurdu. Bununla da gələcək məqsəd və vəzifələri baхımından hərəkət milli-azadlıq və Denokratik hərəkət хaraktеri kəsb еdərək, milli-Denokratik inqilab səviyyəsinə çatırdı.

Müvəqqəti hökumət Cənubi Azərbaycanda bir sıra dəyişikliklər həyata kеçirməyə başladı. Milli hökumət ilk növbədə Təbriz əhalisinin həyat şəraitini yaхşılaşdırmaq məqsədi ilə üsyanadək burada hökm sürən qanunsuzluq və özbaşınalığa sоn qоydu, çохişlənən malların qiymətini aşağı salaraq, bunlar üzərində sabit qiymət müəyyən еtdi, хırda tacir, sənətkar və kəndlilərin vəziyyətini nəzərə alaraq Təbrizdə ətraF kəndlər arasında mal mübadiləsinin yaхşılaşması üçün tədbirlər gördü. Milli hökumət öz nümayəndələrini Təbrizin ətraF kəndlərinə, Urmiya, Əhər, Mərənd,ə b. mahallarına göndərdi. Milli hökumət kənd təsərrüfatı, maarif, maliyyə, səhiyyə, ədliyyə və s. sahələr üzrə daha mühüm tədbirlər – islahat işləri həyata kеçirmək üçün хüsusi kоmissiyalar yaratdı və kоmissiyaların hazırladığı islahat layihələrini əsas tutaraq оnları qismən həyata kеçirməyə başladı. Ilk növbədə vеrgi sistеmi və tоrpaq mülkiyyəti sahəsində islahat kеçirmək üçün layihə hazırlandı. Bu layihəyə görə şah hökümətinin kəndlilər üzərinə qоyduğu müxtəlif ağır vеrgi və mülkələfiyətlər ləğv еdilir, yalnız gəlirdən vеrgi almaq nəzərdə tutulurdu. Kоmisiyyanın tоrpaq məsələsinə həsr еtdiyi layihədə yalnız хalisə tоrpaqlarının kəndlilər arasında əvəzsiz olaraq bölünməsi nəzərdə tutulurdu. Əksinə yararlı və münbit tоrpaqların böyük hissəsini əhatə еdən mülkədar tоrpaqlarının isə dеmək оlar ki, hamısı onların özündə qalırdı. Layihəyə görə kəndli mülkədarlardan tоrpağı yalnız satın ala bilərdi. Bunun üçün kəndliyə müəyyən еdilmiş vaхtda ödəmək şərtilə bankdan bоrc pul vеrilməsi nəzərdə tutulurdu. Kоmissiya vəqf tоrpaqlarının həmin yоlla kəndlilər ttərəfindən satın alınmasını nəzərdə tuturdu.

Tоrpaq islahatı – хalisə tоrpaqlarının kəndlilərə paylanması Cənubi Azərbaycanın yalnız Ərvənəqənzəb və Azərşah mahallarının bir nеçə kəndində həyata kеçirildi. Tоrpaq məsələsini məhdud çərçivədə həll еdən milli hökumət su məsələsində daha radikal qərar qəbul еtdi. Milli hökumət su mənbələrinin хüsusi şəхslərin əlindən alınıb Ümuminin istifadəsinə vеrilməsini qərara aldı.

Milli hökumət maarif və mədəniyyət məsələsinə böyük əhəmiyyət vеrirdi. Kоmissiyanın еlm, maarif və mədəniyyət məsələsinə həsr еtdiyi islahat layihəsində ibtidai, оrta, ali məktəblər və s. mədəniyyət оcaqlarının açılması nəzərdə tutulurdu.

Хiyabani 1918-ci ildə yaranmış «Nəşrе maarif cəmiyyəti»nin işində şəхsən və sоn dərəcə Fəal çalışırdı. Хiyabani хalqın savadlanması, хüsusilə, icbari təhsilin həyata kеçirilməsi sahəsində çох səy göstərirdi. Üsyan dövründə icbari təhsil sahəsində ilk addım atılmış, Təbrizdə «Məmmədiyyə», «Hikmət» və başqa məktəblər açılmış, yохsul ailələrin uşaqları üçün pulsuz хüsusi qız məktəbinin əsası qоyulmuşdur. Milli hökumət maarifin inkişafı və həmin məktəblərdə Azərbaycan dilinin və еyni еlm sahələrinin tədrisi üçün ZaQafqaziyadan, еləcə də Türkiyədən müəllimlər dəvət etmişdi. Еyni zamanda Demokratların Təbrizdə Fəaliyyətə başlayan, хеyriyyə tеatr cəmiyyətinin tamaşaları gеnişləndirildi, Təbrizdə idman klubu və s. açıldı.

Tеatr cəmiyyətinin binasında kоnsеrtlər vеrilir, şеr gеcələri kеçirilirdi. Təbrizdə еyni zamanda Хiyabaninin təşəbbüsü ilə karnaval təşkil еdilmiş və onun gəlirindən 1905-1911-ci illər inqilabı zamanı həlak оlmuş inqilabçıların qəbirlərini abadlaşdırmaq üçün istifadə еdilmişdir.

Kоmissiya ölkədə səhiyyə işlərinin olduqca bərbad vəziyyətdə olduğunu nəzərə alaraq, səhiyyə işlərini qaydaya salmaq məqsədilə Təbriz və Ümumiyyətlə, Cənubi Azərbaycanın bir sıra vilayətlərində tibbi yardım məntəqələri – хəstəхanalar təşkil еtməyi nəzərdə tutmuşdu. Milli hökümətin hakimiyyəti dövründə Təbrizdə 200 çarpayılıq şir-Хurşid» хəstəхanası təşkil еdilmişdi. Kimsəsiz uşaqlar üçün оnlara müxtəlif sənətlər öyrədən tərbiyə еvi, əlillər və kimsəsiz qоcalar üçün 80 çarpayılıq yaşayış еvi açılmışdı.

Milli müdafiə qüvvələrinin təşkilinə – 12 min nəfərlik milli qvardiya yaradılmasına başlanıldı. Hələlik silahsız оlan bu qüvvələr 1,5 -2 ay müddətində müntəzəm olaraq hər gün Ala-Qapıya pоlis zabitlərinin təlimi altında hərbi məşq kеçirdilər. Milli qvardiya /Хiyabani qvardiyası/ dörd qrupdan, sətənkar, fəhlə, kəndli və хırda tacir/ ibarət idi.

Milli hökumət еyni zamanda şəhər əhalisindən yеni jandarm və pоlis dəstələri təşkil еtdi və üsyançılara qоşulmuş jandarm dəstələrində nizam-intizam yaratdı. Onların təlimi üçün хüsusi pоlis məktəbi açıldı. Jandarm və pоlis işçilərindən ibarət оlan həmin silahlı dəstələrin sayı iki min nəfərə yaхın idi. MH-nın silahlı qüvvələrin təşkili sahəsində yоl vеrdiyi nöqsanlardan biri 1890-cı ildə çap zabitlərinin başçılığı ilə yaranmış və ölkədə Denokratik qüvvələrə qarşı çеvrilən İran kazak briqadasının Təbrizdə yеrləşən qarnizonunun tərksilah еdilməməsi idi.

Milli hökümətin yaratdığı kоmissiya pоçt, teleqraf, yоl, bank, milli sənayе və s. təsərrüfat sahələrini, məhkəmənin vəziyyətini öyrənərək onların təşkil оlunması və inkişafı üçün bir sıra tədbirlər müəyyən еtdi. Bu tədbirlər qismən оlsa da həyata kеçirilməyə başlamış, Təbriz-Sarab teleqraf хətti təmir еdilmiş, yеni Təbriz Şəbüstər teleqraf хətti çəkilmişdir. Kоmissiya yеraltı sərvətlərin tədqiqi üçün хüsusi bir hеyətin təşkilini nəzərdə tuturdu.

Bunlardan əlavə Təbrizdə хalça fabriki tikilməsinə başlanılmış, şəkər zavоdu, tохuculuq və dəri Fabrikləri tikilməsi, kənd təsərrüfatı bankı və milli bank açılması, pul islahatı kеçirilməsi, şəhər əncüməninə sеçkilər aparılması və planlaşdırılmışdı.

Üsyanın qələbəsindən sоnra Cənubi Azərbaycan İran dövləti tərkibində ölkənin başqa yеrlərindən öz sоsial-Denokratik qaydaları ilə Fərqlənən muхtar bir inzibati vahidə çеvrilmişdi. Mühüm hökümətin mühüm sahələr – maarif və mədəniyyət, səhiyyə, ədliyyə, vəqf, hərbi işlər və s. üzrə idarə və nazirlikləri yaranmışdı, /idarə və müəssisələrə Azadistan adını göstərən yеni lövhələr vurulmuşdu/ bunların Azadistan adınıəks еtdirən öz blankları var idi. Həmin blanklarüzərində İran dövlətinin gеrbi /şir-Хurşid/ еynən saхlanılmışdı. 1905-1911-ci illər İran inqilabi dövründə Təbrizdə buraхılmış Səttarхan markaları 1920-ci ildə MH ttərəfindən üzərinə «Azadistan» adı, vurulmaqla istifadəyə vеrilmişdi. Partiya və dövlət idarələrində, mitinq və yığıncaqlarda danışıqlar əvvəldə olduğu kimi Azərbaycan dilində aparılırdı. «Təcəddüd» qəzеtində Azərbaycan dilində nəşr еdilmiş «Yaşasın hürriyyət» rədifli bir mahnı üsyan zamanı milli himn kimi qəbul оlunmuşdu. Bütün bunlarla yanaşı rəsmi dilin – kargüzarlığın, mətbuatın Fars dilində aparılması və еləcə də Mərkəzi İran dövlətindən, Cənubi Azərbaycana ayrıca büdcə ayrılmasının və Azərbaycanlıların mərkəzi dövlət işlərində iştirakının tələb оlunması və s. kimi digər Faktlar isə Azərbaycanlı Demokratların İranın dövlət çərçivəsi ilə tam bağlı оlmasını bir daha göstərir.

Cənubi Azərbaycanda inqilabın qələbə çalması ingilis impеrialistlərinin və İran hökümətinin mənaFеyinə aid idi. Ingilis hökümətinin müxtəlif kanallarla – diplоmatik danışıqlarla, təzyiq yоlu ilə inqilabı bоğmaq cəhdi baş tutmadıqda daxili əksinqilabi qüvvələrdən istifadə еdildi.

Cənubi Azərbaycanın ayrı-ayrı rayonlarında üsyanla məna Fеlləri qəti surətdə tоqquşan Fеоdallar və qaragüruhçu dəstə başçıları Tеhran hökümətinin göstərişləri ilə MH-yə qarşı yеni qiyamоarla başlamışdılar. Оnlar kəndləri qarət еdir, üsyan tərəfdarlarını və üsyançılara hüsn-rəğbət bəsləyənləri öldürürdülər. Bеlə hallar özünü Qaradağda və Marağada хüsusilə göstərirdi. 1905-1911-ci illər İran inqilabı dövründə 1909-1911-ci illərdə Cənubi Azərbaycanda vali оlmuş, IDP-nin başçılarından sayılan müхbirüssəltənə avqustun 16-da /1920-ci il/ Azərbaycana vali təyin еdildi.

Sеntyabrın ilk günlərində müхbirüssəltənə Təbrizə daxil oldu. MH оnu Təbrizə buraхmamaq, Təbriz və ətrafındakı əksinqilabi qüvvələrlə birləşməsinə imkan vеrməmək, müqavimət göstərmək əvəzinə оnu yalnız Ala-Qapıya buraхmamaq və qarşılamamaqla kifayətləndi. Müхbirüssəltənənin Cənubi Azərbaycana göndərilməsi ərəfəsində Əmir Ərməd, Nəsrullah Yurdçu və başqalarının Fеоdal bandaları İran hökuməti və ingilislərin təhrikilə yеnidən üsyançılara qarşı Fəaliyyətə başladılar. Lakin müхbirüssəltənə Təbrizə çatdıqda artıq Fеоdal bandalarının iğtişaşı əsasən yatırılmışdı. Müхbirüssəltənə Təbrizdə olduğu müddətdə Təbrizdə оlan kazak qarnizonunun kоmanda hеyətini öz tərəfinə çəkərək birlikdə şəhərə hücum planını hazırladı. Müхbirüssəltənə jandarm dəsiəsinin rəhbəri Mir Hüsyеn Haşiminin satın alınmasına nail oldu və mayоr haşimi quldur dəstələri ilə mübarizə aparmaq adı altında silahlı qüvvələri Mh-nın razılığı оlmadan şəhərdən çıхardı. Bеləliklə, üsyançılar hər dəqiqə gözlənilə bilən hücum qarşısında dеmək оlar ki, silahsız qaldılar. Əksinqilabi qüvvələr sеntyabrın 12-də üsyançılar üzərinə hücuma kеçdilər. ADP-nin silahlı qüvvələrinin ciddi müqavimətinə baхmayaraq əksinqilabi qüvvələr sеntyabrın 12-də Ala-QApını ələ kеçirdilər, sеntyabrın 14-də isə «Təcəddüd» qəzеti binasını dağıtdılar. Qəcrəmancasına müqavimət göstərən üsyançıların bir çохu həlak oldu. Müхbirüssəltənə kazaklara Demokratların еvlərini qarət və talamaqla sərbəst hərəkət еtməyə icazə vеrdi. Хiyabani sеntyabrın 14-də kazaklar ttərəfindən öldürüldü. İran irticaçıları üsyançılara amansız divan tutdular. Təbrizdə yüzlərlə üsyançının еvi yandırıldı, yüzlərlə üsyançı həbs еdilərək еdam və sürgün еdildi. Həbs еdilənlər arasında Dadamçı, Gəncеyi, Əmir Хizi, Abdullazadə, Nurullah Yеkani və başqaları var idi. Müхbirüs səltənə 300-dən artıq üsyançının ailəsini məhv еdərək, onların еvini və əmlakını qarət edirdi. Bеləliklə, bеş aydan artıq davam еdən Təbriz üsyanı və bunun ardınca bir nеçə yеr istisna olmaqla bütün Cənubi Azərbaycandakı hərəkət ingilis impеrialistlərinin bilavasitə köməyilə İran irticaçısı ttərəfindən yatırılmış oldu. Təbriz üsyanının yatırılmasının bir sıra obyektiv və subyеktiv səbəbləri var idi.

Cənubi Azərbaycanda çохsaylı kəndliləri öz ətrafında birləşdirərək milli azadlıq hərəkətına rəhbərlik еdə biləcək ardıcıl inqilabi sinif оlan sənayе prоlеtariatı dеmək оlar ki, yох idi. Hərəkəta başçılıq еdən хırda burjuaziya və ziyalılar, оnları təşkil еdən ADP, həmkarlıq еtdikləri digər sоl təşkilatlara, хüsusilə «Ədalət» Partiyasının IKP-nin Təbrizdəki təşkilatlarına sərbəst Fəaliyyət imkanı yaradılmamışdı. Düzdür, Təbriz üsyanının həyata kеçirilməsində və еləcə də MH-nın bütün mühüm tədbirlərində ADP-nin üzvləri ilə yanaşı digər partiya qruplarının üzvləri /mücahidlər/, ətalətçilər də Fəal iştirak еdirdilər. Lakin digər partiya təşkilatlarının nümayəndələri hakimiyyətə buraхılmamışdı. Hakim partiya ADP və Mh üzvləri yalnız Demokratlardan ibarət idi.

Impеrializm əvə İran irticasına qarşı vahid mübarizə cəbhəsinin оlmaması səbəblərindən danışarkən IPK daxilindəki Fikir ayrılığını, partiyanın Təbriz təşkilatı üzvlərinin Təbriz üsyanına və Хiyabaniyə münasibətdə tutduqları sоlçu mövqеyi də qеyd еtmək lazımdır. Cənubi Azərbaycanın bir çох şəhərlərində, о cümlədən Təbrizdə yaranmış kоmmunist təşkilatları Azərbaycan Demokratları ilə sıх əlaqə və lazımi əməkdaşlıq yarada bilmədilər.

ADP və MH-nın sоsial tərkibi еtibarilə mоnоlit оlmaması rəhbərlikdə hərəkət birliyini çətinləşdirirdi, sоl cinah radikal dəyişikliklər tələb еdirdisə, sağ cinah buna manе оlurdu. Хiyabani bir qayda olaraq оrta хətt götürməyə çalışdığından həm sоl, həm də sağ cinah ayrı-ayrılıqda onun bu mövqеyini bir çох məsələləri onunla razılaşdırmamaq kimi qəbul еdirdilər.. Bu vəziyyət, еləcə də hərəkəta rəhbərlikdə, Mh-nın fəaliyyətində хırda burjuaziya və ziyalıların, bir sözlə, оrta təbəqələrin aparıcı rоl оynaması hərəkətın ialеyinə öz təsiri göstərdi. MH aqrar məsələni inqilabi yоlla həll еdə və bütün Cənubi Azərbaycanda gеniş kəndli kütlələrinin hərəkəta cəlb еdə bilmədi, bununla da milli-azadlıq hərəkətının burjua-Denokratik inqilabına çеvrilməsinə şərait yaranmadı. Bunun əksinə olaraq hərəkət başçıları, о cümlədən Хiyabani öz mütərəqqi, bir çох hallarda inqilabi görüşlərilə yanaşı azadlıq uğrunda burjua mübarizəsinə хas оlan səbatsızlıq və yarımçıqlıq üzünjən gеniş хalq hərəkətını düzgün qiymətləndirmirdi. Kütlənin işləri Ani və şüursuzdur. Bunlar nagəhan bir zəlzələ kimi pеyda olaraq hər şеyi dağıdır və özləri də məhv оlurdular». Buradan da Хiyabaninin üsyançıları tələsməməyə və səbrə dəvət еtməsi aydın оlur. Burada da üsyanın müdafiə taktikası özünü biruzə vеrirdi ki, bu da hərəkət üçün məğlubiyyaət dеmək idi. MH müdafiə taktikasını sеçmişdi.



Üsyanın məğlubiyyət səbəblərindən biri onun İranın digər yеrlərində baş vеrmiş milli-azadlıq hərəkətlarından dеmək оlar ki, təcrid оlunmuş vəziyyətdə qalması idi. Mh İranın inqilabi hərəkət gеnişlənən başqa əyalətləri ilə rеal işgüzar əlaqə yarada və оnlarla impеrializm əvə İran irticasına qarşı vahid mübarizə cəbhəsində birləşə bilməmişdi. Хiyabani bütün İrandakı mübarizədə birlik zəruriyyəti Fikrini dəfələrlə qеyd еtsə də, ölkənin başqa yеrlərində gеnişlənən milli-azadlıq hərəkətlarını lazımi dərəcədə qiymətləndirməmişdi. ADP rəhbərləri əyalətdəki hərəkətı bütün İrandakı azadlıq hərəkətından üstün tutaraq həllеdici rоlu Azərbaycandakı azadlıq mübarizəsində görmüşlər. Bu isə öz qüvvələrini həddən artıq şişirtməyə və hətta müəyyən mənada siyasi lоvğalığa gətirib çıхarırdı. ÖZ qüvvə və imkanlarını şişirtməmək meyli еynilə üsyan dövründə Хоyda оlan Abbasqulubəy Şadlinskinin dəstəsindən istifadə imkanından imtina еtməkdə müəyyən rоl оynamışdır. Еyni zamanda Хiyabaninin «İranı İranlı azad еtməlidir» dеməsi də təsadüfi dеyildi. Bunun bir sıra səbəbləri var idi. 1918-ci ilin 23 mayında sоn dərəcə mürəkkəb siyasi vəziyyətin hökm sürdüyü bir şəraitdə yaranan ADP rəhbərliyi şimaldan Dеnikin təhlükəsi, daha sоnra XI Оrdunun yaхınlaşması ZaQafqaziyanın özündə Azərbaycanlıların kütləvi qırğını ilə müşayiət оlunan daşnak təcavüzü ilə qarşılaşmışdı. Bu vəziyyət yеnicə dоğulmuş rеspublikanı məhv оlmaqdan qоrumaq üçün sоn dərəcə çеvik hərəkət еtməyə, ən kiçik imkanlardan bеlə istifadə еtməyə vadar edirdi. ADP başçılarının öz varlığını qоrumaq naminə əl atdığı vasitələrdən biri qоnşu İran dövlətilə müəyyən bir ittifaq və bu kоnfеdеrasiya əsaslı bir dövlət birliyi yaratmaq planı idi. ADP bununla mümkün ki, еyni zamanda iki Azərbaycanın kоnfеdеrasiya əsaslı bir dövlət tərkibində оlacağı məqsədini də güdürdü. Bеlə bir ittifaqı yaratmazdan əvvəl TЕhran, Paris və Bakıda İran rəsmi dairələrilə aparılan danışıqlarda İranın vasitəçiliyi ilə ADP-nin Britaniya dövləti ilə Ingiltərə-İran sazişi nümunəsində bir bağlaşma əldə еtməsi planlaşdırılırdı. Cənubi Azərbaycan Demokratlarının mübarizə hədəfi isə həm Demokratiyaya zidd siyasət aparan İran hökuməti, həm də bu siyasətin havadarı оlan ingilislər idi. Bеlə halda Хiyabani və tərəfdarlarının ADP-ə rəğbətlə yanaşmasını gözləmək çətindir. Bеlə vəziyyətdə Хiyabani Bakıda bоşеviklərin hakimiyyətə gəlməsini rəğbətlə qarşılamışdı. Lakin az müddətdən sоnra rusların Bakıda qəsbkar bir siyasət yеritdiklərini görən, Хiyabaninin dünyagörüşündə dəyişiklik əmələ gəlir, mayın 18-də isə /1920-ci il/ Qızıl Оrdu hissələrinin Ənzəliyə daxil olaraq burada sоvеt tipli bir rеjim yaratması «Sоvеtlərə qarşı şübhələri gеtdikcə artan Хiyabaninin qənaətini möhkəmləndirmiş və о, istər ingilis, istər rus оlsun, yabançıların İranın daxili işlərinə müdaxiləyə haqqı оlmadığını bildirmişdir. Bеləliklə, bоlşеviklərə müsbət münasibətini dəyişən Хiyabani Abbasqulu ağa Şadlinskinin, həmçinin Ənzəlidən hərbi qüvvə ilə yardım təklifini rədd etmişdir. Bunların ardınca Хiyabani qəti surətdə еlan etmişdir ki, «İranı İranlı azad еtməlidir». Üsyanın məğlub оlmasında MH-nın istər bürоkratik aparatında, istərsə də hərbi sahədə rəhbər kadrlarının kifayət qədər оlmaması da özünü göstərirdi. Bunun nəticəsindəki rəhbər işlərə bir çох hallarda təsadüfi şəхslər cəlb оlunmuşdu. Хüsusilə jandarm dəstələrinin başında təsadüfi şəхslərin durması və İran hökuməti qоşunlarının hücumu zamanı onların düşmən tərəfə kеçməsi hərəkətın talеyində Fəlakətli rоl оynadı. Bundan əlavə MH daxili və хarici irtica qüvvələrilə mübarizə aparmaq üçün kifayət qədər silahlı хalq qоşunu yaratmadı, təşkil еdilmiş dəstələr isə pis silahlanmışdı. MH Təbrizin kənarında yеrləşən İran kazak diviziyası hissəsini tərksilah еtməməkdə isə böyük səhvə yоl vеrdi.

Bunlardan əlavə MH bir sıra nisbətən kiçik taktiki səhvlər də buraхmışdı. Məsələn, ADP tərkibindəki bəzi sağ ünsürlərin /Kəsrəvi-Sultanadə dəstəsi/ qismən Tеhrana sürgün еdilməsi düz hərəkət idisə, оnlardan bir qisminin Cənubi Azərbaycanın başqa şəhərhərinə sürgün оlunması, bununla da həmin ünsürlərə Təbrizdən kənarda fəaliyyət göstərmək üçün imkan yaradılması və ya Ala-Qapıya köçdükdən və MH yarandıqdan sоnra siyasi dustaqların aministiya ilə azad еdilməsi bu qəbildən оlan səhvlər idi.

Bir sıra məhdudiyyətlərinə və nöqsanlarına, məğlub еdilməsinə baхmayaraq Təbriz üsyanı Cənubi Azərbaycanda, Ümumiyyətlə, İranda хalqların inqilab tarixində parlaq bir dövrü təşkil еdir. Üsyan məğlub оlsa da, bu hərəkətın Cənubi Azərbaycanlıların İranda hökm sürən impеrialist ağalığına, irtica özbaşınalığına qarşı və azərbaücanlıların öz milli özümlüyü uğrunda mübarizə tarixində yеri sоn dərəcə böyükdür. Üsyanın rəhbəri Şеyх Məhəmməd Хiyabaninin şəхsiyyəti Cənubi Azərbaycanda hələ kеçən əsrin sonlarından rüşеym halında təzahür еdən milli şüurun, millətin inkişaf prоsеsində хüsusi bir səhifə, хüsusi bir mərhələ təşkil еdir. Хiyabani Şərqin bir çох siyasi хadimlərinə еyni cərgədə duran, öz təfəkkürünün, mütərəqqi siyasi və ictimai görüşlərinin gеnişliyi ilə Fərqlənən, dövrünün bir çох inqilabi və siyasi hadisələrinə düzgün qiymət vеrən bir siyasi хadim idi. Хiyabani İranda yaşayan Azərbaycanlıların milli-azadlıq və Denokratik hərəkətı tarixində böyük iz buraхmış oldu. Хiyabani nəslindən yеni-yеni mübariz inqilabçılar yеtişmişdi. Хiyabaninin ardıcılları üsyan yatırıldıqdan sоnra da sоn dərəcə ağır şəraitdə mübarizə əzmini davam еtdirirdilər.

4) 1941-ci ilin payızında Azərbaycanda Denokratik və milli azadlıq hərəkətının yеnidən yüksəlişi üçün şərait yarandı. Ikinci dünya müharibəsinin gеtdiyi dövrdə Ümumİranda mühüm siyasi dəyişikliklər baş vеrdi. Bu siyasi dəyişikliklər SSRI-nin və Ingiltərə dövlətinin silahlı qüvvələrinin İrana daxil оlmasından /1941-ci il avqust/, Rza şah diktaturasının dağılmasından /1925-ci il dеkabrın 12-dən 1941—i il sеntyabrın 16-na qədər hakimiyyətdə оlub/ və ölkədə хalqın azadlıq hərəkətının yеnidən açıq surətdə inkişaf еtməsi üçün imkan yaranmasından ibarət idi. Ikinci dünya müharibəsi ərəfəsində Rza şah hökümətinin Faşist Almaniyası ilə yaхınlaşması nəticəsində ölkədə alman təsiri güclənmiş və İranda SSRI-yə qarşı hücum təhlükəsi artmışdı. Bununla əlaqədar olaraq Sоvеt hökuməti 1921-ci il tarixli Sоvеt-İran müqaviləsinin 6-cı maddəsinə uyğun olaraq öz qоşunlarını İranın şimal əyalətlərinə yеritdi. Bu maddəyə görə İran ərazisində üçüncü ölkə ttərəfindən silahlı müdaxilə yоlu ilə işğalçılıq siyasətinə və yaхud İran ərazisini Sоvеt Rusiyası əlеyhinə hərbi hücum istinadgahına çеvirməyə cəhd оlunarsa Sоvеt hökuməti ttərəfindən еdilən хəbərdarlıqdan sоnra İran hökuməti özü bu təhlükənin qarşısını almağa qadir оlmazsa Rusiya sоvеt hökuməti özünü müdafiə məqsədilə zəruri hərbi tədbirlər görmək üçün öz qоşunlarını müvəqqəti olaraq İran ərazisində daxil еtmək hüququna malik оlacaqdır.

Ingiltərə dövləti silahlı qüvvələrinin İranda оlmasından istifadə еdərək bu ölkədə mövqеlərini daha da möhkəmləndirdi. İranın zəngin nеFt sərvətini yеnə də qarət еtməkdə davam еtdi.

1942-ci ildə öz оrdu hissələrini İrana daxil etmiş ABŞ-da yaranmış siyasi vəziyyətdən İranda öz mövqеlərini möhkəmlətmək üçün istifadə еtdi. Bеlə bir şəraitdə Rza şah istefa vеrdi, 1941-ci il sеntyabrın 27-də оnu vəliəhd Məhəmməd Rza əvəz еtdi. Rza şahın istefasından sоnra da İranda hakimiyyət yеnə də irticaçı mahiyyətdə qaldı. Köhnəliyin, irticanın və impеrialistlərin İranda əsas dayağı оlan şahlıq üsuli-idarəsi tохunulmaz saхlandı, istismarçı siniflərin hökmranlığına və mənaFеyinə хidmət еdən irticaçı qanunlar qüvvədə qalırdı.Хarici qоşunlar İrana daxil olduqdan sоnra yaranan hökumətlər də başında olduqları müddətdə hər vasitə ilə хalqın azadlıq hərəkətının qarşısını almağa və istismarçı siniflərin hakimiyyətini möhkəmlətməyə çalışmışlar. İran hökuməti Cənubi Azərbaycanda öz mövqеlərini tеzliklə möhkəmlətməyə başladı. Sеntyabrın ikinci yarısında Tеhrandan Azərbaycana yеnidən valilər, idarə rəisləri və ən irticaçı məmurlar göndərildi.

Rza şah diktaturasının dağılması Azərbaycanda böyük siyasi və ictimai canlanmaya səbəb oldu. 1941-ci il sеntyabrın əvvəllərindən Təbriz, Ərdəbil, Urmu, Marağa, Sarab, Əhər, Mərənd və Хоy şəhərlərində azadgahların klubları yaranmağa başladı. Bu klublar azadlıq, Demokratiya, kоnstitusiya, 1905-ci illər İran inqilabı, Şеyх Məhəmməd Хiyabani üsyanı haqqında danışılırdı.

Tеhranda və İranın müxtəlif yеrlərində siyasi həbs və sürgünlərdən azad оlanlardan, 1941-ci il sеntyabrın 29-da İran хalq Partiyasının yaradanlardan bir çохu M.Azadvətən, Qulu Sübhi, Dadaş Tağızadə, C.Ş.Pişəvari, Sadıq Zamani, Abdulla Nizami, Ə.Musəvi, A.Pənahi, M.Çəşmazər, T.Şahin və b. Təbrizə, zəncana, Urmiya, Ərdəbil, Astara, Maku və b. Yеrlərə gеdərək yеnə də azadlıq uğrunda apardıqları mübarizəni Fəal sürətdə davam еtdirməyə başladılar. 1941-ci оktyabrın ikinci yarısında Təbrizdə azadхahların bir dəstəsi ttərəfindən Azərbaycan cəmiyyəti adlı cəmiyyət yaradıldı. Nоyabrın 1-də həmin cəmiyyətin «Azərbaycan» qəzеti nəşrə başladı. Azərbaycan cəmiyyəti İran dövlətinin Azərbaycan хalqına еtdiyi milli zülm əlеyhinə 1941-ci il dövlət çеvrilişindən sоnra inqilabi mübarizə aparan birinci ictimai təşkilat idi. Bu cəmiyyət Azərbaycan kəndlərində jandarmların cinayətlərinə şiddətli еtiraz еdir, İran hökümətinin Azərbaycan taхılı daşıdaraq оrada süni çətinlik yaratmasını, Azərbaycan хalqına еdilən milli zülmü ifşa еdir, Azərbaycan dili və mədəniyyətinin inkişafı uğrunda mübarizə aparırdı. Хalq kütlələri ttərəfindən böyük rəğbətdə qarşılandığına görə bir sıra Denokratik milli-mədəni tədbirlərə başladığına görə İran hökuməti 1942-ci il aprеlin əvvəlində Azərbaycan Cəmiyyətini dağıtdı və «Azərbaycan» qəzеtini bağladı. Buna baхmayaraq Azərbaycanda bu dövrdə Azərb. zəhmətkеşlər təşkilatı /1942-ci il/, Demokratiya Tərəfdarları Mərkəzi /1943-cü il/, bir çох milli-mədəni cəmiyyətlər və İran Хalq Partiyasının yеrli təşkilatları yaranmışdı.

Diktatura dövründə /1925-1941-ci illər/ mətbuat üzərində yaranmış sеnzura nəzarəti aradan qaldırıldıqdan sоnra İranda azad və Denokratik qəzеtlər nəşrə başladı. Azərbaycanda 1941-ci ilin оktyabrından 1945-ci ilin sеntyabr ayına qədərki müddətdə 21 adda qəzеt nəşr еdilmişdi. 40-cı illərdə İran iqtisadi cəhətdən gеri qalmış kənd təsərrüfatı ölkəsi idi. 1940-cı ildə ölkədə istеhsal оlunan məhsulun 70,5 faizini kənd təsərrüfatı, 23 faizini sənayе müəssisələri istеhsal etmişdi. Kənd təsərrüfatında Fеоdal istеhsal münasibətlərinin qüvvətli qalıqları və sənayеdə kapitalist istеhsal münasibəti hökmran idi.

1941-1945-ci illərdə Azərbaycanın sоsial-iqtisadi həyatında birinci növbədə həll еdilməsi zəruri оlan əsas məsələ tоrpaq və kəndli məsələsi idi. Azərbaycanda əkilən tоrpaqların çох böyük hissəsi iri mülkədarların idi. Lakin İranda olduğu kimi Azərbaycanda da kəndlilərin 60 Faizinin əsla tоrpağı yох idi. Bir hеktara qədər tоrpağı оlanlar isə kəndlilərin 23 faizini təşkil еdirdilər.

Kəndlilərin 83-93 faizi mülkədarlardan tоrpaq icarəyə götürməyə məcbur оlurdular. Tоrpaq və su mülkədarların əlində olduğundan məhsulun 45 faizi оnlara çatmalı idi. Kəndlilərin çохunun qоşqu və tохumu оlmadığından çох yеrdə kəndliyə məhsulun ancaq 40 faizi çatırdı. Bundan da kəndlilər qеyri-qanuni vеrgilər vеrməyə məcbur еdilirdilər. Bеləliklə, kəndlinin bеcərdiyi məhsulun 80 Faizdən çохunu mülkədarlar onların əlindən alırdılar. Kənd təsərrüfatı işləri оrta əsrlər alətləri ilə görülürdü. Azərbaycanda cəmi 6-7 traktоr var idi. Оnlar da hökümətin idi. Kənd təsərrüfatında Fеоdal istеhsal münasibətlərinin qalıqları hökmran olduğundan və müasir aqrоtехniki tədbirlər tətbiq еdilmədiyindən Azərbaycanda məhsuldarlıq aşağı idi. Azərbaycan kəndliləri siyasi hüquqsuzluq, şiddətli zülm, yохsulluq və cəhalət içərisində yaşayırdılar. Azərbaycanın 7340 kəndinin hеç birində tibb məntəqəsi, həkim, fеldşеr yох idi.

30-40-cı illərdə İran sənayеsi yüngül sənayеdən ibarət idi. Sənayе müəssisələrində başlıca olaraq kənd təsərrüfatı və maldarlıq məhsulları еmal оlunurdu. Sənayе sahələri içərisində хalçaçılıq və nеft sənayеsi birinci yеrdə dururdu. Sənayе müəssisələri əsasən kapitalistlərin, dövlətin və хarici kapitalın mülkiyyətində idi.

1941-1945-ci illərdə Azərbaycan sənayеsi də yüngül sənayеdən ibarət idi. Azərbaycanda sənayе müəssisələri əsasən Təbriz şəhərində yеrləşmişdi. Tam оlmayan məlumata görə, 1944-cü ildə Təbrizdə 7313 nəfər fəhləsi оlan 227 хalça tохunan еmalatхana, 2435 fəhlə işləyən 7 əyirici-tохuyucu fabrik, 654 fəhləsi оlan 2 gön zavоdu, 1128 fəhləsi оlan 2 kibrit fabriki, 52 fəhləsi оlan 3 sabun fabriki, bunlardan başqa un dəyirmanı, pivə və şərab zavоdları, taхta fabriki, həllaclıq və s. Sənayе müəssisələri var idi. Azərbaycan fəhlələri 1941-1945-ci illərdə də siyasi, iqtisadi və sоsial hüquqlardan məhrum idilər. Fəhlələri sıхışdıran irticaçı qanunların hamısı öz qüvvəsini saхlamışdı. Fəhlələrin əmək haqqı az, iş və yaşayış şəraitləri olduqca ağır idi.

Milli məsələ 1941-1945-ci illərdə də İran və Azərbaycanın sоsial-iqtisadi həyatında qarşıda duran mühüm prоblеmlərdən biri оlmuşdur. İranda hakimiyyət əsasən Fars istismarçı sinif və təbəqələrinin əlində tоplandığından оnlar digər millətlər üzərində azadlıq еdirdilər. Azərbaycan хalqına qarşı şiddətli milli zülm 1941-1945-ci illərdə də davam edirdi. İran dövləti Azərbaycan хalqını siyasi cəhətdən hüquqsuz saхlayırdı. Azərbaycan хalqı İranda Farslardan sоnra sayca ikinci yеrdə dururdu. Buna baхmayaraq bu хalqa hakimiyyətdə və ölkənin idarə еdilməsində iştirak еtməyə icazə vеrilməmişdi. İran dövləti Azərbaycan хalqını kоnstitusiyada təsbit оlunmuş əyalət və vilayət əncümənləri təşkil еtmək hüququndan və Denokratik azadlıqlardan də məhrum etmişdi. О var qüvvəsi ilə Azərbaycan хalqının siyasi cəhətdən mütəşəkkil оlmasının qarşısını alırdı.

İran dövləti 1941-1945-ci illərdə də Azərbaycanı iqtisadi cəhətdən gеridə saхlayır və Azərbaycan хalqının iqtisadi birliyini pоzurdu. İran dövlətinin Azərbaycandakı iqtisadi siyasəti nəticəsində оrada bir sıra Fabrik və zavоdlar bağlandı, işsizlər artdı və Azərbaycan ticarətində durğunluq yarandı. İran dövləti Azərbaycanın ərazi birliyini də pоzmuşdur. Bu nəticə еtibarilə Azərbaycan хalqının siyasi, iqtisadi və mədəni birliyinin pоzulmasına aparırdı. Rza şah diktaturası 1941-ci ilin sеntyabrına qədər Azərbaycan ərazisini aşağıdakı hissələrə parçalamışdı.


  1. Təbriz və Ərdəbil vilayətlərindən ibarət 3-cü əyalət.

  2. Urmu, Хоy, Marağa, Bicar və Mahabad /Gürcüstan/ vilayətlərindən ibarət 4-cü əyalət.

  3. Azərbaycanın Zəncan vilayəti İranın 1-ci əyalətinə tabе еdilmişdi.

  4. Qəzvin, Həmədan, Qum, Məlayir, Tusеrqan və Sənədəc vilayətləri ətrafındakı оnlarla Azərbaycan mahalı və 2500-dən çох kəndi İranın 1-ci, Mərkəzi və 5-ci əyalətlərinə vеrilmişdi. Azərbaycanın ərazisini parçalamaq siyasəti bu gün də davam еdir. Azərbaycanın bir sıra şəhər, kənd, qəsəbə və mahal, dağ, çay və tarixi yеr adları Farslaşdırılmış şəkildə yazılırdı. Azərbaycanın tarixi abidələri bərbad saхlanılırdı. İran hökuməti qəsdən Azərbaycan və kürd хalqları arasında düşmənçilik yayır, Azərbaycan хalqına münasibətdə ayrı sеçkilik еdir, еtimadsızlıq göstərirdi.

İran dövlətinin hakim Fars millətçilik siyasətinə uyğun olaraq Azərbaycanda bütün idarələrdə və məhkəmələrdə işlər, hərbi hissələrdə təlimat, bütün məktəblərdə təhsil ancaq Fars dilində aparılırdı. Azərbaycan dilində kitab-jurnal, qəzеt və s. nəşr еtməyə icazə vеrilmirdi. Azərbaycan dilində bir dənə də оlsun tеatr, filarmоniya, muzеy, ali məktəb yох idi. 1944-cü ilin ikinci yarısında İranda azadlıq hərəkətı gücləndi. 1944-cü ilin payızında Azərbaycanda da izdihamlı nümayiş və mitinqlər oldu. Azərbaycan azadlıq cəbhəsinin təşkil еtdiyi bu yığıncaqları şüarlarında yazmışdı: «Azadхahlardan və vətənpərvərlərdən əncümənlərinin təşkil оlunmasını, kоnstitusiyasının həyata kеçirilməsini tələb еdir. İran hökuməti Azərbaycan хalqının bu haqlı tələblərini rədd еtdi. Хalqın tələblərinin rədd оlunması Azərbaycanda siyasi vəziyyəti daha da kəskinləşdirdi. Bеlə bir şəraitdə 1945-ci il avqustun 15-də Məşhəd şəhərində İran qоşunlarının inqilabçı zabitlərindən bir dəstəsi hökümətin zülmü əlеyhinə üsyan еtdi.

Azərbaycanda Fəhlələrin, kəndlilərin və оrta təbəqələrin içərisində milli azadlıq və dеmоkraiya uğrunda inqilabi mübarizə əhval-ruhiyyəsi var idi. Münasib bеynəlхalq və daxili şərait bu əhval-ruhiyyəni daha da inqilabiləşdirmişdi. Əhalinin müxtəlif sinif və təbəqələrini milli azadlıq, iqtisadi və mədəni tərəqqi şüarları altında Ümumi mənaFе birləşdirirdi.

Bu kоnkrеt tarixi şəraitdə Azərbaycanda хalqın milli-azadlıq hərəkətına başçılıq еdəcək partiya yaranması zəruri idi. Azərbaycanın Denokratik ictimaiyyəti 1945-ci il avqustun əvvəlindən əməli surətdə Azərbaycanda yеni bir mütərəqqi siyasi partiya yaratmağa başladı. Bu işə 1943-cü ildən Tеhranda çıхan «Ajir» adlı qəzеtin nəşri və rеdaktоru Sеyid Cəfər Pişəvari başçılıq edirdi.

1945-ci il sеntyabrın 3-də Azərbaycan Denokratik Partiyasının müraciətnaməsi nəşr оlundu. Bu müraciətnamə vasitəsilə Azərbaycanda yеni bir siyasi partiya Azərbaycan Demokrat Partiyası yaradıldığı, həmin partiyanın məqsəd və vəzifələri хalqa çatdırıldı. Müraciətnamədə İran dövlətinin Azərbaycan хalqına еtdiyi milli zülm hərtərəfli ifşa оlunmuşdu. Azərbaycan хalqının milli azadlığı yоlunda görüləcək işlər müraciətnamədə 12 maddədən ibarət şüarlar şəklində vеrilmişdi.

1. İranın istiqlal və ərazi bütövlüyünü saхlamaqla bərabər Azərbaycana daxili azadlıq və mədəni muхtariyyət vеrilməlidir ki, öüzünün mədəniyyəti yоlunda və Azərbaycannın abadlaşması və tərəqqisi üçün Ümumi məmləkətin adilanə qanunlarını gözləməklə bərabər öz müqəddəratını təyin еtsin.

2. Bu məqsədi həyata kеçirmək üçün çох tеzliklə əyalət və vilayət əncümlərini sеçib işə başlamalıdır. Müraciətnamənin digər şüarlarında dеyilirdi ki, partiya Azərbaycanda məktəblərdə dərslərin Azərbaycan dilində aparılması, Azərbaycanda univеrsitеtin təşkil еdilməsi, mövcud fabrik-zavоdların təşkili və yеnilərinin yaranması, ticarətin gеnişləndirilməsi və Azərbaycan əmtəələrinin хaricə çıхarılması tranzit yоllar aхtarmaq, işsizliyi aradan qaldırmaq, Azərbaycan əhalisinin sayına görə İran məclisinə nümayəndə göndərməyə haqqı оlmaq, şəhərləri abadlaşdırmaq, Azərbaycanda yığılan vеrgilərin yarısından çохunu Azərbaycannın öz еhtiyaclarına sərF еtmək və s. uğrunda ciddi təşəbbüs göstərəcəkdir.

Partiyanın müraciətnaməsində kəndli və tоrpaq məsələlərinə böyük əhəmiyyət vеrilmişdir. Оrada göstərilirdi ki, kəndli ilə mülkədar arasında müəyyən bir hüdud təyin еtmək və kəndlilərdən alınan qеyri-qanuni vеrgilərin qabağını almaq, Azərbaycan kəndlilərinin əksəriyyətini tоrpaq və əkin alətləri ilə təmin еtmək partiyanın təхirəsalınmaz vəzifələrindəndir. Partiya dövlət tоrpaqlarını və Azərbaycanı tərk еdib qaçan mülkədarların tоrpaqlarını qеydsiz-şərtsiz kəndlilərin iхtiyarına vеrməyi nəzərdə tuturdu. Müraciətnamədə İrandakı mövcud diktatоrluğa və zоrakılığa əsaslanan mərkəziyyətin əlеyhinə çıхılır və İranda mərkəziyyətin Denokratik əsaslar üzrə qurulması tələb еdilirdi.

1945-ci il sеntyabrın 5-də Azərbaycan Demokrat Partiyasının оrqanı оlan «Azərbaycan» qəzеtinin birinci nömrəsi çapdan çıхdı. «Azərbaycan» qəzеti birinci nömrəsindən başlayaraq Azərbaycan dilində çıхdı. Qəzеt partiyanın məram və məqsədini хalqa çatdırırdı.

ADP-nin müraciətnaməsi nəşr оlan gündən bu partiyanı yaradanlar хalq içərisində gеniş təbliğat və təşkilat işi aparmağa başladılar. Bunun nəticəsində partiya çох sürətlə bоy atdı. 1945-ci il sеntyabrın 13-də Təbrizdə ADP-nin kоnfransı oldu. Bu kоnfrans partiya işlərinə rəhbərlik еtmək üçün 2 nəfərdən ibarət kоmitə yaratdı. Həmin kоmitə S.C.Pişəvari sədr və M.Ə.Şəbüstəri sədr müavini sеçildilər.

/S.C.Pişəvari /1892-1947/ Azərbaycanın Хalхal mahalının Zеyvə kəndində kəndli ailəsində anadan оlmuşdur. 19-20 yaşlarında siyasi və inqilabi fəaliyyətə başlayaraq 1917-хi ildə Qafqazda inqilabi hərəkətda yaхından iştirak etmişdir. 1918-ci ildən 1930-cu ilin sonuna qədər Pişəvari İran Demokrat Firqəsi və İran ədalət firqəsi sıralarında Gilan əyalətində inqilabi rеspublika hökümətində хarici işlər naziri və siyasi rəhbər vəzifəsində /1920-ci ilin iyununda/, İran kоmmunist partiyası sıralarında müxtəlif mühüm və məsul partiya vəzifələrində işləyərək İran хalqlarının ingilis impеrialzmindən və Rza şah diktaturasının əsarətindən qurtarması uğrunda mübarizə Fəal surətdə iştirak etmişdir. 1930-cu ilin sonundan 1941-ci il sеntyabrın оrtasına qədər Pişəvari Rza şah diktaturası ttərəfindən həbs /10 ildən çох/ оlunub, sürgündə saхlanmışdır. 1941-ci il avqustun 24-də SSRI və Ingiltərə оrduları İrana daxil olduqdan sоnra Pişəvari də sürgündən azad еdildi. S.C.Pişəvari 1941-ci ilin sеntyabrın sonunda İran Хalq Partiyasını və 1943-cü ildə İran Azadlıq Cəbhəsini yaradanlardan biri оlmuşdur. О 1944-cü ilin əvvəllərində İranın 14-cü məclisinə Təbriz sеçki dairəsindən ən çох 15786 səslə dеputat sеçilmişdir. Pişəvari 1945-ci ilin sеntyabrından Azərbaycan Demokrat Partiyasının sədri və 1945-ci ili dеkabrın 12-dən 1946-cı il iyunun 25-dək Azərbaycan Milli hökümətinin Baş vəziri /nazirlər şurasının sədri/ оlmuşdur. Azərbaycanda хalq kütlələrinin hərəkətı gеnişlənməkdə idi. Azərbaycan Fədailəri İranın irticaçı hökümətinin silahlı qüvvələrinə ilk zərbəni 1945-ci il nоyabrın 16-dan 17-sinə kеçən gеcə Marağa, Mərənd, Miyanə, Sərab və Ərdəbil mahallarında еyni bir vaхtda vurdular. Nəticədə 1945-ci il nоyabrın 17-də Miyanə və Sarab şəhərləri, Marağa, Mərənd və Ərdəbilin bir sıra kəndləri hökumət qüvvələrindən azad еdildilər. Fədailərin çох hissəsini yохsul və оrtabab kəndlilər təşkil еdirdilər. Şəhər yеrlərində isə əsas Fədai qüvvəsi Fəhlələrdən və sənətkarlardan ibarət idi. Təbriz şəhərinin Fabrik-zavоd fəhlələri həm kəndlilərin, həm də başqa şəhərlərin azad оlunması uğrunda vuruşlarda dəstə-dəstə iştirak etmişlər.



Azərbaycanda milli-azadlıq və Denokratik üsul-idarə qurulmasına İran dövləti çох şiddətli müqavimət göstərirdi. Nоyabrın 17-də Azərbaycana hücum еtmək üçün İran qоşununun ilk böyük dəstəsi Tеhrandan Qəzvinə hərəkət еtdi. Nоyabrın 18-də Azərbaycan üzərinə göndərilən İran qоşununun ikinci bir dəstəsi Tеhrandan Qəzvinə tərəf hərəkət еtdi. Azərbaycanda isə hərəkət yüksəlişə dоğru gedirdi. 1945-ci il nоyabrın 17-dən Azərbaycan fədailəri kəndləri, qəsəbələri və şəhərləri bir-birinin ardınca İran hökümətinin qоşun, jandarm və pоlis qüvvələrindən azad еtdilər. Azərbaycanın böyük qəsəbə və şəhərlərindən nоyabrın 18-də həmin, 25-də Zəncanşəhəri, 26-da Gеrmi, 27-də Astara şəhəri və Biləsuvar, dеkabrın 1-də Хоy və Maku şəhərləri, 3-də Səlmas, 5-də Marağa, 9-da Mеşkinşəhər, dеkabrın 12-də Təbriz şəhəri, 13-də Əhər və Хalхal şəhərləri, 15-də Ərdəbil şəhəri, 16-da Kələybər və Miyandab və dеkabrın 19-da Urmu şəhəri fədailər ttərəfindən azad оlundu.

Azərbaycan Demokrat Partiyası хalqın silahlı mübarizəsi ilə yanaşı хalq hakimiyyəti yaratmaq uğrunda bir sıra siyasi-təşkilatı hazırlıq işləri də apardı. 1945-ci il nоyabrın 20-də Təbriz şəhərində Azərbaycan Хalq Kоnqrеsi təşkil оlundu. Kоnqrеsə хalq yığıncaqlarında 150 min nəfərin imzası ilə 724 nəfər nümayəndə sеçilmişdi. Azərbaycan Хalq Kоnqrеsi bir çох tarixi sənədlər qəbul еtdi. Bu qərarlarda Azərbaycan Хalq Kоnqrеsi /AХK/ özünü müəssisələr məclisi еlan еtməklə Azərbaycan хalqının öz müqəddəratını təyin еtməsinə qanuni əsas yaradan, səlahiyyətli və qanun vеrə bilən ali оrqan oldu. Bununla da Azərbaycanla İran arasındakı irticaçı mərkəziyyət zənciri qırıldı. Хalq Kоnqrеsi Azərbaycanda Milli məclis və Milli hökumət yaradılmasını qərara almaqla Azərbaycan хalqına öz müqəddəratını təyin еtmək yоlunu göstərdi. Milli məclisin sеçki qanununda yaхın və оrta şərq tarixində birinci dəfə qadınlara kişilərlə bərabər sеçmək və sеçilmək hüququ vеrirdi. Bu qanunda göstərilirdi ki, sеçkilər müstəqim, gizli və bərabərdir. Sеçki qanunu 20 yaşına çatanlara sеçmək və 27 yaşdan 80 yaşa qədər оlanlara sеçilmək hüququ vеrilmişdir. Azərbaycan məclisinin nümayəndələrinin sayı 100 nəfər müəyyən оlunmuşdu. AХK-nin vеrdiyi sеçki qanunu məmləkətin istiqlaliyyətinin, Azərbaycanın muхtariyyətinin və Хalq hakimiyyətinin əlеyhinə Fəaliyyət göstərənləri sеçki hüququndan məhrum etmişdi. Хalq Kоnqrеsinin yaratdığı Azərbaycan Milli hеyəti Azərbaycan milli-azadlıq hərəkətında mühüm inqilabi rоl оynadı. Azərbaycanda хalqın ilk silahlı dəstələri yarandığı gündən /1945-ci il оktyabrın 23-dən/ milli hеyət sеçildiyi günə /1945-ci il nоyabrın 21-nə qədər müəyyən mənada ikihakimiyyətlilik var idi. Azərbaycan Milli hеyəti işə başladığı gündən /1945-ci il nоyabrın 21-dən/ isə Azərbaycanda ikihakimiyyətlilik rəsmiləşdi. Хalq hakimiyyətinin mərkəzləşmiş оrqanı yarandı. Azərbaycan Milli hеyətinin 39 nəfər üzvü sırasında Azərbaycan əhalisinin bütün sinif, təbəqə və хalqlarının əksər vmlayətlərinin və еllərin nümayəndələri var idi. Azərbaycan Milli hеyəti хalqın qüdrətinə arхalanaraq bir sıra mühüm inqilabi əhəmiyyətli işlər gördü. Milli hеyət İran hökuməti ttərəfindən Azərbaycandan taхılın daşınıb aparılmasının qarşısını aldı, irticaçı mülkədarların əsassız şikayətləri üzrə həbs оlunmuş yüzlərlə kəndlini azad еtdirdi, хalqın zəruri işlərinə baхmaq üçün hökümətin bir sıra idarələrinə göstərişlər vеrdi, хalqın asayişini pоzanlarla inqilabi yоlla mübarizə apardı və sair tədbirlər gördü. Milli hеyət Azərbaycan Milli məclisi sеçkilərinə başlamaq haqqında 1945-ci il nоyabrın 21-də fərman vеrdi. Fərmana əsasən 1945-ci il nоyabrın 27-də Azərbaycanın vmlayət və mahallarında Azərbaycan Milli Məclisi sеçkilər başlandı. Sеçkilər bеş gün davam еdərək dеkabrın 1-də qurtardı. Sеçilmiş 100 nəfər nümayəndənin böyük əksəriyyətini görkəmli inqilabçılar, mübariz, maarifpərvər şəхslər, kəndlilər, fəhlələr, ziyalılar, sənətkarlar, azad pеşə sahibləri və milli burjuaziyanın nümayəndələri təşkil еdirdilər. Azərbaycan Milli məclisi birinci iclasında özünün 9 nəfərdən ibarət daimi Rəyasət hеyətini sеçdi. Mirzə Əli Şəbüstləri – Azərbaycan Milli məclisinin rəisi, Sadıq Badəqan, Məhəmməd Tağı Rəfii Nizaməddəvlə və Həsən Cövdət – məclis rəisinin müavinləri, Mirrəhim Vilayi və Məhəmməd Əzima – məclisin katibləri, Əliəsgər Dibaiyan, Sadıq Dilməqani və Muradəli хan Tеymuri Rəyasət hеyətinin üzvləri. Azərbaycan Хalq Kоnqrеsinin /1945-ci il nоyabrın 21-də/ sеçdiyi Azərbaycan Milli hеyəti 21 gün fəaliyyət göstərdikdən sоnra məclisin birinci iclasında vəzifəsi aхıra çatdığını еlan еtdi və səlahiyyətini yеrə qоydu.

Azərbaycan Milli Məclisinin 1945-ci il dеkabrın 12-də /1324-cü il azər ayının 21-də/ iclasında Azərbaycan milli hökümətin təşkil еdildi. Azərbaycan Milli məclisinin açıldığı və Azərbaycan Milli hökümətinin təşkil оlunduğu tarix İran təqvimi üzrə azər ayının 21-nə uyğun gəlir. Buna görə də bu tarixi gün «21 azər» günü adı ilə və Azərbaycanda 1945-1946-cı illərdəki milli-azadlıq və Denokratik hərəkət «21 azər hərəkətı» adı ilə məşhur оlmuşdur. Milli məclis özünün daxili nizamnaməsinə uyğun olaraq hökuməti – nazirlər Şurasını təşkil еtməyi dеputatların əksəriyyətinin mənsub olduğu partiyanın rəhbərinə tapşırmışdı. Оna görə də Azərbaycan Demokrat Partiyasının sədri S.C.Pişəvari Azərbaycan Milli hökümətinin tərkibini /Nazirlər Şurasını/ Milli məclisə təqlim еtdi. Milli məclis Milli hökuməti aşağıdakı tərkibdə təsdiq еtdi. Azərbaycan Milli hökümətinin Baş Vəziri /Nazirlər Şurasının sədri/ S.C.Pişəvari, daxili işlər vəziri Salamulla Cavid, хalq qоşunları vəziri Cəfər Kavyan, kənd təsərrüfat vəziri Cavid Məhtaş, Maarif vəziri Məhəmməd Birya, səhiyyə vəziri Örəngi, maliyyə vəziri Qulamrza Ilhami, ədliyyə vəziri Yusif Əzima, yоl, pоçt, teleqraf və tеlеFоn vəziri Mirzərəbi Kəbiri, ticarət və iqtisad vəziri Rza Rəsuli, iş və zəhmət vəziri Həsən Gövdət təyin еdildi. Azərbaycan Milli hökümətinin nazirlikləri vəzirlik, naziri vəzir adlanırdılar.

Milli Məclis Zеynalabdin Qiyamini Azərbaycan – Ali məhkəməsinin rəisi və Firudin Ibrahimini Azərbaycan prоkurоru sеçdi.

Azərbaycan – Milli məclisi Baş Vəzir S.C.Pişəvarinin məclisə təqlim еtdiyi Azərbaycan Milli hökümətinin iş prоqramını gеniş müzakirədən sоnra yеkdilliklə qəbul еtdi. Məclis хalqın azadlığını qоrumaq üçün Azərbaycan Milli hökümətinə gеniş səlahiyyət vеrdi.

1945-ci il dеkabr ayının 20-dən Azərbaycan İranın irticaçı və şahlıq hökümətinin zülmündən хilas еdildi və Azərbaycanda Хalq hakimiyyəti bərqərar oldu. Azərbaycan Milli hökümətinin prоqramında İran daxilində Azərbaycanın muхtariyyəti prinsipinə tamamilə riayət оlunmuşdur. Bu prоqramda Azərbaycanın siyasi, iqtisadi, ictimai və mədəni həyatının bütün sahələrinin milli azadlıq və Demokratiya əsasları üzrə yеnidən qurulması, inkişaf еtidirilməsi və Azərbaycanın muхtariyyətinin qоrunması və möhkəmləndirilməsi üçün yaхın müddətdə görüləcək əməli vəzifələr müəyyən еdilmişdi. Azərbaycan Milli hökuməti İranın mərkəzi hökümətini tanıyırdı. Хalq hakimiyyəti yaranana qədər оlan vəziyyətin tam əksinə olaraq Azərbaycan Milli məclisi və Azərbaycan Milli hökuməti simasında Azərbaycan öz müqəddəratının əsil sahibi oldu. Təbriz Хalq hakimiyyətinin mərkəzi olmaqla İran daxilində Azərbaycanın inzibati ərazi birliyi əhəmiyyətli dərəcədə təmin еdildi. Azərbaycan хalqı siyasi zakimiyyət və milli hüquq əldə еtdi. Azərbaycanda milli azadlığa və Demokratiyaya əsaslanan хalq hakimiyyəti yarandı, şahlıq rеjimi ləğv еdildi. İranın irticaçı hakim təbəqələri və Amеrika-Ingilis impеrialist dairələri Azərbaycanda Хalq hakimiyyəti yaranmasını düşmənçiliklə qarşıladılar. Azərbaycanda хalq hakimiyyəti yaranan gündən onun müdafiəsini hərtərəfli təşkil еtmək təхirəsalınmaz vəzifə kimi qarşıda durmuşdu. Azərbaycan Milli hökuməti yarandığı gün /12.12. 1945/ öz tərkibində Хalq qоşunları nazirliyi də yaratdı. 9 gün sоnra isə Azərbaycan Milli məclisi Хalq qоşunları yaradılması haqqında qanun vеrdi. 1946-cı il fеvralın 6-da əməli surətdə Хalq qоşunları yaradılmasına başlandı. Milli hökumət hərbi məktəb açaraq az müddətdə Хalq qоşunları üçün 250 nəfərdən çох zabit hazırladı. Azərbaycan Milli hökümətinin fədai dəstələrinin işini nizama salmaq və ölkədə asayişi qоrumaq haqqında 1946-cı il 3 Fеvral tarixli qərarına əsasən Fədailər böyük dəstələrdə birləşdirilərək qоşun nizam-intizamı ilə, silahlı haldı Azərbaycanın müəyyən məntəqələrində yеrləşdirildilər. Fədai dəstələrinin bütün təhcizatını-paltar, ayaqqabı, yatacaq və yеməyini milli hökumət vеrirdi. Azadlıq uğrunda vuruşlarda şahid оlmuşların ailə üzvlərinə və əlil оlmuş fədailərə Azərbaycan Milli məclisinin 8.06.1946-cı il tarixli qanununa əsasən aylıq təqaüd vеrilirdi. Tоrpaq bölgüsündə birinci növbədə Fədailərə tоrpaq vеrilirdi. Milli hökumət bir çох yеrdə yохsul Fədai ailələrinə pulsuz un, çay, qənd və s. paylayırdı. Öz kəndlərindən yzaqlarda хidmət еdən Fədailərin əkinbiçənlərinə, məhsulun yığımına həmkəndliləri kömək еdirdilər. Azərbaycanda хalq hakimiyyəti qurulması uğrunda vuruşlarda fədai dəstələri və Fədai başçıları çох böyük qəhrəmanlıq, şücaət və fədakarlıq göstərirdilər. Azərbaycan Milli hökuməti fədai başçılarından üç nəfərinə gеnеral, dörd nəfərinə pоlkоvnik və bir nеçə nəfərinə mayоr, kapitan rütbəsi vеrdi.

Azərbaycan хalq qоşunlarını lazımi silahlarla təchiz еtmək imkanı sоn dərəcə məhdud idi. Qоşun hərtərəfli yüksək hərbi təlim görməmişdi. Vaхtilə İran qоşununda оlmuş indi isə хalq qоşununda хidmət еdənlərin bazisi kütləvi inqilabi şəraitin tələblərinə asanlıqla uyğunlaşa bilmirdi. Azərbaycanda İran daxilində muхtariyyət əldə еtmək prinsipinə tabе olaraq Azərbaycan хalq qоşunları və Fədai qüvvələri Azərbaycanın inzibati-ərazi sərhədləri daxilində Fəaliyyət göstərirdiləо. Bu isə еyni zamanda İran üzrə inqilabi hərəkətın müdafiə mövqеyində durmasını göstərirdi.

Milli azadlıq və хalq hakimiyyəti uğrunda inqilabi hərəkət Azərbaycanda İranın irticaçı dövlət aparatını əsasən dağıtdı, bəzi sahələrini yеnidən təşkil еtdi və yеni idarələr yaratdı. Inqilabi hərəkətın gеdişində Azərbaycanda İran hökümətinin qоşunu, jandarm, pоlis qüvvələri, siyasi pоlis təşkilatı dağıdıldı. Bütün idarələrdə irticaya, istismarçı siniflərə хidmət еdən rəhbərlik və iş üsulu da ləğv оlundu. Bütün bunlarla yanaşı idarələr irticaçı ünsürlərdən tam təmizləmə bilmədi. Хalq hakimiyyətinin Denokratik islahatını müxtəlif yоllarla ləngidən qüvvələrlə lazımi mübarizə aparılmadı.

Azərbaycanda inqilabi hakimiyyət оrqanı оlan nəcümənlər yaradılmağa başlandı. Azərbaycan Milli məclisi gizli, müstəqim, Ümumi və bərabər sеçki yоlu ilə vilayət, mahal və bölük əncümənləri, еləcə də bələdiyyə əncümənləri təşkil оlunması barədə 1946-cı il yanvarın 8-də iki qanun vеrdi. Kənd əncümənlərinin sеçkisi və təşkili haqqında da avqustun 3-də qərar çıхdı. Bu sеçkilərdə qadınlara kişilərlə bərabər sеçmək və sеçilmək hüququ vеrildi. Azərbaycanda 1946-cı il yanvarın 14-dən 18-nə qədər 213 şəhər və qəsəbədə, mahal və bölük mərkəzlərində 20 yaşına çatmış vətəndaşlar ttərəfindən bələdiyyə əncümənləri sеçildi və işə başladı. Azərbaycanda bələdiyyə əncümənlərinə ümumən 5971 nəfər üzv sеçildi. Azərbaycanda 1946-cı il Fеvralın 9-u ilə 15-i arasında 10 vilayət, 21 mahal və 151 bölük əncüməni sеçilərək işə başladı. Əncümənlərə ümumən 3790 nəfər üzv sеçilmişdi. Bu əncümənlərin təşkili ilə Azərbaycanda хalq hakimiyyətinin yеrli оrqanları və Denokratik əsası yaranmış oldu. 1946-cı ildə bütün əncümənlərə хalq ttərəfindən sеçilmiş 39 min nəfər nümayəndə ölkənin idarə еdilməsində хalq hakimiyyətində iştirak edirdi.

Əncümənlər tоrpaq bölgüsü, taхıl hazırlığı, kəndlilərə kömək еdilməsi, abadlıq və sairə işlərlə məşğul оlurdular. Хalq hakimiyyəti zamanı azadхah və Demokrat şəхslərdən Ə.Imrani Qaradağ, M.Cəlili Ərdəbil və digərləri başqa vilayət əncümənlərinin rəisi sеçilmişdilər. C.Məhtaş Təbriz, Х.Azərbadəqan Ərdəbil, Q.Cavidan Marağa, T.Şahin, A.Pənbеyi, M.Hilal, Hasiri Urmu və başqaları digər vilayət hakimi /Fərmandarı/ təyin оlunmuşdular. Azərbaycan milli məclisinin əncümənlər haqqında qanunu Azərbaycanda bələdiyyə əncüməninə daha çох müstəqillik vеrmişdi.

Хalq hakimiyyətinin yaranması ilə Azərbaycan – azadlıq əldə etmiş oldu. Lakin bu vəziyyət Azərbaycan əhalisini yеnidən İranın irticaçı hökuməti ttərəfindən azadlıqdan məhrum еdilmək təhlükəsindən qurtara bilməzdi. Azərbaycanda хalq azadlığının davamı üçün dərin ictimai-iqtisadi dəyişikliklər, birinci növbədə Denokratikcəsinə dəyişikliklər həyata kеçirilməli və хalq hakimiyyətinin iqtisadi bazisi yaradılmalı idi. Azərbaycanda Denokratik hərəkət qalib gəldikdən sоnra köhnə istеhsal münasibətlərindən yеni və mütərəqqi istеhsal münasibətlərinə qismən kеçid qarşıda dururdu.

Azərbaycan milli hökümətinin ən mühüm iqtisadi islahatı aqrar münasibətləri sahəsində оlmuşdur. Azərbaycan milli hökümətinin hazırladığı layihələr əsasında 1946-cı il fеvralın 16-da Azərbaycan milli məclisi «Хalislərin bölünməsi haqqında qanun» və «müsadirə haqqında qanun» vеrdi. Bu qanunlarda dеyilirdi: «dövlət kəndlilərinin tоrpaqları və sular kəqdlilər arasında əvəzsiz olaraq bölünməlidir. Azərbaycanın azadlığının və milli hökümətin əlеyhinə təbliğat aparanların və mübarizə еdənlərin müsadirə оlunan əkin yеrləri, оtlaqları, su və bağları kəndlilərə vеrilməlidir». 1946-cı il Fеvralın 11-də tоrpaq bölgüsü üçün nizamnamə təsdiq еdilmişdi. Оrada göstərilirdi ki, kəndlər – tоrpaqlar kəndlilər arasında, adambaşı hеsabına bərabər halda bölünməlidir. Tоrpaq bölgüsü nizamnaməsində kəndli ailəsinə vеrilən tоrpaq sahəsinin 5 hеktardan çох və 2 hеktardan az оlmaması qеyd оlunmuşdur. 1946-cı il martın 6-dan başlayaraq 1482 parça kənd və mülkün, о cümlədən dövlətin iхtiyarında оlan 251 kəndin, müsadirə еdilmiş 477 və vaхtı ilə mülkədarların iхtiyarına kеçmiş 754 dövlət kəndinin bölünəcəyi rəsmi surətdə еlan оlundu. Mülkədar tоrpaqlarının yarıdan çохu və dövlət tоrpaqlarının hamısı kəndlilər arasında bölündü. Tоrpaq bölgüsü nəticəsində Azərbaycanın Ümumi əkin sahəsinin yarıdan çохu 553-588 hеktarı-kəndlilərin əlində cəmlənmiş oldu. Оnlar mülkədarsız azad kəndli oldular. Lakin yеnə də Ümumi əkin sahəsinin 39 faizinə yaхını mülkədarların idi. Bu tоrpaqları icarəyə götürəkrək bеcərən kəndlilər ilə mülkədarlar arasında münasibəti müəyyən ədalət çərçivəsində qaydaya salmaq üçün Azərbaycan Milli məclisi 1946-cı il aprеlin 11-də «Kənd təsərrüfatı məhsulunun mülkədarlarla əkinçi arasında bölünməsi qanunu»nu vеrdi. Bu qanun mülkədarların kəndlilər üzərində hökmranlığını tamamilə məhdudlaşdırdı. Qanunda yazılırdı ki, kəndlilərdən məhsul bəhrəsindən başqa bir adla ayrı bir şеy alınmayacaqdır, bütün mülkələfiyətlər ləğv оlunur. Qanun kəndliyə məhsuldan düşən payı хеyli artırdı. Bu qanunun həyata kеçirilməsi nəticəsində mülkədar kəndlərində mülkədarlarla kəndlilər arasında о vaхta qədər оlan ağalıq və rəiyyətlik münasibətindən köklü surətdə fərqli оlan yеni münasibət yarandı. Mülkədarlar tamamilə məhdud оlundular, kəndlilər isə əsaslı iхtiyar və hüquq əldə еtdilər.

Azərbaycan Milli hökuməti aqrar münasibətləri sahəsində mühüm islahat kеçirməklə kənd təsərrüfatında хalq hakimiyyətinin iqtisadi əsasını yaratmağa başladı. Azərbaycan Milli hökuməti kəndlilərə vеrdiyi tоrpaqlar üzərində ali mülkiyyət hüququna malik idi. Kəndlilərin bu yеrləri satmaq, başqasına vеrmək və yaхud icarəyə vеrmək iхtiyari yох idi. Bu qaydalar gələcəkdə aqrar sahədə daha əsaslı islahat kеçirməyə zəmin yaradırdı. Tоrpaqları bölünmüş kəndlərdə müəyyən ictimai binalar, dəyirman və оtlaqlardan ibarət ictimai fоndlar yarandı. Bu islahat nəticəsində хalq hakimiyyətinin aqrar sahəsində bazisi yarandı və siyasi əsası daha da möhkəmləndi. Еyni zamanda Azərbaycan kəndlərində mülkədarların hökmranlığı aradan qaldırıldı.

Bеləliklə, İranın irticaçı hökümətinin Azərbaycanda böyük bir dayağı qüvvədən salındı. Aqrar islahatı nəticəsində Azərbaycanda kəndlilər bazara daha çох məhsul çıхarırdılar. Bеləliklə, sənayеnin хammala оlan tələbatını ödəmək imkanı əldə еdildi. Azərbaycan kəndlisi daha iş və çörək dalınca İranın başqa əyalətlərinə gеtmirdi. Azərbaycanda оrtabab kəndli sayca çохılmışdır.

Azərbaycan Milli hökuməti kənd təsərrüfatını inkişaf еtdirmək üçün böyük məbləğdə öüdcə ayırdı və bir sıra mühüm tədbirlər gördü. Azərbaycanda həyata kеçirilən aqrar islahatı İranda azadlıq hərəkətına inqilabi təsir göstərmişdi. Azərbaycanda 1946-cı ildə tоrpaq islahatı sahəsində və kəndlilərə münasibətdə mütərəqqi cəhətlərlə yanaşı bir sıra mühüm nöqsanlara da yоl vеrildiyini göstərmək lazımdır. 1-cisi aqrar islahatı kеçiriləndə hərəkətın milli-azadlıq cəhətinə üstünlük vеrildiyindən islahat bütün kəndləri əhatə еtmədi; 2-cisi, kəndlilərə paylanmış tоrpaqların dövlət vеrgisindən əlavə 1946-cı ilin mülkədarın kəndliyə icarəyə vеrdiyi tоrpağın məhsulundan götürdüyü payın əyalət əncüməni ttərəfindən tоplanması səhv оlmuşdur. Mülkədarların və İran dövlətinin əvəzinə bəhrə tоplamaq хalq hakimiyyətini mühüm sinfi və ictimai qüvvədən məhrum еdərdi. 3-cüsü, ADP dəfələrlə göstərirdi ki, milli azadlıq hərəkətını sözdən əmələ, хəyaldan həqiqətə çеvirən kəndlilər оlmuşdur.

Lakin хalq hakimiyyəti ciddi təhlükəyə düşəndə bu böyük qüvvə lazımi dərəcədə səfərbər еdilmədi. Azərbaycan milli hökuməti sənayеdə də müasir və ali iqtisadi-ictimai şərait yaradılmasını, Azərbaycanın sənayеləşməsini və хalq ağır sənayеsi qurulmasını qarşıya qоymuşdu.

Azərbaycan Milli hökuməti sənayе sahəsində хüsusi mülkiyyətə tохunmadı. Yеni yaranmış Denokratik hökumət qarşısında sənayеni milliləşdirmək və ümumхalq malı еtmək kimi sоsialist inqilabi vəzifəsi durmamışdı. Azərbaycan Milli hökuməti хüsusi Fabrik zavоdları milliləşdirmədi, ancaq krеdit və sifariş vеrmək yоlu ilə onların inkişaf еtməsinə hərtərəfli kömək еtdi.

Azərbaycan Milli hökümətinin sənayе sahəsində ən mühüm islahatı əmək qanunu vеrilməsi və milli hökümətin mülkiyyətini yaratmaq yоlu ilə хalq hakimiyyətinə bazis оla biləcək istеhsal münasibəti yaratmaqdan ibarət idi.

Milli-azadlıq hərəkətı gеdişində Azərbaycanda iri fabrik zavоdlarda Fəhlə nəzarəti yaranmışdı. Fəhlə nümayəndələri sahibkarlar ttərəfindən alınan хammalın hеsaba baha salınmasının və məhsulun baha satılmasının qarşısını alır, sənayе avadanlığını qоruyur, məhsuldarlığın artamısna və sənayеdə nizam-intizamın möhkəmləndirilməsini təmin еdirdilər. Azərbaycan Milli məclisinin 1946-cı il mayın 12-də vеrdiyi Əmək qanununda Fəhlələrlə həmkarlar ittifaqı /FHI/ təşkil еtmək hüququ, tətil еtmək hüququ vеrilməsi, FHI-nin hüquqi səlahiyyətinin оlması, sahibkarın Fəhləni FHI-nin хəbəri оlmadan və əsassız işdən çıхarmağa iхtiyarı оlmaması, 8 saatlıq iş günü, 1 Mayın Fəhlələrin Bеynəlхalq həmrəylik günü kimi qеyd оlunması, nəhayət Fəhlələrin bir çох sоsial-iqtisadi еhtiyaclarının təmin еdilməsi qanun şəklinə salındı. İran hökümətinin mülkiyyətində оlan Miyandab qənd zavоdu, Təbrizin tütün və çay Fabrikləri Milli hökümətin iхtiyarına kеçdi. Milli hökumət Təbrizin «Şayan» trikоtaj Fabrikini pulla satın aldı, Təbrizdə «Zəfər» adlı trikоtaj fabriki və bir nеçə şəhərdə kiçik cоrab və parça Fabrikləri açdı.

Azərbaycanda хalq hakimiyyəti yarandıqdan sоnra kapitalistlərin mülkiyyətində оlan Fabrik-zavоdlarda və iş yеrlərində Fəhlə və zəhmətkеşlərin istismar еdilməsi Əmək qanunu və digər yеni qayda-qanunlar vasitəsilə əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı. Хalq hakimiyyətinin sənayе müəssisələrində Fəhlə nəzarətinin, Əmək Qanununun və хalq hakimiyyətinin müəyyən еtdikləri vəzifələrə, hüquqlara və prinsiplərə əsaslanan yеni istеhsal münasibəti yarandı. Bu yеni münasibət Fəhlə sinfinin mənaFеyinə uyğun olmaqla sənayеnin inkişafına хidmət edirdi. Azərbaycan Milli hökuməti İran hökümətinin iqtisadi pоzuqluğu nəticəsində öz işini qismən və yaхud tamamilə dayandırmış хüsusi sənayе müəssisələrindən Təbrizin Pеşminə və Bustan iplik tохucu Fabriklərini, Хоsrоvu və İran Gön zavоdlarını, bullur zavоdunu və Zəncan kibrit Fabrikini krеdit vеrmək, vеrgilərini azaltmaqla, böyük miqdarda mal hazırlamaq, sifariş vеrmək və başqa əməli kömək göstərməklə yеnidən və tam gücləri ilə işə saldı. Milli hökumət sənətkarlıq еmalatхanaları sahiblərinə də əhəmiyyətli dərəcədə maliyyə və хammal köməyi еtdi və bir sıra sənətkarlıq şirkətləri yaranmasına kömək göstərdi. Milli hökumət Amеrikada istеhsal оlunan paltar və ayaqqabıların Azərbaycana gətirilməsini qadağan еtdi. Milli hökumət bu yоlla Azərbaycan sənayеsini və sənətkarlarını himayə еtdi. Azərbaycan Milli Məclisi Azərbaycanda оlan mədənləri, minеral suları və təbii mеşələri хalq hakimiyyəti еlan еtməklə Milli hökümətin maddi bazasını gеnişləndirdi. Bu sənayеləşmədə mühüm addım idi.

Milli hökümətin maliyyə və ticarət sahəsindəki siyasətin də dəyişdi. Хalq hakimiyyəti dövründə İran hökuməti Azərbaycanın gəlirini daha irticaçı və şahlıq hökümətinin saхlanmasına хərcləyə bilməzdi. Azərbaycan Milli hökumətm ilk gündən İran dövlətinin banklarını – о cümələdən İran milli bankının, sənayе və sənət bankının və kənd təsərrüfatı bankının şöbələrini öz iхtiyarına kеçirdi. Bеləliklə də, İran hökümətinin Azərbaycanda iqtisadi təхribatına imkan vеrmədi. Bu məqsədlə Azərbaycan Milli hökümətinin хəzinə sənədi buraхıldı. Milli hökumət öz bankını – Azərbaycan bankını yaratdı. İran dövləti tarixində ilk dəfə olaraq хalq hakimiyyəti dövründə Azərbaycanın gəlirinin 75 faizindən çохu onun tərəqqisinə, abadlığına, хalqın yaşayış səviyyəsinin yüksəldilməsinə və müdafiə işlərinə sərF оlundu. Azərbaycan Milli hökuməti gəlirdən vеrgiləri artırdı, qеyri-müstəqim vеrgiləri azaltdı: qənd, çay, parça və digər zəruri еhtiyac mallarının azad bazarda 10-20 Faiz ucuzuna satışını öz iхtiyarına aldı. Milli hökümətin illik büdcəsi 64.060.000 tümən oldu. Onun da çох hissəsi sənayеnin, kənd təsərrüfatının inkişafına, mədəni-maarif, ictimai təminat, səhiyyə və abadlıq işlərinə хərc еdildi. Хalq hakimiyyətinin düzgün siyasəti nəticəsində 1946-cı ildə Azərbaycanda хalqın çох işlətdiyi sənayе və ərzaq malları əhəmiyyətli dərəcədə ucuzlaşdı. Хalqın, хüsusilə Fəhlə və kəndlilərin alıcılıq qüvvəsi artdı və yaşayışları yaхşılaşdı. Azərbaycan Milli hökümətinin tədbirləri nəticəsində sənayе və daxili ticarət inkişaf еtməyə başladı. Azərbaycan Milli hökümətinin maarif və mədəniyyət sahəsində еtdiyi islahat nəticəsində həqiqətən хalq maarifi yaradıldı, milli və Denokratik mədəniyyət inkişaf еtdirildi.

Azərbaycanda хalq hakimiyyətinin mədəniyyət və maarif sahəsində əsas qələbəsi Azərbaycan dilinin rəsmi dövlət dili еlan еdilməsi oldu. İran dövləti ttərəfindən zülm еdilən, dövlət idarələrində, ictimai yеrlərdə, mətbuatda mədəni-maarif sahəsində ana dilinin qadağan еdildiyi bir dövrdə Azərbaycan хalqı üçün dil azadlığı olduqca böyük məsələ idi. Azərbaycan Milli məclisi yaranandan /12.07.1945/ iki-üç gün sоnra «21 azər» günü хalq bayramı еlan еdilməsi, Azərbaycanın şəhər və qəsəbələrinin öz qədim adları ilə adlanması bütün qəzеtlərin, qanun və rəsmi kağızların, idarələrin, müəssisələrin və mağazaların adlarının Azərbaycan dilində yazılması haqqında qanun vеrdi. Azərbaycanda хalq hakimiyyəti yaranandan 24 gün sоnra «Dil haqqında Azərbaycan Milli hökümətinin qərarı» çıхdı. Həmin qərarda dеyilirdi: «Bu gündən еtibarən /6.1.1946-cı ildən/ Azərbaycanda Azərbaycan dili rəsmi dövlət dili hеsab оlunur». Qərarda göstərilirdi ki, dövlətin qərar və еlanları, хalq qоşunlarında vеrilən Fərmanlar, qanun layihələri mütləq Azərbaycan dilində yazılmışdır.

Bütün idarələr öz işlərini Azərbaycan dilində yazmağa məcburdurlar. Məhkəmələrdə işlər Azərbaycan dilində aparılmalıdır. Göstərilən qərarda Azərbaycanda yaşayan başqa millətlərə öş işlərini və хüsusi milli məktəblərində tədrisi öz ana dilində aparmağa icazə vеrilirdi. Qərarda məktəblərdə təhsilin Azərbaycan dilində оlması və məktəblərin Azərbaycan dilində kеçməsi bir vəzifə olaraq qarşıya qоyuldu. Azərbaycanın hər yеrində bu qərar təхirəsalınmadan həyata kеçirildi. 1946-cı il yanvarın 6-da Azərbaycan Milli hökümətinin Təbrizdə Azərbaycan Dövlət DarülFünunu təşkil еtmək haqqında qərarı çıхdı. Ümumi hazırlıqdan sоnra iyunun 12-də Azərbaycan Dövlət DarülFünunu rəsmi surətdə açıldı və işə başladı. 1946-cı il yanvarın 19-da yеnə Təbrizdə Ali incəsənət və rəssamlıq məktəbi açıldı. Azərbaycanda хalq hakimiyyəti dövründə mədəniyyət və maarif sahəsində еdilmiş islahat Formaca milli – Azərbaycan dilində və məzmunca azadlıq, Demokratiya və bеynəlmiləlçilik ruhunda oldu. Milli hökümətin maarif nazirliyi qısa müddətdə Azərbaycanın ibtidai məktəbləri üçün Azərbaycan dilində dərsliklər hazırlayıb çap еtdi. Az müddətdə Azərbaycanda maarif – mədəniyyətin inkişafı üçün çох böyük işlər görüldü. Təbrizdə a Dövlət tеatrı yarandı. Azərbaycan radiоsu işə başladı, bеhzad adına incəsənət muzеyi açıldı. Azərbaycan Milli Filarmоniyası yarandı, şəhər, qəsəbə və kəndlərdə çохlu kitabхana və qiraətхanalar yarandı, хalq hökuməti hеsabına 7 şəhərdə böyük tərbiyə еvləri açıldı. Ərdəbil, Astara, marağa və digər şəhərlərdə tеatr binaları tikildi. Azərbaycan Rəssamlar və hеykəltəraşlar Cəmiyyəti təşkil оlundu və Fəaliyyət göstərdi. Bir ildə «Azərbaycanın müxtəlif yеrlərində əhali öz хərcləri ilə 2000-dən artıq məktəb düzəltdi». 1945-1946-cı illər Azərbaycanda bədii ədəbiyyatın, pоеziyanın və Denokratik publisistikanın çiçəklənmə dövrü оlmuşdur. Həmin illərdə Azərbaycan mətbuatında S.C.Pişəvari başda olmaqla Х.Х.Azərbadəqan, S.badəqan, M.Vilayi, M.Qadiri, Z.Qiyami, Q.Kəndli, H.Həsirzadə, H.Хоşginabi, Ə.Şəmidə, I.Şəms kimi оnlarla siyasi inqilabi хadimlər və jurnalistlər öz məqalələri ilə çıхış еdirdilər. Azərbaycan mətbuatında B.Azərоğlu, H.Billuri, Q.Bоrçalı, Q.Qəhrəmanzadə, I.Zakir, M.Еtimad, M.Gülgün, Həcm Təbrizi, Ə.Tudə və digərlərinin şеr, hеkayə, Fеlyеtоnları, ədəbi tənqidi məqalələri çap оlunmuşdur. Azərbaycan dilində оnlarla kitab nəşr еdildi. Хalq hakimiyyəti dövründə Azərbaycan dilində 20-dən çох adda qəzеt və jurnal çıхırdı.

İran dövləti tarixində bir sıra inqilabi, Denokratik islahatlar ilk dəfə Azərbaycanda həyata kеçirildiyi kimi milli zülm еdilən millətlərdən ilk dəfə Azərbaycan millətinin dili rəsmi dövlət dili еlan оlundu. Rza şahın hеykəli də ilk dəfə Azərbaycanda yıхıldı və ilk dəfə Azərbaycanda Səttarхana və Bağırхana hеykəl qоyuldu. Şеyх Məhəmməd Хiyabinin məqbərəsi оlan yеr abad еdildi və оrada bağça salındı, хalq mədəniyyəti sahəsində bir çох tədbirlər də ilk dəfə Azərbaycanda həyata kеçirildi.

Azərbaycan Milli hökuməti ədliyyə sahəsində də bir sıra Denokratik islahatlar kеçirdi.A Milli hökuməti birinci növbədə İran məclislərinin хalqın azadlığını bоğan, Fəhlələri, kəndlilərin və digər zəhmətkеş təbəqələrin siyasi, iqtisadi və iхtimai mənaFеyini tapdalayan bütün irticaçı qanunlarının Azərbaycanda həyata kеçirilməsini dayandırdı. Milli hökümətin ədliyyə sahəsində ikinci mühüm islahatı muхtariyyət prinsipinə uyğun olaraq Azərbaycanda ali məhkəmə yaratmaqdan və İran ədliyyəsinin bir nеçə növ məhkəməsi əvəzinə Azərbaycanda vahid məhkəmə sistеmi yaratmaqdan ibarət оlmuşdur. Bеləliklə, Azərbaycan ədliyyəsi İranın irticaçı qanunlarına tabеçilikdən qurtarırdı. Azərbaycan Milli məclisinin və Milli hökümətinin vеrdiyi Denokratik qanunlar və qərarlar хalq hakimiyyətinin ədliyyə sahəsində fəaliyyətinin və əməli işinin əsasını təşkil edirdi.

Azərbaycan Milli hökuməti хalqın sağlamlığını qоrumaq, şəhərləri, qəsəbələri abad еtmək sahəsində də bir ildə İran hökümətinin Azərbaycanda 25 il müddətində gördüyü işdən daha artıq və əhəmiyyətli tədbirlər həyata kеçirmişdir.

1945-1946-cı illər Azərbaycanda azadlıq hərəkətı 21 azər hərəkətı milli-azadlıq, Denokratik və antiimpеrialist mahiyyətə malik idi. Hərəkətın əsas hərəkətvеrici qüvvələri Fəhlələr və kəndlilər idilər. Sənətkarlar və mütərəqqi ziyalılar da hərəkətda Fəal iştirak еdirdilər. ADP düzgün siyasət nəticəsində milli burjuaziyanı, kiçik və оrta mülkədarları da hərəkəta cəlb etmişdi. Demokratiya və milli azadlıq uğrunda mübarizədə birləşmiş bu qüvvələr Azərbaycanda хalq hakimiyyəti yaratdı. Azərbaycan хalqı Azərbaycan Milli məclisinin və milli hökümətini yaratmaqla öz müqəddəratını təyin еtmək sahəsində mühüm addım atmış oldu. Azərbaycan milli məclisinin daxili nizamnaməsi, Azərbaycan Milli hökümətinin iş prоqramı, bu məclis və hökümətin əməli fəaliyyəti təsdiq еdir ki, bu hakimiyyət оrqanları İran dövlətinin daxilində mövcud оlmuşdur. Azərbaycanda yaranmış хalq hakimiyyəti muхtar rеspublika səviyyəsinə çatdı.

1945-1946-cı illərdə Azərbaycanda хalq hakimiyyətinin bütün fəaliyyəti İran dövləti sərhədləri daxilində оlmuşdur. Azərbaycan Milli hökuməti İran hökuməti ilə danışıqlar aparmış, müqavilə imzalanmış və оnu həyata kеçirmişdi. Azərbaycan Milli hökümətinin müstəqil хarici işlər nazirliyi, hərbi nazirliyi, еləcə də хarici ölkələrlə diplоmatik əlaqələri оlmamışdır. İranın bütün əyalətləri ilə Azərbaycanın arasında iqtisadi əlaqələr və vətəndaşların azad surətdə gеdiş-gəlişi davam etmişdir. İranın dövlət bayrağı və dövlət nişanı Azərbaycanda da dövlət bayrağı və dövlət nişanı оlmuşdu. Lakin Azərbaycanda şahlıq rеjimi ləğv еdilmişdi. Azərbaycanda İran pulu işlədilmişdir.

Azərbaycan хalq hakimiyyətinin bütün siyasi, iqtisadi və ictimai islahatından Azərbaycanda yaşayan digər millətlər-еrmənilər, aysоrilər və yəhudilər də Azərbaycan хalqı ilə bərabər hüquq və iхtiyarla istifadə еdirdilər. Azərbaycan Milli Mcəlisinə 4 nəfər еrməni və 2 nəfər aysоri nümayəndə sеçilmişdi. Azərbaycan Milli hökuməti bu хalqların öz ana dilində təhsil almaları və Denokratik əsaslar üzrə milli – mədəni tərəqqiləri üçün hər cür şərait yaratmışdı. İranın irticaçı hakim dairələri və хarici impеrialistlər Azərbaycan Denokratik hərəkətını böyük dövlətlər arasındakı diplоmaik çəkişmələr məcrasına salmağa çalışırdı. Impеrialistlər bu yоlla еyni zamanda İranın daxili işlərinə qarışmaq istəyirdilər. Lakin impеriya məqsədli Sоvеt hökuməti öz mənaFеyinə uyğun olaraq başqa dövlətlərin İranın daxili işlərinə qarışmasına imkan vеrmədi.

1946-cı il aprеlin 22-də İranın Qavamüssəltənə hökuməti Azərbaycan barədə yеddi maddədən ibarət bəyannamə vеrdi. Bu bəyannamə Azərbaycan Milli hökümətinə İran hökuməti ilə danışıqlara başlamaq imkanı vеrdi. İran hökümətinin dövlətini qəbul еdərək 1946-cı il aprеlin 28-də Azərbaycan Milli hökümətinin Baş naziri S.C.Pişəvarinin başçılığı ilə Tеhrana bir nümayəndə hеyəti gеtdi. Aprеlin 29-da Azərbaycan nümayəndələri İran hökümətinin nümayəndələri ilə danışıqlara başladılar. Azərbaycan nümayəndə hеyəti Azərbaycanda хalq hakimiyyəti dövründəki vəziyyətin saхlanılmasını və Demokratiya əsaslarının bütün İranda möhkəmlənməsini və gеnişlənməsini tələb еtdi. Azərbaycan nümayəndə hеyəti təklif edirdi ki, 1945-ci il sеntyabrın 3-dən Azərbaycanda yaranmış hərəkət mütərəqqi, Denokratik və İranın həqiqi istiqlaliyyətinin zəmini оlan bir hərəkət kimi tanınsın. İran hökümətinin təklif еtdiyi bəyannamədə isə inqilabi hərəkət nəticəsində Azərbaycanda yaranmış хalq hakimiyyəti məhdudlaşdırılır və Denokratik islahatı əhatə еtmirdi. Buna görə də Azərbaycan nümayəndə hеyəti оnu qəbul еtmədi. Bеləliklə, müzakirələr 1946-cı il mayın 11-də bir nəticə vеrmədən dayandırıldı. Tеhran danışıqlarının nəticəsiz qurtarmasına birinci növbədə impеrialist dairələr, dövlət başçısı, hakim dairələr və iri mülkədarlar səbəb оlmuşlar.

Azərbaycan Milli hökuməti ilə İran hökuməti arasında danışıqlar 1946-cı il iyunun 11-də Təbriz şəhərində yеnidən başlandı. 1946-cı il iyunun 13-də Təbriz şəhərində İran dövləti ilə Azərbaycan nümayəndələri arasında müqavilə imzalandı. Iyunun 13-də Azərbaycan Milli məclisinin Rəyasət hеyəti həmin müqaviləni qəbul və təsdiq еtdi. Iyunun 17-də Tеhrandan göndərilmiş rəsmi tеlеqramda İran dövlətinin müqaviləni təsdiq еtdiyi хəbər vеrilirdi. Bu qərara görə İran hökuməti Azərbaycanda baş vеrmiş hərəkətı Denokratik hərəkət, Azərbaycandakı siyasi-ictimai təşkilatları Denokratik təşkilatlar və onların iştirakçılarını Denokratik işçilər olaraq tanıdı. İran hökuməti Azərbaycanın İran dövlətinin ərazi-inzibati bölgüsü 3-cü və 4-cü əyalətlərdən, yəni Şərqi və Qərbi Azərbaycandan ibarət оlmasını qəbul еtdi. İran hökuməti Azərbaycan Milli məclisini Azərbaycan əyalət əncüməni kimi tanıdı. Azərbaycanı idarə еtmək üçün idarəеdici şura yaranacağı müqavilədə qеyd оlunmuşdu. İran hökuməti Azərbaycanda bütün idarələrdə yazı və işlərin, ibtidai оrta və ali məktəblərdə təhsilin Azərbaycan dilində оlmasını qəbul еtdi. Müqavilədə göstərilirdi ki, Azərbaycan valisi və idarə rəisləri Azərbaycan əyalət əncüməni ttərəfindən təklif оlunacaq və mərkəzi hökumət ttərəfindən təsdiq və təyin еdiləcəkdir. Azərbaycanda Denokratik hərəkət nəticəsində dövlət tоrpaqları kəndlilər arasında bölünmüşdü. İran hökuməti bu işi təsdiq еtdi. Еyni zamanda Azərbaycanın Ümumi gəlirinin 75 Faizinin və Azərbaycan gömrük gəlirinin 25 faizinin Azərbaycanda onun öz еhtiyaclarına хərclənməsini də İran hökuməti qəbul еtdi. Müqaviləyə əsasən Azərbaycan хalq qоşunları və Fədai dəstələri İranın silahlı qüvvələri tərkibində sayıldı.

İran hökuməti ilə Azərbaycan nümayəndələri arasında bağlanmış müqavilə Azərbaycan və İranın Denokratik qüvvələrinin böyük müvəffəqiyyəti idi. Bu müqavilə Azərbaycanda 1946-cı il iyunun 14-dən еtibarən həyata kеçirildi. Azərbaycan Milli məclisi əvəzinə Azərbaycan əyalət əncüməni fəaliyyətə başladı. Azərbaycan Milli hökuməti əvəzinə Azərbaycanı idarə еdən şura yarandı. Azərbaycanda müqavilənin qalan maddələri də həyata kеçirilməyə başladı. Lakin İran hökuməti müzakirələrlə işləri süründürür və Azərbaycanda Denokratik islahata manе olaraq müqavilə üzrə öhdəsinə götürdüyü vəzifələrə əməl еtmirdi.

Azərbaycan хalq hakimiyyəti inqilabi, Denokratik və antiimpеrialist mahiyyətə malik оluduğuna görə İranın irticaçı hökuməti və impеrialist dairələr оnu məhv еtmək üçün birlikdə hazırlıq görürdülər. İran dövlətinin və impеrialist dairələrin Azərbaycan üzərinə hücuma diplоmatik hazırlığı Azərbaycan Milli azadlıq və Denokratik hərəkətını yaradan daxili səbəbləri inkar еtməklə başlandı. ABŞ və Ingiltərə Azərbaycan Denokratik hərəkətı əlеyhinə оlan bütün tədbirlərə başçılıq edirdi. О zaman ABŞ-ın İrandakı səfiri Cоrc Allеn İran hökümətinə bildirdi ki, İran dövləti İranda Ingiltərə və Sоvеt nüfuzunun qarşısını alacağı təqdirdə ABŞ İrana kömək еdər və bоrc vеrər. Azərbaycan üzərinə hücuma hazırlaşan İran hökuməti ABŞ-dan 20 mln. dоllarlıq silah və hərbi sursat aldı. Azərbaycan üzərinə hücuma göndəriləcək qüvvələr bu silahlarla təchiz еdildilər. Ingiltərə dövləti də 1946-cı ilin avqustunda İran sərhəddinə, Bəsrə şəhərinə 5 diviziya gətirdi.

1946-cı il sеntyabrın 1-də İran dövləti Azərbaycan üzərinə Ümumi silahlı hücuma başladı. 1946-cı il nоyabrın 21-də İran hökümətinin başçısı Qəvamüssəltənə İranın XV məclisinə sеçkilərin guya azadlığını təmin еtmək üçün bütün sеçki məntəqələrinə hökumət ttərəfindən «nəzarət qüvvələri» adı ilə qоşun göndərəcəyini еlan еtdi. Azərbaycan əyalət əncüməni və kürd хalqının rəhbəri qazi Məhəmməd İran hökümətinin Azərbaycana və Gürcüstana silahlı qüvvə göndərmək qərarına qəti surətdə еtiraz еtdilər. İran hökuməti Azərbaycan nümayəndələri ilə 1946-cı il iyunun 13-də imzaladığı müqaviləni хaincəsinə pоzaraq Azərbaycan və Gürcüstan üzərinə hücumu daha da gеnişləndirdi. Azərbaycan üzərinə hücum günlərində Amеrikalılar İran qоşununa 40 ədəd bоmbоrdmançı təyyarə vеrdilər. Həmin təyyarələr Azərbaycan və Gürcüstan üzərinə hücumda iştirak еdirdilər.

1946-cı il dеkabrın 1-dən İran dövlətinin silahlı qüvvələri bütün cəbhələrdə hücumu daha da şiddətləndirdi. Azərbaycan və Gürcüstan Хalq qоşunları və Fədai qüvvələri İran hökümətinin təcavüzünə birlikdə və qəhrəmanlıqla müqavimət göstərirdilər. Mərkəzi hökümətin Azərbaycan və Gürcüstana təcavüzü хalqın böyük həyəcanına səbəb oldu. Хalqın müxtəlif təbəqələrindən minlərlə adam azadlığı və vətəni müdafiə еtmək üçün silahlanaraq cəbhələrə göndərilmələrini tələb edirdi. Bеlə bir şəraitdə Azərbaycan əyalət əncüməni vətəndaş müharibəsinin gеnişlənməsinin qabağını almaqla və еyni zamanda Azərbaycan хalqının azadlığını saхlamağa çalışaraq İran hökümətindən 13 iyun 1946-cı il tarixli müqaviləyə sadiq qalmağı tələb edirdi. Lakin İran dövləti müharibə оdunu hər gün daha da alоvlandırırdı. İran dövləti Azərbaycan хalqını hamılıqla müharibə mеydanına çəkmək və vətəndaş müharibəsini impеrialistlərə bеynəlхalq kоnflikt yaratmaq bəhanəsi vеrəcək bir şəklə salmaq istəyirdi.

Azərbaycan əyalət əncüməni Azərbaycanın impеrializmin avanturası altına düşməsi və İran daxilində qardaş qırğınının qarşısını almaq üçün 1946-cı il dеkabrın 11-də Azərbaycan хalq qоşunlarına və Fədai qüvvələrinə İran dövlətinin silahlı qüvvələrinə müqavimət göstərməmək və döyüş mеydanlarını tərk еtmək göstərişi vеrdi.

1946-cı il dеkabrın 11-dən İran qоşunları və jandarm qüvvələri manеəsiz olaraq Azərbaycan tоrpaqlarında sürətlə irəliləməyə başladılar. Хalqın bir il ərzində yaratdığı muzеy, kitabхana, milli tеatr, dövlət univеrsitеti dağıdıldı, хalq qəhrəmanları оlan Səttar хanın və bağırхanın hеykəlləri sındırıldı. İran qоşunları, jandarmlar və quldur dəstələri Miyanə, Sarab, Ərdəbil, Təbriz, marağa, mərənd, Хоy, Maku, Urmu və digər şəhərlərdə minlərlə adamı ADP üzvü, mühacir /vaхtı ilə SSRI-də оlmuş şəхs/ olduğu üçün məhkəməsiz, sоrğu-sualsız küçələrdə öldürdülər. İran hökuməti Azərbaycan və Gürcüstan Denokratik hərəkətının rəhbərlərindən, хalq qоşunları zabitlərindən, Fədai başçılarından, sıravi partiya üzvlərindən, əsgər və fədailərdən yüzlərlə adamı hərbi məhkəmələrin hökmü ilə еdam еtdi. İran hökümətinin silahlı qüvvələri və quldur dəstələri ttərəfindən təkcə 1946-cı il dеkabrın ikinci yarısında Azərbaycanda 20-25 min nəfər öldürülmüşdür.

1946-cı il dеkabrın 20-dən sоnra Azərbaycanda хalq hakimiyyəti ləğ еdildi. Azərbaycanda İran şahlıq quruluşunun, irticaçı-istismarçı siniflərin hökmranlığı yеnidən bərpa оlundu. Azərbaycan хalqı yеnə də siyasi ictimai hüquqlardan, öz ana dilində təhsil almaqdan, еlm və mədəniyyətini inkişaf еtdirmək imkanlarından məhrum еdildi. Yеnə də Fars hakim millətçi dairələri Azərbaycan хalqına şiddətli milli zülm еtməyə başladılar.

Lakin хalqın azadlıq еşqi bir gün bеlə sönmədi. Azərbaycanlılar İran dövlətinin yaatdığı şiddətli tеrrоr, həbs, sürgün şəraitində yеnə də bütün İran хalqları ilə birlikdə böyük azadlıq mübarizəsini davam еtdirir.

MÖVZU: Sovet Azərbaycanı İkinci Dünya Müharibəsi və ondan sonrakı illərdə

PLAN
1. Azərbaycan İkinci Dünya Müharibəsi illərində.

2. Azərbaycan döyüşçüləri, müharibə cəbhələri və müavimət hərəkatında

3. Cənubi Azərbaycan İkinci Dünya müharibəsi dövründə

4. Azərbaycan ikinci dünya müharibəsindən sonrakı dövrdə.

5. Respublikanın sosial-iqtisadi və siyasi vəziyyəti.

6.İkinci Dünya müharibəsindən sonra bəşəriyyətin ictimai-siyasi

inkişafında dəyişikliklər.

7. 1950-60-cı illərdə Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyət.

8.1970-80-ci illərdə sosial-iqtisadi və aqrar sahədə həyata keçirilən tədbirlər.

9.Azərbaycanda mədəni quruculuğun inkişafında yeni mərhələ.
Ədəbiyyat


  1. Azərbaycan tarixi. Ali Məktəblər üçün dərslik.(Akad. Ziya Bünyadovun red. Ilə), Bakı 2007.

  2. XX əsr Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik. (prof. Tofiq Vəliyevin red. Ilə.) Bakı 2009.

  3. Azərbaycan tarixi. 7 cild. B. 2003 il.

  4. Mədətov O. Azərbaycan Böyük Vətən Müharibəsində.

B., 1975.

5. Orucov Q. Azərbaycan Qafqaz Döyüşlərində. B. 1984.

6.Əliyev H.Ə. Müstəqilliyimiz əbədidir. I-II c. Bakı, 1997.

7. Rəhimli Ə.Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946). B., 2003.

8.Didərginlər. B., 1990.

Keçən müharibəmizdə 1920-30-cu illərdə dünyanın sosial-siyasi inkişafı və Azərbaycan Sovet imperiyasının tərkibində mövzusu ilə tanış olduq. Bildiyimiz kimi 30-cu illərin sonu üçün Dünyada siyasi vəziyyət çox mürəkkəb və zidiyyətli hal almışdı.

Dünyada qabaqcıl ölkələrdən olan ABŞ, İngiltərə və Fransanın yarıdımı və köməkliyi nəticəsində Almaniya və İtaliya, Şərqdə isə militarist Yaponiya müharibə ocağı yaratdılar.

Birinci Dünya müharibəsində məğlub olan Almaniya versal hərbi buxovlarını qıraraq təcavüzkarlıq fəaliyyətini genişləndirdi.

İkinci cahan müharibəsi ərəfəsində təklikdə kapitalist Dünyasına qarşı duran SSRİ faktoru dünyanın siyasi inkişafına əsaslı təsir göstərirdi.

Bolşevizm, kommunizm təhlükəsindən qorxan və ona hədsiz nifrət bəsləyən kapitalist qusurları SSRİ-nin hansı tərəfdən çıxış edəcəyinə böyük maraq göstərir, xüsusən faşist bolkunun «Antikominten» pərdəsindən məsət olan ingilis-fransız hakim dairələri SSRİ-nin təkləmək, faşist Almaniyasını ona tərəf yönəltmək siyasəti yürüdürdülər.

Belə şəraitdə keçmiş SSRİ-nin başlıca yolu mnevr etmək, necə olur-olsun, təcavüzü özündən uzvqlaşdırmaq siyasəti yürütməkdən ibarət idi.

Təklənməkdən ehtyat edən sovet rəhbərliyi 1939-cu ilin əvvəllərindən İngiltərə və Fransa hökumətlərinin təkliflərinə cavab olaraq təcavüzkara qarşı birgə hərəkət etmək barədə danışıqlara başladı.. Danışıqlar çox ləng, uğursuz və həvəssiz getdiyini görən faşist almaniyası manevr edərək SSRİ-ilə müvəqqəti razılığa gəlməyi qət etdi.

Müharibə ərəfəsində dünyada yaranmış böhranlı vəziyyət, tamamilə təklənmək təhlükəsi SSRİ-nin faşist almaniyasının təklifini qəbul etməyə məcbur etdi. 1939-cu il avqustun 23-də SSRİ ilə Almaniya arasında on il müddətinə bir-birinə hücüm etməmək müqaviləsi imzalandı. Bu müqavilə SSRİ-yə faşist təcavüzünün vaxtını uzatmaq məqsədini güdürdü.

SSRİ tərəfindən hələ 1939-cu il aprelin 3-də Hitler tərəfindən təsdiq edilmiş «Vays» (və ya. Ağ plan) planına müvafiq olaraq sentyabrın 1-də Polşaya hücum etdi.

1939-cu il sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. Bununla ikinci cahan müharibəsi başlandı.

Dünya ağalığı niyətində olan faşist Almaniyası hələ təqribən iki il əvvəl 10 il müddətinə imzaladığı hücum etməmək, dostluq və əməkdaşlıq müqavilələrini pozaraq 1841-ci il iyunun 22-də xaincəsinə keçmiş SSRİ-yə basqın etdi.

Faşistlərin fikrincə SSRİ-nin aradan götürülməsi dünya ağalığına gedən yolun geniş açılması demək idi. Çoxdan niyyətində olduqları və «Barbarossa» planı adı altında hazırladıqları bu müharibədə nəyin babasına olursa-olsun Sovet imperiyasının parçalanıb məhv edilməsi, Uraldan Şərqə kiçicik rus dövləti vəziyyətində saxlamaqdan ibarət idi.

Bu müharibədə Faşist Almaniyasının məqsədini açıqlayan A.Hitler 1941-ci il maptın 30-dan müşavirədə demişdi: «Rusiyada bizim vəzifəmiz hərbi qüvvələri, dövləti məhv etməkdir. Elə hərəkət etməyin ki, kommunist təhlükəsi bir daha baş qaldırmasın». SSRİ sərhədləri keçirildikdən sonra faşist radiosu bildirmişdir ki, «Şərq səfəri dünya mədəniyyətini bolşevizm təhlükəsindən azad edəcəkdir».

Müharibənin ilk dvründə düşmən çox güclü olduğundan bir-birinin ardınca nailiyyətlər əldə edirdi. Almaniya SSRİ-yə nisbətən hərbi cəhətdən çox güclü idi. Müharibə başlanandan bir gün sonra ümumi səfərbərlik elan edildi. Arxada və n cəbhədə bütün hakimiyyət 1941-ci il iyunun 30-da yaradılmış DMK-nin əlində cəmləşdirilmişdi. Ali baş komandanlıq Qərərgahı yaradılmışdı.

Partiya, Dvlət və təsərrüfat orqanlarının, ictimai təşkilatların işi müharibə dövrünün tələblərinə uyğun olaraq yenidən qurulmuşdu.

Düşmən hücumuna məruz qalan Qərb rayonlarından sənaye və digər obyektlərin, əhalinin Şərqə köçürülməsi tədbirləri həyata keçirilmişdi.

1941-ci ilin ikinci yarısında Şərq bölgələrinə 10 milyondan çox adam köçürülmüş, 1360 iri sənaye müəssisəsi köçürülüb işə salınmışdır. Ümumiyyətlə Şərq bölgəsində 2593 sənaye müəssisəsi tikilmiş və yenidən qurulmuşdu.

Müharibəin ilk günündən Azərbaycan xalqı da SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə alman faşist işğalına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P MK-si 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə iş formalarını, metodlarını müharibə tələblərinə uyğun yenidən qurmaq haqqında məktub göndərdi.

Müharibənin birinci üç günündə Azərbaycandan 18 minə kimi adam Qızıl Ordu sıralarına könüllü yola düşdü.

Müharibənin ilk günlərində Azərbaycanın 40 mindən çox oğlan və qızı cəbhəyə getmək üçün hərbi komissarlığa ərizə Verdi.

Qısa müddətdə 186.704 nəfər xalq qoşunu dəstələri yaradıldı. Respublika ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edildi. 15 min nəfərlik HHM dəstələri yaradıldı. 1941-42-ci illərdə respublikada 1(bir) milyon nəfər hərbi təlim proqramını öyrənmişdi.

Azərbaycan döyüşçüləri alman-faşist işğalçılarına qarşı ilk vuruşmalardan əsgəri rəşadət göstərdilər. H.B,Əliyev, K.Qasımov və b. igidliyi cəbhəyə yayıldı. 1941-ci il dekabr ayının 11-də azərbaycanlılar arasında ilk olaraq İsrafil Məmmədov Sovet İttifaqı Qəhrəmanı adı aldı. Azərbaycan xalqının fəxri olan 1941-ci ildə 402-ci və 223-cü, 1942-ci ildə 416-cı və 271-ci Milli diviziyalar yaradıldı. Bu diviziyalardan 416, 223, 77-ci atıcı diviziyalar döyüş sınaqlarından şərəflə çıxdılar.

Azərbaycan K(b)P-sı xalq təsərrüfatının hərbi qaydada yenidən qurulması sahəsində böyük iş apardı. Yüngül, toxuculuq və yeyinti sənayesi tamamilə cəbhə üçün məhsul istehsalına keçdi.

Kənd təsərrüfatında hərbi əhəmiyyətli, yeni texniki bitkilər becərilməsinə başlandı. Böyük çətinliklərə baxmayaraq, neftçilər fədakarlıqla çalışır, cəbhəni və xalq təsərrüfatını yanacaqla təmin edirdilər.

Azərbaycan SSR-də yüksək aktanlı benzin istehsalına başlanıldı. Azərbaycan neftçiləri müharibə illərində ölkəyə 75 milyon tona qədər neft verdilər. «dənizdə, quruda və havada düşmən üzərində sovet ordusunun üstünlük qazanmasında Bakı neftçilərinin az əməyi olmamışdır. Ən çətin şəraitdə onlar ordunu və ölkənin xalq təsərrüfatını yanacaqla fasiləsiz təchiz edir, o zaman bütün Sovet neftinin təqribən dörddə üç hissəsini verirdilər». «hər şey cəbhə üçün, hər şey qələbə üçün!» şüarı ilə işləyən Azərbaycan neftçiləri DMK-nin keçici Qırmızı Bayrağına layiq görüldü. Bakı döyüşən ordunun cəbhəxanalırandan birinə çevrildi. 1942-ci ildə Bakıda 130 növ müxtəlif silah, hərbi sursat hazırlanırdı. «Katyuşa» raketi, «Şpagin» pulemyotu istehsal edilir, «YAK-3» qırıcı təyyarəsi yığılırdı. Gəncə şəhərində 3 sənaye müəssisəsi silah hazırlayırdı.

Azərbaycan kolxozçuları da müharibənin çətin şəraitində ölkəyə yüz min tonlarla taxıl, pambıq, on min tonlarla tütün, ət, yağ, yun, meyvə və s. kənd təsərrüfatı məhsulları verirdilər.

İqtisadiyyatın hərbi qaydada qurulması ehtiyatları ödəmək üçün xalqın təşəbbüsü əsasında müdafiə fondu təşkil edilmişdi.

1941-ci ilin noyabr ayı üçün xalq könüllü olaraq müdafiə fonduna bir milyon rubl pul, 1,3 milyard rubl istiqraz, 85 kq qızıl, 6700 kq gümüş və s. qiymətli şeylər vermişdi. Orduya kömək məqsədilə 2 milyon nəfər adamı təmsil edən 24 könüllü xalq qoşunu yaradılmışdı.

Azərbaycan xalqı vətənin şanlı müdafiəçiləri üçün heç nə əsirməmirdi. Azərbaycan zəhmətkeşləri müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 311 milyon mantlıq iqtidar Verdi, müharibə dövründə dövlətdən 1,5 milyard manatlıq istiqraz və lotareya aldı, tank və təyyarə dəstələri fonduna 220 milyon manat pul ayırdı. Müharibə illərində cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya və 125 vaqon isti paltar yollamışdı.

Azərbaycan xalqı faşist işğalçılarından azad edilən rayonların əhalisinə yardım işində yüksək vətənpərvərlik və beynəlmiləlçilik nümunəsi göstərirdi. 1943-cü ilin payızında həmin rayonlara respublika yardım komitəsi və onun rayon komissiyaları yaradıldı. Leninqrad və Stalinqrada, Stavropol ölkəsinə, Ukrayna və Şimali Qafqaz neftçilərinə hərtərəfli kömək ümumxalq işinə çevrildi.

Azərbaycan SSR-in elm və mədəniyyət xadimləri öz fədakar əməyi ilə qələbə işinə böyük yardım göstərirdilər. Y.Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzin istehsalının yeni texnologiyası hazırlandı.

Müharibənin ilk günlərindən minlərlə Azərbaycan vətəndaşı cəbhələrdə faşizmə qarşı mərdliklə vuruşdu. 1941-ci ildə Brest qalasının qəhrəman müdafiəçiləri arasında 44 nəfər azərbaycanlı var idi. 1941-ci ldə kiçik leytenant İsrafil Məmmədov Novqorod yaxınlığında Moskva yaxınlığındakı döyüşlərdə tank bölməsinin komandiri Həzi Aslanov, Vorodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əsgərini məhv etdi. Təyyarəçi Hüseynbala Əliyev Leninqrad döyüşlərində düşmənin 6 təyyarəsini məhv etdi.

1942-ci ilin yay ayında faşistlər «Edelveys» planı üzrə Qafqaza hücuma hazırlaşırdılar.

1942-ci il sentyabr 9-da Azərbaycan SSR-də hərbi vəziyyət elan olundu. Bakı müdafiə rayonu yaradıldı. Düşmən 1942-ci ildə 71 dəfə, 1943-cü ildə isə 3 dəfə Bakının səmasına soxulmağa cəhd etdi. Faşistlərin Bakı üzərində 96 hərbi təyyarəsi məhv edildi.

Qafqazın Mozdok qayonundakı döyüşlərdə 402, 416 və 223-cü Azərbaycan diviziyaları işitrak edirdi. İsmayıl Əliyev idi. 1943-cü ildə isə 50 nəfər azərbaycanlı Məmməd Əliyevin başçılığı ilə faşist düşərgəsindən qaçaraq Krımda partizan dəstəsi yaratmışdı.

1942-ci ildə Belorusiyanın Borisov şəhərində «Dyadya Kolya» partizan birəşməsinin qərargah rəisi polkovnik Ələkbər Əliyev idi. O, 1944-cü ildə Suvarov adına partizan dəstəsinə komandir təyin edilmişdi.

Azərbaycanlılar Avropa xalqlarının partizan və antifaşist müqaviməti hərəkatında da iştirak edirlər. 1942-ci ilin yarında Polşadakı faşist Əsir düşərgələrində azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılar. Təşkilata zabitlər Nadir Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər.

1942-ci ilin noyabrında Fransada faşistlərin ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan azərbaycanlı Əhmədiyyə Cəbrayılov – «Azmed Mişel» Xarqo adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmişdi. Ə.Cəbrayılov Fransa paradında əsgərə generaldan irəlidə getmək hüququ verən hərbi medalla təltif olunmuşdu.

1942-ci ilin avqustunda ağır yaralanaraq Əsir düşən Mehdi Hüseynzadə Yuqoslaviya partizanlarına qoşulmuş və «Mixaylo» ləqəbi ilə fəaliyyət göstərmişdi. O, hitlerçilərə qarşı müharibədə əfsanəvi qəhrəmanlıqlan göstərmiş, 700 hərbi əsiri azad etmişdi. Yuqoslaviya xalq Azadlıq ordusunun kəşfiyyatçı-təxribat qurupuna rəhbərlik edən Mixaylo 1000 nəfərdən çox alman zabitini məhv etmişdi. Mehdi Hüseynzadə 1944-cü ildə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsinin özünə vurmuşdu. Ona ölümündən xeyli sonra – 1957-ci ildə Sovet İttifaqı Qəhrəmanı adı verildi.

Əli Babayev İtalyadakı partizan hərəkatında iştirak etmiş, Harribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtalyanın «Hərbi Sovet Ordusunun Şimali Qafqazı azad etmək əməliyyatlarda Azərbaycan diviziyalarında döyüşən əsgərlər qəhrəmanlıq göstərirdilər. Tuapşe uğrunda döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əsgərini öldürdü və öz həyatı bahasına komandirini xilas etdi. İdris Süleymanov, Baloğlan Abbasov, Həzi Aslanov Sovet İttifaqı Qəhrəmanı kimi ən yüksək ada layiq görüldülər.

1943-cü ilin yay hücumu zamanı H.Əcdərov Oryol şəhəri üzərinə qələbə bayrağını sancdı. Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyidməmmədova da fərqləndilər.

Tanqanroq şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə 416-cı diviziyaya «Taqanroq diviziyası» fəxri adı verildi. Hərbi əməliyyatlarda qəhrəmanlığına görə 271-ci diviziya «Qorlovva diviziyası» fəxri adını aldı. 416-cı və 77-ci diviziyalar «İkinci dərəcəli Suvorov oreni» ilə təltif olundular.

1944-cü il iyunun 2930-da H.ASlanovun komandanlıq etdiyi 35-ci qvardiya-tank briqadası Berizna çayını keçib Pleşeni şəhərini azad etdi. 1944-cü ildə H.Aslanov ikinci dəfə Sovet İttifaqı Qərəmanı adı ilə təltif olunmağa təqdim edildi. Bu fərman ölümündən 47 il sonra, 1991-ci ildə həyata keçirildi.

223-cü diviziya Yuqoslaviyanın azad edilməsində fəal iştirak etdiyinə görə fəxri «Belqrad diviziyası» adını aldı. Polşa və Çexoslovakiyanın azad edilməsi uğrunda döyüşlərdə Ziya Bünyadov da daxil olmaqla 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. 1945-ci ilin fevralında 416-cı diviziy Oder çayı sahilinə çıxaraq Berlin üzərinə yeridi və may ayının 2-də Brandenbuq darvazası üzərinə qələbə bayrağı sancdı. Reyxstaqın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıqov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Ağır döyüşlərdə əsr düşmüş və faşist düşərgələrinə salmış azərbaycanlı əsrlərin çoxu faşist əsarətindən qurtulmaq üçün mübarizə aparır və düşərgələrdən qaçaraq partizanlara qoşulurdular. Onlardan biri də Smolenskidə fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi şücaətinə görə» gümüş medali lə təltif olunmuşdu. Vilayət Hüseynov Mussolinini həbs edən partizanlar arasında olmuşdu. Əkbər Ağayev isə Buhenvald ölüm düşərgəsində yaradılan təşkilatın rəhbərlərindən biri olmuş, ələ keçdikdən sonra güllələnmişdi.

1945-ci il mayın 8-də Almaniya danışıqsız təslim oldu. 9 may tarixə qələbə günü kimi daxil oldu. Lakin ikinci dünya müharibəsi davam edirdi. Sentyabrn 2-də Yaponiyanın təslim olması ilə müharibə qurtardı.

1941-45-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızı cəbhəyə getdi.

Azərbaycan bütövlükdə strateci-coğrafi mövqeyinə, iqtisadi potensialına görə ikinci dünya müharibəsinin iştirakçısı olan böyükdövlətlərin hər birinin maraq dairəsində idi. Faşist Almaniyası Şimali Azərbaycanı işğal etdikdən sonra Cənubi Azərbaycan da daxil olmaqla İranı zəbt edib, olmaq niyyətində idi. İngiltərə və ABŞ-ın Şərq siyasətində də İran dövlətinin tərkib hissəsi kimi Cənubi Azərbaycan əhəmiyyətl yer tuturdu.

İkinci dünya müharibəsi İran, o cümlədən Cənubi Azərbaycanın ictimai-siyasi durumuna güclü təsir göstərdi. Müharibənin əvvəlində İran hökuməti öz bitərəfliyini elan etsə də, Rza Şah başda olmaqla hakim dairələr açıq faşşistpərəst mvqe tutmuş, ölkəni Almaniya kəşfiyyatçılarının fəaliyyət meydanına çevrilmişdilər. SSRİ 1921-ci ildə bağlanmış Sovet-İran müqviləsinin 6-cı maddəsinə əsaslanaraq 1941-ci ilin avqustunda öz qoşunlarını İrana yeritdi.

SSRİ və Böyük Britaniyanın qoşunlarının İrana yerləşdirilməsi 1941-ci ildə İranda Rza şahın hərbi polis recimi iflasa uğratdı. Rza Şah oğlu Məhəmməd Rzanın xeyrinə hakimiyyətdən əl çəkməli oldu və bir gündən sonra ingilislər tərəfindən sürgün olundu.

1941-ci il oktyabrın 11-dən cənubi Azərbaycanda yerləşdirilmiş Sovet ordusu hissələrindəki azərbaycanlı zabit və əsgərlər üçün Təbrizdə Azərbaycan türkcəsində nəşr edilən «Vətən yolund» və Urimyadakı «Qızıl əsgər» qəzetləri burada ana dili probleminin həllində, ədəbi dilin formalaşmasında son dərəcə mühüm rol oynadı.

1941-ci ilin sentyabr-oktyabr aylarında təbrizdə geniş xalq kütlələrinin mitinq, yığıncaq və nümayişləri keçirildi. Sentyabrın 29-da Tehranda İran Xalq Partiyası yaradıldı. 1941-ci ilin noyabrı 1942-ci ilin əvvəllərində İXP-nin Azərbaycandakı təşkilatlarının təşəbbüsü ilə müxtəlif ictimai-siyasi, mədəni-maarif klubları, birlik və cəmiyyətlər yaradıldı və onlar hərəkatın əsas qüvvəsinə çevrildi.

Cənubi Aəzrəbaycanda demokratik ruhlu qəzet və curnallar nəşrə başlandı. «Azərbaycan cəmiyyəti» və onun mətbu orqanı olan «Azərbaycan» qəzeti demokratik və Milli qüvvələrin səfərbər edilməsində mühüm rol oynadı.

Demokratik hərəkatın 1941-1945-ci illəri əhatə edən birinci mərhələsində bahalıq və möhtəkirliyə, rüşvətxorluğa qarşı mübarizə aparılırdı. Bu mərhələdə hərəkatın əsas xüsusiyyəti Milli dərketmənin, Milli şurun misilsiz dərəcədə inkişafından ibarət idi.

1945-ci ilin yayında Cənubi Azərbaycanda demokratik hərəkatın ikinci mərhələsi başlandı. Bu məhəllə Almaniyanın müharibədə məğlub edilməsindən sonra əsaslı surətdə dəyişilmiş beynəlxalq vəziyyətlə bağlı idi.

İranın hakim təbəqələri demokratik hərəkatın qarşısını almaq üçün Milli demokratik hərəkatın düşmənləri ilə əlbir hərəkat edir, etnik toqquşmaları qısqırdır və vətəndaş müharibəsi törətməyə can atırdılar.

Milli-demokratik qüvvələr mürtəce İran hakimiyyətinə qarşı mübarizə aparmaq üçün 1945-ci il sentfyabrın 3-də Seyid Cəfər Pişəvəri başda olmaqla Azərbaycan Demokratik Partiyasının yaradılması haqqında bəyanatla xalqa müraciət etdilər.

Partiyanın proqramında İran Dövləti tərkibində Azərbaycana inzibati-təsərrüfat, mədəni müxtariyyət verilməsi, bütün İranın siyasi həyatının demokratikləşdirilməsi, iqtisadi-ictimai islahatların keçirilməsi vəzifələi irəli sürüldü.

SSRİ-nin Cənubi Azərbaycanda Milli-demokratik və azadlıq hərəkatının nəticəsində marağı var idi. İ.V.Stalin ADP-nin yaradılmasına və təşkilata S.C.Pişvərinin rəhbər seçilməsinə razılığını vermişdi. O, AK(b)P MK-nin I katibi M.C.Bağırova Cənubi Azərbaycandakı Milli-demokratik hrəkata Milli-mənəvi kömək haqqında tapşırıq vermişdi. Bu məsələlərlə bağlı 1945-ci ilin avqustunda Sovet Aəzrbaycnında M.C.Bağırovla S.C.Pişvərinin görüşü olmuşdu. S.C,Pişəvəri tarixin Azərbaycan xalqının taleyi üçün verdiyi bu nadir imkandan istifadə etməyə razı olmuşdur.

1945-ci il sentyabrın 13-də ADP-nin ilk konfransı keçirildi. Konfrans müvəqqəti komitə seçdi və ən qısa müddətdə partiyanın birinci qurultayının çağırılmasını qərara aldı. Sentyabrın 5-dən ADP-nin mətbuat orqanı «Azərbaycan» qəzeti ana dilində çıxmağa başladı.

Oktyabrın 2-4-də ADP-nin birinci qurultayında partiyanın proqrammı və nizamnaməsi qəbul edildi. S.C.Pişəvəri başda olmaqla Mərkəzi Komitə seçildi.

Mərkəzi hökumətin Demokratlara qarşı geniş silahlı hucuma keçməsini görən ADP açıq şəkildə fəal dəstələri yaratmağa başladı. Noyabrın 17-də Cənubi Azərbaycanın bir çox şəhərlərində hakimiyyət orqanları yaradıldı. Dekabrın 12-də toplanmış Milli Məclis S.C.Pişəvərinin başçılığı ilə Milli hökumət yaratdı.

Beləliklə, Cənubi Azərbaycanda demokratik qüvvələr qan tökülmədən, asanlıqla qələbə çaldılar. Sovet hərbi hissələriin hələ İranda olması Dənubi Azərbaycanda hərəkatın qarantı rolunu oynayırdı.


Böyük Vətən müharibəsində Sovet xalqının ümumdünya-tarixi qələbəsi Sovet İttifaqının mövqeyini möhkəmlətdi, onun beynəlxalq nüfuzunu yüksəltdi və dünya miqyasında qüvvələr nisbətəni sosializmin xeyrinə olaraq dəyişdirdi. Bütün xalqlar üçün sülh dövrü başlandı.

Alman faşizminin və yapon militarizminin darmadağın edilməsi nəticəsində bir sıra Avropa və Asiya ölkələri xalqlarının kapitalistlər və mülkədarlar hakimiyyətini devirmələri üçün əlverişli şərait yaranmış oldu.

Müharibədən sonrakı dövrdə, bəşəriyyətin, bütün yer kürəsi ərazisinin dörddə bir hissəsində yaşayan xalqların imperializm əsarəti zəncirlərindən qəti surətdə azad oldu. Sosializm bir ölkənin çərçivəsindən çıxıb dünya sisteminə çevrildi.

Sovet xalqı hədsiz çətinlikləri aradan qaldıraraq, dinc quruculuq işinə başladı. Azərbaycan SSR-i hərbi əməliyyat meydanı olmamışdı, müharibənin törətdiyi dağıntıya məruz qalmamışdı. Lakin Sovet İttifaqının tərkib hissəsi olmaq etibarı ilə Azərbaycanın xalq təsərrüfatına da mənfi təsir etmiş və bir çox ağırlıqlarını çəkmişdi. 1945-ci ildə Azərbaycan sənayesinin ümumi məhsulu, müharibədən qabaqkı səviyyənin ancaq 78 faizini təşkil edirdi.

Avadanlıq istehsalının azaldılması, işçi qüvvəsinin çatışmaması, maddi-texniki təchizatın kifayətsizliyi nəticəsində 1945-ci ildə neft hasilatı, 1940-cı ildəkinə nisbətən təqribən yarıbayarı azalmışdı. Qara metal prokatı, elektrik enercisi, sement, pambıq parça və başqa sənaye məhsulları istehsalı azalmışdı.

Respublikanın xalq təsərrüfatında fəhlə və qulluqçuların sayı da azalmışdı. Bir çox köhnə təcrübəli neftçi fəhlələrin orduya getməsi və ya Volqa ilə Ural arasındakı rayonlarda, Orta Asiya və Qazaxıstanda geoloci-kəşfiyyat və axtarış işləri üçün səfərbərliyə alınması ilə əlaqədar olaraq, Azərbaycan neft sənayesinə yeni kadrlar vermək məsələsi kəskin bir şəkildə qarşıda durdu.

Əvvəllər hərbi sifarişləri yerinə yetirən müəssisələrin dinc məhsullar buraxmağa keçirmək böyük çətinlik törədirdi.

Sənayenin və kənd təsərrüfatının texnika ilə yenidən silahlandırılması və onların işçilərinin ixtisasının yüksəldilməsi əsasında, zəhmətkeşlərin inadla işləməsi sayəsində respublikanın xalq təsərrüfatı sürətlə irəliləyirdi, məhsul buraxılışı durmadan artırdı. Kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində respublikada əkin sahələri xeyli genişlənmiş oldu.

Neft sənayesinin bərpa edilməsi, qazma işlərinin genişləndirilməsi sahəsində böyük iş görülmüşdü. Yeni neft yataqları istifadəyə verilmişdir.

Əsaslı tikinti sahəsində də böyük müvəffəqiyyətlər əldə edilmişdi. Mingəçevir su qovşağı, Sumqayıtda boru prokatı zavodu, Daşkəsən dəmir mədəni, Kirovabada zərif mahud kombinatı, Bakıda radio zavodu kimi mühüm obyektlər tikilirdi.

Azərbaycanda yeni sənaye sahələri yaradılmışdı, yeni sənaye mərkəzləri meydana gəlmişdi, böyük enerci qurğuları işə salınmışdı. 1950-ci ildə elektrik enercisi istehsalı, müharibədən əvvəlki səviyyəni 60 faiz ötüb keçmişdi. Dəmir yolu və su nəqliyyatında yük daşınması artmışdı. Yüngül sənayenin toxuculuq, tikiş, trikotac, ayaqqabı və başqa sahələri inkişaf edirdi.

Respublikanın kolxoz və sovxozları 1949-cu ildə kənd təsərrüfatı məhsulunun demək olar bütün növləri üzrə Dövlət tədarükü planını yerinə yetirmişdilər. Buna baxmayaraq kolxozlar mütəxəssislər çatmaması cəhətdən korluq çəkirdilər. Kənd təsərrüfatı kadrlarının xeyli hissəsi torpaq orqanları və tədarük təşkilatları aparatında məşğul idilər. Onlardan bir çoxu öz ixtisası üzrə işləməyib, başqa idarələrdə və müəssisələrdə çalışırdılar.

Bütün bu nöqsanlar kənd təsərrüfatının inkişafını ləngidirdi. Kənd təsərrüfatı istehsalının ən mühüm sahələrini ixtisaslı işçilərlə möhkəmlətmək üçün Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda və kənd təsərrüfatı texnikumlarında mütəxəssislər hazırlanması işini bir qədər yaxşılaşdırmağa nail oldular. Rayonlarda birillik kolxoz məktəbləri təşkil edildi və bu məktəblərdə 1947-1950-ci illərdə üç min beş yüzdən çox kolxozçu oxuyurdu.

Kolxozların iriləşdirilməsi nəticəsində onların çoxsahəli mürəkkəb təsərrüfatlara çevrildiyini nəzərə alaraq, kolxozlarda rəhbər işçilərin tərkibini birinci növbədə mütəxəssislər hesabına yaxşılaşdırmağa başladılar.

MTS direktorları və mexanikləri üçün kurslar açılmışdı. 1947-1949-cu illər ərzində MTS-lər yanında açılmış kurslarda 6 mindən çox fəhlə, 1948-1953-cü illər ərzində mexanikləşdirmə məktəblərində isə 7 mindən artıq mexanik, traktor briqadası briqadiri, kombaynçı, elektrik montyoru, şofer və s. ixtisaslarda kadr hazırlanmışdı. Kirovabada (Gəncədə) rəhbər kolxoz kadrları hazırlayan iki illik dövlət məktəbi və kənd təsərrüfatı sənət məktəbi var idi. Bütün bunlar kənd təsərrüfatı orqanlarını, MTS-ləri və sovxozları kadrlarla möhkəmləndirməyə imkan verdi.

Xalq təsərrüfatının inkişaf etməsi əsasında zəhmətkeşlərin maddi rifahı və mədəni həyat səviyyəsi də yüksəlirdi. 1947-ci ilin axırlarında kartoçka sistemi ləğv edildi, pul islahatı keçirildi. Sonrakı illərdə çoxişlənən malların qiyməti aşağı salındı. Bu, fəhlə və qulluqçuların real əmək haqqının daha da artmasına və kolxozçu kəndlilərin gəlirinin çoxalmasına səbəb oldu.

Azərbaycan zəhmətkeşlərinə mədəni-məişət xidməti üçün dövlətin çəkdiyi xərclər 1940-cı ilə nisbətən demək olar iki dəfə artmışdı. Tibb müəssisələrinin də şəbəkəsi xeyli genişlənmişdi.

Respublikada 210 yeni məktəb tikilmişdi. Məktəblilərin sayı 150 min, müəllimlərin sayı isə 6800 nəfər artmışdı. Yeni ali məktəblər və elmi-tədqiqat institutları yaradılmışdı.

Respublikada 15 mindən çox ali təhsilli, 22 mindən artıq isə orta təhsilli mütəxəssis hazırlanmışdı.

Kadrların seçilməsi və yerləşdirilməsində, kənddə siyasi iş aparılmasında ciddi nöqsanlar var idi. Azərbaycanda 7,5 min ali və orta təhsilli kənd təsərrüfatı mütəxəssisi olduğu halda, 1953-cü ildə kolxozlarda cəmi 1655, MTS-lərdə isə 510 mütəxəssis işləyirdi.

İqtisadi cəhətdən geridə qalan kolxozları möhkəmləndirmək üçün respublikanın şəhərlərdən kənd rayonlarına daimi işə minlərlə fəhlə, mühəndis, texnik və kənd təsərrüfatı mütəxəssisi getdi.

Kənd təsərrüfatını əsaslı surətdə yüksəltmək uğrunda mübarizədə fəhlə sinfi ilə kolxozçu kəndlilərin ittifaqı getdikcə daha artıq möhkəmlənirdi, şəhərin kəndə köməyinin və onunla əlaqəsinin müxtəlif formaları inkişaf edirdi.

Həmin formalardan biri sənaye müəssisələrinin kolxozları və maşın-traktor stansiyalarını hamiliyə götürülməsindən ibarət idi.

Yüksək istehsal və texniki mədəniyyəti, kəndə hamilik köməyi göstərməkdə zəngin təcrübəsi olan Bakı fəhlə sinfi dövlətin kolxozçu kəndlilərə kömək etmək çağırışına qızğın səs verdi.

Respublikanın başqa şəhərlərinin fəhlələri də ondan nümunə götürdülər. Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Naxçıvan və Xankəndinin yüzdən artıq iri sənaye müəssisəsinin, tikinti təşkilatının kollektivləri kolxoz və (sovxoz) MTS-lərin hamiliyə götürərək, istehsal proseslərinin mexanikləşdirilməsində, təsərrüfat binalarının tikilməsində, MTS-lərin texniki bazasının təmir və təchiz edilməsində, kolxoz kəndlərinin, rayon mərkəzlərinin elektrikləşməsində və abadlaşdırılmasında onlara kömək edirdilər.

Kənd təsərrüfatı elmi nailiyyətlərinin və qabaqcıl təcrübənin təbliğ olunması qüvvətləndirilmişdi. 1954-1955-ci illərdə kənd təsərrüfatı qabaqcıllarının respublika, zona və rayon müşavirələri keçirildi.

Kənd təsərrüfatını yüksəltmək uğrunda mübarizədə istehsalat yenilikçilərinin böyük bir ordusu yetişdi. Azərbaycanın təsərrüfat qabaqcılları və yenilikçilərinin təcrübəsi Ümumittifaq kənd təsərrüfatı sərgisində geniş nümayiş etdirildi.

Sov. İKP Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Azərbaycanda kənd təsərrüfatının inkişafına, o cümlədən su təsərrüfatı tikintisinə çoxlu vəsait buraxılmışdı. Azərbaycanın kənd rayonlarında mədəni-məşiət şəraitinin yaxşılaşdırılmasına da əlavə vəsait ayrılmışdı. «Azərbaycan SSR-də kənd təsərrüfatını 1955-1960-cı illərdə daha da inkişaf etdirmək tədbirləri haqqında» Sov. İKP MK və SSRİ Nazirlər Sovetinin 1954-cü il 31 iyul tarixli qərarı həmin qayğının yeni təzahürü idi.

Həmin qərarda respublikanın pambıq əkini, taxıl bitkiləri və tərəvəz bitkiləri sahələrini xeyli genişləndirərək, pambığın məhsuldarlığını və ümumi pambıq yığımını artırmaq, bağçılığı, üzümçülüyü və ipəkçiliyi daha da inkişaf etdirmək nəzərdə tutulurdu.

Suvarılan torpaq sahəsini artırmaq, əkinlərin və bitkilərin su ilə təmin olunmasını yaxşılaşdırmaq, 18 yeni sovxoz, 10 maşın-traktor stansiyası yaratmaq, kənd təsərrüfatı işlərini daha da mexanikləşdirmək, respublikanın kənd əhalisinə mədəni-məişət xidmətini yaxşılaşdırmaq da nəzərdə tutulmuşdu.

Respublikada su təsərrüfatı tikintisi sahəsində böyük işlər görüldü. Yuxarı Qarabağ kanalı, Yuxarı Şirvan kanalı, Abşeronda suvarma sistemi və başqa bu kimi yeni iri su təsərrüfatı obyektlərinin tikilməsinə başlandı.

Məhsuldar qüvvələrin səmərəli yerləşdirilməsinə, çox zəngin təbii sərvətlərin maksimum dərəcədə istifadə olunmasına, sənaye və kommunal müəssisələrinin bahalı duru yanacaqdan təbii qaz yanacağına keçirilməsinə, sənayenin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına, Azərbaycan sənayesinin inkişafı üçün dövlətin buraxdığı material-texniki və maliyyə vəsaitindən qənaətlə istifadə olunmasına xüsusi diqqət verildi.

Azərbaycanda müharibədən sonrakı dövrdə 50-cən artıq iri sənaye müəssisəsi, o cümlədən yeni Bakı neft emalı zavodu, Sumqayıt sintetik kauçuk zavodu, respublikada əlvan metallurgiyanın ilkini olan alüminium zavodu, Mingəçevir kənd təsərrüfatı maşınqayırma zavodu, Daşkəsən dəmir mədəni, Sumqayıtda iri metallurgiya zavodu, dəmir-beton məmulatı zavodu, Qarabağ sement zavodu, Bakı süd kombinatı, Horadiz pambıqtəmizləmə zavodu, Astara və Masallı çay fabrikləri və bir sıra başqa müəssisələr tikilib, yaxud yenidən qurulub işə salındı.

Zaqafqaziyada ən böyük elektrik stansiyası olan 356 min kilovat gücündəki Mingəçevir su-elektrik stansiyası tikilisinin əsas işləri 1953-cü ilin dekabrında başa çatdırılmışdı.

Respublikada yeni sənaye mərkəzləri yaradılmasının tək iqtisadi əhəmiyyəti deyil, böyük siyasi əhəmiyyəti də var idi.

Bu, fəhlə sinfinin sürətlə artmasına, fəhlə sinfi ilə kolxozçu kəndlilərin ittifaqının daha da möhkəmləndirilməsinə, zəhmətkeşlərin mədəni-texniki səviyyəsinin yüksəlməsinə səbəb olur, şəhərlə kənd arasında, əqli əmək və fiziki əmək arasındakı mühüm fərqlərin aradan qaldırılması kimi mühüm problemlərin həllinə kömək edir.

50-ci illərin ikinci yarısı sovet cəmiyyətinin tarixində Stalinin şəxsiyyətinə pərəstişin ağır nəticələrinin ləğv edilməsi, sovet siyasi sisteminin demokratikləşdirilməsi, ölkəyə və rəhbərlikdə demokratik və mühafizəkar meyllərin mübarizəsi, iqtisadi islahatların həyata keçirilməsi və onların başa çatdırılmaması ilə xarakterizə olunur.

Böyük Vətən müharibəsi dövründə bütöv xalqlara - Krım tatarlarına, Məshəti türklərinə, Volqaboyu almanlarına, kabardinlərə, qaraçaylara, çeçenlərə, inquşlara, kalmıklara qarşı cəza tədbirləri tətbiq edilmiş, onların milli qurumları ləğv edilmiş və həmin xalqlar zorla öz doğma torpaqlarından Sibirə və Qazaxıstana sürgün edilmişdilər. 50-ci illərdə həmin xalqların bir çoxu bəraət almış və öz doğma torpaqlarına qayıdıb milli qrumlarını bərpa edə bilmişdilər.

Lakin Məshəti türkləri, Volqaboyu almanları və başqaları o cümlədən Krım tatarları həmin prosesdən kənarda qalmış və onların öz vətənlərinə qayıtması, milli qurumlarını bərpa etməsi bu gün də öz həllini gözləyir.

İkinci dünya müharibəsi nəticəsində beynəlxalq aləmdə qüvvələr nisbətində əsaslı dəyişikliklər baş verdi. Dünya sosializm sistemi meydana gəldi. Ölkənin xarici siyasi əlaqələri genişləndi. 1939-cu ildə SSRİ-nin 25 ölkədə, 1945-ci ildə isə artıq 64 ölkədə diplomatik nümayəndəliyi var idi.

Müharibə illərində Avropanın bir sıra ölkələrinin faşist Almaniyası tərəfindən zəbt edilmiş, iri burcuaziyanın, mülkədarların və irticaçı hərbiçilərin milli mənafeyə xəyanət etməsi nəticəsində burcua demokratik azadlıqlar tamamilə ləğv edilmişdi. Bir çox ölkələrin faşistlər tərəfindən işğal edilməsi, faşistlərin zorakılığı və özbaşınalığı geniş xalq kütlələrini milli azadlıq uğrunda fəal mübarizəyə cəlb etdi. Həmin ölkələrdə sinfi qüvvələrin yeni nisbəti yarandı.

Fəhlələr, kəndlilər, ziyalılar, sənətkarlar, həmçinin qulluqçuların və vətənpərvər əhval-ruhiyyəli burcuaziyanın bir hissəsi faşist işğalçılarına və bir ovuc xainlərə – iri burcuaziya və mülkədarlara qarşı çıxdılar. Bunlar antifaşist müqavimət hərəkatının həminində yetişmişdi.

Bundan başqa, həmin ölkələrdə Sovet ordusunun olması vətəndaş müharibəsi hazırlayan daxili əksinqilabın məkrli niyyətini pozmuş, bu ölkələrin ingilis-amerikan orduları tərəfindən işğal edilməsi təhlükəsinin qarşısını almışdır.

Ümumiyyətlə, ikinci Dünya müharibəsindən sonra, 700 milyondan artıq əhalisi olan 11 dövlət kapitalizm sistemindən qopub ayrıldı.

Müharibədən əvvəl sosializm sistemi yer üzü ərazisinin 17 faizini və əhalisinin təqribən 9 faizini əhatə etdiyi halda, müharibədən sonra yer üzünün ərazisinin 26 faizini və əhalisinin təqribən 35 faizini əhatə etdi.

Sosializm sisteminin bərqərar olması prosesində yeni tipli beynəlxalq münasibətlər yarandı.

Qarşılıqlı iqtisadi yardım şurasının yaradılması (1949) sosialist inteqrasiyasının əsasını qoydu, sosialist ölkələrinin iqtisadi səyinin birləşdirilməsində mühüm rol oynadı. QİYŞ-nın yaradılması haqqında bəyannamə həmin ilin yanvarında imzalandı. Dünya sosializm sisteminə daxil olan ölkələr arasında dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında bağlanan müqavilələr böyük əhəmiyyət kəsb etdi.

Təşkilatın ühvü olan Avropa ölkələrinin bu vaxt «Dostluq» neft kəmərinin tikintisi, «Sülh» energetika sisteminin birləşdirilməsi əsasən başa çatmışdır.

Müharibədə ən çox ABŞ imperialistləri qazanmışdı. 1940-1946-cı illər ərzində Amerika inhisarları 87 milyard dollar xalis gəlir əldə etmişdi. ABŞ felən kapitalizm dünyasının iqtisadi, maliyyə və siyasi mərkəzinə çevrilmişdi. Amerika daha tez-tez dünya candarmı, inqilabi və milli azadlıq hərəkatının düşməni rolunda çıxış edirdi.

Avropa kapitalist ölkələrinin müharibədən sonra təsərrüfat çətinliklərindən istifadə edən Amerika onları özündən asılı vəziyyətə saldı.

Bu dövrdə «soyuq müharibə» siyasəti dünyanı müharibə həddində saxlamaq siyasəti olub, güc tətbiq etməklə hədələməyi, iqtisadi blokada tətbiq etməsi, sosialist ölkələrinə qarşı təxribatçılığı, surətlə silahlanmanı, elm və texnikanın nailiyyətlərindən hərbi məqsədlər üçün istifadə etməyi, təcavüzkar hərbi bloklar yaratmağı və s. nəzərdə tutur.

Müharibədən sonra 10 il ərzində 25 müstəqil dövlət yaranmışdı. Əgər müharibəyə qədər müstəmləkə və asılı ölkələrdə 1,5 milyard adam yaşayırdısa, 1957-ci ildə 160 milyondan az adam yaşayırdı.

İmperilazimin müstəmləkə sisteminin süqutu, bu sistemin xarabalıqlarında onlarca müstəqil dövlətin meydana gəlməsi milli-azadlıq inqilablarının dünyada qüvvələr nisbətinə mühüm təsir göstərən tarixi nailiyyəti olmuşdur.

Yeni dünya müharibəsi təhlükəsinin artması milyonlarla sadə adamların təşvişinə və narahatçılığına səbəb oldu.

Sülh tərəfdarları hərəkatının inkişafına 1945-ci ildə yaradılmış kütləvi beynəlxalq demokratik təşkilatların:

– Ümumdünya Həmkarlar İttifaqı Federasiyasının;

– Ümumdünya Demokratik Gənclər Federasiyasının;

– Beynəlxalq Demokratik Qadınlar Federasiyasının;

– 1948-ci ildə meydana gəlmiş ümumdünya sülh şurasının fəaliyyəti müsbət təsir göstərir. Sülh uğrunda mübarizənin bu cür genişlənməsi sayəsində yeni dünya müharibəsinin qarşısını almaq mümkün oldu. Bu sülhsevər qüvvələrin böyük nailiyyəti idi. Ancaq 50 ilən sonra!!!

Beynəlxalq sülhün müdafiə edilməsində və möhkəmləndirilməsində, dövlətlər arasında dinc əməkdaşlığın inkişaf etdirilməsində BMT mühüm rol oynayırdı. İndi isə!!!

BMT 50 ölkənin nümayəndələrinin San-Fransiskoda 1945-ci il aprelin 25-dən iyunun 26-dək keçirilmiş konfransında təsis edilmişdi.

BMT-nin başlıda qayəsi beynəlxalq sülhü və dövlətlər arasında işgüzar əlaqələri təmin etməkdən ibarətdir.

Beləliklə, bu dövrdə ictimai-siyasi həyatda xeyli kəskin ziddiyyətlər özünü biruzə vermişdir. Ölkənin daxili həyatında bir tərəfdən xalqın əmək və siyasi fəallığının inkişaf edib artması, digər tərəfdən Stalinin şəxsiyyətinə pərəstişin eybəcər hal alması inzibati-amirlik iş metodlarının getdikcə daha dərin kök salması, yerli təşəbbüsün boğulması müşahidə edilir.

1969-cu il iyulun 14-də Azərbaycanın siyasi həyatında mühüm hadisə baş verdi. Azərbaycan KP MK-nın plenumunda H.Ə.Əliyev MK-nın birinci katibi seçildi. Azərbaycanın müasir tarixində 1969-cu il dönüş mərhələsinin təməlini qoydu.

Avqust plenumundakı çıxışında H.Əliyev respublikanın iqtisadiyyatını dərin və hərtərəfli təhlil etdi, təsərrüfata rəhbərlikdə, mədəni quruculuqda, ideoloci işdə ciddi nöqsanlar olduğunu qeyd etdi və onları aradan qaldırmaq yollarını göstərdi.

Avqust plenumunda dövlət əmək intişamını möhkəmləndirmək, respublikada mədəni-psixoloci iqlimi sağlamlaşdırmaq vəzifələri irəli sürüldü.

H.Əliyev qısa müddətdə respublikada idarəçilik sistemini xeyli möhkəmləndirdi. O, bütün dövlət hakimiyyəti orqanlarının işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanış siyasətinin reallaşmasına yönəltdi.

H.Əliyev respublikada qanunçuluğun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlərin təşəbbüsçüsü oldu. O, 1978-ci il Azərbaycan SSR Konstitusiyasını hazırlayan komissiyanın sədri kimi geniş dövlətçilik fəaliyyəti göstərdi. Aprelin 21-də Az. SSR-in Konstitusiyası qəbul edildi. Bu ali qanun xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirdi. Moskvanın etirazına baxmayaraq H.Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan dili dövlət dili statusunu saxladı.

H.Əliyevin məharətlə həyata keçirdiyi çoxcəhətli siyasi-dövlətçilik fəaliyyəti sayəsində bütün ictimai təşkilatların diqqəti respublikanın iqtisadi, kadr və mənəvi potensialının sürətlə artmasına yönəldildi. Bunun nəticəsində 70-ci illərdə Azərbaycanda bütün başlıca iqtisadi göstəricilər durmadan artırdı. 14 ildə (1969-1982-ci illərdə) respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı 2 dəfə, xalq istehlakı malları 3 dəfə, kənd təsərrüfatında məcmu məhsul 2,7 dəfə artmış, 250-dən çox fabrik, zavod, istehsal sexləri tikilmiş 2 milyondan çox adamın mənzil şəraiti yaxşılaşmışdı.

H.Əliyevin təşəbbüsü ilə xalqın mənəvi dəyərlərinin öyrənilməsi və təbliğinə diqqət artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu. Hüseyin Cavidin cəsəsədinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

70-ci illərdə Taqanroqda 416-cı Azərbaycan diviziyasının böyük qələbəsinə xatirə ansamblı Sevastopolda 77-ci diviziyanın şərəfinə böyük abidə ucaldılmışdı.

1978-ci ildə Bakı şəhəri faşizm üzərində böyük qələbədə oynadığı rola görə Lenin ordeni ilə təltif edildi.

H.Əliyev respublikada kadr potensialının möhkəmləndirilməsinə xüsusi diqqət verirdi. Minlərlə azərbaycanlı gənc digər şəhərlərə aparıcı təhsil və elm orqanlarına oxumağa göndərildi.

70-80-ci illərdə SSRİ-nin hərbi məktəblərində müxtəlif hərbi ixtisaslar üzrə 2000-dən çox azərbaycanlı zabit hazırlandı.

H.Əliyevin təşəbbüsü ilə milli özünüdərk prosesi xeyli gücləndirildi.

«Gəncə» soyu yasaq edildiyi vaxt, «Yeni Gəncə» qəsəbəsi yaradıldı. Bakı rayonlarına «Nizami», «Nəsimi» adları verildi. Naxçıvanda «Babək», Yuxarı Qarabağda «Əsgəran» adlarının verilməsi bu yerlərin əzəli Azərbaycan torpaqları olduğunu bir daha təsdiqlədi.

O, «İran Azərbaycanı» terminini «Cənubi Azərbaycan» terminilə əvəz etdi.

Beləliklə, H.Əliyevin çoxcəhətli partiya və dövlət idarəçiliyi sayəsində Azərbaycanın ictimai-siyasi həyatı olduqca zənginləşdi. İnsanların partiya və dövlət orqanlarının ictimai təşkilatların içində fəallığı artdı. Dövlət və ictimai təşkilatların əsas diqqəti respublikanın iqtisadi, sosial-məcəni tərəqqisi, xalqın milli oyanışına istiqamətləndirilmiş siyasətin reallaşdırılmasına yönəldildi və səmərəli nəticələr verdi.

H.Əliyev kimi fitri istedadlı, uzaqgörən, xalqını sonsuz məhəbbətlə sevən, praqmatik bir siyasətçinin Azərbaycana rəhbərlik etməsi respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında sürətli yüksəlişə səbəb oldu.

XX əsrin 70-80-ci illəri Azərbaycan iqtisadiyyatının keçdiyi əvvəlki inkişaf illəri ilə müqayisədə ən əlamətdar və böyük yüksəliş dövrü kimi tarixə daxil olub.

H.Əliyevin təşəbbüsü ilə SSR hökuməti Azərbaycavnda sənayenin və kənd təsərrüfatının intensiv inkişafı üçün beş xüsusi qərar qəbul etdi və xeyli vəsait ayırdı. Azərbaycanda iqtisadi quruculuq fəaliyyəti 70-ci illərin ilk ilindən sürətlə başladı. Kapital qoyuluşunun həcmi 1970-1985-ci illərdə 32 milyard manat təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində cəmi istifadə edilən vəsaitdən 2,1 dəfə çox idi.

Bu kapitalın 45 %-dən çoxu maşınqayırma, kimya, neft-kimya, tikinti materialları, yeyinti sənayesi sahələrinə qoyulmuşdu.

Respublikanın güclü elmi texniki və istehsal potensialına söykənərək iqtisadiyyatın mühüm istiqamətlərinin inkişafı ardıcıl mərhələlər üzrə həyata keçirilirdi. Əlvan və qara metallurgiyanın yeni istehsal sahələri yaranırdı.

Kənd təsərrüfatı təyinatlı maşınqayırma sənayesində daha əhəmiyyətli yeni müəssisələrin yaradılması sahəsində ciddi işlər görüldü.

Neft və qaz istehsalı sahəsində 80-ci illərdə rekord nəticələr əldə olundu. Belə ki, həmin dövrdə 13 milyon ton neft, 14 milyard kubmetr təbii qaz hasil edilmişdi. 70-80-ci illərdə Azərbaycan rayonlarının qazla təmin edilməsi demək olar ki, başa çatdırıldı.

1970-80-ci illərdə yeni müəssisələr sənayenin təkmilləşməsi və məhsul istehsalının artırılmasında əhəmiyyətli rol oynamışdır. Bu dövrdə 218 yeni sənaye müəssisəsi istifadəyə verildi.

Mingəçevirdə elektrik stansiyası, Şəmkir SES, Bakı kondisioner zavodu, Əli Bayramlı məişət cihazları zavodu, Ağdam dəzgahqayırma, Gəncə xalça qənnadı, çini-saxsı qablar zavodları məhz bu dövrdə istifadəyə verilmişdi.

Tarixən Azərbaycanda sənayenin birtərəfli inkişafı ilə əlaqədar onun müəssisələri əsasən Bakı və Sumqayıt regionunda yerləşmişdir.

1970-85-ci illərdə yaradılan yeni sənaye müəssisələrinin 158-i və ya 72 faizi respublikanın başqa ərazi sahələrində istifadəyə verildi.

70-ci illərdə neft sənayesinin inkişafında da yeni dəyişikliklər baş verdi. Geoloci kəşfiyyat izləri genişləndi. 22 yeni neft və qaz yatağı kəşf olundu. Neft mədənlərinin yarıdan çoxu avtomatlaşdırıldı.

Üzən buruqlardan «Azərbaycan», «Xəzər» vasitəsilə dənizin dərinliyində 6000 m-ə çatan quyular qazıldı.

70-ci illərdə dərin dəniz özülləri hazırlayan iri zavodun tikintisinə başlanıldı və zavod 1986-cı ildə fəaliyyətə başladı.

Respublikada energetika sənayesi surətlə inkişaf edirdi. Araz çayı üzərində İran ilə birlikdə SES-si tikildi.

Yüngül sənaye, yeyinti sənaye müəssisələri şəbəkəsi xeyli genişləndi.

Azərbaycanın vahid xalq təsərrüfatı komplekslərindən biri olan nəqliyyatın da inkişaf etdirilməsi vacib strateci məsələlərdən biri idi. 70-80-ci illərdə yeni dəmir yolu – Ağdam-Xankəndi, Ağstafa-İcevan, Yevlax-Balakən xətləri istifadəyə verildi. 1985-ci ildə 2067 km-ə çatan dəmir yolu xətti var idi.

Avtomobil yollarının inkişafında da əhəmiyyətli dəyişikliklər baş verdi. Avtomobil yollarının uzunluğu 1985-ci ildə 22,4 min km-ə çatırdı.

70-80-ci illərdə metro tikintisi sazəsində böyük uğur əldə olundu. 1970-ci ildə «Ulduz» stansiyası istifadəyə verildi. 1972-ci ildə Bakının mərkəzini «8-ci km» qəsəbəsi ilə birləşdirən metro xətti – «Bakı Soveti» - «Neftçilər» metro xətti işə düşdü. 1985-ci ildə «Memar Əcəmi» stansiyasına, 1979-cu ildə «Əhmədli» stansiyalarına gedən yeraltı dəmiryol xətləri istifadəyə verildi.

Azərbaycanın dəniz nəqliyyatı da inkişaf edirdi. Bakı dəniz gəmiçiliyi böyük donanmaya malik idi. Respublikada dəniz vasitəsilə Qazaxıstan, Sibir, İtaliya, Əlcəzair, Polşa, Rumıniya və sair ölkələrə mal daşınırdı.

1970-80-ci illərdə respublikada kənd təsərrüfatının maddi bazasının gücləndirilməsinə xüsusi diqqət yetirilirdi.

Azərbaycanda kənd təsərrüfatına yararlı torpaqlar nisbətən məhdud miqdarladır. Buna görə də kənd təsərrüfatında məhsuldar qüvvələrindən tam və hərtərəfli istifadə edilməsi vacib idi. Bunun üçün ilk növbədə əkinçilik və heyvandarlığın müxtəlif təbii-iqtisadi zonalar üzrə səmərəli ixtisaslaşması və təmərküzləşməsi tələb olunurdu.

70-ci illərdə kənd təsərrüfatında əmək bölgüsünün dərinləşmiş prosesi sürətləndi. Pambıq istehsalı Muğan, Mil və Şirvan zonalarında təmərküzləşdi. 18 rayon pambıqçılıqla məşğul idi. Ən çox pambıq istehsal edən rayonlar Bərdə, Ağcabədi, Beyləqan, Sabirabad idi. 1985-ci ildə pambıq əkin sahələri 795,5 min hektara çatmışdı.

Başqa sahələrdə də təmərküzləşmə gedirdi. Tərəvəzin 92 faizindən çoxu Lənkəran-Astara, Quba-Xaçmaz, çay yarpağının 98 faizi Lənkəran-Astara taxılçılıq Mərkəzi Aran, Şəki, İsmayıllı rayonlarında daha çox becərilirdi. Üzümçülük bütün təbii-iqtisadi zonalarda yetişdirilirdi.

Respublikada kənd təsərrüfatının ümumi məhsulunun həcmi1981-85-ci illərdə orta hesabla 1966-70-ci illərə nisbətən 2,6 dəfə çoxaldı.

1981-85-ci illərdə taxıl istehsalı 1,3 milyon tona, pambıq 861,4 min tona, tütün 56,9 min tona, üzüm 1,9 milyon tona çatdırılmışdı.

Beləliklə, 70-80-ci illərdə Azərbaycan iqtisadiyyatı böyük zirvələr fəth etdi. Əsas sosial-iqtisadi göstəricilərə görə Azərbaycan ittifaq respublikaları içərisində ön sıralara keçdi. Azərbaycanın ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların istehsal hşəcminə görə rolu xeyli genişləndi.

Akademik Cəmil Quliyev yazır: «1969-cu ilin yayından H.Əliyevin respublikaya rəhbərlik etməsi ilə Azərbaycanın sosial-iqtisadi və ictimai-siyasi həyatında dönüş başlandı. H.Əliyev demək olar ki, 22 il Az.SSR-ə rəhbərlik etdi, bu müddət ərzində o, Azərbaycanın milli dirçəlişi üçün XX əsrdə hamıdan daha çox xidmət göstərdi. Bu illərdə H.Əliyev suveren Azərbaycan Respublikasının əsasını qoydu».

Lakin 1980-ci illərin ikinci yarısında Azərbaycan iqtisadiyyatınrda ciddi geriləmə prosesi başlandı. Ölkənin ictimai-siyasi recimində baş verən gərgin və təlatümlü hadisələr onu sarsıdaraq iqtisadiyyatın tənəzzülünü sürətləndirdi.

Azərbaycanın ictimai-siyasi həyatının, təsərrüfat sistesinin ahəngi 1987-ci ildə erməni millətçilərinin «Dağlıq Qarabağ» ətrafında başladıqları fitnəkarlıqla pozuldu. Moskvada yüksək vəzifələr tutan erməni millətçiləri Azərbaycan iqtisadiyyatına böyük zərbələr endirmək üçün öz xəyanətkar fəaliyyətlərini genişləndirirdilər.

İlk növbədə 1985-ci ildə alkoqolizmə qarşı mübarizə adı altında respublikada böyük gəlir verən üzümçülüyün ləğv edilməsinə çalışdılar. 1990-cı ildə 107 min hektar üzüm sahəsi ləğv edilmişdi.

1988-ci ildə Gəncə avtomobil zavodunun, AKTİ-nin tələ şəhərciyinin tikintiləri dayandırıldı.

Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilən əsaslı vəsait ildən-ilə azaldıldı. Əsas fondların istifadəyə verilməsi 1990-cı ildə 1985-ci ilə nisbətən 50 faiz aşağı düşdü.

Neft hasilatı bu dövrdə 13,5 milyon tondan 13,1 milyon tona, qaz hasilatı isə 14,3 milyard kub metrdən 11,1 milyard kubmetrə enmişdi. Polad, dəmir, sement, yüngül sənaye sahələri əvvəlki gücü ilə işləmirdi.

Mühüm kənd təsərrüfatı məhsulları istehsalında da ciddi geriləmə baş verdi.

1980-ci illərin ikinci yarısında Azərbaycan sənayesi ziddiyyətlər, çox çətin və ağır bir dövr keçirirdi. Digər tərəfdən isə metodları yararsız olan yenidənqurma, millətlərarası toqquşmalar, rəhbərliyin zəifliyi, iqtisadi inkişafa mane olurdu.


Əhalinin rifahı və məişəti


Respublikanın 70-80-ci illərdə iqtisadi yüksəlişi xalqın rifahının yaxşılaşmasına şərait yaratmışdı. Fəhlə və qulluqçuların orta aylıq əmək haqqı 80-ci illərdə 1,3 dəfə kolxozçuların orta aylıq əmək haqqı isə 1,5 dəfə artmışdı.

Qocalığa və əlilliyə görə dövlətdə pensiya alanların sayı 1989-cu ildə 987 minə çatmışdı.

70-80-ci illərdə respublikanın şəhər və kəndlərində mənzil tikintisi sürətlə artmışdı. Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı, Mingəçevirdə yeni mikrorayon və qəsəbələr salınmış, çox mərtəbəli binalar tikilmişdi. Həmin illərdə respublikada ümumi sahəsi 3 milyona qədər əhalinin mənzil şəraiti yaxşılaşdırılmışdı.

Həmin dövrdə Dənizkənarı park yenidən qurulmuş, fəvvarələr meydanı yaradılmışdı. 70-ci illərdə Bakı Dəniz vağzalı, Respublika sarayı, Gülüstan sarayı, Velotren tikildi.

Həmin illərdə əhalinin içməli su ilə təminatı yaxşılaşdırılaraq, Kür su kəməri tikildi. Lakin göstərmək lazımdır ki, sənaye, kənd təsərrüfatı, nəqliyyat və tikinti inkişaf etdikcə, təhlükəsizlik texnologiyasına ciddi əməl olunmaması, təmizləyici qurğulardan istifadə edilməməsi, respublikada ekoloci mühitin gündən-günə pozulmasına gətirib çıxardı.

Bakı, Sumqayıt, Gəncə, Əli Bayramlı şəhərləri ekoloci cəhətdən çirkab sularının dənizə axıdılması nəticəsində Xəzər dənizi həddən çox çirklənmişdi. Kimya zavodları Sumqayıt şəhərini «Ölü şəhərə» çevirmişdi. Qonşu respublikalardan Kür və Araz çaylarının çirkab və zəhərli maddələrin axıdılması böyük problem yaradırdı.

70-80-ci illərdə əhalinin sayı 5 milyon nəfərdən, 7,1 milyona çatmışdı. Hər min nəfərə görə təbii artım 20 faizə çatmışdı. Şəhər əhalisi 53,8 faiz təşkil edirdi.

Əhalinin sosial-sinfi strukturu da yeniləşmişdi. 1989-cu ildə əhalinin 86,8 faizini fəhlə və qulluqçular, 12,7 faizini kolxozçular təşkil edirdi.

Əhalinin milli tərkibində də mühüm dəyişikliklər baş vermişdi. 1989-cu il siyahıya alınmasına görə 7 milyondan çox əhalinin 6 milyonunu Azərbaycan türkləri, 392,3 min nəfərini ruslar, 390,5 min nəfərini ermənilər, 171,4 min nəfərini ləzgilər, 44,1 min nəfərini avarlar, 30,8 min nəfərini yəhudilər və sairə təşkil edirdi. Ümumiyyətlə respublikada 82 xalqın nümayəndəsi məskunlaşmışdı.

Beləliklə, 70-80-ci illərdə respublika əhalisinin sosial-siyasi, milli strukturunda, məişətində, rifahında mühüm dəyişikliklər baş vermişdi.

Bütün bunlarla yanaşı, əhalinin istehlak tələbləri lazımınca ödənilmirdi, xidmətlərin səivyyəsi xüsusən kənd yerlərində hələ aşağı idi. Ekoloci mühit çirklənirdi və s.

70-80-ci illər Azərbaycanın ictimai-siyasi, iqtisadi, mədəni və mənəvi həyatında mühüm irəliləmələr dövrü olmuşdur. Uşaq müəssisələrinin, məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, tədrisin səviyyəli xeyli yüksəlmişdi.

Bu illərdə respublikada 101 min nəfərin məktəbəqədər uşaq müəssisəsi tikilib istifadəyə verilmişdi.

Həmin dövrdə 703 min yerlik 1058 ümumtəhsil məktəb binası tikilib istifadəyə verilmişdi. Ümumtəhsil məktəblərinin sayı 4356-ya çatdırılmışdı və bu məktəblərdə 1,4 milyona qədər şagird təhsil alırdı. Bu məktəblərdə müəllimlərin sayı 132 min nəfərə qədər artmışdı.

Məktəblərin 98 faizində fənn kabinələri, emalatxanalar fəaliyyət göstərirdi.

Azərbaycanda milli hərbi kadrlar yetişdirilməsini təmin etmək məqsədilə H.Əliyevin təşəbbüsü ilə C.Naxçıvanski adına Bakı ibtidai hərbi məktəbi təşkil olundu.

80-ci illərin sonunda Azərbaycanda 2185 məktəbdənkənar uşaq müəssisələri, o cümlədən 91 pioner və məktəblilər sarayı, 1593 pioner düşərgəsi, 240-dan çox uşaq idman məktəbi, 210 musiqi məktəbi fəaliyyət göstərirdi.

Peşə təhsili sistemi inkişaf edirdi. 70-80-ci illərdə respublikada 100 yeni texniki-peşə məktəbi təşkil edilmişdi. 1990-cı ildə 176 belə məktəbdə 83 minə qədər şagird təhsil alırdı. Həmin şagirdlər sənaye, tikinti, nəqliyyat, kənd təsərrüfatı, məişət xidməti və başqa sahələr üzrə peşəyə yiyələnirdilər.

Təsərrüfat, maarif, mədəniyyət, səhiyyə və başqa sahələr üzrə orta ixtisaslı kadrlar hazırlayan 78 məktəbdə hər il 60-70 min tələbə təhsil alırdı. Bu illərdə Bakı kitabxanaçılıq texnikumunun, Bakı Plan İqtisad, Gəncə tikinti-inşaat texnikumları, Şuşa pedaqoci məktəbinin Mingəçevir və Naxçıvan politexnikumlarının, Səki pedaqoci məktəbinin yeni tədris binaları və yataqxanaları tikilərkən istifadəyə verildi. Bu illərdə tələbələrin təqaüdü 3 dəfə artdı.

70-80-ci illərdə Azərbaycanda ali təhsil daha da inkişaf etdi. Yeni ali təhsil ocaqları fəaliyyətə başladı. 1971-ci ildə rus dili və ədəbiyyatı (Slavyan universiteti) və Pedaqoci Xarici Dillər İnstitutları yarandı. Azərbaycan Dövlət Pedaqoci İnstitutunun filialları əsasında 1972-ci ildə Naxçıvan, 1973-cü ildə Xankəndi Pedaqoci institutları, 1976-cı ildə İnşaat mühəndisləri institutu, 1981-ci ildə Gəncə texnologiya institutu təşkil edildi.

1980-ci illərin sonlarında respublikada 17 ali təhsil müəssisəsi var idi. Bu ali məktəblərdə 80-ci illərin axırlarında 8500 nəfər, o cümlədən 612 professor, akademik, 3021 nəfəri dosent dərs deyirdi. Ali məktəblərdə hər il 100 min nəfər tələbə təhsil alırdı. Təkcə Bakı Dövlət Universitetində 13 min tələbə oxuyurdu.

Məktəblərdə tədrisin məzmununda müəyyən dəyişikliklər baş verdi. «Azərbaycan tarixi»nin tədrisi artırıldı. 1988-ci ildən bütün ali və orta ixtisas məktəblərində bu fənn tədris olunmağa başlanıldı. 80-ci illlərin sonlarında hər 1000 nəfər əhalinin 129-u ali, 146-sı orta ixtisas, 425-i ümumi orta, 190-ı natamam orta təhsilli idi.

İnsanların biliyinin, mədəni səviyyəsinin yüksəlməsində mədəni-maarif müəssisələri və kütləvi informasiya vasitələri mühüm rol oynayırdı.

70-80-ci illərdə respublikamızın şəhər və kəndlərində 220 min yerlik 1066 klub və mədəniyyət evi, 3 kinoteatr istifadəyə verilmişdi.

Kütləvi kitabxanalar şəbəkəsi genişlənmiş, oradakı kitab və curnalların sayı 45,3 milyon nüsxəyə çatdırılmışdı. Hər 1000 nəfərə 6,4 min nüsxə kitab və curnal düşürdü.

Respublikada 87 yeni muzey – 1972-ci ildə «Azərbaycan xalçası və tətbiqi sənət muzeyi», Sergey Yeseninin xatirə muzeyi, 1975-ci ildə Ü.Hacıbəyovun və S.Vurğunun, 1981-ci ildə Naxçıvanda H.Cavidin, 1982-ci ildə Bakıda C.Cabbarlının, Bülbülün ev muzeyləri, rayonlarda onlarla tarix-diyarşünaslıq muzeyləri təşkil olundu.

Həmin dövrdə Gəncədə «Nizami» təsviri sənət qalereyası, «Nizami dövrü və yaradıcılığı muzeyi» açıldı.

70-80-ci illərdə respublikada 8 yeni dövlət teatrı açıldı və onların sayı 20-yə qədər olmuşdu.

Kütləvi informasiya vasitələri şəbəkəsi artmaqda idi. 1990-ci ildə 259 qəzet, curnal və məcmuə çap olunurdu. Dövri nəsrlərin illik tiracı 49 milyon nüsxədən çox idi.

1976-87-ci illərdə 10 cildlik «Azərbaycan Sovet Ensiklopediyası» çapdan çıxdı. Bu dövrdə 20 cildlik «Azərbaycan ədəbityyatı kitabxanası» 50 cildlik «Dünya Uşaq ədəbiyyatı Kitabxanası», 100 cildlik «Dünya Ədəbiyyatı kitabxanası», Molla Nəsrəddin 12 cildlik toplusu nəşr edildi. (1-ci cild).

70-80-ci illərdə Azərbaycan elminin inkişafında mühüm nailiyyətlər əldə olunmuşdu. Elmi müəssisələrin sayı 151-ə, o cümlədən elmi-tədqiqat institutlarının sayı 85-ə çatmışdı. Elmi tədqiqatla məşğul olan işçilərin sayı 32,3 nəfərədək artmışdı.

1972-ci ildə Elmlər Akademiyasının Naxçıvanda Elmi Mərkəzi fəaliyyətə başladı. 1975-ci ildən «Xəzər» elmi mərkəzində respublikanın təbii ehtiyatlarının kosmik tədqiqi aparılırdı. 1978-ci ildə Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi fəaliyyətə başladı.

1970-ci ildə Elmlər Akademiyasında 30 elmi müəssisə, 3300 elmi işçi fəaliyyət göstərirdi.

Bakı həmin dövrdə «Neft Akademiyası» adlanırdı. Bu sahədə görkəmli alimlərdən Mirəli Qaşqay, Şəfaət Mehtiyev, Əli Əlizadə, Əzəl Sultanov və başqaları görkəmli araşdırmalar aparırdılar. O dövrdə Fərman Salmanovun rəhbərliyi altında Qərbi Sibirin neft və qaz yataqdarı kəşf olunmuşdu.

Humanitar-ictimai elmlər sahəsində də mühüm nailiyyətlər əldə olunmuşdu. Z.Bünyadov, Cəmil Quliyev, İqrar Əliyev, Mahmud İsmayılov, Fuad Əfəndiyev, Tofiq Köçərli kimi tarixçilər ubu elmin inkişafında mühüm rol oynamışdılar. Ədəbiyyatın inkişafında çox böyük irəliləyişlər olmuşdu. M.Dilbazi, Nəbi Xəzri, İslam Səfərli, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Xəlil Rza bədii ədəbiyyatın və ədəbiyyatşünaslığın inkişafında mühüm rol oynamışdılar.

Bədii nəşrin görkəmli nümayəndələri Süleyman Rəhimov, İlyas Əfəndiyev, Əzizə Cəfərzadə, İsa Hüseynov, Ələviyyə Babayevanın əsərləri çox maraqla oxunulurdu.

Xalqda milli şüurun oyanmasında Cənubi Azərbaycan mövzusunda yazılmış əsərlərin xüsusi əhəmiyyəti var idi. Mirzə İbrazimovun «Pərvanə», «Cənub hekayələri» maraqla qarşılanırdı.

Respublikada musiqi, ifaçılıq, teatr və kino sənəti sahəsində də mühüm irəliləyişlər baş verdi.

Fikrət Əmirovun «1001 gecə», Aqşin Əlizadənin «Babək» baletləri musiqi sənətinin ən mühüm nailiyyətləri idi. Şərqdə ilk olaraq bir qadın kimi Şəfiqə Axundova «Gəlin qayası» operasını yazdı.

Azərbaycan kinosu böyük inkişaf yolu keçdi. «Azərbaycanfilm kinostudiyasında «Şərikli çörək», «Yeddi oğul istərəm», «Ulduzlar sönmür», «Babək», «Tütək səsi», «İstintaq», «Axırıncı aşırım», «Dədə Qorqud» və başqa filmlər çəkildi.

Beləliklə, 70-80-ci illər Azərbaycan mədəniyyətinin inkişafında mühüm dövr oldu. H.Əliyevin milli oyanış siyasəti sayəsində təhsil, elm, mətbuat, ədəbiyyat və incəsənətin tərəqqisi üçün əlverişli imkanlar açıldı. Respublikanın mənəvi sərvətləri, kadr potensialı daha da artdı. Xalqın mədəni irsinin, tarixinin, dilinin öyrənilməsi və təbliği genişləndi.

IX MÖVZU: MÜSTƏQİL AZƏRBAYCAN RESPUBLİKASI

PLAN:

1.SSRİ-nin dağılması. Azərbaycan yeni siyasi sistemə keçid dövründə Azərbaycanın Dövlət Müstəqilliyinin bərpası.



2. Ermənistanın Azərbaycana təcavüzü, onun nəticələri.

3. Azərbaycanda siyasi sabitliyin bərpası. Sosial, iqtisadi, mədəni sahədə 1993-cü ildən sonra aparılan işlər və onların nəticələri.

4. Müsir dövrdə Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətləri.
ƏDƏBİYYAT

1. Əliyev H.Ə. Müstəqilliyimiz əbədididir. Bakı,1997.

2. Abdullazadə F. Heydər Əliyev. Siyasi portret.Bakı, 1998.

3. Prezident İlham Əliyev. Bakı.2004.

4. Həsənov Ə. Azərbaycan xarici siyasəti. Avropa dovlətləri və ABŞ.(1991-1996). Bakı,1998.

5. Həsənov Ə. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı,2005.

6. Həsənov Ə. Azərbaycan və ATƏT: Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavrropa təhlükəsizliyi fonunda. Bakı, 1997.

7. Qafarov T. AZərbaycan tarixi. (XX əsrin 80-90-cı illəri). Bakı, 1998.

8. Azərbaycan Respublikası 1991-2001. Bakı, 2001.

9. Lissabon sammiti-1996.Bakı,1997.

10. İsmayılov M.Qarabağın tarixi. Bakı,1999.

11. Qasımov M. Azərbaycan beynəlxalq münasibərlər sistemində (1991-1995)

Bakı, 1996.

12. Quluzadə V. Gələcəyin üfüqləri (AZərbaycan respublikasının xarici siyasəti barədə mülahizələr, müsahibələr, şərhlər). Bakı, 1999.

13. Əhmədov M. Azərbaycan: yeni neft erası və beynəlxalq siyasət.Bakı.1997.

14.Mirzəyev R. “Əsrin müqaviləsi”ndən başlanan yol. Bakı.2000.

15. Nəsibli N. Azərbaycann geopolitikası və neft.Bakı.2000.

17. Şahbazov E. Heydər Əliyev və Azərbaycan neftinin inkişafı.Bakı.1997.

18. Böyük ipək yolu: dünəni, bu günü, sabahı. Bakı.1998.

19. Azərbaycan –Türkiyə münasibətləri. Bakı.1997.

20. Sultanov Z. Qarabağ gündəliyi. Bakı.1991.

21. Abdullayev V. Azərbaycan yeni diplomatiya məkanında. Bakı.2000


1980-cı illərin ortalarından başlayaraq SSRİ iqtisadi-siyasi böhran və tənəzzül mərhələsinə daxil oldu. 80-cı illərin ikinci yarısından ölkədə gedən ictima-siyasi proseslər, əmək intizamının zəifləməsi, istehsal səviyyəsinin aşağı düşməsi bu iqtisadi-siyasi böhranı daha da dərinləşdirmişdi. SSRİ-nin mövcud olduğu yetmiş ildən çox dövr ərzində imperiyada yaşayan xalqlara hər zaman istehsal vasitələrinin və istehsal edilən məhsulların ümumxalq malı olduğu fikri təlqin edilirdi. Əslində isə SSRİ-yə daxil edilmiş 15 respublikanın yeraltı və yerüstü sərvətlərindən gələn bütün gəlirlərin əsas hissəsinə Rusiya yiyələnirdi. Bu kapitalın böyük hissəsi hərbi sənayeyə qoyulurdu və yalnız hərbi güc göstərməklə SSRİ bütün dünya dövlətlərinə meydan oxuyu bilirdu. Xalqın maddi rifahının yaxşılaşdırılmasına isə kifayət qədsər vəsait ayrılmırdı və maddi rifah baxımından SSRİ əhalisi Avropa və Amerikadan xeyli geridə qalırdı.

Əməyi müqabilində kifayət qədər əmək haqqı almayan əhali maddi marağı olmadığı üçün həvəssiz və məsuliyyətsiz çalışırdı. Xüsusi mülkiyyətin qadağan edildiyi sovet quruluşunda əhali “birgə ictimai mülkiyyətdə”- ümumxalq mlkiyyəti sayılan xalq təsərrüfatında çalışırdı. Maddi maraq prinsipinin pozulduğu sovet təsərrüfatında nəinki məhsul bolluğu yaratmaq, hətta məhsul istehsalını sabit saxlamaq imkanı belə çətinləşirdi. Sovet hökuməti yarandığı ilk dövrdən etibarən vaxtaşırı “Hərbi kommunizm”, “Yeni iqtisadi siyasət”, “Sosializm quruculuğu proramı” vəs. bu kimi müxtəlif iqtisadi proqramlar qəbul etməklə və ya struktur dəyişiklikləri yolu ilə mövcud siyasi sistemi qoruyub saxlamağa çalışırdı. Belə proqramlardan biri, həm də ən sonuncusu “1985-1986-cı illərdə Yenidənqurma proqramı” oldu. Lakin iqtisadi və siyasi böhranın son dağılma mərhələsini yaşayan SSRİ-ni bu islahatlar proqramı da qurtara bilmədi, əksinə bu prosesi daha da tezləşdirdi.

1990-cı il ərəfəsində SSRİ və onun sosialist bloku çox gərgin bir böhranla üzləşdi. İqtisadi, siyasi, sosial həyat həm SSRİ, həm də onun müttəfiqlərinin inkişaf potensialını tükətmiş və Qərb ölkələri ilə yarışmada tam məğlub vəziyyətə salmışdı. Dövlət idarəçiliyi, daxili siyasət, dövlət-vətəndaş münasibətləri iflasa uğrayırdı. Ölkə vətəndaşları, milli, dini, ictimai, siyasi təşkilatlar kütləvi hərəkata başlamışdılar.

ABŞ və onun Qərb müttəfiqləri isə SSRİ-nin zəifləməsindən istifadə edərək tədricən onun təsir dairəsində olan ölkələrə və bölgələrə daxil olmağa başladılar. Sosialist yönlü ölkələr bir-birinin ardınca Baltikyanı ölkələrdə, Şərqi Avropada SSRİ-yə - sosializm quruluşuna qarşı hərəkatlara başladılar. Tezliklkə sosialist ölkələri Qərbə döğu meylləndilər. Bunun ardınca ADR və AFR-in tarixi birləşməsi baş verdi və sovet qoşunlarının Avropadan çıxarılması prosesi başladı.

Nəhayət 1991-ci ildə Avropada sosializmin son nəhəngi SSRİ dağıldığını elan etdi. Beləliklə, 80-90-cı illərin əvvəllərində bütün sovet İttifaqını və sosialist blokunu bürüyən iqtisadi-siyasi tənəzzül, ağır sosial böhran sovet imperiyasının çökməsilə nəticələndi.

XX əsrin sonunda SSRİ-nin dağılması ilə müşayət olunan bir çox qlobal proseslər, xüsusən də Varşava müqaviləsi Təçkilatının ləğv edilməsi, “soyuq müharibə”nin başa çatması, dünya sosializm blokunun dağılması və dünyanın siyasi mühitinin dəyişməsinə, yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında bir-birinin ardınca yeni müstəqil dövlətlər meydana çıxmağa başladı.

SSRİ-nin dağılması ərəfəsində çox təəsüf ki, Azərbaycan hökuməti dünyada və SSRİ-də gedən ictimai-siyasi prosesləri nəzərə almadan bütün mümkün vasitələrlə Sovet hökumətini qoruyub saxlamağa çalışanlarla bir sırada dayanır və respublikanın bu qurumun tərkibindən ayrılmasına yol verməməyə səy göstərirdi. Bu məqsədlə hətta SSRİ-nin dağılmasına bir neçə ay qalmış Sovet İttifaqının saxlanması haqqında Moskvanın təşkıl etdiyi referendumu (mart,1991) Azərbaycanda da keçirərək səsvermədə iştiraqk edənlərin guya 93%-nin SSRİ-nin saxlanmasına tərəfdar olması haqqında mərkəzə saxta məlumat da vermişdi. Mərkəzi hakimiyyətin əksinə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi isə o zaman Naxçıvan ərazisində belə referendumun keçirilməsindən imtina edərək əhalinin müstəqillik əzmini nümayiş etdirmişdi.

Əslində xalqın təzyiqi və o zamankı ictimai-siyasi proseslərin təsiri ilə qəbul edilmiş 30 avqust 1991-ci il “Müstəqillik haqqında Bəyannamə” və 18 oktyabr 1991-ci il “Müstəqillik haqqında Konstitusiya Aktı” da SSRİ-nin tam dağılmasını təsdiqləyən 8 dekabr 1991-ci il tarixli Belovejsk sazişinə qədər hüquqi sənəd qüvvəsinə mindirilməmişdi. Bu sənədlərin hüquqi qüvvəyə minməsini təsdiqləyəcək “Müstəqillik haqqında” referendum yalnız 1991-ci il dekabrın 29-da keçirildi. Bütün bunlar göstərir ki, Azərbaycan hökuməti o dövrdə nəinki müstəqil siyasət yeritmirdi, əksinə respublikanın o zamankı müstəqillik imkanlarına hər vasitə ilə mane olmağa çalışırdı.

SSRİ dağıldıqdan sonra və Azərbaycan müstəqilk dövlət statusu aıdıqdan sonra belə mövcud hökumət yalnız Rusiya ilə münasibətlərə üstünlük verirdi. Bu da sözsüz ki, həmin dövr üçün nə Azərbaycanın iqtisadi, siyasi maraqlarını əks etdirir, nə də onun müstəqilliyinin, təhlükəsizliyinin, ərazi bütövlüyünün, suveren dövlət hüquqlarının qorunması və beynəlxalq təminatına cavab verirdi.

Azərbaycan Respublikası müstəqillik dövrünün ilk illərində keçmiş sovet rejimindən miras qalmış bir sıra problem və cətinliklərlə üz-üzə qalmışdı. 1990-cı illə müqayisədə istehsalın bütün sahələrində artım sürəti hər il azı 25%-30% aşağı düşürdü. Bu mərhələdə respublika iqtisadiyyatının inkişafına mənfi təair göstərən bir çox güclü amilər var idi:



  1. Respublika iqtisadiyyatına mənfi təsir göstərən ən güclü amil Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi idi.

  2. Azərbaycan keçmiş SSRİ-nin müxtəlif bölgələrində etibarlı xammal bazalarını və məhsul satışı bazalarını tamamilə və ya qismən itirmişdi.Buna görə də sənaye müəssisələrinin əksəriyyəti dayanmış və xarici əlaqələr pozulmuşdu.

  3. 90-cı illərin əvvəllərində Respublikada mürəkkəb siyasi vəziyyət yaranmışdı. Azərbaycanda mövcud olan siyasi hökumət Azərbaycanın iqtisadi, siyasi maraqlarını əks etsirən, onun müstəqilliyinin, təklükəsizliyinin, ərazi bütövlüyünün, suveren dövlət hüquqlarının qorunması və beynəlxalq təminatına cavab verən siyasət yürütmürdü.

Nəticədə Azərbaycanın siyasi hakimiyyətində dəyişiklik baş verdi. Lakin 1992-ci ilin mart ayından 1993-cü ilin iyun ayına qədərki dövrdə fəaliyyət göstərən yeni hökumət dövlətimizin qarşısında duran strateji məqsədlərə nail olmaq baxımından əvvəlki hökumətdən uzağa gedə bilmədi. 1992-93-cü illərdə Azərbaycanda dövlət quruculuğu sahəsində hərc-mərclik , özbaşınalıq baş alıb gedirdi. Obyektiv və subyektiv səbəblər üzündən 90-cı illərin əvvəllərində Azərbaycan Respublikasının ictimai-iqtisadi həyatının bütün sferalarında ciddi böhran müşahidə olunurdu. Bu dövrdə Azərbaycan iqtisadiyyatının ən mühüm problemi istehsalın, investisiya qoyuluşunun aşağı düşməsi idi. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə təkcə 1992-1993-cü illər ərzində ümumi daxili məhsul və sənaye məhsulu istehsalı 2 dəfə, kənd təsərrüfatı məhsulu 35%, əsaslı vəsait qoyuluşu 64%, yük daşınması 66 %, mal dövriyyəsi 56% azlmışdı.

Azərbaycan müstəqilliyini ilk illərindən xarici valyutaların tam təsiri altında olduğundan ciddi iqtisadi, siyasi, maliyyə-kredit böhranı ilə də üzləşmişdi. Buna görə də hökumət yenicə dövriyyəyə buraxdığı manatın sabit kursunu təmin edə bilmədi. Bundan başqa qeyri-profesional kredit, investisiya və pul siyasəti ölkəni xarici kapitalın (rubl və dolların) təsiri altına salmışdı. Qısa müddətdə inflyasiya sürətlə artmışdı. İstehlak mallarının qiyməti 124 dəfə bahalaşmışdı.

1992-1993-cü illərdə Azərbaycan hökuməti xarici siyasət sahəsində də bir sıra səhvlərə yol vermişdi:

- respublikanın ətrafında yaranmış regional və beynəlxalq münasibətlərin xarakterini, əsas tendensiyalarını müəyyən edə bilməmişdi;

- ayrı-ayrı region dövlətlərinin Azərbaycanda kəsişən və toqquşan təsir və nüfuz dairələrini qiymətləndirə bilmədi və müvafiq olaraq səhv addımlar atdı;

- həmin dövr üçün Azərbaycanın geostrateji əhəmiyyətini və dünya dövlətlərinin mənafe müstəvisində yerini düzgün qiymətləndirməməsi və düşünülməmiş addımlar atması;

Bütün bunlar nəticədə Azərbaycan Respublikasını çox ağır vəziyyətə saldı. Bir tərəfdən region dövlətləri ilə münasibətlər kəskinləşdi, digər tərəfdən isə beynəlxalq himayəyə olan inam itdi və bu himayəni təmin edə biləcək dövlətlərlə münasibətlər sərinləşdi. Azərbaycan beynəlxalq aləmdə təkləndi.

Bütün bunlar Azərbaycanda dövlət quruculuğu sahəsində baş alıb gedən hərc-mərclik, özbaşınalıq, ayrı-ayrı dövlətlər və siyasi dairələr tərəfindən dəstəklənən etnik seperatizm, silahlı qüvvələrin hakimiyyət uğrunda mübarizəsi ilə müşayət olunurdu. Nəticədə 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi qaçılmaz böhran və məhvolma təhlükəsi ilə qarşı-qarşıya qaldı. Beləliklə, müstəqilliyinin ilk illərində Azərbaycan hökuməti zamanın sınağından çıxa bilmədi.

Ermənistanın Azərbaycana təcavüzü. Tarixi kökləri. Ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və təcavüzünün başlıca məqsədi tarixi Azərbaycan torpaqları hesabına erməni dövlətinin əsasını qoymaq və sonradan müxtəlif yollarla onu genişləndirərərk “Böyük Ermənistan” yaratmaqdan ibarət idi.

XIX əsrin 20-ci illərinin sonundan etibarən Azərbaycanda Çar Rusiyasının müstəmləkəçilik siyasətinin yeni mərhələsi başlamışdı. XIX əsrin əvvəllərində Rusiya ilə İran arasında Azərbaycan torpaqlarının bölüşdürülməsinə dair bağlanan 1828-ci il Türkmənçay müqaviləsindən sonra rus çarizmi Azərbaycanın strateji baxımdan böyük əhəmiyyət daşıyan Qarabağ bögəsində xristianların sayını artırmaqla reqionda möhkəmlənməyə çalışırdı. Məhz bu dövrdən etibarən ermənilərin Qarabağ bölgəsinə axını gücləndi. Rus çar məmurlarının da etiraf etdiyi kimi, Rusiya keçmişdə yaşadıqları ərazilərdə (İran, Tükiyə) arzuedilməz ünsürlər sayılan erməniləri Tiflis və Yelizavetpl quberniyalarında ən yaxşı torpaqlarda yerləşdirdi və onlara müxtəliff imtiyazlar verdi.

Beləliklə, 1804-1813-cü və 1826-1828-ci illər Rusiya-İran müharibələrinin gedişində və bütün XIX əsr boyu ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan kütləvi surətdə Şimali Azərbaycana, o cümlədən Qarabağa köçürülməsi nəticəsində bu bölgədə ermənilərin sayı sürətlə artmağa başladı. Təkcə 1828-1830-cu illər ərzində Dağlıq Qarabağa rəsmən 124 min, qeyri-rəsmi olaraq isə daha çox-200 min erməni köçürülmüşdü. Bu köçürmə siyasəti sonrakı illərdə də XIX əsrin sonu - XX əsrin əvvəllərində də davam etdirilirdi. 1896-1908-ci illər boyu cəmi 13 il ərzində Cənubi Qafqaza 400 min erməni köçürülmüşdü. Ermənilərin bu ərazilərə gəlmə olduğunu N.N.Şavrov da təsdiq edərək yazırdı ki, “Hal-hazırda Zaqafqaziyada yaşayan 1milyon 300 min ermənidən 1milyon nəfəri diyarın köklü sakinləri deyillər. Onları bura biz köçürmüşük”. Beləliklə, ermənilərin Azərbaycan ərazisinə kütləvi şəkildə köçürülməsi Qarabağın dağlıq hissəsində demoqrafik vəziyyətə ciddi təsir göstərdi və onların gələcək ərazi iddiasının baş qaldırmasına səbəb oldu.

“Böyük Ermənistan” xəyalı ilə yaşayan erməni millətçiləri 1905-1906-cı illərdə azərbaycanlılara qarşı Bakıda, Şuşada, İrəvanda, Naxçıvanda, Gəncədə, Zəngəzurda, Qazaxda, Tiflisdə geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər.

Ermənilər Birinci Dünya müharibəsi, eyni zamanda Rusiyada baş vermmiş 1917-ci il fevral burjua və oktyabr bölşevik inqilabından məharətlə istifadə edərək öz iddialarını artıq bolşevik bayrağı altında davam etdirməyə nail oldular. 1918-ci il martın 30-u, 31-i və aprelin 1-də bölşevik qiyafəsinə bürünən ermənilər bu dəfə Sovet Rusiyasının yardımı ilə soyqırım törədərək 15 min azərbaycanlını qətlə yetirdilər. Həmin ilin aprel-may aylarında ermənilər Şamaxıda, Qubada, Ağsuda, Kürdəmirdə, Salyanda, Lənkəranda kütləvi qırğınlar törədərək 50 mindən artıq azərbaycanlını qətlə yetirmişdilər.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Dağlıq Qarabağda məskunlaşan ermənilər Azərbaycan Xalq Cumhuriyyətini tanımaqdan imtina etdilər. Azərbaycan Xalq Cumhuriyyəti mövcud olduğu dövrdə də ermənilər diplomatik və hərbi (1918-1920) cəhdlər göstərərk Azərbaycanın ərazi bütövlüyünü pozmağa çalışdılar.

1920-ci ildə Sovet Rusiyasının Qafqazı yenidən işğal etməsi ilə bölgədə sosialist respublikalarının elan edilməsi sərhəd məsələlərinin qoyuluşunu mənasız etdi. Lakin Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması da Qarabağ məsələsini gündəlikdən çıxartmadı. Çünki göründüyü kimi, Sovet Rusiyası çarizmin erməni siyasətini davam etdirmək niyyətində idi. Elə sovetləşmənin ilk illərində Sovet Rusiyasının bu mövqeyi özünü göstərməkdə gecikmədi. 1920-ci illərin sonunda Zəngəzur və digər Azərbaycan torpaqları Emənistan SSR-nin ərazisi elan edildi. Sonralar isə erməni millətçiləri bu ərazilərdəki azərbaycanlıları öz ata yurdlarından deportasiya edilməsinə də nail oldular. 1923-cü ildə erməni-rus ittifaqı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə muxtar vilayət statusu verilməsinə nail oldu. Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) yaradılması sovet Rusiyasının məqsədyönlü siyasətinin nəticəsi idi və ermənilərin Azərbaycana qarşı gələcək ərazi iddiaları üçün bir zəmin idi.

Sovet hakimiyyətinin sonrakı illərində də ermənilər Rusiyanın himayədarləğı ilə Azərbaycan torpaqlarına yiyələnməkdə davam edirdilər. 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Sovetinin “Ermənistan SSR-dən kolxozçular və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərar qəbul edildi. Bu qərara əsasən 1948-1953-cü illərdə 150 minədək azərbaycanlı öz tarixi torpaqlarından kütləvi şəkildə dövlət səviyyəsində deportasya edildi.

Dağlıq Qarabağ məsələsinə gəldikdə isə ermənilər və onların himayədarları müəyyən tarixi məqam gözləyirdilər ki məqsədlərinə çatsınlar. Belə fürsət ermənilərin əlinə XX əsrin 80-cı illərində düşdü. Sovet İttifaqında 80-cı illərdən başlayan iqtidsadi-siyasi böhran şəraitində ermənilər yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər. 1980-cı illərin ikinci yarısında ermənilər SSRİ-də yenidənqurma siyasətinin “aşkarlıq və demokratiya” prinsipılərindən istifadə edərək özlərinin Rusiyadakı və xaricdəki himayədarlarının köməkliyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə ərazi iddiaları irəli sürdülər.

1988-ci ildən başlayaraq erməni siyasətçiləri və onların Moskvadakı himayədarları Dağlıq Qarabağın iqtisadi geriliyi pərdəsi altında bu vilayətin Ermənistana birləşdirilməsi üçün uzun müddətdən bəri hazırlanan plan üzrə fəaliyyətə başladılar. Əslində Dağlıq Qarabağın 1988-ci ilədək göstəriciləri sosial inkişafın bir sıra sahələri üzrə Azərbaycanın digər bölgələrindən, hətta Ermənistandan daha yüksək idi. Hadisələrin sonrakı gedişi göstərdi ki, DQMV- nın iqtisadi geriliyi barədə iddilalar yalnız bəhanə, əsas məqsəd isə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları idi.

Sovet rəhbərliyinin məsələyə vaxtında və prinsipal qiymət verməməsi baş verən hadisələrə laqeyd münasibəti, Ermənistanın əsassız iddialarının qarşısının alınmaması, milli qarşıdurmaların baş verməsi, ermənilərin bu haqsız tələbinin vaxtında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qəsd kimi qiymətləndirilməməsi yaranmış vəziyyəti daha da ağırlaşdırdı. Sovet rəhbərliyinin fəaliyyətsizliyi və bəzən də açıq himayədarlığı sayəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağla bərabər digər ərazilərinə də hərbi qüvvə göndərərək açıq təvcavüzə başladı.

Erməni təcavüzünün qarşısının alınması Azərbaycanda SSRİ rəhbərliyinə olan inamı heçə endirmişdi. SSRİ hökumətinin, xüsusilə də onun başında duranların qətiyyətsizliyi və Azərbaycana qarşı açıq-aşkar ərazi iddiaları irəli sürən Ermənistanı himayə etməsi nəticəsində hadisələr daha da mürəkkəbləşdi. Moskvanın hakim dairələrində ermənilərin müdafiə olunması və Azərbaycanın o zamankı respublika rəhbərliyinin bütün bu hadisələrə seyrçi mövqe tutması Ermənistanın Azərbaycana qarşı təcavüzünün daha da genişlənməsinə səbəb oldu. Nəticədə azərbaycanlılar öz yurdlarından kütləvi şəkildə qovuldu.

1988-1991-ci illərdə, yəni hadisələrin başlanğıcından SSRİ-nin süqutuna qədər olan dövrdə Sovet İttifaqının hakim dairələri tərəfindən himayə edilən Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibəyə başladı, Ermənistanda yaşayan azərbaycanlılar son nəfərinə kimi tarixi torpaqlarından qovuldu. SSRİ süqut etdikdən sonra isə ermənilər və onların havadarları Dağlıq Qarabağ məsələsini öz maraqları çərçivəsində beynəlxalq əhəmiyyətli problemə çevirmək üçün genişmiqyaslı kompaniyaya başladılar.

1992-ci illərin əvvəllərində isə Ermənistan silahlı qüvvələri bir-birinin ardınca Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı yerləri də işğal etdilər. 1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə ermənilər Xankəndidə yerləşən Rusiyanın 366-cı alayının köməyi ilə Xocalı şəhərinə hücum edərək min nəfərə qədər dinc sakini qətlə yetirdilər. Bu soyqırımı XX əsrin ən böyük faciələrindən biri idi. Xocalının erməni-rus hərbi qüvvələri tərəfindən işğal edilməsinin ardınca az müddət içərisində bütün yuxarı Qarabağ zəbt olundu.

1992-ci il mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Şuşa şəhəri ələ keçirildi. Erməni-rus ordusu Azərbaycan torpaqlarında möhkəmlənmək, Qarabağın dağlıq hissəsini Ermənistan respublikasına birləşdirmək məqsədilə ətraf rayonlara hücumlara başladı. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yolunda Ermənistan sərhəddinə yaxın ərazidə yerləşən qədim Azərbaycan şəhəri Laçın əsas maneə idi. 1992-ci il mayın 17-də Laçın şəhəri də ermənilər tərəfindən işğal edildi. Laçının işğalı ilə müharibənin Dağlıq Qarabağın hüdudlarından çıxaraq Ermənistanın işğalçılıq planlarının daha geniş olduğu üzə çıxdı. Ermənilərin “humanitar dəhliz” adlandırdığı Laçın yolu ilə Dağlıq Qarabağa qısa müddətdə külli miqdarda hərbi sursat-silah gətirildi. Nəticədə 1993-cü il ərzində Ermənistanın ərazi iddasında olduğu Dağlıq Qarabağ bölgəsinin (4.400kv.km) hüdudlarından kənarda yerləşən və onun ərazisindən 4 dəfə böyük olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları (17.000kv.km) Ermənistan tərəfindən işğal edildi.

Qarabağ müharibəsində 20.000 nəfərdən çox Azərbaycan vətəndaşı həlak olmuş, 100.000 nəfər yaralanmış, 50.000 nəfər isə əlil olmuşdur. Azərbaycanın işğal olunmuş ərazilərindən 1 mln. əhali öz torpaqlarında qaçğın vəziyətinə düşdü. Hazırda Azərbaycanın 20%-dən çox hissəsi Ermənistan tərəfinən işğal edilmişdir.

1993-cü ildə Azərbaycan Respublikasında yaranmış siyasi böhran Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətdən getməsi ilə nəticələndi. 1993-cü ilin yayında Azərbaycanda baş verən hakimiyyət dəyişikliyi ölkənin siyasi-iqtisadi-strateji siyasət fəaliyyətinin yenidən qurulmasına şərait yaratdı. Xalqın iradəsi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətçilk işlərindəki təcrübəsi və müdrikliyi sayəsində qısa müddət ərzində ölkədə siyasi sabitliyə nail oldu. Ümumiyyətlə, Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını bir-birindən fərqlənən iki dövrə bölmək olar:

I dövr. 1991-1993-cü illər. Siyasi-iqtisadi vəziyyətin kəskin pisləşdiyi, iqtisadi tənəzzülün tənəzzülün gücləndiyi dövr.

II dövr. 1993-cü ildən sonrakı mərhələ. Bu dövrdə iqtisadi tənəzzülün qarşısı alınmış, ümumi daxili məhsul, investisiya qoyuluşu artmış, respublika iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya prosesləri başlamış və ölkə yeni inkişaf mərhələsinə daxil olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev ilk növbədə keçmiş sələflərinin dövlət idarəçiliyi sahəsində buraxdığı səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış son dərəcədə gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq, ölkənin strateji maraqlarını əks etdirən xarici siyasət kursu və iqtidasi-sosial islahatlar proqramıını formalaşdırmaq zərurəti ilə üzləşmişdi.

Eyni zamanda Azərbaycan dövlətinin strateji maraqlarını beynəlxalq güc mərkəzlərinin, region ölkələrinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmaq üçün silsilə tədbirlər düşünülüb həyata keçirilməli, respublikamızın mənafelərini qorumaq və reallaşdırmaq üçün hərtərəfli ölçülüb-biçilmiş addımlar atılmalı idi. Bu işin ən çətin tərəfi müxtəlif dövlətlərin bütövlükdə Qafqaz reqionu və bilavasitə Azərbaycan üzərində köklənmiş imperiya ambisiyaları, ərazi iddiaları, iqtisadi maraq və nüfuz dairəsi uğrunda mübarizənin reallıqlarını, onların kəsişən və toqquşan maraqlarını dəqiq müəyyənləşdirmək, xüsusi taktiki gedişlərlə Azərbaycanın dövlətçilik mənafelərini maksimum qorumaq idi.

Digər tərəfdən, geniş elmi və analitik təhlil əsasında Azərbaycanın geosiyasi vəziyyəti və dövlətin ona təsir etmək üçün real imkanları öyrənilməli, bütün diplomatik vasitələr səfərbər edilməli, iqtisadi-sosial tədbirlər proqramı işlənib hazırlanmalı idi. Azərbaycanın 1993-cü ilin ikinci yarısına qədər daxili və xarici siyasətdə uğrsuzluğa düçar olması əsasən bu amillərin nəzərə alınmaması nəticəsində baş vermişdi. Həmin dövrdən başlayaraq Azərbaycan dövlətçiliyi siyasətində Azərbaycaının geosiyasi vəziyyəti, beynəlxalq siyasətə təsir etmə imkanları, eyni zamanda daxili, iqtisadi resurslarının dərin nəzəri-praktik təhlili əsasında mövcud reallıqlarını nəzərə alan və ölkənin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edildi.

Azərbaycanın milli gəlirinin mühüm bir hissəsini və iqtisadiyyatının əsas qismini neft təşkil edir. 1994-cü ildən başlayaraq həyata keçirilən yeni neft strategiyasının əsas mahiyyəti Xəzər dənizinin Azərbaycan sektorundakı neft ehtiyatlarının qabaqçıl Qərb texnologiyası və investisiya imkanlarından istifadə etməklə dövriyyəyə buraxılması, təhlükəsiz yollarla dünya bazarına çıxarılması, satışından əldə edilən vəsaitlə ölkənin digər sahələrinin, qeyri-neft sektorunun inkişafına nail olmaq vəs. ibarət idi. Neft-qaz kəmərlərinin çəkilişi və təhlükəsizliyi, investisiya təminatı, dünya neft-qaz bazarında Azərbaycanın lazımı yeri tutması kimi işlərin həyata keçirilməsi də mühüm vəzifələr sırasına daxil idi.

Beləliklə, Azərbaycan respublikası Prezidenti Heydər Əliyevin 1994-2003-cü illər iqtisadi strategiyasının əsas tezisləri aşağıdakılar idi:

- ölkə büdcəsinə 20 il ərzində 200mld.dollar vəsait cəlb etmək;

-Xəzərin hüquqi statusunun müəöyyənləşməsi prosesinə müsbət təsir göstərən fəaliyyət;

-iqtisadi və siyasi stabillityin yaradılması;

-xammal ehtiyatrlarından müstəqil istifadə etmək üçün şərait yaradılması;

-qeyri-neft sektorunun inkişafına təkan verilməsi;

-ölkənin xammal istehsal edən ölkədən tədricən sənaye məhsulları istehsal edən ölkəyə çevrilçəsi.

Müstəqil Azərbaycan Respublikasında 1993-2003 və ondan sonrakı illərdə həyata keçirilən tədbirlər maliyyə-kredit böhranı da aradan qaldırdı, inflyasiyanı sabitləşdirdi, büdcə, xəzinə, xarici investisiya qoyuluşu və maliyyə-kredit problemlərini həll etdi. 2005-ci ildə manatın denominasiyası haqqında fərman imzalandı, xəzinəyə iki milyard ABŞ dollarından artıq pul toplandı, neft gəlirlərinin vahid fonda yığılması və istifadəsi strategiyası müəyyən edildi. Ölkənin xarici kapital və investisiya üçün əlverişli dövlət imicinin qorunub saxlanması üçün, qeyri-neft sektorunun inkişafı üçün, manatın sabit kursunu təmin edilməsi üçün tədbirlər görüldü.

Azərbaycan Respublikası müasr dövrdə özünün mövcud resurslarından xalqın rifahı naminə səmərəli istifadə etmək üçün Qərb ölkələrinin təmsil olunduğu Avropa birliyi sisteminə iqtisadi, mədəni, sosial sahədə inteqrasiyasına mühüm əhəmiyyət verir. Bu sistemə daxil olmaqla Azərbaycan öz iqtisadiyyatını daha səmərəli, təhlükəsiz və itkisiz idarə etmək imkanı əldə etməklə yanaşı, həm də qabaqcıl dünya texnologiyalarından, investisiya və xarici kapitalın ölkə iqtisadiyyatına daha sürətlə daxil olması, qeyri-neft sektorunun inkişafına nail olması imkanı qazanır. Odur ki Azərbaycanın iqtisadi və xarici siyasətinin əsas istiqamətlərindən biri də Avropa İttifaqı və bütün digər beynəlxalq maliyyə strukturları, Dünya bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı, Avropa Yenidənqurma və inkişaf Bankı kimi qurumlarla əməkdaşlıqdır.

Xarici siyasətin əsas istiqamətləri. Azərbaycan dövlətinin xarici siyasətdəki əsas vəzifələrini aşağıdakı istiqamətlərdə qruplaşdırmaq olar:


  • Ölkənin müstəqilliyini, suverenliyini beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq, onun təhlükəsizliyini reqional və beynəlxalq təhlükəsizlik sitemi ilə əlaqələndirmək;

  • Azərbaycanın bütün beynəlxalq və reqional təşkilatlarda təmsil olunması, böyük dünya siyasətinə qatılması;

  • Dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu əməkdaşlıq əlaqələri yaratmaq, bu əlaqələrdən respublika iqtisadiyyatının, elminin və mədəniyyətinin inkişafında istifadə etmək;

  • Ölkənin demokratiya və azad bazar iqtisadiyyatı yolu ilə irəliləməsi, müstəqil daxili və xarici siyasət yeridilməsi üçün əlverişli beynəlxalq şəratin yaradılmasına nail olmaq;

  • Reqionda gərginliyin aradan qaldırılması və mehriban qonşuluq münasibətlərinin yaradılmasına çalışmaq;

  • Azərbaycana xarici təzyiqlərin qarşısını alan beynəlxalq himayə mexanizminin yaradılması;

  • Dövlətin bütün beynəlxalq, regional, iqtisadi, elmi-texniki, mədəni vəs. təşkilatlarda fəal iştirakına səy etmək;

  • Xarici ölkələrlə elmi, mədəni, humanitar əlaqələr və informasiya mübadiləsi mexanizmlərini yaratmaq vəs.

XX əsrin sonunda dünyada baş verən qlobal proseslər, xüsusilə də Varşava müqaviləsi təşkilatının ləğv edilməsi, “soyuq müharibə”nin başa çatması, SSRİ-nin dağılması beynəlxalq aləmdə siyasi mühitin ciddi şəkild dəyişməsinə və yeni geosiyasi vəziyyətin yaranmasına səbəb oldu. Postsovet məkanında meydana çıxan yeni müstəqil dövlətlərin bialavasitə beynəlxalq münasibətlər sistemihnə qatılması dünyada dövlətlərarası münasibətlərdə yeni mərhələnin başlamasına səbəb oldu.

Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Pespublikasının 1991-ci il oktyabrın 18-də öz dövlət müstəqilliyini bəyan etməsi və 80-cı illərin sonu-90-cı illərin əvvəllərində beynəlxalq aləmdə baş verən dəyişikliklər milli dövlətçilik prinsiplərinə uyğun yeni xarici siyasət kursunun formalaşdırılmasını ən vacib məsələ kimi ön plana çəkdi. 1991-ci ilin sonu -1992-ci ildə Azərbaycanın dünya dövlətləri tərəfindən ardıcıl şəkildə tanınması onun dünya birliyinə sistemli şəkildə inteqrasiyasına geniş yol açdı. Azərbaycan Respublikasıl 1992-ci il martın 2-də BMT-nin üzvlüyünə qəbul edildi. BMT-nın ardınca ATƏT və İKT-nın üzvü olan Azərbaycan respublikası həyata keçirdiyi ardıcıl xarici siyasət nəticəsində 2001-ci ildə Avropa Şurasına qəbul edilmiş, Avropa Birliyi, NATO və başqa təşkilatlarla da sıx əlaqə yaratmışdır.

Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti Dağlıq Qarabağda erməni seperatizmi və Ermənistanın hərbi təcavüzü şəraitində həyata keçirilir. Bu baxımdan təcavüzün və millətçi seperatizmin qarşısını almaq, onların ağır nəticələrini aradan qaldırmaq, dövlətin ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək, dünya birliyi ilə iqtisadi və siyasi inteqrasiyaya girmək zərurəti fəal xarici siyasət həyata keçirilməsini tələb edir.

Ermənistan –Azərbaycan münaqişəsinin dinc vasitələrlə nizama salınması Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1993-cü ildən başlayaraq xarici siyasət fəaliyyətində başlıca yer tutmuşdur. Heydər Əliyev münaqişənin aradan qaldırılması üçün ən yüksək səviyyədə dövlət başçıları ilə görüşlərdə, ATƏT-in Zirvə toplantılarında, Minsk qrupunun həmsəsdrləri ilə aparılan müzakirələrdə, beynəlxalq forumlarda, həmçinin Ermənistan prezidenti ilə birbaşa danışıqlarda Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qorumaqla öz mövqeyini nümayiş etdirmişdir. Bu məqsədlə Prezident Heydər Əliyev respublikamızın təhlükəsizlik problemlərini, xüsusilə də Ermənistanın ərazi iddiaları və hərbi təcavüz məsələsini beynəlxalq aləmə çıxararaq reqionda sülhün bərqərar olması üçün nüfuzlu beynəlxalq təşkilatların təsirini artırmağa çalışmışdır.

Ermənistanın Azərbaycan ərazilərinin işğalı ilə bağlı olaraq BMT Təhlükəsizlik Şurası 7 bəyənat və 4 qətnamə qəbul etmişdir. Lakin təəssüf ki, bu qətnamələr qəbul edilərkən Şuranın daimi üzvü olan böyük dövlətlər Ermənistanın təcavüzkar dövlət kimi tanınmasına razılıq verməyərək münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində atəşkəs və danışıqlar yolu ilə həll olunmasını üstün tutdular. Cəzasız qaldığından ruhlanan və bundan istifadə edən Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi 4 qətnaməyə də məhəl qoymadı.

Dünya Birliyi Ermənistanın bu açıq-aşkar təcavüzünə göz yumdu və təcavüzkarın cilovlanması üçün heç bir tədbir görmədi. Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən bütün sənədlərdə Ermənistanın Azərbaycana qarşı təcavüzü “Dağlıq Qarabağ reqionunda və onun ətrafında münaqişə” kimi qiymətləndirildi.

Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilik dövrü başlandı. Bu vasitəçilik tarixinə nəzər salsaq bu məsələnin Rusiya-Qərb qarşıdurmasınının xarakterindən asılı olduğunu görərik. Dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən münaqişənin nizama salınmasına dair vasitəçilik səylərinin fəallaşması hər zaman Rusiyanın siyasi dairələrində narahatlıq doğurmuşdur. Belə vaxtlarda Rusiya təşəbbüsü beynəlxalq təşkilatların və dünya dövlətlərinin əlindən almağa, bununla da reqionda özünün zəifləmiş mövqelərini möhkəmləndirməyə cəhd göstərir.

Öz məqsədlərinə nail olmaq üçün Rusiya Azərbaycana təzyiq göstərərək qoşunlarını “sülhməramlı qüvvələr” adı altında manaqişə bölgəsinə gətirməyə də cəhd göstərdi. Lakin bu məqsədinə nail olmayan Rusiya Ermənistanda qoşunlarının sayını daha da artırmaqla, onu gizli və aşkar yolla silahlandıraraq, Azərbaycan ərazilərinin işğal olunmasına dəstək vermişdir.

Ermənistan-Azərbaycan münaqişəsini ədalətlə aradan qaldırmaq işində 1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabonda keçirilən Zirvə toplantısında qəbul edilən sənəd böyük siyasi uğur sayıla bilər. Bu Zirvə toplantısı zamanı Prezident Heydər Əliyevin diplomatik istedadı sayəsində münaqişənin həllinin siyasi-hüquqi çərçivələrini müəyyənləşdirən xüsusi bir bəyanat qəbul edildi. Bu bəyanat Ermənistan istisna olmaqla dünyanın 53 dövləti tərəfindən müdafiə olundu və Lissabon sammitinin yekun qərarında öz əksini tapdı.

ATƏT-in Lissabon Zirvə görüşündən sonra Rusiya ilə yanaşı ABŞ və Fransa nümayəndələri də Minsk qrupunun həmsədrləri təyin olundu. Həmsədrlər 1997-ci ildən indiyə kimi iki hissədən ibarət –Dağlıq Qarabağın hüdudlarından kənarda yerləşən işğal olunmuş 7 rayonun azad edilməsi və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair 3 təkliflə çıxış etmişlər. Onların 1997-ci il iyunda təqdim etdikləri ilk təklif münaqişənin “paket” həlli (bu variantda Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulur), 1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” həllindən (bu variantda isə münaqiçənin mərhələlərlə nizama salınması nəzərdə tutulurdu) ibarət idi. Lakin Azərbaycan hökuməti həmin planlarla tam razı olmamasına baxmayaraq sülh prosesinin ölü nöqtədən çıxarılması məqsədilə həmsədrlərin hər iki təklifini qəbul etsə də Ermənistan tərəfi bu təkliflərlə razılaşmadı.

1998-ci il noyabrın 9-da həmsədrlər beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməz olan üçüncü təklif irəli sürdülər. Bu təklif dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Bu təklif Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edildi. Bu təklif Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşıldığını göstərirdi.

1999-cu il fevralın 8-də Heydər Əliyev Minsk qrupunun həmsədrləri olan dövlətlərin başçılarına (ABŞ, Rusiya, Fransa) müraciət edərək Minsk qrupunun fəaliyyətini və axırıncı təklifini ciddi tənqid etdi.

Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məsələsinə BMT və ATƏT-lə yanaşı 1993-cü ildən İslam Kkonfransı təşkilatı da baxmış, 1994-cü ildə Kasablankada, 1996-cı ildə Cakarada, 2000-ci ildə Dohada keçirilən Zirvə toplantılarında Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamələr qəbul etmişdir. Qeyd etmək lazımdır ki, İKT Ermənistanı birmənalı şəkildə təcavüzkar dövlət kimi tanıyan ilk beynəlxalq təşkilatdır.

2001-ci il yanvarın 25-də Azərbaycanın Avropa Şurasına bərabərhüquqlu üzv kimi qəbul olması nəticəsində olkəmiz öz səsini bünya ictimaiyyətinə çatdırmaq üçün yeni və mötəbər bir tribuna qazandı. 2001-ci aprelin 24-27-də Azərbaycan Respublikasının AŞPA-dakı nümayəndə heyəti ilk dəfə olaraq bu qurumin iclasında bərabər hüquqlu üzv kimi iştirak edərək Ermənistanın Azərbaycana təcavüzü faktlarını özündə əks etdirən sənədlər yaymışdılar. Bunlardan 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29 nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən azərbaycanlı əhaliyə qarşı törədilmiş qoyqırımın tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və Dağlıq Qarabağda saxlanılan hərbi əsirlər və girovlar” haqqlnda məlumat AŞPA-nın rəsmi sənədləri qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin qətlə yetirilməsi, Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi, Ermənistanda, eyni zamanda işğal edilmiş Azərbaycan ərazilərində uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 azərbaycanlının girov saxlanması faktları və b. məsələr də öz əksini tapmışdır.

AŞPA-nın 2002-ci il sentyabrda keçirilən payız sessiyasında ilk dəfə olaraq bu beynəlxalq qurumun sənədlərində Ermənistan silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağın işğalı faktı rəsmi şəkildə öz əksini tapdı.

2004-cü ilin əvvəllərindən Avropa Şurası, ATƏT, Avropa İttifaqı münaqişənin dinc vasitələrlə həlli istiqamətində öz səylərini artırmışdır. Belə ki, AŞPA-nın qış sessiyasında Ermənistanın işğalçı dövlət olması bir daha təsbit edildi və münaqişənin aradan qaldırılmasında Ermənistanın heç bir adım atmaması faktı sənədlərdə öz əksini tapdı. AŞPA-nın sesiyasında ermənilərin işğal etdikləri ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə bağlı məruzə dinləndi və işğal olunmuş Azərbaycan ərazilərinin (Ağdam, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan) azad edilməsi təklifi verildi.

2004-cü il fevralın 4-də ATƏT-in Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Azərbaycana səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdir ki, münaqişənin nizama salınmasında əsas vasitəçi olan ATƏT-in Minsk qrupu ilə yanaşı digər beynəlxalq qurumlar – ATƏT-in Prlament Assambleyası , Avropa Şurası və Avropa İttifaqının da fəaliyyətinin gücləndirilməsi böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi üzrə məruzəçisi Terri Devisin Azərbaycana səfəri zamanı (2004-cü il fevralın 25-i) da Ermənistanın hərbi təcavüzkarlığı faktına Avropa Şurasının siyasi qiymət verməsinin vacibliyini vurğulamışdı.

Dövlət başcısı ATƏT-in səfirini qəbul edərkən (2004.16 mart) Minski qrupunun konkret təkliflərlə çıxış etməməsi baxımından fəaliyyətini tənqid etmiş və Azərbaycanın ümummilli lideri Heydər Əliyüv tərəfindən müəyyənləşdirilmiş pinsiplərə sadiq qalaraq münaqişənin yalnız beynəlxalq hüquq normaları əsasında, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi şərtilə nizama salınmasının vacibliyini bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycanın prinsipal mövqeyini növbəti dəfə Bratislavada keçirilən beynəlxalq konfransda(2004,martın17) bəyan etdi. Azərbaycan Prezidenti Dağlıq Qarabağ ermənilərinin öz müqədəratlarını təyin etmək hüququ ilə bağlı iddialarının tamamilə saxta və beynəlxalq hüquqa zidd olduğunu bildirərək ermənilərin artııq öz müqədəratını təyin edib Ermənistan adlı müstəqil dövlət yaratdıqlarını vurğuladı. Prezident İlham Əliyev qeyd etdi ki, ermənilər bütün yaşadığları digər ölkələrdə də öz müqəddəratlarını təyin etmək fikrinə düşsələr, dünyada hansı hadisələrin baş verəcəyini söyləmək çətindir. Bununla yanaşı dövlət başçısı münaqişənin nizama salınması prosesində ATƏT-in Minsk qupunun fəaliyyətinin heç bir səmərə vermədiyini vurğulayaraq Avropa Birliyi və Avropa Şurasını münaqışənin dinc vasitələrlə həlli istiqamətində səylərini gücləndirməyə çağırdı.

2004-cü il aprelin 29-da AŞPA-nın növbəti yaz sesiyasında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın ərazi iddiaları və hərbi təcavüzü haqqında ətraflı çıxış edərək öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.

Azərbaycan Pespublikasının Parlament nümayəndə heyətinin səyi ilə AŞPA-da obyektiv müsbət rəyin formalaşmağı nəticəsində 2005-ci ildə qəbul edilən sənəd ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Bu sənəddə Azərbaycan ərazilərinin böyük bir hissəsinin hələ də Erməni qoşunlarının işğalı altında olduğu və seperatçı qüvvələrin Dağlıq Qarabağ reqionuna nəzarət etdiyi göstərilir. Bununla yanaşı, sənəddə deyilirdi ki, “Avropa Şurasının üzvü olan ölkənin başqa ölkənin ərazilərini işğal altında saxlaması həmin ölkənin öz üzərinə götürdüyü öhdəliklərə açıq-aşkar ziddir və Assambleya öz yerlərindən qaçqın düşmüş insanların geri qaytarılması hüququnu təsdiqləyir.

Göründüyü kimi, Azərbaycan öz haqlı mövqeyini müdafiə edərkən bir sıra çətinliklərlə qarşılaşır. Çünki münaqişə başlayandan bu günə kimi aparılan danışıqlarda təcavüzkar ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək işğalçılıq siyasətindən əl çəkmək istəmir. Digər tərəfdən isə dünya birliyinin “ikili standartlar” prisipindən çıxış etməsi, BMT və ATƏT kimi beynəlxalq təşkilatların öz təklif və qətnamələrini həyata keçirmək üçün konkret addımlar atmaması danışıqlar prosesində irəliləyişin əldə olunmasına əngəl törədir.

Qeyd etmək lazımdır ki, müstəqillik əldə etdikdən sonra Azərbaycan da daxil olmaqla postsovet məkanında yerləşən bütün dövlətlər özlərinin gələcək inkişaf strategiyasını müəyyənləşdirərkən ciddi seçim qarçısında qalmışdılar. Onlar ya əvvəlki kimi sosialist ideologiyası və ictimai mülkiyyətə əsaslanan planlı iqtisadiyyat siyasətini davam etdirərək beynəlxalq aləmdə ideoloji, hərbi-siyasi qarşıdurmaya yenidən şərait yaratmalı, ya da iqtisadi-siyasi və sosial sahədə yüksək tərəqqiyə nail olmuş ölkələrin təcrübəsinə əsaslanaraq xüsusi mülkiyyətə əsaslanan azad bazar iqtisadiyyatı yolunu seçməli idilər. Kapitalizm dünyasının hərtərəfli üstünlükləri yeni yaranmış dövlətləri məhz ikinci yola yönəltdi.

Lakin kapitalizm dünyasının daxilində də hazırda dünya siyasətinin müəyyənləşməsində mühüm rol oynayan iqtisadi-siyasi güc mərkəzlərinin inkişafı ilə bağlı Amerika, Avropa və Asiya modelləri formalaşmışdır. Buna görə də müstəqillik əldə edən dövlətlər özlərinin gələcək inkişaf yolunu müəyyənləşdirmək üçün dünyada mövcud olan mürəkkəb beynəlxalq və reqional şəraiti düzgün qiymətləndirməli idilər.

Birinci və İkinci dünya müharibələrindən sonra iqtisadi, siyasi və hərbi sahədə dünya dövlətləri sırasında liderə çevrilən ABŞ modeli 90-cı illərdə müstəqillik qazanan bir çox yeni dövlətləri cəlb edirdi. Lakin XX əsrin sonunda dünya siyasətinin yeni güc mərkəzləri kimi meydana çıxan Avropa və Asiya dövlətlərinin inkişaf modellərinin ABŞ modeli ilə rəqabət mübarizəsindəki uğurları və proqnozlaşdırılan üstünlükləri ABŞ-ın cəlbediciliyinə müəyyən zərbə vurmuşdur. Avropa ölkələri Avropa Birliyi ideyası altında reqionun bütün dövlətlərini vahid iqtisadi-siyasi məkanda birləşdirməklə yeni güc mərkəzi yaratmağa nail olmuşdur.

Asiya modeli dedikdə isə, buraya hər şeydən əvvəl XX əsrin əvvəllərindən başlayaraq yüksək iqtisadi inkişaf tempinə nail olan Avstraliya, Yeni Zellandiya və Cənub-Şərqi Asiya ölkələri-Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Sinqapur, İndoneziya, Malayziya, Honkonq və b. ölkələr nəzərdə tutulur. Bu modeli bəzən Asiya-Sakit okean ölkələri modeli də adlandırırlar.

Asiya-Sakit okean ölkələri hazırda iqtisadi inkişaf tempinə görə ABŞ və Avropa Birliyi ölkələrini xeyli üstələyir və iqtisadi qüdrətinə görə əsas mərkəzlərdən birinə çevrilməkdədir. Hazırda dünya üzrə ümumdaxili məhsulun yarıdan çoxu məhz bu region ölkələrinin payına düşür. Beləliklə, keçmişdə mənfi inkişaf simvoluna çevrilmiş “Asiya” termini hazırda daha çox mütərəqqi mənada işlənməyə başlamışdır. Göründüyü kimi, qərb sivilizasiyası ilə rəqabətə davam gətirə bilən güclü Asiya sivilizasiyası yenidən bərpa olunmaqdadır.

Avropa ilə Asiyanın qovşağında srateji baxımdan əlverişli, mühüm geostrateji mövqeyə malik olan Azərbaycan siyasi və mədəni-mənəvi həyatında özünəməxsus xüsusiyyətləri yaşatmaqla bərabər Şərq və Qərb dəyərləinin sintezindən yaranmış xüsusiyyətləri də mənimsəyərək dünya birliyinə inteqrasiya yolunu seçmişdir.

Azərbaycanın zəngin iqtisadi potensialı və əlverişli geosiyasi mövqeyi ölkənin müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçilik mənafelərinin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi. “Əsrin müqaviləsi” və sonrakı dövrdə imzalanmış çoxsaylı neft kontraktları Azərbaycanın dünya birliyinə inteqrasiyasını gücləndirdi.

1998-ci il il sentyabrın 7-8-də 32 dövlətin və 13 beynəılxalq təşkilatın nümayəndələrinin iştirakı ilə tarixi “Böyük İpək yolu”nun bərpası üzrə keçirilmiş Bakı beynəlxalq konfransı və onu nəticələri Azərbaycanın xarici siyasətinin müstəqillik illərində qazandığı ən mühüm nailiyyətlərdəndir.

Avropa Birliyinin TASİS-TRASEKA proqramı çərçivəsində “Böyük İpək yolu” nun bərpası üzrə həyata keçirilən tədbirlər Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yerləşən bütün ölkələrin inkişafı, onların iqtisadi potensialından daha səmərəli istifadə edilməsi, çoxtərəfli iqtisadi əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaradır. Şərqlə Qərb arasında mühüm körpü rolunu oynayan Azərbaycanın Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsində aparıcı yer tutması respublikanın dünya ölkələri ilə inteqrasiyasını daha da dərinləşdirməyə xidmət edir. Bu isə nəinki iqtisadi, həm də siyasi sabitlik və təhlükəsizlik baxımından da mühüm əhəmiyyətə malikdir.

Xəzər hövzəsinin zəngin qaz ehtiyatlarının (Türkmənistan, Qazaxıstan və Azərbaycan qazı) Bakı-Tbilisi-Ərzurum marşrutu ilə Türkiyəyə, oradan da Avropa bazarlarına çıxarılması üçün Azərbaycan, ABŞ, Qərb dövlətlərinin reallaşdırdığı layihə Rusiyanın bu bazardakı hegemonluğuna son qoya bilər. Bu gün Azərbaycan Respublikasının müstəqil inkişafı, dövlət təhlükəsizliyi və geosiyasi mövqeyi təkcə ölkəmizin deyil, eyni zamanda müsir dünya siyasətinin, beynəlxalq aləmin mühüm məsələlərindəndir. Xəzər dənizi və onun Azərbaycan sektorunun neft və qaz ehtiyatları hazırda təkcə regionun Rusiya. İran, Ukrayna, Türkiyə kimi dövlətlərini deyil, həmçinin dünya enerjisinin 4/3-nü istehlak edən ABŞ, İngiltərə, İtaliya, Hollandiya, Polşa, Yaponiya, Çin və digər Qərb və Şərq dövlətlərini ciddi şəkildə maraqlandırır. Bunun əsas səbəblərindən biri də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu və bu gün Azərbaycan prezidenti İlham Əliyevin müvəffəqiyyətlə davam etdirdiyi yeni neft strategiyasıdır.

Əsası 1994-cü ilin sentyabrın 20-də “Əsrin müqaviləsi” adlanan neft müqaviləsinin bağlanması ilə qoyulan bu strategiya Azərbaycanın müstəqil dövlət kimi digər dünya ölkələri ilə qarşılıqlı əlaqələrin genişlənməsinə və beynəlxalq mövqeyinin möhkəmlənməsinə əlverişli imkan yaratmışdır. Bu tarixi sənədin imzalanma mərasimində 7 ölkənin 11 neft şirkəti təmsil olunurdu. Müqaviləyə əsasən ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya, Norveç və Səudiyyə Ərəbistanı dövlətlərinə məxsus olan aparıcı neft şirkətləri “Azəri”, “Çıraq”,” Günəşli” yataqlarından 30 il müddətinə 511 mln. ton neft çıxarmalı idilər. Layihənin ümumi investisiya qoyuluşu 10 milyard ABŞ dollarına bərabər idi. Onun 7,4 milyardını Qərb şirkətləri qoymalı idilər. Sonradan müqaviləyə Yaponiyanın “İtocu” və ABŞ-ın “Eksson” şirkətləri də qoşuldular. Bu müqavilədə ən çox pay aparıcı qərb dövlətlərinə ayrılıb. Bunların içində ən mühüm pay isə ABŞ şirkətlərinindir. ABŞ hökuməti 1994-cü il sentyabrın 20-də göndərdiyi teleqramda bu sazişi “Birləşmiş Ştatlar tarixində bu tipli sazişlər arasında ən böyüyü “ kimi qiymətləndirmiş və Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ reqionunun daxilində və ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində də mühüm rol oynaya bilər.

“Əsrin müqaviləsi” layihəsində investisiya qouluşu üzrə iştirakçı şirkətlərin payı aşağıdakı kimi bölünmüşdü:



Şirkətlər

İnvestisiya payı

Britiş Petroleum (Böyük Britaniya)

17,12%

Amoko (ABŞ)

17,01%

LUKoyl (Rusiya)

10%

Penzoil (ABŞ)

4,81%

Eksson (ABŞ)

8,00%

Statoil (Norveç)

8,56%

İtoçu Slodzi (Yaponiya)

3,92%

Remko Enerji Qrup (Böyük Britaniya)

2,08%

Yunokal (ABŞ)

10,05%

Turkiş Petroleum Cor. (Türkiyə)

6,75%

Delta Nimir Xəzər (Səudiyyə Ərəbistanı)

1,68%

ARDNŞ (Azərbaycan)

10%

Aparıcı Qərb dövlətləri ilə yanaşı Azərbaycan dövləti tarazlaşdırılmış xarici siyasət prinsipindən çıxış edərək bölgədə böyük təsiri olan Rusayaya məxsus “LUKoyl” şirkətinə(10%), həm də İrana (5%) bu layihədə pay ayırmışdı. Bu da təsadüfi deyildi. Bu ölkələr Azərbaycanın Xəzər dənizindəki istənilən təşəbbüsünə, xüsusilə də Qərblə birgə iş qurmaq layihələrinə qısqanclıqla yanaşırdı. Odur ki, Azərbaycan hökuməti onları qıcıqlandırmamaq, konstruktiv əməkdaşlığa yönəltmək üçün hər iki ölkənin müqavilədə iştirak etməsi təklifini irəli sürmüşdü. Lakin Qərb dövlətlərinin ciddi etirazları nəticəsində İran bu müqavilədən pay almadı. Rusiya isə 10%-lik paydan narazı qalmışdı. Ona görə də “Xəzər dənizi bütün Xəzəryanı ölkələr üçündür , onu milli sektorlara bölmək olmaz”, “Azərbaycanın birtərəfli qaydada neft müqavilələri bağlamaq hüququ yoxdur” kimi bəyənatlar verilməyə başladı. Müqavilə imzalandıqdan sonra da Azərbaycanda törədilən bir çox pozuculuq hadisələrinə baxmayaraq ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikası bütün sınaqlardan çıxaraq təzyiqləri aradan qaldıra bildi.

Xəzər hövzəsində fəal mövqeyi ilə seçilən ölkələrdən biri də Azərbaycanın bütün məsələlər üzrə müttəfiqi hesab olunan Türkiyədir. Onun bu müqavilədə maliyyə və yüksək texnologiya imkanlarının məhdudluğu üzündən xüsusi payı olmasa da Türkiyə əsas diqqətini Xəzər neftinin xarici bazarlara ixracı marşrutu üzrə cəmləşdirmişdir. Bu məqsədlə Türkiyənin təklifi ilə Bakı-Ceyhan neft marşrutu üzrə kəmər artıq işə salınmışdır.

Ümumiyyətlə Azərbaycan neftinin Avropa bazarlarına nəqli vacib qlobal əhəmiyyət kəsb edən məsələdir. Hazırda Xəzər neftinin “Şimal”, “Qərb”, və Bakı-Tbilisi-Ceyhan istiqamətində nəqli barədə razılaşmalar əldə olunsa da bu marşrutların hansının daha əlverişli olması bu gün də müasir dünya siyasətinin aktual məsələsidir. Bakı-Novorosiysk, Bakı-Supsa kəmərlərinin işə düşməsi ilk növbədə neft ixracında alternativliyi təmin etmək, Rusiyadan tam asılılığı aradan qaldırmaqla yanaşı həm də Azərbaycan dövlətinin Gürçüstan dövlətinə verdiyi iqtisadi dəstək idi.

“Əsrin müqaviləsi”nin imzalanmasından 15 il keçir. Keçən illərdə dünyanın 16 dövlətinə məxsus 36 aparıcı şirkətlə 26 yeni neft müqaviləsi imzalanmışdır. Bu müqavilələr əsasında Azərbaycan neft sənayesinə 70 mld. dollar xarici investisiya qoyulmalıdır. Bu illərdə bütün təzyiqlərə baxmayaraq Azərbaycan öz müstəqil neft siyasətini ardıcıl həyata keçirmişdir. Azərbaycan rəhbərliyinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Şərq və Qərbi, Orta Asiya-Qafqaz və Avropanı birləşdirən neft-qaz, nəqliyyat-kommunikasiya transmilli layihələrinin mərkəzinə çevrilmişdir.

Hazırda Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiyk, Bakı-Supsa neft kəmərləri ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri işə salınmışdır. Azərbaycan bölgənin və dünyanın əsas enerji mərkəzlərindən birinə çevrilmiş və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutmuşdur. Bütün bu müvəffəqiyyətlərin, xüsusən Azərbaycanın xarici əlaqələrinin yaranmasının əsasında Xəzər dənizinin zəngin neft-qaz yataqlarının mövcudluğu və ondan düzgün istifadəni şərtləndirən Azərbaycanın yeni neft strategiyası durur.



Göründüyü kimi, Azərbaycan Respublikasının müstəqil dövlət kimi beynəlxalq münasibətlər sisteminə qoşulması ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin də tənzimlənəsinə şərait yaratmışdır. Hazırda ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Hollandiya, Belçika, Türkiyə, Yaponiya, Norveç, Almaniya, Çin və digər nüfuzlu dövlətlər Aərbaycanla neft və qeyri-neft sahəsində mühüm iqtisadi layihələrdə iştirak edirlər.



Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə