Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 0,71 Mb.
səhifə2/15
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#1047
1   2   3   4   5   6   7   8   9   ...   15
Lullubum (Lullubi) dövləti

Eramızdan əvvəl III minilliyin II yarısında İkicayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkicayarası Akkad dövlətinin hakimyyəti (eramızdan əvvəl XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına su və turukki tayfalarının daxil olması güman edilir. Eramızdan əvvəl XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı. Lullubi dövləti (Lullubum) Cənubi Azərbaycan ərazisində yaranmış ikinci erkən dövlət quruluşu idi. Lulubi hökmdarı Satuninin eramızdan əvvəl III minilliyin III əsrinin 20-ci illərində Akkad hökmdarı Naram-Suenə qarşı müharibə apardığı Akkad mənbələrində qeyd olunmuşdur. Bu müharibədə Lullubi hökmdarı məğlub olmuşdur. Lullubi padşahlığında xırda hökmdarların hakimyyəti mövcud imiş. Lullubi hökmdarı İmmaşqun (eramızdan əvvəl 2200-2170-ci illər) xırda hakimləri mərkəzi Lullubi dövlətinə tabe etdi. Bu dövlətin qüdrəti hökmdar Anubaninin dövründə daha da artır. Lullubi dövlətinin sərhədləri cənubda Diyala çayına, şimalda isə Urmiya gölünə çatırdı. Lullubi dövləti İkiçayarası ilə iqtisadi əlaqələrə girmişdi. Lullubilər də Aratta dövründə olduğu kimi İkiçayarası mədəniyyətinin təsirinə məruz qalmışdılar. Onlar da mixi yazı sistemi ilə tanış idilər. Eramızdan əvvəl II minilikdə vahid Lullubi dövləti parçalanır və yerində xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minillikdə Urmiya gölünün qərb və cənubi qərb hissəsində kuti tayfa birləşmələri mövcud idi. Həmin minilliyin II yarısında kutilərin dövlət halında birləşməsi başlanmışdı. Kutilər şumerlərlə sıx əlaqə yaratmışdılar. Onlar Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Akkad hökmdarı Naram-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüz siyasəti yeridirdi. Lakin kutilər və digər tayfalar Naram-Suenin hücumunun qarşısını aldılar. Eyni zamanda kutilər özləri də İkiçayarasına tez-tez hücumlar edirdilər. Hətta kuti hökmdarı Elulumeş İkiçayarasında yaranmış daxili hərçmərçlikdən istifadə edərək eramızdan əvvəl 2175-ci ildə burada hakimyyəti öz əlinə almışdı. Eramızdan əvvəl III miniliyin II yarısında Kutium dövləti Urmiya gölünün qərb və cənub-qərb torpaqlarında meydana gəlmişdi. Kutilər İkiçayarasını zəbt etməmişdən əvvəl dövlət qurumu yaratmışdılar. Kutilərin hakimyyəti illərində İkiçayarasının iqtisadiyyatı və ticarəti yeni inkişaf mərhələsinə qədəm qoymuşdu. Kutilər İkiçayarası mədəniyyəti dairəsinə cəlb olunmuşdular. Kuti hökmdarlarının qısa mətnli kitabələri mixi yazılar ilə tərtib olunmuşdur. Onlar da aya, bərəkət və məhəbbət ilahəsinə sitayiş edirdilər. Kuti hökmdarı Tirikanın vaxtında o, cəmi 40 gün hakimiyyətdə qalmışdır. İkiçayarasında onun hakimyyətinə qarşı eramızdan əvvəl 2104-cı ildə qiyam baş vermişdir və kutilərin İkiçayarasında hakimyyətinə son qoyulmuşdur, çünki kutilər İkiçayarasında böyük hərbi qüvvə saxlamırdılar. İkiçayarasında kutilərin ağalağına son qoyulduqdan sonra Kutiumun özündə də dövlət süquta uğrayır, xırda hakimyyətlər yaranır. Eramızdan əvvəl III minilliyin sonunda Kuti, eləçə də Lullubi dövlətləri süquta uğrayaraq xırda hakimyyətli vilayətlərə parçalanırlar. Bu hal eramızdan əvvəl I miniliyin əvvəlinə kimi davam edir. Azərbaycanın erkən dövlətlərini türk mənşəli sülalələr idarə edirdilər.


Eramızdan əvvəl II minillikdə Azərbaycanın siyasi vəziyyəti



Eramızdan əvvəl II miniliyin əvvəlində Urmiya gölü hövzəsində yaşayan turukki və su tayfalarının siyasi fəaliyyəti başlayır. Onlar əvvəlki dövrlərdə Aratta, sonra isə Kutium və Lullubi dövlətlərinin tərkibinə daxil idilər. Bu dövlət qurumları süquta uğradıqdan sonra turukki və su tayfaları İkiçayarası hadisələrinə müstəqil surətdə qarışmağa imkan tapdılar. Onların bu hücumları İkiçayarasının şimalında yaranmış Assur dövlətinin sərhədlərində təhlükə yaradırdı. Assur hökmdarı I Şamşi-Adad (eramızdan əvvəl 1813-1781) turikkilərə qarşı hərbi yuruş təşkil edir. Lakin bu tayfaların müdaxiləsinin qarşısını ala bilmir. Turikkilər Assurların nəzarəti altında olan Şumer vilayətində yerləşdilər. Turukilərin bir hissəsi Assurlarla sülh bağlayır. Eramızdan əvvəl II miniliyin əvvəlində Azərbaycan tayfalarını ayrı-ayrı başcılar, yaxud xırda hökmdarlar təmsil edirdilər. Turikkilərin bir neçə, lullibilərin isə çox hökmdarı var idi. Erkən Azərbaycan dövlətləri artıq parçalanmışdlar, ayrı-ayrı xırda hökmdarların hakimyyəti bərqərar olmuşdu. Bu dövrdə güman ki, turikki, lulubi, kuti və b. tayfaların ittifaqı mövcud idi. Bu tayfaların fasiləsiz təzyiqi Assuriya dövlətinin zəifləməsinə və Babilistan hökmdarı Hammurapinin (eramızdan əvvəl 1792-1750) Şimali İkiçayarası hadisələrinə müdaxilə etməsinə şərait yaratdı. O, turikki və kuti tayfalarının hücümlarını dəf etdi. Eramızdan əvvəl XIV əsrin sonunda Assuriya yenidən qüvvətlənir və onun qədim Azərbaycan torpaqlarına hücumları güclənir. Assuriya lullubilərin yaşadığı ərazini ələ keçirmişdi. Lakin Assuriyanın Azərbaycan ərazisində hökmranlığı müvəqqəti xarakter daşıyırdı. Qədim Azərbaycan tayfaları üsyan qaldırır, Assur əsarətindən xilas olmağa çalışırdılar. Qədim Azərbaycanın xırda hökmdarları çox zaman birləşməyə maçal tapmır, təkbə-tək döyüşə girir və ya uğursuz müdafiə olunurdular. Qədim Azərbaycan tayfaları eramızdan əvvəl II miniliyin sonu-I minilliyin əvvəlində yeni dövlət qurumlarının meydana gəlməsi ərəfəsində idi. Qədim Azərbaycan tayfaları ilə qonşuluqda hind-avropalılar, şumerlər, samilər, kassilər,elamlar və s. yaşayırdılar.


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə