Azərbaycan əraziSİNDƏ İBTİDAİ İcma quruluşU



Yüklə 0,71 Mb.
səhifə8/15
tarix02.01.2022
ölçüsü0,71 Mb.
#1047
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

§ 1 .Xanlıqların ictimai-siyasi quruluşu və iqtisadi həyatı
XVII əsrin ikinci yarısında ümumilikdə Azərbaycanda məhsuldar qüvvələr zəif inkişaf edirdi. Kənd təsərrüfatı ağır vəziyyətdə idi. Torpağın becərilməsində ibtidai alətlərdən istifadə edilirdi. Xarici basqınlar, feodal ara müharibələri süni suvarma şəbəkəsini dağıtmış, mal-qaranın sayının azalmasına səbəb olmuşdu.

Lakin buna baxmayaraq ayrı-ayrı xanlıqlarda əkinçilik və maldarlıq dirçəlir, suvarma şəbəkələri bərpa edilr. Pənahəli və İbrahimxəlil xanın dövründə Mildə olan suvarma arxlarınm bərpasına təşəbbüs edilir.

Azərbaycan əhalisi əsas taxılçılıq, maldarlıq, bağçılıqla məşğul olur. Quba, Dərbənd, Bakı xanlıqlarında boya bitkisi, zəfəran və s. yetişdirilirdi. Şəki və Şirvan ipəkçiliyin əsas mərkəzi olaraq qalırdı. Səlyanda Kür çayı hövzəsində balıq ovu genişlənmişdir. Balıq ovu 50 min gümüş manat gəlir verirdi.

Əvvəlki feodal torpaq mülkiyyət formaları qalmaqda idi. Xanlıqlarda bütün torpaqlar xana məxsus idi. Divan torpağı ilə xanın şəxsi torpağı arasında fərq yox idi. Xanın ayrı-ayrı şəxslərə verdiyi torpaq - tyul adlanırdı. Tyuldar xanın fərmanı ilə ona verilən torpağın və kəndlilərin sahibi idi. Tyul torpaqları ancaq xanın fərmanı ilə irsi keçə bilərdi. Tyuldan fərqli olaraq mülk sahibləri xana xidmət etməyə borclu deyildir. Onlar xanın xəzinəsinə müəyyən miqdarda vergi verirdi. Mülklər alınıb-satıla bilərdi.

İstismar olunan kəndlilər bir neçə qrupa bölünürdü. Onların əsas hissəsini raiyyət təşkil edirdi. Kəndlilər icmalarda birləşir, divan, vəqf, sahibkar torpaqlarını becərirdilər. Nisbətən azlıq təşkil edən qrup rəncbərlər idilər. Onlar xanın və naiblərin təsərrüfatlarında işləyirdilər. Feodal ara müharibələri nəticəsində əldə edilən əsirlər, bir çox hallarda rəiyyət rəncbərə çevrilir. Əhalinin müəyyən hissəsi elat təşkil edirdi. Onlar vergilərdən azad edilir, xanın hərbi qüvvələrində iştirak edirdilər. Vergi immunitetinə malik olan elat məaf adlanırdı.

XVII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası əsas yer tuturdu. Lakin bununla yanaşı rentanın işlə və pulla ödəmə forması var idi. Rəiyyətdən alma əsas vergi məlcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi müxtəilif idi. Otlaqlar üçün çöpbaşı, bağbaşı, dini bayramlar üçün bayramlıq, ağanın ailəsində toy olarkən toy xərci almırdı. Bundan başqa bir çox vergi növləri vardır. Qarabağ xanldığında 17 növ vergi var idi. Bunanla yanaşı feodal rəiyyət biyar və əvrəz adlı mükəlləfiyyətlər yerinə yetirməli idi.

XVIII əsrin ikinci yarısında kəndlilərin feodallara qarşı mübarizəsi bəzən passiv, bəzən isə açıq qiyam halını alırdı. Şəkidə yaşamış şair Nəbi Küngüt kəndində Hüseyn xana qarşı baş verən üsyandan bəhs edir quba və Dərbənddə də kəndli çıxışları baş vermişdir.

Natural təsərrüfatın hökm sürdüyü şəraitdə Azərbaycanın iqtisadiyyatında sənətkarlıq mühüm yer tutmuşdur. Şəhər və kəndlərdə əmək alətləri, dəri məmulatı, ev əşyaları hazırlayan sənətkarlıq emalatxanaları vardır. Şamaxı özünə ipək parçaları ilə şöhrət tapmışdır. Şirvanda mis qab-qacaq və silah hazırlanan mərkəz Lahıc idi. Burada kiçik həcmli toplar da tökülürdü. Quba, Qarabağ, Naxçıvanda xalça istehsalı geniş şəkil almışdır.

XVIII əsrin ikinci yarısında Azərbaycanda ümumilikdə şəhər həyatı durğunluq keçirirdi. Ancaq bu və ya digər xanlıqların mərkəzinə çevrilən Şamaxı, Quba, Şuşa, Təbriz, şəki və s. şəhərlər inkişaf edirdi. Şəhərlərin görünüşündə elə bir dəyişiklik olmamışdır. Şəhər əhalisinin bir hissəsi sənətkarlıq və ticarətlə məşğul olsa da, kənd təsərrüfatında tam ayrılmamışdır. Xəzər dənizində mühüm liman olan Bakının 3 min əhalisi var idi. Onun iqtisadiyyatının əsasını neft və duz təşkil edirdi. Qmelin yazır ki, neft və duzdan 40 min manat gəlir əldə edilirdi. Şamaxıda 5 min əhali yaşayırdı. A.V.Suvorovun məlumatlarında Şuşa, Dərbənd, Lənkəran haqqında maraqlı faktlar vardır.

Xanlıqlar dövründə ticarət xeyli zəifləmişdir. Azərbaycan şəhərlərini əsasən quru ticarət yolları birləşdirirdi. Xarici ölkələrə əsasən neft, ipək, duz, balıq, zəfəran, mahud və s. ixrac edilirdi.

Azərbaycanın xarici ticarətində əsas yeri Rusiya tuturdu. Bakıda tez-tez rus ticarət gəmiləri görünürdü. 1785-ci ildə Həştərxandan Bakıya 22 gəmi gəlmişdi. Onlar metal şeylər, parça və başqa mallar gətirmişlər. 1793-cü ildə Həştərxandan Bakıya 310 min manatlıq, Bakıdan oraya isə 240 min manatlıq mal aparılmışdır.

Rusiya ilə ticarətdə Quba xanlığı böyük yer tuturdu. 1782-ci ildə bağlanmış saziş bu sahədə mühüm rol oynadı. Niyazabad limanı abadlaşdırıldı, rus tacirlərinin mallarını qorumaq üçün dəstələr ayrıldı. Xanlıqlar arasında gömrük haqqı daxili ticarətə maneçilik törədirdi. Bakıdan Tiflisə aparılan eyni mal üçün 5 dəfə gömrük haqqı vermək lazım gəlirdi. Azərbaycanda vahid pul sistemi yox idi, hər bir xanlığın özünün pul vahidi var idi. Qarabağda 15 qəp., Pənahabad, Qubada gümüş abbası, Bakıda mis pul, Şirvanda adsız abbası kəsilirdi.

Azərbaycanın xeyli hissəsi İran əsarətindən qurtardıqdan sonra bir sıra xanlıqlar müstəqil dövlət qurumlarına çevrildilər. Xanlıqların dövlət quruluşu İranın dövlət quruluşuna nisbətən xeyli sadələşmişdir. Xanlığın adi hakimi xan idi, hər bir xanlığın özünəməxsus dövlət quruluşu və məhkəmə sistemi var idi. Bəzən xanlıqlarda (məs., Qarabağ) dövlət - dövlət şurası (divan), inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Onları xanın təyin etdiyi naib idarə edirdi. Naibin ixtiyarında darğa, yüzbaşı, kəndxuda vardır. Məhkəmə işləri ruhanilərin əlində idi. Ölüm hökmünü xan çıxarırdı. Xanın qoşun hissələrinin əsasını piyada və süvarilər təşkil edirdi. Onlar maaf və tyuldarlar tərəfindən göndərilən dəstələrdən ibarət idi.
§2. Xanlıqlar dövründə Azərbaycan mədəniyyəti
Xanlıqların mərkəzi olan şəhərlər sənətkarlıq və ticarət mərkəzləri olmaqla yanaşı mədəni mərkəzlər idilər. Şəhərlərdə olan mədrəsələrdə ərəb və fars dillərində dərslər aparılırdı, əsas yeri dini fənlər tuturdu. Mədrəsələrdə təhsil alan Azərbaycan ziyalıları içərisində şeirə maraq daha güclü idi.

Elm sahəsində elə bir irəliləyiş nəzərə çarpmır. Görkəmli coğrafiyaşünas - səyyah Zeynalabdin Şirvani və tarixçi Əbdülrəzzaq bəy bu dövrdə yaşayıb-yaratmışlar.

Azərbaycan ədəbiyyatında iki cərəyan - xalq və saray ədəbi cərəyanları mövcud idi. Birinci cərəyanın nümayəndələri xalqın istək və arzularını əks etdirdiyi halda, ikinci cərəyan hakim sinfin həyatını mədh edirdi. Şifahi xalq yaradıcılığı və aşıq şeri inkişaf edirdi.

Azərbaycan ədəbiyyatı və dili tədricən xarici sözlərdən təmizlənirdi. Füzuli ənənələrini davam etdinə, aşıq yaradıcılığından bəhrələnən bir sıra şairlər yetişirdi.

Azərbaycan ədəbiyyatında Nişat Şirvani, Şakir Şirvani və s. əsərlərində xalqın etiraz səsi ucalırdı. Nişat Şirvani Şirvanda anadan olub, türk istilası zamanı Rusiyanın himayəsində olan Səlyana köçmüşdür. Onun yaradıcılığında əsas yeri məhəbbət mövzusu tutmuşdur. Onun şeirlərində dövrünün haqsıqlıqlarına qarşı etirazlar da vardır. Şakir Şirvaninin «Şirvanın əhvalı» şerində Nadirin burada törətdiyi hadisələrdən bəhs edilir.

XVIII əsrin II yarısında görkəmli şairlər - Arif Təbrizi, Arif Şirvani, Ağa Məkih Şirvani, Nəbi, Baba Şirvani, Xəstə Qasım və başqaları olmuşlar. Arif Təbrizi Təbrizdə və Şuşada yaşamış lirik bir şair idi. Arif Şirvani Lahıcda yaşamış, çoxlu qəzəl və həcvlərin müəllifıdir. Ağaməsiy Fətəli xanın həyatına həsr etdiyi irihəcmli «Şahnamə» əsərinin müəllifidir. Nəbi Şəkidə baş verən kəndli çıxışlarına şeirlərində geniş yer vermişdir. Xəstə Qasım qoşma və gəraylı formasında yazmışdır. Şikəstə Şirin Qacarın Tiflisdə törətdiyi fəlakətlərdən bəhs etmişdir. XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Vidadi və Vaqif olmuşdur. Molla Vəli Vidadi 1709-cu ildə Şəmkirdə anadan olmuşdur. O, Poylu və Şıxlı kəndlərində müəllimlik etmiş, Qarabağ xanının və II İraklinin saraylarında yaşamışdır. Şair 1807-ci ildə vəfat etmiş, Qaz Gəmiqaya adlı yerdə basdırılmışdır. Vidadinin yaradıcılığında şifahi xalq yaradıcılığı və aşıq poeziyası birləşmiş, onun əsasən lirik şeirləri vardır. Dövrünün acınacaqlı vəziyyəti şairin şeirlərinə çökmüş və onu bədbinləşdirmişdir. 1780-ci ildə Şəki xanı Hüseynin öldürülməsinə həsr etdiyi şeirində feodal ara müharibələrini kəskin tənqid etmişdir. Onun «Vaqif», «Çoxdandır», «Durnalar», «Ağlarsan» və s. şeirləri böyük əhəmiyyətə malikdir.

M.P.Vaqif 1717-ci ildə Qazax mahalında anadan olmuş, ilk təhsilini Şərif Əfəndidən almışdır. O, əvvəl Gəncəyə, sonra isə Şuşaya gəlmiş, burada məktəbdarlıqla məşğul olmuşdur. O, İbrahim xan tərəfındən saraya dəvət edilmiş, burada eşikağası və vəzirliyə qədər yüksəlmişdir. Qarabağ xanlığının möhkəmlənməsinə böyük əmək sərf etmişdir. 1797-ci ildə Məhəmməd bəy Cavanşir tərəfındən öldürülmüşdür.

Vaqifin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi mərhələ təşkil edir. O, realizm ədəbi cərəyanı səviyyəsinə qədər yüksəlmişdir. Vaqif yaradıcılığında əsas yeri məhəbbət mövzusu tutmuşdur. Onun gözəllərə həsr etdiyi şerləri real həyatdan alınmışdır. O, ilahi gözəlliyi deyil, real gözəlliyi tərənnüm etmişdir. Vaqifin dili sadə, təravətli və aydın idi. Şairin bir sıra şeirlərində ədalətsizlik, zorakılıq tənqid olunmuşdur.


NƏTİCƏ
XVIII əsrdə Azərbaycanda incəsənətin musiqi, rəssamlıq, memarlıq sahələri inkişaf etmişdir. Aşıq yaradıcılığı yüksək mərhələyə qalxmışdır. Bu dövrdə ən çox istifadə edilən musiqi aləti saz, tar, balaban, zurna, tütək, nağara, dəf olmuşdur. Azərbaycanda bir sıra memarlıq abidələri yaranmışdır. 1762-ci ildə Şəki xan sarayı tikilmişdir. Şuşada, bir sıra maraqlı memarlıq abidələri tikilmişdir.

Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə, İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün 1783-1784-cü illərdə onun ətrafına 3,7 km uzunluğunda müdafıə hasarı çəkdirmişdir. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafıə divarları tikmək lazım gəlməmişdir. Qala divarlarının eni 2 metr 20 sm, hündürlüyü isə 8 metr olmuşdur. Hər 50 metrdən bir iri və əzəmətli bürclər ucaldılmışdı. Qalanın girəcəyində - şimal tərəfə «Gəncə qapısı», qərb tərəfə isə «İrəvan qapısı» adlanırdı.

İstifadə edilmiş ədəbiyyat


  1. A.Bakıxanov. Gülüstani-İrəm. Bakı: 1951, s. 159-195

  2. Mirzə Adıgözəlbəy. Qarabağnamə. Bakı, 1950

  3. Mirzə Camal. Qarabağ tarixi. Bakı, 1959

  4. H.Dəlili. Azərbaycanın cənub xalqları. Bakı, 1979

  5. Nailə Bayramova. Şamaxı xanlığı. Bakı, 2009.

  6. Tofiq Mustafazadə. Qarabağ xanlığı. Bakı, 2010.

  7. Camal Mustafayev. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, 2002.

  8. N.Mustafayeva. Cənubi Azərbaycan xanlıqları. Bakı: Azərnəşr, 1955.

  9. В.Левиатов. Очерки из истории Азербайджана XIII в. Баку, 1949

  10. Г.Абдуллаев. Азербайджан XVIII в.и. взаимоотношения с Россией. Баку, 1965

  11. Jan Kyure. Xace-ye tacedar. («Tac qoymuş xadim»). Tehran: 1971

  12. Arif Babayev. Rusiyaya qovuşmaq ərəfəsində. Bakı: 1991

  13. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: 1994

  14. Azərbaycan tarixi. I c. Bakı: 1958, s.356-418

  15. Y.Yusifov. Azərbaycan tarixi. Bakı: 1994

  16. Историческая география Азербайджана. Baку: 1987

Şimali Azərbaycanın Rusiya ilə Iran arasında bölüşdürülməsi

Plan


  1. Azərbaycanın istilasının başlanması.

  2. Birinci Rus-Iran müharibəsi. Xanlıqların ləğvi.

  3. Ikinci Rus-Iran müharibəsi. Istilanın başa çatması.

Ədəbiyyat



  1. M.A.Imamverdiev. Иран в междунарoдныx щтнoшениеx в pервoй трети XIX века. Самарганд, 1961, s.63-65.

  2. A.Bakıxanov. Gülüstani-Irəm. B.,1951, s.158.

  3. Mirzə Camal Qarabaği. Qarabağ tarixi. Bakı, 1959, s.96.

  4. Mirzə Adıgözəlbəy. Qarabağnamə. s.103-110.

  5. I.P.Petruşevski. Dcaro-Belokanskoe volğnıe obhestva v pervoy treti XIX v. 1934, s.96.

  6. Утверждение русского владичества на Кавказе. t.VI, ç I, s.117.

  7. D.Mustafaev. Северные ханства Азербайджана и России. (конце XVIII – начало XIX в.в.). B., 1995.

  8. N. Müstafayeva. Cənubi Azərbaycan xanlıqarı. B.,1995.

  9. M.Muradov. Çar Rusiyasının Azərbaycanda işğalçılıq və köçürmə siyasəti (XIX əsrin I yarısı). B., 1999.

  10. Azərbaycan tarixi üzrə qaynaqlar. B., 1989, s.277-283?

  11. Azərbaycan tarixi. IV cild, s.14-53




  1. Azərbaycanın istilasının başlanması.

XVIII-XIX əsrin hüdudlarında Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Qonşu xanlığın ərazilərini ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı niyyətləri, Iran işğalçılarının viranedici yürüşləri vəziyyəti daha da gərginləşdirirdi.

Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq Rusiya elminə məlum idi və təsadüfi deyil ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin mənisənilməsini onun istilası ilə bağlayırdı. Qızıl boya, yun, ipək, pambıq, tütün, yanacaq və s. Rusiya sənayesini xammal və yanacaqla təmin edə bilərdi.

Zaqafqaziyanın siyasi və hərbi-trateji əhəmiyyəti xüsusilə böyük idi. Bu diyarın işğalı ənənəvi rüs-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həl edə bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi. Cənubi Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.

Feodal ara müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı var-yoxdan çıxarırdı. Zəruri ilkin sosial-iqitsadi şərtlərin, yetkin siyasi qüvvələrin olmaması üzündən ayrı-ayrı xanların Azərbaycanı öz başçılıqları altında birləşdirmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayırdı.

Qərbi Avropa dövlətlərinn də, xüsusən Ingiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.

1800-cü ilin sonunda Ingiltərə nümayəndəsi Malkolm Irana gəldi və 1801-ci ilin əvvəllərində o, bu dövlətlə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini bağlamaqla Ingiltərə Iranın daxili işlərinə qarışmaq imkanı əldə etdi. Ingiltərə hər hansı dövlətin Iran üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyəti ilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.

Ticarət müqaviləsi razılığa gələn tərəflərin tacirlərinə öz mallarını hər iki dövlətin ərazisinə azad daşımaq hüququ verirdi. Ingiltərə tacirlərinə Iranın istənilən şəhər və limanında məskən salmağa icazə verilir, onların malları isə hər cür vergilərdən azad olunurdu.

Müqavilələr ölkənin bazarını ingilis tacirlərinin üzünə geniş açır, Iranı öz müstəmləkə mülklərini genişləndirmək uğrunda mübarizədə Ingiltərənin antirus siyasətinin alətinə, öz müstəmləkəsini- Hindistanı kənar təcavüzlərdən qorumaq, Zaqafqaziya barəsində özünün uzağa gedən planlarını həyata keçirmək üçün meydana çevirirdi.

Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilk növbədə Rusiyaya qarşı yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I Pavelin öldürülməsindən və I Aleksandrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin qüvvələr nisbəti dəyişdi. I Aleksandr Fransa ilə əlaqələri qırdı və Ingiltərə ilə yaxınlaşdı. Bu dövrdə təcavüzkar napoleonçu Fransanın mövcüdlüğü şəraitində Rusiya ilə yaxınlaşmanı yüksək qiymətləndirən Ingiltərə artıq Iranı açıqca müdafiə edə bilmirdi. Fransa bu vəziyyətdən dərhal istifadə etmək imkanını əldən verməyərək Rusiya ilə müqavilə bağlamağı şah Iranına təklif etdi.

Ingiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksandr Cənubi Qafqaz barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl Həştərxan- Dərbənd-Bakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu Gürcüstanla əlaqə yaratmağa çalışırdı.

1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Azərabycan ərazisinin də bir hissəsi – Kartli-Kaxetiya çarlığının vassal asılılığında olan və onunla birlikdə Rusiyaya birləşdirilmiş Qazax, Borçalı, Şəmşəddil sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi. Deməli, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.

I Aleksandr 1801-ci ilin dekabrında Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə yazırdı: «Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarının sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın) hakimiyyəti yaranmamış Irəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli».

Bu fərmana müvafiq olaraq general Knorrinq 1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar komandanlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakimlərinn nümayəndələri ilə görüşünü keçirdi. Danışıqlarda Tərki şamxalı, Qaraqaytaq üsmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin nümayəndələri ilə yanaşı, iki Azərbaycan xanlığınıın- Quba və Talış xanlığının nümayəndələri də iştirak edirdilər. Digər xanlıqların nümayəndələri görüşdə iştirak etmirdilər. Çünki buna qədər Iran şahının nümayəndəsi Ibrahimxəlil xanın yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı xanına da belə tələb verilmişdi.

Iranın maneçiliyinə baxmayaraq, Georgiyevskdəki dörd aylıq danışıqlar müvəffəqiyyətlə başa çatdı və 1802-ci il dekabrın 26-da müqavilə imzalandı. Müqaviləyə görə, onu imzalayanlar Irana hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz öhdələrinə götürürdülər. Müqavilə Zaqafqaziyada ticarətin genişləndirilməsini, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. nəzərdə tuturdu. Müqavilədə deyilirdi ki, onu imzalayanlar «onların öz xahişlərinə görə… Rusiya,… himayəsinə» qəbul olunurlar.

Şimali Azərbaycanın çar Rusiyası tərəfindən istilası kimi mürəkkəb və zidiyyətli prosesin öz xüsusiyyətləri vardır.

Feodal hakimlər- xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə Iran, Rusiya kimi dövlətlərə müqavimət göstərməklə öz xanlıqlrını qoruyub saxlaya bilməyəcəklər. Onlar Rusiyanın xanlıqların istiqlaliyyətini qoruyacağı barədə verdiyi yalan vədlərə uyaraq öz xanlıqlarının istiqlaliyyətini bu yolla qoruyacaqlarını zənn edərək, bir tərəfdən rus himayəsini qəbul etməyə meyl etməli olur, digər tərəfdən isə çarizmin vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəziləri bu yolla Iran və ya Türkiyə qoşunlarının basqın edəcəyi təqdirdə öz torpaqlarını qarətdən və var-yoxdan çıxarılmaqdan müdafiə edə biləcəklərinə ümid bəsləyirdilər. Eyni zamanda, bu xanlar Irana və Türkiyəyə də meyl göstərdiklərindən tərəddüdd edir, öz mövqe və qərarlarını qəti müəyyənləşdirməyə tələsmirdilər. Bu , hər şeydən əvvəl, xanların öz xanlıqlarının daxili idarəsində müstəqilliklərinin saxlanılmasına əmin olmamaları ilə əlaqədar idi.

Rusiya ayrı-ayrı Azərbaycan xanlarını Iran və Türkiyə təhlükəsindən müdafiə edəcəyini vəd etsə də, bu heç də onun xanlıqlara müstəqillik vermək niyyyətində olması deyildi. Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiya istilasına müqavimət göstərə biləcəklərindən, habelə öz hüquq və imtiyazlarının bərpası uğrunda mübarizəni davam etdirəcəklərindən ehtiyat edən Rusiya əlavə tədbirlər də həyata keçirmək barədə fikirləşirdi. Bu illərdə qədim gürcü zadəgan nəslindən çıxmış, 1802-ci ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general P.D.Sisianov Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu. Çar hökuməti Cənubi Qafqazdakı bütün mülki-hərbi hakimiyyəti qafqazlı Sisianova etibar edərək, onun vasitəsilə Qafqazı sakitləşdirməyə ümid bəsləyrdi. Sisianov isə Azərbaycan xalqına özünün nifrətedici və amansız münasibətilə fərqlənirdi. Azərbaycanın Rusiya tərəfindən işğalının gedişində onun bir çox Azərbaycan xanlarına göndərdiyi alçaldıcı məktubları buna dəlalət edir.

Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakən yerli əhalisinin müqaviməti ilə rastlaşdı. Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin bərpasına çalışan gürcü şahzadəsi Aleksandr isə silahlı dəstə ilə Cara gəldi. Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth olundu. 1803-cü il aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.

Sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq əmanətlər verməli, öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin camaatın daxili idarəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücumə məruz qaldılar. Qanlı döyüşdə carlılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.

Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimət göstərməyi davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.

Car-Balakən camaatının fəthindən sonra qonşu Ilisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu. Sultanlıqda 40-cı illərin ortalarınadək sultan öz torpaqlarının daxili idrəsində hakimiyyətini qoruyub saxlamışdı.

General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. «Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir».

Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik münasibətlər saxlayırdı. Xanlığın hökmdarı Cavad xan Sisianovun Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. O, yazırdı ki, 1796-cı ildə «sənin padşahın fərman göndərdi və mən də onun təklifini qəbul edib qalanı təhvil verdim. Əgər indi də sənin padşahın belə fərman göndəribsə, onu mənə göstər. Onda mən onun iradəsini görərək buna uyğun hərəkət edərəm». General tələb etməyi siyasi danışıqlardan üstün utdu. O, məktublarında özünəməxsus yekəxanalıq və etinasızlıqla Cavad xanı özündən uzaqlaşdırdı, bu da qanlı döyuüşlərə gətirib çıxardı. Sisianov Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli olaraq, Gəncə xanlığına qarşı daha amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə 20 min çervon məbləğində, yəni sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün müəyyənləşdirilmiş məbləğdən 3 dəfə çox ödənc tələb edir və yazırdı: «Əgər mənim təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm».

O, 11 topu olan piyada batalyonu, 3 eskadron və 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyakin komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı yerdə rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən sonra gücdən düşərək pozulmuş qoşunları ilə qalaya qayıtdı. Bundan sonra rus qoşunları Gəncəni mühasirəyə aldılar. Mühasirə bir ay davam etdi. 1804-cü il yavarın 2-dən 3-ə keçən gecə rus qoşunları qalaya hücuma başladılar. Onların iki cəhdi dəf olundu. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. «Gəncə» adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar cərimə edilirdilər.

Gəncənin alınması rus qoşunlarının digər feodal dövlətlərini tabe etmək məqsədi ilə Azərbaycanın içərlərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb etdi. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təbəəliyini qəbul etəməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon, yəni 3 min manat bac verməyi öhdəsinə götürdü.
2.Birinci Rus-Iran müharibəsi. Xanlıqların ləğvi.

Gürcüstanın, Şimali Azərabycanın bir hissəsinin Rusiya tərəfindən işğalı Iran və Türkiyənin, həbelə onların arxasında duran Ingiltərə və Fransanın narahatlığına səbəb oldu. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisi A.Bakıxanovun yazdığına görə, «Iran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı. Iran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində cəmləşdirdi».

Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yarısından- Ingiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları quruldu.

Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəl şah Avropa kralları və imperatorlarına məkutbla müraciət edərək kömək almağa çalışdı.

Lakin Iranın daxilində baş vermiş çaxnaşmalar və Ingiltərə tərəfindən real köməyin olmaması davakar əhval-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi. Ingiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa qoşunlarının Rusiya və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha köməyə ehtiyac qalmayıb. Ona görə də Ingiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, Iranı Rusiya ilə müharibəyə qızışdırırdı.

Iran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı birgə çıxışa cəlb etmək məqsədi ilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi.

1804-cü ilin mayında Fətəli şah başda olmaqla Iranın yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə Iran arasındakı diplomatik əlaqələr kəsildi, 10 il davam edən rus-Iran müharibəsi başlandı.

Müharibənin başlanğıcında Zaqafqazyadakı rus qoşunlarının sayı cüzi idi: 24 topu olan 9 piyada və 2 süvari alayı. Buna baxmayaraq, rus qoşunlarının komandanlığı müharibə aparmağın hücum planını seçdi. Ilk döyüş 1804-cü il iyulun 2-də Irəvan xanlığının ərazisində, Eçmiədzin divarları yanında baş verdi. 12 topu olan 3600 nəfərlik piyada, süvari eskadronu və 2 kazak yüzlüyündən ibarət rus qoşunu 20 minlik Iran qoşünü ilə qarşılaşdı. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar.

Ikinci döyüş Irəvan xanlığında, Qəmərli kəndinin yanında baş verdi. 1804-cü il iyulun 29-dan 30-a keçən gecə azsaylı rus qoşun dəstəsi ilə Iran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları tutduqları mövqeləri qoruyub saxlaya bildilər. Lakin azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə Iran qoşunlarının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları Irəvandan geri çəkildi.

Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa Ibrahimxəlil xanın yanına göndərərək ondan «Rusiya təbəəliyinə» keçməyi tələb etdi. Ibrahimxəlil xan Iran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, «Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq» vədi verdi.

General Sisinov Gəncə yaxınlığındakı Kürək çayının sahilinə gəldi və düşərgə saldı. Ibrahimxəlil xan da buraya gəldi və 1805-ci il mayın 14-də Sisianovla görüşdü. Görüşdə müqavilə imzalandı. Bu müqaviləyə əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq təhəddüdü qoyulurdu. Çar isə öz növbəsində bu xan sülaləsinn hüquqlarını «bütün zamanlar üçün» təsdq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xan öz nəvəsini əmanət verməyi boynuna götürdü. O, Tiflisdə qalmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Lakin o, rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi öz üzərinə götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min çervon ayırmağı öhdəsinə götürdü.

Sisianovun düşərgəsinə Ibrahimxəlil xanla birlikdə onun kürəkəni, bundan bir az əvvəl şirvanlı Müstafa xanın köməyi ilə öz qardaşını qovaraq Şəki xanlığında hakimiyyəti ələ keçirmiş Səlim xan da gəlmişdi. Öz qardaşına və onun tərəfdarlarına qarşı köməyə ehtiyacı olan Səlim xan qaynatasının məsləhəti ilə ruslarla müqavilə bağlamağa tələsdi. Bu müqavilə Qarabağ xanı ilə bağlanmış müqavilənin şərtlərini təkrar edirdi, lakin Şəki xanı rus xəzinəsinə 7 min çervon ayırmalı, rus qoşunları isə Şəkinin özündə yox, tikiləcəyi nəzərdə tutulan qalada yeləşməli idi.

Bəzi xanlıqlar tərəfindən Rusiya hakimiyyətinin döyüşsüz qəbul edilməsi faktı çarzmin burada işğalçı məqsədlər güdməsi kimi qəbul edilməməlidir. Ilk zamanlar bəzi xanlıqların daxili muxtariyyət hüququnun saxlanılmasına gəldikdə isə bu, öz qarşısında Ingiltərə və Fransanın həvəsləndirdiyi Iran və Türkiyə kimi rəqibləri görərək, Zaqafqaziyada böyük ehtiyatla hərəkət etməyə can atan çarizmin müvəqqəti tədbiri idi.

Ingiltərə rus-Iran müharibəsini qızışdıraraq öz müttəfiqinə- Irana münasibətdə ikiüzlü siyasət yürüdürdü: Iran tərəfindən 1801-ci il müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edərək özünü elə aparırdı ki, guya onun özü müttəfiqlik borclarından azaddır.

Ingiltərənin belə siyasəti onunla nəticələndi ki, 1804-cü ilin payızında Iran şahı Rusiya əleyhinə Fransa ilə ittifaq bağlamağa hazır olması barədə Napoleona məktub göndərdi. Napoleon bundan istifadə etməyi qərara aldı və Istanbuldakı Fransız səfirinə Iranla danışıqlara başlamaq barədə göstəriş verdi.

1805-ci il yay kompaniyasının gedişində Iran qoşunları iyunun ortalarında Qarabağa soxuldular və onu talan etdilər.

Pirqulu xan Əsgəranı tutdu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci il iyunun 26-da şah qoşunları polkovnik Koryagin başda olmaqla azsaylı rus qarnizonunun yerləşdyi Şahbulağı mühasirəyə aldılar. Abbas Mirzə qalanın təslim olmasını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görərək qalanı iyulun 8-də təslim etməyə razılaşdı, özü isə iyulun 7-nə keçən gecə dəstəsi ilə düşmənin xəbəri olmadan qalanı tərk etdi. Abbas Mirzə rus dəstəsinin gizlicə oradan çıxmasını bilən kimi onu təqib etməyə başladı, lakin ona hücum etməyə cürət etmədi. Şahbulaqdan şimaldakı Muxrat qəsrində dayanmış Koryaginə kömək gələndə şah qoşunları geri çəkildilər. Koryaginin dəstəsi Gəncəyə gəldi və burada Kotlyarevskinin dəstəsi ilə birləşdi.

Iyulda Iran qoşunları Qazaxa soxuldular. Iran qoşunlarının komandanı yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kəndxudalara bəyanatla müraciət edərək Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Koryagin 570 nəfərlik dəstə ilə döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı Iran düşərgəsinə hücum etdi.

Iran qoşunlarının 1805-ci ilin yay hərbi kampaniyasındakı məğlubiyyəti və bunun ardınca başlamış fasilə Rusiya hökumətinə Azərbaycanda öz mövqeyini daha da möhkəmləndirmək, Şirvan, Bakı və Quba xanlarını tabe etmək imkanı verdi.

Hələ Qarabağ və Şəki xanlıqları ilə müqavilələr bağlanan dövrdə Sisianov Rusiya hakimiyyətini qəbul etməyi şirvanlı Mustafa xandan da tələb etmişdi. Şirvan xanı qonşu Azərbaycan xanlıqları üzərində onun hakimiyyətinin tanınması şərti ilə bu tələblə razılaşdı. Mustafa xan illik bac verməkdən boyun qaçırır, daxili idarədə özünün müstəqilliyi barədə təminat və özünə daimi məvacib təyin olunmasını tələb edirdi. Sisianov isə özünün irəli sürdüyü şərtlərlə Rusiya hakimiyyətini qəbul etməyi tələb edirdi və danışıqların heç bir şey verməyəcəyinə əmin olduqdan sonra 1805-ci ilin noyabrında Mingəçevir yaxınlığında Kürü keçərək Şamaxıya doğru yeridi. Onun 10 topu olan dəstəsi 1100 piyadadan və süvarilərdən ibarət idi.

General Sisianov Şirvana doğru hərəkət edərkən Ibrahimxəlil xandan kömək tələb etdi və o da 1500 süvari ilə birlikdə öz böyük oğlu Mehdiqulu ağanı göndərməyə məcbur oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Mustafa xan Sisianovun tələbini qəbul etmək qərarına gəldi, xanlığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 10 min çervon bac ödəməyə, xanlığın hüdudları daxilndə ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Bununla belə, xan danışıqlardan boyun qaçırdı, təbii qala və sığınacaq olan Fitdağda mövqeyini möhkəmləndirdi. Sisianov qoşunlarını Şamaxının lap yaxınlarına çəkməyə başladı. Rus qoşunları Fitdağa yaxınlaşdı. Öz vəziyyətinin çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyə razı oldu. Mustafa xan və Sisianovun 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki müqavilə ilə eyni idi.

Azərbaycanın ən iri xanlıqlarından birinin- Şamaxı xanlığının tabe edilməsi çar Rusiyası üçün bütün Şimai Azərbaycanın ələ keçirilməsində mühüm əhəmiyyətə malik idi. Şamaxı xanlığı digər xanlıqlar arasında mərkəzi mövqe tuturdu, böyük iqtisadi, siyasi və hərbi-srateji əhəmiyyətə malik idi.

Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol açıq idi. 1805-ci ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı Gilanı tutmaq, geri qayıdarkən isə Bakını ələ keçirmək üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı.

Çar hökuməti Xəzər donanmasının möhkəmləndirlməsinə və onun köməyi ilə Xəzərin qərb sahillərinin ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çarın xarici işlər naziri bunu dönə-dönə Sisianova xatırladırdı.

Apreldə desant qoşunları general Zavalişinn rəhbərliyi altında Rəşt istqamətində yola düşdü. Bu qoşunların qarşısına Ənzəli və Bakını tutmaqdan başqa, ötən kampaniyada əsir düşmüş adamların və gürcü knyazlarının geri alınmasını şahdan tələb etmək vəzifəsi qoyulurdu. Iyunun 23-də donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və Rəşti tutmaq üçün göstərilən uğursuz cəhtdən sonra rus eskadrası avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edilməsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq avqustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji məntəqələri tutuldu.

Iranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək üçün şah sarayına müraciət etdi. Iran tarixçisi Nəsir Nəcminin məlumatına görə, Abbas Mirzə Urmiyalı Əsgər xana Bakı xanına kömək üçün qoşunlarla birlikdə dərhal yola düşməyi əmr etdi. Qubalı Şeyxəli xan da Hüseynqulu xana köməklik etməyə hazırlaşırdı. General Zavalişin Bakıya - Hüseynqulu xana Urmiya və Qubadan köməyin yaxınlaşmasından qorxaraq qalanı ələ keçirmədən Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il fevralın əvvəllərində Sisianov artilleriyası olan böyük qoşun dəstəsi ilə Bakının iki kilometrliyində general Zavalişinin desant dəstəsi ilə birləşdi və Naxırbulaqda düşərgə saldı. Sisianov qalanın təslm edilməsini tələb etdi.

Sisianovun təklif etdiyi şərtlərə görə Bakı xanlığı Rusiya təbəəliyini qəbul etməli, xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli, xan isə ildə 10 min manat məbləğində məvacib almalı idi. Şəhər xüsusi qaydalar üzrə idarə olunmalı idi. Bakı qalasında toplarla birlikdə 600-1000 əsgərdən ibarət qarnizonun yerləşdirilməsi nəzərdə tutulurdu. Xarici siyasət və hərbi məsələlərdə xan Qafqazdakı rus qoşunları baş komandanlığının sərəncamlarına tabe olmalı idi.

Bakılı Hüseynqulu xan bu şərtlərlə razılaşdı. Fevralın 8-də Sisianov polkovnik Eristavinin müşayiəti ilə demək olar ki, mühafizəsiz şəkildə onu lap qalanın yanında gözləyən xanla görüşmək üçün yola düşdü. Görüşdə o, Hüseynqulu xanın əmisi oğlu Ibrahim bəy tərəfindən öldürüldü.

General Zavalişin rus qoşunlarını Bakıdan Sara adasına, sonra isə Kızılyara aparmağa məcbur oldu.

Bakıda Sisianovun öldürülməsinlən sonra Zaqafaziyadakı rus qoşunlarının vəziyyəti ağırlaşdı. Cənubi Qafqazda da şərait mürəkkəbləşdi. Xanların çoxu tərəddüd etməyə başladı. Dağıstanın bəzi feodal hakimləri bu məqamdan istifadə edərək tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə başladılar. Qazıqumux hakimi Surxay xan Azərbaycana soxuldu. Lakin rus qoşunlarının Şimali Qafqazdakı fəallığı üzündən digər Dağıstan hakimləri Kürə yaxınlaşan, Mingəçevir yaxınlığındakı keçidi ələ keçirməyə ümid bəsləyən, lakin tələsik geri qayıtmağa məcbur olan Surxay xana kömək göstərməyə cürət etmədilər.

1806-cı ilin yazında Iran qoşunları yenidən fəallaşdı. Napoleonun vəd etdiyi kömək burada az rol oynamadı. Iran qoşunları Arazı keçərək Qarabağa yeridi.

Iyunun 8-də rus və Iran qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4 min Iran sərbazı ilə qarşılaşdı. Rus dəstəsi Iran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq Şuşaya doğru irəlilədi.

Abbas Mirzə Ibrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus qarnizonunun azlığı üzündən Ibrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gəlib çıxmasının xeyli çəkməsi Iran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. Ibrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin I yarısıda yaşamış Azərbaycan tarixçisinin yazdığı kimi, «bəzi bədniyyətli adamlar xanı mayora elə şərləmişdilər ki, mayor gecə ikən bir dəstə döyüçü ilə onun məskəninə yollandı. Burada fələyin zalım hökmü ilə Ibrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə birlikdə öldürüldü.» Bu qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini səciyyələndirən parlaq misaldır. Belə yolla həm tərəddüd edən feodallar, həm də əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi, «əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi».

1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş general Qudoviç Qarabağın idarə olunması haqqındakı fərmanı Mehdiqulu xana təqdim etdi.

Qəsbkarlar geri çəkilərkən dinc sakinlərdən ibarət kütlələri zorla qovub əsirliyə aparırdılar. Təkcə Şirvandan Irana 6 min nəfər aparılmışdı.

Yay kampaniysının müvəffəqiyyətlə başa çatmasından sonra qarşıda Şimali Azərbaycanın qalan ərazisinin, ilk növbədə Bakı və Quba xanlıqlarının işğalı məsələsi dururdu.

Rus komandanlığı Bakı və Dərbənd qalalarının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. General Qlazenap 1806-cı il mayın 3-də çara yazırdı: «Nə qədər ki, Bakı alınmayıb, o vaxtadək Şirvan və Qarabağdakı nailiyyətlər həmişəlik təhlükə olacaqdır, elə Gürcüstanın özü də farsların basqınını gözləməlidir». Iran hökuməti Rusiya və onun planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü və Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin qarşısını almaq məqsədilə hərbi əməliyyatları Şamaxı xanlığı istiqamətinə keçirdi. Bu vaxt bir rus dəstəsi Zərdaba, digəri isə Cavada daxil oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Abbas Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri çəkildi. Bakı və Dərbəndə doğrü irəliləmək üçün əlverişli şərait yarandı. Qubalı Şeyxəli xan Rusiya təbəəliyini qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus qoşunları Quba xanlığına tabe olan Dərbəndə yaxınlaşdılar və iyunun 22-də onu tutdular. Sonra onlar general Bulqakovun komandanlığı altında Bakıya doğru yönəldilər. General şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz nümayəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Bulqakovun yanına göndərdi. Lakin Hüseynqulu xanın özü qisasdan qorxaraq ailəsi ilə birlikdə Qubaya, oradan da Irana qaçdı. Beləliklə, 1806-cı il sentyabrın 3-də Bakı xanlığı Rusiyaya tabe edildi. Tezliklə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe olundu. Dərbənd və Quba xanlıqları Tərki şamxalının ixtiyarına verildi, sonralar isə əyalətlərə çevrildi.

Beləliklə, 1806-cı ilin sonunda Talış, Irəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Şimali Azərbaycan ərazisi Rusiyanın hakimiyyəti altına keçdi.

Göstərilən xanlıqların işğalından sonra rus qoşunları Şəki xanlığındakı üsyanı yatırmaq üçün göndərildi. 1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında həlledici döyüş baş verdi və şəkil Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri müqavimət göstərməkdə davam edirdi. Bununla belə, nuxalıların müqaviməti qırıldı və rus qoşunları hücum edib Nuxanı ələ keçirtdilər. Səlim xan Irana qaçdı. Xanlığın idarə olunması üçün Şəkidə yerli, Rusiyaya meylli olan bəylərdən ibarət müvəqqəti idarə təşkil olundu.

Sonra rus qoşunları üsyan bürümüş Car-Balakənə yola düşdü. Rus qoşunları Carda üsyanları və Avar xanının, habelə digər Dağıstan feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezlikl bu üsyan da yatırıldı.

Şimali Azərbaycan xanlıqlarında üsyan yatırıldıqdan sonra hökumət bir sıra yerli feodal hökmdarları dəyişdi.

Rus-Iran müharibəsinin başlanğıcında Rusiyanın tərəfinə keçmiş xoylu Cəfərqulu xan Şəki xanı təyin edildi. O, özünün keçmiş Xoy xanlığı əhalisinin bir hissəsini Şəkiyə köçürdü. Azərbaycanlılardan və ermənilərdən ibarət olan köçkünlər Nuxa şəhərinin ətrafında bir neçə kənd (Yenikənd, Cəfəradab və s.) saldılar.

Iran hökuməti də güzəştlərə ümid bəsləyərək sülh bağlamaq istəyirdi. 1806-cı il sentyabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının baş komandanı Qudoviçin yanına göndərdi. Çar hökuməti heç nəyi Irana güzəştə getmək fikrində deyildi, əksinə o, Irandan Naxçıvan və Irəvan xanlıqlarını tələb etdi. Çar hökuməti hətta müvəqqəti barışığın imzalanmasına razı idi. Lakin danışıqlar uzandı. Ingiltərə və Fransa bu işdə az rol oynamırdı.

Austerlisdən sonra Iran və Türkiyədə Napoleon diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ldə öz nümayəndəsi general Romyeni Irana göndərdi. Iranın Fransa ilə danışıqları Ingiltərəni təşvişə saldı. Bağdaddakı Ingilis səfiri Xarford Cons şah nazirinə müraciət edib ona təminat verdi ki, Ingiltərə 1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır. General Romyenin qəfildən müəmmalı şəkildə vəfatı üzündən danışıqlar kəsildi.

Napoleon «rus qoşunlarını Zaqafqaziyadan qovmaq üçün… Fransız qoşunlarının Iran sahillərinə çıxmasına icazə verməyi» Irana təklif etdi.

Fransa bütün vasitələrlə Türkiyəni də Rusiyaya qarşı qaldırmağa çalışırdı.

Napoleonun 1806-cı ildə Istanbula gəlmiş səfiri general Sebastyan hədələr və cəlbedici vədlərlə Türkiyənin bir sıra rüs-türk sazişlərini, o cümlədən də təzəcə imzalanmış müttəfiqlik müqaviləsini təhrik yolu ilə pozmağa nail oldu. 1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə başladı.

Rüs-türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı qərara aldı. Quba, Bakı və Dərbəndi təzəcə ələ keçirmiş, Şəki və Car-Balakəndə üsyanı yatırtmış, qoşunlar oraya göndərilmişdi. Baş komandan general Qudoviç rus ordusunun başında Gümrüyə yönəldi. Burada rüs və türk qoşunları arasında qanlı döyüş baş verdi. Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: «Hər iki qoşun Arpa çayında qarşılaşdı və bir-birinin qarşısında yerləşdilər. Bir qədər vaxtdan sonra döyüş baş verdi. Qaş qaralana yaxın osmanlılar məğlub edildilər. Ruslar osmanlılardan qənimətlər və çoxlu top ələ keçirdilər». Bu döyüş 1807-ci il iyunun 18-də baş vermişdi. Elə həmin ildə Iran qoşunlaının Zaqafqaziyaya viranedci yürüşləri yenidən başladı.

Napoleon 1807-ci ilin əvvəllərində Iran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı. 1807-ci il yanvarın 17-də Napoleon Iran şahına yazırdı ki, Rusiya üzərində qələbə «məni səninlə yaxınlaşdırır», ona görə də Rusiya üzərinə hücum etməyi, Zaqafqaziyanı tutmağı, «Xəzər dənizini ruslardan ötrü bağlamağı» məsləhət görürdü. O, «üç dövlətin əbədi ittifaqını» (yəni Fransa, Iran və Türkiyənin ittifaqını) yaratmağa çağırırdı.

1807-ci il aprelin sonunda Iranın səlahiyyətli nümayəndəsi I Napoleonun olduğu Şərqi Prussiyaya gəldi və danışıqlara başladı. I Napoleon müqavilənin bağlanmasını gözləməyərək, Irana göndərilmək üçün 50 top, 10 min tüfəng və 4 min piyada hazırlamaq əmrini verdi. 1807-ci il mayın 4-də Finkenşteyndə Fransa-Iran müqaviləsi imzalandı. Bu müqaviləyə görə, Zaqafqazyanı tutmaq üçün Irana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu.

Rusiya və Iran arasında barışığın görünməkdə olan əlamətləri Fransa-Iran müqaviləsinin bağlanması və fransız diplomatik nümayəndə heyətinin Irana gəlməsi ilə yoxa çıxdı. Fransızların rəhbərliyi ilə Isfahanda top istehsalı qaydaya salındı. Tehranda isə artilleriya parkı təşkil olundu.

Hələ 1807-ci ilin yayında beynəlxalq vəziyyətdə dəyişikliklər baş verdi. Rusiya ilə Fransa arasında Tilzit sazişi, habelə hücum və müdafiə itttfaqı haqqında gizli rus-fransız müqaviləsi imzalandı. Tilzitdə Napoleon Iran və Türkiyənin mənafelərinin təmin olunmasını təkid etmədi. Tilzit müqaviləsinin 2-ci gizli maddəsində qeyd olunurdu ki, Fransa özünün Türkiyə və Iran işlərindəki vasitəçiliyindən imtina edir. Lakin sonrakı hadisələr göstərdi ki, Fransa və Rusiya arasında Tilzitdə bağlanmış bu ittifaq məcburi ittifaq idi.

Yaranmış şərait şahı Ingiltərə ilə yaxınlaşmağa sövq edirdi. Ingiltərə hökuməti şəraitdən dərhal istifadə etdi və Iranda öz yerini hər vasitə ilə möhkəmləndirmək qərarına gəldi. 1809-cu ildə Ingiltərə Iranla müqavilə imzaladı. Bu müqaviləyə görə, iran Ingiltərə ilə düşmənçilik edən bütün dövlətlərlə münasibətlərini kəsməyi öhdəsinə götürdü. Ingiltərə şaha Rusiya ilə müharibə müddətində hər il 120 min funt-sterlinq məbləğində maliyyə yardımı göstərməyi, silah, hərbi sursat və təlimatçılar verməyi vəd etdi.

Artıq 1808-ci ilin mayında 10 minlik Iran qoşunu Irəvana doğrü çəkilirdi. Rus qoşunlarının baş komandanı general Qudoviç də öz qoşunlarını Iran sərhəddinə doğru yönəltdi və sentyabrın 4-də Soğanlıq düşərgəsindən 3 min nəfərdən bir qədər artıq qoşunla Pəmbəkə doğru yeridi. O, oradan Iran qoşunlarına hücum etmək niyyətində idi. Qudoviç eyni zamanda Naxçıvanı ələ keçirməyi general Nebosinə əmr etdi. Nebosin sentyabrın 11-də 3 min nəfərlik qoşunla Şuşadan yola düşdü. Sentyabrın 26-da Irəvanlı Hüseyn xan başda olmaqla 4 min nəfərdən ibarət Iran qoşununu məğlub etdi. Rus qoşunları Irəvana geri çəkilən Hüseyn xanı təqib edərək yolüstü Eçmiədzini ələ keçirtdi. Bu zaman general Nebosin Naxçvana doğru irəliləyərək oktyabrın sonunda Qarababa kəndi yanında Iran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri Irəvanın mühasirəsinə başladı və mayın ortalarında qalaya hücum etdi. Lakin müvəffəqiyyətsizliyə uğrayıb geri çəkildi. Rus qoşunları Naxçıvanı da tərk etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq rus qoşunlarını təqib etməyə başladı. Qarababa kəndi rayonunda döyüş baş verdi, Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç istefaya getməyə məcbur oldu.

Yeni baş komandan Tormosov Iranla münasibətləri danışıqlarla nizama salmağa ümid bəsləyirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və Irəvanla kifayətlənmək və qüvvələrini Türkiyə ilə birləşdirmək üçün qərbdə hərbi əməliyyatlar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. Şah Zaqafqaziya hakimləri və sakinlərinə fərmanlar göndərərək onları Rusiyaya qarşı çıxış etməyə çağırdı. Lakin Iran qoşunlarına öz planlarını həyata keçirmək müəssər olmadı.

1809-cu ilin sentyabrında 11 minlik Iran süvari qoşunu Talış xanlığına soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz qoşunlarının qalıqları və ailəsi ilə birlikdə yarımadada gizlənməyə məcbur oldu. Həmin günlərdə Əsgəranda Iran və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov Iran nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi.

Ingiltərə və Türkiyənin maneçilliyi üzündən danışıqlar kəsildi. Türkiyə barışıq bağlanacağı təqdirdə Iranla müharibədən azad olacaq qoşunların hesabına Rusiyanın güclənməsindən ehtiyat edirdi. Ona görə də sultan danışıqları pozmaq üçün öz səlahiyyətli nümayəndəsini qiymətli hədiyyələrlə Tehrana göndərdi. Abbas Mirzəyə isə 12 minlik nizami seçmə türk qoşunu təklif etdi. Zaqafqaziyadakı rus qoşunları ağır vəziyyətə düşdü.

1810-cu ilin iyununda Iran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəlilədi. Iran qoşunlarının ön dəstələri Tuğ kəndinin yaxınlığında Qarğabazar adlanan yerdə dayandı. Iranlılar Mehridə də möhkəmləndilər. Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan Kotlyarevski Mehriyə doğru hərəkət etdi. Iyunu 15-də kəndi hücumla ələ keçirmək ona müəssər oldu. Arazın o tayına geri çəkilmiş iranlılar iyulun 2-də yenidən Mehriyə yaxınlaşdılar. Mühasirə beş gün davam etdi. Şah komandanlığı onun alınmazlığına əmin oaraq geri çəkilmək məcburiyyətində qaldı. Iyulun 8-nə keçən gecə Kotlyarevski Iran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə Iran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı. Rus qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün vəziyyəti dəyişdi. 1810-cu ilin avqustunda Iran və Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin bunun da köməyi olmadı. Iran qoşunları Ahalkələk yaxınlığında darmadağın edildi. Abbas Mirzə rus dəstələri ilə yeni toqquşmalardan çəkinərək barışıq haqqında danışıqlara yenidən başlamaq qərarına gəldi.

1812-ci il martın 14-də,yəni Fransa ilə Rusiya arasında əlaqələrin kəsilməsi ərəfəsində və Banopart əleyhinə Ingiltərə-Rusiya ittifaqının yaradıldığı dövrdə Ouzli müqaviləni imzaladı. Bu müqavilə 1809-cu il müqaviləsini təsdiq edirdi. Bu müqaviləyə görə, Ingiltərə Irana lazımi miqdarda qoşun göndərməyi və yaxud da Britaniya səfirinin bilavasitə nəzarəti altında bütün müharibə ərzində ordunun saxlanması üçün hər il 200 min tümən pul ödəməyi öz öhdəsinə götürdü. Ingiltərə hökuməti Xəzərdə gəmiqayırmanın təşkili, hərbi anbarların tikintisi üçün mütəxəssislər qrupu ayırmağı, zəruri hallarda hərbi gəmilərini Iran körfəzinə göndərməyi öhdəsinə götürdü. Bu gəmilər körfəzin istənilən limanını tutmaq hüququna malik idi.

Iran Ingiltərədən belə əhəmiyyətli yardım alaraq barışıqdan imtina etdi və fəal surətdə hücuma hazırlaşmağa başladı.

1812-ci ilin əvvəllərində 20 minlik Iran ordusu Qarabağa soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya malik olan şah qoşunların Ingilis zabitlərinin komandanlığı altında azsaylı rus qarnizonunu mühasirəyə aldılar və asan qələbə çaldılar.

Rus qoşunları rüs-türk müharibəsinin Qafqaz və Balkan cəbhələrində bir sıra qələbələr qazandılar. M.I.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə Türkiyə Zaqafqaziyanın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi.

1812-ci ilin yayında Napoleon fransası ilə Rusiya arasında müharibə başlandı. 1812-ci il iyulun 8-də Ingiltərə ilə Rusiya arasında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxmayaraq, Ruiyanın başının Napoleonla müharibəyə qarışmasından istfadə edən Ingiltərə Iranda fəallaşdı. Abbas Mirzə rus ordusunun əsas qüvvələrinin Napoleona qarşı müharibəyə yönəlməsindən istifadə edərək öz ordusunu Zaqafqaziya üzərinə yeni hücuma hazırlamağa başladı.

Iran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyirdi. Bunun üçün də hər şeydən əvvəl general Kotlyarevskinin dəstəsinin yerləşdiyi, möhkəmləndirilmiş Mehrini tutmaq lazım idi. Iyulun 12-də Iran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik Iran qoşunu Lənkəran da daxil omaqla Talış xanlığı ərazisini ələ keçirdi. Iran qoşunlarının digər dəstələri Ərçivanı tutub bununla da Azərbaycanın içərilərinə doğru yol açdılar. Rusiyanın Zaqafqaziyadakı vəziyyəti yenə də mürəkkəbləşdi. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq barədə təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-də Aslandüzdə başlandı və oktyabrın 10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə, danışıqlar heç bir nəticə vermədi. Şah qoşunları yenidən hərbi əməliyyata başladı.

Abbas Mirəzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlığında Araz sahilində cəmləşdi. O, Kotlyarevskinin komandanlığı altında qarşısında dayanmış rus dəstələrinə zərbə endirərək Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana doğru irəliləmək niyyətində idi.

Lakin Abbas Mirzənin planları həyata keçmədi. O, ilk zərbəni Ağoğlan adlı yerin yaxınlığında, Araz sahilində aldı. Irəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Onları çoxsaylı rus qoşunları qarşıladı. Bu qoşunlar Dilican dərəsində erməni əhalisinin köməyi ilə qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas Mirzə əzilmiş hissələrin qalıqlarını toplayaraq səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağı qərara aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun qoşunlarını darmadağın etdi. Tezliklə Kotlyarevski Iran qoşunlarını sıxışdırıb çııxarmaq üçün Lənkəran xanlığına göndərildi. O, 1812-ci il dekabrın 17-də təxminən 2 min nəfərlik dəstə ilə Ağoğlandan yola düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil oldu. Xəzər donanması da buraya göndərilmişdi. Dekabrın 21-də Iran qoşunlarının ön dəstələri Muğanda darmadağın ediildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tuutan Iran qoşunları Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik bir qarnizon qoyaraq Lənkərana tərəf irəlilədi. O, xanlığın ərazisinə daxil oldu. Lənkəran qalasının təslim olunması barədə Kotlyarevskinin dəfələrlə etdiyi təkliflər rədd olundu. Rus qoşunları qalanı dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə tutdu. Dekabrın 31-də Kotlyarevski qoşunu üç hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı və 1813-cü il yanvarın 1-də səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma 3 saatdan çox çəkmədi və qala alındı.

Aslandüz və Lənkəran qələbələri müharibənin taleyini həll etdi. Artıq aydın oldu ki, demək olar ki, heç bir şey rus qoşunlarının Iranın içərilərinə doğru irəliləməsinə mane ola bilməzdi. Irandakı ingilis səfiri Ouzli Rusiya və Iran arasındakı müharibənin dayandırılmasının zəruri olması haqqında Londondan göstəriş aldı. Bu danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsi imzalanması ilə başa çatdı.

Gülüstan müqaviləsinə görə, Iran Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürgüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı. Irəvan və Naxçıvan xanlıqları Iranın hakimiyyəti altında qaldı. Iran təkcə Rusiyaının Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı. Aşağı, 5 faizlik gömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün Irana yol açılırdı. Iranın daxilində isə rus tacirləri daxili gömrük rüsumlarını ödəməkdən azad olunurdu. Bütün bunlar rus-Iran ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqaviləsi Şimali Azərabycanın və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanması ilə Şimali Azərbaycanın Rusiya tərəfindən istilasının birinci mərhələsi başa çatdı.

Gülütan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avopada baş verən dəyişikliyə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (16-19)-də Leypsiq altında «Xalqlar döyüşü» oldu. Müttəfiqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı, 1814-cü il martın 31-də müttəfiq oduları Fransanın paytaxtına girdilər. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyarın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də «Yekun aktı» imzalandı.

Ingiltərə hər vasitə ilə Iranda Rusiya mövqeyinin möhkəmlənməsinə mane olmağa çalışırdı. 1814-cü ildə Tehranda Ingiltərə ilə Iran arasında yeni bağlaşma imzalandı. 1809-cu ildə olduğu kimi, Rusiya ilə savaş başladığı halda Iran Ingiltərədən ildə 200 min tümən (2 milyon gümüş rubl) yardım alacaqdı, ancaq bu böyük yardım Britaniya böyük elçisinin nəzarəti altında xərclənməli idi. Rusiya-Iran münasibətlərində Ingəltərə hökumətinə «araçı» rolu oynamaq hüququ verildi. Şah sarayında Ingiltərənin nüfuzu gücləndi, Iran silahlı qüvvələrində Ingilis zabitlərinin işi genişləndi.

Ingiltərə 1821-ci il «imtiyazlı» gömrük qanunudan istifadə edərək Transqafqazda, o sıradan Azərbaycanda iqtisadi nüfuzunu genşləndirdi. Rusiya bundan çox narahat olmağa başladı.

1813-cü ildən sonra da Rusiya-Iran münasibətləri gərgin olaraq qalırdı. Iran öz uğursuzluğu ilə razılaşmır, Rusiya isə yeni torpaqlar ələ keçirmək üçün savaş olmasını istəyirdi.

Gülüstan sövdələşməsinin 1-ci maddəsində dəbdəbəli sözlərlə bildirilirdi ki, tərəflər arasında «mövcud olmuş düşmənçilik və narazılığa bu müqavilə ilə bu gündən və gələcəkdə son qoyulur». Lakin 1826-cı ildə tərəflər arasında yeni savaş başlandı.

Rusiya ilə Iran arasında ən çox çəkişmə doğuran 2-ci maddə oldu. Bu maddə dövlətlərarası sərhəd məsələsi ilə bağlı idi. Dəqiqlik baxımından 2-ci maddə diplomatik standarta tam uyğun gəlmir, «birtərəfli (separat) şəkildə» sərhədləri dəyişdirməyə şərait yaradırdı.

Gülüstan müqaviləsinn 2-ci maddəsi əslində tərəflərin heç birini, yəni Rusiyanı da təmin etmirdi. Irəvan xanlığı ələ keçirilməmiş qalırdı. Rusiya məqamın yetişməsini gözləyirdi. Nəticədə Azərbaycan torpağı yeni döyüşlər qarşısında idi.

Tərəflər yeni savaşa yaxınlaşdıqca çar Rusiyası Azərbaycan xanlıqlarını aradan götürməyə tələsirdi.

Rusiyaya silahla qarşı durmağa çalışan xanlıqlar (Gəncə, Quba, Bakı) dərhal yox edilmişdi. Qafqaz baş komandanı Irandan Tiflisə döndükdən sonra növbə vassal xanlıqlara çatdı.

I.P.Petruşevski haqlı olaraq yazır ki, Yermolovun komandanlığı zamanı rus hökuməti «yerli xan sülalələrini aradan götürmək üçün birbaşa təxribat üsulları işlətməkdən çəkinmirdi». 1819-cu ildə ilk olaraq Şəki xanlığı ləğv edildi. Rusiya hökuməti sonuncu Şəki hakimi Ismayıl xanın ölümünü bəhanə gətirdi. Amma iş bundadır ki, rus zabitləri özləri də Ismayıl xanın öldürüldüyünü, milliyətcə erməni olan general Mədətovun (Transqafqaz müsəlman əyalətlərinin hərbi rəisi) göstərişi ilə ona zəhər verildiyini gizlətmirdilər. Iran hökuməti bu haqda hətta rəsmi bəyanat vermişdi. Xanlığın bütün xəzinə yatırı və mülklərini Rusiya dövləti müsadirə etdi. Xan ailəsi soyulub var-yoxdan çıxarıldı.

Həmin ildə yerli hakimləri olan Qazax və Şəmşəddil sultanlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi.

General Mədətovun Qarabağ xanlığı üzərində əlləşməsi daha uzun sürdü. Rusiya hərbiçiləri burada ən alçaq üsullara əl ataraq Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı qoydular. Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa sakitliklə Simbirskə sürgün edildi. Qarabağ xanlığının bütün var-dövləti Rusiya xəzinəsinə ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxı və sürüləri bu xəzinənin ixtiyarına keçdi.

Ikinci Rusiya-Iran savaşı başlamazdan öncə (1826) Talış xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli dövlətlərarası andlaşmalar (Kürəkçay bağlaşması və b.) ilə xanların iç muxtariyyətinin toxunulmazlığına, onların «ölkənin bütövlüyünün saxlanılmasına imperator zəmanəti»ni çar hökuməti özü pozub atdı.

Asılı xanlıqların yox edilməsi birinci Rusiya-Iran savaşının verdiyi dərslərdən irəli gəlirdi. Mərkəzi Rusiyadan Güneyə uzanıb gələn yollar çətin və təhlükəli idi. Asılı xanlıqların varlığına son qoymaqla çar Rusiyası öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan I.Paskeviç özü bunu etiraf edib yazırdı: «Istər Iranla, istərsə də Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu saxlayıb yedizdirən Azərbaycan idi».

Xanlıqların ləğv edilməsi ilə Azərbaycan xanlıqlarının bütöv bir dönəmi sona yetmiş oldu. Çarlıq Rusiyası bununla Quzey Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var və yatırını, bütün təsərrüfatını öz əlinə keçirərək buranın iqtisadi fəthi qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin büsbütün sümürgəclik meydanına çevrilməsi üçün yol açıldı.
3.Ikinci Rus-Iran müharibəsi. Istilanın başa çatması.

Rusiyanın 1804-1813-cü illər Rusiya-Iran müharibəsində qələbəsi, Cənubi Qafqazın böyük bir hissəsinin Rusiya tərəfindən istilası inglis müstəmləkəçilərinin qəzəbinə səbəb oldu. Gülüstan müqaviləsini özü üçün rüsvayçılıq hesab edən və Cənubi Qafqazı ələ keçirmək üçün yeni planlar hazırlayan Iran sarayı isə Rusiyanın Cənubi Qafqazı zəbt etməsi ilə barışmaq istəmirdi. Iranın bu planları Ingiltərənin Cənubi Qafqazdakı planlarına tam uyğun gəlirdi və buna görə də ingilis diplomatiyası hər vasitə ilə yeni münaqişələr törədir, Iranı Rusiya ilə yeni müharibəyə təhrik edirdi.

Müharibənin qurtarmasından cəmi bir il sonra, 1814-cü il noyabrın 25-də Tehranda Ingiltərə ilə Iran arasında müqavilə bağlandı. Bu müqavilə Rusiyaya qarşı yönəldilmişdi. Iran şahı Iran sərhədləri tərəfdən Hindistanın təhlükəsizliyini təmin etməyi öz öhdəsinə götürürdü. Böyük Britaniya isə Irana hər il 1809-cu il müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə maliyyə yardımı göstərmək, ordu və hərbi gəmilər ayırmaq haqqında öz öhdəliyini bir daha təsdiq etdi. Ingiltərə Irana Gülüstan müqaviləsi ilə müəyyənləşdirilmiş Rusiya-Iran sərhədlərinə yenidən baxmağa nail olmaq barədə söz verdi. Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolov 1817-ci ildə nümayəndə heyətinin başçısı kimi Iranda olarkən çoxlu ingilis zabitinin qızğın fəaliyyətinin şahidi olmuşdu.

Vəliəhd, cənubi Azərbaycanın hakimi Abbas Mirzə Rusiyaya qarşı yeni müharibənin hazırlanmasında yenə də mühüm rol oynayırdı. Ingilis diplomatiyası hər vasitə ilə onu Ingiltərənin daimi nəzarəti altında saxlamağa çalışırdı. 1815-c ildə Gülüstan müqaviləsinə yenidən baxmağa Rusiyanın razılığını almaq və Cənubi Qafqazın, əsasən Azərbaycan ərazisinin heç olmazsa bir hissəsinin Irana verilməsinə nail olmaq üçün Ingiltərə ilə sıx bağlı olan və çoxdan onun təminatından istifadə edən Mirzə Əbdül Həsən xanın başçılığı ilə Peterburqa nümayəndə heyəti göndərildi. Ingiltərə və Iranla münasibətləri kəskinləşdirmək istəməyən çar hökuməti sərhədlərin müəyyənləşirilməsində bəzi xırda güzəştlərə getməyi qərara aldı və bu məqsədlə 1817-ci ildə A.P.Yermolovun başçılığı ilə Irana nümayəndə heyəti göndərdi. A.P.Yermolovun səfirlyi Iranda soyuq qarşılandı. Ingilislər tərəfindən qızışdırılan vəliəhd Abbas Mirzə hətta Yermolovun səfirliyndən ölkədə hərbi əhval-ruhiyyəni qızışdırmaq üçün istifadə etməyə çalışdı.

Tərəflərin elə ilk görüşündə Irandakı ingilis səfirinin iştirakı ilə şah diplomatiyası Gülüstan müqaviləsinə görə Rusiyaya keçmiş torpaqların Irana verilməsini tələb etdi. Şah sarayının mübahisəli məsələləri danışıqlar yolu ilə həll etmək fikrində olmadığına və Ingiltərənin köməyi ilə müharibəyə hazırlaşdığına əmin olan general Yermolov Iranı tərk etdi. Rusiyaya qayıtdıqdan sonra Yermolov Peterburqa yazırdı: «Ingilislər ehtiyat edirdilər ki, Iran bizim hakim təsirimiz altına düşə bilər». O, daha sonra qeyd edir di ki, «vəliəhdin sarayında ingilislərsiz heç bir iş görülmür».

XIX yüzilliyin 20-ci illərində Iranın Rusiyaya qarşı hərbi hazırlığı yeni mərhələyə qədəm qoydu və çox fəallaşdı. Ingilis diplomatiyası ehtiyat edirdi ki, Rusiya şərq məsələsini öz xeyrinə həll edə bilər və ona görə də hər vasitə ilə Iranı müharibəyə təhrik edirdi.

Şah sarayı ingilislərin köməyi ilə öz ordusunun gücünü artırır, gələcək müharibədə Türkiyədən kömək almağa səy göstərirdi. Bu işdə də Ingiltərə Irana kömək etdi. 1823-cü ildə Iran və Türkiyə arasında müqavilə bağlandı. Ingilislərin köməyi ilə Cənubi Qafqazda geniş casusluq və təxribat işləri təşkil edildi.

1825-ci ilin payızında Abbas Mirzənin qoşunu üçün Isfahana 200 tay ingilis silahı gətirildi. 1826-cı ildə Ingiltərə Hindistandan daha 15 min tüfəng göndərdi. Bu zaman ingilislər şaha bildirdilər ki, gələcəkdə kömək yalnız o zaman göstəriləcəkdir ki, Iran Rusiyaya qarşı müharibəyə başlasın. Elə həmin il Ingiltərə artıq Rusiyaya qarşı müharibəyə başlamağı inadla israr edirdi.

1826-cı ildə general Menşikovun başçılıq etdiyi rus nümayəndə heyəti Irana gəldi. Aldığı təlimata əsasən, Menşikov şah sarayının nəzərinə çatdırmalı idi ki, Rusiyanın məqsədi Iranla sülhü, mehriban razılıq və dostluq münasibətlərini qorumaqdan, beləliklə Iranın Rusiyanın işğal məqsədi daşıması və öz ərazisini genişləndirmək istəməsi gümanını aradan qaldırmaqdan ibarət olmalı idi. Menşikov sərhəd haqqında məsələni tənzimləməyə, «şahı razı salmaq üçün bütün gücünü sərf etməli idi». Çarın sərəncamı ilə Menşikov Qarabağın və Talış xanlığının bir hissəsini güzəştə getməyə hazır idi.

Şahın yay iqamətgahı Sultaniyyəyə gələn Menşikov başa düşdü ki, müharibə labüddür.

Iran sarayı özünün Rusiyaya qarşı hazırladığı müharibə planlarında «Qafqaz müsəlman vilayətlərinin», daha doğrusu Azərbaycan və Dağıstanın «hamılıqla silahlanmasına» böyük ümid bəsləyirdi. Qaçqın Azərbaycan xanları Abbas Mirzəni inandırırdılar ki, onun ordusu görünən kimi müsəlman əhalisi üsyan qaldıracaq və rusları qovacaqdır. Abbas Mirzə Qafqaz xalqları arasıda milli və dini ədəvəti qızışdıracağına da ümid bəsləyirdi.

1826-cı l mayın 26-da Iran qoşunu sərhəd dəstələrinə hücum etdi, iki aydan sonra isə iyulun 19-da Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana soxuldu.

Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum etmək idi. Irəvan sərdarı Hüseyn xan cənubdan Şuragəl və Pəmbəyə soxulmalı və burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü şahzadəsi Aleksandr isə Iran ordusu ilə Kaxetiyaya girməli və burada Car-Balakən dəstələri ilə birləşib Şimal-Şərqdən Tiflis üzərinə hərəkət etməli idi.

Ordunun bir hissəsi yol üstündəki hər şeyi oddan və qılıncdan keçirərək Gəncəyə tərəf hərəkət etdi. Digər əsas qüvvələr Şuşa üzərinə yeridildi.

Zaqafqaziyadakı rus qoşunlarının sayının azlığı və pərakəndəliyi Iran qoşununun Quba, Bakı və b. yerlərə hərəkəti üçün əlverişli şərait yaratdı. Iran odusu ilə Irana qaçmış hakimiyyət iddiasında olan xanlar- gəncəli Cavad xanın oğlu Uğurlu xan, bakılı Hüseynqulu xan, şirvanlı Mustafa xan və başqaları da gəlirdilər. Qarabağda Irana meyl edən bəy qrupları öz fəallığını artırırdılar. Iran şahının hakimiyyəti altında olan Irəvan xanı rus odusunun düşərgə saldığı rayona böyük atlı dəstəsi ilə hücum etdi. Əhali öz keçmiş xanlarına kömək məqsədi ilə Rusiya əleyhinə üsyanlar qaldırdı. Belə bir üsyan Gəncədə baş verdi. Bu çıxışın iştiraksıları iyulun 27-də həbsxananı ələ keçirdilər, iyulun 28-ə keçən gecə isə yerli qarnizonu darmadağın etdilər. Zurnabaddan rus qarnizonunun köməyinə gələn rota top atəşi ilə qarşılandı, rota geri çəkildi. Şəhər Abbas Mirzənin qoşunu tərəfindən tutuldu. Beləliklə, hərbi əməliyyatlar Şimali Azərbaycanın demək olar ki, bütün ərazisini və Ermənstanın bir hssəsini əhatə etdi. Elə bu vaxt Iran ordusu bütün Qarabağ mahallarını ələ keçirərək Şuşa qalasını mühasirəyə aldı. Şuşa qarnizonu sayca az idi. O 6 rotadan, daha doğrusu 4 topu olan 1500 adamdan ibarət idi.

Şuşa qalasının mühasirəsi 48 gün davam etdi. Abbas Mirzənin təslim olmaq haqqında dəfələrlə verdiyi tələblər Şuşa qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi. Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq Iran hərbi komandanlığının səhvi idi. Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə bütün cəbhə boyu düşmənə əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiəsində cəmləşdirməklə o, düzgün qərar qəbul etdi.

Hüseynqulu xan Iran sərbazlarından ibarət böyük bir dəstə ilə azsaylı rus qarnizonunun müdafiə etdiyi Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də dənizdən Iranın avarlı donanması tərəfindən mühasirədə idi. Qala möhkəm dayanmışdı və Hüseynqulu xanın bütün hücumları dəf edildi. Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həştərxanla daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı.

Lakin Hüseynqulu xanın qalanı ələ keçirmək üçün göstərdiyi bütün cəhdlər müvəffəqiyyətsizliyə uğradı. Iran qoşunları Şamaxıda da güclü müqavimətə rast gəldilər. Mustafa xan yeni Şamaxını ələ keçirməyə müvəffəq olmuşdu. Bütün əhalinin köməyinə baxmayaraq, o, köhnə Şamaxını ələ keçirə bilmədi. Elə həmin vaxt şəkili Səlim xanın oğlu Hüseyn xan Iran sərbazlarından ibarət dəstə ilə Şəki xanlığına soxuldu. Mirhəsən xan Talışa gəldi. O, Xəzər batalyonunu və kazak bölməsini sıxışdıraraq Salyanı, Qızılağacı ələ keçirməyə və Lənkəranı mühasirəyə almağa müvəffəq oldu. Şimaldan təcrid olunan və ərzaq ehtiyatı tükənən qarnizon rəisi mayor Ilyinski iyunun 27-nə keçən gecə şəhəri yandırdı və ordunu Xəzər donanmasına mindirərək Sara adasına üz qoydu.

Özlərinin keçmiş mülklərini ələ keçirən xanların başlıca vəzifəsi yerlərdə Iran ordusunun qüvvələri ilə birlikdə hərəkət edərək körpüləri, dəyirmanları dağıdan, ərzaq ehtiyatlarını məhv edən təxribatçı dəstələri təşkil etmək idi.

General Yermolov keçmiş Azərbaycan xanlarına qarşı sərt tədbirlər görmək qərarına gəldi və Dağıstanda yerləşən qoşunu onlara qarşı göndərdi. Bu qoşun Qubaya hərəkət edərək, oradan da iyunun 23-də Köhnə Şamaxıya gəldi. Lakin Qubanın sonuncu hakiminin oğlu Sultan Əhmədin Quba ətrafında peyda olması və həmçinin ərzaq ehtiyatının tükənməsi rus qoşunlarını geri çəkilməyə və Qubaya daxil olmağa məcbur etdi. Şəhər Iran ordusu tərəfindən mühasirəyə alındı. Abbas Mirzənin oğlu yerli əhalini soyur və onu özünə qarşı çevirirdi. Cənubi Dağıstan Abbas Mirzə tərəfindən Dağıstanın hakimi təyin edilmiş Surxay xanın əlinə keçdi.

Abbas Mirzə öz ordusu ilə Şuşa qalası ətrafında dayanarkən Iran ordusunun digər dəstələri Gəncəni ələ keçirdikdən sonra Tiflisə tərəf hərəkət etdi. Yolda onlar mənşəcə Qarabağ ermənilərindən olan general Mədətovun dəstəsi ilə rastlaşdılar.

Rus hərbi dəstələri və gürcü süvariləri şahzadə Aleksandrın dəstəsini məğlub etdilər. Mədətovun dəstəsi qazandığı müvəffəqiyyəti inkişaf etdirərək Gəncəyə hərəkət etdi. Lakin Gəncəyə gedən yolun üstündə, Şamxorda Iranın böyük hərbi qüvvələri yerləşmişdi.

1826-cı il sentyabrın 3-də səhər tezdən Iran ordusu rus qoşunlarının düşərgəsinə doğru hərəkət etdi. Şamxor yaxınlığında düzənlikdə qanlı döyüş başlandı. Kazaklar və süvarilər döyüşə birinci olaraq girdilər. Gürcü dəstəsi hücum edən rus qoşununun sağ cinahında fəaliyyət göstərirdi. Birləşmiş qüvvələr Iran süvari qoşunu ilə döyüşə atıldı. Sonra isə bütün rus qoşunu hücuma keçdi və düşmən geri çəkilməyə məcbur oldu.

Iran ordusu Şamxorçay yanında möhkəmlənməyi, sonra isə rus qoşunu üzərinə hücum etməyi qərara aldı. Lakin hücum edən rus qoşununun zərbələri altında şah qoşunları pərən-pərən düşdü.

Şamxor məğlubiyyətindən sonra Iran ordusu tələsik Gəncədən geri çəkildi, sentyabrın 4-də general Mədətovun rus dəstəsi Gəncəyə daxl oldu. Sentyabrın 9-da rus korpusunun əsas qüvvələri Gəncəyə gələrək general Mədətovun qrupu ilə birləşdi.

Iran ordusunun yaxınlaşdığını eşidən rus komandanlığı zərbə qrupunu Gəncə yaxınlığında cəmləşdirdi. Sentyabrın 10-da sonralar Yermolovu əvəz edən Paskeviç də əlavə qoşunla buraya gəldi. Rəqiblər döyüş meydanında üzbəüz dayanmışdılar. Rus qoşunu 8700 adamdan ibarət idi. Iran ordusu isə 15.500 nəfərlik nizami piyadadan, 10.700 nəfərlik süvaridən ibarət idi.

1826-cı il sentyabrın 13-də Iran qoşunları hücuma başladı. Amansız döyüş baş verdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: «Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük sultani bir müharibə oldu. Bir saatdan sonra qızılbaşlar basıldılar». Seçmə şah qoşunu darmadağın edildi. Bu döyüşdə Iran qoşunundan 1000 nəfər öldürüldü, 1100 nəfədən çoxu əsir alındı, 4 bayraq, bir neçə top və s. ələ keçirildi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, Xudəfərin körpüsünə tərəf qaçdı. Sentyabrın 18-də Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə götürərək Arazın sağ sahilinə keçdi.

XIX yüzilliyin birinci qərinəsində Cənubi Qafqazda baş verən hərbi əməliyyatlar içərisində ən böyük döyüşlərdən olan Gəncə döyüşünün rus-Iran müharibəsinin sonrakı gedişində çar Rusiyası üçün çox mühüm əhəmiyyəti oldu və faktiki olaraq onun müqəddəratını həll etdi. Şah qoşunu ilə birlikdə onun köməyi ilə öz hakimiyyətlərini bərpa etməyə ümid bəsləyən xanlar və feodallar da Azərbaycanı tərk etdilər.

1826-cı ilin dekabrında Abbas Mirzə və şahzadə Aleksandr Azərbaycan və Dağıstan hərbi hissələrinn köməyi ilə Şəki əyaləti ilə həmsərhəd olan Dağıstan əhalisinin üsyanını təşkil etdilər və Hüseyn xanın iddiasında olduğu xan hakimiyyətini bərpa etmək şərti ilə Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayından Irana keçdi. Sentyabrın 24-də Sultan Əhmət özünün 6 minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus dəstəsi geri çəkilən Iran qoşun dəstəsini təqib etdi. Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində Iran sərbazları bütün Şimali Azərbaycan ərazisini tərk etdilər, yalnız Talışda hələlik Mirhəsən xan qalırdı. Iran feodalları Arazın o tayına keçdikdən sonra da tez-tez soyğunçu basqınlar təşkil etməklə Azərbaycan torpaqlarını rahat qoymurdular.

Belə hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da Mədətovun başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz qarşısına Cənubi Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı və Mədətov öz qoşunu ilə geri qayıtdı.

Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu iki istiqamətdə irəliləməyə başladı. Dəstələrədən biri Mədətovun komandanlığı altında 1827-ci il apelin 20-də Xudafərin körpüsünü ələ keçirdi, Cənubi Azərbaycana yol açıldı. Lakin rus komandanlığı ilk növbədə Irəvan xanığını ələ keçirməyi qərara aldı.

Əlahiddə Qafqazda korpusunun əsas qüvvələri Iran qoşunları tərəfindən viran edilmiş Eçmiədzinə daxil oldu və aprelin 23-də Irəvan üzərinə hərəkət etdi, səhəri gün isə Irəvan qalasına yaxınlaşaraq onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Lakin rus qoşunu sayının azlığı ucbatından (8600 adam) Irəvanda müvəffəqiyyət qazana bilmədiyindən rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldı və qoşununu Naxçıvan üzərinə yertdi. 1827-ci il mayın 26-da 20 km.-lik yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına yaxınlaşdı. Bu qalanın böyük strateji əhəmiyyəti var idi. Belə ki, o, şah hakimiyyətinin Naxçıvan xanlığında dayağı idi və Araz çayı üzərində keçidi təmin edirdi.

Rus qoşunu Irəvana yaxınlaşana qədər avqustun 13-də Alagöz dağının ətəklərində, avqustun 17-də Uşağanda və b. yerlərdə iri döyüşlərə girdi. Rus qoşunu avqustun sonlarında Irəvana yaxınlaşdı. O ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını mühasirəyə aldı. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi, sentyabrın 26-da Irəvan qalasının da mühasirəsi başlandı. Irəvan xanlığı əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarət idi. Paskeviçin yazdığı kimi, «Irəvan vilayətində 10 min müsəlman (azərbaycanlı – Red.) və ancaq 3 min erməni ailəsi var idi. Elə həmin gün qanlı döyüşdən sonra rus qoşunu Irəvan qalasını ələ keçirdi.

Irəvan qalasındakı qələbə, onun alınması Rusiya-Iran müharibəsinin gedişində rus komandanlığı üçün mühüm əhəmiyyətə malik idi. Bu vaxta qədər general Krestovun komandanlığı altında Cənubi Azərbaycanın sərhədlərində dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın 2-də Mərənd döyüşsüz ələ keçirildi.

Rus qoşunu Xoy şəhərinə yaxınlaşarkən müqavimətə rast gəlmədi. 1827-ci il oktyabrın 11-də rus qoşunu Təbrizə hərəkət etdi. Oktyabrın 13-də rus qoşunu Təbrizə daxıl oldu. Çoxlu qənimət- 40 top, mindən çox tüfəng, çoxlu mərmi ələ keçirildi.

Təbrizin və bütün Cənubi Azərbaycanın idarə olunmasına dair təlimat A.S.Qriboyedov tərəfindən tərtib edilmişdi. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahş etdi.

Bununla belə, daxili və beynəlxalq vəziyyət Rusiyanı Iranla müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar başlandı. Lakin inglis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətndə hərəkət etməyi əmr etdi. Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. Rus qoşununun yeni hücumu Iranın hakim dairələri arasında vahimə doğurdu. Iranın tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini qoymuşdu. Danışıqların iştirakçısı A.S.Qriboyedov da Cənubi Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi fikinə tərəfdar çıxdı.

Britaniya diplomatiyası danışıqlarda vasitəçiliyə can atırdı. O Iranın tamamilə dağılmasından, bütün Cənubi Azərbaycanın rus qoşunları tərəfindən tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində çar hökuməti Iranla sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı.


Türkmənçay sülh müqaviləsinə görə, Iran Şimali Azərbaycana olan öz iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Cənubi Azərbaycan isə Iranın himayəsində qaldı. Azərbaycan iki yerə bölündü.

Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Iran və Rusiya arasında sərhəd xəttini dördüncü, Iranın Qafqaz dağlarına qədər bütün Zaqafqaziya ərazisini, o cümlədən Gülüstan müqavləsinə əsasən Rusiyaya keçmiş ərazilərini və «Araz çayının bu və o biri tərəfindəki Irəvan xanlığını və Naxçıvan xanlığını»… . Rusiyaya «güzəştə» getdiyini beşinci maddələr müəyyən edirdi.

Səkkizinci maddəyə görə Iran Xəzər dənizinin Rusiyanın daxili dənizi oduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verilirdi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan Ingiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya Iranın istədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən Iran Rusiyaya 20 milyon manat məbləğində hərbi təzminat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Cənubi Qafqaz ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkməçay müqaviləsinə əsasən əhalinin Cənubi Azərbaycan, Cənubi Qafqaz və əksinə sərbəst hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi Qafqaz, Qarabağ və Irəvan xanlıqlarına köçdülər.

Həm 1804-1813-cü və 1826-1828-ci illər rus-Iran müharibələrinin gedişində, həm də sonralar ermənilərin böyük kütlələrinin Iran, Türkiyə və Cənubi Azərbaycandan Zaqafqaziyaya, o cümlədən də Qarabağa köçürülməsi nəticəsində burada onların sayı ilbəil artırdı. Təkcə 1826-1828-ci illər rus-Iran müharibəsinin gedişində Irandan və Azərbaycanın cənub ərazilərindən Zaqafqaziyaya, o cümlədən Qarabağa 18 min erməni ailəsi köçürüldü. Məlumdur ki, 1826-1828-ci illər rus-Iran müharibəsinin Rusiya üçün qalibiyyətlə başa çatmasından sonra iki vuruşan dövlət arasında bağlanmış Türkmənçay müqaviləsinə görə ermənilərin maneəsiz olaraq Iran ərazisindən Rusiya ərazisinə köçməsinə icazə verilmişdi. Bu akt ermənilərin Irandan Zaqafqaziyaya, o cümlədən Qarabağa kütləvi halda köçməsinə imkan verirdi. Iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 mindən çox Iran və 84000 Türkiyə ermənisi köçürüldü və onlar erməni əhalisinin cüzi olduğu Yelizavetpol və Irəvan quberniyalarının ən yaxşı torpaqlarında yerləşdirildi, onlara 200 min desyatindən çox xəzinə torpağı ayrıldı.

Bu hadisələrin şahidi olan rus səfiri A.S.Qriboyedov yazırdı: «Biz onunla, həmçinin müsəlmanları onların uzunmuddətli olmayacaq indiki ağırlaşmalarla barışdırmaq və onlardan ermənilərin ilk vaxtlarda köçürüldükləri torpaqları həmişəlik tutacaqları barədə qorxunu çıxarmaq üçün müsəlmanlara olunacaq təlqin barədə çox mülahizələr etdk. Bu mənada mənim yanıda olmuş xanla danışılmışdı».

1832-ci ildə Qarabağ əhalisinin 91 faizini azərbaycanlılar, 8,4 faizini isə ermənilər təşkil edirdilər. 1832-ci il kameral təsvirlərinin materiallarına görə, Qarabağ əyalətinin ərazisindəkii 20546 ailədən 13965-i azərbaycanlılar, 6491-i isə ermənilər idi. Beləliklə, çarizmin XIX əsrin 30-cu illərinin əvvəllərindəki köçürmə siyasəti nəticəsində azərbaycanlıların faizi 64,8-ə endi, ermənilərin faizi isə 34,8-ə qalxdı.

Türkmənçayda rus tacirlərinə bir sıra üstünlüklər verən və xüsusi «akt» adlandırılan ticarət sazişi bağlandı.

Türkmənçay sülh müqaviləsi XIX yüzilliyin birinci qərinəsinin Rusiya-Iran müharibəsinə son qoydu və Iranın Cənubi Qafqaza və Dağıstana olan iddialarından imtina etdiyini təsbit etdi.

Ikinci Rusiya-Iran müharibəsinin başa çatdığı dövrdə Rusiya ilə Türkiyə arasında münasibətlər kəskin şəkildə pisləşdi. Iran üzərində qələbədən sonra, Xəzər demək olar ki, Rusiyanın daxili dənizi idi. Indi çar Rusiyası öz qarşısına Qara dənizi, ilk növbədə Qara dənizdə hökmranlığın açarı hesab edilən Bosfor və Dardanel boğazlarını ələ keçimək vəzifəsini qoymuşdu. Qara dəniz Rusiya üçün nəzərlərini boğazlara və Qafqaza yönəltmiş Ingiltərə və Fransadan özünün cənub sərhədlərini qoruma baxımından da mühüm əhəmiyyət kəsb edirdi.

1828-ci ilin aprelində Rusiya Türkiyəyə müharibə elan etdi.

Rus-türk müharibəsində Qafqaz əhərbi əməliyyatları rus qoşunlarının Qars istiqamətndə hücumu ilə başlandı. Qarsı tutduqdan sonra ruslar Ahalsıx üzərinə hərəkət etdilər. Avqustun 9-da rus qoşunları Ahalsıxı ələ keçirdilər. Hələ bundan əvvəl rus qoşunları Ahalkələki və Xertsisi tutmuşdu. Avqustun sonlarına qədər rus qoşunları Bəyazid qalası, Torpaqqala və Diadil sədləri ilə birlikdə bütün Bəyazid paşalığını ələ keçirdi.

1829-cu il hərbi əməliyyatlarının gedişində rus qoşunu Ərzrumu ələ keçirdi və Trapezund üzərinə hücuma hazırlaşmağa başladı. Balkan hərbi əməliyyat meydanında isə rus qoşunları Balkan dağlarından keçərək Ədirnəni ələ keçirdi. və Istanbula yaxnlaşdı. Sultan sülh xahiş etməyə məcbu oldu. 1829-cu il sentyabrın 2-də (14-də) Ədirnədə bağlanan sülh müqaviləsinə görə, Türkiyə şimalda Anapadan başlayaraq, cənubda Müqəddəs Nikolay limanına qədər Qara dənizin bütün şərq sahillərini və Ahalsıx paşalığının ərazisinin bir hissəsini Rusiyaya güzəştə getdi. Bosfor və Dardanel boğazları rus və Qərbi Avropa ticarət gəmiləri üçün açıq saxlanılırdı. Moldaviya və Valaxiya rus qoşunu tərəfindən müvəqqəti olaraq işğal edldi.

Ədirnə sülhü Şimali Azərbaycanın, bütün Cənubi Qafqazın Rusiya tərəfindən zəbt ounmasını təsbit etdi, Rusiyanın Orta Şərqdə və Balkanlarda mövqelərini möhkəmləndirdi, Qara dənizdə ticarətin genişlənməsi üçün şərait yarandı.

Azərbaycanın Şimal torpaqlarının Rusiya tərəfindən zəbt edilməsi ilə Azərbaycan xalqı öz dövlət müstəqilliyinə nail ola bilmədi. Azərbaycan xalqını müharibə nəticəsində zorla iki hissəyə bölmək kimi tarixi ədalətsizlik baş verdi. Bu tarixi ədalətizlik nəticəsində vahid xalq bölündü və onların hər biri bir-birindən fərqli sosial-iqtisadi, siyasəi və mədəni inkişaf yoluna düşməyə məcbur oldu. Işğal nəticəsində Azərbaycan çar Rusiyası zadəganlarının və sənaye sahiblərinin xammal bazasına, tacirlərinin isə satış bazarına çevrildi. Azərbaycan iqtisadiyyatı müstəmləkə iqtisaliyyatı xarakteri aldı. Bu isə o demək idi ki, yalnız Rusiya sənayesi üçün xammal istehsal etməli, sənayesi də buna xidmət etməli idi. Nəhayət, ən başlıcası budur ki, Şimali Azərbaycan Rusiyanın ucqar müstəmləkəsinə çevrildi.

Azərbaycanın çar Rusiyası tərəfindən zəbt edilməsi ilə Şimali Azərbaycan Rusiyanın tərkibində kapitalizmin inkişaf yoluna düşdü. Ələbəttə, Bakı kimi neft sərvəti mərkəzinin olması Azərbaycanda kapitalist münasibətlərinin XIX yüzillikdə inkişaf etməsinin əsas amillərindən biri idi. Rusiyanın tərkibində Azərbaycan xalqının dünya mədəniyyəti ilə qovuşması prosesi də sürətləndi.

Ölkə Rusiya tərəfindən işğal ediləndən sonra elə ilk illərdə Azərbaycan xanlıqlarında mövcud olan müxtəlif pul sistemləri vahid rus pul sistemi ilə əvəz edildi. Bu tədbir ölkənin ayrı-ayrı rayonları arasında ticarətin və XIX yüzilliyin birinci yarısında əmttəə-pul münasibətlərinin inkişafında mühüm rol oynadı. Azərbaycan iqtisadiyyatı müstəmləkə xarakteri alsa da, o, metropoliyanın xammal bazasına çevrilsə də Rusiya impeiyasının ayrılmaz hissəsi kimi Rusiyanın iqtisadi inkişaf axınına cəlb olundu, onun bazarına qoşuldu və bu bazar vasitəsilə dünya əmtəə dövriyyəsində iştirak etməyə başladı.

Çarizm hər vasitə ilə ucqarlarda, o cümlədən Azərbaycanda feodal münasibətlərini, geriliyi qoruyub saxlamağa, rus kapitalı tərəfindən ölkənin müstəmləkə qaydası ilə qarət olunmasına, kapitalizməqədərki münasibətlərin saxlanılmasına çalışırdı. Ucqarların xalq kütlələri ikiqat zülmə- çarizmin və yerli istismarçıların zülmünə məruz qalırdılar. Yerli mülkədarların və burjuaziyanın bəzilərinin simasında özünə müttəfiq tapan və onlara arxalanan çarizm Azərbaycanda müstəmləkə siyasəti yeridirdi.
Şimali Azərbaycan XIX əsrin 30-40-cı illərində

1. XIX əsrin birinci yarısında Şimali Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyəti

2. Çar Rusiyasının köçürmə siyasəti və onun nəticələri

3. Çarizmin müstəmləkə zülmünə qarşı üsyanlar

4. 40-cı illərdə keçirilmiş islahatlar
XVIII əsrin sonu XIX əsrin əvvələrində Rusiyanın Cənubi Qafqaz, o cümlədən Azərbaycan siyasətində ilk dövrlərdə iqtisadi motivlərdən daha çox hərbi-strateъi motivlər mühüi yer tuturdu.

Türkmənçay müqaviləsinin imzalanmasınadək Şimali Azərbaycanın iqtisadi əhəmiyyəti çar hökuməti tərəfindən hələ ki axıradək, aydın şəkildə dərk olunmamışdı. Doğrudur, Şimali Azərbaycan Rusiya manufakturası üçün xammal bazası kimi heç də az əhəmiyyətə malik deyildi. Lakin rus manufaktura səneyesinin özünün inkişafı hələ o dərəcədə yüksək deyildi ki, bu, müəyyənedici amil rolunu oynaya bilsin.

Rusiyanın Şimali Azərbaycanda ağalığı 1840-cı ilədək sırf hərbi işğal reъimi şəklində özünü göstərirdi. Rusiyanın daxili və mərkəzi qaberniyalarında mövcud olan idərəçilik sisteminin bu dövrədək burada tətbiq edilməməsi də bir daha buna dəlalət edir. Bundan başqa, XIX əsrin ta 40-cı illərinədək rus hakimiyyət orqanlarının Rusiya tərəfindən yenicə tutulmuş bu ölkədə idərəçilik məsələsi barəsində vahid xətti hələlik yox idi. Rusiyaya hərbi müqavimət göstərmiş Gəncə və Bakı xanlıqları onların hərbi istilasından dərhal sonra ləğv edilmişdisə, Nuxa xanlığı, Şəmşəddil və Qazax sultanlıqları 1819-cu ilədək, Şirvan xanlığı 1820-ci ilədək, Qarabağ xanlığı 1822-ci ilədək, Talış xanlığı 1826-cı ilədək, Irəvan xanlığı 1827-ci ilədək, Naxçıvan xanlığı 1827-ci ilədək, Ilusu sultanlığı isə 1844-cü ilədək mövcud olmuşdu. Lakin bütün bunlar taktiki gedişlər, yenicə istila edilmiş yad müsəlman ölkəsində yerli əhalini hələləik mümkün qədər az qıcıqlandırmaq istəyindən başqa bir şey deyildir.

Yerli xan sülalələrini məhv etdikdən sonra çar hökuməti xanlıqları əyalətlərə çevirirdi. Bu əyalətlərə rus zabitləri sırasından olan komendantlar başçı təyin edilmişdilər. Komendantlar vaxtilə xanların malik olduqları bütün hüquqlardan istifadə edir, bir çox hallarda özlərini tam mütləq kimi aparırdılar. Komendant əyalət və şəhər məhkəmələrində sədrlik edir, yerli ruhanilərin başçısı-axund və ya qazını, mahal naiblərini və digər əyalət məmurlarını vəzifələrə təyin edirdilər. Ayrı-ayrı bəylərə və başqalarına mülklə bərabər rəiyətlərin bağışlanması barəsində keçmiş xanların verdikləri fərmanların təsdiq edilib-edilməməsi də komendantların ixtiyarında idi. Komendantlar özləri də ayrı-ayrı bəylərə tiyul torpaqları, habelə rəncbərlər paylayırdılar. Xan sənədləri üzrə bəylik almış şəxslərin bu rütbələrinin təsdiqi, habelə "siyasi cəhətdən səbatsız" bəylərin mülklərinin müsadirə olunması və başqa şəxslərə verilməsi də komendantdan asılı idi. Komendantın adicə əmri ilə xəzinəyə məxsus kəndlər və kəndlilər xüsusi şəxslərə verilə, xüsusi sahibkarların mülkləri xəzinənin ixtiyarına keçirilə bilərdi. Komendantlar sərbəst sürətdə rəncbərləri rəiyyətlərə, rəiyyətləri rənsbərlərə çevirirdilər.

Hələ xanlıqlar dövründə mövcud olmuş vergi sistemi də, demək olar ki, dəyişdirilmədən XIX əsrin 40-cı illərinədək saxlanılmışdı. Vergilərin əsas ağırlığı ilk növbədə kəndli kütlələrin üzərinə düşürdü. Məsələn, Qarabağ əyalətində xəzinənin xeyrinə aşağıdakı vergilər alınırdı: - malcəhət (taxıl məhslunun 1/10-i), salyana (arpa və buğda ilə ödənilən xüsusi illik rüsum), mirzəyana (dəftərxana və digər idarələrin saxlanması üçün yığılan rüsum), otaq xərci (mənzil və alaf mükəlləfiyyətini əvəz etmiş vergi), at arpası (ordunun ehtiyacları üçün arpa ilə ödənilən vergi), kələntərlik (aşağı rütbəli məmurların saxlanılması üçün yığılan vergi), bayramlıq (bayram hədiyyələri), karxana xərci (ipəksarıma müəssisələri və digər emalaxanalardan yığılan vergi), bağbaşı (bağlardan yığılan vergi), çöpbaşı (otlaq vergisi) və bir çox başqaları.

Bu dövrdə yaradılan əyalətlərin sərhədləri müvafiq keçmiş xanlıqların sərhədləri ilə üst-üstə düşürdü. Xanlıqlar dövründə mövcud olan mahallara (rəsmi rus terminalogiyasına görə isə sahələrə) bölgü əyalətlərdə də saxlanılmışdı. Xanlıqlar dövründə olduğu kimi, mahal naibi vəzifəsinə komendat etibarlı hesab etdiyi yerli torpaq sahibləri-bəylərdən birini təyin edir, bəzi yerlərdə isə bu vəzifəni irsi məliklərdən birinə həvalə edirdi.



Nuxa, Şirvan, Qarabağ və Talış əyalətləri inzibati cəhətdən iqamətgahı Şuşa şəhərində yerləşən müsəlman əyalətləri hərbi dairə rəisliyinə, Bakı, Quba və Dərbənd əyalətləri isə iqamətgahı Dərbənd şəhərində yerləşmiş Dağıstan hərbi rəisinə təbe idi. Keçmiş Gəncə xalığının ərazisi isə bu dövrdə inzibati cəhətdən Şərqi Gürcüstan ərazisində yaradılmış inzibati vahidlərin tərkibinə daxil edilmişdi.

XX əsr tarixşunaslığında komendant idərəçilik üsulu adlandırılan bu inzibatçılıq üsulunu çar hökumət orqanları Hərbi xalq idərəçiliyi adlandırırdı, əslində isə Rus zabitlərindən təyin olunan komendantlar öz səlahiyyətlərinin miqyasına görə mahiyyətcə XVIII əsr Azərbaycan xanlarından, demək olar ki, heç nə ilə fərqlənmirdilər. Onlar bircə ölüm cəzası verə bilməzdilər. Əslində onların bəziləri bunu-ölüm hökmünü gizli şəkildə həyata keçirirdilər. Beləliklə, XIX əsrin ilk rübündə rus komendantlarının Şimali Azərbaycanda tədbiq etdikləri idarəçilik üsulları tamamilə feodal idhərəçilik üsulları idi, lakin Xan idərəçilik üsulundan fərqli olaraq çar üsulu həm də özünün aydın təzahür edən müstəmləkəçilik xarakteri ilə səciyyələndirilirdi. Başqa sözlə deyilərsə, Şimali Azərbaycan əhalisi bu dövrdə 2 qat- həm feodal, həm də müstəmləkə əsarəti altında idi. Kəndli kütlələri və hətta təcirlər üçün bu reъim və onun vergi sistemi xanlıqlar dövrünün inzibati maliyyəçilik qaydalarına nisbətən daha ağır və əziyyətli idi. Rus hakimiyyət orqanları xanlıq dövrünün bir dənə də vergisini ləğv etmədən bunlara yeni-yeni vergilər əlavə edirdilər. Komendant üsulu-idarəsi dövründə formal olaraq şəriət və xan qanunları qüvvədə idi, lakin komendant bu qanunlar ilə ancaq özələrinə və ruslarla əlaqədə olan kiçik yerli feodal qurupuna sərf edəcək dərəcədə hesablaşırdı. Xanlıqlar dövrünün maliyyə-inzibati sistemi hərbi-xalq idərəçiliyi dövründə özünün ən pis və ağır formasında, rus polis-bürokratik dövlətinin qüdrəti ilə gücləndirilmiş və müstəmləkə əsarəti üsullarına əlavələr olunmuş şəkildə mövcud idi. Komendant-üsul idarəsinin müvəqqəti, işğalçı xarakteri və Qafqazın baş rəisləri dövründə müxtəlif tərəddudlərə və dəyişikliklərə məruz qalan daxili siyasətdə vahid hərəkət xəttinin olmaması bu bölgədə çarizm üçün hansısa möhkəm və sabit sosial baza yaratmağa imkan yarada bilməzdi. Halbuki müstəmləkə istismarının dərinləşdirilməsi, işğal olunmuş ölkənin iqtisadi cəhətdən məniməsənilməsi üçün çar rusiyasının belə sosial bazaya güclü ehtiyacı duyulurdu. Əlbəttə ki, çarizm yerli xiristian əhalisi və bəzi çox cuzi feodal qurupları (Qarabağın xiristian məlikləri , bəzi kəngərli bəyləri, Bakı xan sülaləsinin Maştağa qolu və s.) içərisində çox zəif və sürüşkən sosial dəstəyə malik idi. Lakin XIX yüziiliyin 20-30-cu illərində rus hakimiyyət orqanları Şimali Azərbaycanda nə öz sosial bazalarını genişləndirə, nə də bu bazadan özünün müstəmləkəçilik siyasətinin məqsədcləri üçün tam şəkildə istifadə edə bilirdi. Rusiya hökuməti yerli ali müsəlman silkinin hüquqlarını, onların torpaq sahibliyini təsdiq etmədi. Çar hökumət idarələri belə bir tezis irəli sürmüşdülər ki, guya Azərbaycanda yerli feodallar malikanələrin xüsusi sahibkarları yox, sadəcə olaraq xəzinə torpaqlarının yalnız idarə ediciləri, müdürləridilər. Bu iddia çar hökumətinin əli ilə yerli feodallara təzyiq gösərmək vastəsinə çevrilmişdi. Bu vasitədən istifadə edən hökumət istənilən feodal mülkünü, malikanəsini müsadirə edə bilərdi. Xəyanətdə ancaq şübhəli bilinən bəylərin belə xeyli torpagını müsadirə edən çar hökuməti komendantlara bu torpaqlardan özlərinin istədikləri kimi istifadə etmək hüququ vermişdi. Komendantlar isə belə torpaqları əsasən səbatlı, etibarlı, xüsusən də rus ordusunda xidmət etmiş bəylərə paylayırdılar.

XIX əsrin ilk onilliklərində Şimali Azərbaycanda müstəmləkə siyasəti çar Rusiyası tərəfindən yerli torpaq sahiblərinin kobudcasına qarət olunması, Rusiya mütləqiyyətinin soykənə biləcəyi yeni feodal, torpaq sahibləri zümrəsinin yaradılmasına cəhd göstərilməsi prosesi gkdirdi, lakin 30-cu illərin sonunadək bu proses özbaşına, mərkəzi hakimiyyətdən daha çox onun yerli Cənubi Qafqazdakı idarələrinin iştirakı ilə gedirdi. Bu dövrdə rus hakimiyyəti orqanlarının yeni müsəlman zadəganları təbəqəsini yaratmaq barəsində az-çox düşünülmüş sistemi hələ ki, yox idi.

XIX əsrin 30-cu illərinin əvvələrində Rusiya Şimali Azərbaycanda yeritdiyi müstəmləkə siyasəti yeni mərhələyə daxil olmuşdu. Bu ilk növbədə XIX əsrin ilk onilliklərində bir-birini əvəz etmiş Rus-Iran və Rus-Türk müharibələrinin başa çatması ilə əlaqədar idi. Cənubi Qafqazdakı Rus siyasətində hərbi strateъi məqamlar müəyyən müddət üçün arxa plana keçmişdi. Digər tərəfdən də artıq bu dövrdə Rusiya iqtisadiyyatında xüsusən toxuculuq sənayesində yüksəliş prosesi müşahidə olunurdu ki, bu da Cənubi Qafqaz və Iranın ilk növbədə rus mallarının satış bazarlarına çevrilməsini şərtləndirirdi: Belə ki, məhdud daxili bazara malik olan təhkimçi Rusiya belə bazarlara möhtac idi. Eyni zamanda, müstəmləkə orqanları Rusiya sənayesini ucuz xammalla təhciz etmək xatirinə Cənubi Qafqazda bəzi sahələrin inkişafına yardım etməyə cəhdlər göstərirdilər. Ipəkçilik, pambıqçılıq və b. texniki bitkilər becərilməsinin genişləndirilməsi üçün bəzi tədbirlər görülməyə başlanmışdı. Rusiya və yerli tacirlərin nümayəndələrindən ibarət qarışıq ticarət kompaniyalarının yaradılması üçün bəzi tədbirlər görülmüşdü. Bütün bu dəyişikliklər, xüsusən də XIX əsrin 30-cu illərində xalqın güclü anti-müstəmləkə çıxışları rus hökumətini komendant idarə üsulunu yenidən nəzərdən keçirməyə vadar edirdi. Qafqazdakı rus qoşunları komandanı, general Paskeviç buradakı idarəçilik sisteminin dəyişdirilməsi barəsində mərkəzi hökumət idarələri qarşısında hələ 1829-cu ildə məsələ qaldırmışdı. Paskeviç hərbi idarəçilik sisteminin dəyişdirilməsi ilə yanaşı hüquq, məhkəmə və idarəçilik sahələrində yerli xüsusiyyətləri tamamilə ləğv etməyi və burada Rusiyanın mərkəzi quberniyalarındakına bənzər mərkəzləşdirilmiş idarəçilik sistemi yaratmağı təklif edirdi. Bu dövrdə mürtəce rus generalı yerli xalqların adət və ənənələrini, etnoqrafiq, dini və mədəni özgünlüklərini qətiyyən nəzərə almırdı. XIX yüzilliyin 30-40-cı illərinin əvvələrində həyata keçirilmiş bir sıra tədbirlər – sahibkar torpaqların kütləvi surətdə müsadirəsi, ağaların hüquqlarının ləğvi, bəylərin hüquqlarının ləğvinə cəhdlər və s. məhz çar hökumətinin Şimali Azərbaycanda rus zadəganlarını yerləşdirmək niyyətlərindən irəli gəlmişdi. 1840-1841-ci illərdə çar Rusiyası Şimali Azərbaycan torpaq sahiblərini torpaqlardan və onlardan götürülən gəlilərdən məhrum etməyə cəhd göstərirdi.

Lakin çarizmin bu layihələri elə kağız üzərindəcə qaldı. Ilk növbədə, elə ona görə ki, bu ucqar Asiya ölkəsində məskunlaşmağa razı olan kifayət qədər rus zadəganı tapılmadı. Cənubi Qafqaz diyarını rus kəndliləri və sənətkarları ilə məskunlaşdırmaq planları da elə bu səbəb üzündən, hələlik həyata keçirilmədi. Belə mürəkkəb şəraitdə Rusiya imperiyası Dövlət şurası Cənubi Qafqaz idarəçiliyi sahəsində islahat işini senator Qanın başçılığı ilə bu diyara göndərilmiş xüsusi komisiyanın ixtiyarına verdi. Senator Qann yadellilərin xüsusiyyətləri, adət və ənənələlərini öyrənməyə artıq iş sayıb Paskeviç, Meçnikov və Kutaysovun layihələri əsasında Cəniubi Qafqaz diyarının inzibati idarəçiliyinin islahatı layihəsini işləyib hazırlamağa başladı. 1838-ci ilin fevralında o, öz layihəsini təqdim etdi. Hökumətin ümumi mövqeyi Qanın layihəsinin əsaslarına o qədər yaxın idi ki, həm Dövlət Şurası, həm də Qafqaz Komitəsi bedə bir faktı nəzərə almadılar ki, bu layihənin müəllifi Qafqazı ötəri görmüşdür və Qafqaz barəsində kifayət qədər təsəvvürə malik deyildi. Qan çətinlik çəkmədən layihəsini qəbul elətdirə bildi. Layihə cənubi Qafqazı inzibati cəhətdən 2 yerə Gürcüstan-Imeretiya quberniyasına və Xəzər vilayətinə bölürdü. Diyarda baş idarəçilik Qafqazın baş rəisinin öhdəsinə verilirdi. O, öz vəziyyətinə, hüquq və səlahiyyətlərinə görə, daxili Rusiya quberniyalarının general-qubernatorları ilə eyniləşdirilirdi. Baş rəisin yanında Baş Idarə Şurası yaradılırdı. Quberniya, vilayət və qəza idarələri ciddi surətdə daxili Rusiya quberniyalarındakı idarəçiliyə müvafiq olaraq qurulurdu. Layihə heç bir yerli müsəlman qanunu tanımırdı. Şəriət məhkəmələrinin ixtiyarında ancaq kəbin-talaq məsələləri saxlanılırdı. Yerli bəylərdən olan divanbəyiləri, mahal naibləri və b. işdən uzaqlaşdırılır, rus və digər xristian məmurları ilə əvəz olunurdular. Mahal naiblərinin yerinə sahə iclasçıları vəzifələri təsis olunurdu. Komendant idarəçilik üsulu ləğv edilirdi. Layihəyə görə yerlərdə ruslaşdırma siyasətinin realaşdırılması bu işin başlıca icraçıları sayılan sahə iclasçılarına həvalə olunurdu. Sonunculara müəyyən torpaq sahələri ayrılır, bu torpaqlarda yaşayan rəiyyətlər üzərinə iclasçının xeyrinə vergilər ödəyib mükəlləfiyətlər yerinə yetirmək öhdəlikləri qoyulurdu.

Qanın layihəsinin başlıca məğzi ondan ibarət idi ki, hükumət yerli bəylərə və digər imtiyazlı zümrə nümayəndələrinə arxalanmaq xəttindən büsbütün imtina edirdi.

1840-1841-ci illərin islahatlarının gedişində Qazax, Şəmsəddil və Borçalı ağalarının tiyul torpaqlarının müsadirə olunması. Xəzər vilayəti bəylərinin belə torpaqlarının müsadirəsinə cəhd göstərilməsi çarizm tərəfindən ilk növbədə 30-cu illər üsyanlarında fəal iştirak etdiklərinə görə yerli imtiyazlı silklərdən intiqam almaq, eyni zamanda öz xəzinəsinin varidatını artırmaq cəhdi idi.

Rus müstəmləkə məhkəmələrinə, demək olar ki, heç kəs müraciət etmədiyindən, Qanın islahatlarına 1842-1844-cü illərin düzəlişlərinin nəticəsində şəriət məhkəmələrinin yurusdiksiyası xeyli genişləndirildi. Kəbin-talaq məsələləri ilə yanaşı, mülki, irsi, borc və s. məsələlərin də həlli onların ixtiyarına verildi. Yerli əhali tərəfindən xüsusi qəzəblə qarşılanmış bəzi mühakimə metodları (məsələn, qadınlara bədən cəzasının verilməsi) ləğv olundu.

Şimali Azərbaycanda öz hakimiyətinin ilk onilitklərində çar hökumətinin bu diyarı idarə etmək üçün dəqiq idarəçilik sistemi yox idi. Burada hər baş komandan, hər bir komendant, hər bir məmur öz düşüncələrinə, öz insani keyfiyyətlərinə, öz təhsilinə müvafiq şəkildə hərəkət edirdi. Buradakı rus rəisləri tez-tez dəyişdirildiklərindən qaydalar da eyni tezliklə yeniləşdirilirdi. Yerli əhalinin nə mülkiyyət hüququ, nə də şəxsi təhlükəsizliyi heç bir qanunla mühafizə və təmin olunmurdu.

Qanunsuzluqlar və bununla əlaqədar olan sui-istifadələr xalqı əzir, normal həyata gedən hər cür yolu bağlayırdı. Idarəçiliyin Rusiya metodları bu torpağın əsl sahibi olan yerli xalq üçün yad və başa düşülməyən idi.

XIX əsrin 40-cı illərinədək Şimali Azərbaycanda əvvəlki dövrlərdə mövcud olmuş xüsusi torpaq mülkiyyəti formaları – mülk və tiyul qalmaqda idi.

Mülk qeyri-şərti, nəslən keçən torpaq mülkiyyəti forması idi. Tiyul isə şərti torpaq mülkiyyəti forması olub, tiyuldarlara hərbi və ya başqa xidmət müqabilində verilirdi.

Şimali Azərbaycanda Rusiya işğallarının gedişində və rus əsarətinin ilk mərhələsində çar hökuməti öz sosial siyasətini yürüdərkən, təbii ki, bir hissəsi əldə silah Rusiya ağalığına qarşı vuruşan yerli feodallar içərisində özünə dayaq tapa bilməmişdi. Bu dövrdə Azərbaycanın ali müsəlman silkinin əksər hissəsi Rusiya üçün səbatsız, etibarsız kütlə kimi hökumətin rəsmi siyasətinə dayaq ola bilməzdi.

Lakin eyni zamanda yerli feodal dairələrinin yardımı olmadan çarizm özü üçün ənənəsi, dili və dini yad olan bu diyarı idarə edə bilməzdi. Buna görə də, hökumət yerli ali müsəlman silkinə siyasi və iqtisadi cəhətdən təzyiq göstərmək metodları axtarmaq məcburiyyətində qalmışdı.

XIX yüzilliyin ilk onilliklərində Şimali Azərbyacanda əvvəlki torpaq sahiblərinin soyulması və rus hakimiyyətinə arxalanan yeni feodal kadrlarının formalaşdırılması prosesi gedirdi. Lakin 30-cu illərin sonlarınadək bu proses mərkəzi hökumətin deyil, ən çox yerli hakimiyyət orqanlarının iştirakı ilə həyata keçirilirdi. Rus mutləqiyyətinin feodal təbiəti onu Azərbaycan feodallırının müəyyən qruplarına arxalanmağa sövq etsə də, XIX əsrin 40-cı illərinədək çar hökumətinin bu sahədə az-çox düşünülmüş siyasəti hələ ki, yox idi.

XIX əsrin ilk 30 illiyində çar hökuməti tərəfindən xanlıqlar dövründəki vergi və mükələfiyyətlər sisteminin əsasən qorunub saxlanılmasına baxmayaraq, Şimali Azərbaycan kəndlilərinin vəziyyəti xeyli pisləşmişdi. Bu, onunla izah olunur ki, xan tərəfindən ciddi və yaxın nəzarət şəraitində bu sistem xanın yaxıq adamlarının zənginləşməsi vasitəsi ola bilməzdi. Çar idarəçiliyi dövründə tam uçotsuzluq, nəzarətsizlik, cəzasızdıq şəraitində isə Şimali Azərbaycan kəndlilərindən təkcə dövlət xəzinəsinə gedən vergilər deyil, həm də rus məmurlarının şəxsi cibinə axan var-dövlət də qoparılıb alınırdı. Qayda-qanunsuzluğun son həddə çatdığı bir şəraitdə sui-istifadələrdə günahkar olanları aşkara çıxarmaq çox çətin idi. Kəndlilər çox vaxt xəzinəyə nə qədər vergi ödəməli olduqlarını belə bilmirdilər. Vergilər müəyyən qaydalar əsasında deyil, məmurların kefləri istədiyi şəkildə yığılırdı.

Cənubi Qafqazda öz hökmranlıgını təsbit etməyə başladığı ilk günlərdən çar hökuməti bölgəyə həm də ilk növbədə iqtisadi mənimsəmə obyekti kimi baxırdı. Özü də bu zəngin diyar rəsmi çar dairələrinin diqqətini təkcə satış bazarı kimi deyil həmçinin böyük imkanlara malik rəngarəng xammal mənbəyi kimi çəkirdi.

Hələ işğalların gedişində çar hökuməti diyarın iqtisadi vəziyyətini öyrənməyə, iqtisadi və maliyyə imkanlarını aşkara çıxarmağa sistemli cəhdlər göstərirdi. Bir çox şəhər və bölgələr ələ keçiriləndən dərhal sonra onların əhalisi siyahıya alınmış, bir sıra xanlıqlar (Nuxa Şirvan, Qarabağ) ləğv edilən kimi onların geniş və müntəzəm iqtisadi təsvirləri (əhali sayımı, torpaq, vergilər və s. göstəricilər verilməklə) tərtib olunmuşdur. Artıq XIX əsrin əvvələrində müstəmləkəçi rus idarələri Şimali Azərbaycanda texniki bitkilərin becərilməsi işinin yaxşılaşdırılması, yeni texniki bitkilərin becərilməsini təşkil etmək üçün bir sıra tədbirlər görməyə cəhdlər göstərirdi. 1837-ci ildə hökumət idarələri şəkər qamışı becərib ondan qənd istehsal etmək şərti ilə şəkər zavodu üçün Talış əyalətində 500 desyatin torpaq ayırmışdı.

Hələ bundan 20 il əvvəl, 1816-cı ildə Qafqazdakı rus qoşunlarının baş komandanı və həm də buradakı rus idarəçilik sisteminin başçısı A.P.Yermolov Cənubi Qafqazda xəzinə və ya heç olmasa xüsusi şüşə zavodunun açılmasını, habelə mahud fabrikinin tikilməsini təklif edirdi.

Çar hökuməti idərələrinin başlıca qayğısı Cənubi Qafqaz diyarında Rusiyanın aparıcı sənaye müəssisələrini xammalla təchiz etmək üzrə tədbirlərin həyata keçirilməsi idi. Nəzərdən keçirilən dövrdə Rusiya toxuculuq sənayesi rəngləyici material kimi marenaya güclü ehtiyac hiss edirdi. Cənubi Qafqazın, ilk növbədə isə Şimali Azərbaycanın işğalınadək rus toxuculuq sənayesinə lazım olan marena xaricdən, əsasən Hollandiyadan gətirilirdi. Cənubi Qafqaz çarizm tərəfindən işğalınadək Rusiyanın ipəkçilik sənayesi çox ləng inkişaf edirdi. Bu sənaye üçün xammal (əsasən iplik xam sap) Rusiyaya Italiya, Fransa, Iran və Osmanlı imperiyasından gətirilirdi.

XIX əsrin 40-50-ci illərində ipəkçilik üçün xammalın barama şəkilində Rusiyaya gətirilməsi cəhdləri uğursuzluqla nəticələndi, çünki barama çox sürətlə xarab olan xammaldır. Xammalın Rusiyaya yarımfabrikat kimi gətirilməsi isə rus iş adamları üçün sərfəli deyildir.

Rusiyada ipəkəyirmə sənayesinin yaradılması və inkişafı ölkəyə keyfiyyətli və ucuz ipək xammalının gətirilməsi məsələsini kəskin şəkildə qabardırdı. Bunun nəticəsi olaraq XIX əsrin 20-ci illərindən etibarən Rusiya müstəmləkəçilik orqanları Cənubi Qafqazda ipəkçiliyə xüsusi diyyət yetirməyə başlamışdılar.

Şimali Azərbaycanda başlıca ipəkçilik rayonları Car-Balakən, Nuxa, Şirvan, Qarabağ, Ordubad qismən də Quba və Lənkəran bölgələri idi. Ipəkçiliyin inkişafı və Şimali Azərbaycan ipəyinin digər yerlərə aparılmasının artması artıq XIX əsrin II rübündə müəyyən sosial-iqtisadi nəticələrə gətirib çıxardı. Ticarət-sələmçi kapital özünün bütün fəsadları ilə birlikdə kənd təssərrüfatının bu sahəsinə soxulurdu. Ipəkçiliklə məşğul olan kəndlilər, sənətkarlar, tacirlər və möhtəkirlərin güclü asılılğına düşmüşdülər.

1829-cu ildə Nuxada ipəksarıma müəssisəsi təşkil olunmuş, oraya ipəksarıyan maşınlar və xəzinə rəncbərlərinə mükəmməl ipəksarıma üsularını öyrətmək üçün ustalar göndərilmişdilər. Ipəksarımanın yeni mükəmməl üsulu təkcə Nuxa əyalətində yayılmırdı. Ipəksarimanın yeni mükəmməl maşın üsulunu tətbiq etmək üçün Şirvan və Qarabağ əyalətlərində də bir neçə yeni ipəksarıma maşını göndərilmişdir. 1836-cı ildə Cənubi Qafqazda ipəkçiliyi və ticərəti yayan cəmiyyət yaradıldı. Bu, mülkədar kapitalına əsaslanan özəl səhmdar cəmiyyət idi. Onun başında fransız taciri Tribodino dururdu. XIX əsrin I yarısında çar hökumətinin Şimali Azərbaycandan müstəmləkə kimi istifadə etməyə yönəlmiş iqtisadi siyasəti çarizmin ümumi müstəmləkəçilik siyasətinin mühüm tərkib hissəsini təşkil edirdi.

XIX əsrin əvvələrində Şimali Azərbaycan ticarətinin inkişafına feodalizmə xas olan bir sıra institutlar mane olurdu. Bunların içərsində daxili feodal rüsumları institutu daha aydın şəkildə nəzərə çarpırdı. XIX əsrin 20-ci illərinin sonu 30-cu illərinin əvvələrində Şimali Azərbaycanda hələ də 17 cür rahdar maddəsi və müxtəlif peşə və sənət sahələri üzərinə qoyulan 120 rüsum saxlanılmaqda idi. Eyni zamanda yeni gömrük xətti yaradılır, özü də müxtəlif gömrükxanalarda rüsumlar müxtəlif tariflər üzrə alınırdı. Bütün bunlar çarizmin bu şərq ölkəsində yürütdüyü iqtisadi siyasətin yararsızlığı və çaşqınlığıqa dələlət edirdi.

1821-ci il oktyabrın 8-də Cənubi Qafqazda yeni güzəştli gömrük tarifi tətbiq edildi. Bu tarifə görə itxal edilən xarici mallardan cəmisi 5 faizlik rüsum alınırdı. Təxminən 10 il fəaliyyət göstərmiş 1821-ci il güzəştli gömrük tarifi diyarda ticarətin inkişafına, iriməbləğli sərmayələrin meydana çıxmasına təkan verdi, yerli daxili rüsumların qalmasına baxmayaraq, yerli bazarın qapalılığını xeyli sındırdı, xarici ticarətə müəyyən sərbəstlik verdi. Bu tarifin tətbiqi həm də göstərir ki, bu dövrdə çarizmin ticarət siyasətinin əsas vəzifəsi diyari Avropa və Asiya arasındakı ümumdünya mübadiləsinə cəlb etmək, onu bu ticarətin vasitəsinə çevirmək idi. Əsas məqsəd isə bu yolla da bu yeni müstəmləkədən mümkün olan gəlirləri daha da artırmaq idi.

Lakin XIX əsrin 20-ci illərin sonunda Rusiya toxuculuq sənayesinin istehsalatın mexanikləşdirilməsi sahəsində ilk addımlarlı müşaiyət olunan yüksəlişi şəraitində Rusiyanın çox gənc sənaye burъuaziyası dairələri içərisində Cənubi Qafqazdan buraya Qərbi Avropanın sənaye məhsullarının gətirilməsinə imkan verən 1821-ci il güzəştli tarifindən narazılıq yetişirdi. Çünki bu burъaziya hələ xarici tərəfi – müqabilələrlə rəqabətə qadir deyildi.

Əgər XIX əsrin ilk rübündə çar hökumətinin Şimali Azərbaycanda yürütdüyü ticarət siyasətinin başlıca məğzi Rusiyanın Avropa və Asiya arasında ümumdünya ticərət mübadiləsinə cəlb etməkdən ibarət idisə, həmin əsrin 20-ci illərin sonlarından etibarən Rusiyanın Asiya ticarətinin mənafeləri barəsindəki təsəvürlərdə dəyişikliklər baş verir. Avropa və Asiya arasındakı dünya ticarətində vasitəçilik, Hindistan ticarətinə maraq diqqət tədricən uzaqlaşır, Asiya bazarının Rusiya sənaye məhsulları üçün satış bazarına çevrilməsi vəzifəsi isə əksinə ön plana keçir.

1831-ci il 3 iyun əsasnaməsi Cənubi Qafqaz bazarlarına təkbaşına yiyələnmək uğrunda Rusiya burъaziyası ilə uzunmüddətli mübarizəsinin qanunauyğun nəticəsi oldu. Bu əsasnaməyə görə:

-Cənubi Qafqaz tranzit ticarət yolu Avropa malları üçün əslində bağlanılmış oldu:

-Əsasən Qərbi Avropa ölkələrinin toxuculuq sənayesi məhsulları üzərinə faktiki olaraq qadağanedici tariflər qoyuldu.

Sənətkarlıq, o cümlədən ev sənətkarlığı məhsulları üzərinə qoyulmuş daxili rüsumlar barəsində isə bu Əsasnamədə deyilirdi: daxili sənaye məhsullarına aid rahdar maddələri də tədricən dəyişdirilməli və ya ləğv olunmalıdır.

1831-ci il əsasnaməsi üzrə Cənubi Qafqaz, o cümlədən də Şimali Azərbaycan I Nikolay hökumətinin mühafizəedici gömrük siyasəti çevrəsinə daxil olur və Rusiya sənaye məhsulları üçün daxili satış bazarına çevrilirdi. Yuxarıda haqqında danışılan rahdar rüsumları daxili ticarətin inkişafına fövqəladə dərəcədə maneçilik törədirdi. Lakin onların ləğvi işi xeyli ləngidi. Iki dəfə 1832-ci il martın 15-də və 1836-cı il iyunun 6-da rahdarın ləğvi haqqında məsələ qaldırılmış, lakin Qafqazın baş rəisi baron Rozen xəzinənin maliyyə mənafelərini müdafiə edərək hər dəfə bu işin həyata keçirilməsini hər vasitə ilə ləngidirdi. Rəngarəng rahdar rüsumları tədricən aradan qaldırılmış və ancaq 1846-cı ildə onlar tamamilə ləğv olunmuşdur.

Qadağanedici gömrük tarifləri sistemi də 1846-cı ildə ləğv olundu. 1846-cı il 14 dekabr tarixi əsasnaməyə görə 1831-ci il əsasnaməsinin qadağanedici şərtləri aradan qaldırılmış, Qərbi Avropadan gətirilən mallar üzərinə qoyulan gömrük rüsumları xeyli azaldılmışdır.

Çar müstəmləkəçiləri ilk illərdən etibarən Qafqazda rusların köçürülüb yerləşdirilməsinə ciddi fikir verirdilər. Bu yolla Qafqazda, o cümlədən Azərbaycanda məskunlaşan ruslar çarizmin dayağına çevrilməli, bu yerlərin itaətdə saxlanılmasında əsas dayaq rolunu oynamalı idilər. Zaqafqazifada rusların yerləşdirilməsi əsasən üç istiqamədə aparılmışdır. Hərbi hissələrdə inşa edilmiş kilsələrdə xidmən edən din xadimlərinin gətirilməsi, hərbi xidmətdən sonra burada daimi yaşamaq üçün qalanlara imtiyazların verilməsi, dini əqidələrinə görə sektantların Rusiyanın müxtəlif quberniyalarından Azərbaycana göçürülüb məskunlaşdırılması.

Kilsələr Rusiyanın müstəmləkə siyasətini Azərbaycanda həyata keçirən ilk carçılar idilər. Lakin Rusiyanın müstəmləkə dairələrinin ciddi cəhdlərinə baxmayaraq xristianlığın bu yolla yayılması geniş vüsət almışdı. Rus kilsələri ermənilərin çarizmin dayağına çevrilməsi prosesini sürətləndirdi və bu işə məqsədyönlü bir istiqamət verdi. Zaqafqaziyanın ruslaşdırılmasında kilsə fəaliyyətinin kifayət etmədiyini duyan çarizmin müstəmləkəçi dirələri başqa üsullara əl atdılar. 1821-ci il yanvarın 3-də venrilmiş çarın fərmanında əsgəri xidməti qurtarandan sonra Qafqazda qalmaq istəyənlər üçün imtiyazlar nəzərdə tutulmuşdu. Qafqaz arzusunda olanlara pul, hərbi ləvazimat verilir, əkinçiliklə məşğul olmaq üçün münbit torpaq sahələri ayrılırdı. Hərbi məskənlər kimi salınan bu yaşayış məntəqələrindən birincisi Şuşa şəhəri yaxınlığında, sonralar isə Qubada salındı.

Çar hökuməti Azərbaycanı əbədi olaraq əldə səxlamaq üçün köçürməyə və xüsusilə də rusların bu diyarda məskunlaşdırılmasına əsas vasitə kimi baxırdı. 1837-ci ildə çar I Nikolayın fərmanı ilə Yelizavetpolda hərbi kaloniyalar yaratmaq haqqında göstəriş verildi. Azərbaycanda rusların məskunlaşdırılmasını geniş miqyasda həyata keçirmək üçün daha təsirli işlərdən biri də rus sektantlarının buraya köçürülməsi idi. 1802-ci ildə imzalanmış çar fərmanı ilə təriqətçilərin Zaqafqaziyaya sürgününün əsası qoyuldu. Rusiyadan təriqətçilərin Zaqafqaziyaya axınının təşkil etmək üçün xüsusi Komitə yaradıldı. Azərbaycanda yerləşdirilən hər köçkün ailəsinə 5 desyatin miqdarında torpaq verilməsi nəzərdə tutulurdu.

Rusların köçürülməsi ilə bağlı olaraq 1830-cu ilin oktyabrın 20-də Dövlət Şurası daha bir qərar qəbul etdi. Bu qərarda rus Pravoslav kilsəsinə qarşı çıxan hər hansı təriqətçi kafir kimi qiymətləndirilirdi. Bu qərar staroobryadçılar, molokanlar, duxoborlar, skoplar və subbotniklərə şamil edilirdi. Qərarda qeyd edilirdi, təriqətçiləri cəza kimi ya Qafqaz hərbi korpusuna əsgəri xidməti keçirmək üçün Zaqafqaziyaya göndərməli, ya da oraya sürgün olunmalıdırlar.

Dövlət Şurasının 31 yanvar 1831-ci il tarixli qərarında rus köçgün təriqətçilərinin Azərbaycanda yerləşdirilməsi qaydaları şərh edilmişdi. Bu qərara görə: 1) rus köçgünləri üçün ayrılmış torpaq sahəsi 5 desyatindən az olmamalı idi. 2) məhkəmənin hökmü ilə köçürülən təriqətçilər, meşə yaxınlığında olan torpaq sahəsində yerləşdirildiyi təqdirdə 50 manat, meşələrdən uzaq məskunlaşmaq üçün torpaq sahəsi alanda isə 100 manat pul müavinəti almalı idi. 3) raskolniklər başqalarına təsir gstərməsinlər deyə təzə məskən saldıqları yerlərdə kompakt halda yerləşdirilmələri qadağan edilirdi, onlar pərakəndə halda yaşamalı idilər. 4) raskolniklərin şəhər əhalisinə zərərli təsirini heçə endirmək üçün onlar kənd təsərrüfatı rayonlarında məskunlaşdırılmalı idilər.

Azərbaycanda rus təriqətçilərinin köçürülüb məskunlaşdırılmasında ilk illərdə dini motivlər üstünlük təşkil etmişdir. Azərbaycanda rus köçkünlərinin yerləşdirilməsi Qafqaz canişininin nəzarəti altında həyata keçirilirdi.

Başqa yerlərdə olduğu kimi azərbaycanda da ilk vaxtlarda rus sektantlarının bir yerdən başqa yerə köçmələri qadağan edilmişdi. Bundan da əsas məqsəd onları məhdud çərçivədə saxlamaqla, təriqətçiliyin qarşısını almaq idi.Bu proses 30-cu illərin ikinci yarısına kimi davam etdi. Bu vaxtdan sonra rus köckünlərindən Azərbaycanı idarə etmək məqsədiylə daha geniş planda istifadə etmək qərara alındı.1837-ci ildə qəbul edilmiş hökumət qərarında sektantlarla bağlı pasport reъimi ləğv edildi, sürgün olduqları ərazilərdə onların sərbəst hərəkət etmələri üçün icazə verildi. Bu yeni siyasət Azərbaycana yeni rus axınına səbəb olmalı idi ki, bu da öz növəsində çar müstəmləkə dairələrinin Qafqazın ruslaşdırma siyasətini sürətləndirməli idi. Ciddi pasport reъimi çərçivəsində yaşayan sektantlar yeni qərar qəbul ediləndən sonra Rusiyaya qayıtmaq meylindən əl çəkir, Azərbaycanın daha münasib yerlərini daimi yaşayış məntəqəsi kimi seçirdilçr. 40-cı illərin ikinci yarsında rəsmi hökumət dairələrində rus sektantlarına artıq dini təfriqə salanlar kimi deyil Azərbaycanda çar siyasətinin daşıyıcısı və həyata keçirilməsində istifadə olunan bir mühüm amil kimi baxmaq üstünlük təşkil etməyə başladı. 1848-ci ildə verilən qərara əsasən rus sektantlarına Azərbaycanın şəhərlərində də yaşamaq hüququ verilirdi. Bu yeni qərar Azərbaycana yeni rus axını üçün hüquqi zəmin yaratmalı və burada ruslaşdırmanı sürətləndirməli idi.

40-cı illərin ikiknci yarsından etibarən rusların Azərbaycanda yerləşdirilməsində mühüm dəyişikliklər edildi. Belə ki, o vaxtacan Azərbaycan rus köçkünləri üçün sürgün məkanı rolunu oynasa da bu vaxtdan sonra hökumət dairələri rus ailələrinin könüllü gəlməsi haqqında da tədbirlər proqramı hazırlandı.

1849-cu ilin dekabrın 9-da qəbul olunmuş Zaqafqaziyaya köçən raskolniklərin imtiyazlərı haqqında qərarda könüllü olaraq Zaqafqaziyaya köçmək və burada məskunlaşmaq istəyən ruslar üçüç əsaslı imtiyazlar nəzərdə tutulurdu. Rus köçkünlərinin münbit və məhsuldar torpaq sahələrində yerləşdirilməsinə dair sərəncam verməklə yanaşı onların 8 il müddətində vergilərdən azad olmaları nəzərdə tutulmuşdu.

Zaqafqaziya regionuna rus axınını genişləndirmək məqsədilə 1849-cu ilin dekabrın 21-də çarın yeni fərmanı çıxdı. Orada könüllü olaraq Azərbaycana köçən hər rus ailəsinə 30-dan 60 desyatinə qədər torpaq sahəsi verilirdi. Bundan başqa könüllü gələnlər kreditlə təmin olunmalı, ev tikmək üçün onlara pulsuz olaraq tikinti materialları da verilməli idi. Fərmanda köçkünlərin həm də torpağın becərilməsi üçün lazım olan kənd təsərrüfatı alətləri ilə təmin olunması nəzərdə tutulmuşdu.

Bu fərmandan sonra Azərbaycana rus ailələrinin gəlişində yeni bir mərhələ başlandı. Bu dövrdən etibarən rus köçkünlərinin nəinki əvvəllər nəzərdə tutulmuş Qarabağ, Şəki Şirvan və Talış mahallarında, həmçinin onların Mil və Muğan zonalarında yerləşdirilməsinə başlandı. Rus köçkünləri Muğanda pambıqçılığın inkişafına kömək etmələri idilər. Azərbaycanda ilk rus yaşayış məntəqəsi 1830-cu ildə Vərəndin adlı sahədə (Qarabağ mahalında) salınmışdı.

Ümumiyyətlə, XIX əsrin 30-cu illərindən 90-cı ilərinədək rus köçkünləri vasitəsilə Bakı quberniyasında 22 kənd salındı. Rus kəndlərinin 8-i Şamaxı, 7-si Lənkəran, 3-ü Göyçay, 3-ü Cavad və 1-i Quba qəzalarında salınmışdı. 20-ci əsrin əvvələrində 1905-ci ilə kimi rusların Azərbaycana güclü axını nəticəsində Bakı quberniyasında 18, Yelizavetpol quberniyasında isə 10 yeni rus kəndi salındı. 1873-cü il məlumatına görə Azərbaycanın 1203396 nəfərdən ibarət əhalisinin 27120 nəfərini, yəni 2,3 faizin köçürülmüş rus kəndliləri təşkil edirdi.

Azərbaycanı itaətdə saxlamaq üçün tətbiq olunan köçürmə siyasətində ermənilər xüsusi rol oynayırdılar. Erməni-rus əməkdaşlığı ikinci Rusiya-Iran müharibəsi zamanı daha qabarıq bir formada təzahür etdi. Müharibə dövründə erməni könüllüləri rus ordusunun tərkibində Irana qarşı vuruşmalarda fəal iştirak edirdilər. Erməni-rus anti islam ittifaqının yaranmasına Eçmiadzen kilsəsi və onun başçısı rəhbərlik edirdi. Xidmətlərinə görə erməni keşişi Nerses Aleksandır Nevski ordeni ilə təltif edildi. Iranla müharibənin ən qızğın nöqtəsində vuruşan erməni könüllü batalyonlarının müharibənin rusların xeyrinə qurtarmasında müəyyən xidmətləri oldu. Çar hökumətinin hərbi-strateъi və müstəmləkəçilik planlarında etibarlı dayaq və müttəfiq kimi dəyərləndirilən ermənilər ikinci rus-iran müharibəsindən öz xeyirlərinə çox şey gözləyirdilər. Bu hər şeydən əvvəl Azərbaycanın Cənub və Şimal torpaqları hesabına erməni dövləti yaratmaqdan ibarət idi. Ermənilərin bu planlarının reallaşması yolunda əsas maniə demoqrafiq problemlərlə bağlı məsələlər idi. Azərbaycan ərazisində toplu halda yaşayan əhalinin sayı nisbətini ermənilərin xeyrinə həll etmək lazım idi. Bu yolun optimal variantı Türkmənçay müqaviləsinin mətnində öz əksini tapdı. Bu sənədin XV maddəsində Iranda yaşayan ermənilərin Şimali Azərbaycana köçürülməsi nəzərdə tutulurdu. Belə bir maddənin müqavilənin mətninə daxil edilməsində rus diplomatiyasının əsas məqsədt Şimali Azərbaycanda ermənilərin sayını süni çoxaltmaqla yanaşı Irana xəyanət edən erməniləri layiqli cəzadan qorumaq idi. Ermənilərə hamiliyi öhdəsinə götürmüş çar hökuməti Iranla müharibə qurtaran kimi erməni Milli ərazisi düzəltmək sahəsində ilk əməli addımı atdı. Bu özünün ifadəsini Irəvan və Naxçıvan xanlığının ləğvi və onların əvəzində Irəvanda erməni vilayətinin yaradılması haqqında imzalanmış fərmanda tapdı. Bu məsələ ilə əlaqədar olaraq 1828-ci il martın 20-də çarın senata göndərdiyi fərmanda deyilirdi. Iranla imzalanmış müqavilə əsasında Rusiyaya ilhaq olunun Irəvan və Naxçıvan xanlıqları bundan sonra erməni vilayəti adlandırılsın.

1828-ci ildə Iranın müxtəlif şəhərlərindən Şimali Azərbaycana orta hesabla 40 min nəfər köçürülmüşdü. Ermənilərin köçürülməsində əsas məqsəd Şimali Azərbaycan xanlıqlarında əhalinin Milli tərkibində xiristianların xeyrinə ciddi dəyişiklik etmək idi. 1828-ci ildə yenicə yaradılmış erməni vilayətində əhalinin dördə üç hisəsini müsəlmanlar təşkil edirdi. Irəvan mahalında isə əhalinin üçdə iki hissəsi azərbaycanlı idi. Şimali Azərbaycan torpağına erməni axını təkcə Irandan deyil həmdə qonşu Türkiyədən başlandı. 1828-1829-cu illərdə rus-türk müharibəsində Rusiyanın qələbəsi ermənilərin Türkiyədən Azərbaycana köçürülməsinə şərait yaratdı. Türkiyədən köçürülən hər bir erməni ailəsinə ailə üzvlərinin sayına görə torpaq sahəsi verilməli idi. Ermənilər dövlət, kilsə və mülkədar torpaqlarında yerləşdirilməli idilər. Erməni köçkünləri 6 il müddətinə bütün vergi və mükəlləfiyyətlərdən azad edilməli idilər. Ermənilər münbit torpağı, münasib iqlimi və içməyə yararlı suyu olan yaşayış məntəqələrində yerləşdirilməli idilər. Türkiyədən Azərbaycana təqribən 90 min erməni köçürülmüşdü. Irandan və Türkiyədən köçürülən ermənilərin əksəriyyəti Irəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisində yerləşdirilirdilər. Irəvan xanlığında Azərbaycanlıların xüsusi çəkisi 1828-ci ildə ümumi əhalinin 73,8 faizini təşkil edirdisə, 1834-1835-ci illərdə isə bu rəqəm 46,2 faizə enmişdi.

Azərbaycan xalqı XIX əsrin başlanğıcında Rusiya işğallarının ilk günlərindən etibarən mümkün olan bütün vasitələrdən istifadə etməklə işğalçılara qarşı mübarizəyə qalxmışdı. Qüvvələrin son dərəcə qeyri bərabər olmasına baxmayaraq 1803-1804-cü illərdə Cavad xan başda olmaqla Gəncə xanlığı, Çar-Balakən camaatları Sisianovun rus qoşunlarına güclü müqavimət göstərmiş, ayrı-ayrı döyüşlərdə bəzi uğurlar da qazanmışdı. Rus işğalçılarına qarşı ən güclü və uzun sürən mübarizə aparmış Azərbaycan bölgələrindən biri Quba və Dərbənd olmuşdu. Şimali Azərbaycanın Şimal-Şərq bölgəsində bu mübarizəyə uzun illər boyu Quba və Dərbənd xanı məşhur Fətəli xanın oğlu Şeyxəli xan başçılıq etmişdi. Birinci Rus-Iran müharibəsindən sonra bu mübarizənin miqyası xeyli daralmış, Şeyxəlinin söykəndiyi sosial dayağın ünvanı Qubadan tədricən Dağıstana tərəf köç etmişdi. Gülüstan sülhünə qədər Şimali Azərbaycan əhalisinin işğalçılara qarşı mübarizəsi silahlı müqavimətlə yanaşı əhalinin kütləvi şəkildə doğma yerlərini tərk edib rusların əli çatmayan Cənubi Azərbaycana və başqa yerlərə köçməsində təzahür edirdi. 1803-1806-cı illərdə Carı 1000 ailə, 1804-cü ildə Gəncəni 200 ailə, Samux kəndlərini 329 adam tərk etmişdi. 1804-1813-cü illərdə Elizavetpol darirəsindən 1500 ayrım ailəsi qaçmışdı. 1805-1812-ci illərdə Qarabağ xanlığının əhalisi buradan baş götürüb rusların əlindən qaçanların hesabına yarıbayarı azalmışdır. Eyni hal rus işğallarından sonra bütün xanlıqlarda müşahidə olunmuşdu. Irəvan xanlığının işğalından sonra buradakı 2984 Azərbaycanlı ailəsindən 2137-si Iran və Osmanlı dövlətlərinə köçüb getmişdi.

XIX əsrin əvvəllərində Şimali Azərbaycanın işğalının gedişində və işğaldan sonrakı ilk dövrlərdə çarizmin yerli xalqa qarşı tez-tez tətbiq etdiyi ən geniş yayılmış mübarizə üsullarından biri də əhali içərisində nüfuzu olan adamların, bir sıra yerli hakimlərin müxtəlif yollarla aradan götürülməsi idi. Özü də bu zaman çar hökumət idarələri, bir qayda olaraq, heç nə ilə hesablaşmır, o cümlədən həmin adamların elə rusların özlərinə göstərdikləri xidmətləri belə nəzərə almırdılar.

1819-cu ilin may-iyun aylarında Şəmsəddildə və qismən də Qazaxda baş vermiş iğtişaşların da başlanmasına təkan verən məhz belə hadisələr olmuşdu. Mayın lap əvvəllərində Qafqazdakı rus qoşunları baş komandanı general A.P.Yermolov general Mədətova məxvi göstərişində bildirirdi ki, şəmsəddilli Nəsib sultan və Mustafa aga Şıxlı özlərinə tabe olan elat camaatları ilə birgə Iravana qacmaq istəyirlər. Ona görə də, Yermolov Mədətova əmr edirdi ki, həmin şəxsləri dərhal Yelizavetrola (Gəncəyə) çağırıb həbs etsin. Mədətov mayın 7-də Yermolova yazdığı raportunda əmrin yerinə yetirildiyini, həmin şəxslərin Yelizavetpola çağrılıb həbsə alındıqlarını bildirirdi. 1826-cı ildə Şirvan, Qarabağ və Nuxa əyalətlərində bəylərin çoxu əldə silah ruslara qarşı vuruşmuş, bir hisəsi hələ müharibəyə qədər Iranın hökumət dairələri ilə əlaqə saxlamış, bəziləri isə hələ hadisələrdən xeyli əvvəl gizli müşahidələr keçirmiş və ruslara qarşı niyyətlərini həyata keçirmək üçün məsləhətləşmələr aparmışdılar.

Gəncə ilə yanaşı, Quba və Şamaxıda da belə çıxışlar çox geinş miqyas almış və bir müddət həmin əyalətləri rus hakimiyyət orqanlarının əsarəti altından azad etmişdir. O zamankı və sonrakı rus müstəmləkəçi hakimiyyət orqanları 1826-cı ildə baş vermiş hadisələrin müqyasını və onlar haqqında məlumatları nə qədər gizlətməyə çalışsalar da arxivlərdə və digər qaynaqlarda qorunub saxlanılmış sənədlər və materiallar 1826-cı ildə rus müstəmləkəçilərinə qarşı üsyanların təkcə Gəncədə baş vermədiyinə dəlalət edir. XIX əsrin əvvəllərindən Azərbaycanda başlayan Rusiya istilası və Rusiya müstəmləkə əsarəti dövrü ərzində müstəmləkəçilərə qarşı xalqımızın mübarizəsi bir gün belə dayanmamış, müxtəlif dövrlərdə zaman və şəraitdən asılı olaraq müxtəlif forma və isullarla davam etdirilmişdi.

1826-1828-ci ilərdə rus-Iran müharibəsinin başlanması ilə Şimali Azərbaycanın bir çox bölgəsini rus işğalçılarına qarşı güclü xalq hərəkatı bürümüşdü.

Gəncə, Quba, Şirvan, Bakı, Lənkaran və b. yerlərdə baş vermiş çıxışların hər birinin konkret başlama səbəbləri olsa da, onları eyniləşdirən ən başlıca cəhət ondan ibarət idi ki, bunların hamısı Rusiyanın Şimali Azərbaycanda yaratdığı ağır müstəmləkə reъiminin qanunauyğun nəticəsi, reъimə qarşı ümumxalq müqavimətinin xarakterik təzahürü idi.

Qısa müddət ərzində çar Rusiyasının Şimali Azərbaycanda yaratdığı, müstəmləkə reъimi yerli xalqı mütləqiyyətə qarşı qaldıra bilmişdi. Hələ əvvəlki müharibə dövründə və ondan sonrakı illərdə rusların qırğınları, qarətləri, hökumətin yerli xüsusiyyətləri nəzərə almayan qaba siyasəti xalq arasında qəzəb və hiddəti coşdururdu. Işğalın ilk günlərindən yeni hakimiyyət yerli xalqa düşmən münasibət bəslədiyini gizlədə bilmirdi və buna heç cəhd də göstərmirdi. Çarizmin Şimali Azərbaycanda yürürtdüyü müstəmləkəçilik siyasətinin üzvü tərkib hissəsi olan xristian (erməni) köçürmələri istilanın ilk günlərindən yerli əhalini sıxışdırmaq vasitəsi kimi tətbiq edilirdi. Şimali Azərbaycana ruslar tərəfindən ermənilərin köçürülməsi nə Türkmənçay, nə də Gülüstan müqavilələrindən sonra deyil, hələ Sisianov tərəfindən, Gəncənin ruslar tərəfindən işğalından dərhal sonra başlamışdı. Məhz bu, qeyri-rus, qeyri-xiristian xalqların hamısına dərindən nifrət edən şovinist, xəstə Rusiya generalı əsrin əvvələrində müxtəlif yerlərdən Tiflisə toplaşmış erməni ailələrindən 150-ni hələ 1804-cü ildə Gəncənin işğalı, burada törədilən dəhşətli qətl və qarətlərdən az sonra bu şəhərə köçürmüşdü.

Çarizmin müstəmləkə zülmü 1826-cı ildə Şimali Azərbaycan əhalisinin, demək olar ki, bütün zümrələrini əhatə etmiş üsyanların başlıca səbəbi idi.

Düşmənə qarşı çevrilmiş üsyanlardan biri də Şirvan üsyanı idi. Bu üsyana birinci rus-Iran müharibəsindən bir müddət sonra Şamaxıdan qaçmağa vadar edilmiş keçmiş Şirvan hakimi Mustafa xan başçılıq etmişdi.

Üsyan Şirvan əyalətinin xeyli hissəsini, əhalinin əksər təbəqələrini əhatə etsə də, qüvvələr qeyri bərabər idi. 1826-cı ilin payızında hərbi əməliyyatlarda strateъi təşəbbüs rusların əlinə keçdikdən sonra, digər əyalətlərdə olduğu kimi, Şirvanda da üsyan tədricən zəifləmiş və tezliklə yatrılmışdı. Çar hökuməti Şirvanda da kütləvi cəza kampaniyasına başlamışdı. Yüzlərlə Şirvan sakini həbsxanalara atılmışdı.

1826-cı il üsyanlarından sonrakı cəza kampaniyası o qədər kütləvi və qanunsuz şəkil almışdı ki, bundan az sonra yerli əhalinin narazılığını müəyyən qədər azaltmaq üçün çar I Nikolay 1826-cı il hadisələrinə görə məhkəməsiz süqgün olunmuş Şimali Azərbaycan sakinlərinin bağışlanması və onların mülklərinin özlərinə qaytarılması barəsində Qafqazın baş rəisi Paskeviçin adına 1830-cu il iyulun 13-də xüsusi reskript imzalamışdı. 1826-cı ildə baş vermiş Gəncə, Quba, Şirvan və Car-Balakən üsyanları yatrıldıqdan sonra Rusiya müstəmləkəçilərinə qarşı açıq mübarizə üsullarını gizli mübarizə formaları əvəz etmişdi. 1827-ci ildə Qarabağ əhalisi yeni müstəmləkəçilərin açıq-aşkar soyğünçuluğuna qarşı belə bir mübarizə üsulu seçmişdi. Qarabağ əyalətinin müxtəlif mahallarından gələn məlumatlara görə, hökumət idarələrinin təhriki ilə əhalidən cuzi haqq müqabilində hökumət xəzinəsi üçün satın alınmış (əslində müsadirə edilmiş) mal-qara guya ki, kəndlilər tərəfindən əyalət mərkəzi Şuşaya yola salınır, yolda ikən bu mal-qara sürüləri quldurların basqınlarına məruz qalır və oğruların (çox güman ki, əsil sahibkarların) əlinə keçirdi.

Şirvan əyalətinin Xonçobanı və Təbəristan mahallarında isə əhali 1826-cı il üsyanından çax keçməmiş bu üsyandan sonra Şirvandan qaçmış bəylər və b. sakinlərin mal-qarası və digər əmlakının hökumət orqanları tərəfindən müsadirə olunmasına müxtəlif yollarla mane olurdu.

Şimali Azərbaycanda çarizmə qarşı azadlıq mübarizəsinin növbəti yüksəlişi 1830-1831-ci illərə təsadüf etmişdi.

Məlumduk ki, çar Rusiyası işğal etdiyi ölkələrdə yerli əhalidən hərbi hissələr təşkil etməklə, həm özünə dayaq yaratmağa, həm də əsarətə alınmış yerli əhali içərisində təfriqə salmağa çalışırdı. Şimali Azərbaycanın işğalı zamanı birada da belə hərbi hissələr (birinci və ikinci müsəlman süvari alayları) yaradılmışdı.

XIX əsrin 30-cu illərinin əvvəllərindən Şimali Azərbaycanının Car-Balakən, Talış, Şirvan və s. bölgələrində rus müstəmləkəçilərinə qarşı çevrilmiş bir sıra çıxışlar baş vermişdi.

Özünün sosial-iqtisadi və ictimai-siyasi xüsusiyyətləri ilə fərqlənmiş Gar-Balakən camaatlarının yaranma tarixi XVII əsrin I yarsı və ortalarına gedib çıxır. Məhz XVII əsrin ortalarında burada Balakən, Katex, Car, Qala, Muxax və Ginix (Ginik) kimi ilk gamaatlar formalaşmışdı.

Böyük Qafqazın cənub ətəklərində o qədər də böyük olmayan ərazidə yerləşən, ilk baxışdan sərt mərkəzləşməmiş siyasi struktura malik olmuş Car-Balakən camaatları bölgədə güclü hərbi-siyasi nüfuza malik olmuşdu. Qafqazdakı rus qoşunlarının baş komandanı general Paskeviç çar I Nikolaya 1830-cu il 11 mart tarixli hesabatında yazırdı ki, istənilən vaxt 10 min nəfərə qədər atlı döyüşçü çıxara biləcək Car-Balakən camaatlarının razılığı olmadan nə Ilisunun yeni sultanları, nə də Nuxanın yeni xanları hakimiyyətdə möhkəmlənə və ya bərqərar ola bilərdilər.

XIX əsrin başlanğıcında Iran və Osmanlı imperiyası ilə muharibələri üğurla başa vurduqdan sonra çarizm hadisələr burulğanın mərkəzində yerləşən Dagıstanın bilavasitə qonşuluğundakı bu strateъi bölgədə möhkəmlənmək, habelə 1803-cü ildən bəri ruslara, demək olar ki, heç bir bac ödəməyən, ruslardan asılılığı, əslində, formal olaraq qəbul edən Car-Balakənliləri cəzalandırmak, buranın idarəsini bilavasitə öz əlinə almaq üçün 1830-cu ilin lap əvvəllərində Qafqazdakı rus hakimiyyət dairələri qəti addımlar atmışdı.

Camaatlar təhlükənin reallığını yaxşı başa düşərək cavab tədbirləri görməyə cəhd göstərirdilər. Onlar Dağıstana çaparlar göndərərək oradakı Curmud, Tebet, Daşlı, Ansux və Qapıçı camaatlarını köməyə çağırmışdılar. Car-Balakən camatlarının öz içərisində vaxtaşırı məsləhətləşmələr başlamışdı. Lakin təəssüf ki, bu səylər bir nəticə verməmişdi. Kömək üçün müraciət olunmuş Dağıstan camaatları qış və aşırımların bağlı olması (rusların bu barədə ümüdləri doğrulmuşdu) üzündən rədd cavabı vermiş, camaatların öz içərisində də tam yekdillik əldə etmək mümkün olmamışdı. Balakən, Muxax və Cinik camaatları 1830-cu il üsyanın liderləri olmuş Car və Tala camaatlarından ayrılaraq üsyanda iştirak etməkdən boyun qaçırmışdılar.

Car-Balakən ərazisinə daxil olub talançılıq edən (camaatlardan zorla at toplanılırdı) ruslarla yerli əhali arasında 1830-cu il fevralın 27-dək ilk toqquşmalar oldu. Hər iki tərəf üçün cüzi itki ilə (ruslardan üç yaralı, yerlilərdən bir həlak olan və iki yaralanan olmuşdu) başa çatmış bu ilk tokuşmanın səhərisi günü-fevralın 28-də ruslar Car və Zakatalanı tutdular.

Artıq martın 4-də Bekoviç-Çerkasski başda olmaqla Car-Balakənin Müvəqəti Vilayət Idarəsi yaradılmışdı.

Lakin binunla ruslar bütün istəklərinə çata bilmədilər. 1830-cu ilin əvvəllərində başlanmış Car-Balakən üsyanları müxtəlif fasilələrlə 1832-ci ilə dək davam etdi. Şeyx Şaban kimi başçıların rəhbərlik etdiyi, Dağıstan imamı Həmzət bəyin gəlişləri dövründə daha da canlanan bu silahlı çıxışlara rusların Cardakı hakimiyyət orqanları, nəhayət ki, 1832-ci ilin axırlarında son qoya bildilər.

Sonuncu Lənkaran hakimi Mirhəsən xanın başçılığı altında 1831-ci ilin yazında baş vermiş Talış üsyanı XIX əsrin 30-cü illərində müstəmləkə zülmü əleyhinə çevrilmiş Azərbaycan xalqının ən guclu çıxışlarından biri idi. Şimali Azərbaycanın hər yerində olduğu kimi, burada da yürüdülən ağır müstəmləkə siyasəti, xüsusən də yerli çar idarələrinin amansızlığı və acgözlüyü əhali içərisində narazılığı günü-gündən gücləndirərək, böhran vəziyyətinə çatdırmışdı. Digər tərəfdən isə çar Rusiyanın Cənub istiqamətində işğalları davam etdrmək niyyətləri bu bölgədə də siyasi sabitliyin yaranmasına imkan vermirdi.

1830-cu il dekabrın 9-da Irandakı yüksək rütbəli rus diplomatlarından biri Bezak Paskeviçə yazırdı ki, Türkməkçay müqaviləsinin şərtlərinə əsaslanaraq, rusların araqarışdıranları sərhəd bölgələrindən uzaqlaşdırmaq barəsində təkidli tələblərindən sonra Abbas Mirzə Cənubi Azərbaycanın Şimalında məskunlaşmış Mirhəsən xanı həbs etmək üçün xüsusi adamlar göndərmişdi. Lakin həbs üçün göndərilmiş Bala xan və Fərzi xan Mirhəsən xanın evinə çatan kimi qarətə başlamış və Mirhəsən xan qaçıb aradan çıxmaq imkanı qazanmışdı. Bu hadisədən az sonra hadisələrin axarı gözlənilməz məcraya gönəlmişdi. Mirhəsən xan iki arvadı, uşaqları və nökərləri ilə birlikdə gözlənilmədən Astara mahalında peyda olmuş, oradan da Talış komendantı podpolkovnik Korniyenkonun yanına gələrək günahkar olduğunu, rusiyanın himayəsinə girməyə, edama qədər hər cür cəzanı çəkməyə hazır olduğunu bildirmişdi. Bunun ardınca Ərdəbil hakimi Bəhmən Mirzə rus hakimiyyət orqanlarına müraciət edərək Mirhəsən xanı tutub cəzalandırmağı xahiş etmişdi. Öz növbəsində Paskeviç Iran hakimiyyətindən xahiş edirdi ki, Mirhəsən xanı həbs edib Talış və ya Qarabağ komendantına təhvil versinlər. Mirhəsən xan Talışa gəldikdən sonra isə ruslar onu saxlayıb, xanı Cənubi Azərbaycanını Qızılüzən bölgəsinə sürgün etməyə, onun bir daha rus-Iran sərhədlərinə yaxınlaşmasına imkan verməyəcəyinə vəd vermiş Abbas Mirzəyə təhvil vermək niyyətinə düşmüşdülər.

Məhz bu hadisələrdən sonra Mirhəsən xan martın 5-də 20-30 atlı ilə Astara çayını keçib keçmiş Lənkaran xanlığı hüdudlarına daxil olmuş, martın 6-da oglu Abdulla bəylə birlikdə Lənkəranın 10 versliyindəki Yuxarı Nüvədi kəndinə gəlmişdi.

Ən qısa müddət ərzinedə Mirhəsən xanın ətrafına min nəfərədək silahlı atlı toplaşmış, artıq martın 9-dək Lənkəran xanlığının bir çox mahalı ixtişaşa qoşulmuşdu. Xan əyalətin hər yerinə adamlar göndərərək, əhalini ruslara qarşı üsyana səsləyir, ruslarla əməkdaşlıq etmiş bəyləri və b. cəzalandırırdı. Əyalət tamamilə xanın nəzarəti altına keçdiyindən Korniyekonun bütün əmrləri xanın adamlarının əlinə keçirdi. Ruspərəst bəylərin çoxu qorxudan Salyana qaçmışdı. Talış üsyanının getdiyi bütün dövr ərzində Qafqazın bütün rus müstəmləkəçi orqanları özlərinin bütün diqqətini bu güclü xalq hərəkatının qarşısını almağa yönəltmişdi.

1831-ci il martın 23-də Korniyenkonun qoşunu ilə Abdulla bəyin dəstəsi arasında 4 saatlıq döyüş və birinci tərəfin kiçik itkiləri ilə başa çatmışdı. Döyüşlərin əksəriyyətinin əhəmiyyətsizliyinə baxmayaraq, Talış üsyanı hakimiyyət dairələrini bərk təşvişə salmışdı. Cənubi Qafqazın bütün bölgələrində az-çox iri hərbi birləşmələrin hamısında Talış üsyançılırına qarşı təpədən- dırnağa silahlanmış hərbi yardım göndərilirdi.

Xeyli güclənmiş Korniyenko çox cüzi itki (3 yaralı) ilə mart ayının 27-də Ərkivan kəndini ələ keçirməyə müvəffəq olmuşdu.

Eyni zamanda, Şirvan, Qarabağ, Elizavetpol və s. bölgələrindən Talışın rus qornizonuna yeni –yeni kömək gəlməkdə idi.

Ruslar Mirhəsən xanın üsyançılarına qarşı tədbirləri Iran tərəfinin səyləri ilə əlaqələndirməyə çalışırdılar. Rusiyanın təziyiqi ilə Ərdəbil hakimi şəhzadə Bəhman Mirzə Mirhəsən xanın Talışdan sıxışdırılıb çıxarılacağı təqdirdə onu ələ keçirmək üçün mahaldan xeyli atlı yığaraq onları Rusiya-Iran sərhəddinə toplamışdı. Rus komandanlığının bütün cəhdlərinə baxmayaraq, üsyanın genişlənməsinin qarşısının dərhal almaq mimkün olmadı. Martın 11-də üsyançıların bir dəstəsi Lənkaranın lap yaxınlığında xəzinə ilxısına hücum etmiş, xəzinə ilxısı üçün yığılmış ot tayalarını yandırmışdı.

Rus hökumətinin bütün cəhdlərinə baxmayaraq Talış üsyanı təxminən 2 aya qədər-1831-ci il mayın 5-dək davam etmişdi.

Rusiya imperiyasının bütün tədbirlərinə 1831-ci ilin iyul-avqust aylarında dəfələrlə Irana verdiyi notalara baxmayaraq, Ərdəbil, Gilan və Mazandaran bölgələrində gizlənən Mirhəsən xanı tutmaq mümkün olmadı.

XIX əsrin 30-40-cı illərində bütün Şimali Azərbaycanda baş vermiş antirus, antimüstələkə üsyanlarından ən güclüsü və geniş miqyaslısı məhz 1837-ci il Quba üsyanı olmuşdu. Üsyanın başlıca səbəbi çarizmin feodal-müstəmləkəçi əsarəti idi. 1837-ci ilin Quba çıxışlarının başlanğıcı süvarilərin toplanması ilə əlaqədar olaraq hələ mart-aprel aylarında qoyulmuşdu. Üsyançılar Xluq kəndxudası Hacı Məmmədi özlərinə başçı-xan seçdilər. Quba şəhəri, Buduq və Barmaq mahallarından başqa əyalətin qalan bütün hissəsi tamamilə Hacı Məmmədin nəzarəti altına keçdi. Tezliklə Bədir qala kəndinə yığışmış üsyaçılırın sayı 3 min nəfərə çatdı. Bunların içərisində Mahmud əfəndinin başçılığı ilə Dağıstan icmalarından gəlmiş 100 nəfər silahlı da var idi. Üsyançılar buradan Qubaya doğru gönəlib Ağbil kəndində dayandılar. Az sonra üsyançıların sayı 3 min nəfərdən xeyli çox olmuşdu. Bundan sonra onlar çayı keçib bilavasitə Qubanın həndəvərində olan Pişikbağda düşərgə saldılar. Üsyançıların sayı qısa müddətdə 12 min nəfərə çatmışdı. Bunların içərisində həm Quba əyalətinin bütün mahallarından (Buduqdan başqa), həm də Dağıstanın Kürə, Qazıqumux, Tabasaran və s. bölgələrindən gəlmiş üsyançılar var idi. Burada Quba şəhər əhalisinin nümayədələrinin (XanMəmməd və Səlim) də iştirakı ilə keçirilən yığıncaqda Quba şəhərindən kənarda yerləşən Lazaretə hücum etmək qərara alındı. Lakin Yarəli və Usta Osmanın Lazaretə hücumu gözlənilən nəticəni vermədi. Sentyabrın 6-da üsyançıların şəhərə təkrar hücum cəhdi də bir nəticə vermədi. Qubanın mühasirəsi daha 4 gün (sentyabrın 10-dək) davam etsədə, hökumətin hər tərəfdən nizami ordu hissələrini, Dağıstan, Şirvan və Ilisudan qeyri-nizami milis dəstələrini Quba əyalətinə yönəltməsi öz işini gördü. Quba əyalətinə yeridilmiş qüvvələr tərəfindən öz kəndləri və ailələri ilə bərabər talanlara məruz qalan üsyançılar sentyabrın 10-11-də dağılışmağa başladılar. Hacı Məmməd məcburiyyət qarşısında qalaraq mühasirəni ləğv edib dəstə üzvlərini buraxdı və Xuluqa qayıtdı. Ailəsi ilə birlikdə Kürə xanlığının Tüpix kəndində sığınan Hacı Məmməd xəyanətkarcasına Qazıqumux və Kürə hakimi Məmmədmirzə xan tərəfindən oğlu Novruzla birlikdə həbs olunub, ruslara təhvil verildi. Yarəli dağlara çəkilib mübarizəni davam etdirirdi. Ysyanın 36 nəfər başçısı hərbi səhra məhkəməsində ittiham olundu. Hacı Məmməd daxil olmaqla bir qrup edam olundu.

Quba əyalətində rusların can atdıqları sakitlik ancaq 1838-ci il sentyabrın 26-da, Nuxa üsyanını yatırılmasından bir müddət sonra rutullu Ağa bəy 30 kəndxuda ilə birlikdə general Fezeyə təslim olub aman istədikdən sonra tədricən əldə edilmişdi. Bu son dərəcə narahat bölgənin hərbi-inzibati nəzarət altında saxlanılmasını gücləndirmək üçün müstəmləkəsilər 1839-cu ilin iyul ayında Altıpara, Doqquzpara, Axtı və Rutul mahallarını Quba əyalətinin tərkibindən çıxararaq onları xüsusi Samur dairəsində birləşdirdilər.

Uzunsürən kütləvi və amansız tədbirlərinə baxmayaraq, müstəmləkəçi hakimiyyət orqanları Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, Quba əyalətində də tam itaət göstərilməsinə nail ola bilmədilər. Çox geniş əraziyə yayılıb, geniş vüsət almış 1837-1838-ci illər Quba üsyanı mərkəzi rusiya hökumətini 40-cı illərin inzibati-məhkəmə islahatlarına vadar etmiş mühüm amillərdən biri kimi qiymətləndirilə bilər.

Öz gücü, miqyası və yayılma ərazilərinə görə seçilən, aşağıdan lap zirvəyədək bütün müstələkəçi hakimiyyət sistemini möhkəm təşvişə salmış Quba üsyanı ilk növbədə onunla səciyələnir ki, ilk dəfə olaraq məhz burada yerli əhali hələ çıxışın ilkin mərhələsində hakimiyyəti bəzi ciddi güzəştlərə getməyə məcbur edə bildi. Ikincisi üsyan kifayət qədər geniş əraziyə yayıla, daha intensiv şəkildə uzun müddət davam edə bildi. Üçüncüsü məhz Quba üsyançıları qəhrəman Şeyx Şamillə daha səmərəli mübarizə birliyi qurmağa nail ola bilmişdilər. Və nəhayət məhz həm də 1837-1838-ci illərin Quba üsyanı çarizmin məstəmləkəçi komendant idarəçiliyi sisteminin tabutuna çalınmış sonuncu mıxlardan biri oldu.

Şimali Azərbaycanda müstəmləkəçi çar reъiminə qarşı üsyanlardan biri də, yuxarıda deyildiyi kimi, Nuxa əyalətində baş vermişdi. Digər üsyanlar kimi bu üsyanın da başlıca səbəbi çar rusiyasının burada yaratdığı və özünün xüsusi ağırlığı ilə seçilən müstəmləkə reъimi idi. 1838-ci il Nuxa üsyanı onun rəhbərləri və iştirakçılarının bir sıra düşünülmüş tədbir və hərəkətləri ilə də səciyəvi idi. Məsələn, üsyanın lap başlanğıncında Məşədi Məmməd və Ağa bəy rutullu xüsusi bəyanətlə əyalətin əhalisinə müraciət etmiş onları ruslara və ermənilərə qarşı mübarizəyə çağırmışdılar. 1838-ci il sentyabrın 1-də üsyançılar müqavimətsiz olaraq Nuxa şəhərinə daxil oldular. Bu Nuxa üsyanının ən yüksək nöqtəsi idi. Lakin qızğın döyüşlər nəticəsində sentyabrın 3-dən 4-nə keçən gecə üsyançılar Nuxa şəhərini tərk etmək məcburiyətində qalmışdılar. Rus əsgərləri və Ilisu sultanının süvariləri tərəfindən təqib olunan üsyançılardan 100 nəfərindən çoxu əsr alınıb komendanta təhvil verilmişdi. Uğursuzluqdan sonra üsyançılar Şimali-Şərqə doğru çəkildilər. Ağa bəy dəstəsini Həzrə kəndində yerləşdirib özü Rutula yollandı. Məşədi Məmməd isə məşhur üsyançı Yarəli ilə birlikdə təxminən 200 nəfərlik dəstə ilə Nuxa əyalətinin sərhədləri boyu manevrlər edərək yeni həmlə üçün məqam axtarırdı. 1838-ci il sentyabrın 26-da Ağa bəy ritullunun ruslara təslim olmasından cəmi 4 gün sonra sentyabrın 30-da Qurtqaşınlının başçılıq etdiyi böyük cəza dəstəsi Xaçmaz dərəsinin yuxarə hissəsində Məşədi Məmmədin başçılıq etdiyi üsyançı dəstəsini darma-dağın etdi. Məşədi Məmməd 10 nəfərlik cəstə ilə 1838-ci il oktyabrın 2-də Cənuba tərəf üz tutdu. O böyük çətinliklə Güney Azərbaycana gedib çıxmağa müvəffəq oldu.

Beləliklə, müstəmləkə əsarətinə çevrilmiş möhtəşəm 30-cu illər üsyanlarından sonuncusu olan Nuxa üsyanı da məğlubiyyətlə nəticələndi. Lakin məğlubiyyətə baxmayaraq bu üsyanlar izsiz qalmadı. Üsyanlar müstəmləkə reъiminə qarşı Azərbaycan xalqının mübarizə əzminin ifadəsi oldu. Xalqın kütləvi hərəkatı, silahlı üsyanlar nəticəsində Rusiya Qafqazda özlərinin müstəmləkə siyasətində bəzi dəyişikliklər etmək məcburiyyətində qaldılar.

XIX əsrin 30-cu illərinin sonlarına yaxın komendant idarə üsulu tam iflasa uğramaqda idi. O, çarizmin Azərbaycanda siyasi mövqeylərini möhkəmləndirmək vəzifəsinə cavab vermirdi. 30-cu illərin əvvələrində general Paskeviç inzibati idarə sisteminə yenidən baxılması zərurəti barədə məsələ qaldırmışdı. Senatorlar Meçnikov və Kutaysov da komendant idarə sisteminin ləğv edilməsini lazım bilmişdilər. 1838-ci ildə senator Qan da Zaqafqaziya ölkəsinin idarə olunmasına dair layihə təqdim etmişdi. Bütün bunlar əsasında 1840-cı il aprelin 10-da çar hökuməti Zaqafqaziyada inzibati islahat haqqında qanun verdi. Qanuna görə komendant idarə üsulu ləğv olundu. Zaqafqaziya mərkəzi şəhəri Tiflis olan Gürcüstan-Imeretiya quberniyasına və baş şəhəri Şamaxı olan Xəzər vilayətinə bölündü. Azərbaycanın böyük bir hissəsi Xəzər vilayətinin tərkibinə daxil oldu. Vilayət Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Quba və Dərbənd qəzalarına, qəzalar isə məntəqələrə bölünürdü. Gürcüstan-Imeretiya quberniyasının tərkibinə Yelizavetpol, Balakən və Naxçıvan qəzaları daxil idi. Köhnə idarələr əvəzinə yeni quberniya, qəza və məntəqə idarələri təşkil ounurdu. Mahal naibləri vəzifəsi ləğv edilirdi. Azərbaycanlı məmurlar inzibati aparatdan çıxarılır, onların yerinə rus məmurları təyin olunurdu.

Azərbaycanda məhkəmə işləri ümumimperiya qanunları əsasında fəaliyyət göstərən quberniya, vilayət və dairə məhkəmələrinin ixtiyarına keçirdi. Nigah və vərəsəlik işləri müstəsna hal kimi ruhaniliyin ixtiyarında qalırdı.

Çar hökuməti yerlərdə öz mövqeyini möhkəmləndirmək məqsədilə 1841-ci il aprelin 25-də verdiyi fərmanla Gürcüstan-Imeretiya quberniyasının Qazax, Şəmşəddin və Borçalı məntəqələrinin ağaları öz torpaqlarından və kəndlilər üzərindəki hakimiyyətlərindən məhrum edildilər. Onların torpaqları dövlətin ixtiyarına keçdi. 1841-ci il mayın 28-də Xəzər vilayətinin tiyuldar bəyləri haqqında da belə bir qərar qəbul olundu. Lakin bu qərarlar həyata keçirilmədi.

XIX əsrin 40-cı illərinin əvvələrində keçirilən islahatlar nəticəsində yerli bəylərin hüquqlarının məhdudlaşdırılması böyük narazılığa səbəb oldu. Çar hökuməti Qafqazda öz mövqelərini möhkəmləndirmək üçün 1844-cü ildə burada canişinlik təsis etdi. Çarın Qafqazda ilk canişini Vorontsov oldu. Onun dövründə 1846-cı ildə Zaqafqaziyada yeni inzibati bölgü həyata keçirildi. Ölkənin ərazisi Tiflis, Kutais, Şamaxı və Dərbənd quberniyalarına bölündü. Quberniyalar qəzalara, qəzalar isə mətəqələrə bölünürdü. 1846-cı il dekabrın 6-da bəylər və ağaların hüquqları haqqında çar fərmanı verildi. Fərmana əsasən təkcə mülklər və mülki-xalisləri deyil, habelə tiyul torpaqları da bəylərin, ağaların və məliklərin tam mülkiyyəti kimi təsdiq edilirdi. Fedolların bu torpaqlar üzərindəki əmlak toxunulmazlığı hüququ çar qanunları ilə təmin olunurdu. Fərmanda həm də feodaların kəndlilər üzərində inzibati məhkəmə hüquqları öz əksini tapırdı.

1847-ci il aprelin 20-də və dekabrın 28-də kəndli əsasnamələri adlanan sənədlər nəşr olundu. Bu əsasnamələrdən birincisi Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı və Quba qəzalarının bəy kəndlilərinə, ikincisi isə Qazax və Şəmşəddin məntəqələrində ağaların torpaqlarında yaşayan kəndlilərə aid idi. Əsasnamələrə görə bəy torpaqlarında yaşayan bütün kəndlilər vahid ad-mülkədar tabesi adı alırdılar. Kişi cinsindən olub 15 yaşından yuxarı kəndlilər bəylərə məxsus torpaqlarda 5 desyatinə qədər həcmdə pay torpağından istifadə edə bilər, bunun əvəzində isə taxıl məhsulunun onda birini, çəltik, tərəvəz və meyvə məhsulunun üçdə birini malcəhət formasında bəyə verməli idilər. Otlaqlardan istifadə əvəzində kəndlilər çöpbaşı vergisi ödəyirdilər. Bəyin ev işlərini görmək üçün hər 10 kəndli ailəsi bir nəfər kişi ayırmalı idi. Hər bir ailə bəyən təsərrüfatında biyar mükəlləyiyyətini icra etmək üçün ildə18 gün müddətinə bir nəfər verirdi. Kəndin bütün kəndliləri ildə iki gün hamılıqla torpaq sahibinin təsərrüfatında əvrəz işinə çıxmalı idilər. Biyar əvəzinə bəy pul da ala bilərdi. 1847-ci il əsasnamələri Azərbaycanın təsərrüfat həyatına müəyyən təsir göstərdi. Maldarlar torpaq vergilərindən azad edildiklərindən əkinçilik bir qədər ixtisar olur, maldarlıq isə genişlənirdi.

Istifadə olunmuş ədəbiyyat

1. Azərbaycan tarixi, 7 cilddə, 5-ci cild. Bakı, 2000.

2. Azərbaycan tarixi. 1-ci cild. Bakı, 1994.

3. Ramin Qurbanov. XIX əsrin birinci yarısında Şimali Azərbaycanda azadlıq

hərəkatı. Bakı, 2006.

4. Murad Muradov. Çar Rusiyasının Azərbaycanda işğalçılıq və köçürmə

siyasəti ( XIX əsrin birinci yarısında ). Bakı, 1999.

5. Mətləb Gülmalıyev. XVIII əsrin son rübü XIX əsrin birinci yarısında

Azərbaycan kəndinin sosial iqtisadi strukturu. Bakı, 1989.

MÖVZU: ŞİMALİ AZƏRBAYCAN XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ


Kataloq: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə