AZƏrbaycan etnoqrafiyası ÜÇ Cİlldə II ciLDƏ ŞƏrq-qərb baki 2007 Baş redaktor: Teymur Bünyadov



Yüklə 3,92 Mb.
Pdf görüntüsü
səhifə5/32
tarix23.06.2017
ölçüsü3,92 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   32

“kərtmə” ev idi. Kiçik Qafqazda, Şəki-Zaqatala, Quba-Xaçmaz və

Şirvanın dağlıq bölgələrində geniş yayılmış kərtmə tipli evlə,  özlərinin

mamarlıq-kompozisiya quruluşlarında bəzi xırda fərqlərə baxmayaraq,

Quba-Xaçmaz bölgəsində “dərbəndi”, Yardımlı bölgəsində “taxta ev”

(talışlar ona “taxtnəkə” deyirlər), Lənkəran bölgəsində isə “ancinəkə”

adları ilə məlum idi. [48] Astara kəndlərində bu tip evlər “cəlinəkə”

evlər kimi geniş yayılmışdı.

     Kərtmə evlər bir və ya ikiləşkəli, birmərtəbəli (nadir hallarda

ikimətəbəli), yastı və yaxud çatmadan örtüklü olurdu. Yastı damlı

olduqda, evin dam örtüyünü yonulmuş düzbucaqlı tirlərdən qurur,

üzərinə qalın taxta döşəyir, üstünə qalın palçıq (kündə) tökür və sonra

da suvaq çəkirdilər. Kərtmə (cəlinəkə) tipli evlərin dam örtüyü (kümü,

çardağı, banı) bəzən iki bə ya dördsinəli qurulurdu. Dam örtüyü kimi

lığdan, kirəmitdən və ya dəmirağacından xüsusi yonulmuş

kirəmitəoxşar ağac tavalardan (taxtapuş, dran) istifadə olunurdu.

Adətən, kərtmə evlərin qarşısında ağac sütunlar üstündə eyvan da

qurulurdu. Astara rayonunu

dağlıq hissəsində tikilən

“cəlinəkə” tipli evlərin kərtmə

tipli evlərdən fərqlənən bəzi

xüsusi variantları mövcud

olmuşdur ki, onlar eyvansız

inşa edilmişdir. [49]

  Kərtmə evləri tikmək üçün ağac

tiplərdən və yaxud daşdan düzəldilmiş

bünövrə üzərinə döşəmə üzərinə milləri

bərkitdikdən sonra evin divarlarının

qurlmasına başlanılırdı. Eyni ölçüdə

yuvarlaq ağac tiplərin uclarından 20-25 sm

aralı,  künc  bağlamaları  yerində  alt  və  üst

oturacaqları yonulub kərtilərək, (kərtmə

adı da buardan meydana çıxmışdır) bir-



birinin üzərinə kip oturdulurdu. Lənkəran-Astara bölgəsində buna

tirlərin peyvənd (ebır) edilməsi deyilirdi. Tirlərdən quraşdırılan evlərin

möhkəmliyini artırmaq üçün üst-üstə qoyulmuş tirlərdən gövdəsində

qarşı-qarşıya, bir-birindən təxminən 0,5 m aralı 5x1x5 sm ölçüdə

şırımlar (gəzlər) açılır, oraya ağac çivlər geydirilirdi. Kərtmə evlərin

tikilməsində bütün inşaat prosesi kərtib oturtma, dəlib keçirmə ağac

çivlər vasitəsilə aparıldığından, burada heç bir metal mıxdan istifadəyə

ehtiyac qalmırdı. Evlərin tirlərdən ibarət daravazaları hazırlanarkən qap

və pəncərə açırımları üçün müvafiq yerlərdə lazımi ölçüdə boşluqlar

saxlanılırdı. Həmin açırımların üstünə “dərasər” adlana xüsusi

yonulmuş ağac qoyulurdu. Ev tikilib başa çatdıqdan sonra divarlar iç və

çöl tərəfdən palıçıqla suvanırdı. Bəzən suvaq elə diqqətlə çəkilirdi ki,

yalnız künc bağlamaları yerindən bilmək olurdu ki, bu ev kərtmə

tiplidir.

   

Kərtmə  tipli  evlərin  memarlıq  kompozisiyası  quruluşunun



xarakterik xüsusiyyətləri onların daxili və xarici görkəminin geniş

biçimli olması, forma və bədii həllinin ciddiliyi, hissələrinin yaxşı

düzülüşü hesab edilirdi.

 Bəhs olunan dövrdə memarlıq-plan quruluşuna görə daha

mürəkkəb və ikimərtəbəli kətmə evlər  də mövcud olmuşdur. XX əsrin

əvvəllərində P.P.Nadejdin Lənkəran bölgəsində ikimərtəbəli kərtmə

evləririn xeyli hissəsinin hələ də əhalinin istifadəsində olduğunu xəbər

verirdi. [50]

   Azərbaycanda inşa edilən kərtmə tipli yaşayış evləri XIX 40-cı

illərində buraya köçürülən rus təriqətçilərinin (molokanlar, duxoborlar,

subbotniklər və b.) tikdikləri evlərlə tipoloji oxşarlıq təşkil edirdi.

Bununla belə, kətmə tipli evlərin Azərbaycanda inşa olunmasına tarixi

rusların buraya köçürülməsindən çox-çox əvvəllərə aiddir. Belə ki, hələ

Eneolit və  İlk Tunc dövrlərində Azərbyacanın meşəətrafı  ərazilərdə

məşkunlaşan əhalinin yaşayış evi fondunda kərtmə tipli evlərin ibtidai

formasının mövcudluğu çoxlu real elmi faktlar və dəlillər əsasında

sübuta yetirilmişdir. [51]


   Azərbaycanın xalq yaşayış evləri fondunda ağac evlərin digər

tipi-cımğa (cığ) evlər də müəyyən yer tuturdu. Kərtmə evlər kimi,

cığma evlər də Azərbaycanın ayrı-ayrı  ərazilərində müxtəlif adlarla

məlum olmuşdur. Şəki-Zaqatala bölgəsində “cığ ev”, “ağac ev”, “ajan

ev”, “dəyə”, “dirəkarası”, Lənkəran bölgəsində “sünnünəkə” və ya

“sündünəkə”, “puştalı ev”, “qoyməkə”, “carciv ev”, Şirvan bölgəsində

“bağdadı ev”, qərb bölgəsində “mərək”, “dirəkarası”, və “aradoldurma”

adlanan cımğa evlər memarlıq-kompozisiya quruluşuna görə bir və ya

ikimərtəbəli, tək və qoşa yerləşkəli, eyvanlı və eyvansız inşa olunurdu.

Tikilmə qaydası çox sadə olan cımğa evlər, adətən, düzbucaqlı planda

olurdu. Onu tikmək üçün evin bünövrə yeri boyunca bir-birindən 1 metr

aralı yonulub dördkünc şəklə salınmış dirəklər basdırılır, sonra həmin

dirəklərin qarşısında təxminən 25-30 sm aralı ikinci cərgə dirəklər

yerləşdirilirdi. Bir-birinə paralel, qarşı-qarşıya basdırılmış dirəklərin

içəri və bayır tərəfdən hər iki üzünə kip şəkildə ağac yarmaçaları (vəla,

talaşa, tuş, zola, bağlama) bənd edilir, arada qalan boşluq çınqıl, xırda

çaydaşı, torpaq, ağac qamqalağı və samanla doldurulurdu. Lənkəran-

Astara bölgəsində bütün bunları çay yataqlarından götürülən gildən

hazırlanmış “pışda” əvəz edirdi. Elə buna görə də bu tip evlər bölgədə

“pışdanakə”(pışdalı ev) adlanırdı. Əhali belə evləri dirəklərə görə

“sündünəkə” (sünd-talışca dirək deməkdir), dirəklərə bağlanan vəlaya

görə isə “vəlanəkə ev” də adlandırırdı. Müxtəlif adları və variantları

olan bu tipli evlərin meydana gəlməsinin başlıca səbəbi lazımi ölçüdə


tikinti materialının (tir, dirək, taxta) çətinliklə  əldə edilməsi ilə izah

olunurdu. Səriştəli usta “əlinin altında olan” tikinti materiallından

istifadə etməyə üstünlük verirdi. Lazımi hüdürlükdə divar qurulduqdan

sonra, onun hər iki üzü saman qatılmış

palçıqla suvanırdı.

 Evin dam örütüyün qurmaq üçün

yerə basdırılmış dirəklərin üstünə köndələn

qurşaqlar (kətil, nal) qoyulur, üzərinə dam

milləri düzülür, qarğı-qamış tökülür,

torpaqlanır və suvanırdı. Yağış və qar

suyunun içəri sızmaması üçün damın örtüyü,

bəzən balıqbeli formasında düzəldilirdi. Şəki-

Zaqatala və Lənkəran bölgələrində belə

evləri çox zaman çardaqlı tikirdilər ki, bu da

atmosfer çöküntülərinin qarşısını almaq

məqsədi güdürdü. Cımğa evlərin qapı və

pəncərə açırımları kiçik ölçüdə olur, eyvan

yerləşən qənşər tərəfdə qoyulurdu.

  

Ağacdan  inşa  edilən  ev



yarımtiplərinin ağac dirəklər üzərində

qurulan və qülləyəbənzər nümunəsi olan ləm

özünəməxsus yer tutmuşdur. Əsasən yay

istirahət evi hesab olunan ləm Azərbaycanın

rütubətli və bürkülü bölgələri, xüsusən

Lənkəran bölgəsi üçün xarakterikdir. Aran

rayonlarında ona “talvar”, Naxçıvanda

“taxt”, Abşeronda”balaxana”, “külafirəngi”,

Qax rayonunda “altıaçıq”, Zaqatala

rayonnuda isə “qulaça” deyilirdi.



  

Əsasən  dörd  ədəd

hündür dirəklər üzərində

qurulan ləm iki və üçmərtəbəli

olur, dam örtüyü ikisinəli və

dördsinəli düzəldilir, taxta,

qamış, lığı və ya kirəmitlə

örtülürdü. Birmərtəbəli ləmin

hündürlüyü təxminən 4-5 m,

ikimərtəbəlinin 7-8 m,

üçmərtəbəlinin isə 10-12 m və

daha çox olurdu. Birinci

mərtəbəyə

(Lənkəran

bölgəsində “ləməbın” adlanır) pilləkən (nərdivan) birbaşa yerdən

qoyulur, ikinci və üçüncü mərtəbələrin arası isə ara pilləkəni vasitəsilə

əlaqəndirilirdi.  Ləmin hər bir mərtəbəsi təxminən 1 m hündürlüyündə

sürahı ilə dövrələnirdi. Bəzən bu məqsədlə həsirdən də istifadə

olunurdu. Lənkəran-Astara bölgəsi üçün xarakterik olan belə ləmlər

özünəməxsus arxitektura-memarlıq səciyyəsi kəsb edərək yerli əhalinin

yay istirahətinin və yatağının başlıca yeri hesab olunurdu.

  

Ləmin  nisbətən  təkmilləşmiş  forması  bişmiş  kərpicdən



hazırlanmış sütunlar üzərində qurulurdu. Bir qayda olaarq, həyətyanı

sahədə, yaşayış evinin yaxınlığında inşa edilən ləm, onunla harmonik



kompozisiya yaradırdı. Belə ləmlərin ikinci mərtəbəsi tikilərkən

mərtəbələrarası döşəmə millərin ucları kənara çıxarılır və beləliklə, o,

birinci mərtəbədən öz sahəsinə görə böyük olurdu. Ləmin üçüncü

mərtəbəsi isə ağac sütunlar üzərində dikəlir və burada dam çardağı

qurulurdu. [52]

    


XIX  əsrin sonu,  XX  əsrin  əvvəllərində  Azərbaycan  xalq

yaşayış evi fondunu təşkil edən ev tiplərinin təkmilləşdirilmiş formaları

xalq arasında “ağ ev”,  “otaqlı ev”, “işıqlı ev” və s. adlarla məlum olan

eyvanlı evlər idi. Belə evlərin “qolsuz eyvanlı”, “təkqollu eyvanlı” və

“qoşaqollu eyvanlı” olmaqla üç müxtəlif forması mövcud idi.

Bunlardan qolsuz və qoşaqollu eyvanlı evlər Azərbaycan tikinti

mədəniyyətinin mühüm nailiyyəti hesab olunur.

     


Qeyd  etmək  lazımdır  ki,  memarlıq  ədəbiyyatında  eyvanlı

evlər “antlı evlər” kimi təqdim olunur. [53] Antlar-evin yan divarlarının

çıxıntısı olub, eyvanı (Muğanda –qulaban, Astarada –pyəsə) yanlardan

dövrələyir. Ant divarları Azərbaycanın xalq yaşayış evlərinin

planlaşdırılmasında yerli iqlim şəraitinə uyğun olaraq meydana

çıxmışdır. İlin müxtəlif fəsillərində evin və eyvanın daxilini səmt

küləklərindən, yağışdan və günəş radiasiyasından qorumaq, zəruri

mikroiqlim şəraiti yaratmaq üçün ant divarları xüsusi əhəmiyyət kəsb

edirdi. Qollu eyvanlar, həmçinin, isti iqlim şəraitində dincəlmək,

müxtəlif  məişət  işlərini  həyata  keçirmək  üçün,  hətta  mətbəx  kimi  də

istifadə olunurdu. Yay aylarında ailənin bütün güzəranı burada keçirdi.


   

Təkotaqlı  eyvanlı  evlər

XVIII-XIX  ərslərdə Azərbaycanın

xalq yaşayış evi fondunda

əhəmiyyətli yer tutmuş, bu günə

qədər  bir  çox  hallarda  fərdi  ev

inşaatında tətbiq olunaraq davamlı

ev tipi kimi şöhrət qazanmışdır.

Sonralar inşaat ənənələrinin

zənginləşməsi nəticəsində meydana

gəlmiş çoxotaqlı və çoxmərtəbəli,

memarlıq-kompozisiya quruluşu

cəhətdən kamil sənət əsəri kimi

səciyyələnən yaşayış binalarının

(malikanə, imarət, mülk, yarımsaray

tipli evlər) ilk rüşeymi məhz

təkotaqlı eyvanlı (antlı) evlər

olmuşdur.

   

Qolsuz  eyvanlı  evlərin



eyvanı hər iki tərəfi açıq saxlanılır, yəni yan divarların davamı olan

antlı evlər qurulmurdu. Belə evlərdə tavanı yaradan eyvan milləri

üzərinə qoyulan sütunlar nallara söykənirdi.

    


Daş  bünövrə  kürsüsü  üzərində  qurulmuş  eyvanın  eni

təxminən 2,5 olmaqla, şərq divarının ortasında buxarı, qərb divarının

ortasında isə döşəmədən 1,5 m hündürlükdə dolab (dula) yerləşirdi. Bir-

birindən 1,25 sm aralı qoyulmuş beş  ədəd eyvan sütunları bünövrə

uzadılmış at nalın üzərində dayanırdı. Sütunların arası 1,20 sm

hündürlükdə kəsmə naxışlarla bəzədilmiş sürahı ilə tamamlanırdı.

Sütunların baş tərəfində, üzərində memarlıq cəhətdən nəzəri cəlb edən

oyma və nəbati naxışlarla bəzək işləri aparılmış “künyə” adlanan taxta

vurulurdu. Tavanı  əmələ gətirən eyvan millərin ucları düz şəkildə

kəsilərək ora aşağı hissəsi boy uzunu kəsmə naxışlarla bəzədilmiş “qaş”

adlanan taxta bənd edilirdi.

     Əsasən Naxçıvan bölgəsində, Şuşa şəhərində, bəzən Şirvanda

inşa olunan ikiotaqlı və çoxotaqlı yaşayış evlərində eyvan funksiyasını

“qəfəxana”, yaxud “qavxana” adlı daxili dəhliz yerinə yetirirdi.



“Qavxana” ifadəsinin “qabxana” sözünün təhrif olunmuş forması

olduğu ehtimal edilir; bu da dəhliz yerləşkəsi olun, bəzi mətbəx

müxəlləfatının saxlanılması üçün istifadə edilirdi. Qavxanada, bir qayda

olaraq, yer təndiri də qurulurdu. Qışda təndirin üstünə kürsü qoyulur,

kürsü yorğanı salınır, yatacaq burada həyata keçirilirdi. Planda

düzbucaqlı və dördkünc, səkkiz və ya altıbucaqlı tikilən dəhlizdən yataq

və qonaq otaqlarına qapılar açılır, həyətdən yaşayış evinə giriş qapısı

dəhlizdə qoyulurdu. Yay aylarında gündüzlər ailənin bütün güzəranı

qavxanada keçirdi.

  XIX əsrin sonlarından başlayaraq iqtisadi və texniki imkanların

artması, inşaat ənənələrinin zənginləşməsi, Bakı-Tiflis dəmir yolunun

çəkilişindən sonra (1883-cü il) qonşu ölkələr və  şəhərlərlə müntəzəm

əlaqələrin təmin edilməsi nəticəsində  əhalinin məişətində daha

mürəkkəb memarlıq-konsturksiya quruluşuna malik ev tipləri meydana

gəlmişdir.  Bu ev tipləri arasında “işıqlı ev”, “ağ otaq”, “tənəbi ev”,

“aynabəndli ev”, “imarət”, “malikanə”, “mülk”, “qəsr” və s. adlarla

məlum olub, əsasən iqtisadi cəhətdən təmin olunmuş varlılara məxsus

idi. Adətən, belə evlər hündür daş hasarlarla əhatələnir, giriş və ya

alaqapılarla təhciz olunur, xarici kompozisiyanın həlli və onun tərkib

hissələri ilə seçilir, sıra tağları, sıra sütunları, daş  şəbəkəli tavanı və

ağac şəbəkəli qapı və pəncərələri ilə diqqəti cəlb edir, interyerdə divar

səhtləri və tavanları zəngin bədii tərtibatla işlənirdi. Azərbaycanın

Quba, Şəki, Şuşa, Gəncə, Bakı, Şamaxı, Ordubad və s. şəhərlərində belə

ev tiplərinə tez-tez rast gəlmək olardı. Kənd yerlərində isə belə ev

tipləri nadir hallarda tikilərək

çoxyerləşkəli, kürsülü,

aynabəndli (siyirtmə şəbəkəli),

ikimərtəbəli, əksər hallarda isə

çatmadam örtüklü olurdu.

    Beləliklə,

Azərbaycanın xalq yaşayış evi

fondu ən qədim dövrlərdən

tutmuş XX əsrin əvvələrinə

kimi tarixi-təkamül

parosesində ibtidai insanların



təbii-süni mağaralardan başlayaraq müasir evlərə kimi çox böyük

təkmilləşmə və zəngiləşmə yolu keçmişdir. Azərbaycanın xalq yaşayış

evlərinin yeni inşaat ənənələri ilə zənginləşməsi  xalq memarlarının

yaradıcılığı ilə sıx surətdə bağlıdır. XIX-XX əsrin əvvəllərində inşa

olunmuş yaşayış evlərinin bugünədək gəlib çatan nümunələrinin

timsalında Azərbaycan xalq sənətkarlarının yüksək bədii memarlıq və

zəngin inşaat ənənələrinə malik olduqları aydın görünür. Yerli inşaat

materiallarının növ müxtəlifliyini, xalqın xarakterini, həyat və məişət

tərzini dərindən anlayan xalq memarları qazandıqları emprik bilik və

təcrübələrini nəsildən-nəslə çatdıraraq inşaat ənənələrinin

zənginləşməsində mühüm rol oynamışlar.

    


Xüsusi səriştəli sənətkarlar  tərəfindən  inşa  olunan  yaşayış

evlərinin planlaşdırma üsullarının və arxitektura kompozisiyalarının

formlaşmasında əsas şərt kimi yerli təbii-iqlim və sosial-iqtisadi şəraitin

təsiri ilə yanaşı, xalq memarlarının fərqi yaradıcılıq xüsusiyyətinin də

böyük rolu olmuşdur.  Taxtadan oyma naxışlı dekorativ tağbəndlər,

müxtəlif rəngli

şüşələrlə

örtülmüş


vitraj, zərif işlənmiş

şəbəkələr, zəngin

bəzəkli eyvan və

balkonlar və bir sıra

başqa memarlıq

ünsürlərinin

yaradılması və tətbiq

edilməsi yaşayış

binalarına tədqirəlayiq

bir görkəm vermişdir. Xalq memarları, xalq yaşayış binalarının ardıcıl

inkişaf etidirilməsi və  təkmilləşdirilməsi əsasında Şəkidə Xan sarayı,

Şəkixanovların evini, Şuşada Pənah xanın sarayını, Zöhrabbəyovların,

Mehmandarovların, Əsəd bəyin və Nətavanın imarətlərini, Naxçıvanda

Naxçıvan xanlarının evini, Lənkəranda Tuğra xanımın və  İsa bəyin

evlərini, habelə digər qiymətli abidələri yaratmışlar.

  Yaşayış  evlərinin  planı. Xalq yaşayış evlərinin etnoqrafik

cəhətdən maraqdoğuran məsələrdən biri də onların plan quruluşunun



öyrənilməsidir. Aparılan çoxillik etnoqrafik müşahidələr və çoxsaylı

etnoqrafik-memarlıq tədqiqatları Azərbaycan xalq və yaşayış evlərinin

kəllayı (kəlləzal), qoşa kəllayı və cərgəvi (düzdəmə) plan quruluşuna

malik olduğunu təsdiq edir. Memarlıq ədəbiyyatında belə planlı evlərə,

bir qayda olaraq, “T”, “II”, və “I” şəkilli evlər deyirlər.

    XIX-XX əsrin əvvəllərində xalqın istifadəsində olan yaşayış

evlərinin böyük əksəriyyəti kvadrat dördkünc (pəyəbaşı, qaradam) və

düzbucaqlı (təkotaqlı yerüstü evlərin hamısı) planda tikilmiş

birmərtəbəli evlərdən ibarət olmuşdur. Uzun zaman belə evlər həm

yaşayış evi, həm də təsərrüfat tikililəri kimi istifadə olunduqlarından,

digər plan quruluşlu evlərin tikilməsini lüzumsuz etmişdir. Lakin XIX

əsrin ortalarından başlayaraq inşaat ənənələrinin zənginləşməsi, xalq

sənətkarlarının yeni-yeni plan qrurluşlu evlər tikmə bacarığı, başlıcası

isə ailənin güzəranında məişət və təsərrüfat bölmələrinin bir-birindən

qəti surətdə ayrılması nəticəsində evlərin yaşayış və istehsal-təsərrüfat

hissəsinə bölünməsi prosesi başlamış, beləliklə yeni plan quruluşlu

evlər meydana çıxmışdır. Belə plan quruluşlu evlərdən biri də cərgəvi

(düzdəmə) variantında tikilən evlərdir. Cərgəvi (düzdəmə)  planlı

evlərdə otaqlar bir xətt boyunca cərgə ilə bir-birinə bitişik tikilirdi.

Əsasən iki, üç və daha çox otaqlardan ibarət olan belə evlərdə bir-biri

ilə  əlaqə otaqlararası  eyvan, yaxud dəhliz (qavxana) vasitəsi ilə


(Naxçıvan bölgəsi) yaradılırdı. Belə otaqlardan, adətən, biri mətbəx

kimi nəzərdə tutulur, digərləri isə qonaq və yataq otaqları kimi  (“qış

evi” və “yay evi” də deyilirdi) istifadə olunurdu. Naxçıvanın indiki

Cəlilkənd kəndində qeydə alınmış və böyük patriarxal ailəyə mənsub

olan yaşayış evi cərgəvi (düzdəmə) plana malik olub, özündə yeddi

yaşayış otağını və iki təsərrüfat tikilisini birləşdirir. [54]

   Cərgəvi plan quruluşuna malik evlərlə yanaşı, Azərbaycanda

kəllayı (kəlləzal) variantlı ev tiplərinə də rast gəlinir. Əsasən

Azərbaycanın aran və dağətəyi kəndlərində, xüsusilə Abşeron

yarmadasında geniş yayılmış kəlayı evlərin əsas xüsusiyyəti otaqlardan

birinin planda inşa olunmuş bir və ya iki otağın kəlləsində tikilməsində

“T” şəkilli forma yaratmasından ibarətdir. Belə evlərin hər ikisinin

qapısı eyni eyvana açılırdı. Naxçıvan və Lənkəran bölgələrində “tənəbi”

evlər adlandırılan kəllayı evlər memarlıq-planlaşdırma baxımından daha

yığcam və məqsədəuyğun olub, ayrı-ayrı bölmələr arasında daxili

əlaqələrin asanlaşmasına şərait yaradırdı.

 Xalq yaşayış evlərinin planlaşdırılmasında digər bir variantı

qoşa kəllayı evlərdir. Qoşa kəllayı evlərdə xətti planda tikilmiş


otaqların hər iki başında köndələn otaqlar tikilir və planda “II” şəklini

alırdı. Belə hallardan bütün otaqların qapısı eyni eyvana açılır, eyvanın

qarşısı, bir qayda olaraq, şüşəbənd (aynabənd) edilirdi.

 XIX əsrin sonu XX əsrin əvvəllərində Azərbaycan  kəndlərində

ikimərtəbəli evlərə də təsadüf olunurdu. Onların alt mərtəbəsi, adətən,

tövlə, anbar, iş-istehsal otağı, dükan, emalatxana, bir sözlə, təsərrüfat-

məişət bölməsini təşkil edir, üst mərtəbəsi isə yataq və qonaq otağı üçün

nəzərdə tutulurdu.



 Müvəqqəti  yaşayış evləri. Azərbaycan xalq yaşayış evinin

fondunun bir qismini də maldar elatlara məxsus olan və müxtəlif adlar

daşıyan müvəqqəti yaşayış evləri (alaçıq, coma, dəyə, muxuru,

qarakeçə, dünnüklü ev, kolux, mağardəyə və s.) təşkil edirdi. Adından

məlum olduğu kimi, müvəqqəti yaşayış evləri, əsasən yaylaq şəraitində

inşa olunur, asanlıqla sökülüb-yığıla bilirdi. Dairəvi və uzunsov planda

qurulan belə evlərin əsas tikinti materialı çubuq, qarğı, qamış, keçə

(qəlib), ip, ağac və s. idi.

  

Etnoqrafik  araşdırmalar  göstərir  ki,  Azərbaycanın  maldar



elatlarının istifadəsində olan müvəqqəti yaşayış evlərinin  müxtəlif

variantları içərisində dəyə (Şirvanda- qarakeçə) və alaçıq üstünlük

təşkil etmişdir. Dəyə, həm ölçüsünə, həm də tikilmə üsuluna görə

alaçıqdan fərqlənirdi. Həcminə görə alaçıqdan kiçik olan dəyə,

möhkəmliyinə görə də ondan geri qalırdı. Belə fərqli xüsusiyyətlərinə

baxmayaraq əslində alaçıq və dəyə eyni bir müvəqqəti yaşayış evinin

iki müxtəlif növüdür. “Dəyə” istilahı bir çox türkdilli xalqlarda

ümumiyyətlə, “ev” mənasında işlədilir. [55]

 Qeyd etmək lazımdır ki, saxurlar arasında dəyə “qış evi” kimi

məlumdur. Belə dəyələr Azərbaycan dəyələrindən kəskin surətdə

fərqlənərək 1,5-2 m dərinliyində torpağın içərisində tikilirdi. Dəyənin

ortasında 1 m dərinliyində qazılan ocaq yerinə qışda ayaqlarını

sallayaraq qızınırdılar. [56]

  Azərbaycanın ayrı-ayrı bölgələrində dəyə, inşaat materiallına,

plan quruluşuna, konstruksiyasına və təyinatına görə müxtəlif səciyyə

daşımışdır. Şəki-Zaqatala və Qarabağ bölgələrində dəyə ya torpaqda

qazılan kalafa kimi, ya da sal daşlardan tikilir və düzbucaqlı planda

olurdu. Onlardan yalaq və qışlaq şəraitində çobanlar istifadə edirdilər.



Burada tikilən qazma tipli dəyələr ya ikisinəli dam çardağı ilə, ya da

çubuqlardan düzəldilən qövsvari keçə örtüklə tamamlanırdı. [57]

Naxçıvan bölgəsində tikilən dəyələrdə inşaat materialı kimi

gildən, ağacdan, otdan, küləşdən

istifadə olunurdu. Gildən inşa olunan

dəyə bir və ya ikimərtəbəli olmaqla,

özünün xarici görkəminə görə qala

bürcünü xatırladır  və daimi yaşayış

evi kimi nəzərdə tutulurdu. [58]

Dəyə yüngül kostruksiyaya

malik olduğundan quruluşca çox

sadə idi. Lazımi ölçüdə çubuqları

kəsib ucları rəndələdikdən sonra

onları dəyə tikilməsi üçün nəzərdə

tutulmuş yeri dairəvi şəkildə, bir-

birindən 40-50 sm aralı basdırırdılar.

Qarşı-qarşıya duran çubuqların

uclarını  əyərək yundan toxunmuş

“örəmə ” adlanan qotazlı ip

vasitəsilə bir-birinə bağlandıqdan

sonra  dəyənin gövdəsi hazır olurdu.

Dəyənin üstünü örtmək üçün

əvvəlcə çubuqların çöl tərəfdən

ətrafına hündürlüyü 80-100 sm olan

qarğıdan hörülmüş çətən (çitəmə,

çığ) çəkirdilər. Çətən (çığ) giriş

yolunu bağlamırdı. Bundan sonra

dəyənin başı dörd hissə keçədən

ibarət olub, dairəvi və dördkünc

formada bir-birinə tikilən “baş

qəlib” ilə örtülürdü. Dəyənin yanları

isə, üç hissə keçədən ibarət olan və

aşağıya doğru getdikcə enlənən “yan

qəlibləri” ilə bağlanırdı. Qəlibləri

külək atmasın deyə, uclarındakı iplər


vasitəsilə ya çəkib dəyə çubuqlarının bağlayır, ya da kənarlarından

ağac, daş və s. asırdılar. Dəyənin möhkəmliyini artırmaq məqsədilə

onun üstünü də iplə (sicimlə)  möhkəm çəkir və “yellik” düzəldirdilər.

Bir qayda olaraq, dəyənin qapısı gündoğan səmtə baxırdı. Lakin nadir

hallarda, xüsusilə oba quzeydə yerləşdikdə dəyənin baxar səmti

günbatana tərəf olurdu. Qapı, adətən, bir-birindən 70-80 sm aralı

basdırılmış iki yoğun çubuqdan düzəldilirdi. Giriş yolu həsirlə, palazla

və yaxud, məhz bu məqsəd üçün xüsusi toxunuş “qapılıq” adlanan

kilimlə tutulurdu. Günəşli günlərdə dəyənin qaplığı çimərlənib yuxarıda

ip (köşə) vasitəsilə bağlanırdı.Yağış suyunun dəyəyə dolmaması üçün

onun ətrafına “qapım” adlanan ensiz arx (şırım) çəkilirdi.

Dəyənin ölçülərindən asılı olaraq onu tikmək üçün 30-50-yə

qədər çubuq, 4-6-ya qədər keçə (qəlib) işlənirdi. Qəlibi (keçəni)

“həllac” adlanan xüsusi səriştəli ustalar  hazırlayırdı. Adətən, üçlükdə

işləyən həllaclar gün ərzində dörd  qəlib (keçə) hazırlaya bilirdilər.

1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə