Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası kurs iŞİ



Yüklə 63,24 Kb.
səhifə1/2
tarix06.06.2020
ölçüsü63,24 Kb.
#31724
  1   2
ATT KURS İŞİ elvin

Azərbaycan Hava Yolları

Qapalı Səhmdar Cəmiyyəti

Milli Aviasiya Akademiyası



KURS İŞİ
Fakültə : Nəqliyyat Texnologiyaları

İxtisas : Hava Nəqliyyatında Texnoloji Proseslərin və İstehsalatın Təhlükəsizliyi Mühəndisliyi

Qrup : 1238A

Fənn : Aviyasiya təhlükəsizliyinin təşkili və təmini

Mövzu: Təhlükəli yüklərin hava nəqliyyatında təhlükəsiz daşınması üzrə beynəlxalq tələblər

Tələbə : E.M.Mirağa

Kafedra müdiri: N.Nağıyev

Mündəricat:
Giriş............................................................................................................3

Fəsil I.........................................................................................................4

Beynəlxalq aviadaşimalarin təşkili...............................................................4
1.1. Beynəlxalq aviadaşımalar anlayışı........................................................4

1.2 Beynəlxalq aviadaşımaların hüququ tənzimlənməsi............................6

Fəsil II ...................................................................................................17

Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları............17

2.1 Ümumi müddəalar............................................................................17

2.2 Təhlükəli yüklərin hava gəmilərində daşınmasına icazənin verilməsi qaydaları.................................................................................................21


Nəticə......................................................................................................26



İstifadə olunan ədəbiyyat siyahısı...........................................................27

Giriş:

Mövzunun aktuallığı: Beynəlxalq hava daşımaları yönümündə bir çox sənədlər imzalanmışdır, ilk beynəlxalq sənəd kimi Hava Naviqasiyası barədə 1919-cu ildə Paris Konvensiyası olmuşdur. Bundan sonra isə 1926-cı ildə olmuş Madrid Konvensiyasını, Kommersiya aviasiyası barədə 1928-ci ildəki Havana Konvensiyasını, 1935-ci ildəki Buenos-Ayres Konvensiyasını, 1936-cı ildəki Buxarest Konvensiyasını, 1937-ci ildəki Zeman Sazişini və digər beynəlxalq sənədləri qeyd etmək olar. Hava daşınmaları vasitəsilə təhlükəli yüklərin təhlükəsiz şəkildə daşınması , Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına (BMAÇK), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT- İKAO) tərəfindən Çikaqo Konvensiyası əsasında qəbul olunmuş Təlimata, «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanununa, «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun olaraq hava nəqliyyatı ilə təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin təmin olunması üzrə müvafiq tələbləri müəyyən edir.

Mövzunun obyekti: Mülki aviasiyada yük daşımalarının təhlükəsiz idarə olunması, aviasiya təhlükəsizliyinə nəzarət, bu məsələləri tənzimləyən beynəlxalq təşkilatlar, qanunlar və hüquqi sənədlər.

Mövzunun predmeti: Hava məkanından istifadəni tənzimləmək və aviasiya sahəsində fəaliyyətinin ümumi prinsiplərini müəyyən etmək; təhlükəli yüklərin daşınması və ətraf mühitin qorunması üçün yeni texnologiyaların və proqramların tətbiqini öyrənmək.

Praktiki əhəmiyyəti: Beynəlxalq Aviasiya təhlükəsizliyinin prinsip və metodlarını inkişaf etdirmək və beynəlxalq hava nəqliyyatının, hava yükdaşınmaların təhlükəsizliyinə və inkişafına kömək etmək.

Fəsil I

Beynəlxalq aviadaşimalarin təşkili


    1. Beynəlxalq aviadaşımalar anlayışı

Beynəlxalq hava daşımaları elə daşımalara deyilir ki, bu daşımalar zamanı ən azı yerə enmə məntəqələrindən birinin başqa bir dövlətin ərazisində yerləşməsi nəzərdə tutulsun. Daşıma xidmətlərinin ixrac olunmasında və xarici iqtisadi münasibətlərin nəqliyyatla təmin edilməsində beynəlxalq hava nəqliyyatı mühüm rola malikdir. Belə ki, dünya ixracat mallarının (dünyada ixrac edilən malların) məbləğinin 25%i məhz hava nəqliyyatı ilə çatdırılır. Başqa bir tərəfdən yanaşdıqda görmək olar ki, sərnişin daşımaları bazarında (xüsusilə də uzaq məsafələrə daşınmalarda) hava nəqliyyatının aparıcı rolu təkzibedilməzdir. Digər nəqliyyat növləri ilə müqayisədə, hava nəqliyyatı ilə daşımalar üzrə birinci yeri sərnişin daşımaları tutur. Beynəlxalq hava nəqliyyatı tərəfindən göstərilən xidmətlərdən hər il 760 milyondan artıq sərnişin istifadə edir.

Hava nəqliyyatının yüksək hərəkət sürəti və düz yolla tez bir zamanda daşımaları həyata keçirməsi, sərnişinlərin, tez xarab olan, qiymətli, təcili çatdırılması vacib sayılan yüklərin və poçt ləvazimatlarının daşınmasında çox əlverişli nəqliyyat növünə çevirir. Lazım gəldikdə istənilən istiqamətdə, birbaşa uzaq məsafələri qət etməklə daşımaları həyata keçirə bilməsi də bu nəqliyyat növünün üstün cəhətlərinə aiddir. Sərnişinin vaxtına qənaət, rahat və yüksək mədəni xidmət də bu nəqliyyat növünün üstünlüklərinə aiddir. Daşımaların bahalığı, istismar və əsaslı xərclərin yüksək olması, həmçinin hava şəraitindən asılılığı bu nəqliyyat növünün çatışmayan cəhətlərindən sayılır. Hava nəqliyyatının əsas xarakteristikaları aşağıdakılardır:

Marşurutları:


  • sürət üstünlüyündən istifadə etməklə əsasən qitələrarası daşıma marşurutları;

  • qısa məsafələrə daşımalarla hava nəqliyyatı daşımaları şəraitlərində avtomobil nəqliyyatı ilə daşıma marşurutları.

Tələbatı:



  • paylanmış müxtəlif təyinat marşurutları olan əsas hava limanının olması;

  • aeroportlarda sürətli və səmərəli yükləməboşaltma avadanlıqlarının olması;

  • yükləri sürətlə deklorasiya etmə imkanı olan aviasiya nəqliyyatekspedisiya müəssisəsinin olması;

  • avtomobil nəqliyyatı ilə yüklərin toplanma və paylanma xidmətlərinin olması.

Yükləri:


  • təcili daşınması vacib olan yüklər;

  • qiymətli yüklər.

Hava nəqliyyatı konkret texniki-iqtisadi xüsusiyyətlərə malikdir. Nəqliyyatın digər növlərinə nisbətən hava nəqliyyatı konkret üstünlüklərə malikdirki, bu üstünlüklər də aşağıdakılardan ibarətdir:



  • yüksək çatdırma sürətinə malik olması;

  • qısaldılmış hava yolunun mövcudluğu (bu, sərnişinlərin və yüklərin təyinat yerinə çatdırılması zamanı vaxta qənaət edilməsinə əhəmiyyətli təsir edir);

  • hava limanlarının arasında kommunikasiya şəbəkəsinin inşasına ehtiyacın olmaması (bu, hava daşımalarında təşkilatlanma vaxtını və məsrəfləri ixtisar edir);

  • uçuşların müntəzəmliyi (uçuşlar ayrıayrı reyslər, alternativ marşrutlara əsasən icra edilir ki, bu da müştərilərin rahatlığının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir);

  • hava daşımalarının tez təşkil edilməsi;

  • yüksək manevretmə qabiliyyətinin mövcudluğu və s.

Hava nəqliyyatı beynəlxalq daşımalar zamanı istifadə edilən ən sürətli nəqliyyat növü hesab olunur. Hava nəqliyyatı ilə orta daşınma sürəti saatda 500 kmə çatır. Hava nəqliyyatının vasitəsilə adətən qiymətli mallar (həmin malların bir kiloqramının dəyəri 25 ABŞ dollarından artıqdır) daşınır ki, onların yüklənmə həcmi çox deyildir.

Bununla yanaşı, hava nəqliyyatının bir sıra çatışmazlıqları da mövcuddur:



  • nisbətən daha çox enerji sərfiyyatı tələb edən nəqliyyat vasitəsidir,

  • hərəkəti hava şəraitindən asılıdır, onunla daşınan yüklər çəki baxımından məhdud sayılır,

  • şəhərlərdən hava limanlarına gedişgəliş zamanı xeyli vaxt itgisinə yol verilir.

Bu çatışmazlıqlara rəğmən, beynəlxalq daşımalarda (xüsusən də beynəlxalq sərnişin daşımaları zamanı) hava nəqliyyatı aparıcı nəqliyyat növü olaraq öz mövqeyini qoruyub saxlamaqdadır. Daxili xətlər boyu uzaq sərnişin daşımaları zamanı da onun rolu getdikcə çoxalır. Hava nəqliyyatı təbii yollara malik olduğu üçün həmin yollar «nəqliyyat dəhlizi»nin rolunu oynayır.



1.2 Beynəlxalq aviadaşımaların hüququ tənzimlənməsi

Beynəlxalq hava daşımaları yönümündə ilk beynəlxalq sənəd kimi Hava Naviqasiyası barədə 1919-cu ildə Paris Konvensiyası olmuşdur. Bundan sonra isə 1926-cı ildə olmuş Madrid Konvensiyasını, Kommersiya aviasiyası barədə 1928-ci ildəki Havana Konvensiyasını, 1935-ci ildəki Buenos-Ayres Konvensiyasını, 1936-cı ildəki Buxarest Konvensiyasını, 1937-ci ildəki Zeman Sazişini və digər beynəlxalq sənədləri qeyd etmək olar.

Beynəlxalq hava daşımaları bəzi beynəlxalq normativ aktlarla nizamlanır ki, onların da külliyyatı hava daşımalarının tənzimlənməsi üzrə beynəlxalq sistemi formalaşdırır.

Bu sistemin əsasında 1929-cu ildə qəbul olunmuş Beynəlxalq hava daşımaları üzrə bəzi qaydaların unifikasiyası məqsədi daşıyan Konvensiya (Varşava Konvensiyası) durur.

Daha sonra bu sıraya Varşava Konvensiyası 1955-ci ildə Haaqa Protokolunu, 1961-ci ildəki Qvadalaxara Konvensiyasını, 1971-ci ildəki Qvatemala Protokolunu daxil etmişdir. 1975-ci ildə dörd Monreal Protokolu əlavə edilmişdir. Sadalanan sənədlər beynəlxalq hava daşınmalarının bəzi qaydalarını vahid formada unifikasiya etmək üçün 1999-cu ildəki Monreal Konvensiyasında konsolidə edilmişdir.
Bununla yanaşı, Varşava sisteminə Qvatemala Protokolunu (1971-ci il) da daxil etmək lazımdır. Lakin hələ də indiyə kimi nə göstərdiyimiz bu Protokol, nə də bir az əvvəl qeyd etdiyimiz dörd Protokol Əlavələri qüvvəyə minməmişdir. Bu isə o deməkdir ki, Varşava sisteminə qüvvədə olan normativhüquqi aktlarla yanaşı, formal cəhətdən qüvvədə olmayan aktları da daxil etmək lazımdır.

Varşava Konvensiyasını beynəlxalq hava daşımaları sahəsində mühüm beynəlxalq saziş kimi qəbul etmək lazımdır. Bu Konvensiyanın üstünlüyü onun istər yük daşımaları, istərsə də sərnişin daşımaları üzrə hüquqi şərtləri və rejimi müəyyən etməsidir. 1929-cu ilin 12 oktyabr tarixində Varşava şəhərində imzalanmış həmin Konvensiya indi də qüvvədədir. SSRİ Varşava Konvensiyasının layihəsinin tərtib olunmasında xüsusi rol oynayaraq, onu 1934-cü ildə ratifikasiya etmişdi. Müasir dövrdə Varşava Konvensiyasında 120 dövlət var.

1955-ci ilin 28 sentyabr tarixində Haaqa şəhərində imzalanan Protokol bu Konvensiyanın təkcə bəzi hüquqi boşluqlarını doldurur, təzə bir qayda yaratmır. Odur ki, Haaqa Protokolunu Varşava Konvensiyasının əsas hissəsi kimi qəbul etmək olar.

Varşava Konvensiyasında iştirakçı olan dövlətlərin bir çoxu Haaqa Protokoluna dəstək olmuşlar. Bu Protokolda 100dən artıq dövlət görmək mümkündür. Böyük aviasiya dövlətlərindən ancaq ABŞ Haaqa Protokoluna dəstək olmamışdır. Bununla belə, regionların hamısında beynəlxalq hava daşımalarının şərtləri, Haaqa Protokolunun və Varşava Konvensiyası normaları ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikası(AR) 1999-cu ildən etibarən Haaqa Protokoluna, Varşava Konvensiyasına və 4 Əlavə Protokola qoşulmuşdur. Varşava Konvensiyası ancaq iştirakçı dövlətlərin arasındakı hava daşımalarını qaydaya salır. Konvensiyanın müəyyənləşdirdiyi normalar bura qoşulan dövlətlə qoşulmayan dövlət arasında yerinə yetirilən daşımalara tətbiq olunmur. Bu Konvensiya poçt daşımalarını tənzimləmir.

Qeyd olunduğu kimi, Varşava Konvensiyasına əsasən beynəlxalq hava daşımalarının şərtlərini (istər yük, istərsə də sərnişin daşıma şərtlərini) təyin edən əsas beynəlxalq müqavilədir. Ancaq o, hava daşımalarının şərtlərinin hamısını tənzimləmir və təyin etmir. Varşava Konvensiyası ancaq hava daşıması sektorunda ortaya çıxan əsas məsələləri yoluna qoyur. Bu məsələlər isə aşağıdakılardır:



  • daşıma müqaviləsini;

  • daşıyıcının məsuliyyətini;

  • daşıyıcıya irad və iddia verilməsi.

Daşınma müqaviləsi Varşava Konvensiyası üzrə nizamasalma predmetinə daxil edilən əsas məsələlərdən biri sayılır. Varşava Konvensiyası ilə istər yük daşınması müqaviləsi, istər sərnişin daşınması müqaviləsi, istərsə də baqaj nəqli müqaviləsi qaydaya salınır.

Varşava Konvensiyasına əsasən, iki tərəf (müştəri və daşıyıcı) arasındakı qarşılıqlı əlaqələr müqavilə xarakterlidir. Beynəlxalq hava nəqliyyatı ilə yük nəqli müqaviləsi hava nəqliyyat sənədinin, hava sərnişin daşınması müqaviləsi minik biletinin, hava baqaj daşınması müqaviləsi isə baqaj qəbzinin əsasında baş tutur. Onlar daşıma müqaviləsinin qeyd edilən bütün növlərini rəsmiləşdirən, onların imzalanma faktını və varlığını təsdiqləyən daşıma sənədləridir və müqavilə sənədləri sayılır. Belə ki, bu sənədlər daşıyıcı və müştəri arasındakı sadə yazılış formasında beynəlxalq daşınma müqaviləsi imzalanmasını bildirir. Varşava Konvensiyasında «qaimə» terminindən istifadə edilmir. «Hava qaiməsi» (air way bill) anlayışı kommersiya dövriyyəsinə sonralar əlavə olunmuşdur. Nəticədə, həmin anlayışdan BHNA tərəfindən nəqliyyat sənədinin forması tərtib olunanda istifadə edilməyə başlanılmışdır.

Konvensiyanın vasitəsilə daşınma sənədlərinin rekvizitləri müəyyənləşdirilir. Lakin Haaqa Protokolunda rekvizitlərin dairəsi xeyli dərəcədə məhdudlaşdırlıır. Hər bir aviayük qaiməsinin üç əsl nüsxədə tərtib olunması və yüklə birlikdə təqdim edilməsi tələb olunur. Qaimənin tərtibatı yük sahibi (yükgöndərən) tərəfindən aparılır. O, qaimədə məlumatları tam şəkildə və düzgün olaraq qeyd etməlidir. Yükgöndərən bu məsələyə görə məsuliyyət daşıyır. Əgər ziyan yükgöndərən tərəfindən qaimədə informasiyanın tam və düzgün göstərilməməsinin nəticəsi kimi vurulmuş olarsa, onda onun əvəzi yükgöndərən tərəfindən ödənilməlidir. Aviaqaimə sübutedici xarakter daşıyır. Belə ki, o, yükdaşınması müqaviləsinin bağlanmasını, yükün qəbul edilməsini, çəkisini və ölçüsünü, qablaşdırılmasını və yerlərin sayını təsbit edir.

Konvensiya yük barəsində mala sərəncamvermə sənədinin tərtib edilməsinə qadağa qoymur və buna əngəl törətmir. Bu qaydanın Varşava Konvensiyasına Haaqa Protokolunun vasitəsilə daxil edilməsi təmin edilmişdir. Lakin həmin qaydanın təcrübədə indiyə qədər tətbiqinə və ondan istifadəsinə rast gəlinməyib. Üç nüsxədə tərtib edilmiş aviaqaimənin birinci nüsxəsi daşıyıcıya məxsusdur və onun yükgöndərən tərəfindən imzalanması tələb edilir. İkinci nüsxə yükalandan ötrü nəzərdə tutulmaqla, yükgöndərən tərəfindən imzalanaraq yükü müşayiət edilir. Üçüncü nüsxə daşıyıcı tərəfindən təsdiq olunur və yükün daşınma üçün qəbulundan sonra yükgöndərənə təqdim edilir. Daşıyıcı tərəfindən yükün qəbulu onun imzası ilə və yaxud müvafiq ştempellə təsdiqlənir və qaiməyə yük hava gəmisinə vurulana qədər qoyulur.

Yükgöndərən tərəfindən aviayük qaiməsinə bir sıra sənədlər də əlavə edilməlidir. Bu sənədlər sərhəd, gömrük, eləcə də polis rəsmiləşdirməsindən ötrü əhəmiyyətə malikdir. Daşıyıcının bu sənədlərin tamlığını və etibarlılığını (həqiqiliyini) yoxlamaqda heç bir məsuliyyəti yoxdur. Yükgöndərən isə qaiməyə əlavə olunan (qoşulan) sənədlərin olmamasında, düzgün tərtib edilməməsində və yaxud dəqiqliyinin təmin edilməməsində daşıyıcı qarşısında məsuliyyətə malikdir. O, bunların nəticəsində dəyən ziyanın əvəzini ödəməyə borcludur. Aviayük qaiməsinə aşağıdakı məlumatlar toplusu daxil olunmalıdır: yükün göndərildiyi məkan, yükün təyinat məkanı, dayanacaq məntəqələri, yükgöndərənlərin adları və ünvanları, yükalanların adları və ünvanları, birinci daşıyıcının adı, habelə ünvanı, yükün xarakterik cəhətləri, yerin sayı, qablaşdırma metodları, nişanlamanın (markalamanın) xüsusiyyətləri, daşınan malların (yüklərin) çəkisi, miqdarı, həcm və ölçüləri, Varşava Konvensiyası ilə müəyyənləşdirilən məsuliyyətə aid qaydalar əsasında daşınmanın yerinə yetirilməsi barədə göstəriş (bu cür göstəriş olmadığı halda, daşıyıcının məsuliyyətini məhdudlaşdıran Konvensiya normalarına istinad etmək olmaz, odur ki, həmin göstəriş sanksiya rolunda çıxış edir ki, həmin sanksiya qaimənin zəruri qaydada tərtib edilməsinə təkan verir). Daşınma sənədləri BHNA (Beynəlxalq Hava Nəqliyyatı Assossasiyası) tərəfindən hazırlanan birtipli proformalara uyğun gələn formada tərtib olunur. Dünyanın əksər aviaşirkətlərində beynəlxalq hava daşımaları zamanı məhz bu formadan istifadə edilir. Bu isə daşıma sənədlərinin vahid formada tərtib edilməsinə və aviadaşıyıcılar arasında qarşılıqlı sayılmasına səbəb olur.

Varşava Konvensiyasına əsasən, daşıma sənədlərinin olmaması, düzgün tərtib edilməməsi və ya itməsi daşınma müqaviləsinin etibarlılığına təsir etmir. Belə halda da daşınma müqaviləsi Varşava Konvensiyasının tənzimləmə predmetinə aid ediləcəkdir.

Beynəlxalq hava daşınmaları sahəsində beynəlxalq müqavilələrlə bərabər beynəlxalq hüquqi adətlər də özünün aktuallığını saxlamaqdadır. Çünki, 1944cü ildə Çikaqo Konvensiyasının iştirakçısı olmayan ölkələr üçün bir sıra normalar, misal olaraq, ölkənin özünün milli hava məkanı üzərindəki suverenlik prinsipi məhz «adət-hüquq» statusunu qoruyub saxlayır.

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT) Çikaqo Konvensiyasına uygun olaraq 1944-ci il 7 dekabrda yaradılmışdır və 1947-ci ildən qüvvədədir. Hüququ statusuna görə hökumətlərarası təşkilat sayılır. BMAT-a üzv olmaq məqsədilə müvafiq dövlət BMT-dən razılıq almalıdır. Onun iqamətgahı Kanadada Monreal şəhərində yerləşir. Təşkilatda 200-ə yaxın üzv ölkələr mövcuddur. Keçmiş SSRİ 1970-ci ildən etibarən onun üzvü olmuşdu. BMAT 1947-ci ilin oktyabr ayından EKOSOS-un (İqtisadi və Sosial Şuranın) çərçivəsi daxilndə BMT-nin xüsusi təşkilatı (agentliyi) olaraq fəaliyyət göstərir.

BMAT-ın məqsədləri sırasına aşağıdakıları aid etmək olar:


  • hava nəqliyyatını dövlətlərarası səviyyədə tənzimləmək;

  • beynəlxalq hava naviqasiyasına aid prinsiplərin işlənib hazırlanması;

  • beynəlxalq hava nəqliyyatının inkişafı və planlaşdırılmasına köməklik göstərtmək;

  • hava xətləri və limanlarının inkişafınapozitiv təsir etmək;

  • dünyanın ölkələri və xalqlarının təhlükəsizliyi, müntəzəmliyi və qənaətcilliyi (əlverişliliyi) istiqamətində hava nəqliyyatına olan tələbləri təmin etmək.

BMAT-ın əsas fəaliyyət istiqamətlərini aşağıdakı kimi ifadə etmək olar:

  • aeronaviqasiya;

  • aeronaviqasiya layihələrini birgə maliyyələşdirmək; beynəlxalq hava daşınmalarında formal prosedurları sadələşdirmək;

  • müvafiq normalar hazırlamaq və beynəlxalq hava hüququnu təsbit etmək;

  • hava limanları və sair aeronaviqasiya obyektlərinin inşasında inkişaf etməkdə olan ölkələr üçün texniki köməkliklər göstərmək və i.a.

Komitələrlə yanaşı, BMAT-ın tərkibində aşağıdakı orqanlar da mövcuddur:

  • Assambleya;

  • Katiblik;

  • Şura;

  • Regional büro.

Assambleyanı BMAT-ın ali orqanı kimi qiymətləndirmək olar. Bütün üzv dövlətlər Assambleyaya daxildir. O, üç il ərzində ən azı bir dəfə toplanır. İstənilən dövlət yalnız bir səs hüququna malikdir. Assambleya tərəfindən müvafiq qərarlar, adətən, sadə səs çoxluğuna görə qəbul olunur.

Assambleya tərəfindən BMAT-ın prinsipləri müəyyən edilir, Şura üzvləri seçilir (BMAT üzvü olan ölkələrin arasından), Şuranın hesabatına baxılır və bu kontekstdə qərar qəbul edilir, təşkilatın büdcəsi təsdiq edilir, büdcənin düzgün istifadəsinə nəzarət olunuur və i.a.

Şura BMAT-ın icra orqanı kimi çıxış edir. Onun tərkibinə üç illik müddətə seçilən 33 dövlət daxildir. Şura daimi fəaliyyət göstərən orqan sayılır. Ona üç illik müddətə seçilən şəxs Prezident başçılıq edir.

Şuranın əsas daimi işçi orqanlarına komitələr daxildir. Regional büronun fəaliyyəti, əsasən, regional avianaviqasiya planlarının yerinə yetirilməsi məsələsində dövlətlərə müvafiq köməkliklər göstərilməsinə yönəlik orqan saymaq olar. Katiblik Assambleyanın, Şuranın, habelə onun orqanlarının işini nizamlayır. Ona rəhbərliyi Baş katib həyata keçirir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (BHNA) BMAT-ın təsis edildiyi 1944-ci il Çikaqo Konvensiyası təsdiq olunduqdan sonra 1945-ci ilin 19 aprelində Kubanın Havana şəhərində yaranmışdır. Asossasiya 1919-cı ildə Haaqada əsası qoyulan Beynəlxalq Hava Daşımaları Asossasiyasının faktiki olaraq hüquqi varisi sayılır. O, qeyrihökumət təşkilatı hesab olunur. Assosiasiyanın dünyanın 130 ölkəsindən 230 üzvü vardır. Bunlardan 202-si həqiqi üzvlərdir. BHNA-nın iqamətgahı Monreal şəhərindədir.

BHNA-ya mütəmadi surətdə kommersiya aviadaşımalarını yerinə yetirən aviaşirkətlər daxildir. İstənilən aviaşirkət BHNAnın həqiqi üzvliyinə seçilə bilər. Burada əsas şərt ondan ibarətdir ki, həmin şirkət BHNAya üzv olan ölkənin bayrağı altında müntəzəm olaraq beynəlxalq daşımalar yerinə yetirsin. Öz ölkəsinin daxili (yerli) mütəmadi xətlərində işləyən aviaşirkətlər məşvərətçi səs ilə BHNA-nın üzvünə çevrilə bilər.

BHNA-nın məqsədləri sırasına aşağıdakılar aiddir:


  • hava nəqliyyatının mütəmadi və qənaətcil (əlverişli) inkişafına köməklik göstərmək;

  • aviaşirkətlərin kommersiya fəaliyyəti üzrə iqtisadi nəticələrin yaxşılaşdırılmasına (hava kommersiyasına) yönəlik tədbirlər işləyib hazırlamaq və bununla bağlı problemləri öyrənmək;

  • aviamüəssisələr arasında əməkdaşlığın tərəqqisinə dair işlərin görülməsi və s.

BHNA daşımanın həyata keçirilməsi və bu daşımanın şərtləri, tarif məsələlərinə əsaslanan tövsiyələr alır. Qeyd edilən tarif məsələləri haqda müəyyən qərar daşımalar üzrə region üzrə olan konfranslarda verilir. Bu konfranslar tarif konfransları yaxud tarif zonaları adlanır. Bütün dünyada BHNA-nın 3 tarif konfransı vardır. Tarif konfranslarından birincisi Cənubi və Şimali Amerikanı, ikincisi bütün Avropa və Afrikanı, üçüncüsü isə bütün Asiyanı özündə birləşdirir. Konfranslar ildə 2 dəfə təşkil edilir. Konfransın yaz mövsümündə yükdaşıma, payız mövsümündə isə sərnişin daşıma məsələlərinə nəzər salınır. Konfranslarda yoluna qoyulan vacib məsələlər aşağıdakılardır:

  • BHNA iştirakçısı olan aviaşirkətlərin istifadə etdiyi xətlərin hamısında tariflərin səviyyəsinin müəyyən edilməsi;

  • tarif güzəştlərinin verilməsi qaydalarının müəyyən edilməsi;

  • zonalar daxilində və zonalararası cədvəlin təsdiq olunması;

  • nəqliyyat sənədlərinin formasının unifikasiya olunması;

  • hava daşımaları şərtlərinin hər birinin unifikasiya olunması.

BHNA eyni zamanda, hava nəqliyyatında kommersiya işləri üzrə prosedur və normaları unifikasiya edir, vahid aviadaşıma normaları tərtib edir və təsdiq edir, nəqletmə xidmətlərinin məcmu standartlarını müəyyən edir, yükdaşıma sənədlərinin necə olacağını müəyyən edir və s.

BHNA-nın verdiyi qərarlar onun bütün üzvləri tərəfindən qəbul olunmalıdır. Qərar icra olunmaqdıqda və ondan qayanaqlanan öhdəlik pozulduqda təqsirkarlar cərimə formasında məsuliyyət altına alınır. Nəticədə, onlar üçün müəyyən cəza tədbirləri görülür. Cərimənin dəyərinin ən yüksək həddi 500 min ABŞ dolları təşkil edir. BHNA-nın ali orqanı Baş Assambleya hesab olunur. Baş Assambleya, hər il çağırılır. Ancaq fəal üzvlər Baş Assambleyanın kvorumununda ola bilər. Bu üzvlərin hər birinin özünəməxsus səsi vardır. Baş Assambleyanın funksiyası aşağıdakılardır:



  • BHNAnın Prezidentini təyin etmək;

  • İcraiyyə Komitəsinin üzvlərini təyin etmək;

  • İcraiyyə Komitəsinin hesabatına nəzər salmaq və təsdiq etmək;

  • maliyyə hesabatlarını və büdcəni təsdiqləmək və s.

İcraiyyə Komitəsi BHNA-nın icra orqanı sayılır. Bu orqan Baş Assambleyalararası bir il təşkilata başçılıq edir. İcraiyyə Komitəsinə Baş Assambleya tərəfindən iyirmi bir üzv seçilir. Onun tərkibində beş daimi komitə mövcuddur. Daimi komitələrə aşağıdakılar aiddir:

  • Hava nəqliyyatı komitəsi,

  • Maliyyə komitəsi,

  • Texniki komitə,

  • Hüquq komitəsi

  • Daşımalar üzrə məsləhət komitəsi.

BMAT və BHNA ilə yanaşı, hava nəqliyyatı sektorunda 30-a yaxın beynəlxalq təşkilat vardır. Bu təşkilatların beynəlxalq hava nəqliyyatının tərəqqi etməsində xüsusi rolları vardır. Bu təşkilatların beynəlxalq avianəqliyyatın fəaliyyətinin tərəqqisinə təsirləri böyükdür.

Beynəlxalq hava daşımalarının təşkili sahəsində Çikaqo Konvensiyasının rolu. Hava daşınmalarının beynəlxalq tənzimetmə sistemini yaratmaq və təşkil etmək məqsədilə 20-ci əsrin ortalarında Çikaqo Konvensiyası qəbul olundu. Onun bütöv adını aşağıdakı kimi ifadə etmək olar: «Beynəlxalq mülkü aviasiya haqqında» Konvensiya. 1944-cü ilin 7 dekabrında imzalanan və qəbul olunan bu Konvensiya 26 dövlət tərəfindən ratifikasiya olunduqdan sonra 1947-ci il aprel ayının 4-dən etibarən qüvvədədir.

Çikaqo Konvensiyası beynəlxalq hava daşınmalarının təşkilati əsaslarını müəyyən edir. Bu konvensiya, mülki aviasiyanın və hava daşınmalarının yerinə yetirilməsinin ümumi məsələlərinə həsr olunmuş ən iri çoxtərəfli saziş hesab olunur. BMAT məhz Çikaqo Konvensiyasının əsasında təsis olunmuşdur. BMAT isə dünya səviyyəsində hava nəqliyyatının bütün kompleks məsələləri (texniki, naviqasiya, uçuşların təhlükəsizliyini təmin etmək, hava limanları və naviqasiya vasitələri üzrə işlər, tarifləndirmə, haqsız rəqabət, ayrıseçkilik, iqtisadi səmərəlilik və hava xətlərini açmaq) ilə məşğul olan qurum kimi fəaliyyət göstərir.

Çikaqo Konvensiyasını dörd hissəyə ayırmaq olar:


  • 1ci hissədə uçuşları yerinə yetirmək, hava gəmilərini qeydiyyatdan keçirmək və sənədləşdirmək üzrə qaydalar, eləcə də texnikiuçuş normalarını hazırlamaq üzrə prosedurlar müəyyənləşdirilir;

  • 2ci hissədə BMAT-ın vəzifələri və fəaliyyət qaydası təyin edilir;

  • 3cü hissədə hava limanları, yerüstü aeronaviqasiya vasitələri və xidmətləri üzrə yerinə yetirilən funksiyalar tənzimlənir;

  • 4cü hissədə mübahisələrin həll edilməsi qaydaları müəyyən edilir.

Konvensiya beynəlxalq hava daşınmalarının hüquqi rejiminin əsas prinsipini təsbit edir. Bu prinsipə əsasən, dövlətin öz quru, habelə su ərazisi üzərində (ərazi suları da daxil edilməklə) olan hava məkanına münasibətdə tam, eləcə də müstəsna suveren hüququ tanınır. Bu prinsip hava məkanı üzrə dövlətin suverenliyi prinsipi adlanır. Bu prinsip Konvensiyanın 1ci maddəsi ilə təsbit olunmuşdur. Çikaqo Konvensiyası tərəfindən müəyyənləşdirilən digər əsas prinsip hava məkanına məxsusluq prinsipidir. Həmin prinsipə əsasən, istənilən ölkənin hava məkanı onun özünə məxsusdur və səlahiyyətli dövlət orqanları tərəfindən müvafiq razılıq (xüsusi icazə) olmadan onun üzərindən uçub keçmək olmaz. Bu prinsip Konvensiyanın 6-cı maddəsi ilə təsbit olunmuşdur.

Hava məkanının məxsusluğu prinsipinə əsasən icazəvermə qaydası (sistemi) mövcuddur. Belə ki, Konvensiya mütəmadi hava daşımaları üçün icazəvermə qaydalarını (sistemini) təsbit edir. Bu qaydalara əsasən, başqa dövlətin hava məkanından istifadə etməklə həyata keçirilən mütəmadi hava daşımaları yalnız bu dövlətin icazəsinə (razılığına) əsasən yerinə yetirilə bilər. İcazənin iki növü mövcuddur:



  • daimi icazə;

  • birdəfəlik icazə.

Daimi icazə mütəmadi hava daşımalarına (xətlərinə) verilir. Çarter daşımaları aparıldıqda isə birdəfəlik icazə həyata keçirilir.

Konvensiyada hava daşınmalarının təşkilinin digər mühüm prinsipi hava gəmilərinin hərəkət marşrutuna əməl olunması prinsipindən istifadə edilir. İstənilən ölkə əvvəlcədən hava dəhlizini təyin edir və elan verir ki, müvafiq icazə halında hava daşınmaları həyata keçirilir.

Çikaqo Konvensiyasının sadaladıqlarımızdan əlavə əsas prinsipləri aşağıdakılardır:


  • mülki aviasiyadan yalnız dövlətlər və xalqlar arasında dostluq əlaqələrinin yaradılması və saxlanılması üçün yararlanmaq vəzifəsi;

  • ikitərəfli və yaxud çoxtərəfli sazişlər bağlamaq vasitəsilə müntəzəm hava daşımalarını müəyyən etmək;

  • hava daşımalarını yerinə yetirmək üçün lazımi şərait yaratmaq və vəsaitlə təmin olunmaq;

  • beynəlxalq uçuşların təhlükəsizliyini təmin etmək;

  • dövlətlər arasında mütəmadi hava daşımaları barədə saziş olmadığı təqdirdə, onların birbirinə müntəzəm olmayan uçuşların yerinə yetirilməsi üçün hüquq verməsi.

Çikaqo Konvensiyası başqa dövlətlərin aviaşirkətləri tərəfindən konkret bir dövlətin ərazisində beynəlxalq uçuşların (müntəmadi və yaxud qeyrimütəmadi uçuşların) yerinə yetirilməsi zamanı bu dövlətin hüquq və vəzifələrini müəyyənləşdirən mühüm beynəlxalq aktdır. Konvensiyaya əsasən, hər bir dövlət hava uçuşlarını tənzimləmək hüququna malikdir.

Çikaqo Konvensiyası yalnız iştirakçı ölkələrin rəsmi daşıyıcıları tərəfindən istismar edilən mülki hava gəmiləri üzrə uçuş şərtlərini nizamlayır. Konvensiyada sərhəd, hərbi, polis, habelə gömrük xidmətləri tərəfindən istismar olunan dövlət hava gəmilərinin uçuşları nəzərdə tutulmur. Belə hava gəmilərinin uçuşlarına xüsusi naviqasiya rejimi müəyyənləşdirilir. Deməli, Çikaqo Konvensiyası yalnız mülki hava gəmiləri üçün qüvvədədir. Başqa sözlə, ancaq mülki hava gəmiləri tərəfindən yerinə yetirilən uçuşlar Konvensiyanın tənzimləmə predmetinə aiddir. Çikaqo Konvensiyasında çarter uçuşlarına daxil olan qaydalara rast gəlinmir. Bu Konvensiya göstərilən kontekstdə hər hansı göstərişə malik deyil. Bunun səbəbi odur ki, Konvensiyanın imzalanması, qəbul edilməsi və qüvvəyə minməsi tarixlərində çarter daşımalarının inkişafı hələ yeni başlayırdı.

Konvensiyaya əsasən, hava daşımalarının üç növü mövcuddur: mütəmadi daşımalar, qeyrimütəmadi daşımalar, kabotaj daşımaları. Mütəmadi daşımalar üçün icazə sistemi (qaydaları) təyin olunur. Qeyrimütəmadi daşımalar özü «kommersiya daşımaları», habelə «qeyri kommersiya daşımaları» anlamı ilə iki növə ayrılır. Kommersiya məqsədləri üçün qeyrimütəmadi daşımalar da yalnız icazə sisteminə əsasən həyata keçirilə bilər. Dövlətin ərazi hüdudlarında yerinə yetirilən daşımalar kabotaj daşımaları adlanır.

Konvensiyaya bəzi əlavələr olunmuşdur. Müasir dövrdə bu əlavələr qüvvədə olub, beynəlxalq aviadaşımaların həyata keçirilməsində mühüm rola malikdir. Beynəlxalq hava daşımaları nöqteyinəzərindən, əlavələrin bir neçəsi daha faydalıdır:



  • 2 nömrəli Əlavə uçuş qaydalarını təyin edir;

  • 6 nömrəli Əlavə hava gəmisinin istifadəsi ilə əlaqəli münasibətləri yoluna qoyur;

  • 8 nömrəli Əlavə hava gəmilərində uçuşa yararlı olma məsələsini qaydaya salır;

  • 9 nömrəli Əlavə hava limanında formal prosedurları (rəsmiləşdirmə prosedurlarını) asanlaşdırır;

  • 16 nömrəli Əlavə səslərin normalaşmasına aiddir;

  • 17 nömrəli Əlavə qeyrihüquqi protokollara qarşı təhlükəsizlik işləri həyata keçirir.

Beynəlxalq hava daşımaları sahəsində bağlanan ikitərəfli sazişlər. Beynəlxalq uçuşlar, əsasən, beynəlxalq hava daşınmalarına aid olan ikitərəfli ölkələrarası (beynəlxalq) sazişlərlə icra edilir. Bu sazişlərdə istər sərnişin daşınmasının, istərsə də yük daşınmasının təşkili məsələlərinin əsas müddəaları təyin edilir. İkitərəfli sazişlər dövlətlərin arasında hava daşımalarının icrası üçün hüquqi baza rolunu yerinə yetirir.

Azərbaycan Respublikası dünyanın bəzi ölkələri ilə hava daşınmaları sahəsində ikitərəfli saziş imzalamışdır. Fransa Respublikası, Misir Ərəb Respublikası, Qazaxıstan Respublikası, İran İslam Respublikası, Niderland Krallığı, Rusiya Federasiyası, Polşa Respublikası, İtaliya Respublikası kimi ölkələrlə imzalanan ikitərəfli sazişlər hava daşımalarının təşkilində əsas şərtələri təyin edir. Bizə yaxın qonşu olan Rusiya Federasiyası 100-dən artıq ölkələrlə bu tip sazişlər imzalamışdır. Vaxtilə SSRİ dünyanın 80-dən çox dövləti ilə hava daşımaları ilə bağlı ikitərəfli dövlətlərarası saziş bağlamışdı.

Şübhəsiz ki, hava daşımaları ilə bağlı ikitərəfli dövlətlərarası sazişlər öz məzmunları etibarilə birbirlərindən fərqlənir. Lakin bütün bunlara rəğmən, həmin sazişlərin hamısı forma baxımından unifikasiya edilmişdir. Digər tərəfdən, onların hamısı demək olar ki, eyni quruluşa (struktura) malikdir. Hazırkı şəraitdə hava daşımaları barədə ikitərəfli ölkələrarası sazişlərin nümunəvi (vahid) tipi formalaşmışdır. İkitərəfli sazişlərdə, adətən, hava daşınmalarına aid bir sıra vacib, eləcə də mühüm əhəmiyyəti olan məsələlər öz həllini tapır. Həmin məsələlər aşağıdakılardan ibarətdir:


  • qarşılıqlı surətdə uçuşları reallaşdırmaq hüququnun verilməsi;

  • tərəflər (aviaşirkətlər) üzrə kommersiya hüquqlarının ölçüsü;

  • uçuşlara texniki təminat verilməsi;

  • uçuş və daşınmaların inzibati hüquqi rejiminin təyini.

Bununla yanaşı, ikitərəfli sazişlər müqavilə xəttini (razılaşma ilə müəyyən edilən hava xəttini) də müəyyənləşdirir. Razılığa gələn iştirakçı daşıyıcılar müqavilə xətti üzrə uçuşlar apara bilirlər.

Beləliklə, ikitərəfli sazişlər üzrə müqavilə xətti müəyyən etməklə iştirakçı tərəflər qarşılıqlı surətdə birbirlərinin ərazilərinə müntəzəm uçuşlar aparmaq hüququ verirlər. Müqavilə xətti, çox vaxt sazişə qoşma kimi əlavələrdə qeyd olunur. Sonrakı dövrlərdən o dəyişdirilə və onda əlavələr aparıla bilər.



Yüklə 63,24 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin