Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyası kurs iŞİ


Fəsil II Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları



Yüklə 63,24 Kb.
səhifə2/2
tarix06.06.2020
ölçüsü63,24 Kb.
#31724
1   2
ATT KURS İŞİ elvin


Fəsil II

Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması qaydaları

2.1 Ümumi müddəalar

Bu Qaydalar Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasına (BMAÇK), Beynəlxalq Mülki Aviasiya Təşkilatı (BMAT- İKAO) tərəfindən Çikaqo Konvensiyası əsasında qəbul olunmuş Təlimata, «Aviasiya haqqında» Azərbaycan Respublikasının Qanununa, «Nəqliyyat haqqında» Azərbaycan Respublikasının Qanununa, digər qanunvericilik aktlarına uyğun olaraq hava nəqliyyatı ilə təhlükəli yüklərin daşınmasında təhlükəsizliyin təmin olunması üzrə müvafiq tələbləri müəyyən edir.


Bu Qaydalar təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınmasının xüsusi şərtlərini müəyyən edir və belə yüklərin hava nəqliyyatı ilə daşınması ilə bağlı olan təşkilatlar, hüquqi və fiziki şəxslər üçün yerinə yetirilməsi məcburi olan əsas normativ- hüquqi sənəddir.
Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra — Dövdağmədəntexnəzarət Komitəsi) «Aviasiya haqqında» Qanunu və «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu, respublikanın müvafiq qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirir.
Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada Dövdağmədəntexnəzarət Komitəsindən təhlükəli yüklərin daşınması üzrə müvafiq fəaliyyət növünün həyata keçirilməsinə dair xüsusi razılıq (lisenziya) aldıqdan sonra təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınmasına icazə verilir.
Təhlükəli yüklərin daşınma təlimatları və şərtləri yüklərin daşınmasını həyata keçirən dövlət və qeyri- dövlət təşkilatları hüquqi və fiziki şəxslər tərəfindən hazırlandığı təqdirdə, onlar Dövdağmədəntexnəzarət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə razılaşdırılır.
Hüquqi və fiziki şəxslər (təhlükəli yükləri daşıyanlar, yükləyənlər, boşaldanlar və saxlayanlar) bu Qaydaların və texniki təhlükəsizlik üzrə normativlərin tələblərinə uyğun olaraq işlərin təhlükəsiz aparılmasına məsuliyyət daşıyırlar. Bəzi təhlükəli yüklərin daşınması üçün təhlükəsiz daşınma və yaxud lisenziya şərtlərində nəzərdə tutulduğu hallarda yükü daşıyan, göndərən və ya qəbul edən tərəfindən məsul şəxs və mühafizə təyin edilə bilər.
Hüquqi və fiziki şəxslər (yükgöndərənlər, yükalanlar, yükləyənlər, boşaldanlar, saxlayanlar) «Texniki təhlükəsizlik haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada, müvafiq icra hakimiyyəti orqanlarının tələbi əsasında, texniki təhlükəsizlik Bəyannaməsini təqdim etməyə borcludurlar.
Yük daşıyanlar (yükgöndərənlər və ya yükalanlar) təhlükəli yüklərin daşınması zamanı baş vermiş hər bir qəza hadisələri barədə ilkin təcili məlumatı Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasına və Dövdağmədəntexnəzarət Komitəsinə verməlidir
Hava gəmilərində təhlükəli yüklərin daşınması, yüklənməsi, boşaldılması və saxlanması ilə məşğul olan mülki aviasiya müəssisələrinin, aviaeskadrilyaların, mülki hava limanlarının və istehsalat birlikləri rəhbərlərinin və hava gəmisi heyətinin hazırlığı haqqında müvafiq şəhadətnamələrə malik olmalarını, texniki təhlükəsizlik üzrə qaydaların və normativlərin tələblərinə uyğun olaraq biliklərinin artırılmasını, müəyyən olunmuş qaydada attestasiyadan keçmələrini Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası təmin edir.
Texniki təhlükəsizlik tələbləri bu Qaydalarla, Azərbaycan Respublikasının digər normativ- hüquqi aktlarla, habelə texniki- normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən, qadağalardan, məhdudiyyətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.
Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar - epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.
Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısını Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının təqdimatı əsasında Dövdağmədəntexnəzarət Komitəsi təsdiq edir.
Təhlükəli yüklərin daşınmasında, boşaldılmasında, yüklənməsində və saxlanmasında işləyənlərin vəzifələri aşağıdakılardır:


  • təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki- normativ sənədlərin tələblərinə əməl etmək;

  • müəyyən edilmiş qaydada tibbi müayinədən və attestasiyadan keçmək;

  • təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.

Təhlükəli yüklərin daşınması ilə məşğul olan hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədi ilə:




  • sistemli tədbirlər hazırlayır və həyata keçirir ;

  • baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir;

  • qəza və hadisə baş verdikdə işləri dərhal dayandırır;

  • bu Qaydadan, digər normativ aktlardan, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki- normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.

Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası hava gəmilərində təhlükəli yüklərin daşınması, yüklənməsi, boşaldılması və saxlanması ilə məşğul olan mülki aviasiya müəssisələri, birləşmiş aviadəstələr, birləşmiş aviaeskadrilyalar, müstəqil hava limanları, hüquqi, vəzifəli və fiziki şəxslər:


  • partlayıcı və radioaktiv maddələrin, partlayıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki- normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, yüklənməsini, təhlükəsiz daşınmasını təmin etməlidirlər;

  • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq təlimat, sərəncam və göstərişlərinə əməl etməlidirlər.

  • Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası texniki təhlükəsizlik tələblərinə riayət olunmasına idarədaxili nəzarətin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məlumat təqdim edir.


2.2 Təhlükəli yüklərin hava gəmilərində daşınmasına icazənin verilməsi qaydaları

Təhlükəli yüklərin saxlanılmasını, yüklənib-boşaldılmasını və onların HG daşınmasını, bu işlərin görülməsinə xüsusi razılığı (lisenziyası) olan hüquqi və fiziki şəxslər həyata keçirə bilərlər.

Aviasiya müəssisəsinin təhlükəli yüklərlə işlərin görülməsinə dair xüsusi razılığının (lisenziyasını) olması haqqında qeyd Azərbaycan Respublikasının hava nəqliyyatının istismarçısının (aviasiya şirkətinin) sertifikatında (şəhadətnaməsində) və yaxud təhlükəli yüklərin saxlanılması, yüklənməsi, boşaldılması və nəqli ilə məşğul olan mülki aviasiya subyektinin uyğunluq sertifikatında əks etdirilməlidir.

Mülki aviasiya müəssisələrinin yerüstü xidməti həyata keçirən əməkdaşları və təhlükəli yükləri daşıyan HG - nin ekipajları müvafiq hazırlıq keçməlidirlər və mütəxəssisin şəhadətnamələrində onların təhlükəli yüklərlə işlərin görülməsinə dair icazəsinin olması haqqında ixtisaslaşdırılma qeydləri olmalıdır.

Yük daşıyan aviasiya müəssisələrinə təhlükəli yüklərin daşımalarına təhlükəli yüklərin saxlanmasını, yükləmə - boşaltma işlərini həyata keçirən mülki aviasiya subyektlərinə xüsusi razılıq (lisenziya) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən verilir.

Azərbaycan Respublikasının mülki aviasiya subyektlərinin təhlükəli yüklərlə işlərin görülməsi üzrə xüsusi razılığı (lisenziyası) olmadan fəaliyyət göstərməsinə yol verilmir.

Xüsusi razılıq (lisenziya) olduğu halda, təhlükəli yüklərin daşınmasına sonrakı razılığı bu Qaydaların 9- cu bölməsinə uyğun olaraq, yükgöndərənin ərizəsi əsasında aviasiya müəssisəsinin rəhbəri verir.

Təhlükəli yüklər yükgöndərən təşkilatlardan, vətəndaşlardan və onların ünvanına hava gəmisində daşınmaya müqavilə əsasında qəbul olunur.

Bununla yanaşı yükgöndərən və yükalan məcburi qaydada təhlükəli yüklərlə işlərin görülməsinə dair xüsusi razılığa (lisenziyaya) malik olmalıdır.

Təhlükəli yükləri göndərən mülki aviasiyanın subyektləri ilə təhlükəli yüklərin saxlanılmasına, yükləmə - boşaltma işlərinə və daşınmasına dair müqavilə bağlayan zaman, buna səlahiyyəti olan Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) surətini təqdim etməlidir.

Xüsusi razılığa (lisenziyaya) malik olmayan yükgöndərəndən təhlükəli yüklərin daşımaya və saxlanılmaya qəbul edilməsinə yol verilmir.

Təhlükəli yüklərinin daşınmasına icazəni bu Qaydaların 9- cu bölməsinə müvafiq olaraq, yükgöndərənin ərizəsinə əsasən aviasiya müəssisəsinin rəhbəri verir.

Yükgöndərənlərdən qablaşdırılması və nişanlanması bu Qaydaların tələblərinə cavab verməyən təhlükəli yükləri HG- də daşınmaya qəbul edilməsinə yol verilmir.

Təhlükəli yüklərin Siyahısında adlandırılmayan, lakin öz fiziki və kimyəvi xassələrinə görə təhlükəlilər sırasına daxil olan yüklə onları hazırlayan hüquqi şəxsin, müəssisənin tabe olduğu nazirlik, təşkilat və yaxud idarə tərəfindən müvafiq siniflərə (yarımsiniflərə) aid edildikdən sonra hava nəqliyyatı ilə daşınmaya buraxıla bilərlər.

Yeni təhlükəli yükün hava yolu ilə daşınmasının mümkünlüyü və şərtləri məsələlərini həll etmək üçün yük göndərən zəruri sənədlərlə yanaşı, yeni təhlükəli yükün xarakteristikasını da təqdim etməyə borcludur.

O, özündə aşağıdakıları əks etdirir və üç nüsxədə hazırlanır:



  • maddənin düzgün texniki adı və daha çox işlənən sinonimi, I sinif və «Poçt qutusu» şərti adı olan müəssisələr tərəfindən göndərilən yüklərin şərti adları;

  • dövlət standartlarının (sənaye sahələri standartlarının) və ya texniki şərtlərin nömrəsi, nə vaxt və hansı təşkilat tərəfindən təsdiq olunub; BMT nömrəsi (əgər varsa);

  • maddələrin (qaz, maye, bərk maddə) fiziki- kimyəvi xüsusiyyətləri, aqreqat halı və digər əlamətləri (məsələn: rəngi, qoxusu, sıxlığı, dənəvərmetrik tərkibi, konsistensiyası);

  • hansı təsirlərin (zərbə, sürtünmə, qızdırılma, nəmləşdirmə islatma, soyutma və başqaları) yük üçün yol verilməz və təhlükəli olması barədə məlumat;

  • yükün HG - nə yüklənməsi, boşaldılması, saxlanılması və daşınması zamanı hansı təhlükəyə malik olması haqqında məlumat;

  • yükün buxarları və ya tozu ilə nəfəs alınması, dəri səthinə düşməsi və yaxud təsadüfən qəbulu zamanı insan orqanizminə göstərdiyi təsiri və qatılığın yol verilən son həddi haqqında məlumat;

  • ayrı- ayrı yük yerinin kütləsini (netto, brutto) və istehlak qabının tutumunu göstərməklə yükün qabının və qablaşdırmanın təsviri;

  • yükləmə, boşaldılma, müvəqqəti saxlama zamanı yüklə davranış qaydaları, eləcə də zəruri ehtiyat və təhlükəsizlik texnikası tədbirlərinin təsviri;

  • daşınma və saxlanılma zamanı, yükün digər təhlükəli və adi yüklərin növləri ilə uyuşmaqlığı haqqında göstərişlər;

  • dağılmış (səpələnmiş) təhlükəli yükün neytrallaşdırılması və təmizlənməsi üsulları;

  • yanğından mühafizə tədbirləri, tövsiyə və qadağan olunan yanğınsöndürmə vasitələri;

  • bədbəxt hadisələr baş verdikdə ilkin tibbi yardım tədbirləri.

Yükgöndərən yeni təhlükəli yüklərin yuxarıda göstərilən xarakteristikasından üç nüsxəsinin bir nüsxəsini yükü daşıyan aviasiya müəssisəsinin rəhbərinə, bir nüsxəsini yerüstü xidmət idarəsinin aviasiya daşımaları rəhbərinə, birini isə yükü istehsal edən nazirliyə, dövlət komitəsinə, təşkilata, hüquqi şəxsə və yaxud İdarəyə göndərir.

Nazirlik, təşkilat, dövlət komitəsi, hüquqi şəxs və yaxud idarə yeni təhlükəli yükün xarakteristikası əsasında göstərilən yükün HG - də daşınmasının mümkün olub - olmaması barədə rəy hazırlayır. Əgər bu yükün HG - də daşınmasına icazə verilə bilərsə, onda rəydə aşağıdakılar göstərilir:



  • maddənin adı və kimyəvi düsturu;

  • yükün təhlükəliliyinin əsas növü və ya xarakteristikası, onun fiziki halı;

  • təsdiq olunmuş dövlət (sənaye sahəsi) standartı və yaxud texniki şərtlər üzrə sinifi (yarımsinfi);

  • BMT siyahısı üzrə nömrəsi;

  • daşınma şərtləri;

  • sərnişin və yük hava gəmilərində daşınmaq üçün maddənin bir bağlamada, icazə verilən maksimum netto kütləsi (təmiz çəkisi);

  • qabların və bağlamaların növləri, xarici qabın səthindəki təhlükəlilik nişanları;

  • tövsiyə olunan yanğınsöndürmə vasitələri; mühafizə və ilkin tibbi yardım vasitələri və bu yük üzrə təhlükəli yüklərin siyahısına daxil edilməsi zəruri olan digər məlumatlar.

Yeni adlı təhlükəli yükün HG - də daşınmasına icazə verilməsi haqqında rəy aşağıdakılara göndərilir:



  • yükügöndərənə;

  • yükgöndərilən məntəqənin aviasiya müəssisəsinin rəhbərinə,

  • aviasiya daşımalarına yerüstü xidmət idarəsinin (DX - nin) rəhbərinə.

Mənfi rəy olduğu halda, aviasiya müəssisəsinin rəhbəri yükgöndərəndən yükü daşınma üçün qəbul etmir. Müsbət rəy olduğu halda, bu təhlükəli yükün hava nəqliyyatı ilə daşınmasına icazə Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası tərəfindən icazə verilir.

Bir bağlamadakı netto kütləsi təhlükəli yüklər siyahısında göstərilən həddən çox olmadıqda, təhlükəli yüklərin hava ilə daşınmasına yol verilir.

Hava gəmilərində birgə daşınmasına icazə verilən təhlükəli yüklərin hava ilə daşınmasına icazə verilir. Bu halda yüklər, eyni növ yanğınsöndürmə vasitələrinin istifadəsinin mümkünlüyünü nəzərə almaqla qruplaşdırılmalıdır.

Adi daşıma şəraitində təhlükəli miqdarda qaz və istilik yaratmaqla reaksiyalar verə bilən, polimerləşən materialların yalnız lazımi səviyyədə sabitləşmiş və yaxud ingibirləşmiş (fleqmatilaşdırılmış) halda daşınmasına icazə verilir. Soyutmanın sabitləşmə və ingibirləşdirmə vasitəsi kimi istifadə olunmasına yol verilmir.

Təhlükəli yüklərin daşınması təyinat məntəqəsinədək birbaşa uçan HG - də həyata keçirilir.

Aralıq hava limanlarında yüklənməsi (boşaldılması) nəzərdə tutulan təhlükəli yüklərin daşınmaya qəbulu müstəsna hallarda və yalnız:



  • özünün tabelik ərazisi hüdudlarında Mülkü Aviasiya İdarəsi (MAİ) rəisinin;

  • bir neçə idarənin ərazi hüdudlarında — mülki aviasiyanın müvafiq müəssisələrinin rəhbərliyinin razılığı əsasında həyata keçirilir.

Yükgöndərən bağlamanın təhlükəlilik növündən və yükün kütləsindən asılı olaraq, yüklə bir yerdə yükün təhlükəsiz daşınması, yüklənməsi, bərkidilməsi və boşaldılması üçün (əgər hava gəmisinin və limanının təchizat dəstinə daxil olmurlarsa), fərdi mühafizə vasitələri də daxil olmaqla, zəruri materialları, əmlak və vasitələri təqdim etməlidir.



Nəticə
Təhlükəli yükləri göndərən mülki aviasiyanın subyektləri ilə təhlükəli yüklərin saxlanılmasına, yükləmə - boşaltma işlərinə və daşınmasına dair müqavilə bağlayan zaman, buna səlahiyyəti olan Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən verilmiş xüsusi razılığın (lisenziyanın) surətini təqdim etməlidir.

Azərbaycan Respublikası(AR) 1999-cu ildən etibarən Haaqa Protokoluna, Varşava Konvensiyasına və 4 Əlavə Protokola qoşulmuşdur. Varşava Konvensiyası ancaq iştirakçı dövlətlərin arasındakı hava daşımalarını qaydaya salır. Konvensiyanın müəyyənləşdirdiyi normalar bura qoşulan dövlətlə qoşulmayan dövlət arasında yerinə yetirilən daşımalara tətbiq olunmur. Bu Konvensiya poçt daşımalarını tənzimləmir

Yük daşıyan aviasiya müəssisələrinə təhlükəli yüklərin daşımalarına təhlükəli yüklərin saxlanmasını, yükləmə - boşaltma işlərini həyata keçirən mülki aviasiya subyektlərinə xüsusi razılıq (lisenziya) qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Dövdağmədəntexnəzarət Komitəsi tərəfindən verilir.

Konvensiyaya əsasən, hava daşımalarının üç növü mövcuddur: mütəmadi daşımalar, qeyrimütəmadi daşımalar, kabotaj daşımaları. Mütəmadi daşımalar üçün icazə sistemi (qaydaları) təyin olunur. Qeyrimütəmadi daşımalar özü «kommersiya daşımaları», habelə «qeyri kommersiya daşımaları» anlamı ilə iki növə ayrılır. Kommersiya məqsədləri üçün qeyrimütəmadi daşımalar da yalnız icazə sisteminə əsasən həyata keçirilə bilər. Dövlətin ərazi hüdudlarında yerinə yetirilən daşımalar kabotaj daşımaları adlanır.



Aviasiya müəssisəsinin təhlükəli yüklərlə işlərin görülməsinə dair xüsusi razılığının (lisenziyasını) olması haqqında qeyd Azərbaycan Respublikasının hava nəqliyyatının istismarçısının (aviasiya şirkətinin) sertifikatında (şəhadətnaməsində) və yaxud təhlükəli yüklərin saxlanılması, yüklənməsi, boşaldılması və nəqli ilə məşğul olan mülki aviasiya subyektinin uyğunluq sertifikatında əks etdirilməlidir.

İstifadə olunmuş ədəbiyyat siyahısı:

  1. http://extwprlegs1.fao.org/docs/pdf/aze163812.pdf



  1. http://bilasuvar.cls.az/front/files/libraries/525/books/206907138.pdf



  1. https://mincom.gov.az/az/view/organization/23/



  1. https://icao.int/



  1. https://www.asstra.com/az/t%C9%99hl%C3%BCk%C9%99li-y%C3%BCkl%C9%99rin-da%C5%9F%C4%B1nmas%C4%B1/



  1. https://www.azal.az/upload/pdf/General_Conditions_of_Passenger_and_Baggage_Carriage_az.pdf



Yüklə 63,24 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin