Azerbaycan hava yolları” qsc milli Aviasiya Akademiyası Sərbəst iş No 1 Fakültə



Yüklə 51,01 Kb.
səhifə10/10
tarix02.01.2022
ölçüsü51,01 Kb.
#35095
1   2   3   4   5   6   7   8   9   10
tarix serbest is1

Son tunc — erkən dəmir dövründə (e. ə. XIV — e. ə. VII əsrlər) təsərrüfatın və mübadilənin daha da inkişaf etməsi tayfa başçılarının və əyanların icmanın əsas kütləsindən ayrılmasına, ailələr arasında əmlak bərabərsizliyinin dərinləşməsinə gətirib çıxartdı. Nəticədə ibtidai icma quruluşunun dağılma prosesi özünün son mərhələsinə çatdı. Var — dövlət və sərvət əldə etmək üçün müharibə peşəyə çevrilməyə başladı. E. ə. II minilliyin ortalarına aid külli miqdarda çoxnövlü hücum və müdafiə silahlarının tapılması tayfalararası müharibələrin geniş miqyası və amansızlığından xəbər verir. Dəmir istehsalının başlanğıc mərhələsində (e. ə. XII — e. ə. XI əsrlər) əmək alətləri ilə yanaşı, çoxlu silah düzəldilməsi cəmiyyətin silahlanmasına imkan yaratmışdı. Müharibələr zamam tutulmuş əsirlər qul edilərək istehsala cəlb olunurdular.

Bu dövrdə süni suvarmanın genişləndirilməsi əkinçiliklə yanaşı, bağçılıq, bostançılıq və üzümçülüyün inkişafına şərait yaradırdı. Yaylaq maldarlığı genişlənir, atçılıq sürətlə inkişaf edirdi. Atdan hərbi yürüşlərdə və köç arabalarında istifadə edilməyə başlanmışdı. Sarıtəpədən (Qazax) tapılmış qablar üzərində təkər, Xaçbulaqda (Daşkəsən) tapılmış tunc kəmər üzərində isə iki at qoşulmuş döyüş arabası təsvir edilmişdir.

E. ə. II minilliyin sonunda Azərbaycanda soyuqüfurmə texnikasına əsaslanan dəmir istehsalına başlanmışdı. Metallurgiya və metalişləmə sənəti yüksəliş keçirirdi. Sənətkarlıqda dabbaqlıq (gön — dəri), toxuculuq sahələri də mühüm yer tuturdu. Mingəçevirdə tapılmış boyanmış yun və kətan parça qalıqları toxuculuğun və boyaqçıhğın yüksək inkişafından xəbər verir. Saxsı qab istehsalında ayaqla hərəkətə gətirilən dulus çarxının geniş tətbiqi istehsalın həcmini və məhsulun keyfiyyətini artırmışdı. Vətənimizin Gəncə bölgəsində qara və boz rəngli qab — qacaq, Qarabağda qara cilalı və həndəsi naxışlı saxsı qab hazırlanması üstünlük təşkil edirdi. Naxçıvan və Urmiya bölgələrində insan, heyvan, quş təsvirləri olan birrəngli və çoxrəngli boyalı qablar geniş yayılmışdı. Saxsı nehrələrə də rast gəlinir.

Son tunc — erkən dəmir dövründə təsərrüfatın mühüm sahələrinin inkişafı tayfalararası və ölkələrarası ticarəti daha da gücləndirmişdi. Alqı — satqı davar, qaramal, yun, əkinçilik, maldarlıq və sənətkarlıq məhsulları ilə apanhrdı. Davarla yanaşı, müəyyən çəkisi olan metal parçaları, silah və s. pul kimi işlənilirdi. Azərbaycanın Ön Asiya, xüsusilə Mesopotamiya (İkiçayarası) ölkələri ilə müntəzəm ticarət əlaqələri var idi. E. ə. II -1 minilliklərdə Assuriyadan Azərbaycana silah və bəzək şeyləri gətirilirdi. Urmiya gölünün cənubunda yerləşən Həsənli abidəsində Assuriyadan gətirilmiş və üzərində e. ə. XIV əsrə aid yazı olan toppuzun, Xocalıda üzərində Assur hökmdarının adı yazılmış muncuğun, Qarabağda və digər yerlərdə assur tipli şirli qabların tapılması Azərbaycan — Assuriya ticarət əlaqələrindən xəbər verir. Qərbi Azərbaycanda hazırlanmış tunc kəmər və qalxan döşlüyü Kiyevədək, balta və yabalar isə Tehran və Kaşana qədər gedib çıxmışdır.



Beləliklə, ibtidai cəmiyyət daxilində xüsusi mülkiyyətin, mülki bərabərsizliyin, ictimai təbəqələşmənin yaranması və sənətkarlığın müstəqil peşəyə çevrilməsi icma daxilində birgə əmək, birgə əmlak və birgəyaşayış qaydalarının pozulmasına gətirib çıxartmışdı. Azərbaycanda qəbilə icmasının və icma təsərrüfat formasının dağılması prosesi e. ə. II minilliyin sonu — I minilliyin başlanğıcında başa çatmışdır.
Yüklə 51,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə