Azerbaycan hava yolları” qsc milli Aviasiya Akademiyası Sərbəst iş No 1 Fakültə


Paleolit (qədim daş dövrü) 3 dövrə bölünür



Yüklə 51,01 Kb.
səhifə2/10
tarix02.01.2022
ölçüsü51,01 Kb.
#35095
1   2   3   4   5   6   7   8   9   10
tarix serbest is1

Paleolit (qədim daş dövrü) 3 dövrə bölünür:

  1. Alt paleolit 1,5 milyon il bundan əvvəldən 100 min il bundan əvvələ qədər davam etmişdir. Azıx mağarası Azərbaycanda ən qədim paleolit düşərgəsidir və ölkəmizdə ən qədim daş alətlər burada tapılmışdır. «Quruçay mədəniyyəti»nə aid edilən bu alətlər təxminən 1,5 milyon il bundan əvvəl Azərbaycanda bacarıqlı insanın yaşadığını sübuta yetirir. Həmin alətlər belə söyləməyə imkan verir ki, Avroasiya ərazisində ilkin insan yurdu bizim Vətənimizdə — Azərbaycanda tapılmışdır.
    Bacarıqlı insan əmək alətləri düzəldə və onlardan istifadə edə bildiyinə görə belə adlanmışdır. Alt paleolitdə bacarıqlı insanların məcburi şəkildə birləşdiyi ibtidai insan dəstələri sadə əmək alətləri düzəldir, hazır təbiət məhsulları ilə qidalanır, yığıcılıq və ovçuluqla məşğul olurdular. Təxminən 700 min il bundan əvvəl Azərbaycanda insanlar od əldə etməyi və onu qoruyub saxlamağı bacarmışlar. Azıx mağarasında dünyada ən qədim ocaq yeri tapılmışdır. Ocağın ətrafında hörülən divar Azıx mağarasının qədim sakinlərinin daha düşüncəli və bacanqlı olduqlarını göstərir. Mağarada tapılmış insanın alt çənə sümüyü 350 -400 min il bundan əvvələ aiddir. Həmin çənə sümüyünün aid olduğu insan Azıxantrop (Azıx adamı) adlanır. Bu tapıntı Azərbaycanın dünyada ən qədim insan məskənlərindən biri olmasının göstəricisidir.

  2. Orta paleolit dövrü (təxminən e. ə. 100 — 40-cı minilliklər) Mustye dövrü adlanır. Bu dövrdə insanlar çaxmaqdaşı və dəvəgözü nüvələrindən lövhə və qəlpələr qoparır, iti uclu əmək alətləri düzəldərək ovçuluqda istifadə edirdilər. İbtidai insan dəstəsində kişilər ovçuluqla, qadınlar isə ev işləri və yığıcılıqla məşğul olurdular. Qarabağda Tağlar mağarasındakrocaq yerləri insanın süni od əldə etmək vərdişinə tamamilə yiyələndiyini göstərir. Orta paleolitdə yaşayan qədim insanları neandertal (bu tip insan qalıqları ilk dəfə Almaniyadakı Neandertal mağarasında tapılmışdır) adlandırırlar.


  3. Yüklə 51,01 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə