Azərbaycan Memarları
Dünyanın qədim mədəniyyət mərkəzlərindən biri olan Azərbaycan torpağı dünya mədəniyyətinə nəhəng istedadlar bəxş edərək həmişə mahir sənətkarlar yurdu kimi tanınmışdır. Bu qədim diyarın qüdrətli qələm sahibləri, dahi söz ustadları ilə yanaşı, məharətli sənətkarları da elimizi, obamızı, şəhərlərimizi sənətləri ilə məşhurlaşdırmış, xalqımızın böyük zəkasını dillərdə əzbər etmiş, əcdadlarımızın saysız-hesabsız maddi-mədəniyyət abidələrini yaratmışlar
Memarlıq - insanın həyat və fəaliyyəti üçün məkan mühitini əmələ gətirən bina və qurğular sistemidir. Bu bina və qurğuların gözəllik qanunlarına uyğun olaraq yaradılması sənətidir. Monumental memarlıqla bərabər tarix boyu xalq memarlığı da inkişaf edib. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Memarlıq insanların həyat və fəaliyyəti üçün məkan mühitini formalaşdırır. Məhz bu, Memarlığı — Sənət – İncəsənət edir. Həmçinin memarlıq da hər bir incəsənət növü kimi, cəmiyyətin həyatı, onun tarixi, baxışları və ideologiyası ilə sıx bağlıdır. Memarlıq sənəti – həqiqətən də ictimai bir sənətdir . Təsadüf deyil ki, böyük sivilizasiyaları yalnız müharibələr və ya ticarətinə görə deyil, hər şeydən əvvəl, vaxtilə tikilmiş memarlıq abidələrinə əsasən xatırlanır. Memarlıq – bir şəhərin, dövlətin və bütovlükdə bir dövrün xüsusi “vizit kartıdır”!
Tarix boyu xalq memarlığı inkişaf etmişdir. Hər bir xalqın və dövlətin onun yaşam tərzini və ənənələrini əks etdirən memarlıq tarixi vardır. Mənsub olduğu xalqın həyat tərzini və estetik görüşlərini əks etdirən xalq memarlığı monumental memarlıq üçün tükənməz yaradıcılıq mənbəyi olub.
Azərbaycanın bir çox tanınmış və istedadlı memarları olub onlardan bir neçəsi aşagidakilardir
Əcəmi Naxçıvani (XII əsrin 20-ci illəri – XII əsrin sonu)
Əcəmi Əbubəkr oğlu Naxçıvani Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisidir. Yaratdığı abidələrin üzərindəki kitabələrdə özünü “Əbubəkr oğlu Əcəmi, Naxçıvanlı memar” adlandıran sənətkarın təsviri sənəti, mühəndisliyi memarlıqla sintetik şəkildə birləşdirdiyi aydın görünür. Şərqin böyük dühaları ona “Şeyxül-mühəndis” (mühəndislərin başçısı) fəxri adı vermişdilər.
Əcəminin yaradıcılığı XII əsrdə qüdrətli Azərbaycan Atabəyləri dövlətinin paytaxtı Naxçıvanla bağlı olmuşdur. Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında “Atababa günbəzi” adı ilə tanınan bu türbə 1162-ci ildə tikilmişdir. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaltmışdır.
Əmirəddin Məsud Naxçıvani (XII əsr)
Naxçıvan memarlıq məktəbinin nümayəndələrindəndir. Naxçıvanda Eldənizlər sarayında yaşamışdır. Əcəmi memarlıq üslubunun davamçısı оlmuş, dini və xatirə memarlığı ilə yanaşı, ictimai binaların inşasında və bəzədilməsində də iştirak etmişdir. Müasiri Nizami Gəncəvi kimi Əmirəddin Məsud Naxçıvani də ulduzların Yerdə baş verən hadisələrə müdaxiləsi barədə saray münəccimlərinin fikirlərini qəbul etməmiş, оnlar atəbəyi guya 40 gəz (42 m) tоrpağı sоvurub aparacaq qasırğa qоpacağına inandırmağa cəhd göstərərkən buna etirazını bildirmişdir. Təkzibində haqlı оlan Ə.M.N. bunu şeirlə də ifadə etmişdir. Bu barədə “Əcaib əl-buldan” əsərində bəhs оlunur
Zivər bəy Əhmədbəyov (1811, Şamaxı – 1874, Şamaxı)
Zivər bəy Əhmədbəyov 1873-cü ildə Şamaxı şəhərində doğulub. Orta təhsilini Şamaxıda almışdır. 1902-ci ildə Peterburq İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1910-cu ildən Bakı şəhərində yaşayıb. 1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının idarəsində sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub.
1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin, Göyçayda Əbülfəzlil Əbbas məscidinin[2] (1898-1902), Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.
Əhməd Naxçıvani (XIII-XIV)
Əhməd ibn Əyyub əl Hafiz Naxçıvani Naxçıvanın memarlıq məktəbi üslubunda abidə və tikililər yaradaraq Naxçıvanın memarlığının inkişafında mühüm rol oynamışdır. Bərdədəki kərpicdən hazırlanmış minarəli məqbərə (1322) və Baba məqbərəsinin (XIV əsr) memarı Əhməd ibn Əyyub əl Hafiz hesab edilir.
Qasım bəy Hacıbababəyov (1812-1874)
Qasım bəy Hacıbaba bəy oğlu Hacıbababəyov 1868-ci ilədək Bakı şəhərinin memarı, 1868-ci ildən 1874-cü ilədək Şamaxının memarı olmuşdur.
Parapet bağı (Fəvvarələr bağı), Nizami muzeyi (1860), “Araz” kinoteatrı kompleksi, Sahil (1860-1861), Sisiyanov parkı (1860), Vorontsov küçəsi 1-də yaşayış binası, (1870), Əyri (Krivaya) küçəsindəki yaşayış binaları (1870) Qasım bəy Hacıbababəyovun əl işləridir
Səfixan Qarabaği (1817-1910)
Səfixan Qarabağinin Qarabağ memarlığının inkişafında xüsusi xidməti olub. Onun inşa etdiyi tikililərdə, xüsusilə məscidlərdə şərq memarlığına xas olan konstruktiv elementləri yerli ənənələrlə əlaqələndirib. Bərdədə İmamzadə məscidinin yenidən qurulması (1868), Ağdamda məscid (1870), Şuşada Aşağı məscid (1874-75) və Gövhərağa məscidinin bərpası (XIX yüzil), eləcə də Odessada Tatar məscidi (1870), Aşqabadda “Qarabağlılar” məscidi (1880) Kərbəlayi Səfixan Qarabağinin ən yaxşı əsərləridir.
Mikayıl Hüseynov (1905-1989)
Mikayıl Ələskər oğlu Hüseynovun layihələri əsasında Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə və digər bölgələrdə mədəni-məişət binaları tikilmişdir.
Bakıda yerləşən “Alimlər evi”, “Monolet”, “Musiqi akademiyası”, “Azərbaycan Milli Elmlər Akademiyası”, “Abşeron” və “Azərbaycan” mehmanxanaları memarın əl işləridir.
Davud Axundov (1918-)
Dövlət mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü olan Davud Axundov Bakıda, Sumqayıtda, Ağdamda, Mingəçevirdə və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifidir.
Davud Axundov islama qədərki və ondan sonrakı dövrün memarlıq abidələri ilə bağlı elmi araşdırmalar aparıb.
Abbas Ələsgərov (1937)
Azərbaycan Memarlar İttifaqı İdarə heyətinin sədri, Azərbaycanın Əməkdar memarı. O, “Bakıdövlətlayihə” institutuna rəhbərlik edərkən, Günəşli, Qanlıgöl, Yeni Yasamal, Əhmədli, Sahil, Badamdar, Lökbatan yaşayış rayonlarının, ÇXR səfirliyi binasının, Milli Parkın baş planının, Milli Məclis deputatları üçün yaşayış
evinin layihələrinə və s. başçılıq etmişdir. Bakı şəhəri Baş Planının müəlliflərindən biridir.
Gülçöhrə Məmmədova (1953)
Elmi fəaliyyətlə də məşğul olan G. Məmmədova bir çox beynəlxalq elmi konfranslarda məruzələrlə çıxış etmiş və bir sıra beynəlxalq layihələrə rəhbərlik etmişdir. O, Beynəlxalq Elmlər Akademiyası Şərqi Avropa bölməsinin və Şərq ölkələri Beynəlxalq memarlıq Akademiyasının həqiqi üzvüdür. Şəki rayonunda Kiş məbədinin, Qəbələ rayonunda Nic məbədinin, Qax rayonunda Qum bazilikasının bərpası, Bakıda “Şərq” MTK-nın 16 mərtəbəli yaşayış binası G. H. Məmmədovanın layihələri əsasında həyata keçirilmişdir.
Rizvan Qarabağlı (1956)
Rizvan Sarı oğlu Qarabağlı Azərbaycan Memarlar İttifaqının üzvüdür. Onun işlədiyi layihələr əsasında Füzuli rayonu ərazisində “Şəhidlər xatirəsinə abidə” kompleksi, “Heydər parkı”, Xırdalan şəhərinin məzarlığında “Seyid Əşrəf məqbərə-məscid memarlıq kompleksi”, eləcə də müxtəlif yerlərdə bir çox yaşayış binaları inşa olunub.
Respublikamızın Memarlıq Cəmiyyətinə şərəf gətirən Azərbaycan memarlarının qazandığı bu uğurlar həm də zəngin memarlıq ənənələrimizin ölkəmizdən kənarda, beynəlxalq aləmdə təntənəsi, qələbəsidir.
Dostları ilə paylaş: |