AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   ...   7   8   9   10   11   12   13   14   15

 
ƏDƏBİYYAT 
1. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. I cild. Bakı: “Lider nəşriyyat”, 2005, 256 səh. 
2. Folklor və yazılı ədəbiyyat. Bakı: “Nurlan”, 2013, 236 səh. 
3.  Məmməd  Cəfər.  Azərbaycan  ədəbiyyatında  romantizm.  Bakı:  Azərb.SSR  EA 
nəşriyyatı, 1963 
4. Hüseyn Cavid. Əsərləri. Beş cilddə. II cild. Bakı: “Lider nəşriyyat”, 2005, 352 səh. 
5. Nizami Gəncəvi. Xosrov və Şirin. Bakı: “Lider nəşriyyat”, 2004, 392 səh. 
6. Əliyev H. S.Vurğunun 90 illik yubileyinə həsr edilmiş gecədəki nitq. Bakı: 1996 
7. Əliyev H.ebooks.preslib.az/pdfbooks/azbooks/H.Aliyev-kul/9.pdf  
 
Tahir Orucov 
Filologiya üzrə fəlsəfə doktoru,dosent 
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         131 
 
 
131
 
 
 
AŞIQ POEZİYASINA YENİ BAXIŞ 
    
Ozan-aşıq sənəti  Azərbaycan türklərinin tarixi, etnik-mədəni dünya görü-
şünün ayrılmaz bir  hissəsidir. Bu sənət hər zaman olduğu kimi,  bu gün də  icti-
mai-mədəni həyatında önəmli rol oynamaqdadır. Mənsub olduğu xalqın sevimli-
sinə çevrilən aşıq sənəti XX əsrin 30-cu illərindən başlayaraq sistemli və ardıcıl 
şəkildə  tədqiq  olunmaqdadır.  Belə  tədqiqatlardan  biri  də  filologiya  üzrə  fəlsəfə 
doktoru,  SDU-nun  dosenti  Avtandil  Ağbabanın  “Durnam,  gedər  olsan  bizim 
ellərə”  kitabıdır  (Bakı,”Qanun”  nəşriyyatı,  2009).  Əsərin  elmi  redaktoru  filolo-
giya  üzrə  elmlər  doktoru,  professor  İsrafil  Abbasov,  rəyçisi  isə  filologiya  üzrə 
elmlər doktoru Aslan Bayramovdur. 
Qeyd etmək  lazımdır ki, alimin  bu tədqiqat işi, son dövr Azərbaycan  fol-
klorşünaslığında yeni bir hadisədir. Çünki Azərbaycan aşıq poeziyasının son yüz 
ildə keçdiyi tarixi inkişaf yoluna diqqətlə nəzər saldıqda görürük ki, Azərbaycan 
xalqının sonuncu dəfə əldə etdiyi tarixi  müstəqillik  illərinə qədər aşıq poeziya-
sında deportasiya mövzusuna toxunulmamışdır. Bu da səbəbsiz deyildir. Belə ki, 
sovet imperiyasının apardığı siyasət nəticəsində zaman-zaman xalqın başına gə-
tirilən  soyqırımı  və  deportasiyaları  əks  etdirən  əsərlər  tədqiqatdan  kənarda  qal-
mışdır.  Müəllif  Azərbaycan  aşıq  poeziyasının  tədqiqi  tarixinə  toxunaraq  yazır: 
“Azərbaycan  aşıq  yaradıcılığında  gözəllik,  məhəbbət  haqqında  şeirlər  kifayət 
qədər tədqiq olunsa da, deportasiya, soyqırımı və repressiyaları əks etdirən əsər-
lər  barədə,  demək  olar  ki,  söhbət  açılmamışdır.  Azərbaycan  aşıqlarının  ictimai 
motivli şeirlərindən bəhs olunarkən sovet ideologiyasının təsiri ilə bütün bunlara 
birtərəfli  yanaşılmış,  məsələnin  əsil  mahiyyəti  açıqlanmamışdır.  Folklorşünas 
alimlərimiz  bu  cür  şeirlərdə  əsasən  yerli  xan-bəy  zülmünün,  çar  məmurlarının 
özbaşınalığını  tənqid  edildiyini  göstərməklə  kifayətlənmişlər.”  Bu  mövzunun 
Azərbaycan  folklorşünaslığı  tarixində(aşıq  poeziyası  istiqamətində)  ilk  tədqi-
qatçısı məhz Avtandil Ağbabadır. “Durnam, gedər olsan bizim ellərə” adlı kita-
bında  oxuyuruq:  “ermənilərin,  onların  havadarlarının  Şərqi  Anadolu  və  Azər-
baycan türklərinin  başına gətirdikləri  faciələr, soyqırımı, deportasiya  və repres-
siyalar  Ağbaba-Çıldır aşıqlarının poeziyasında özünün dolğun əksini tapmışdır. 
XIX  əsrin  əvvəllərindən  başlayaraq  sonuncu  1988-ci  il  deportasiyasınadək  bu 
qanlı faciələrin təsvirinə həsr olunmuş aşıq şeirləri ilk dəfədir ki, ayrıca tədqiqat 
obyektinə çevrilir”. Deməli, Çar Rusiyası öz məqsədinə çatmaq üçün adı gedən 
bölgələrdə  məkrli  siyasət  yürüdür,  separatçı  erməni  qüvvələrindən  istifadə 
edərək  yerli  əhalini  hər  vasitə  ilə  sıxışdırmağa  çalışırdı.  Bu  proses  Azərbaycan 
torpaqlarının tam  işğalından  sonra daha da gücləndi. Beləliklə, Qərbi  Azərbay-
canda  yaşayan azəri türklərinin deportasiyasının təməli qoyuldu. Zaman-zaman 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         132 
 
 
132
həyata keçirilən bu deportasiya və soyqırımı nəhayət ki, 1988-ci ildə başa çatdı-
rıldı. Törədilən bu tarixi cinayətlər xalq sənətkarları olan aşıqlarımızın yaradıcı-
lığında  ürək  yanğısı  ilə  əks  olunurdu.  Alim  tədqiqat  əsərində  Azərbaycan  aşıq 
yaradıcılığı  tarixində  önəmli  yer  tutan  Ağbaba-Çıldır  aşıq  mühitinin  görkəmli 
nümayəndələrindən  Aşıq  Şörəyelli  Əfkarinin,  Aşıq  Qəhrəmanın  (XIX-XX  əsr-
lər),  Çorlu  Məhəmmədin  (XX-əsr)  Əhməd  Məzluminin  (XIX-XX  əsrlər),  Aşıq 
Üzeyirin  (XVIII-XIX  əsrlər),  Qul  Əhmədin  (XIX-XX  əsrlər),  Aşıq  Şenliyin 
(XIX-XX əsrlər ), Aşıq Nəsibin (XX əsr), Aşıq İsgəndər Ağbabalının (XX əsr), 
Aşıq  Məhərrəmin  (XX  əsr),  Aşıq  Heydərin  (XX  əsr),  Aşıq  Paşa  Göydağlının 
(XX əsr), el şairlərindən Əli Bayramovun, Məcnun Ağbabalının, Sultan Orucoğ-
lunun  və  başqa  sənətkarların  poeziyasında  erməni  qaniçənlərinin  törətdikləri 
ağılagəlməz  vəhşiliklər  ürək  yanğısı  ilə  təsvir  edilmişdir.  Erməni  daşnaklarının 
1918-ci ildə törətdikləri qətliamları öz gözləri ilə görmüş Aşıq Qəhrəmanın şei-
rinə diqqət yetirək: 
 
Qəhrəman, səni sağ qalmaz olaydın, 
Bu fani dünyaya gəlməz olaydın. 
Şörəyeli belə bilməz olaydın, 
Sahibsiz vətənlər, insan qalmamış. 
 
Xüsusi qəddarlıqla törədilmiş qanlı faciələr zamanı mənfur erməni daşnak-
larının etdiyi cinayətlərin sayı-hesabı yox idi. Aşıq Qəhrəman sahibsiz uşaqların 
fəryadını, körpəsini axtaran anaların naləsini, viran qalmış kəndlərin ürək sızla-
dan görkəmini təsvir edərkən eşitdiklərinə deyil, gözləri ilə gördüklərinə əsasla-
nırdı.  Tarixi  faktlar  onu  deməyə  əsas  verir  ki,  Azərbaycan  xalqının  soyqırımı, 
repressiya  və  deportasiyasından  iki  yüz  ilə  yaxın  dövr  keçməsinə  baxmayaraq 
(1828-ci il tarixdən etibarən Qərbi Azərbaycandan azəri türklərinin deportasiya-
sının təməli qoyuldu) o qanlı faciələrin tarixi təkrarı günümüzdə də davam edir. 
Qeyd  edək  ki,  erməni  qaniçənlərinin  törətmiş  olduqları  saysız-hesabsız  tarixi 
faciələrdən  biri  kimi,  Şörəyel  qırğınlarının  dəhşətinə  tab  gətirə  bilməyən  Aşıq 
Qəhrəman “Bu fani dünyaya gəlməz olaydım” deyə özünü qınayır. 
Ağbaba-Çıldır bölgəsində  məqsədli şəkildə  həyata keçirilən  faciələri göz-
ləri ilə görmüş el şairi Vəli Aras Əfəndinin qələmə aldığı “Erməni” rədifli qoş-
masında  isə  erməni  daşnaklarının  “Böyük  ermənistan”  xülyasına  ikrah  hissi  ilə 
cavab verərək, onları bu çirkin əməllərindən çəkinməyə çağırırdı.  
 
Qars, Zərşad, Şörəyel öksüzdür sanma, 
Azğın keşişlərin sözünü qanma. 
Ərzurum, Ərzincan adını anma, 
Eyləmə “bəyliyə” hava, erməni. 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         133 
 
 
133
Kitabda digər bir ustad aşığın XIX-XX əsrlərdə  yaşayıb-yaratmış Əhməd 
Məzluminin  yaradıcılığında  da  Ağbaba-Çıldır  bölgəsində  rusların  yardımı  ilə 
ermənilərin  törətmiş  olduqları  soyqırımı  və  repressiyaların  şeirlərindəki  dolğun 
poetik ifadəsi göz önündədir. Kitabdakı nümunəyə diqqət yetirək: 
 
Kapan qapan oldu, talan-talana, 
Əski şad günümüz döndü yalana. 
O ki dövlətimiz getdi düşmana, 
Cift çubuk düzərmi bizim ellərdə?          
 
Bu  şeir  parçasında  “Əhməd  Məzlumi  çəkdiyi  iztirabları,  doğma  yurduna 
sonsuz məhəbbətini təbii boyalarla əks etdirir.” Kitabda adı gedən, qüdrətli saz-
söz ustadlarından  biri kimi,  Aşıq Nəsibin odlu-alovlu, üsyankar ruhlu şeirlərin-
dən  söz  açmaya  bilmərik.  Onun  şeirlərində  milli-estetik  yaddaşın  və  türkçülük 
məfkurəsinin güclü təzahürü diqqəti cəlb edir. “Erməni” rədifli  şeirində oxuyu-
ruq: 
 
Yaranandan şeytan oldun, 
Yalandı sözün, erməni. 
Elləri dərbədər saldın, 
Tökülsün gözün, erməni. 
             
Qarışdırdı insanları, 
Oğlanın, qızın, erməni. 
Zülüm etsin haqqın özü, 
Qalmasın tozun, erməni. 
 
Aşıq bu şeirində erməniləri yaranışdan pis niyyətli, aravuran, xəbis və xain 
bur xalq kimi təsvir edir. Azərbaycanlılara qarşı ermənilərin törətdikləri sonuncu 
deportasiya 1988-1989-cu illərdə baş verdi.Bu deportasiya və soyqırımın zorakı-
lığı, əzab və iztirabları Ağbaba bölgəsində yaşayıb-yaradan sənətkarlardan: Aşıq 
İsgəndər Ağbabalının, Aşıq Paşa Göydağlının və Aşıq Fəğfurun şeirlərində real 
ifadəsini tapmışdır. 
Yeri, a aşıq, yeri, 
Elə yar, aşıq yeri. 
Vətənin qürbətdədir, 
Yoxdur bir işıq yeri. 
 
Aşıq İsgəndər Ağbabalının bu bayatısında erməni zorakılığı, yurd həsrəti, 
vətən yanğısı daha qabarıq şəkildə öz əksini tapmışdır.   

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         134 
 
 
134
Uğurlu tədqiqat işi təsdiq edir ki, son iki yüz il ərzində Azərbaycanın tari-
xi  taleyində  oynanılan  məkrli  siyasət  nəticəsində  aparılan  etnik  təmizləmə,  de-
portasiya, soyqırım və kütləvi sürgünlər, Ağbaba-Çıldır aşıq mühitinə də öz da-
ğıdıcı  təsirini  göstərmişdir.  Diqqəti  çəkən  amillərdən  biri  də  odur  ki,  Avtandil 
Ağbaba bu tədqiqat işində yalnız Ağbaba-Çıldır aşıq mühiti haqqında deyil, eyni 
zamanda yeri gəldikcə “Göyçə” və “Dərələyəz” aşıq mühitlərinin ustad aşıqları-
nın poetik nümunələrinə də müraciət edərək, o mühitlərin də erməni daşnakları-
nın törətdikləri qırğınlardan yan keçmədiyini diqqətə çatdırır. Azərbaycanın tari-
xi  coğrafiyasının  ayrılmaz  tərkib  hissəsi  olan  Ağbaba-Çıldır  bölgəsi  ozan-aşıq 
sənətinin  ən  qədim  yurdlarından  sayılır.  Belə  ki,  tarixin  müxtəlif  dövrlərində 
Ağbaba-Çıldır  açıq  mühitində  Pir  Sultan  Abdal  (XVI  əsr),  Aşıq  Ömər  (XVII 
əsr),  Aşıq  Həsən  (XVIII  əsr)  və  Aşıq  Şenlik  (XIX-XX  əsr)  kimi  onlarca  adları 
bizə  məlum  olmayan  ulu  ustadlar  yetişmişlər.Tədqiqatçının  qeyd  etdiyi  kimi, 
Ağbaba-Çıldır aşıq mühiti kəşməkəşli tarixə malik olmaqla bərabər, uzun müd-
dət Azərbaycan folklorşünaslığının tədqiq obyektindən kənarda olduğu üçün re-
gionun tarixi-mədəni coğrafiyası öyrənilməmişdir. Sözü gedən məsələnin səbəbi 
araşdırılarkən yenə də mənfur erməni təcavüzünün, terrorunun, soyqırımının şa-
hidi oluruq. Tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda ermənilər havadarla-
rının köməkliyi ilə dövlət qurandan sonra Ağbaba-Çıldır bölgəsi ilə əlaqə demək 
olar  ki,  kəsilir.  Nəticədə  xalq  inciləri  vaxtında  toplanmamış,  beləliklə  dəyərli 
folklor mətnləri unudulmuşdur. Zaman-zaman şahidi olduğumuz bu itkilərin ağ-
rı-acısı  sosial  mənşəyindən, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlını 
narahat etməyə bilməz. Ən azından ona görə ki, Azərbaycanımızın tarixi coğra-
fiyasının sərhədləri folklorumuzun əbədi yaddaşında bölünməzdir. Beləliklə, er-
mənilər özlərinin çirkin məqsədlərinə ‒ monoetnik erməni dövləti yaratmağa na-
il  oldular.  Rus  və  erməni  işbirliyi  nəticəsində  törədilən  deportasiya,  soyqırımı 
Ağbaba-Çıldır aşıq mühitinin ayrılmaz tərkib hissəsi olan Ahıska-Ahılkələk böl-
gələrindən də yan keçməmişdir.  
Tədqiqatçı-alim  Avtandil  Ağbabanın  bu  kitabı  müasir  folklorşünaslıq  el-
minin  qarşısında  duran  vəzifələrin  həlli  baxımından  böyük  əhəmiyyət  daşıyır. 
İnanırıq  ki,  tədqiqatçı  gələcəkdə  də  bu  mövzuya  yenidən  müraciət  edəcək  və 
sanballı tədqiqatları ilə yeni-yeni uğurlara imza atacaq. 
 
 
Balakişi İsgəndərov  
         
Sumqayıt Dövlət Universitetinin müəllimi 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         135 
 
 
135
İtkilərimiz 
 
 
HEYƏT CAVAD MİRZƏLİ OĞLU  
 
Azərbaycanın  elmi-ədəbi  ictimaiyyətinə  ağır 
itki üz vermişdir. Görkəmli həkim, tanınmış publisist, 
türkoloq və ədəbiyyatşünas Cavad Mirzəli oğlu Heyət 
2014-cü il avqustun 12-də ömrünün 90-cı ilində vəfat 
etmişdir. 
Cavad Heyət – cərrah-alim, Beynəlxalq Cərrah-
lar  Cəmiyyətinin  idarə  heyətinin  və  Paris  Cərrahlar 
Akademiyasının  üzvü,  “Varlıq”  dərgisinın  təsisçisi, 
türkologiyaya  aid  yeddicildlik kitabın  müəllifi,  Azər-
baycanın  müxtəlif  universitetlərinin  fəxri  doktoru  və 
professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də 
İstanbul  Universitetinin 
professoru  fəxri  doktoru 
idi 
(həm tibb, həm də türkologiya sahəsi üzrə). 
 
Cavad  Heyət  1925-ci  il  may  ayının  24-də 
Təbriz şəhərində anadan olmuşdur. Orta hərbi məktəbi bitirdikdən sonra Tehran 
Universitetinə daxil olmuşdur. 1943–1946-cı illərdə Türkiyənin İstanbul Univer-
sitetində tibb fakültəsində oxumuşdur. 
Əmək  fəaliyyətinə  1946-cı  ildə  İstanbul  Universitetində  başlayan  Cavad 
Heyət 1952-ci ildə yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək İrana qayıtmış-
dır.  Doktor  Cavad  Heyət  İranda  eksperimental  cərrahiyyənin  təməlini  qoymuş 
və tibb sahəsindəki nailiyyətləri ona böyük şöhrət gətirmişdir. 
Cavad Heyətin zəngin və çoxşaxəli elmi fəaliyyətində Azərbaycan ədəbiy-
yatı tarixi, türkologiya, türk xalqlarının tarixi, milli folklor və eləcə də islamşü-
naslığa dair tədqiqatlar mühüm yer tutub. Bu əsərlərdə Azərbaycan dilinin inki-
şaf  mərhələləri,  şifahi  xalq  ədəbiyyatı,  ədəbiyyatşünaslıq,  ədəbi  tənqid,  publi-
sistika  və  fəlsəfə  tarixinin  çeşidli  məsələləri  əhatə olunmuşdur.  Alim  mədəniy-
yətin müxtəlif problemlərinin öyrənilməsində də hər zaman tarixi həqiqətlərdən 
çıxış edərək obyektivlik nümayiş etdirmişdir.  
Cavad  Heyət  həmçinin  “Varlıq”  dərgisinin  təsisçisi  idi.  O,  36  ildən  artıq 
türk və  fars dillərində  yayılan  bu ədəbi-mədəni dərgini  nəşr etdirib
. Cavad He-
yətin tədqiqatlarında və publisistik məqalələrindəki əsas fikir və mülahizələrinin 
böyük qismi məhz “Varlıq” jurnalı səhifələrində öz əksini tapmışdır. 
Cavad  Heyət
  filologiya  və  türkologiya  sahəsində  “Azərbaycan  ədəbiyyat 
tarixinə  bir  baxış”, “Azərbaycan şifahi  xalq ədəbiyyatı”,  “İki dilin  müqayisəsi” 
kimi dəyərli kitabların müəllifidir.  

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         136 
 
 
136
2011-ci  ildə  alimin  “Dilimiz,  ədəbiyyatımız  və  kimliyimiz  uğrunda”  adlı 
ikicildliyi işıq üzü görmüşdür. Bu kitabda Cavad Heyətin bir sıra araşdırmaları, 
məktubları,  dilimiz,  yurdumuz,  islamşünaslıq  barəsində  nəşr  etdirdiyi  məqalə-
ləri, həmçinin özü haqqında məqalələr yer alıb. Nəşrdə alimin əsərlərinin biblio-
qrafiyası da verilmişdir.  
Kitabın birinci cildinin ilk fəslində dilçiliyə aid məqalələr öz əksini tapıb. 
“Dil –  Ana dili  və əhəmiyyəti” başlıqlı  məqaləsində  müəllif dilin əhəmiyyətin-
dən bəhs edib. O, ana dilinin inkişafına daxili və xarici amillərin təsir göstərdi-
yini  vurğulayıb.  Bundan  başqa  məqalədə  dillərin  morfoloji  baxımdan  mənsub 
olduqları  dil  ailəsinə  görə  3  qrupa  bölündüyünü  də  diqqətə  çatdırıb.  Dilçilik 
haqqındakı digər bir məqaləsi “Yeni dilçilik və dilimizə tətbiqi məsələsi”nə həsr 
olunub. Bu məqalədə alim türk dillərindən Azərbaycan türkcəsi ilə hind-Avropa 
dillərindən farscanı bir-birilə müqayisə edərək türkcənin üstünlüklərini və bu sa-
hədəki  son  çalışmalarının  özətini  verməyə  çalışıb.
 
Dilçilik  bölməsində  “Yeni 
dilçilik  –  Törədici  dilçilik”,  “Yeni  dilçilik  –  Törədici-dönüşümlü  dilçilik  və 
onun dilimizə tətbiqi”, “Türk dillərinin yeni təsnifi”, “Xələc türkcəsi”, “Xorasan 
türkcəsi”,  “Xəmsə”də türkcə sözlər”, “İran türklərinin dil  və ədəbiyyatının qısa 
tarixi”,  “Azərbaycan  türkləşməsi  və  Azərbaycan  türkcəsinin  təşəkkülü”,  “Fü-
zulinin dili və söz xəzinəsi”, “Türk dili araşdırmaları beynəlxalq konfransı” baş-
lıqlı məqalələr də dilçiliklə maraqlananlar üçün olduqca dəyərli qaynaqlardır.  
Kitabın ikinci fəslində ədəbiyyatşünaslıqla bağlı məqalələr və müsahibələr 
yer alıb. Bu bölmədəki “Tofiq Fikrət”, “Şəhriyar bir çıraq idi”, “Saib Təbrizi ya-
radıcılığının Osmanlı şairlərinə təsiri”, “Mövlanə Cəlaləddin Rumi haqqında bir 
neçə  söz”,  “Mehmet  Akif”,  “Məhəmməd  Əmani”,  “Yunus  Əmrəyə  ümumi  ba-
xış”, “Almas İldırımın şeirlər məcmuəsi”, “Murtəza Quluxan”, “Nəvai” adlı mə-
qalələrdə  müəllif  bəhs  etdiyi  şəxsiyyətlərin  həyat  və  yaradıcılıqları  haqqında 
geniş bilgilər verib, onların Azərbaycan və ümumiyyətlə, türk ədəbiyyatlarında-
kı  xidmətlərindən  bəhs  edib.  Bu  bölmədə  “Türkiyə  ədəbiyyatı”  başlıqlı  məqalə 
öz məzmunu ilə diqqət çəkir.  
Kitabın üçüncü fəslində qədim türklərdən – oğuzlardan bəhs edilir. 
Cavad Heyətin “Türk dilləri və ləhcələrinin tarixi” adlı ikicildlik kitabında 
qədim və zəngin tarixli türk dillərinin inkişaf mərhələləri genişliyi ilə araşdırılıb. 
Müəllif  müxtəlif  qaynaqlara  istinad  etməklə  ta  qədimdən  başlayaraq,  müasir 
dövrə kimi türk dillərinin inkişaf prosesini izləmiş, onların keçdiyi inkişaf mər-
hələlərini konkret faktlar əsasında təhlil etmişdir. Burada dil faktları araşdırılıb, 
türk xalqlarının müştərək dil abidələrindən gətirilmiş nümunələrdən gen-bol isti-
fadə olunmuşdur. Türk dillərinin ən qədim monumental yazılı abidələri olan Or-
xon-Yenisey  daş  kitabələri,  “Divanü-lüğat-it-türk”,  “Qutadqu  biliq”,  “Dastani-
Əhməd  Hərami”  və  başqa  mənbələr  dil  faktları  baxımından  araşdırmaya  cəlb 
edilib. Müəllif türk dillərinin təsnifatına, quruluş xüsusiyyətlərinə də xüsusi diq-
qət  yetirib.  Burada  türk  dillərinin  dialektləri  də  geniş  şəkildə  araşdırılıb.  Alim 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         137 
 
 
137
müasir türk dilləri və ləhcələri, onların təsnifi haqqında öz dəyərli fikirlərini qə-
ləmə alıb.  
Cavad Heyət eyni zamanda Azərbaycanın elmi və mədəni nailiyyətlərinin 
geniş  tanıdılması,  təbliği,  eləcə  də  ədəbi  əlaqələrin  möhkəmləndirilməsi  işinə 
əvəzsiz töhfələr vermişdir. 
Cavad Heyət 
Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına  müka-
fatına  və  “Dədə  Qorqud”  Assosiasiyasının  təsis  etdiyi  “Məmməd  Araz”  müka-
fatına layiq görülmüşdür.  
Görkəmli  cərrah,  tanınmış  ədəbiyyatşünas, turkoloq  və  səmimi  insan  Ca-
vad Heyətin əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaq. Ruhun şad 
olsun, qəbrin nurla dolsun, ustad!
 
 
 
Redaksiyadan 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         138 
 
 
138
REDAKSİYAYA TƏQDİM OLUNAN YAZILARIN NORMATİV 
QAYDALARI 
 
1.  Elmi-ədəbi  toplumuz  “Dədə  Qorqud  kitabı”nın  poetika,  mətnşünaslıq, 
ideya-məzmun  problemlərinin  tədqiqi  istiqamətində  aparılan  və folklorun  müx-
təlif  elmi-nəzəri,  praktik  məsələlərini  əhatə  edən,  heç  yerdə  çap  olunmamış 
yüksək  elmi  səviyyəli  araşdırmaları  və  eləcə  də  yazıya  alınmış  yeni  folklor  nü-
munələrini çapa qəbul edir. 
2. Məqalələr Azərbaycan dilində qəbul olunur. 
3. Redaksiyaya təqdim olunan məqalələrin həcmi 15 səhifədən artıq olma-
malıdır. 
4. Redaksiyaya təqdim olunan məqalələrdə müəllifin adı, soyadı, iş yeri və 
e-mail ünvanı göstərilməli, xülasə və açar sözlər verilməlidir. 
5. Xülasə 100, açar sözlər 10 sözü keçməməlidir.  
6.  Şəkillər,  rəsm,  not,  qrafik  və  cədvəllər  çapda  düzgün,  aydın  çıxacaq 
vəziyyətdə olmalıdır. 
7. Sonda göstərilən elmi ədəbiyyat və mənbələr məqalənin içərisində kod-
laşdırılmalıdır. 
8.  Məqalələr,  xülasə  və  açar  sözlər  Winword  proqramında,  Times  New 
Roman  şrifti,  14  punto  böyüklüyündə  yazı  tipi ilə  yazılaraq  diskdə  və  A4  vərə-
qində təqdim olunmalıdır. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         139 
 
 
139
MÜNDƏRİCAT 
 
Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar 
Əzizxan  TANRIVERDİ.  QOHUM  SÖZÜ  İŞIĞINDA,  YAXUD  FƏRQLİ 
ŞƏRH VƏ TRANSKRİPSİYALARA MÜNASİBƏT...................................................3 
 
Folklorşünaslıq: problemlər, tədqiqlər 
Siracəddin  HACI.  QARACAOĞLANIN  ŞEİRLƏRİNDƏ  EŞQ  VƏ 
AŞİQ.............................................................................................................................22 
Əflatun  BAXŞƏLİYEV.    NƏBİ  XƏZRİ    VƏ  FOLKLOR  QAYNAQ-
LARI...............................................................................................................................33 
Şəhla HÜSEYNLİ. ƏFSANƏ VƏ RƏVAYƏTLƏRDƏ FORMULLAR........43 
Qədim RUFULLAYEV.  Z.YAQUB ŞİFAHİ VƏ YAZILI ƏDƏBİYYATIN 
QOVŞAĞINDA.............................................................................................................49 
Nailə ƏBİLOVA. AZƏRBAYCAN NAĞILLARININ RUS DİLİNƏ TƏRCÜ-
MƏSİNDƏ LEKSİK ÜSLUBİYYAT VƏ BƏDİİ NİTQ PROBLEMLƏRİ............55 
Günel HÜSEYNOVA. PEYZAJ, BƏDİİ ƏSƏRİN STRUKTURUNDA ONUN 
YERİ VƏ ROLU...........................................................................................................61 
Vüsalə ZEYNALOVA. ŞƏHRİYARIN ANADİLLİ POEZİYASINDA 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə