AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

İşin məqsədi. Bu məqalədə Qaracaoğlanın şeirlərində eşq və aşiq anlayışı, 
onun bədii ifadə biçimləri tədqiq edilmişdir. Başlıca məqsəd Qaracaoğlanın şeir-
lərində təbliğ etdiyi dəyərləri üzə çıxarmaqdır.  
 
 
1. EŞQ ANLAYIŞI 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         23 
 
 
23
“Eşq” sözü ərəbcədir. “Könül vermək”, “candan, ürəkdən sevmək” məna-
sındadır.  “Eşq”  təsəvvüf  düşüncəsində  bir  termindir.  Təsəvvüf  anlayışına  görə, 
uca  Allah  (c.c)  bilinməsini,  tanınmasını  istəmiş  və  bu  sevgi  varlığı  yaratmağa 
səbəb olmuşdur. Eşqin səbəbi gözəllikdir. Eşq insanı ən gözəl olanı əldə etməyə 
yönəldir,  ona  çalışma,  axtarma  gücü  verir.  Bütün  gözəlliklərin  qaynağı  da  uca 
Allahdır (c.c). 
Uca Allahın (c.c) insana bəxş etdiyi ən böyük nemət sevgidir (eşqdir). Eş-
qi olan insan aşiqdir, onun həyatı sınaq və çətinliklərlə doludur. Gerçək aşiq də 
bütün  çətinlikləri  məğlub  edərək  sevgiliyə  –  uca  Allaha  (c.c)  qovuşan,  Onun 
rəhmətini,  rizasını  qazanan  insandır.  Aşiqlik  fatehlikdir,  onun  vəzifəsi  öncə 
qəlbini  nəfsin  istəklərindən  təmizləmək,  sonra  ruhunu,  uca  Allah  (c.c)  sev-
gisini o arınmış qəlbin soltanı etməkdir. Aşiq öz qəlbini fəth edən iman in-
sanıdır.  
Eşq uca Allahın (c.c) nurudur, gözəlliyidir. Gerçək eşq də ilahi eşqdir, ka-
mil  insanın  eşqidir.  Aşiq  uca  Allahı  (c.c)  sevdiyi,  Ona  aşiq  olduğu  üçün  Onun 
yaratdığı  hər şeyi  sevər. Onun qəlbi  şəfqət, mərhəmət nuru  ilə dolar. Aşiq  bilir 
ki,  uca  Allaha  (c.c)  qovuşmağın,  Onun  sevgisini,  rəhmət  və  bərəkətini  qazan-
mağın  tək  yolu  eşqdir.  Eşqin  yumaq,  təmizləmək,  müsbətə  doğru  dəyişdirmək, 
tərbiyə etmək gücü var. O, insanın qəlbini kin, paxıllıq, xəsislik, təkəbbür, düş-
mənlik, qəzəb, qısqanclıq, qeybət, cahillik kimi çirkin xəstəliklərdən təmizləyir, 
onu nəfsin əsarətindən xilas edir, onu cəhalətin qaranlığından gün işığına çıxarır. 
Eşq  bu  arınmış  qəlbə  nur,  sevgi,  səbir,  rahatlıq,  vəfa,  itaət,  insaf,  şəfqət,  mər-
həmət, həya kimi gözəl mənəvi nemətlər yerləşdirir. 
Eşq ruhun gücünə, uca Allahın (c.c) iradəsinə təslim olmaqdır, onun ölçü-
sü  itaətdir  (sevən  sevdiyinə  itaət  edər).  Aşiq  insan  özünü  insanlıq  adına  fəda 
edəndir, “şəhidi-eşq” olandır. Aşiq hər yerdə və hər şeydə sevgilisini görər, ca-
nını ona fəda edər.  
Eşqin  maddi  və  mənəvi  yönləri  var.  Ancaq  gerçək  eşq  uca  Allaha  (c.c) 
olan  eşqdir.  Ona  aşiq  olan  insan  yaradılanları  Yaradandan  ötrü  sevər.  Bu  eşq 
gözələ deyil, gözəlliyədir. Uca Allah (c.c) sevgisi bütün varlığı ilə Ona dönmək-
dir,  Ondan  başqa  hər  şeyi  unutmaqdır.  Eşq  uca  Allahı  (c.c)  tanımaqdır,  Onun 
sevgisindən  başqa,  hər  bir  istəyi  qəlbdən  çıxarmaqdır.  Eşq  aşiqin  özünü  sevdi-
yinə həsr və aid etməsidir. Eşq dərdinin dərmanı da eşqdir. Eşq ürəkdəki atəşdir, 
bu  atəş  nəfsə  aid  olan  hər  şeyi  yandırıb  kül  edər.  Eşq  çox  dəyərli  bir  quşdur, 
qidası qəlbdədir, o uca mərtəbələrin nərdivanıdır. Aşiq uca Allahı (c.c) tanıyan, 
Onu sevəndir. Eşqin də sonu yoxdur.  
 
2. AŞİQİN UCA ALLAH (c.c) SEVGİSİNİN ƏLAMƏTLƏRİ 
Uca Allah (c.c) sevgisi sözlə olmaz, bu sevgi sözünün saleh əməllə təsdiq 
olunması zəruridir. Onu sevən aşiqin  bir əlaməti  odur ki, o, ölümdən qorxmaz, 
çünki sevdiyinə qovuşmaq istər, bunun da tək yolu ölümdür. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         24 
 
 
24
Uca Allahı (c.c) sevən aşiq ancaq Onun sevdiklərini sevər. O, ağlının, qəl-
binin, imanının, fiziki enerjisinin gücünü Onun yolunda cihada sərf edər.  
Onu  sevən  ancaq  Onu  düşünər,  Onun  adını  zikr  edər,  Onu  unutmaz.  Uca 
Allahı (c.c) sevən Onun kitabını, peyğəmbərlərini, dostlarını, mücahidləri sevər. 
Uca  Allahı  (c.c)  sevən  dünya  bağını  könlündən  qoparar,  gecəni  çox  sevər,  bu 
zaman dilimini ən uyğun itaət, qulluq, dua vaxtı hesab edər.  
Uca  Allahı  (c.c)  sevənə  ibadət  asan  olar,  o,  ibadətlərini  sevə-sevə  yerinə 
yetirər,  onun  ibadətlərinə  şövq,  ixlas  və  səmimiyyət  hakim  olar,  o,  ibadəti  ru-
hunun qidası sayar. 
Uca Allaha (c.c) aşiq olan səbirli, comərd, şəfqətli, mərhəmətli, təvazökar, 
gözləri yaşlı olar, az danışar, az yeyər, az yatar. 
Uca Allah (c.c) sevgisini bir könül fatehi belə təqdim edir: “Məhəbbət bir 
dadlı  haldır.  Onun  acıları  baldır.  Məhəbbət  bir  böyük  iksirdir.  Onunla  mis  və 
dəmir  qızıl  və  gümüş  olur.  Məhəbbət  elə  bir  dərmandır  ki,  onunla  xəstəliklər 
şəfa tapır. Məhəbbət elə bir şərbətdir ki, onunla hər xəstəlik sağalır... Məhəbbət 
elə  bir  candır  ki,  onunla  ölü  dirilir.  Məhəbbət  mərifətin  (uca  Allahı  (c.c) 
tanımağın) nəticəsidir. Ona yaxınlıq vəsiləsidir...” (1, 803). 
 
3. QARACAOĞLANIN EŞQ ANLAYIŞI 
Qaracaoğlan orta çağ türk ədəbiyyatının təmsilçidir. Onun  yaşadığı, bədii 
düşüncəsinin  formalaşdığı,  estetik  idealının  müəyyən  olunduğu  dövr  islam  mə-
dəniyyətinin  dəyərlərinin  hakim  olduğu  dövrdür.  Ona  görə  də  onun  şeirlərində 
islam mədəniyyəti ilə sıx bağlı olan divan ədəbiyyatının təsiri var. O, bu ədəbiy-
yatının  ideallarının  dəyərlərini  təbliğ  edir,  bu  ədəbiyyatın  obrazlarından,  bədii 
təsvir və ifadə vasitələrindən yararlanır. Ona görə də bir sıra şeirlərində eşq an-
layışını islam mədəniyyətinin çərçivəsindən dəyərləndirir, uca Allah (c.c) sevgi-
sini müsəlmanın kimliyini müəyyən edən dəyər kimi qiymətləndirir:  
 
Əvvəl Allah, axır Allah, 
Ondan ulu gəlməmişdir. 
Haqq Məhəmməddən sevgili, 
Haqqın qulu gəlməmişdir. 
 
... Pir olmayan eşqə gəlməz, 
Qoç olmayan qurban olmaz. 
Əcəl gəlsə, dərman olmaz, 
Haqdan riza gəlməmişdir (2,319-320). 
 
Qaracaoğlan bu gəraylısında gerçək eşqin uca Allaha (c.c), Onun sevimli 
qulu  hz.  Məhəmmədə  (s.a.s)  aid  olduğunu  ifadə  etmişdir.  Şairə  görə,  aşiqlik 
seçilmişlikdir,  uca  Allahın  (c.c)  verdiyi  nemətdir  (“pir  olmayan  eşqə  gəlməz”, 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         25 
 
 
25
“qoç olmayan qurban olmaz”). Şairə görə, “Mövlanın yapdığı yapı yıxılmaz” (2, 
97), “haqq Məhəmmədin dini onun itaət etdiyi dindir” (2, 99). 
Qaracaoğlan bir qoşmasında deyir ki, onun Haqdan özgə sevdiyi yoxdur: 
 
Üryan gəldim isə, üryan gedərəm, 
Ölməməyə əldə fərmanımmı var? 
Əzrail gəlmiş də can tələb eylər,  
Mənim can verməyə dərmanımmı var? 
... Ər isən, ərliyin meydana gətir, 
Qadir Mövlam, nöqsanımı sən yetir. 
Mənə derlər qəm yükünü sən götür, 
Mənim yük götürür dərmanımmı var? 
Qaracaoğlan der ki, ismin öyərlər, 
Ağı oldu bildiyimiz şəkərlər, 
Gözəl sevər deyə isnad edərlər, 
Mənim Haqdan özgə sevdiyimmi var (2, 213).  
 
Qaracaoğlanın  şeirlərində  bu  yöndə  olan  dini  motivlər  çoxdur:  “çürüyən 
canlar Haqqın əmri ilə dirilir bir gün” (2, 336), “sirat körpüsü cəhənnəm üstündə 
qurulur bir gün” (2, 336), “ağa olsa, paşa olsa, bəy olsa, yaxasız gömləyə sarılır 
bir  gün”  (2,  97),  “yenə  el  malını  tez-gec  verərsən,  iynədən  ipliyə  sorulur  bir 
gün”  (2,  366),  “haqqın  mizan  tərəzisi  qurulur  bir  gün”  (2,  366),  “əməlin  əlinə 
verilir  bir gün” (2, 366), “az  yaşa, uz  yaşa, axırı  ölüm” (2, 366), “axirətə qarşı 
götür  imanı”  (2,  51),  “bu  dünyaya  gələn  Adəm  oğlu  Allah,  Allah  deyib  ölsə 
gərəkdir”  (2,  337),  “dünyada  etdiyin  gizli  nəstələr,  Haqq  qatında  ayan  olsa  gə-
rəkdir” (2, 337).  
Qaracaoğlanın şeirlərində divan ədəbiyyatının, islam dininə bağlı dəyərlə-
rin,  təsəvvüf  düşüncəsinin  təsiri  olduğu  doğrudur.  Onun  eşq,  yaradılış,  həyat, 
ölüm, insan və bir sıra başqa anlayışları bu dəyərlərin işığında şərh etməsi də bir 
gerçəklikdir.  Ancaq  Qaracaoğlanın  şeirləri  mövzu,  dil,  üslub,  vəzn,  janr  baxı-
mından daha çox aşıq şeirinin təsiri altındadır, ondan bəhərlənmişdir. Ona görə 
də,  Qaracaoğlanın  şeirlərində  həm  ilahi,  həm  də  məcazi  (real)  eşqin  əlamətləri 
var və ikinci yön daha güclüdür. 
 
4. 
QARACAOĞLANA GÖRƏ, AŞİQ İGİD ADAMDIR 
 
Pir olmayan eşqə gəlməz, 
Qoç olmayan qurban olmaz (2, 262).  
 
Bu iki misra Qaracaoğlanın aşiqlik anlayışını gözəl ifadə edir. O, bu mis-
ralarla aşiqliyin, igidliyin ölçülərini açıqlamışdır. “Pir” farscadır, yaşlı adamlara 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         26 
 
 
26
deyilir. Ancaq təsəvvüf terminologiyasında “pir” təsəvvüf liderinə deyilir. “Pir” 
sözünün “ustad”, “mütəxəssis” kimi mənaları da var. “Pir” sözü böyük adamlara 
da aid edilmişdir. Təriqət qurucusu olan şeyxlərə də pir deyilirdi. “Pir” sözünün 
iştirakı  ilə  bir  sıra  anlayışlar  da  ortaya  çıxmışdır.  “Piri-təriqət”  (bir  təsəvvüf 
məktəbinin  qurucusu),  “piri-sani”  (ikinci  pir,  yenilik  tətbiq  edən  pir),  “pirdaş” 
(eyni  şeyxə  bağlı  olan  insanlar),  “pir  evi”  (ana  dərgah),  “piri-fani”  (çox  yaşlı 
insan),  “piri-muğan”  (baş  keşiş,  kamil  mürşid,  aləmin  qütbü,  Allah  sevgisini 
insanlara öyrətməyə çalışan mürşid), “pir ol” (afərin), “pir postu” (Bəktaşilərdə 
bir  məqam,  burada  yerə  sərilmiş  bir  dəri  olur),  “piri-pak”  (tərtəmiz),  “pirpər-
vərdə” (şeyx tərəfindən yetişdirilən) (3, 502).  
Qaracaoğlan deyir ki, pir olmayan eşqə gəlməz, yəni eşq əhli olmayan 
aşiq  olmaz,  aşiqlik  də  seçilmişlikdir,  ilahi  lütfdür,  eşq  tanıma  ilə  bağlıdır, 
tanıdığın qədər aşiqsən. “Qoç olmayan qurban olmaz”, yəni hər adam aşiq 
olmaz, hər adamın aşiqlik istedadı yoxdur. Misradakı “qurban olmaq” ifa-
dəsi həm də çətinliyi ifadə edir, yəni aşiqlik bir söz deyil, əməldir, sevginin 
bədəlini ödəməlisən, aşiqlik iddiası imtahanla, çətinliklərlə təsdiq olunmalı-
dır. 
Qaracaoğlan  deyir  ki,  aşiqlik  igidlikdir  və  aşiq  igid  adamdır.  Bir  igid 
adamın əlamətləri də var: “onun üzü gülər” (2, 227), “qərarlıdır” (2, 227), “onun 
könlünün qəmini alan dosta ehtiyacı var” (2, 227), “onun öyüdə ehtiyacı var” (2, 
227), “onun başı dumanlıdır” (2, 227), “igid olan igid qurd kimi baxar” (2, 227), 
“düşmən  görüncə  döyüş  üçün  ayağa  qalxar”  (2,  227),  “silahı  əlində  meydana 
çıxar”  (2,  227),  “igidin  arxasında  duran  olmalı”  (2,  227),  “igid  hədəfindən  əl 
çəkməz” (2, 227), “igid sidq ilə (ürəkdən) yanan olmalı” (2, 227). 
Qaracaoğlana görə, eşq harada olsa, bilinər, eşqi və aşiqi gizləmək olmaz 
(2, 263). Ona görə, igid olan gizli sirrini bildirməməlidir (2, 24). Aşiq igiddir və 
o, sözündən tanınar. Şair bir sıra şeirlərində aşiqi “qoç igid” adlandırır (2, 2,13, 
31). Qaracaoğlana görə gözəl sevən igidi qınamazlar:  
 
...Qınamazlar gözəl sevən igidi, 
Gözəl sevmək qoç igidə ar deyil (2, 97). 
 
Qaracaoğlana görə, aşiq sevdiyi  yolunda  fədakarlıq etməlidir, onun halını 
bilməlidir, onun dərdinə ortaq olmalıdır: 
 
Bir igid də bir gözəli sevərsə, 
Əmr etdiyi yerə həmən gəlməli, 
Ardına düşməklə gözəl sevilməz, 
Gözəlləri qoşub-qoşub bulmalı. 
Zəhərdir namərdin çörəyi yenməz, 
Mərd olan igidin işığı sönməz. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         27 
 
 
27
Bir gözəl sevərsən sözündən dönməz, 
Sevdiyinin halından da bilməli (2, 69). 
 
5. AŞİQİN KÖNLÜ 
 
Dəli könlüm, nə qaynayıb coşarsan, 
Yoxsa bu gün dəlirdiyin zamanmı (2, 130). 
 
Qaracaoğlan  şeirlərində  aşiq  könlünün  özəlliklərini  anlatmışdır.  Onun 
aşiq  könlünün  xarakterini  təqdim  edən  ən  önəmli  açar  sözləri  bunlardır: 
“dəli  könül” (2, 36, 41),  “yıxılmış  könül” (2, 36, 45),  “divanə  könül” (2, 44, 
105), “qərib könül” (2, 104). Aşiq könlün xarakterini açıqlayan bu ifadələri 
bir-birinə  bağlayan  bir  sıra  özəlliklər  var.  Öncə  onu  deyək  ki, 
Qaracaoğlana görə, hər kəsin ürəyi var, ancaq hamının könülü yoxdur. Bir 
qəlbi könülə çevirən sevgidir. Sevgi qəlbin qidasıdır, onu bəsləyən mayadır, 
sevgisiz qəlb ölüdür.  
“Dəli  könül”,  “yıxılmış  könül”,  “divanə  könül”,  “qərib  könül”  ifadələrini 
birləşdirən  başqa  “bir  cəhət”  onların  hamısında  “qəlb”,  “ürək”  deyil,  “könül” 
sözündən  istifadə  olunmasıdır.  Buradakı  “könül”  sözü  Qaracaoğlanı  təsəvvüf 
ədəbiyyatına bağlayır. Belə ki, “könül” təsəvvüfün ən önəmli anlayışlarından bi-
ridir.  Şairin  “könül”  sözünə  yüklədiyi  məna  ilə  təsəvvüfün  könül  modeli  ara-
sında  bağ  var.  Hər  ikisi  sevən  ürəyi  “könül”  adlandırır,  hər  ikisi  aşiq  ürəyinə 
“könül”  deyir.  Hər  ikisi  könülün  dəyişkən  olduğunu  söyləyir,  hər  ikisi  arınmış 
qəlbə “könül” deyir. Ancaq arada fərq də var. Təsəvvüf ədəbiyyatında könül bir-
başa  dini  dəyərlərlə  bağlıdır,  bu  düşüncədə  könülün  tək  soltanı  uca  Allahdır 
(c.c):  
... Can içində dostı bulan ayruq nə yerdə istəsün?! 
Anı taşra sananlarun ömri keçdi pərakəndə. 
Anun eşqinün çözgüsi kəndüdə göstərdi bizi, 
Könül əsrük, Həqqə aşiq, əsir olmuş bu dərmanda (4, 132). 
 
(Ruhunda,  könlündə  dostu  –  uca  Allahı  (c.c)  bulan,  Onun  sevgisini 
könlünə  yerləşdirən,  aşiq  Onu  başqa  harada  tapa  bilər,  istəyər?  O  uca  Varlığı 
özündən, könlündən kənarda axtaranların ömrü dağınıq olar, parçalanar, enerjisi, 
gücü  itər, tükənər.  Onun  eşqinin  güzgüsü  bizi  özümüzə  tanıtdı,  könül  əsrükdür 
(sərxoşdur), könül uca Allaha (c.c) aşiqdir, Ona qul olmuşdur). 
Qaracaoğlan isə daha çox təsəvvüfün “könül” anlayışını hazır model kimi 
alır,  onu  daha  çox  məcazi  sevgi  ilə  yükləyir.  Aşiq  olduğu  bir  qız  onun  könül 
soltanına çevrilir:  
... Aşiq bilir aşiqlərin alasın, 
Kömür sandım qaşlarının qarasın. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         28 
 
 
28
Sevdiyim, qapına qulmu ararsın? 
Budur mən qapına qul, kömür gözlüm (2, 41). 
 
Qaracaoğlanın  şeirlərindəki  “dəli  könül”,  “yıxılmış  könül”,  “divanə  kö-
nül”,  “qərib  könül”  ifadələri  aşiq  könlünün  başqa  bir  əlamətini  də  göstərir.  Bu 
anlayışa  görə,  aşiq  könlü  dəyişkəndir,  qərarsızdır,  hərəkətdədir,  sözə  bax-
mır,  haldan-hala  düşür.  Şair  dəyişkən,  hərəkətli  könlün  bu  halını  ifadə  etmək 
üçün ayrı-ayrı bədii yollardan yararlanır: aşiqin könlünü quşa bənzədir. Həm di-
van, həm də aşıq şeirində könlün quşa bənzədilməsi bir sıra vəzifələri icra edir. 
Öncə  sevginin  bədii  təqdiminə  xidmət  edir.  Sevgi  insanı  hərəkətə  gətirir,  onu 
sevdiyinə  yönəldir,  aşiq  sevdiyinin  yanına  quş  kimi  uçur:  “könül  quşu  qalxdı, 
uçdu havaya” (2, 113),“hüma quşu kimi  yüksək uçarsan” (2, 113) kimi  bənzət-
mələr sevginin gücünü göstərir. Aşiqin könlü sözə baxmır, öyüd dinləmir:  
Yunus Əmrə: 
 
Nedəm bən könül bilə, bənümlə bilə bir dəm turmaz, 
Məşuq yüzin gördi məgər ögütləyüb ögüd almaz. 
Tənqri içün, ey uslular, könlüm bana bulı verin, 
Vardı dost ilə buluşdı, bana gerü boyun verməz. 
... Ağız ağızdan qutludur, ola ki sözünüz duta, 
Bən yüz bin yıl söylər isəm, sözüm qulağına girməz (4, 54). 
 
(Mən könlüm ilə nə edim? O, mənimlə bir an belə bir yerdə olmaq istəmir. 
Könlüm  sevgilinin  üzünü  görəndə  məni  dinləmir,  öyüd  almır.  Allah  eşqinə,  ey 
ağıllı insanlar, könlümü tapıb mənə verin. O gedib dost (sevgili) ilə görüşdü, ar-
tıq  mənə  boyun  əyməz.  ...Ağız  ağızdan  bərəkətlidir  (söz  sözdən  dəyərlidir)  ola 
bilər ki, könül sizin sözünüzü dinləyər. Mən yüz min il söyləsəm də, sözüm qu-
lağına girməz).  
Qaracaoğlan: 
 
Könül quşu qalxdı, uçdu havaya, 
En könül, dedim də, endirəmədim. 
Aşib-aşıb gedər qarlı dağlara, 
Dön könül, dedim də, döndürəmədim. 
Hüma quşu kimi yüksək uçarsan, 
Pərvaz vurub Tərcümanı keçərsən, 
Min bir türlü dala qonub köçərsən, 
Könül, sana məkan bulduramadım (2, 113).  
 
Qaracaoğlanın  könlü  təqdim  edərkən  quş  obrazını  seçməsinin  bir  səbəbi 
də qeyri-mümkünlük anlayışını ifadə etmək istəməsidir. Yəni uçan quşa çatmaq, 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         29 
 
 
29
onu tutmaq  mümkün olmadığı kimi, aşiq könlünə hakim olmaq, ona öyüd eşit-
dirmək də mümkün deyil.  
Qaracaoğlan aşiq könlünün əlçatmaz olduğunu, ona söz eşitdirməyin, onu 
idarə  etməyin  qeyri-mümkünlüyünü  ifadə  edərkən  soltan  obrazından  istifadə 
edir. Bəllidir ki, soltan hökm sahibidir, o, idarəedəndir, aşiq könül də belədir, o, 
aşiqin varlığını idarə edir, onun duyğu və düşüncələrini yönləndirir. Şair könlü-
nə belə deyir: “Aləmə soltansan, vəzirsən özün” (2, 114), “könül, sənə ağıl erdi-
rəmədim”  (2,  114),  “könül  düşdü  indi  qaşı  qaraya,  axar  çeşmim  yaşın  dindirə-
mədim” (2, 114). 
Həm Yunis Əmrə, həm də Qaracaoğlan aşiq könlünün öyüd dinləmədiyi-
ni, sözə baxmadığını ifadə etmək üçün dialoq, yalvarış, şikayət üslubundan isti-
fadə  etmişdir.  Yəni  aşiq  öz  könlü  ilə  davamlı  dialoq  halındadır,  onunla  söhbət 
edir, ona yalvarır, ondan şikayət edir. Bu yolla da həm könlün halı, həm də aşi-
qin əzabları təqdim olunur.  
Yunus Əmrə:  
 
Könül bana yoldaş ikən zöhdü taət qılur idüm, 
Yıqıldı bu tərtiblərüm, könülsüzəm, əlüm irməz.  
Aydur isəm, əya könül, qanı fərizə, ya sünnət? 
Aydur yoq, təşvişi qo ya, bu sevüyə əməl sığmaz (4, 54). 
 
(Könlüm  mənə  yoldaş olarkən zühd və  itaətim  var idi, bu  itaət halım  yox 
oldu, yıxıldı, çünki könülsüzəm, əlim bir işə yatmaz, o əski halıma dönə bilmi-
rəm, əlim ona çatmır. Könlümdən fərz və sünnənin harada olduğunu (necə oldu-
ğunu) soruşsam, deyir ki, nə fərz var, nə də sünnə, təşvişi bir kənara qoy, nara-
hat olma, könül aşiq olmuşdur, bu sevgi əmələ sığmaz). 
Qaracaoğlan: 
 
Könül, nə gəzirsən sarp qayalarda? 
En də aşağıya, yola gedəlim. 
Bir gözəl sevməylə könül əylənməz, 
Gəl gözəli bolca elə gedəlim (2, 114). 
 
... Öyüd versən, mənə öyüd kar etməz, 
O yarın xəyalı qarşımdan getməz. 
Kəməndə bağlasam, qolum bağ tutmaz, 
Yarın zülfündən özgə bağmı olur (2, 40). 
 
Qaracaoğlan deyir ki, aşiqin könlü sevgilisindədir, onun vətəni sevgilisinin 
olduğu yerdir, könül sevdiyi yardan ayrılmaz. O, aşiq könlünü yardan ayırmağın 
mümkün olmadığını ayrı-ayrı bədii biçimlərlə təqdim etmişdir: könül yardan ay-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         30 
 
 
30
rılmaz, çünki onları  birləşdirən sevgidir. ölüm  mələyi gəlməyincə, cismim  “dö-
nə-dönə tənşərənin üstündə  yuyulmayınca könül yardan ayrılmaz”, “qəbrim üs-
tündə çakır tikanı bitməyincə könül yardan ayrılmaz” (2, 4).  
Aşiq olmuş könül aşiqi haldan-hala salır, onun duyğu və düşüncəsinə, dav-
ranışlarına hakim olur. Eşqin dəyişdirmə gücü aşiqə təsir edir. Yunis Əmrə eşqin 
dəyişdirmə, təmizləmə, yeniləmə gücünü belə təqdim edir:  
 
Bən yürürəm yana-yana, eşq boyadı bəni qana, 
Nə aqiləm, nə divana, gəl gör bəni eşq neylədi?! 
Gəh əsərəm yellər kibi, gəh tozaram yollar kibi, 
Gəh aqaram sellər kibi, gəl gör bəni eşq neylədi?! 
Aqar sulayın çağlaram, dərdlü cigərüm dağlaram, 
Şeyxüm anuban ağlaram, gəl gör bəni eşq neylədi?! 
Ya əlüm al qaldur bəni, ya vəslünə irdür bəni, 
Çoq ağlatdun, güldür bəni, gəl gör bəni eşq neylədi?! 
Bən yürürəm eldən-elə, şeyx soraram dildən-dilə, 
Ğürbətdə halum kim bilə, gəl gör bəni eşq neylədi?! 
Məcnun oluban yürürəm, ol yarı düşdə görürəm, 
Oyanıb məlul oluram, gəl gör bəni eşq neylədi?! 
Miskin Yunus biçarəyəm, başdan-ayağa yarəyəm, 
Dost elindən avarəyəm, gəl gör bəni eşq neylədi?! (4, 230) 
 
Qaracaoğlanın sevən könlü, aşiq könlü onun halını dəyişdirir, onun varlı-
ğını əlindən alır, ona yeni bir dünya bəxş edir:  
 
Aciz qaldım şu könlümün əlindən, 
Mənim getmədiyim yollarımı qaldı? 
Cövr idi ki yüz döndərib sərimə, 
Başıma gəlmədik hallarmı qaldı? 
Daşqın sular kimi axıb çağlaram, 
Didarın görübən könül əylərəm. 
Dünyaya gələli hər dəm ağlaram, 
Çeşmim qarışmadıq sellərmi qaldı? (2, 2-3) 
 
Qaracaoğlanın  təsvir  etdiyi  aşiqin  könlü  bir  sıra  hallarda  nə  istədiyini 
bilmir,  haldan-hala  düşür,  aşiqə  əzab  verir:  gah  “öylənə  əkə  (qabırğa  kababı), 
axşama  da  quzu,  sabaha  qaymaqlı  bal  istər  könül”  (2,  59),  gah  da  “al,  şal,  mal 
istər könül” (2, 59).  
Aşiqin dərdli, divanə, dəli, qərib könlü sözə baxmır, öz bildiyini edir, son-
da peşman olur. Bu anda aşiq bədii sual üslubunu seçir, könlünə  müraciət edir, 
onu  qınayır, ona  deyir  ki,  əvvəl  sən  də  ucalarda  uçardın,  indi  dərələrə  endinmi 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         31 
 
 
31
könül? Dərya, dəniz, dağ, daş deməyib keçərdin, indi bir torpaqda qərar tutdun-
mu  könül?  Artıq  igidliyin  bir  yel  kimi  əldən  getmiş,  damağında  əski  günlərin 
dadı  bal  kimi  qalmış,  ətirli,  gözəl  güllərinə  yad  əli  dəymiş,  pozulmuş  bağlara 
döndünmü, könül? 
... Xəstə oldun, yastığını istərsən, 
Qadir Mövlam sağlığını göstərsin. 
Cənnəti-aladan bir köşk dilərsən, 
Boynunun fərzini qıldınmı könül? 
Qaracaoğlan der ki, söylə sözünü, 
Haqqa təslim eylə kəndi özünü. 
Nas işinə qaralama yüzünü, 
Yolun doğrusunu buldunmu könül? (2, 104)  
 
Aşiq  divanə  könlünə  ümid  də  verir,  onu  yasa  batmağa  qoymur,  deyir  ki, 
qəm çəkmə,  heyvamı əksik, turuncmu, narmı,  ver əlini  bəri, gör budaqda  nələr 
var! 
Qaracaoğlana  görə,  aşiqin  könlü  havalanar,  yüksəkdə  uçar,  sevdiyini  gö-
rəndə qaynayar, coşar. Ona görə, hər adam eşqi və aşiqi anlamaz, bülbül qönçə 
gülündən əl çəkmədiyi kimi, aşiqin könlü də sevdiyindən qopmaz, onsuz  yaşa-
maz: 
Qaracaoğlan, halımı kimsə bilməz, 
Hər gözəl də öyməyə layiq olmaz. 
Bu yalan dünyadır ki, gedən gəlməz, 
Həp gedənlər bu torpağa bələndi (2, 110). 
 
Qaracaoğlana  görə,  aşiqin  “könlünün  körpüsü”  var,  bu  körpü  çox  incədir 
(2, 122), aşiqin “könlünün pası” var, onu ancaq qara gözlü sevgilisi silə bilər (2, 
126), aşiqin könlünün qaynadığı, coşduğu, dəlirdiyi, havalandığı zamanları olur 
(2, 130), aşiqin könlü yardan ayrılmaz (2, 136), bəzən aşiqin dəli könlü arı kimi 
hər çiçəyə qonar, harada gözəl görsə, orada qalar, bu könlü anlamaq çox çətin-
dir, ona  görə  də  aşiq  belə  deyir:  “Mən  sənin  dərdini,  qəhrini  çəkəməm,  könül” 
(2, 353). 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə