AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

İşin  elmi  nəticəsi.  Qaracaoğlanın  şeirlərində  divan  ədəbiyyatının,  islam 
dininə bağlı dəyərlərin, təsəvvüf düşüncəsinin təsiri olduğu doğrudur. Onun eşq, 
yaradılış, həyat, ölüm,  insan  və  bir  sıra  başqa anlayışları  bu dəyərlərin  işığında 
şərh etməsi də bir gerçəklikdir. Ancaq Qaracaoğlanın şeirləri mövzu, dil, üslub, 
vəzn,  janr  baxımından  daha  çox  aşıq  şeirinin  təsiri  altındadır,  ondan  bəhərlən-
mişdir. Ona görə də, Qaracaoğlanın şeirlərində həm ilahi, həm də məcazi (real) 
eşqin əlamətləri var və ikinci yön daha güclüdür.  
Qaracaoğlan deyir ki, pir olmayan eşqə gəlməz, yəni eşq əhli olmayan aşiq 
olmaz,  aşiqlik  də  seçilmişlikdir,  ilahi  lütfdür,  eşq  tanıma  ilə  bağlıdır,  tanıdığın 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         32 
 
 
32
qədər aşiqsən. “Qoç olmayan qurban olmaz”, yəni hər adam aşiq olmaz, hər ada-
mın aşiqlik istedadı yoxdur. Misradakı “qurban olmaq” ifadəsi həm də çətinliyi 
ifadə edir, yəni aşiqlik bir söz deyil, əməldir, sevginin bədəlini ödəməlisən, aşiq-
lik  iddiası  imtahanla,  çətinliklərlə  təsdiq  olunmalıdır.  Qaracaoğlan  şeirlərində 
aşiq könlünün özəlliklərini anlatmışdır. Onun aşiq könlünün xarakterini təqdim 
edən  ən  önəmli  açar  sözləri  bunlardır:  “dəli  könül”,  “yıxılmış  könül”,  “divanə 
könül”, “qərib könül”. Aşiq könlün xarakterini açıqlayan  bu  ifadələri  bir-birinə 
bağlayan bir sıra özəlliklər var. Öncə onu deyək ki, Qaracaoğlana görə, hər kə-
sin ürəyi  var, ancaq  hamının könülü  yoxdur. Bir  qəlbi könülə çevirən sevgidir. 
Sevgi qəlbin qidasıdır, onu bəsləyən mayadır, sevgisiz qəlb ölüdür.  
Məqalədə Qaracaoğlanın  şeirlərinin dini, təsəvvüfi,  bədii qaynaqları, aşıq 
poeziyası ilə bağlılığı təhlil edilmişdir. Qaracaoğlanın şeirlərində eşq, aşiq anla-
yışları, bu anlayışların bədii ifadə biçimləri şərh olunmuşdur. Məqalədə Qaraca-
oğlanla  Yunis  Əmrənin  şeirlərindən  nümunələr  verilərək  onların  bağlı  olduğu 
dəyərlər göstərilmişdir.  
İşin elmi yeniliyi. Məqalədə ilk dəfə Qaracaoğlanın şeirlərində eşq və aşiq 
anlayışları, bu anlayışların bədii ifadə biçimləri tədqiq edilmişdir.  
İşin  tətbiqi  əhəmiyyəti.  Məqalədən  Qaracaoğlan  irsinin  öyrənilməsində 
istifadə etmək olar.  
 
 
ƏDƏBİYYAT 
1. İbrahim Hakkı Erzurumlu, “Marifetname”, İstanbul, 1999, s. 803. 
2. Karacaoğlan (hazırlayan, dr. Müjgan Cunbur), Ankara, 1985, s. 319-320. 
3.  Tasavvuf  terimleri  ve  deyimleri  sözlüğü  (hazırlayan,  prof.  dr.  Ethem 
Cebecioğlu), İstanbul, s. 502. 
4. Yunus Əmrə, “Divan”, Bakı, 2004, s. 54. 
5. Öztelli Cahit, Onaltıncı yüzyılda Karaca Oğlan. Türk Folklor Araştırmaları, 
cilt: 12, sayı: 242. Eylül, 1969, s. 5387-5388. 
5. Köprülü M. Fuat: Birkaç varsağı. Yeni Mecmua, cilt: 2. Sayı: 31, 8 Şubat, 
1918, s. 96.  
6. Köprülü-zade Mehmed Fuad: Karacaoğlan (Sadettin Nüzhetin neşri hak.) 
Hayat, cilt: 2, sayı: 41, 8 Eylül, 1927, s. 2-3. 
7. Köprülü O. Prof. Dr. M. Fuad: Karaca Oğlan. Istanbul (1940), Kanaat kitabevi, 
259-320 s. “Türk Saz Şairleri Antolojisi: 6” 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d. Seyfəddin Rzasoy 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         33 
 
 
33
Əflatun BAXŞƏLİYEV 
Filologiya üzrə fəlsəfə doktoru 
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi 
e-mail: eflatun_baxsheliev@mail.ru 
 
NƏBİ XƏZRİ  VƏ FOLKLOR QAYNAQLARI 
Xülasə 
Məqalədə Nəbi Xəzrinin lirik və epik yaradıcılığının folklor qaynaqları tədqiq edilmişdir. 
Şairin  yazdığı  qoşma  və  gəraylıları  xalq  yaradıcılığı ruhunda  yazılmış  lirik nümunələrlə müqa-
yisə edilir. Şairin bu janrda olan şeirlərinin aşıq Ələsgərin, Qurbaninin, O.Sarıvəllinin, H.Arifin 
şeirləri ilə oxşar və fərqli cəhətləri araşdırılmışdır. 
Açar sözlər: folklor, qaynaq, lirik, epik, dramatik əsərlər 
 
NABI KHAZRI AND FOLKLORE SOURCES 
Summary 
Nabi  Khazri's  lyric  and  epic  works  that  based  on  the  folklore  sources have  been  widely 
analyzed  in  the  article.  Thus  the  goshma  and  geraylies  (forms  of  an  Azerbaijani  poem)  of  the 
author written in the lyric genre are analyzed in the background of the poems written in the spirit 
of the people before him. Here is illuminated how these poems took their roots from the poetry 
of  Ashyg  Alesker,  Gurbani,  O.Sarivelli,  H.Arif  and  how  do  these  samples  differ  from  the 
predecessors. 
Key words: folklore, source, lyric, epic, dramatic 
 
НАБИ ХАЗРИ И ФОЛЬКЛОРНЫЕ ИСТОЧНИКИ 
Резюме 
В  статье  в  широком  аспекте    исследованы  лирические  и  эпические  произведения 
Наби Хазри связанные с фольклорными источниками. Так, гошма и герайлы поэта, напи-
санные  в  лирическом  жанре,  анализируются  на  фоне  стихов  созданных  до  него  в  духе 
народа. Исследуются вопросы источников этих стихотворений поэта, уходящих корнями 
в поэзию ашуга Алескера, Гурбани, О.Сарывелли, Г.Арифа. и отличительные черты этих 
образцов от поэзии предшественников. 
Ключевые  слова:  фольклор,  источник,  лирические,  эпические,  драматические 
произведения  
 
 
İşin  məqsədi: Nəbi Xəzri  yaradıcılığında  folklor mənbələrindən hansı şə-
kildə istifadə olunmasını araşdırmaq. 
Məsələnin qoyuluşu: Şairin həm lirikasında, həm də epik əsərlərində fol-
klor nümunələrindən yararlanmağın üsulları incələnmişdir. 
Şübhəsiz  ki,  başqa  şairlərimiz  kimi  N.Xəzri  də  öz  yaradıcılığında  folklor 
qaynaqlarından  qidalanmışdır.  Şifahi  xalq  ədəbiyyatından  bəhrələnən  N.Xəzri 
ədəbiyyatın həm lirik, həm epik janrında bir sıra əsərlər qələmə almışdır. Zəngin 
folklor  ənənələrindən  bəhrələnən  şair  bu  ruhu  öz  yaradıcılığının  iliyinə  və 
qanına  lazımınca  hoptura  bilmişdir.  Şair  bu  növ  şeirlərini  heç  də  əvvəlcədən 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         34 
 
 
34
düşünülən resept və formula şəklində deyil, poetik fikrinə, poetik məramına uy-
ğun, daxili mündəricəyə, kompozisiya və məzmuna bağlı forma seçmişdir.  
N.Xəzri  yaradıcılığında  olan şifahi  xalq ədəbiyyatının  lirik növünün qoş-
ma  və  gəraylı  janrından  daha  çox,  daha  səmərəli  istifadə  edilmişdir.  Müəllif 
S.Vurğunun,  O.Sarıvəllinin,  H.Arifin  və  digərlərinin  bu  sahədəki  fəaliyyətinin 
ən coşğun, çılğın  bir  nümayəndəsi kimi çıxış etmişdir,  layiqli sənət inciləri  ya-
ratmışdır.  N.Xəzrinin  yaradıcılığına  xas  olan  yığcamlıq,  eləcə  də  rəvanlıq  və 
həzinlik  bu  səpkili  şeirlərin  mayasını  və  cövhərini  təşkil  edir.  Lakoniklik  bu 
şeirlərin  məna siqləti  və  fikir tutumu  ilə eynilik təşkil edir. Öz poetik köklərini 
Aşıq  Ələsgərin  “Düşdü”,  S.Vurğunun  “Yadıma  düşdü”  rədifli  qoşmalarından 
götürən  N.Xəzrinin  qoşmasında  xalq  ruhunun  parlaq  təzahürü  öz  canlı  əksini 
tapmışdır: 
  
Hər gün küçənizdən keçdiyim zaman, 
Eyvana çıxdığın yadına düşsün. 
Bahar axşamları tər bənövşəni, 
Köksünə taxdığın yadına düşsün. 
 
Ürəyim gəlmir ki, qınayım səni, 
Belə tez unutmaz sevən sevəni. 
Axşam bulaq üstə gözləyib məni, 
Yollara baxdığın yadına düşsün. 
 
Sərin meşə yolu nura boyandı, 
Sən getdin ürəyim atəşə yandı. 
Kəsdiyin peymanı, verdiyin andı 
Daşlara çaxdığın yadına düşsün. 
 
Klassik aşıq poeziyasında işlənən peyzaj və obrazlar bu qoşmalarda da öz 
yerini tapmışdır. Haqqında söz açdığımız “Yadına düşsün” qoşmasını oxuyarkən 
dediklərimizin canlı şahidi oluruq. Söz və onun qiyməti və dəyəri haqqında doğ-
rudur, çox yazmışlar, amma  N.Xəzri sözün qüdrətinə, onun dəyər və mənasına 
öz baxış bucağından, öz poetik prizmasından yanaşır, sözə yeni qiymət verə bi-
lir.  Müəllif  “Söz”  qoşmasında    sözün  yerində  deyilərsə  qılıncdan  kəsərli  olma-
sından söz açır, düşünülməmiş sözün insanı əlli illik hörmətdən salmasından da-
nışır. İnsanın hər cür psixoloji durumunun, onun sevinc və kədərinin, arzu və is-
təyinin,  xoşbəxtliyinin  və  digər  mənəvi  atributlarının  sözdən  asılılığını  qeyd 
edir.  
Bir sözlə, insanın mənəvi dünyasının açarı oldğunu göstərir. Qeyd edək ki, 
şair  bu  qoşmasında  cinas  qafiyələrdən  də  istifadə  etmişdir.  Bu  da  şübhəsiz  ki, 
şeirlərin  duzunu  artıraraq  onu  daha  da  şirin,  oxunaqlı  edir.  Xalq  ruhunun  bədii 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         35 
 
 
35
dəyər  və  siqlətini  daha  da  gücləndirir,  şeiri  daha  da  oxunaqlı  və  ürəyəyatımlı 
edir.  Xalq  mənəviyyatının  zənginliyini,  göz  önündə  canlandırmış  olur,  sözün 
qüdrətini, əzəmətini bir daha nümayiş etdirir. 
N.Xəzri “Tökülərsə” rədifli qoşmasında digər şeirlərinə nisbətən daha də-
rin aforizmlər, daha siqlətli fəlsəfi-əxlaqi, mənəvi-psixoloji məqamlar yaratmış-
dır. Xalq ədəbiyyatından axıb gələn poetik detallar, müdrikliyin, aqilliyin böyük 
simvolu  və  rəmzi  olan  zəngin  bədii  çalarlar  bu  şeirin  bəzəyi,  daxili  gözəlliyi, 
etik və estetik mahiyyətidir. İnsan və zaman, dünya və onun dərki kimi konsep-
siyalar şeirin başlıca leytimotivinə çevrilmişdir. Xalqın söz çeşməsindən gücünü 
alan bu qoşmada dərin el hikməti  fikir  yükü cilalanaraq  şeirin qüdrətini artırır. 
Xalq  şeirindən  gələn  bədii  təsvir  vasitələri  əsərin  daxili  ruhunun  mücəssəməsi 
kimi şeirdə zəngin emosiya, rəvanlıq və axıcılıq kimi  digər bədii, poetik keyfiy-
yətlər yaradır. Şeirin ruhu xalq duyğu və istəklərinin çələngidir. 
 
Arzular baharda, ömür qışdadır, 
Quru haray çəkər yaş tökülərsə. 
Ağıl yaşda deyil, ağıl başdadır, 
Başın nə günahı saç tökülərsə. 
 
Bəzən coşub-daşan səmum olarsan, 
İllərlə əriyib sən mum olarsan, 
Dünya ləzzətindən məhrum olarsan, 
Ağzın nə günahı diş tökülərsə. 
 
Namərd eləməyin qovaraq mərdi, 
İnam xəyanətə köksünü gərdi, 
Göydən dərin olar yerlərin dərdi, 
Ulduzlar yerinə daş tökülərsə. 
 
Nəbini ah boğar, aman ağladar. 
Həsrət də, niskil də yaman ağladar, 
İnsani qədir bilməz zaman ağladar, 
Gözün nə günahı yaş tökülərsə. 
 
N.Xəzrinin  bədii  irsində gəraylı  janrında  yazılmış şeirlər xüsusi  yer tutur. 
Xüsusi  axıcılıq,  musiqilik,  şirin  ləhcə,  məlahətli  avaz  bu  lirik  şeirlərin  əsas 
ruhunu  təşkil  edir.  Saz  havacatı  üzərində  köklənən  gəraylılar  müəllifin  lirik 
yaradıcılıq  qüdrətini  bir  daha  nümayiş  etdirir.  Bu  mövzulu  poetik  nümunələrə 
şair  ictimai  məzmun  verə  bilir.  Bununla    da  insanların  və  cəmiyyətin  ruhunu, 
mənəvi dünyasını təmizləməklə böyük psixoloji və mənəvi kəşflər etmiş olur. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         36 
 
 
36
Mündəricəsinə  və  mövzusuna  görə  N.Xəzrinin  gəraylıları  müxtəlifdir. 
Onun  məhəbbət  ruhlu  gəraylılarından  xüsusi  ilə  danışmağa  ehtiyac  duyulur. 
Çünki  lirik  yaradıcılıq  yoluna  malik olan N.Xəzrinin ruhuna,  yaradıcılığına uy-
ğun şəkildə inkişaf edən bu üslub daha  xarakterik və daha canlıdır. Sözün daha 
oynaq və daha çevikliyi, dinamikliyi bu şeirlərin təbiiliyinə və canlılığına dəlalət 
edir. Öz məhəbbətindən giley-güzar, həsrət notları bəzi gəraylıların əsas məğzini 
və cövhərini təşkil edir. 
Dərindən xalqa bağlı bir poetik sima olan N.Xəzri öz yaradıcılığında xalq 
deyimlərinə, xalq rəvayət və əfsanələrinə də müraciət edərək, şifahi xalq ədəbiy-
yatının lirik növündə olduğu kimi epik növündə də əsərlər qələmə almışdır.  
“At,  övlad  və  torpaq”  rəvayəti  bu  baxımdan  təqdirə  layiqdir.  Şairin  qeyd 
etdiyinə görə bu rəvayəti ona hörmətli alimimiz M.Seyidov vermişdir. Bu əsəri 
öz  bədii  naxış  və  çalarları  ilə  oxunaqlı  edən  şair  müdrik  bir  problemin  həllinə 
çalışmışdır. Burada şair ulu torpağın müqəddəsliyindən, babalardan bizə ən qiy-
mətli ərməğan olmasından söhbət açır. Rəvayətin məğzində  isə xalq  müdrikliyi 
dayanır. Psixiloji qələbə, xalq müdrikliyi əsərin əsas qayəsinə, leytmotivinə çev-
rilmişdir.   
Xalq deyimlərindən bəhrələnmək, yeri gəldikcə aforizmlərdən, müdrik kə-
lamlardan,  zərb-məsəllərdən  istifadə  N.Xəzri  folklor  nümunələrinin  cövhəridir. 
Əsərdə təsvir olunan xaqan torpağını atdan, övladdan əfzəl bilir. O, düşünür ki, 
torpaq ona, ondan  isə  gələcək  züryətlərinə  əmanətdir.  Əmanətə  isə  xəyanət ola 
bilməz:  
Çatdı hökmdardan xaqana xəbər, 
Gözəl ağ atını sən mənə göndər. 
Ağ atı verəkmi? At bir qanaddır. 
Gəldi məsləhətə el dəstə-dəstə, 
Xaqan çox düşündü, o, qəmə batdı. 
Dedi: ‒ Qan düşməsin bir atın üstə. 
 
Və ya başqa bir poetik lövhəyə müraciət edək: 
 
Çatdı hökmdardan xaqana xəbər, 
Ortancıl oğlunu sən mənə göndər. 
Mənim qoşunumda əsgərlik etsin, 
Yox, yox, ağ atıma mehtərlik etsin. 
Övladdan əl çəkək? Övlad muraddır. 
Gəldi məsləhətə el dəstə-dəstə, 
Xaqan çox düşündü, o, qəmə batdı. 
Dedi: ‒ Qan düşməsin bir oğul üstə. 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         37 
 
 
37
Rəvayətdə  ən  emosional,  təsirli  parça  hökmdarın  xaqandan  torpaq  iddia-
sında olması hissəsidir: 
Daha darlıq edir burda yer mənə, 
“Yadlar hakim olsun yurdunda sənin”. 
Gəldi məsləhətə el dəstə-dəstə, 
Vecsiz torpaqlardır, qoy verək getsin. 
Kol-kos da bitməyir o şoran düzdə. 
Vaxt keçdi sükutlu dəqiqələrlə 
Xaqan öz yerindən qalxdı kədərlə. 
Ağ atı verdim ki, mən at taparam, 
Övladı verdim ki, övlad taparam, 
Mən torpaq tapmaram, fəqət dünyada, 
Niyə torpağımı mən verim yada?! 
Torpaq mənim deyil, xalqındır torpaq, 
 
Vaxtında  yazılmış  bu  əsər  (1988-ci  ildə)  bizimlə  torpaq  iddiasında  olan 
mənfur  qonşularımıza  tutarlı  cavab  idi.  Şair  bununla  xalqı  öz  torpağı  uğrunda 
mübarizəyə səsləyərək, ana torpağımızın  hər şeydən uca, hər şeydən  müqəddəs 
olduğunu aşılamış olur. Bu ülvi hissləri xalqda oyatmaq, Nəbi Xəzrinin bu əsər-
dəki əsas qayə və prinsipi idi. N.Xəzri folklora, onun milli qaynaqlarına bağlı bir 
sənətkardır. 
Kökləri qədim əfsanə və əsatirlərimizə gedib çıxan əsərləri içərisində “Şair 
və Şah” əfsanəsi daha  maraqlıdır. Müəllifin  bu əsərdə şeirə, sözə, şairə  verdiyi 
yüksək qiymət öz parlaq təcəssümünü tapmışdır. Belə ki, bu əsəri oxuyarkən is-
tər-istəməz xəyalımız bir anlığa qədim-qayın babalarımızın nəsihət və ibrət dolu 
zərb-məsəllərinə, nənələrimizin əfsanə və əsatirləinə uçub gedir. Əsərdə şair və 
müdriklik,  şair  və  ibrət  kimi  etik-əxlaqi  komponentlər  nəzər  diqqəti  cəlb  edir. 
Sözün qələbəsi, mənəviyyatın təntənəsi, haqqın, ədalətin gücü və qüdrəti bu əsə-
rin əsas qayəsinə və məramına çevrilmişdir. Əfsanədə digər xalq ədəbi nümunə-
lərində olduğu kimi süjet, kompazisiya, mündəricat oxşarlığı vardır. Şübhəsiz ki, 
hər xalq deyimində, hər bir əfsanə və əsatirlərimizdə böyük bir həqiqət gizlənir. 
Xalqın  mənəvi  çəkisi,  qüdrəti  onun  keçmişini  yaşadan  belə  əfsanələdə  yaşayır. 
Tarixi reallıq, bədii gerçəklik baxımından şairin qələmə aldığı “Şair və Şah” əf-
sanəsi  təqdirə  layiqdir.  Bu  əfsanə  xalq  ədəbiyyatına  bağlılığın  timsalı  kimi  sə-
ciyyəvidir. Əsərin əsas mahiyyəti onun məzmununda açılır. Əsərin başlıca məq-
sədi, ideyası şairə və sözə verilən yüksək qiymətin tərənnümü, xeyirxahlığın tə-
mənnasız  təzahürü,  bədxahlığın  tənəzzülünün  qabarıq  şəkildə  təcəssümüdür. 
Əsərdə göstərilir ki, mənfur bir sima olan vəzir müxtəlif əsassız bəhanələrlə şairi 
şaha  asdırmaq  istəyir.  Lakin  şah  onun  cəzasını  başqa  formaya  yönəldir.  Onu 
səhralara  atdırır.  Lakin  şair  üzdəniraq  insanlardan  fərqli  olaraq  onlardan  daha 
xeyirxah olan heyvanlarla qılıq qataraq təhlükəsiz yaşayır. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         38 
 
 
38
Şairin  xeyirxahlığı  isə  şah  öldükdə  onun  qəbri  üstə  çinar  əkməsi,  gəlib-
gedənlərin  burada  dincəlməsi,  əsərdə  canlı,  emosional  bir  dillə  tərənnüm  olun-
muşdur. 
Bu  əfsanədə  çinar  ağacı  xeyirxahlığın,  ucalığın  simvolu  kimi  verilmişdir. 
Haqqın,  ədalətin  təntənəsi  şair  əməllərinin  parlaq,  işıqlı  əks-sədasına  çevrilir. 
Yaxşılığı və zülmün heç vaxt yaddan çıxmaması əsərdə təsvir olunur. Şah qəbri-
nin itməsi zülmün, iztirabdadın məhvi, çinarın insanların səcdəgahına çevrilməsi 
isə ədalətin, insanlığın yüksəkdə durmasına bir poetik işarədir. Şairin bəşər nəsli 
üçün faydalı olduğunu göstərir.  
Folklor  ənənələrinə  sədaqət  N.Xəzri  poeziyasında  mövzu  seçiminə,  süjet 
və  kompozisiyasına,  ideyasına  sənətkar  baxışı  müəllifin  xalq  ruhuna  yaxınlığı, 
onun xalq adət-ənənəsinə yaxından bələdçiliyi, bu səpkili əsərdə öz parlaq təza-
hürünü  tapır.  Belə  ki,  şairin  xalqa,  onun  milli  etnoqrafiyasına  yaxınlığı  şairin 
xalq ədəbiyyatına olan sevgisinin tərcümanıdır, desək heç də yanılmarıq. Bu da 
şübhəsiz  ki,  onun  bu  və  ya  digər  şəkildə  folklor  qaynaqlarından  bəhrələnməsi, 
onun yaradıcılığına xüsusi rövnəqlik, şirinlik gətirir. Bu poetik nümunələri daha 
duzlu və oxunaqlı edir.  Bu növ folklor nümunələrinin məzmunundan ibrətamiz 
fikirlər, öyüd və nəsihət dolu ideyalar bu qəbildən olan əsərlərin başlıca ruhunun 
əsas qayəsini təşkil edir. Xalq həyatına, onun milli etnik varlığına, mənəvi dün-
yasına,  psixoloji  etik-əxlaqi  normalarına  riayət  edilmişdir.  Bu  da  hər  şeydən 
əvvəl  şairin  yaradıcılıq  mədəniyyətinin  formulası  və  göstəricisidir.  Müəllifin 
folklora bağlı şeirlərinin qüdrəti, ruhu, gücü oxucuda  yüksək  mənəvi zövq, bö-
yük  stimul  yaradır.  Bu  poetik    nümunələrin  heyrətamizliyi,  bənzərsiz  yüksək 
duyğular aşılaması şairin yaradıcılıq qüdrətindən xəbər verir. N.Xəzri bədii irsi-
nin  estetik  və  mənəvi  parametrlərini  müəyyənləşdirən  daxili  mahiyyətini  açıb 
göstərən bu ruhlu, bu səpkili şeirləri xalqa, onun etnik və tarixi varlığa münasi-
bətinin  parlaq  təcəssümü,  aydın  təzahürüdür.  Milli  koloritmizin  bədii  təsəvvür 
və tərnnümü, canlı ifadəsi bu səpkili nümunələrin əsas özəyi və mayasıdır. 
N.Xəzrinin  “Burla  xatun”  poeması  janrca  dramatik  poema  olsa  da,  daxili 
məzmun və  mündəricəsi  cəhətdən xalqa, xalq  folkloruna bağlı,  mahiyyətcə fol-
klor qaynaqlarından bəhrələnən bir əsərdir. Xalqın tarixi,  milli ənənəsi,  mənəvi 
psixoloji durumu, sosial  və etnik xüsusiyyətləri poemada öz əksini tapa bilmiş-
dir. Şifahi xalq ədəbiyyatına, onun qəhrəmanlıqla dolu tarixi keçmişinə bağlılıq 
prinsipi  əsərin  leytmotivinə  çevrilmişdir.  Poemada  obrazın  daxilinə  nüfuz  et-
mək,  onun  əsl  mahiyyətini  işıqlandırmaq  bacarığı  N.Xəzri  bədii  yaradıcılığının 
özünəməxsus üslub xüsusiyyətlərindəndir. Müəllifin dərin intuisiya prizmasında 
tarixi  anlamın  müasir  dərki  bədii    gerçəkliyin  real  faktorlarından,  poetik  amil-
lərdən biri kimi, ictimai-siyasi mühitin, sosial-mənəvi atributların, əxlaq konsep-
siyasının  parlaq  fəlsəfi-estetik,  etik  meyarlarının  canlı  təcəssümünü,  dolğun 
təzahürü kimi dəyərlidir. Milli mentalitetimizə, milli koloritimizə xas olan adət-
ənənələr poemanın qiymətini, bədii siqlətini artırmaqla bərabər, çağdaş zəmanə-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         39 
 
 
39
mizdə də yaşatmaq, qoruyub hifz etmək, saxlamaq prinsipinə arxalanmaq, öz tə-
xəyyül dünyasında yaradıcılıq atmosferasına, abu-havasına uyğun tərzdə canlan-
dırmaq, məzmun axarını dəyişmək prinsipi şairin orijinal dəsti-xəttinin bədii xü-
susiyyətləri xarakterik cəhətləridir. Müəllif  Burla xatun timsalında Azərbaycan 
qadınlığının  qeyrət  mücəssəməsini  yaratmaqla  nağıl  və  dastanlarımızda  qadın 
obrazının  nə  qədər  yüksək  səviyyədə  səciyyələndiriləsini,  yeni  çalarlarla,  yeni 
rənglərlə  aşılamışdır.  Əsərin  süjet  və  kompozisiyasında  bir  sıra  dəyişikliklər 
olunsa da öz məxəzindən təcrid olunmur, oxşar, bir-birinə bənzər epizod və de-
tallar əsərdə öz canlı təsvirini tapa bilmişdir. Bu assosiasiya müəllifin poetik dü-
şüncəsinin sosial-psixoloji qayəsini estetik və mənəvi ruhuna daha  da dərindən 
nüfuz etməklə onun  bədii qüdrətini, poetik siqlətini artıraraq, bu dramatik poe-
manın  həyatiliyinə  xüsusi  məziyyətlər  aşılayır.  “Dədə  Qorqud”  dastanlarındakı 
epizodların  N.Xəzrinin  “Burla  Xatun”  poemasında  olduğu  kimi  saxlanılması 
əsərin tarixi reallığa, o dövrün mənəvi sosial inkişafına, ictimai-siyasi gerçəkliyə 
tam, bütöv şəkildə bağlanmasının əsas səbəblərindən biridir.  
Məsələyə  bu  aspektdən  yanaşdıqda  yalnız  bir  epizodun  –  Qaraca  Çoban 
obrazının təsviri dediklərimizə canlı bir örnək, real bir nümunə ola bilər. Budur, 
əsl reallığın yüksək mahiyyəti. 
Şair məramına aydınlıq gətirən amillərdən biri də folklordan, xalqın yarat-
dığı  incilərdən  öyrənmək,  cəmiyyətin  mənəvi  kamilləşməsində  xalqın  mənəvi 
dəyərlərinin qiymətini dərk etməkdən əlavə onun mənəvi təşəkkül mərhələlərini 
öyrənmək  və  xalqdan  gələni  xalqın  öz  malına  çevirmək  prinsipi  N.Xəzrinin 
“Burla Xatun” dramatik poemasının başlıca meyarı sayılmalıdır.  
Xalqın sağlam ideologiyasına bağlılıq, bu qaynaqlardan bəhrələnmək, şai-
rin  poetik  məramını  təşkil  edir.  Burda  müəllifin  özünün  də  bu  dastanda  öyrən-
məsini  görüb-götürməsini  göstərən  baçlıca  faktor  və  dəlillərdir.  Əsərdə  Dədə 
Qorqudun xalqın qaraçuxasına çevrilərək hər çətin anda onun imdadına  çatma-
sı,  köməyinə  yetməsi  qabarıq  bədii  detallarda  öz  əksini  tapmışdır.  Mənəvi  də-
yərlərimizdən  sayılan  bu  dastan  şübhəsiz  ki,  müəllifin  yeni,  orijinal  bir  əsər 
yazmağa sövq etmiş, müəllif də bunun öhdəsindən gələ bilmişdir. 
Məşhur qədim dastanlarımız olan  “Dədə Qorqud kitabı”nın  bir  boyu olan 
“Qazan  xanın  evinin  yağmalanması”  boyu  zəminində  ərsəyə  gələn,  yaradılan 
“Burla Xatun” dastanı, dramatik poeması orijinala çox yaxın olsa da,  hadisələ-
rin təsvirində analoji paralellər zəngin olsa da, müəllif bu poemada öz fərdi ya-
radıcılıq manerasına sadiq qalaraq fərdi, individual üslub ənənəsinə bağlı olaraq 
yeni  bir  poema  qələmə  almış,  xalqa,  onun  adət-ənənəsinə,  milli  mentalitetinə 
uyğun gözəl, sanballı bir folklor nümunəsi yaratmışdır. Hadisələrin oxşar şəkil-
də təsvirinə baxmayaraq sənətkar əsərin kompazisiya və quruluşuna xüsusi bədii 
rəng, orijinal forma verməklə öz yaradıcılıq təxəyyülünün bəhrəsi kimi yeni bir 
folklor nümunəsi yarada bilmişdir. Eyni obrazlara yeni ad verilməsi, mövzunun 
müasir ruhda  işlənilməsi, dövrün  ictimai-siyasi  mahiyyətini tarixi keçmişimizlə 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         40 
 
 
40
zəngin,  əski  adət-ənənələrimizlə  bağlılıq  prinsipinin  gerçək  reallığını  işıqlandı-
ran,  tarixi  reallığın  daha  qüdrətli  gerçək  təsvirini  yaratmaqla  özünün  yeni  fikir 
arsenalında,  spesifik  xarakterlər  məcmununda  yaratdığı  bu  əsəsrin  ən  canlı  və 
dolğun  mənzərəsini  qələmə  almışdır.  Belə  ki,  əsər  eyni  süjet  xəttinə,  vahid 
ideyaya xidmət etsə də, “Dədə Qorqud” dastanındakı “Qazan xanın evinin yağ-
malanması” boyunun yeni variantı sayıla bilən “Burla Xatun” poeması müəllifin 
poetik  xüsusiyyətinin  fantaziyası  deyil,  real  tarixi  gerçəkliyin  canlı  təsdiqidir. 
Dastandakı  təbii  epizodlar  müəllifin  poemasındakı  dramatik  xətlərlə  bağlılıq 
əsərin  süjet xəttinin  inkişafını, dinamikasını  yaratmış, onun  məzmununa  xüsusi 
bir bütövlük və tamlıq gətirmişdir. Poemada təsvir olunan psixoloji-mənəvi ger-
çəklik poemanın  məzmununda dərin dramatizm, yüksək emosiya, hərəkətin çe-
vikliyi  kimi  qabarıq  detalların  bədii  siqlətini  canlandırır.  Əsərdə  müdrikliyin 
simvolu və rəmzi kimi canlandırılan Dədə Qorqud obrazı ulu Hörmüzün, Kafər 
obrazı isə Əhrimənin xələfi kimi təsvir olunmuşdur. Bu əsər xalqın özünə, tarixi 
keçmişinə qayıdışıdır. Əsərdə “Dədə Qorqud kitabı”ndan gətirilən misallar poe-
manın  süjet  xəttinə  və  məzmununa  uyğun  olaraq  təsvir  və  tərənnüm  olunmuş-
dur.  Ulu  Qorquda  müraciət,  çətin  məqamlarda  ona, onun  nəsihətlərinə  arxalan-
maq müəllifin yaradıcılıq prinsipinə və manerasına uyğun gələn poetik amillər-
dən biridir. Qəhrəmanlıq  mücəssəməsi və namus, təmizlik çeşməsi Burla xatun 
surəti tam  dolğun və hərtərəfli təsvirini tapmışdır. Çəkisi daha ağır və daha san-
ballı,  mənəvi  yükü  daha  qüdrətli  gələn  Burla  xatun  xilqəti  azərbaycan  qadınlı-
ğının qeyrət örnəyi kimi daha parlaq şəkildə öz təzahürünü tapa bilmişdir.  
Əsərin  adının  “Burla  Xatun”  adlandırılması  da  təsadüfü  deyildir.  Çünki 
poemanın  əsas  xətti,  fabulası  məhz  Burla  xatunobrazı  ətrafında  cərəyan  edir. 
Demək olar ki, əsərin hər bir hissəsində məhz Burla xatun obrazı ön planda, apa-
rıcı xəttlər boyu inkişaf edir, bu inkişaf prosesində müəllifin poetik məramı üzə 
çıxır. 
Tarixi  reallıq,  özünə  qayıdışdan  özünüdərkə  qədər  yol  keçib  gedən  bir 
müdrik xalqın mənəvi dəyərlərinin qanyaddaşına həkki, əsrlər yaddaşında xalqın 
etnik  quruluşunun,  yüksək  genefonu  fonunda  təsviri  bu  humanist  şairin  “Tor-
pağa  sancılan  qılınc”  adlı  dramatik  poemasında  öz  əksini  tapmışdır.  Müəllifin 
məram  və  məqsədi  ilk  baxışdan  nəzərə  çarpan  sosial  mənəvi,  əxlaqi  psixoloji 
detal və amillərin canlı şəkildə bədii təfəkkür prizmasında işıqlandırılması əsərin 
qabarıq cəhətlərindən biri olmaqla bərabər, digər vətənpərvərlik, vətənə bağlılıq 
qayəsini  təcəssümü  anlayışından  ideal  tarixi-ictimai,  sosial-siyasi  özülün  yara-
dılması  aspektində vətəndaşlıq ruhuna coşğun  yenilik pafosu ilə  bədii ricətlərin 
ansamblında təcəssümü bu bədii, tarixi əsərin fabulasına çevrilərək onun qanına 
və iliyinə qədər işləmişdir. Müəllifin bu poemasını oxuyan hər kəs çox aydın bir 
şəkildə  bu  əsərin  xalq  yaradıcılığından,  folklorundan  –  “Dədə  Qorqud  kitabı” 
dastanlarından  bəhrələndiyini  görə  bilərik.  Belə  ki,  “Torpağa  sancılan  qılınc” 
poeması  “Dədə Qorqud kitabı”nın ekvivalenti kimi oxucusunun nəzər diqqətinə 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         41 
 
 
41
təqdim olunub. Bu əsər öz kompozisiya və strukturuna görə mövzu və ideya ba-
xımından, süjet xəttinin eyniliyi cəhətdən “Dədə Qorqud”dastanları ilə eyniləşir. 
Elə bil ki, bu dramatik poema “Dədə Qorqud” dastanlarının poetik təqdimatıdır. 
Əsərdəki  obrazların  adlarının  eyniliyi,  hadisələrin oxşarlığı  bu  hər  iki  əsər  ara-
sında ümumi paralellər yaradır, hər iki əsərin mündəricəsinin mənəvi tərəfləri ilə 
müəyyənləşir.  Lakin  bununla  yanaşı  həm  də  şairin  romantik  düşüncələri,  fərdi 
təxəyyülü sarıdan fərqlənir. 
O,  yaradıcılıq  fantaziyasına  söykənərək  əsərdə  bəzi  dəyişikliklər  yaradır. 
Şair  digər  əsərlərində  olduğu  kimi,  bu  poemasında  da  sevgi-məhəbbət  macə-
ralarından  yan  keçməmişdir.  Əsərdə təsvir  Qaraca  Çobanın  qızı  Çiçəklə  Qazan 
xanın  oğlu  Ulusun  məhəbbəti  canlı  və  real  cizgilərlə  təsvir  və  tərənnüm  olun-
muşdur.  Xalqa  bağlılıq,  xalq  adət-ənənəsinə  vurğunluq  xalqın  sənət  çeşməsin-
dən  N.Xəzrinin  qidalanması,  xalq  ruhunun  yenidən  oyanışı  və  intibahı,  özü-
müzə,  milli  mənliyimizə  qayıdışın  parlaq  təcəssümüdür.  Xalqın  mənəvi  dəyər-
lərini yaşatmaq, inkişaf etdirmək müəllifin əsl yaradıcılıq qayəsinə çevrilmişdir. 
Müdriklik və  mərdlik kimi əsas  mənəvi dəyərlər demək olar ki, poemanın əsas 
yaradıcılıq  etalonuna  çevrilərək,  əsərin  əsl  daxili  mahiyyətini  açıb  göstərir  və 
şairin əsas məqsədə və məramını böyük ehtiramla qələmə alır, canlandırır. Dədə 
Qorqud müdrikliyin, Qazan xan, Burla xatun, Ulus isə cəsarət və mərdliyin sim-
volu  kimi  təsvir  olunmuşdur.  Poemada  folklor  ənənəsinə  sədaqət,  Azərbaycan 
şifahi  xalq ədəbiyyatı qaynaqlarından bəhrələnmək prinsipi  metodologiyası  şair 
N.Xəzrinin  yaradıcılıq  manifestinə  çevrilmişdir.  Folklorun  bütün  janrlarında 
qələmini sınayan  müəllif  folklorun epik  növündə  də uğur qazanmışdır. Öz  mə-
xəzini “Dədə Qorqud” dastanlarından götürən “Torpağa sancılan qılınc” poema-
sı  həmin  dastanın  bütün  xüsusiyyət  və  keyfiyyətlərini  özündə  ehtiva  edərək 
qoruyub  saxlayır.  Əsərdə  müdriklik  yalnız  yüksək  bir  mənəvi  sifət  olmayıb, 
eləcə də şair üçün ən böyük bir etiqada çevrilmişdir. Dədə Qorqud obrazı sadəcə 
bir  obraz  olmaqla  qalmayıb,  bir  adil  və  müdrik  xalqı  təmsil  edir,  canlandırır, 
xalqı özünə tanıdır. 
Və əsərində 5-ci şəklində müəllif bu müdrik el ağsaqqalının dili ilə deyir:  
 
Eşidin insanlar sizə sözüm var, 
Bir sevən oğlum var, sevən qızım var. 
Gecə zülmətini səhər silir ki, 
Cahanda təmizlik, paklıq itməsin. 
Gəlinlər evlərə gəlin gəlir ki, 
Gedənlər dünyadan nakam getməsin. 
 
Bu müdrikliyin  mənəvi qardaşı olan  mərdlik  Azərbaycan xalqının  mənəvi 
simasını  dəyərləndirən,  kamilləşdirən  bir  daxili  intim  sifət  kimi  əsərdə  təsvir 
olunur.  Qaval  daşlarını  döyüş  təbilinə  çevirən,  xəyalı  indi  də  “böyük  daş”, 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         42 
 
 
42
“kiçik  daş”  timsalında  tunclaşıb  yaşayan  və  tarixini  yaşadan  qeyrətdən  tökülən 
mərdlik  timsallı  Qazan  xan,  Ulus,  Qaraca  Çoban,  Burla  xatunqəhrəmanlıq  mü-
cəssəməsinə  dönərək  tarixi  igidliyin  simvolu  kimi  ulu  tarixin  tunc  yaddaşına 
yazılmışdır ki, bu da müəllif N.Xəzrinin yaradıcılıq prizmasının ən önəmli tərəf-
lərinin haşiyələnən ideologiyası, siyasi-tarixi gücü ilə müəyənləşir, formalaşır.  
Bəşər  tarixində  Azərbaycan  qadınlığının  hər  hansı  bir  ictimai-siyasi  etap-
dan  və  mərhələdən  qələbə  ilə  çıxması  poemanın  finalı  kimi  səslənir.  “Torpağa 
sancılan  qılınc”da  torpağa  sancılan  qılınc  ulu  tomrislərin,  burla  xatunların  mə-
nəvi qeyrət qılıncıdır. Örpəyimizin bəzi papaqlar üzərində coşğun təntənəsi, qə-
ləbəsidir.  Möhtəşəm  xalqın,  möhtəşəm  qadınlarının  yalnız  ərən  oğullar  deyil, 
qeyrət də, kişilik də, mərdlik də doğmasına bir nişanədir. Məhz elə bu ana xətt, 
bu şah ideya əsərin qlobal səciyyəsini, ruhunu, bir sözlə leytmotivini təşkil edir. 
Beləliklə,  demək  olar  ki,  N.Xəzrinin  “Torpağa  sancılan  qılınc”  əsəri  “Dədə 
Qorqud kitabı” dastanları ilə oxşar süjet xətt, oxşar məzmun təşkil etsə də, yenə 
də demək olar ki, şair  məramı, şair qayəsi  bir əqidəyə,  bir etiqada  xidmət edir. 
Bu da vətəni, onun qəhrəman tarixini qoruyub  yaşatmaq, işıqlı gələcəyə çatdır-
maq prinsipidir, arzusudur.
 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə