AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

İşin  elmi  yeniliyi:  Məqalədə  Nəbi  Xəzrinin  qoşma  və  gəraylılarında  xalq 
şeiri  ənənələrindən,  xalqın  zəngin  təfəkküründən  ustalıqla  istifadə  edilməsi, 
“Burla  Xatun”,  “Torpağa  sancılan  qılınc”  poemaları  ilə  “Dədə  Qorqud  kitabı” 
dastanı arasında paralellər tədqiq olunmuşdur. 
 
 
ƏDƏBİYYAT 
1. Xəzri Nəbi. Seçilmiş əsərləri. 4 cilddə, Bakı, 1983-1984. 
2.  Qarayev  Y.  Milli  “mən”  şüuru  və  estetik  yaddaş.  Min  ilin  sonu.  Bakı,  Elm, 
2002. 
3.  Seyidov  M.  Əski  köklər.  Azərbaycan  xalqının  soy  kökünü  düşünərkən.  Bakı, 
Yazıçı, 1988. 
 
 
 
Çapa tövsiyə edən: AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar İmanov 
 
 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         43 
 
 
43
Şəhla HÜSEYNLİ 
AMEA Folklor İnstitutunun elmi işçisi 
e-mail: hüseynli.shehla@rambler.ru 
 
ƏFSANƏ VƏ RƏVAYƏTLƏRDƏ FORMULLAR 
Xülasə 
Məqalədə əfsanələr və rəvayətlər söylənilmiş bir sıra nəzəri fikirlərə əsaslanaraq onların 
yaxınlığı və eyni zamanda müstəqil janrlar kimi təşəkkül tapması prosesi formul baxımından iz-
lənilir. Əfsanə və rəvayətlərdə işlənən formulların özünəməxsus semantik cəhətləri həmin janr-
ların mahiyyəti  ilə əlaqəli  şəkildə  şərh  edilir.  Bu  baxımdan bir  sıra  əfsanə  və rəvayətlər  təhlilə 
cəlb edilir. Nəticə etibarilə müəllif nəzərdən keçirdiyi janrlarla onlarda işlənən formullar arasın-
dakı daxili bağlılığı üzə çıxardır. 
Açar sözlər: formul, janr, əfsanə, zaman, semantika  
 
FORMULAS IN LEGENDS AND RUMORS 
In the article it is said about the creation process of legends and rumors according to the 
formulas as the independent genres at the same time and their nearness based on the theoretical 
thoughts. The semantically points of formulas used in the legends and rumors are explained with 
the  aims  of  those  genres.  That  is  why  some  legends  and  rumors  are  analyzed.  As  a  result  the 
author tries to show the internal connection between the genres and formulas.  
Key words: formula, genre, legend, time, semantics   
 
ФОРМУЛЫ В ЛЕГЕНДАХ И ПРЕДАНИЯХ 
Резюме 
В  статье  легенды  и  предания,  их  близость,  а  также  процесс  их  формирования  как 
отдельных жанров, рассматриваются, основываясь на ряд теоретических мыслей, в аспек-
те  формул.  Используемые  в  легендах  и  преданиях  формулы  комментируются  в  связи  с 
свойственными им семантическими сторонами и с сущностью этих жанров. С этой точки 
зрения ряд легенд и преданий привлекаются к анализу. В результате автор выявляет внут-
реннюю связь между просмотренными им жанрами и используемыми в них формулами. 
Ключевые слова: формула, жанр, легенд, время, семантика.
  
 
Məsələnin qoyulusu. Məlumdur ki, əfsanə və rəvayət bir-birinə çox yaxın 
və  eyni  zamanda  müstəqil  janrlardır.  Bəs  bu  bağlılıq  hər  iki  janrda  formulların 
təşəkkülünə və işlənmə xüsusiyyətlərinə necə təsir göstərmişdir? 
İşin  məqsədi.  Tədqiqatın  məqsədi  əfsanə  və  rəvayətlərdə  formulların  tə-
şəkkülü  proseslərini  izləmək,  bunların  işlənməsinin  semantik  çalarlarını  aşkar 
etmək, bütün bu cəhətləri onların janr təbiətləri ilə bağlı şəkildə şərh etməkdir.  
 
Epik  təhkiyənin  bir  növü  olan  əfsanələrin  də  strukturunda  başlanğıc  for-
mullarına  rast  gəlirik.  Əfsanələrdə  başlanğıc  formulları  təhkiyədən  asılı  olaraq 
dəyişir.  Əfsanənin  semantikasına  uyğun  olaraq  başlanğıc  formulları  müxtəlif 
məzmuna malik olur. Adətən belə əfsanələrdə başlanğıc formulu hadisənin səbə-
binə  çevrilir.  Bütün  bunlar  əfsanə  janrının  spesifikası  ilə  bağlıdır.  Bu  spesifika 
da öz növbəsində, rəvayət janrı ilə sıx əlaqələrə malikdir. T. Fərzəliyev göstərir 
ki, müstəqil janr kimi araşdırılana qədər əfsanələr eposun, nağılın, ayrı-ayrı mif-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         44 
 
 
44
lərin tərkibində götürülmüş və onlara xas olan xüsusiyyətlərlə də qiymətləndiril-
mişdir.  (7,  33)  G.Seyidova  da  haqlı  olaraq  yazır  ki,  folklorşünaslıq əsərlərində 
“rəvayət” adına çox vaxt “əfsanə” adı ilə birgə ‒ “əfsanə və rəvayətlər” şəklində 
rast gəlirik. Ondan ötrü ki, bu janrlar bir-birinə çox yaxındır, hətta bəzi hallarda 
qarışıq da düşür (4, 18). 
Tədqiqatçılara  görə,  “əfsanənin  əsas  məğzini  o  hekayələr  təşkil  edir  ki, 
onun  əsasında  duran  möcüzə  söyləyici,  yaxud  dinləyicilər  tərəfindən  təsdiq 
olunmuş, inanılmış tərzdə qəbul edilsin. Bununla da rəvayətlərdən fərqli olaraq, 
əfsanələr həmişə öz fantastik məzmun çalarına görə seçilir. Onlar həm keçmişdə 
‒  diaxronik,  həm  hazırda,  həm  də  gələcəkdə  ‒  sinxronik  baş  verən  hadisələr 
kimi söylənilir” (1, 207). 
“Əfsanələr mahiyyət etibarilə əsatirlərlə də çox yaxındır” (9, 11). Tarixilik 
baxımından əsatir əvvəl, əfsanə isə sonralar yarandığı üçün zaman keçdikcə əsa-
tirlərin də bir qismi əfsanəyə doğru üz tutmuşdur. (8, 45). Əfsanələr öz məzmu-
nu baxımından miflərə yaxın olan folklor mətnləridir (5, 49) 
Azərbaycan əfsanəşünaslığından götürdüyümüz  bu nəzəri  fikirlər bizə əf-
sanə  və  rəvayət  mətnlərindəki  formulların  quruluşu,  məna  xüsusiyyətləri  ilə 
bağlı müəyyən bir qənaətə gəlməyə imkan verir. Əfsanə və rəvayətlərin qurulu-
şunun  miflərlə  bağlı  olması  bu  janrlardakı  epik  formulları  da  miflərlə  ‒  əski 
köklərlə  əlaqələndirməyə  imkan  verir.  Hətta  demək  olar  ki,  xüsusilə  əfsanələr-
dəki epik formulları mifik quruluş vahidləri kimi götürüb təhlil etmək də müm-
kündür. 
İndi  isə  deyilənlərə  mətnlər  əsasında  nəzər  salaq.  Məsələn,  bir  əfsanədə 
hadisələrin  baş  verməsinin  səbəbi  Pir  babanın  gözəl-göyçək  bir  qızının  olması 
göstərilir və əfsanədə “Pir babanın gözəl-göyçək bir qızı var idi” cümləsi başlan-
ğıc formulunun rolunu oynayır (6, 162-163). 
Burada başlanğıc  formulu  mətnin  strukturuna görə təyin olunur. Bu əfsa-
nənin  mif  variantında  hadisənin  zamanı  və  məkanı  başlanğıc  formulunu  təyin 
etməkdə  rol  oynamışdır.  Ancaq  mif  mətni  unudulduğundan  oradakı  zaman  və 
məkan əlaqələri pozulmuş və mətn əfsanəyə çevrilərkən başlanğıc formullar “Pir 
babanın gözəl-göyçək bir qızı  var  idi” şəklində sabitləşmişdir. Əfsanədəki daşa 
və ağaca dönmə motivi mif mətnində arxaik düşüncə şəklində başlanğıc formu-
lunun zaman və  məkan  məzmununa tabe olmuşdur. Bildiyimiz kimi,  nağıl  mo-
tivləri əfsanə motivlərindən sonra yarandığı üçün başlanğıc formullarının yaran-
masına görə də əfsanə formulları ilkin sayılır. Əgər biz nağılda başlanğıc formu-
lunu təkmilləşmiş şəkildə, yəni bütün xüsusiyytləri ilə birlikdə müşahidə edirik-
sə,  bu,  o  deməkdir  ki,  nağıl  mətni  kimi  nağıl  formulu  da  tam  formalaşmışdır. 
Bunun  əksinə  olaraq,  əfsanə  formulu  mətnin  janrlaşma  prosesindən  asılı  oldu-
ğundan və bir də oradakı zaman və məkan anlayışlarının öz ifadəsini tapa bilmə-
məsi səbəbindən əfsanənin başlanğıc formulunda zaman və məkan əlaqələri qo-
runa bilmir. Bu səbəb mifdən irəli gəlir. Əfsanə mifə ən yaxın janr olduğundan 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         45 
 
 
45
mifin xüsusiyyətlərini özündə hələ qoruyur. Nağıllarda rast gəldiyimiz “Biri var 
idi,  biri  yox  idi”  formulu  mif  mətnindən  sonra  o  qədər  zamansızlaşmışdır  ki, 
mifin fonunda verilən nəticələrin əfsanədə məntiqi hökmə və daha sonra nağılda 
qeyri-müəyyənlik  bildirən hökmə çevrilməsi də  bu səbəbdən baş  vermişdir. Bu 
hökm,  qeyd  etdiyimiz  kimi,  “Biri  var  idi,  biri  yox  idi”  və  başqa  şəkildə  ifadə 
olunur. Mifdəki final formul inkarnasiya ilə bağlıdır, yəni mifin sonunda nəticə 
heyvana,  ağaca,  quşa  dönmə  ilə  başa  çatır.  Göstərilən  əfsanədə  də  finalı  kimi 
qızın ağaca dönməsi göstərilir. Mif mətnində ağacın totem olması haqda dünya-
görüş olmamışdır.  
Əfsanələrin  yaranmasında  tarixi  təkamül  də  rol  oynayır.  Mifdən  yaranan 
əfsanədən  fərqli  olaraq  rəvayətin  tarixi  təkamülü  nəticəsində  də  əfsanə  mətni 
formalaşır. Bu cür əfsanələrdə başlanğıc formulu mücərrəd bir zamanda yaşayan 
iki gəncə işarə edir. “Qədim zamanlarda bir qız, bir oğlan olub” (6, 64). 
Bu  cümlə-formul  “Qədim  zamanlarda  bir  qız,  bir  oğlan  var  idi”  formu-
lunun eynidir. Zaman məfhumu bu formulda güclüdür və “Biri var idi, biri yox 
idi”  formulunu  tam  əvəz  edir.  Yuxarıdakı  əfsanədə  “Bir  babanın  gözəl-göyçək 
bir  qızı  var  idi”  formulu  isə  “Biri  var  idi,  biri  yox  idi”  formulunu  əvəz  edə 
bilmir.  Məntiqlə  yuxarıdakı  formulu  “Bir  Piri  baba  var  idi,  onun  gözəl-göyçək 
bir qızı  var  idi”  hissələrinə ayırmaq olar. “Qədim zamanlarda bir qız, bir oğlan 
olub” formulu isə məntiqi hissələrə bölünə bilmir, bütöv şəkildə formul rolunda 
çıxış edir. Bu isə o deməkdir ki, Piri baba ilə bağlı əfsanə daha qədimdir, digəri 
isə sonra formalaşmışdır.  
Rəvayət  yolu  ilə  əfsanəyə  çevrilən  digər  bir  mətndə  onu  izləyən  kattanın 
əlindən xilas olmaq üçün Allahdan onu daşa döndərməyi xahiş edir (6, 190). Bu 
əfsanədə başlanğıc formulu “belə rəvayət edirlər ki” ifadəsidir. Bu ifadə də “Biri 
var  idi,  biri  yox  idi”  başlanğıc  formulunu  tam  əvəz  edir.  Çünki  əfsanə  rəvayət 
olunan  biri  var olan, biri  yox olan  hadisə  haqqındadır, əfsanədə  “biri  var olan” 
iki  gəncin  bir-birini  sevməsi,  kainatın  bu  məhəbbətə  xor  baxmasıdırsa,  “yox 
olan” hadisə isə qızın daşa dönməsidir. Deməli, həm də “biri var idi” tərkibində 
başlanğıcın məchul zamanı, “biri yox idi” tərkibində isə sonluğun məhcul zama-
nı göstərilir. 
Biri  var  imiş,  biri  yox  imiş  qəlibinə  tam  uyğun  gələn  digər  bir  əfsanədə 
göstərilir  ki,  zalım  bir  padşah  var  imiş,  zülmü  yerə-göyə  sığmazmış  (6,  194). 
Burada da asanlıqla nağıl  formulunu əfsanə  formulunun əvvəlinə artırmaq olar. 
Baxılan  əfsanələrdə  zaman  məfhumu  (biri  var  imiş,  biri  yox  imiş)  özünü  gös-
tərsə də, məkan  formulu  hiss olunmur. Bu da  mifdən  yaranan əfsanənin  müəy-
yən bir məkanla bağlı olmadığını göstərir. Əfsanədə məkanın olmaması başlan-
ğıc  formulunun  olan  da  görünür,  ümumiyyətlə  əfsanələrdəki  başlanğıc  formul-
larında  zaman  məfhumu  hiss  olunsa  da,  məkan  formulu  yalnız  bəzi  hallarda 
olur. Məsələn,  “Keçmişlərdə  Araz çayının  sahilində bir kişi  var  imiş” (6, 208), 
“Maqsudlu  kəndində  oğulsuz-uşaqsız  bir  kişi  varmış”  kimi  başlanğıc  formulla-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         46 
 
 
46
rında  zaman  və  məkan  məfhumu  rəvayət  şəklində  yaranan  əfsanəyə  daha  çox 
xasdır.  
Ümumiyyətlə, rəvayət yolu ilə yaranan əfsanələr çoxluq təşkil edir. Vaxti-
lə  rəvayət  formasında  olan  mətnlər  özünün  rəvayətə  məxsus  xüsusiyyətlərini 
itirərək əfsanə modeli kimi sabitləşir. Ancaq belə əfsanələrdə başlanğıc formul-
ları rəvayətin başlanğıc formullarıdır. Belə əfsanə mətnlərini rəvayət mətnlərin-
dən  ayırmaq  çətindir.  Əsas  fərq  ondan  ibarətdir  ki,  rəvayət  özünün  sonrakı 
inkişafında əfsanəyə məxsus cizgilər qəbul edir. 
“Bənövşə”  əfsanəsində  başlanğıc  formulu  “Bənövşə  gözəl-göyçək  bir  qız 
idi” cümləsindən  ibarətdir. Bu  mətn də rəvayət biçimində olmuşdur. “Kürsəngi 
dağı” əfsanəsindən  fərqli olaraq bu  mətn tam əfsanələşmişdir (2, 312-313). Əf-
sanədə şahidlik funksiyası “deyirlər ki” ifadəsi ilə final formulunun məzmunun-
da ifadə olunur. 
“Qız  qalası”  əfsanəsi  də  bir  mətn  tipi  kimi  rəvayət  şəklində  olmuşdur  (2, 
322-323).  Mətn  geniş  bir  rəvayət  formulu  ilə  başlayır.  “Rəvayətə  görə,  bir  za-
man  ərəblər  atəşpərəstlərin  məbədgahını  dağıdıb,  ocaqlarını  söndürüb,  onlara 
islam dinini qəbul etdirirlər. O vaxtlar atəşpərəstlər ərəblərin əlindən qaçıb baş-
qa  ölkələrə  gedirlərmiş”  (2,  322).  Və  mətnin  birinci  hissəsi  tamamilə  rəvayət 
şəklindədir. Mətndə ikinci hissə Səməd xanın peyda olması, öz qızına aşiq olma-
sı  faktı  ilə  başlanır,  Sonu  qızı  Sonanın  qaladan  yıxılması  və  sevgilisi  Həsənin 
buna görə özünü öldürməsi ilə bitir. Bu mətni həm rəvayət, həm də əfsanə hesab 
edirlər. Bu mətnin növünü formullarına görə təyin etmək olar. Mətnin əvvəlində 
rəvayət  formulundan  istifadə  olunmuşdur.  İkinci  hissənin  başlanğıcında  əfsanə 
formuluna  bənzər,  yəni  “Səməd  adında  xan  vardı”  başlanğıc  formulunun  məz-
mununa  yaxın  olan  “İllər,  aylar  keçir,  Səməd  adında  xan  peyda  olur”  cümlə 
tipinə  rast  oluruq.  Mətnin  bundan  sonrakı  hissələri  rəvayətin  əfsanələşməkdə 
olan formasıdır. Mətnin sonundakı final formulu da rəvayətin final formuludur. 
Əfsanələşmiş olan rəvayət mətnləri əfsanənin bütün xüsusiyyətlərini qəbul edir. 
Ancaq başlanğıc formulu rəvayətin başlanğıc formulu kimi işlənə bilir.  
Rəvayətin  əfsanə  şəklinə  düşməsini  bir  sıra  mətnlərdə  müşahidə  edirik. 
“Rəvayətə görə Məmmədzaman adlı birisinin gözəl bir qızı varmış (“Məmməd-
zaman  dağı”  (10,  182)),  “Deyirlər  ki,  bir  öv  varmış,  həmişə  firranıymış,  özüdə 
övin  barları  tilsimlərlə  yazılıymış”  (“Şah  Abbasın  elmlənməyi”  (10,  207)), 
“Keçmiş  zamanlarda  bir  ərlə  arvad  yaşayırmış.  Günlərin  bir  günü  ər  çörək 
qazanmaq  üçün  başqa  şəhərə  gedəsi  olur”.  (“Bülbül  əfsanəsi”  (10,  229)) 
“Kənddə  zaman  xan  adlı  varlı,  pullu  bir  ağa  hökmdarlıq  edərdi”  (“Şirin  bulaq 
əfsanəsi” (10, 229)) tipli mətnlər çox əvvəllər rəvayət tipində olsa da, məzmunu 
əfsanəyə uyğun olan yeni çalarlar qəbul etmiş, sehrli motivlərlə zənginləşmişdir. 
Əfsanəyə xas olan xüsusiyyət də orada mifoloji motivlərin iştirak etməsidir.  
Yuxarıda qeyd etdik ki, rəvayətlər hər hansı bir şahidin hadisəni söyləmə-
sinə əsaslanır. Bu şahidlik rəvayətlərdə xüsusi tərzdə ifadə olunan cümlələr şək-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         47 
 
 
47
lində  verilir.  Elə  misal  gətirdiyimiz  rəvayətdə  də  “Qağam  Aşıx  Ələhpər  nağıl 
eləyirdi  ki”  başlanğıc  formulunun  vasitəsilə  əsas  hadisəyə  giriş  edilir  (2,  187). 
Bundan sonrakı hissədə şahidlik əsasında baş verən  hadisənin  məğzi  söylənilir. 
Rəvayətdə baş verən hadisənin səbəbi ilə bağlı olaraq mifoloji inam hissi yaradı-
lır, yəni “əjdahanın sürtündüyü ot sehirlidir, insan da ondan istifadə etsə, yarala-
rı sağalar” fikri təlqin olunur (2, 187-189). 
Rəvayətin  başlanğıc  formullarında  əhvalatın  başlanmasına,  prosesə  işarə 
olunur. “Bibiheybət” rəvayətində də başlanğıc formulu bu pir haqqında söylənən 
əhvalatın səbəbinə  işarə edir. “Dedildiyinə görə” başlanğıc  formulunun  izah et-
diyi proses İrandan iki qızın Heybət adlı bir adamın gəmisi ilə Şıx kəndinə gəl-
məsi ilə bağlıdır (2, 319). 
Ümumi bir yekun kimi onu demək olar ki, əfsanə və rəvayətlərdə başlan-
ğıc formulları öz mətnlərinə uyğun olaraq işlədilir. Əfsanələrin funksiyasına uy-
ğun olaraq onlardakı formullar nağıl formullarına yaxındır. Rəvayətin formulları 
isə ancaq özünəməxsus formada işlənən, xüsusi qəliblərdən ibarət ifadələrdir.  
Bütün janrlarda olduğu kimi, rəvayətlərdə də mətndaxili  formullara az da 
olsa rast gəlinir. Hətta onu da qeyd etmək lazımdır ki, rəvayətlərdəki mətndaxili 
formulların sayı çox azlıq təşkil edir. Rast gəldiyimiz rəvayətlərin təhkiyəsi çox 
geniş  olduğuna  görə,  bu  mətnlərdəki  mətndaxili  formullar  nağıl  təhkiyəsindəki 
mətndaxili  formulların  xüsusiyyətlərini  özündə  əks  etdirir.  Belə  xüsusiyyətlər-
dən rəvayətlərdə ən çox rast gəlinəni bir süjeti o birinə bağlayan, onların arasın-
dakı zamanı, hərəkəti qısaltmağa xidmət edən təhkiyədəki keçidlərdir. Bu xüsu-
siyyəti özündə daşıyan isə keçid formullarıdır. Bu cür keçid formullarının işlən-
diyi nümunələrə diqqət yetirək. 
“Aşıq Ağacan və İnci xanım” rəvayətində: 
1. “Sizə kimdən danışım, Gürcüstanın Borçalı mahalının Qaçağan kəndin-
də yaşamış Aşıq Ağacandan”; 
2.  “İndi  eşit  kimdən,  Qarabağ  vilayətində  yaşayan  İnci  xanım  adında  bir 
aşıqdan”. 
Aşağıdakı  keçid  formulları  isə  rəvayət  mətnində  həm  başlanğıc,  həm  də 
mətndaxili formullar kimi işlənmişdir. 
“Gərək ki, saqqalı tərpənirdi” rəvayətində: 
1.  “Sizə  kimdən  deyim,  kimdən  danışım.  Sizə  kəndin  mahir  ovçusu 
Ayıbasandan deyim” (3, 36) 
Nağıllarda  olduğu  kimi,  bəzi  rəvayətlərdə  də  hərəkət  bildirən  mətndaxili 
formullara rast gəlinir. 
“Rəvayət” mətnində: 
1. “Asta qaçana göy imam qənim – deyib qırır yolun damarını” (3, 36) 
2.  “Az  gedir,  üz  gedir,  oba-oymaqlar  aşır,  axır  gəlib  bir  kəndə  çıxır”  (3, 
36) 
Hərəkətin sürətini bildirən formullar: 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         48 
 
 
48
“Getməkdən getməmək yaxşıdır” rəvayətində: 
1. “Qırır yolun əhədini, günə bir mənzil, teyyi-mənazil, dərələrdən sel ki-
mi, təpələrdən yel kimi aşıq gədiklərdən” (3, 36) 
Subyekt bildirən sözlərin təkrarı ilə düzələn mətndaxili formalar: 
“Yelənini ağ elə, çölünü sarəyla yaşıl” rəvayətində: 
1. “Arvad var ev tikər, arvad var sökər. Arvad var qonum-qonşu ilə dala-
şar, arvad var qonum-qonşuya yaraşar” (3, 36). 
Arzu bildirən mətndaxili formullar: 
“Bəxtəvər başına, belə ağıllı arvadın var” rəvayətində: 
“Səhər açılır. Üzünüzə səhərlər açılsın” (3, 36). 
Qeyd etdiyimiz bu misallar geniş təhkiyə üsuluna əsaslanan rəvayət mətn-
lərinin  müxtəlif  tiplərdə  olduğunu  göstərir.  Bu  cür  formulların  rəvayətlərdə  iş-
lənməsi  sübut  edir  ki,  rəvayət  janrı  mütəhərrik  janrdır.  Rəvayətlər təhkiyə  üsu-
lundan asılı alaraq başqa mətnin özəyini təşkil edə bilər.  
İşin  elmi  nəticəsi. Məqalədə konkret misallar əsasında rəvayət və əfsanə-
lərdə  formulların  formalaşma  və  işlənmə  xüsusiyyətləri  şərh  edilmiş,  bunları 
şərtləndirən amillərə diqqət yetirilmişdir.  
İşin elmi yeniliyi. Məqalədə əfsanə və rəvayətlərdəki formulların oxşar və 
fərqli cəhətlərinin müəyyənləşdirilməsi əsasında onların janr səviyyəsində daxili 
bağlılığı  və  eləcə  də  özünəməxsusluğu  üzərində  də  müşahidələr  aparılmış  və 
bəzi yeni qənaətlər əldə edilmişdir.  
 
ƏDƏBİYYAT 
1.  Abbaslı  İ.  Əfsanələr  (oçerk).  Azərbaycan  ədəbiyyatı  tarixi,  6  cilddə,  cild  1, 
Bakı, Elm, 2004. s.207-210. 
2. Azərbaycan folkloru. Bakı: Şərq-Qərb, 2005. 
3. AMEA Folklor İnstitunun arxivi. 
4. Bayat F. Mitolojiye giriş. Çorum, Karam, 2005.  
5. Cəfərli M. Naxçıvan folklor  mühiti əfsanə  və rəvayətlərinin  mifoloji semanti-
kasına dair “Dədə Qorqud” jurnalı, 2008, N 1, s. 45-46. 
6. Əsatirlər, əfsanə və rəvayətlər. Bakı: Şərq-Qərb, 2005.  
7.  Fərzəliyev  T.  Əfsanə  anlayışı  və  Azərbaycan  əfsanələrinin  təsnifinə  dair// 
Azərbaycan  SSR  EA  xəbərləri  (Ədəbiyyat,  dil  və  incəsənət  seriyası)  1978,  N  1,  s.  32-
37. 
8. Paşayev S. Azərbaycan əfsanələrinin öyrənilməsi, Bakı, Bilik, 1985. 
9. Pirsultanlı S. P. Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə mü-
qayisəli tədqiqi. Bakı, Nurlan, 2007. 
10.  Azərbaycan  folkloru  antologiyası,  XIII  cild,  Bakı,  AMEA  Folklor  İnstitutu, 
2005.  
 
  
Çapa tövsiyə edən: Fil.ü.f.d. Elxan Məmmədli 
   

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         49 
 
 
49
Qədim RUFULLAYEV 
Lənkəran Dövlət Universitetinin dissertantı 
e-mail: qedim_rufullaev@mail.ru 
 
Z.YAQUB ŞİFAHİ VƏ YAZILI ƏDƏBİYYATIN QOVŞAĞINDA 
Xülasə 
Məqalədə göstərilir ki, Zəlimxan Yaqub müasir Azərbaycan ədəbiyyatının tanınmış sima-
larından  biridir.  Onun  yaradıcılığı  milli  aşıq  poeziyasının  zəngin  və  əvəzsiz  söz  xəzinəsindən 
qaynaqlanaraq yazılı ədəbiyyatımızın xəlqiliyinə yeni bir çalar gətirmişdir. Burada Borçalı aşıq 
mühitində  ərsəyə  gələn  şairin  əsərlərindəki  yazılı  ədəbiyyatla  aşıq  yaradıcılığı  elementlərinin 
vəhdəti diqqət mərkəzinə gətirilir.  
Açar sözlər: Zəlimxan Yaqub, yazılı və şifahi ədəbiyyat, sintez, xalq yaradıcılığı 
  
 Z.YAGUB IN THE JOINT OF FOLKLORE AND WRITTEN LITERATURE 
Summary 
According  to  the  article,  Z.Yagub  one  of  the  outstanding  figures  of  modern  literature  . 
His creativity and free expression of the national treasury ashigs based on a rich new dimension 
to the written literature has. Minstrel in the pile of his writings that formed the background of the 
literature and a new combination of elements of creativity poet  - minstrel brought the focus  on 
identity formation.  
Key words: Zelimkhan Yagub, written and oral literature, synthesizing, folk art 
 
З.ЯГУБ НА ПЕРЕСЕЧЕНИЕ УСТНОЙ И ПИСМЕННОЙ ЛИТЕРАТУРЫ 
Резюме 
Согласно  статье,  З.Ягуб  один  из  выдающихся  деятелей  современной  литературы. 
Его творчество, которая относиться письменной литературы основовался на национально 
ашугской  поезии  и  обогащает  их  своим  вдохновением.  В  куче  своих  трудах,  которые 
сформировали фон литературе и новой комбинации элементов творчества поэта принесли 
акцент на формирование идентичности. 
Ключевые слова: Зелимхан Ягуб, письменнaя и устнaя литературa, синтез, народ-
ное творчество
 
 
 
Məsələnin  qoyuluşu: Filoloji tədqiqatlarda Zəlimxan Yaqub  yaradıcılığı-
nın araşdırılmasına münasibət. 
İşin məqsədi: Zəlimxan Yaqub yaradıcılığında şifahi və yazılı ədəbiyyatın 
vəhdətini diqqət mərkəzinə gətirmək. 
 
Azərbaycan  ədəbiyyatında  elə  məşhur  şairə  rast  gəlmək  olmaz  ki,  onun 
yaradıcılığında xalq ruhu, xalq həyatı və düşüncəsi öz əksini tapmasın. Belə ol-
mayan halda yazıçı və şair xalq arasında gərəyincə tanına bilməz və onun araya-
ərsəyə gətirdiyi  yaradıcılıq nümunələri  yarandığı  kimi də unudulacaqdır. Çünki 
qabaqcıl olmayan ədəbiyyat qabaqcıl ideyalar aşılaya bilməz. 
Ədəbiyyat tariximizdə məşhur olan ədəbi şəxsiyyətlərimiz istər lirikada və 
istərsə də epik  yaradıcılıqda bu  məsələyə  həssaslıqla  yanaşmış  və  bununla sağ-
lıqlarında əbədiyaşar olmaları üçün zəmin yaratmışlar. Belə şairlərimizdən olan 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         50 
 
 
50
Z.Yaqub da lirikası ilə xalq qarşısında hesabat verməyə və bu imtahandan uğur-
la çıxmağa qadirdir. Ən azı ona görə ki, şair xalq dilinə  və təfəkkürünə əsasla-
nan  bir  poeziya  ortaya  qoya  bilmişdir.  Bu  poeziya tarixin  süzgəcindən  süzülüb 
gələn  təfəkkür  dünyamızın  qaydalarını  qorumaqla  yanaşı  onun  janr,  forma  və 
vəzn  kefiyyətini  zənginləşdirmiş,  fərdi  yaradıcılıq  axtarışları  ilə  onu  yeni  mər-
hələyə qaldırmışdır. Təsadüfi deyildir ki, Z.Yaqub şeiri müasir dövrümüzün hə-
yəcanları ilə nəfəs alır, uğurları ilə sevinir. Bütün bunlar isə şairin içindən gələn 
təlatüm, şair kimi doğulan bir insanın ürək çırpıntılarıdır. 
Z.Yaqub  lirikasında  xalq  şeirinin  elementlərini  axtarmaq,  əslində,  şərti 
məsələdir, çünki  şairin poeziyasında xalq  yaradıcılığı  ilə  yazılı ədəbiyyatın sər-
hədlərini  müəyyən etmək çox çətindir. Bəzi  məqamlarda xalq  yaradıcılığı üslu-
bu, bəzi məqamlarda isə yazılı ədəbiyyata məxsus xüsusiyyətlər bu yaradıcılıqda 
özünü göstərir. Bu barədə Səlahəddin Xəlilov Z.Yaqub haqda fikirlərini ümumi-
ləşdirərək yazır: “Hərdən mənə elə gəlir ki, Zəlimxan Yaqubun yazdıqları onun 
özününkü  deyil,  xalq  yaradıcılığıdır,  Zəlimxan  isə  ancaq  ifaçıdır.  Yeni  dövrün 
ozanı Zəlimxan şifahi ədəbiyyatla yanaşı, yazılı poeziyamızı da əvvəlcə öz feno-
men  hafizəsində,  sonra  isə  “mən”ində  ehtiva  edir...  Zəlimxan  burada  vəhdət 
missiyasını  üzərinə  götürür,  şifahi  və  yazılı  ədəbiyyatımızı  vahid  kontekstə 
salır” (7, 186-187). 
Tədqiqatçı Ə.Hüseynova isə yazır: “Azərbaycan yazılı ədəbiyyatına səmi-
mi  bir  hörmətlə  yanaşıb  ondan  faydalansa  da,  Z.Yaqubun  folklora  təsiri  daha 
güclüdür” (4,26). 
Hər şeydən əvvəl qeyd etməliyik ki, Z.Yaqub sevgi şairidir. Burada, ”sev-
gi” öz çərçivəsindən çıxıb ictimai xarakterə çevrilib. Yurda, vətənə, xalqa, insa-
na,  sözə  sevgi,  məhəbbət  ruhlu  şeirlərinin  əsas  qayəsidir.  Çünki  onun  mayası, 
mənbəyi  xalq  şeirindən  gəlir.  Bu  məqamda  O.Sarıvəllinin  şairimizin  ilk  qələm 
təcrübəsi  barədəki  fikirləri  maraqlıdır: ”Bu günlərdə gənc  şair  Zəlimxan Yaqu-
bun  “Gənclik”  nəşriyyatı  tərəfindən  çap  olunmuş  ”Könlümün  səsi”  adlı  şeirlər 
kitabı ilə tanış oldum... Şeirlərin əksəriyyətindən aydın olurdu ki, müəllif vətən 
torpağını, uca dağlarını, dumduru göllərini...ürəkdən sevir: 
 
Azərbaycan bir nəğmədir, 
Sözü mənim ürəyimdə 
Eşqi uca zirvələrdə, 
Özü mənim ürəyimdə” (7,20). 
 
O.Sarıvəlli  onu  da  vurğulayır  ki,  Z.Yaqub  hələ  ilk  şeirlərdən  zəngin  xalq 
yaradıcılığına güclü meyil etmiş və ona xüsusi məhəbbətlə yanaşmışdır. Xalq, o 
cümlədən aşıq şeirinin də baş və hərəkətverici qüvvəsi heç şübhəsiz ki, məhəb-
bət mövzusudur. Bu mövzu həm də şifahi ədəbiyyatla yazılı ədəbiyyatı bir-biri-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         51 
 
 
51
nə yaxınlaşdıran ən ali, ən duru ideya bağlarıdır. Biz Z.Yaqubda bu dəyəri yeni 
bir şəkildə görürük: 
 
Aşıq, ağrın alım, bir “qaytarma” çal. 
İnciyən gözəlim qayıda, bəlkə. 
Sazda “Müxəmməs”im, tarda “Segah”ım, 
Bayatım, qəzəlim qayıda, bəlkə (10, 162). 
 
Şairin “Bəlkə” qoşmasından verilən bu nümunə məhəbbət mövzusunda ən 
gözəl lirik parçadır. Şair sevgilisinə olan münasibətini həssaslıqla açıqlayır. La-
kin  bu  sevgi  motivli  şeirin  arxasında  digər  problemlər  gizlənmişdir.  Elə  bil  ki, 
şair  qaytaracağı  sevgilisi  ilə  hardasa  itirilmiş  sazı,  muğamı,  qəzəli  qaytarmaq 
istəyir. Məhz  burada  məhəbbət  mövzusu  ictimai  xarakter qazanır. Şair nə üçün 
qəzəli, bayatını, saz havalarını qaytarmaq  istəyir və onlar doğrudanmı  itirilmiş-
dir?  Z.Yaqub  sənətinin  böyüklüyü  ondadır  ki,  şair  bir  parçada  bəlkə  də  yetmiş 
illik əsarətimizi dolayı şəkildə ifadə etmək və bundan ibrət alıb özümüzə qayıt-
maq zərurətini demək istəmişdir. 
Məlumdur  ki,  ötən  əsrin  30-cu  illərində  folklorşünaslığımızda,  xalq  ədə-
biyyatının toplanması  və nəşri  istiqamətində əldə olunan uğurlarla  yanaşı,  milli 
dəyərlərimizə  qarşı  bəzi  qadağalar  da  qoyulmaqda  idi.  Məsələn,  xalq  yaradı-
cılığını tədqiq edən alimlərimiz, sənət adamlarımız ölkədən sürgün edilir, güllə-
lənirdilər. Elə buna görə də bir çox dəyərlərimiz repressiya fonunda yasaq edilir 
və onların təbliğinə icazə verilmirdi. Bunun məntiqi nəticəsi idi ki, 1929-cu ildə 
Maarif  komissarı  Mustafa  Quliyevin  göstərişi  ilə  konservatoriyada  tarın  tədrisi 
qadağan  edildi  (5,10).  Böyük  şairimiz  M.Müşfiq  buna  etiraz  olaraq  “Oxu  tar” 
şeirində yazırdı:  
 
Oxu, tar, fikrimdə oyansın,  
Baharın, Seyidin qəzəli.  
Oxu, tar, ruhlansın, 
Şirvanın, Gəncənin mehriban gözəli (5,10). 
 
Z.Yaqub  yaradıcılığında  verilən  “Sazda  “Müxəmməs”im,  tarda  “Sega-
h”ım, Bayatım, qəzəlim qayıda bəlkə” (7, 162) misraları M.Müşfiq şeirinə dəs-
təkdirsə,  görkəmli  şairimiz  S.Vurğunun  bir  zaman  xalq  dəyərlərimizə,  onun 
ayrılmaz hissəsi olan musiqi, muğam və digər mənəvi sərvətlərimizə xor baxan 
İran irticaçılarına qarşı yazdığı “Yandırılan kitablar” şeirini xatırladır: 
 
Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar, 
De, onları heç duydumu sənin o daş ürəyin? 
Hər gəraylı pərdəsində min ananın qəlbi var... 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         52 
 
 
52
Hər şikəstəm övladıdır bir müqəddəs diləyin, 
De, onları heç duydumu sənin o daş ürəyin? (6,133) 
 
Şairin  yaradıcılığında  sevgi  motivi  və  onun  ictimai  xarakter  qazanması 
probleminə N.Gəncəvinin əsərlərində də rast gəlinir. “Xosrov və Şirin” poema-
sında o, məhəbbətin möhtəşəm abidəsini yaratmışdır. 
Xalq ədəbiyyatında da məhəbbət ruhlu şeirlərin ictimai məzmun daşıdığını 
görməkdəyik:  
Apardı tatar məni 
Qul edib satar məni 
Yarım vəfalı olsa  
Axtarıb tapar məni (2,168). 
 
Göstərilən nümunədə məhəbbət, eşqdə vəfalılıq motivi ön plandadır. Eyni 
zamanda bayatıda sevgi ilə yanaşı, xalqımızın məzlumanə bir tarixi ifadəsini ta-
pır. Bu monqol əsarəti, monqol zülmüdür. Yəni, zəhmətkeş xalqın yaratdığı bə-
dii nümunələr onun tarixi və siyasi-ictimai təfəkkürünün əksidir. Bir gözü ilə ağ-
layan və bir gözü ilə gülən xalqımızın uzunəsrlik tarixi xalq şeirində necə yaşan-
mışdırsa,  Z.Yaqub  yaradıcılığında  da  özünəməxsus  şəkildə  ifadəsini  tapır.  Bu 
onunla əlaqəlidir ki, söz sənətkarı bütün yaradıcılığı boyu həyat hadisələrini də-
rindən izləmiş, müşahidə aparmış, nəzərə çarpan ən səciyyəvi faktları qeydə ala-
raq öz əsərində bədii şəkildə işlətmişdir.  
Şairin  yaradıcılığında  özünəməxsusluğu  ilə  diqqəti  cəlb  edən  sırf  məhəb-
bət ruhlu şeirlər də az deyildir. Onun “Böyük sevgilər” şeirindən oxuyuruq: 
 
Ölməz böyük sevgilər, ölüm təhlükə bilməz 
Gözündə su bulanmaz, aynası ləkə bilməz. 
Min illər gəlib keçsə, heç vaxt əl çəkə bilməz, 
Fərhad öz qayasından, Məcnun öz səhrasından (7, 315-316). 
 
Şairə görə, hər təsadüfi hiss sevgi deyil, böyük sevgilər yaddaşda qalmalı, 
gələcəyə getməlidir. Hansı ki, onlar bəşəriyyəti tərbiyə etməli, onun saflaşması, 
təmizlənməsi üçün məktəb olmalıdır.  
Z.Yaqub  yaradıcılığında  xalq  yaradıcılığının  təzahürü  müxtəlif  istiqamət-
də  əksini  tapmışdır.  Lakin  bu  müxtəliflik  ansambl  kimi  vəhdət  təşkil  edərək 
ümumi  yaradıcılığın  qayəsini  üzə  çıxarır.  Heç  kəsə  sirr  deyildir  ki,  şair  saza, 
sözə bağlı bir insandır və şübhəsiz ki, əsərlərində aşıq yaradıcılığının izləri daha 
qabarıq  olacaqdır.  Əslində,  bunu  danmaq  mümkün  deyildir.  Görüşlərin  birində 
Z.Yaqubun  saza  sarılarkən  dediyi  aşağıdakı  ifadələr  gəldiyimiz  qənaəti  təsdiq-
ləyir:  “Məni  aşıqlarla  qarışdırmayın.  Aşıqlar  başqa  cür  ifa  edir,  şair  başqa  cür. 
Mən şair olaraq duyğularımı kökləmək üçün  saza  müraciət edirəm”. Məhz ona 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         53 
 
 
53
görə  də  çox  zaman  Z.Yaqub  şeiri  aşıq  şeiri  ilə  daim  səsləşir.  Hətta  Z.Yaquba 
aşıq deyənlər də olur. Bu yerdə akademik Budaq Budaqovun Z.Yaqub haqqında 
fikirləri  yada  düşür:  “Zəlimxanı  ancaq  aşıq  kimi  tanıyanlar  öz  fikirlərində  qal-
sınlar. Mən buna etiraz etmirəm. Şairin ruhuna hopan insanı, sazı özündə tapan 
adamı  sazdan  ayırmaq  olarmı  və  son  anda  ona  aşıq  demək  olarmı?  Yox  ki, 
yox!...  Aşıqlar  xalqımızın  mənəvi  aləmini  zənginləşdirmiş,  klassik  poeziya  ilə 
aşıq  şeiri  arasındakı  Aşıq  Ələsgər  kimi  möhtəşəm  körpü  yaratmışdır.  Z.Yaqub 
şairdir” (8, 137). 
Z.Yaqub Azərbaycan poeziyasının korifey sənətkarları cərgəsində qərarla-
şan  şairlərimizdən  biridir.  Onun  yaradıcılığı  yazılı  ədəbiyyatın  özünəməxsus 
məziyyətlərini  Nizami,  Füzuli,  Vaqif,  Vurğun  məktəblərindən  alaraq  gələcək 
nəslə ötürməkdə olan daha bir sənət məktəbidir. Elə bu məqamda dediklərimizin 
təsdiqinə  aid  bir  faktı  açıqlamaq  yerinə  düşərdi.  Şairin  50  illik  yubileyi  ilə 
əlaqədar Azərbaycan xalqının böyük şəxsiyyətlərindən biri olan və öz zamanına 
görə dünya şöhrəti qazanmış H.Əliyevin təbriknaməsindən oxuyuruq: ”Hörmətli 
Zəlimxan  Yaqub!..  Siz  müasir  ədəbiyyatımızda  Azərbaycanın  zəngin  şeir 
ənənələrini yaşadan şairlər nəslinə mənsub olan sənətkarlardansınız. Xalqımızın 
yüksək  insani  keyfiyyətlərini,  əxlaqi  dəyərini,  mənəvi  məziyyətlərini  təcəssüm 
etdirən şifahi  xalq  yaradıcılığından ustalıqla  bəhrələnməklə siz  Azərbaycan po-
eziyasının inciləri səviyyəsinə qalxa bilən nəzm əsərləri yaratmısınız” (8, 3). 
Z.Yaqub yaradıcılığını xalq şeirinə yaxınlaşdıran və onda xalq ruhu yara-
dan  cəhətlərdən  biri  də  Borçalı  aşıq  mühiti  ilə  bağlı  olması  idi.  Buna  görə  də 
Z.Yaqub  yaradıcılığında  aşıq  şeiri  öz  inkişafının  yeni  mərhələsinə  qədəm  qoy-
muşdur.  Belə  ki,  aşıq  şeiri  aşıq  ruhlu  yazılı  ədəbiyyat  nümayəndəsinin  yara-
dıcılığında yeni məna, yeni keyfiyyət kəsb etmişdir. Digər tərəfdən aşıq şeirinin 
Z. Yaqub yaradıcılığında özünə yer tapması onun doğulub, boya-başa çatdığı bir 
məkan üçün təbii hal sayılır. 
Bu  barədə  Ə.Xəlilovun  fikirləri  maraqlıdır:  “Azərbaycan  şairi  Zəlimxan 
Yaqub  dövrümüzün  ən  çox  sevilən,  oxunan  və  sayılan  şairlərindən  biridir.  Bəs 
onu  sevdirən,  həqiqi  sənətkar  fövqünə  qaldıran,  xalqın  simpatiyasına  çevirən 
ümdə cəhətlər hansılardır? Əlbəttə, o, ağır Borçalı elinin sazlı-sözlü, şairli-aşıqlı 
bir kəndində-qədim Kəpənəkçidə dünyaya göz açmışdır. Göyçə mahalının sənət 
məktəbinin  varisi  kimi  tanınan  Aşıq  Əmrah,  Hüseyn  Saraclı,  Aşıq  Kamandar 
kimi şəxsiyyətlərin əhatəsində ərsəyə gəlmişdir” (11, 9). Ona görə də Zəlimxan 
Yaqubun  aşıq  şeirləri  digər  nümunələrə  nisbətən  çoxluq  təşkil  edir  və  onun  bu 
ruhda  meydana  gətirdiyi  əsərlər,  sözün  əsl  mənasında,  poeziya,  eyni  zamanda 
milli  təfəkkürdə  özünəqayıdış  məsələlərinə  ciddi  təkan  verməkdədir.  Şair  yara-
dıcılığı boyu təkcə aşıq şeirinə və aşıq sənətinə maraq göstərməmiş, həm də bu 
sənəti  yaradan  insanların  şəxsiyyətinə  böyük  ehtiram  bəsləmişdir.  Təsadüfi  de-
yildir  ki,  Dədə  Qorqud  dühası  bir  fərd  olaraq  keçmiş  ilə  müasirliyin  vəhdətini 
yaradaraq böyük bir şəxsiyyətə çevrilmişdir. Bu barədə Azər Turanın “Əzəl-axır 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         54 
 
 
54
dünya türkün dünyası” kitabından oxuyuruq: “Z.Yaqub ədəbiyyata gəldiyi gün-
dən bəri, sözün məhz bu mənasında Vətən havasıyla havalanıb. Elə buna görə də 
duyğularındakı  və  sinəsindəki  saz  Dədə  Qorqud  üslubunda  və  Şah  İsmayıl 
ahəngində dinir” (1, 29). 
Z.Yaqub  şeirində aşıq  yaradıcılığının  inikası  hər  şeydən əvvəl şairin saza 
olan münasibətindən irəli gəlmişdir. Necə deyərlər, yazıçının yaradıcı şəxsiyyəti 
güclü  olduqca  onun  sosial  ruhu  güclü  olur.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  şair 
hər bir şeiri yazarkən saza müraciət edir. Şairin saza olan münasibətini və yara-
dıcılığında  onun  təsir  dairəsini  izləyən  tarix  elmləri  doktoru  Həsən  Həsənov 
qeyd  edir:  “Saz  Azərbaycan  və  türk  poeziyasında  bir  çoxunu  kökləmişdir:  Yu-
nus Əmrəni, Xətayini, Qurbanini, Ələsgəri, Alını, Vurğunu... və bu sıranı davam 
etdirməyə,  yeni  söz deməyə,  yeni çalar tapmağa  böyük  istedad tələb olunur ki, 
bu  istedadı Yaradan  Z.Yaquba  verib. Məhz Zəlimxan sazla sözü elə vəhdətləş-
dirib ki, onun şeirində, saz deyərkən söz sazlanır insanın düşüncəsində” (8,14). 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə