AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   15

Nəticə. Şair haqqında deyilən fikirlərdən aydın olur ki, Z.Yaqubun saza və 
sözə olan ehtiramı çox yüksəkdir və əsərlərində bu dəyərləri yaradan klassik irsə 
və onun daşıyıcılarına böyük hörmət vardır. Çünki saz-söz sənəti poeziya, musi-
qi ilə danışıq nitqinin vəhdətini təşkil edir. 
 
 
ƏDƏBİYYAT 
1. Azər Turan. Əzəl-axır dünya türkün dünyası. Bakı, Vətən, 2007, 210 s. 
2. Bayatılar. H.Qasımovun tərtibi ilə. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1960, 
253 s.  
3. El düzgüləri elat söyləmələri. Toplayanı M.Qasımlı. Bakı, Azərnəşr, 1993, 173 
s.  
4. Hüseynova Ə. Zəlimxan Yaqub yaradıcılığı. Bakı, ADPU, 2006,139 s. 
5. Hüseynoğlu G. Mikayıl Müşfiq. Bakı, İşıq,152 s. 
6. Səməd Vurğun. Seçilmiş əsərləri. 2 cilddə, I cild. Bakı, Yazıçı,1986,302 s. 
7. Zəlimxan Yaqub. Mən bir dağ çayıyam. Bakı, Şərq-Qərb, 2006, 336 s. 
8.  Zəlimxan  Yaqubdan  yazılanlar./Musa  Nəbioğlunun  redaktəsi  ilə/  “Məqalələr 
toplusu”. Bakı, Vətən, 2005, 403 s.  
9.  Zəlimxan  Yaqub.  Seçilmiş  əsərləri.  2  cilddə,  II  cild.  Bakı,  Şərq-Qərb,  2006, 
288 s.  
10.  Zəlimxan  Yaqub.  Seçilmiş  əsərləri.  2  cilddə,  I  cild.  Bakı,  Şərq-Qərb,  2006, 
248 s.  
11. Xəlilov Ə. Olipmə gedən yolda. Bakı, Azərnəşr, 2005, 174 s. 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Hüseyn İsmayılov 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         55 
 
 
55
Nailə ƏBİLOVA 
 “Türk xalqları folkloru” şöbəsinin elmi işçisi 
e-mail: abilova.nailya@mail.ru 
 
AZƏRBAYCAN NAĞILLARININ RUS DİLİNƏ TƏRCÜMƏSİNDƏ 
LEKSİK ÜSLUBİYYAT VƏ BƏDİİ NİTQ PROBLEMLƏRİ 
Xülasə 
Məqalədə  Azərbaycan  nağıllarının  rus  dilinə  tərcüməsi  prinsipləri  araşdırılmış,  tərcümə 
işində dil resursları, leksik üslubiyyat və bədii nitq məsələlərinin qarşılıqlı əlaqəsi öyrənilmişdir. 
Açar sözlər: dil, tərcümə, rus, nağıl, leksik, üslub, poetika. 
 
ПРОБЛЕМЫ ХУДОЖЕСТВЕННОЙ РЕЧИ И ОСОБЕННОСТЕЙ ЛЕКСИКИ ПРИ 
ПЕРЕВОДЕ АЗЕРБАЙДЖАНСКИХ СКАЗОК НА РУССКИЙ ЯЗЫК. 
Резюме 
В статье исследуются принципы перевода азербайджанских сказок на русский язык. 
При переводе изучается взаимосвязь языковых ресурсов, особенности лексики и вопросы 
художественной речи. 
Ключевые слова: язык, перевод, русский. сказка, лексический, стиль, поэтика. 
 
THE LEXICAL STYLISTIC AND ARTISTIC SPEECH PROBLEMS IN THE 
TRANSLATION INTO RUSSIAN OF AZERBAIJAN TALES 
Summary 
In the article the translation principles of translation into Russian of Azerbaijan tales are 
investigated,  the  language  resources  in  the  translation  work,  the  lexical  stylistic  and  the  the 
mutual relation of artistic speech problems are studied. 
Key words: language, translation, Russian, tale, lexical, stylistic, poetics
 
  
 
Məsələnin  qoyuluşu:  Bədii  düşüncə  sistemi  obrazları  təfəkkürdən    qay-
naqlandığından burada dil vasitələri lüğət tərkibi, qrammatik formaları müxtəlif 
şəkildə poetik fikrin ifadələnməsinə xidmət edir. Yazılı ədəbiyyatdan fərqli ola-
raq folklorda bu proses daha mürəkkəb səciyyəvilikdədir. Zəngin  məcazlar sis-
temi,  leksik-üslubi  kateqoriyaların  danışıq  –  məişət  leksikasına  bağlılığı  təkcə 
folklor  ədəbiyyatının  poetikasının  öyrənilməsində  deyil,  həm  də  onun  tərcü-
məsində  lüğət  tərkibinin  xüsusi  leksik-üslubi  laylarının  araşdırılmasını  tələb 
edir. Azərbaycan xalq nağıllarının rus dilinə tərcüməsi işində də dil potensialının 
hər iki müqayisədə funksional xüsusiyyətlərinin nəzərə alınması xüsusi əhəmiy-
yət daşımaqdadır. 
İşin  məqsədi:  Məqalədə  qarşıya  qoyulan  başlıca  məqsəd  Azərbaycan  na-
ğıllarının  rus  dilinə  tərcüməsində  hər  iki  tərəfdən  dil  resurslarının  öyrənilməsi, 
leksik üslubiyyat və bədii  nitqin qarşı dilə çevrilməsindəki potensial  imkanları-
nın araşdırılmasıdır. 
Zəngin obrazlar sistemi,  mifoloji  semantika və özünəməxsus poetik xüsu-
siyyətlərə  malik  Azərbaycan  xalq  nağıllarının  müxtəlif  dillərə  tərcüməsində  dil 
faktorlarında “gizlənən” etno-mədəni hadisə və düşüncənin qorunması ən vacib 
məsələlərdən  biridir.  Sözün  bədii  gücü  bütün  çalarları  ilə  folklor  mətnlərində 
zəngin üslubi ekspressivliyə bağlı olduğundan tərcümə işində üslubi məqsəd və 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         56 
 
 
56
situasiyaya  müvafiq  məna  çalarlarının  mümkün  variantlarda  qorunması  başlıca 
şərtdir. Məlum olduğu kimi, hər bir nağıl mətni öz-özlüyündə mükəmməl poetik 
sistem olaraq kommunikativ hadisə, nitq, akt və janrlarından çıxış edir. Nitq akt-
ları,  nitq  janrları  üzərində  tərcümə  işinin  aparılması  hər  iki  dil  üslubiyyatının, 
bədii nitq elementlərinin qarşılaşdırılma və müqayisəsini bir araya gətirir. Qeyd 
edək ki, Azərbaycan nağılları uzun müddət müxtəlif dillərə tərcümə olunmuşdur 
ki  həm  tarixi,  həm  də  davamlılığı  baxımından  çevrilmələr  daha  çox  rus  dili 
üzərində aparılmışdır. Alınan nəticələrdən çıxış edərək nağıllarımızın çevrilmə-
sində  tərcümə  prinsipləri,  janr  poetikasının  özünəməxsusluğunun  problematik 
məsələlərini araşdırmaq mümkündür. 
Tərcümədə  təhkiyə  sistemi  üçün  daha  vacib  akta  çevrilən  tərəflərdən  biri 
performativ vahidlərdir. Danışıq-məişət leksikasının nağıl təhkiyəsinin əsasında 
dayanması  bu  sırada  müxtəlif  üslubi  çalarlarla  müəyyənləşməkdədir.  Danışıq-
məişət leksikasına burada ədəbi danışıq sözləri ilə yanaşı, sadə və loru sözlər də 
daxildir.  Odur  ki,  bu  vahidlərin  iki  növü  vardır:  1)  ədəbi  dilə  məxsus  danışıq-
məişət sözləri; 2) sadə danışıq məişət sözləri; ikinci qrup sözlər birinci qrup söz-
lərdən  aşağıdakı  əlamətləri  ilə  fərqlənir;  a)  aldadıcı  üslubi  çalarlar  daşıyır;  b) 
ümumi xalq xarakterinə malikdir; v)  ədəbi dil normalarından kənardır.(5,185) 
Xalq danışıq dilində bu qrup leksik vahidlər tək və söz birləşməsi şəklində 
təhkiyədə  işlədilməklə çox zaman nağılın tərcüməsində nəzərə alınmadan cüm-
lənin tərkibindən çıxarılır: 
 “  –  Ay  nənə,  kasıbın  baxdı  olmaz?  cibimdə  bir  sağ  yer  yoxdu  ki,  qəpik-
quruşumu  ora  qoyam,  qorxuram  itə.  Bəlkə  köhnə-kürüş  bir  kisədən-zaddan 
ola?”(4.86) 
 “ – Yorulmuşdu, həm də şirin – xəyala cummuşdu”(4.31) “ – Bircə sənin 
yerin  əksik  idi,  qaxıl  otur  yerində,  onsuz  da  sənin  paltarın  nə  gəzir  ki,  geyinib 
gedəsən?”(4,73)  
Verilən  ilk  nümunədə  –  “köhnə-kürüş”  ekspressiv  qiymət  verici  söz,  digər 
iki  ifadə – “cummuşdu”, “qaxıl” sa vulqar, kobud ekspressiyalıdır. Xalq nağılla-
rında yer alan bu tip loru leksika nümunələri tərcümədə semantik cəhətdən müstə-
qim mənada verilir və ya mətndən çıxardılaraq nağılın emosionallığını zəiflədir. 
Danışıq-məişət leksikasının böyük bir qolunu frazeoloji ifadələr, deyimlər 
təşkil edir ki, bu qrup sözlər xalq nağıl təhkiyəsində daha işləkdir. Qeyd edək ki, 
bu sözlərin, ibarələrin tərcümədə mümkün şəkildə qarşı dilin leksikasında ifadə-
lənməsi bir çox cəhətdən vacibdir. Hər bir nitq aktı obrazların davranış, fərdi, ti-
pik  xüsusiyyətləri,  milli-etnik  qrupda  seçilmə  səciyyəviliyini  ifadə  etməkdədir. 
İkinci  bir  tərəfdən,  söyləmə-performativ  aktı  etno-sosial  mühit,  inanc,  mifoloji 
təsəvvürlərin qaynağına bağlanmaqla nitqdə ayrıca informativ dəyər təşkil edir. 
“ – Anan matəmində əyləşsin, görünür sənin ölüm şərbətin mənim əlimdə 
imiş.  Mənim  qardaşımın  əvəzində  gərək  sənin  ətini  aşıqcan  eləyəm,  qanını 
qaşıqcan.”(5,293) 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         57 
 
 
57
“  –  Да  зарыдает  мать на  твоих  поминках,  Ибрагим!-  взревел  див.  Из 
моих  рук  суждено  тебе  испить  смертную  чашу!  Ты  убил  в  ту  ночь  моего 
брата. За это съем твое мясо, выпью твою кровь!”(10,9) 
“  –  Əmimin  bir  qızı  var,  bir  qıçı  topal,  bir  gözü kor,  üzü  çopur  ki, toyuq 
dimdikləmiş qarpız qabığıdı. Üzünə bir  sigəzi darı töksəm yerə düşməz, özü də 
ki, keçəl. Başında ifunət qarxır ki, vaxt eləyir adamın başı çatlasın”.(3,295) 
“ – У дяди моего есть дочь – хромоножка, слепая на один глаз и такая 
рябая – как арбузная корка, которую исклевали куры: мешок проса насыпь 
ей  на  лицо  –  ни одно  зернышко  не  скатится  на  землю.  И  при  этом  еще  и 
плешивая.”(10,13) 
“Mən səni göydə axtarırdım, yerdə əlimə düşmüsən”.(3,301) 
“Не чаяла я тебя и в небе поймать, а ты на земле мне в руки попался.” 
(10,23) 
“  –  Bala,  nə  olub  belə  qəm  dəryasına  batıbsan?  De  görüm,  bəlkə  məndə 
sənə bir çarə  oldu.”(3,297) 
“Что с тобой, о, юноша, погруженный в пучину горя? Расскажи, мо-
жет сумею пособить тебе чем-нибудь?”(10, 14-15) 
“ – Ay itin qızı, haradaydın?”(3,33) 
“ – Ах ты такая-сякая, где ты пропадала до сих пор?”(9,79) 
“Qız  barmağın  dişləyib,  dedi:  –  Ey  dili  –  qafil,  bu  filan  cadugünün 
tüpürcəyindən əmələ gələn oğlandı.”(3,36) 
“Прикусив палец, она подумала про себя : Вот в чем тайна!”(9,82) 
 “  –  Razıyam,  amma    şərti  şumda  kəsək  ki,  xırman  vaxtı  yaba  davasına 
çıxmayaq.”(3,356) 
“  –  Согласен,  –  сказал  Плешивый,  –  но  давай   сначала  условимся на 
пашне, чтобы после на гумне не ссориться.”(9,290) 
“Bir  qarı  varidi.  Qarı  var  ipəkdi,  qarı  var  köpəkdi,  qarı  var  iman,  qurban 
nəsib olsun. Qarı da var ilan-qurbağaya nəsib olsun. Bu qarı köpək qarıdı.”(3,5) 
“Есть  старухи  как  щелк,  а  есть  –  как  собака-  зубами  щелк!  Иная 
старуха – сама святость, а иная – такая гадость, что тьфу! Какая, и сказать 
не  могу,  от  таких-то  старушек  жди  только  змей  и  лягушек.  Эта  старуха 
была из тех, что зубами щелк, злая, как свора собак.”(12,102) 
Folklor mətnlərinin bədiiliyini şərtləndirən frazeoloji birləşmələr içərisində 
qarqış  xarakterli  ifadələr  digər  janrlardan  fərqli  olaraq  nağıllarda  daha  çox 
işləkliyə  malikdir.  Xalq  etnoqrafiyası,  məişətindən  gələn  bu  tip  ibarələrin 
“yaranmasına bir səbəb  insanların təbiət hadisələrinin, təbiətdə rastlaşdıqlarınin 
sirlərinə  nəinki  gərəyincə,  hətta  primitiv  şəkildə  belə  bələd  olmamalarıdırsa, 
ikinci səbəb əfsun-ofsuna, sözün sehirli  gücünə  etiqadın  sakral  və demonoloji 
varlıqlara inamın olmasıdır”(1,7) 
Qarqışların  rus  dilinə  tərcüməsində  çətinlik  yaradan  məsələlərdən  biri  bu 
ifadələrin  çevrilmədə  rusca  qarşılığının  olmamasıdır.  Qarğışların  folklor  janrı 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         58 
 
 
58
kimi yuxarıda qeyd olunan səciyyəviliyindən irəli gələrək mətnlərin tərcüməsin-
də məişət, mərasim-ritual görüntülər, etnoqrafik şərhlərin verilməsi daha vacib-
dir.  Aşağıdakı  nümunələrdə  qarğışların  rus  dilinə  tərcüməsindəki  adekvat  və 
yaradıcı poetik struktur daha aydın nəzərə çarpır: 
 “  –  Səni  gorbagor  olasan,  köpək  oğlunun  ölüsü,  adamın  bir  həyası  olar. 
Niyə dirilib qaçırsan, - deyib çomağı endirir onun təpəsinə.”(3,264) 
“ – Вот тебе, вот тебе! Будешь знать как оживать! Забил он мельника 
до смерти, превратил его в мешок с костями.”(11,138) 
“ – Kül sənin başına! Səfərə getmək sənin o cırıq tumanına yaraşır.” (3,356) 
“  –  Пусть  пепел  падает  на  твою голову!  -  воскликнула  мать.  –  Путе-
шествие только и пристало твоим драным штанам.”(9,290) 
“  –  Adə,  ay  filan-filan  olmuş,  mən  sənə  dedim  get  buzovun  qulağından 
yapış, sür gəlsin bura. Sən gedib buzovun qulağını çıxardıb gəlmisən üstümə, itil 
gözümdən.”(3,357) 
“  –  Эй  ты,  собачий  сын!-  вскричал  он.-  Убирайся  вон  из  моего  
дома.”(9,292) 
Tərcümə nəzəriyyəsinə görə, hər bir folklor janrının özünəməxsus tərcümə 
prinsipləri  vardır.  Bu  prinsiplər  içərisində  mətnlərə  yaradıcı  yanaşma  məsələsi 
də  mühüm  faktorlardandır.  Lakin  xalq  deyim  və  ifadələrinin  tərcüməsində  sıx-
sıx  tərcüməyə  yaradıcı  yanaşma  məqsədəmüvafiq  deyildir.  “Bu  tipli  ifadələrin 
tərcüməsində  üstən  keçmək,  ixtisara  yol  vermək, əl  altda  nə  var  ondan  istifadə 
yolverilməz haldır. Və tərcümə praktikasında buna rast gəlmək mümkündür. Bu-
rada təqlid  yolu  ilə düzəldilən söz və ifadə, kalka təhrifə gətirir və  folklor mət-
ninin milli layını, tarixi fonunu pozur. Burada etnoqrafik, tarixi bilik kara gəlir. 
Bu tipli sözlərin tərcümə prinsipində elmi-etnoqrafik şərh, izah lazımdır.”(6,81) 
Xalq  nağıllarında  mətn təhkiyyəsində  müəyyən  ahəng,  melodiyaya uyğun 
sıralanma  poetikasına  malikdir.  “Həm  də  onların  bu  cür  sıralanması  anafora, 
sinonimlilik,  qafiyələnmə,  alliterasiya  prinsipləri  ilə  şərtlənmişdir.”(8,75)  Bu 
xüsusda  qafiyələnmənin  ahəng  yaratması  xalq  nağıllarının  tərcüməsində  təsir 
etməkdədir. Bir çox nağıl çevirmələrində qafiyələnmə nəzərə alınaraq rus dilinin 
pervormatik  imkanlarında  tərcümə  aparılmışdır:  “Силой  его  не  взять,  надо 
хитростью брать” (12,65) «По божьему приказу, по отцовсклму наказу хо-
чу взять в жены твою старшую сестру» (12,71) «С того дня две сестры ши-
ли, мыли, варили, младшей сестре служили, а Шамиль с женой своей ника-
ких забот не знал, пил, ел, наслаждался и отдыхал.»(12,76) 
Tərcümə  işinə  yaradıcı  şəkildə  yanaşmanın  nəticəsi olaraq nəsr qafiyələn-
məsində  bəzən  nağıl  başlıqlarının  da  eyni  strukturda  verilməsi  maraq  doğurur. 
Məsələn,  məşhur  Azərbaycan  nağılı  “Üçbığ  kosa”  rus  dilinə  tərcümədə  “Кеса-
Триуса”  şəklində  tərcümə  olunaraq  poetik  mətn  özəlliyində  seçilir.  Nağıl  təh-
kiyyəsində daxili qafiyələrin işləkliyi geniş olsa da, rus dilinə tərcümədə  çətin-
lik yaratdığından müəyyən ixtisarlarla aparılır. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         59 
 
 
59
Emosionallıq və ekspressivliyin ifadəsində qafiyələnmənin bu tip strukturu 
əslində omofonlara  bağlıdı ki,  Azərbaycan  folklorunda  bilavasitə poetik sintak-
sisin  əsasında  dayanır.  “Omofonlar,  yaxud  poronimlər  ən  çox  folklorda  atalar 
sözlərində  işlənir.  Burada  fikrin  dürüst,  yığcam  və  oynaq  bir  şəkildə  ifadəsi 
üçündür.  Omonimlər  vasitəsilə  düzələn  zərb  –  məsəllərin  əsasında  çox  zaman 
omofonlar  durur.  Məsələn,  “Ölən  üçün  qəm  yemə,  beş  bükümdən  kəm  yemə,” 
Saxla samanı, gələr zamanı”, “İmam evindən al, ölü gözündən yas”; Danışıram 
pis olur, danışmıram pis olur və s.”(5,81) 
Qeyd olunan bədii nitq məzmununda təkrarların da tərcümədə mətn orijina-
lına uyğun aparılması başlıca şərtdir. Qrammatik-mifoloji və qrammatik-semantik 
kateqoriyaların  təkrarı  bu  ekspressivlikdə  ayrıca  yer  tutur:  “И  устроил  Кечаль 
свадьбу,  сорок  дней,  сорок  ночей  свадьбу  играли”(12,94)   «Где  долог  путь, 
недолог  привал,  где  недолог  путь,  да  долог  привал,  так  шагал  и  шагал, 
семьдесят  семь  рек  переплыл,  семьдесят  семь  гор  перевалил,  на  холмы 
взбирался, в долины спускался, где бегом, где ползком, где окольным путем, 
где прямиком и дошел наконец  до того города, где жил судья.» (12, 95) 
Verilən  ilk  tərcümə  nümunəsində  təkrarlar  nağıl  sonluğunun  formulunda 
sadə leksik təkrarlara əsaslanırsa, növbəti mətndə mürəkkəb çoxsaylı strukturda 
mətn sintaksisində bədii ekspressivlikdə çıxış edir. 
Tərcümənin konkret leksik vahid, frazeoloji birləşmələr və çoxsaylı təkrar-
lar  üzərində  aparılmasından  fərqli  olaraq,  səs  alliterasiyalı  mətnlərdə  bu  proses 
daha  mürəkkəb səciyyə daşıyır. Əksər tərcümələrdə orijinalın poetik özəlliyinin 
tam ifadə olunmasına imkan vermir. Əgər leksik mətn elementləri kimi assonans 
və  alliterasiyalarda  üslubi  məqsədə  bağlı  olaraq  mətnə  daxil  edilir.  Bütövlükdə 
dastan  poetikası  üçün  xarakterik    olan  bu  üslubi  amil,  nağıl  təhkiyəsinə  də 
qoşulmaqla  nəsrin  nəzm kimi səslənmə özəlliyinə xidmət edir. Alliterasiyaların 
nağıllarımızda dastan mətnlərinə nisbətən aparıcı mövqedə olmamasına baxma-
yaraq  əksər  arxaik  təhkiyə  tiplərində  mövcuddur  və  tərcümə  prosesində  də  bu 
ahəngdarlığın orijinaldakı kimi saxlanması bir çox hallarda mümkün  olmur: 
–  “Bu  siz  deyən  açar,  qapı  qayıran  nəccarlardan  deyil,  o  taxtadan, 
dəmirdən at, qoç, quş düzəldir, özü də içinə  yay  qoyur, pıçını  buranda at qaçır, 
qoç oynayır, quş uçur “ (4,108) 
–  “Qarı  var  matı-matı,  qarı  var  çarğatı,  qarı  var  mamılı-matan,  yük  üstə 
yatan, şıllaq atan, qarı var plov yeməz, üzü gülməz, dabanı çattax, baldırı çılpax, 
ipəyi  qarı,  köpəyi  qarı,  yaxası  açıq,  ombası  batıx,  tumanı  cırıx,  dişləri  qırıx, 
işləri fırıx, küpə girən, buzov minən, sərçə yeyən” (4,106)  
Verilən nümunələrdə üslubi  aktdan çıxış edən alliterasiyalar  “q”, “x”, “c” 
üzərində  qurulmuşdur.  Bu  səslər  içərisində  “q”-nın  alliterasiyası  daha  aktiv  ol-
maqla poetik  imkanları genişləndirərək paralel konstruksiyalarda  möhkəmlənir. 
Yeri gəlmişkən qeyd edək ki, “q” saminin üslubi  məqamda alliterasiyası qədim 
türk poeziyası, ayrıca  məşhur oğuznaməmiz,  “Kitabi-Dədə Qorqud” dastanında 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         60 
 
 
60
daha üstündür. Əlbəttə tərcümə prosesində ahəngdarlığa bağlı səs alliterasiyala-
rının tam olaraq saxlanılması mümkün deyildir. Lakin bununla yanaşı uyğun tər-
cümələrdə bərpası da labüddür: 
–  «Собирает  падишах  своих  визирей,  векилей,  всех  богачей, всю  го-
родскую знать, что делать, надо решать.» (12,63) 
Nəzərdən keçirilən tərcümə işinə aid nəzəri, təcrübi məsələlərdən də aydın 
olur ki, hər hansı bir folklor ədəbiyyatının orijinala uyğun tərcüməsi xüsusi ba-
carıq, elmi-praktiki hazırlıq tələb edir. Konkret olaraq Azərbaycan xalq nağılla-
rının  rus  dilinə  tərcüməsinə  əsaslansaq  burada  adekvat,  sətri-hərfi  və  yaradıcı 
tərcümələrin aparılması müəyyən dil qanunauyğunluqlarının öyrənilməsi və mü-
qayisə mexanizmlərinin seçilməsində daha vacibdir. 
İşin elmi nəticəsi: Azərbaycan nağıllarının rus dilinə tərcüməsi məsələləri 
leksik  üslubiyyat,  bədii  nitq  problemlərinin  müqayisəsi  əsasında  aparılmalı,  dil 
performativlərinin poetik sintaksis təcrübəsində öyrənilməsi vacibdir. 
İşin elmi yeniliyi: Məqalədə ilk dəfə olaraq konkret bir folklor janrı-nağıl-
ların  rus  dilinə  tərcüməsi  məsələlərinin  öyrənilməsində  üslub  yaradıcı  dil  ele-
mentləri kompleks şəklində götürülmüşdür. 
İşin  tətbiqi  əhəmiyyəti:  Məqalədə  ali  məktəbin  filologiya  fakültəsində 
folklorun  tədrisi,  Azərbaycan  folklorunun  rus  dilinə  tərcüməsi  problemlərinin 
öyrənilməsi, poetik sintaksisin öyrədilməsinə bağlı xüsusi kursların aparılmasın-
da müəllim, tələbələr tərəfindən istifadə oluna bilər. 
 
ƏDƏBİYYAT 
Azərbaycan dilində 
1.  Abdulla B. “Sözə inam”, Alqışlar, qarğışlar (ön söz). Bakı, Ozan 
2.  Alqışlar, qarğışlar (toplayıb tərtib edəni Bəhlul Abdulla). Bakı, Ozan, 2010 
3.  Azərbaycan nağılları. 5 cilddə, I cild, Bakı, Çıraq, 2004 
4.  Azərbaycan nağılları. 5 cilddə, IV cild, Bakı, Çıraq, 2004 
5.  Əfəndiyeva  T.  Azərbaycan  dilinin  leksik  üslubiyyatı.  Bakı,  Elm  və  təhsil, 
2011 
6.  Oruclu  S.  Azərbaycan  folklorunun  rus  dilinə  tərcüməsi  probleminin  özünə-
məxsusluğu. Bakı, 2007 
7.  Orucova  S.  Azərbaycan  folklorunun  toplanma,  tərcümə  və  nəşr  problemləri. 
Bakı, 2012 
8.  Tanrıverdi  Ə. “Dədə-Qorqud” kitabının dil möcüzəsi. Bakı, Nurlan, 2008  
 
Rus dilində 
9.  Азербайджанские сказки. Перевод: Ахлимана Ахундова. Баку, 1955  
10.   Азербайджанские сказки. Перевод: Б.Таирбекова. Баку, 1964 
11.   Азербайджанские сказки. Перевод: И.Ахундова. Баку-Азернешр, 1977  
12.    Азербайджанские  народные  сказки.  Перевод:  Аллы  Ахундовой,  Мос-
ква, Изографус, 2004 
 
Çapa tövsiyə edən:
 
Fil.ü.f.d. Əfsələddin Əsgər  

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         61 
 
 
61
Günel HÜSEYNOVA 
AMEA Folklor İnstitutunun doktorantı 
e-mail: gunel_almaz@mail.ru 
 
PEYZAJ, BƏDİİ ƏSƏRİN STRUKTURUNDA ONUN YERİ VƏ ROLU 
Xülasə
 
Məqalədə  müəllif  peyzajın  bədii  əsərin  strukturunda  yeri,  onun  funksiyalarından  bəhs 
etmişdir. O, peyzaj haqqında görkəmli alimlərdən sitatlar gətirmiş, fikrini tutarlı misallarla izah 
etməyə çalışmışdır. Sonda peyzajın funksiyalarını aşağıdakı şəkildə qruplaşdırmışdır: 
1. Peyzaj süjet xəttindəki hadisələrin yerini və vaxtını bildirən vasitə kimi; 
2. Peyzaj bədii qərəmanın daxili dünyasını açan vasitə kimi;
 
3. Müəllifin mövqeyini göstərən vasitə kimi; 
4. Obrazlaşmağa xidmət edən vasitə kimi; 
Doktorant təbiət təsvirlərinin bədii ədəbiyyat üçün çox vacib olduğunu, istər dünya, istər-
sə də Azərbaycan ədəbiyyatında peyzaj nümunələridən bol-bol istifadə olunduğunu göstərmiş və 
yazıçının uğurunu təbiət təsvirlərini metaforik dillə verilməsində görmüşdür. 
Açar  sözlər:  bədii  ədəbiyyatda  peyzaj,  ədəbiyyatda  təbiət  təsvirləri,  peyzajın  funksi-
yaları, təbiət təsviri 
 
LANDSCAPE, ITS PLACE AND ROLE OF LITERARY WORKS 
Summary 
Gunel Huseynova has described landscape, its literary place and functions in the article 
which named "Landscape, its place and role of literary works" and has grouped it in this way: 
Landscape, 
1) contributes to the image of the lyrical; 
2) serves as a means of creating local color; 
3) Performs background related to the time and place of the action; 
4) is a form of psychological characteristics, underlines or emphasizes the emotional state 
of characters; 
5) is the source of philosophical reasoning of the writer; 
6)  is a  prism and a  way  of  seeing  the  world,  where the  boundaries  between  the natural 
and human world are blurred; 
7) serves as a means of social characteristics of the living environment; 
8) may acquire symbolic meaning. 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə