AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu


Key words: Landscape in literary, role of landscape in literary, natural description



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Key words: Landscape in literary, role of landscape in literary, natural description 
 
СТРУКТУРА И РОЛЬ ПЕЙЗАЖА В ХУДОЖЕСТВЕННОГО 
ПРОИЗВЕДЕНИЯХ 
Резюме 
В статье, озаглавленной «Структура и роль пейзажа в художественного произведе-
ниях»  докторант  Гюнель  Гусейнова  показала  особенность  пейзажа. 
Она  систематизиро-
вaло  поэтических,  научных  и  литературных  особенность 
роль  пейзажа  в  литературе 
и 
классифицировала таким образом, kak пейзаж: 
1) способствует созданию образа лирического героя; 
2) служит средством создания местного колорита; 
3) выступает фоном, связанным с местом и временем действия; 
4) является формой психологической характеристики, подчёркивает или оттеняет 
душевное состояние персонажей 
5) является источником философских рассуждений писателя; 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         62 
 
 
62
6) является призмой и способом видения мира, когда границы между природным и 
человеческим миром размываются; 
7) служит средством характеристики социальных условий жизни; 
8) может приобретать символическое значение.
 
Ключевые  слова: 
литературных  особенность 
пейзажа,  функция  пейзажа  в 
литерауре 
 
Məsələnin  qoyuluşu: Peyzajın bədii ədəbiyyatda istifadə yeri, onun ifadə 
imkanları, poetik nümunələrdəki rolu əsas istiqamət kimi götürülmüşdü.  
İşin məqsədi: Məqalədə peyzaj bədii ədəbiyyatda təbiət təsviri kimi təhlil 
edilir,  eləcə  də  peyzajın  təbiət  təsvirlərinin  bədiiləşməsi,  obrazlaşdırması  əsas 
istiqamət kimi göstərilir. 
Görkəmli rus yazıçısı, peyzaj yaratmaq ustası kimi tanınan Mixail Prişvin 
yazırdı: “Mən təbiət barədə yazsam da, daim insanlar barədə düşünürəm”. Doğ-
rudan  da,  bütün  dünyanın  peyzaj  ustaları  təbiətin  əsrarəngiz  mənzərələrini  ya-
radanda  istər-istəməz  insan  haqqında  düşünmüş,  öz  duyğu  və  düşüncələrini  tə-
biət lövhələri fonunda əks etdirməyə çalışmışlar. Yazıçı əbədiliyi və sonsuzluğu 
təbiətin timsalında simvollaşdırır. İnsan özü də təbətin bir parçasıdır. Təbiət isə 
dünyanın mövcudluq formasıdır. Maraqlı cəhət odur ki, insan təbiətlə bağlılığın 
fərqindədir  və  hər  zaman  onunla  təmasdadır.  Belə  ki,  təbiət  insanın  fəaliyyət 
meydanıdır.  İnsanın  həyatı,  duyğuları,  düşüncələri  təbiətdən  kənarda  təsəvvürə 
gəlmir.  Təbiətin  gözəlliyi,  poeziyası,  əhatə  dairəsi  məhz  insan  düşüncələrində, 
insanın  mənəvi  dünyasında  özünəməxsus  bir  şəkildə  öz  əksini  tapır.  İnsanların 
bir-biri ilə, eləcə də təbiətlə sıx əlaqəsi və ünsiyyəti məhz mədəniyyətin forma-
laşmasına  zəmin  yaratmışdır.  “Bədii  əsərdə  təbiət  insan  fəaliyyətinin  meydanı 
və peyzaj kimi canlandırılır” (5, 340).  
Peyzaj  təbiət  təsvirlərinin  bədiiləşməsi,  obrazlaşdırmasıdır.  Görkəmli  sə-
nətkarların sözlə yaratdıqları əsrarəngiz təbiət mənzərələrində, hər şeydən əvvəl, 
onların  təbiətə,  gözəlliyə  estetik  münasibəti  öz  əksini  tapmış,  qəhrəmanların 
düşdüyü vəziyyətə uyğun peyzajlar yaradılmıışdır. Təbiət lövhələri qəhrəmanla-
rın daxili dünyasını açmaq, onların hiss və həyəcanlarını daha da emosional şə-
kildə əks etdirmək vasitəsinə çevrilmişdir (5, 98). Hər hansı bir bədii missiyanı 
yerinə  yetirən peyzajlar  yaratmaq sənətkardan  xüsusi  istedad tələb edir. Uğurlu 
bədii  lövhələrin  təsviri  üçün  birinci  növbədə  sənətkarın  həssas  müşahidəsinə 
ehtiyac duyulur. Bir dəfə  filosof Flober dünyaşöhrətli  yazıçı Gi De Mopassana 
belə bir məsləhət vermişdir: “Əgər təbiət təsvirlərinin dolğun və maraqlı alınma-
sını istəyirsənsə, məsələn, adi bir ağac, yaxud ocaq təsvirini vermək istəyirsənsə, 
ocağın  və  hər  hansısa  ağacın  qarşısında  durub  ona  tamaşa  etməlisən.  O  vaxta 
qədər ki, onların digər ocaq və ağaclardan fərqini görə biləsən”.  
Peyzaj əslində bədii əsərdə müxtəlif obrazların yaradılmasına, eləcə də on-
ların  xarakterini,  iç  dünyasını,  insanlara,  həyata  münasibətinin  açılmasına  xid-
mət etməlidir. Məşhur fransız tənqidçisi Teodor Russonun peyzaj yaradarkən sə-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         63 
 
 
63
nətkarın qarşısına qoyduğu başlıca tələb bundan ibarət idi: “Əsas məsələ budur: 
Hissləri,  duyğuları  vəcdə  gətirmək!  Düşüncələri  oyatmaq!  Məsələn,  ağacların 
danışması vacib deyil, əsas odur ki, ağac bizi danışmağa və düşünməyə məcbur 
etsin! Həmin o düşüncələri ağaclar bizə təlqin edir, təbiətin istədiyi odur ki, biz 
onları  eybəcərləşdirməyək,  ağacları  ehtiyacı  olduqları  havadan  məhrum 
etməyək.  Elə  edək  ki,  bizim  yaradıcılığımızın  əsas  qayəsi  yeni  həyatın  yaran-
ması olsun, elə bir həyat ki, orda düşündürən ağaclar bitirə bilək” (6, 100). 
Məşhur rus tənqidçisi Boris Qalanovun «Живопись словом» kitabında bu 
barədə  belə  bir  qeydi  var:  “Poeziyada  peyzaj  insan  mənəviyyatının  inikasıdır. 
Belə ki, peyzaj hər zaman insanın əhvali-ruhiyyəsinin tərənnümçüsü və bəzəyi-
dir”(6.154). Doğrudan da, bədii əsərdə,  yaxud poeziyada peyzaj  nəyəsə  xidmət 
etməlidir.  “Neytral  peyzaj  yoxdur,  lakin  təbiət  hər  zaman  neytraldır”  (6.192). 
Təbiəti  zövq  alaraq  təsvir  etmək  üçün  yazıçıda  güclü  patriotizm  olmalıdır. 
Burada  yazıçı  vətənpərvərlik  duyğularını,  xalqının  ruhunu,  həm  də  dövrünün 
təsvirini  göstərir.  Bu  baxımdan  ədəbiyyatşünaslıqda  “təbiət  psixologiyası”, 
“təbiət  poeziyası”,  “təbiət  lirikası”  ifadələri  tez-tez  işlədilməkdədir.  Bəs  peyzaj 
nədir?! 
Peyzaj  sözü  fransız  dilindəki  “paysage”  sözündən  yaranıb.  Peyzaj  ədəbi 
termin  kimi  dünya  ədəbiyyatında  ilk  dəfə  Renessans  dövründə,  Rusiyada  isə 
Pyotrun  dövründə  XVII  əsrin  sonu-XVIII  əsrin  əvvəllərində  yaranmışdı.  Azər-
baycan ədəbiyyatında isə peyzaj elementlərinə biz hələ ən qədim folklor nümu-
nələrində,  xüsusən  bayatılarda,  aşıq  yaradıcılığında,  atalar  sözlərində,  əfsanə-
lərdə,  nağıllarda,  xalq  dastanlarında  və  rəvayətlərində  rast  gəlirik.  Təbiəti  duy-
maq  xüsusiyyəti  isə  nisbətən  gec  yaranmışdı.  XII  əsrdə  əlyazmalara  istinad 
baxımından  peyzaj  təsvirinin  elementlərini  görmək  olar.  Məs;  miflərdə  qəhrə-
manların ağacların  yanında döyüşməsi, ağacın  yanında  yatması, ətrafının tikan-
larla, kollarla əhatə olunması  və s. detallarını  nümunə göstərmək olar. Sonralar 
peyzaj aparıcı element kimi dünya və Azərbaycan ədəbiyyatında geniş yer aldı. 
Bəzi nümunələrə diqqət edək: 
Bayatı: 
Əzizim, Ay azaldı, 
Gün getdi, Ay azaldı. 
Qocalıq yükü gəldi, 
Ömrümü ayaz aldı (3, 48). 
 
Gəraylı:  
Dağların qarı töküldü, 
Axdı çaylara töküldü. 
Abbas deyər: “Bel büküldü, 
Qədd kaman oldu, yar gəlmir (1, 61). 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         64 
 
 
64
Atalar  sözü:  Ağac  dibindən  su  içər.  Yağış  ilə  yer  göyərər,  alqış  ilə  ər 
göyərər. Ağac bar verəndə başını aşağı salar və s. (9, 16).  
Görkəmli  tənqidçi  V.P.Şestakova  peyzajdan  bəhs  edən  bir  məqaləsində 
deyir ki,  “ədəbiyyatda peyzaj ən aparıcı elementdir”. Bu  fikri  Azərbaycan ədə-
biyyatına da aid etmək olar. Azərbaycan poeziyasında özünə ədəbi mövqe qaza-
nan istənilən şairin yaradıcılığında biz peyzajı aparıcı element kimi görə bilirik, 
məs: təbiət şairi kimi tanınan Hüseyn Arifin bir neçə nümunəsinə diqqət yetirək: 
 
Şeh damlası yarpaqlara düzülür, 
Əyiləndə göy yarpağa buludlar. 
Yel vurduqca lələk-lələk süzülür, 
Hərdən sola, hərdən sağa buludlar (10, 129). 
 
*** 
 
 
 
Atıb qar donunu qış çəkiləndə, 
Çılpaq budaqlardan buz töküləndə, 
Qızıl gözlərilə bahar güləndə, 
Sellər, sular kimi çağlar meşələr (10, 123). 
 
*** 
Çiçəklər, yarpaqlar bayaqdan bəri 
Bu kiçik komada ətir yayırdı. 
Külək asta-asta girib içəri 
Dəftər-kitabını varaqlayırdı (11, 63). 
   
 
 
 
 
*** 
Təbiət ana ilhama gəldi, dilləndi... 
Heyrət gözlərimdən qovdu yuxumu... 
Qızılı şimşək dirijor çubuqları kimi yelləndi, 
Əzəmətli bir yağış simfoniyası oxşadı ruhumu...(12, 15) 
 
Əlbəttə, bu cür misalların sayını  istənilən qədər artırmaq olar, amma bəzi 
nümunələrlə kifayətlənməli olduq. Görkəmli tənqidçi Aleksandr Benua deyirdi: 
“Əslində yaradıcılıqda peyzaj sadəcə bir elementdir”. Mixail Prişvin belə hesab 
edirdi  ki,  təbiətə  sakitlik  çökəndə,  bütün  səslər  eşidilməz  olanda,  ağacların 
budaqları, buludlar və torpağın ətri danışacaq. Onun gündəliyində belə bir qeyd 
də vardı: “Yaz vaxtı bir gün ağcaqayın və qovaq ağaclarının qoxusunu eşitdim, 
onlar  söhbət  edirdilər”  (6.218).  Həqiqətən  də,  peyzaj  yazanın  uğurları  onun 
təbiətin rənglərini, səslərini, ətrini duymaq qabiliyyəti ilə xeyli dərəcədə əlaqəli-
dir.  Rus  yazıçısı  Katayev  adi  qar  dənəciyini  təsvir  edərkən  nöqtə  qoymağa 
tələsmir. Belə ki, adi qar dənəciyinin bədii görüntüsünü yaradarkən belə insanın 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         65 
 
 
65
mənəvi  dünyasını  da  göstərməyə,  onları  bir-birilə  əlaqələndirməyə  çalışır.  Əv-
vəlcə  qışın  təsvirini  verir,  sonra  yazır:  “Qar  dənəciyi  yavaş-yavaş  əriyirdi. 
Adamlar maddım-maddım isti əllərində titrəyə-titrəyə əriyən qar dənəciyinin su 
damlasına  çevrilməsinə  tamaşa  edirdilər”  (6,  218).  Bu  fikrə  istinadən  italyan 
filosofu  Beneditto  Kroçe  yazırdı:  “Hər  landşaftda  insan  xarakterinin  hansısa 
cizgisi  əks  olunub”.  Buna  bədii  əsərdən  nümunə  gətirək:  Məs;  Lev  Tolstoyun 
“Hacı Murad” əsərini götürək. Əsərin bir yerində Hacı Murad isti yay günlərinin 
birində evə tərəf gedərkən müxtəlif çiçəklərdən gül dəstəsi düzəldir. Elə bu vaxt 
kolların arasından bir çiçək diqqətini cəlb edir. O, çiçəyi dərmək qərarına gəlir. 
İstəyir onu üzüb düzətldiyi çiçək dəstəsinin içinə qoysun. Amma cəhdi uğursuz 
alınır.  “...o,  dəhşətli  dərəcədə  möhkəm  idi,  mən  onunla  az  qala  beş  dəqiqəlik 
mücadilə aparmalı oldum və nəhayət, budağından üzdüm, amma gülün ləçəkləri 
dağılmışdı.  Onun  gözəlliyi  və  təravətindən  əsər-əlamət  qalmamışdı.  Məyus  ol-
dum  ki,  niyə  gülü  əbəs  yerə  məhv  etdim.  O,  yalnız  öz  yerində  gözəl  idi.  Mən 
ləçəkləri dağılmış çiçəyi tulladım. Bir neçə dəqiqə əvvəl çiçəyin həyat enerjisinə 
qibtə edib onu üzməyə cəhd etdiyimi xatırladım. Həmin çiçək son həddinə kimi 
özünü  müdafiə  etdi,  lakin  bu  ona  həyatı  bahasına  başa  gəldi.  Və  mən  qədim 
Qafqaz  tarixinin  bir  epizodunu  xatırladım,  bu  hadisə  mənim  yaddaşımda  məhz 
belə qalmışdı” (6, 215). 
İstənilən  yazıçı  oxucunu  təəccübləndirmək,  onu  maraqda  saxlamaq,  duy-
ğulandırmaq istəyir ki, öz təbiət təsvirlərində də buna can atır. Əsərin janrından, 
üslubundan asılı olaraq peyzajın fərqli funksiyalarda təzahürünü görürük. Macə-
ra  romanlarında  peyzaj  hər  hansısa  baş  verəcək  qorxulu  hadisədən  və  risqdən 
xəbər verir, elə bil qəhrəmanlara işarə verərək yarana biləcək təhlükədən onları 
qorumağa  çalışır.  Boris  Qalanov  yazırdı:  “Qorxulu  romanlarda  peyzaj  oxucuda 
vahimə oyadır. Edqar Ponun “Aşerin evinin yanması” romanındakı təbiət təsvir-
lərini misal göstərmək olar. Boris Materlinka öz pyeslərində hətta qapının cırıl-
damasını,  ocağın  sakit-sakit  yanmasını,  tənha  ağacın  yarpaqlarının  xışıldama-
sını,  bütün  bunların  hamısını  səciyyəvi  bədii  detal  səviyyəsinə  qaldıra  bilib. 
Dram  əsərlərində  peyzaj  motivləri  dramatizmi  gücləndirir,  sentimental  povest-
lərdə bədbin əhvali-ruhiyyə yaradır. Bu məqamda duyumlu oxucu yazıçının və-
təndaşlıq və insanlıq mövqeyini də sezməlidir, bu oxucunu düzgün istiqamətlən-
dirmək üçün çox vacib məsələdir. Dostayevskinin bir vaxtlar rus şairi Aleksandr 
Fetin  poeziyası  barəsində  belə  bir  qeydi  vardı:  “Sevgi  pıçıltısı...  Bülbüllərin 
füsunkar  səsi...”.  Dostayevski  A.Fetin  niyə  bu  şeirini  tənqid  etmişdir?  Bu  şeir 
başdan-başa təbiət təsvirlərindən ibarətdir, elə bir təsvir ki, oxucunun duyğuları 
ilə  qətiyyən  üst-üstə  düşmür.  Burada  şairin  vətəndaşlıq  mövqeyini  görməyən 
Dostayevski  yazır:  “Bu  şeir  Lissabonda  zəlzələ  baş  verən  günün  səhəri  yazıl-
mışdır.  Həmin  ərəfədə  portuqallar  yas  içində  idilər,  bu  şeiri  oxuyanda  onlar 
özlərini  bir  millət  kimi  təhqir  edilmiş  hiss  ediblər”  (6,  225).  Təbiət  təsvirləri 
həm də müəllifin ovqatından və onun fəlsəfi baxışlarından xəbər verir, yazıçının 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         66 
 
 
66
əhvali-ruhiyyəsini,  hisslərini, eləcə də onun təsvir etdiyi qəhrəmanların ehtiras-
larını əks etdirir. Peyzaj həm də bədii qəhrəmanların emosiya gücünü qüvvətlən-
dirməyə  yardımçı  olur.  Buna  görə  də  təbiət  təsvirlərinin  əksəriyyətində  peyzaj 
qəhrəmanların düşdükləri vəziyyətə uyğundur. Onu da qeyd edək ki, təbiət əsə-
rin mərkəzində qoyulmuş hadisələrə uyğun şəkildə canlandırıldıqda peyzaj daha 
da cazibədar olur. Hadisələrin ümumi inkişafından yaranan təbiət lövhələri bədii 
əsərin dramatizmini, emosionallığını artırır.  “Yumoristik romanlarda  isə peyzaj 
baş verən hadisələrin komizmini artırır” (6, 192). 
Əgər əsər peyzaj təsviri ilə başlayarsa, deməli, müəllif oxucunu əsərə kök-
ləmək  istəyir.  Çox  vaxt  da  elə  olur  ki,  girişdəki  peyzaj  əsərin  süjet  xəttindəki 
problematika ilə birbaşa əlaqədar olur. Məsələn, “Atalar və oğullar” romanının 3 
cildinin  başlanğıcını  misal  göstərə  bilərik.  “Meşə  sadəcə  dekorativ  fon  deyil, 
həm də təbiətin musiqi səsidir” qənaətinə gələn rus tənqidçisi B.Q.Efimoviç bu 
fikri də xüsusi vurğulayırdı: “Əgər Viktor Astafayevin yaratdığı peyzajlar insan 
taleyinin  faciə  boyalarını  tündləşdirirsə,  Vasiliy  Belovanın  əsərlərində  peyzaj 
sanki  oxucunun  əzablarını  azaldır,  elə  bil  ona  təsəlli  verir,  sakitləşdirir,  həyat-
dakı hadisələrə laqeyd yanaşmağa məcbur edir” (6, 98).  
Peyzajın  oxucuda  müsbət  ovqat  yaratması  yazıçının  uğurlarından  hesab 
olunmalıdır. Bəzən sənətkar oxucuya göstərmək istədiyi hadisəni, yaxud əhvala-
tı birbaşa deyil, peyzaj vasitəsilə çatdırır. “Bəzən bakirə bir qızın ilk öpüş həyə-
canına bənzər bir duyğunu təsvir etməyə məcbur olur, bunun ən asan yolu pey-
zajdır” (6, 98). Doğrudan da, peyzaj təsviri bəzi ifadə olmayan hadisələri əvəz-
ləməkdən  əlavə,  bəzən  qəhrəmanın  əzablarını,  onun  hisslərini,  bədbəxtliyini  və 
xoşbəxtliyini  göstərməkdən  azad olmaq  deməkdir. Şekspirin  tədqiqatçısı  Oskar 
Uayld “Moskva həqiqəti” məqaləsində belə bir qənaətə gəlir ki, Şekspirin əsər-
lərindəki ən xırda detallar belə, hətta təbiət hadisələri, obrazların geyindiyi kos-
tyum, cavan hərbçinin forması, modabaz gənc qızın paltarındakı rənglər belə öz 
sahibinin  xarakterini  göstərir.  Məsələn,  götürək  Hamleti.  Onun  əynindəki  pal-
tarın  qaralığı  nəinki  onun  xarakterini  açır.  Həmçinin  gələcək  faciəsinə  bir  işa-
rədir” (6, 284). Belə ki, dahi Şekspirin ədəbi təcrübəsi  bizi öyrədir ki, əsl  bədii 
təsvirin  effektini  yaratmaq  üçün  adi  təsadüfi  əşya  və  hadisəni  yox,  insan 
individuallığını, əsl tipi, naturanı yaradan vasitə və detallardan istifadə olunma-
lıdır. Şekspirin əsərlərində də təbiət təsviri bədii qəhrəmanın başına gələcək işlər 
barədə oxucuya ilkin məlumatı verir. Onun əsərlərində təbiət ünsürləri də - ağac, 
Ay, Günəş, gül sadə və zəhmətkeş insanların dostu, himayədarı, köməkçisidir. 
Bəzi  hallarda peyzaj tarixi  fon  yaradır. Məsələn, Çexovun müasirlərindən 
biri  yazırdı  ki,  “əgər  bizim  heç  bir  tarixi  sənədimiz  olmasaydı,  Çexovun 
əsərlərinə  istinad  edərək  rus  tarixini,  eləcə  də  XIX  əsr  tarixi  xronologiyanı  ən 
xırda təfərrüatına kimi bərpa etmək mümkün olardı. Burda peyzajın rolu olduq-
ca böyükdür” (6, 249). O qeyd edirdi ki, Turgenev və Çexovun əsərlərindəki tə-
biət təsvirlərində həmin tarixi dövrü görmək mümkündür. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         67 
 
 
67
Bayaq qeyd etmişdik ki, peyzaj təbiət təsvirinin obrazlaşmasıdır. Belə bir 
sual meydana çıxa bilər: təbiət təsviri nə zaman peyzaj ola bilər? Hər təbiət təs-
viri peyzajdırmı? Xeyr. Məsələn: evin təsviri peyzaj deyil, amma çayın kənarın-
dakı  ev  peyzajdır.  Atın  təsviri  peyzaj  deyil,  amma  atın  ucsuz-bucaqsız  dağın 
ətəyində dördnala çapması peyzajdır. Yaxud başqa bir misal, çiçək işlənmə yeri-
nə görə peyzaj ola da bilər-olmaya da bilər. Məsələn,  masanın üstündə güldan-
dakı  çiçək  peyzaj  deyil,  amma  günəşin  buludların  arxasından  nur  səpələyərək 
gülümsəyən  zaman  çiçəyin  üstündəki  şehin  bərq  vurması  peyzajdır.  Səmadakı 
təyyarə  peyzaj  deyil,  səmadakı  ulduzlar  isə  peyzajdır.  Deməli,  peyzaj  odur  ki, 
bədii  ədəbiyyatda  insanın  sosial-mənəvi  məziyyətini,  ovqatını,  əhvali-ruhiyyə-
sini,  naratlığını,  düşüncələrini,  mənəviyyatını  əks  etdirə,  eləcə  də  bədii-estetik 
baxımdan insan həyatının fəlsəfi-sosial mahiyyətinin açılmasına xidmət edə bil-
sin. Bu baxımdan nəzəri ədəbiyyatlarda “peyzaj xarakteri” ifadəsi işlədilir.  
Belinski deyirdi: “Həyatda ən gözəl nə varsa hamısı canlı təbiətdədir”. Bə-
dii ədəbiyyatın vəzifəsi bu gözəlliyi insanla birləşdirmək, əlaqələndirmək və onu 
anlamaqdır. Bu  mənada təbiətin dörd əsas elementi-od, su, hava, torpaq peyzaj 
elementləri kimi çox maraqlıdır. Təbii ki, bu təbiət ünsürləri metaforik dillə ifa-
də ediləndə peyzaja çevrilir. Bədii əsərləri metaforasız təsəvvür etmək mümkün 
deyil.  Bu  məqalədə  bizə  bütün  metaforik  ifadələr  yox,  yalnız  metaforik  peyzaj 
obrazları lazımdır. Metafora həm realist, həm romantik janrda “tikinti materialı” 
kimi  istifadə  edilir.  Yazıçının  uğuru  təbiət təsvirlərini  metaforik  ifadələrlə  verə 
bilməsidir. Bəs metaforanın peyzaj yaradıcılığında nə kimi rolu var və necə isti-
fadə  olunur?  Metaforik  dillə  ifadə  olunan  peyzajların  aşağıdakı  funksiyalarını 
qruplaşdırmaq olar:  
1. Romantik obrazın portretini yaratmaq üçün 
2. Əsərin ideyasını göstərmək üçün (personajın danışığında)  
3. Lirik qəhrəmanın daxili dünyasını açmaq üçün 
Peyzajın ayrıca janr, mövzu kimi işlənməsi, bu sahəyə diqqətin artması əs-
lində bütövlükdə elmi, fəlsəfi və digər səbəblə əlaqədardır. Ona görə də peyzajı 
təsvir  etmə  incəsənəti  əslində  dünyanın  insan  tərəfindən  nə  dərəcədə  qavranıl-
masından  asılıdır.  Təbiətə  münasibət  dəyişdikcə  bu  incəsənətə,  mədəniyyətə, 
musiqiyə də sirayət edir. Yaradıcılıqda gözəl təbiət təsviri yaratmaq üçün “pey-
zaj  təfəkkürü”,  “təbiət  duyumu”  olması  çox  vacibdir.  Peyzajın  funksiyalarını 
aşağıdakı kimi sistemləşdirmək olar: 
1. Süjet xəttindəki  hadisələrin  yerini,  vaxtını  bildirmək üçün  istifadə olu-
nur. 
2. Əsərin əvvəlində təsvir edilən peyzaj  bədii əsərin ekspozisiyasını, əsas 
problemini ifadə edir. 
3. Bədii qəhrəmanın daxili dünyasını açmağa xidmət edir. 
4.  Müəllif  mövqeyini  bildirir  ‒  yazıçının  dünyagörüşünü,  fəlsəfi,  ideya-
estetik  baxışını  ifadə  edir.  Məs;  İ.Bunin  “San-Fransiskolu  cənab”  hekayəsində 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         68 
 
 
68
müəllif bir gəminin gümüşü köpüklü dəniz suyu ilə mübarizəsinin geniş təsvirini 
verir.  Burada  müəllifin  müasir  sivilizasiyanın  tupiklə  qarşılaşması  kimi  məna-
landırmışdı.  
Bədii əsərdəki təbiət əsasən iki vacib aspektdən maraqlıdır: 
1. Təbiət əbədi, daimidir. Tarixi  hadisələrlə, siyasi rejimlərlə  müqayisədə 
təbiət əbədiliyin obrazıdır. 
2. Təbiət  millilik  baxımından  da  spesifikdir.  (onun  landşaftı,  iqlimi,  bitki 
örtüyü baxımından). Peyzaj təsviri doğma vətənin obrazıdır. 
Peyzajın təsvirində biz təbiətin gücü ilə insan həyatının faniliyini görə bi-
lirik. Peyzaj əsərin süjet xəttinin inkişafında mühüm rol oynayır. Daha dəqiq de-
sək, peyzaj süjet xəttinin tərkib hissəsinə aid olanda əsasən bu funksiyaları yeri-
nə yetirir: 
1) Baş verəcək hadisələrə bir işarə verir. 
2)  Təsvir  yaradarkən  oxucunun  gözləri  qarşısına  gələn  təbiət  səhnələri 
illüziyaların  köməyi  ilə  mətndəki  hadisələri  daha  dərindən  anlamağa  kömək 
edir. 
3) Süjet xəttindəki hadisələrin inkişafına gedən yolu göstərir. 
4) Hadisələrin gedişinə təsir göstərən emosional tonallıq yaradır. 
Peyzajın  psixoloji  funksiyası  isə  əhvali-ruhiyyə,  ovqat  yarada  bilməsi, 
qəhrəmanın mənəvi dünyasını, psixologiyasını göstərməsi və ümumilikdə dünya 
təbiətinin  inikası kimi  verilməsidir. Əgər peyzaj  personajın  xarakterini,  mənəvi 
dünyasını açmaq məqsədilə verilirsə, əsasən iki istiqamətdə reallaşır: 
1) əfsanəvi, mifik-poetik, ədəbi obrazlar kimi verilir. 
2) Real və təbii peyzajlardan istifadə olunur. 
Bütün bunları ümumiləşdirib belə bir qənaətə gəlirik ki, təbiət təsvirləri is-
tənilən  ədəbi  əsər  üçün  çox  vacibdir.  Dünya  və  Azərbaycan  ədəbi  nümunələri 
peyzajın bədii imkanlarından geniş faydalanmış, peyzaj sayəsində yazıçı səmimi 
əhvali-ruhiyyə yaratmış, maraqlı poetik lövhələr cızmışdır. 
Əlbəttə ki, peyzajın bütün poetik, elmi və ədəbi məziyyətlərini bir məqalə-
yə  sığışdırmaq  mümkün  olmaz,  ona  görə  də  oxucuda  müəyyən  qədər  təsəvvür 
oyatmaqla kifayətləndik. 
İşin  elmi  nəticəsi:  Araşdırmada  peyzajın  bədii əsərin  strukturundakı  yeri 
və  rolu  elmi-nəzəri  mülahizələrlə  əsaslandırılmışdı.  Tədqiqatda  peyzajın  bədii 
imkanları  qabardılmış,  peyzajın  bədii  əsərlərdə  müəyyən  əhvali-ruhiyyə,  ovqat 
yarada bilməsi, qəhrəmanın  mənəvi dünyasını, psixoloji aləmini göstərməsi  va-
sitəsi kimi xüsusilə diqqət mərkəzinə çəkilmişdir. 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə