AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu


İşin  tətbiqi  əhəmiyyəti



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

İşin  tətbiqi  əhəmiyyəti:  Məqalə peyzaj araşdırıcıları üçün dəyərli  və  ma-
raqlı  istinaddır.  Təhlilə  cəlb  olunmuş  mövzunun  gələcəkdə  daha  ətraflı  təhlili 
üçün çox qiymətli mənbədir. 
 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         69 
 
 
69
ƏDƏBİYYAT 
1. Azərbaycan folkloru. Bakı: -Şərq-Qərb, 2005, 360 səh 
2. Azərbaycan bayatıları. Bakı: -XXI yeni nəşrlər: 301 səh. 
3. Kərkük bayatıları. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı: 1968 
4.  Yelena  Aleekseevna.  “Şoloxovun  “Sakit  don”  romanı  epopeyasında  təbiətin 
bədii inikası, – Belqoqrad: 10.01.2001- fil.elm. namizədlik işi dissertasiyası, 201 səhifə. 
5.  Rafiq  Yusifoğlu.  Azərbaycan  poemasının  sənətkarlıq  xüsusiyyətləri.  Bakı, 
2010, səh. 450 
6. Борис Јефимович Галанов. “Жывопись словом”, Москва: Советский писа-
тель, 344 стр., 1974 
7.  Наиля  Мурадалиева.  «Романтический  пейзаж  в  литературе»,  Баку,  Язы-
чы: 1991, 206 стр. 
8. Kamil Vəliyev. “Elin yaddaşı, dilin yaddaşı”, Bakı-Gənclik, 1988, 280 səh. 
9. Atalar sözü, Bakı, Gənclik, 1965 
10. Hüseyn Arif. Seçilmiş əsərləri. Bakı, 1985  
11. Cabir Novruz. Seçilmiş əsərləri. Bakı, Azərnəşr, 1989  
12. Rafiq Yusifoğlu. Dəniz, sən və mən. Bakı-ADPU  
 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         70 
 
 
70
Vüsalə ZEYNALOVA 
AMEA Folklor İnstitutunun dissertantı 
e-mail: 
vusale_zeynalova@mail.ru
 
 
 
ŞƏHRİYARIN ANADİLLİ POEZİYASINDA FOLKLOR ETNİK-MİLLİ 
DÜŞÜNCƏ LAYI KİMİ 
Xülasə 
Məqalədə  XX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixinin  ən  görkəmli  simalarından  olan  Mə-
həmmədhüseyn  Şəhriyarın  poeziyasında  folklor  etnik-milli  düşüncə  layı  kimi  araşdırılmışdır. 
Cənub ədəbi mühiti kontekstində Şəhriyar poeziyasının malik olduğu özəlliklər, xüsusilə də et-
nik-milli yaddaşın ifadəsi və qorunması baxımından kəsb etdiyi mənalar təhlil olunmuşdur. Şəh-
riyar poeziyasının folklor spesifikası onun dünyanı və gerçəkliyi dərk etmə və duyması, eləcə də 
ifadə etməsi ilə müəyyənləşir.  
Açar sözlər: Şəhriyar, anadilli poeziya, folklor, etnik-milli düşüncə 
  
 
THE FOLKLORE IN SHAHRIAR’S MOTHER-TONGUED POETRY AS THE 
EXPRESSION OF THE ETHNIC-NATIONAL THOUGHT 
Summary 
In the  article  was  investigated  the  folklore  in  Shahriar's  poetry  as  the  expression  of  the 
ethnic-national thought. Mohammad-Hossein Shahriar is the one of the most notable personali-
ties  of  the history  of  Azerbaijani  literature  of  the  20th  century.  In the  context  of  South  literary 
environment  were  analysed  the  peculiarities  of  Shahriar's  poetry  and  especially  the  attained 
meanings  from the  expression and  protection  of  the  ethnic-national  memory.  The  folklore  spe-
cificity of Shahriar's poetry is formed by his perceiving and feeling and expressing of the world 
and life. 
Keywords: Shahriar, mother-tongued poetry, folklore, ethnic-national thought 
 
 
ФОЛЬКЛОР В НАРОДНЫЙ ПОЭЗИИ ШАХРИЯРА КАК ВЫРАЖЕНИЕ 
ЭТНИЧЕСКО-НАЦИОНАЛЬНОЙ МЫСЛИ 
Резюме 
В  статье  был  исследован  фольклор  в  поэзии  Шахрияра как  выражение  этническо-
национальной мысли. Мухаммед Хусейн Шахрияр один из самых известных лиц в исто-
рии  Азербайджанской  литературы  XX  века.  В  контексте  Южной  литературной  окружа-
ющей  среды  были  проанализированы  особенности  поэзии  Шахрияра  и  особенно  достиг-
нутых  значений  от  выражения  и  защиты  этническо-национальной  памяти.  Фольклорная 
специфика  поэзии  Шахрияра  сформирована  его  восприятием  и  чувством  и  выражением 
мира и жизни. 
Ключевые  слова: Шахрияр, народная поэзия, фольклор, этническо-национальной 
мысль
 
 
Məsələnin  qoyuluşu  və  işin  məqsədi:  Şəhriyar  poeziyasının  orijinallığı 
və  təbiiliyinə  folklordan  bəhrələnmənin,  onun  obraz  və  motivlərindən  yeri 
gəldikcə istifadə etmənin kölgə salmadığını, əksinə onun dərin məzmun və mün-
dəricə  qazanmasına,  mürəkkəb  qat  və  laylara  ayrılmasına  səbəb  olduğunu  gös-
tərməkdir. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         71 
 
 
71
XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus  iz buraxmış, ədəbi 
şəxsiyyəti  və  yaradıcılığı  ilə  millli-poetik  düşüncə  xəzinəmizdə  mühüm  yer  tu-
tan  Məhəmədhüseyn  Şəhriyar  sənətinin  mayasında  və  qayəsində  folklor  etnik 
milli düşüncənin  layı kimi çıxış edir. Bir tərəfdən Cənubi  Azərbaycanda büllur 
saflığında  və  canlı  şəkildə  yaşayan  zəngin  folklor  mühiti,  o  biri  tərəfdən  isə 
onun  ayrılmaz  tərkib  hissəsi  olan  folklor  dili  Şəhriyar  poeziyasının,  yaradıcılıq 
hüdudlarının genişliyini, məna və dərinliyini müəyyənləşdirmişdir. Bu isə özlü-
yündə poetik üslub və dilin, düşüncə və yanaşmanın spesifikasını şərtləndirmiş-
dir. Odur ki, Şəhriyar yaradıcılığını folklor təfəkküründən kənarda, xalq hikməti 
və  məntiqindən ayrı  şəkildə təhlil etmək qeyri-mümkündür. Başqa sözlə desək, 
Şəhriyar  yaradıcılığının  stixiyasında  folklor  formal,  zahiri əlamət  və  detal  kimi 
deyil,  əksinə  onun  həyata,  dünyaya  və  gerçəkliyə  baxışının  əsas  müəyyənləş-
dirici meyarı kimi çıxış edir. Bu isə təsadüfi deyil, konkret və təbii əsaslarla bağ-
lıdır. Bütövlükdə Cənubi Azərbaycan ədəbiyyatı tarixinə və Şəhriyar yaradıcılı-
ğının spesifikasına nəzər salan E.Quliyev yazır: "Cənubi Azərbaycan ədəbiyya-
tında  az-az  sənətkar tapmaq  оlar  ki,  оnun  fоlklоrla  əlaqəsi  məhdud  dairədə  оl-
sun.  Cənubi  Azərbaycan  ədəbiyyatı  nümayəndələrinin  yaradıcılığı  fоlklоrla  nə 
qədər yaxın оlsa da, hər bir yaradıcılığın öz spesifik cəhətləri оlduğu inkaredil-
məzdir". Təbii ki, folklorla sıx əlaqənin əsasında zəngin folklor mühiti durur ki, 
həmin  mühitin  cazibəsi  çərçivəsindən  çıxmaq  heç  də  asan  deyil.  bu  mənada 
Cənubi Azərbaycan yazılı ədəbi mühitində folklor əsas qaynaq kimi diqqəti cəlb 
edir. Daha sonra fikrini davam etdirən müəllif qeyd edir ki. "Cənub ədəbi yara-
dıcılığı  fоlklоrdan  istifadə  məsələlərində  əsasən  bir  çоx  əlamətləri  ilə  seçilir. 
Lakin bu ədəbiyyatda qeyd etdiyimiz fərqli estetik əlamətlər fоlklоrla yazılı ədə-
biyyat  arasında  əsaslı  sədd  yaratmır.  Fоlklоr  bir  növ  cənub  pоeziyasına  həm 
mövzu,  həm  də  milli  fоrma  vermiş  və  xalqın  mədəni,  mənəvi,  tarixi  həyatının 
tərənnümündə əhəmiyyətli rоl оynamışdır. Bütün bunlar Cənubi Azərbaycan pо-
eziyasında  xüsusi  yaradıcılıq  dəst-xətti  оlan  M.Şəhriyar,  Səhənd,  Y.Şeyda,  Sa-
valan,  Saplaq,  Məhzun,  Əziz  Səlami,  Daşqın  və  s.  оnlarla  digər  qələm  sahib-
lərinin  əsərlərində  əsas  yardıcılıq  keyfiyyəti  kimi  üzə  çıxmışdır"  (4,  237).  Çox 
doğru  olaraq  alim  fоlklоrla  yazılı  ədəbiyyat  arasında  əsaslı  səddin  olmadığını 
deyir. Çünki bu iki sənət növü yaradıcılığın ayrı-ayrı forması olsa da, insan duy-
ğu  və  düşüncəsinin  məhsulu  kimi,  gerçəkliyə,  ətraf-aləmə  münasibətin  ifadəsi-
dir. Odur ki, həm yazılı ədəbiyyat, həm də folklor biri-biri ilə çulğalaşmış şəkil-
dədir. Xüsusilə də folklor yazılı ədəbiyyatın qaynağı, ilk mənbəy kimi xarkterizə 
olunur.  Burada  maraqlı  məsələ  eyni  zamanda  folklorun  Cənub  ədəbi  mühitinin 
həm  mövzu  həm  də  forma  qaynağına  çevrilməsi  fikridir.  Həqiqətən  də,  Cənub 
ədəbi  mühitinin  burada  adları  qeyd  olunan  və  ya  olunmayan  nümayəndələrinin 
yaradıcılıq  "cəbhəxanasını"  məhz  folklor  təşkil  edir.  Analoji  olaraq 
Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasının bütün səviyyə və  laylarında 
folklor aparıcı xətti təşkil edir. Bu məsələ ilə bağlı akademik B.Nəbiyevin kon-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         72 
 
 
72
kret olaraq “Heydərbabaya salam” poeması haqqında dediyi sözləri, bütövlükdə 
Şəhriyarın  anadilli  poeziyasına  aid  etmək  olar.  Şəhriyar  yaradıcılığında  “Azər-
baycanın  təsərrüfat  həyatı,  xalqın  adət  və  ənənələri,  toyu-yası,  məişətinin  növ-
növ lövhələri, ayin və mərasimlər elə incəliklə təqdim olunur ki, onların əsasın-
da  cənub  ellərində  yasayan  soydaşlarımızın  gün-güzəranı,  etnoqrafik  xüsusiy-
yətləri haqqında çox zəngin bədii məlumat əldə etmək mümkündür” (9, 22).  
Həqiqətən  də  Şəhriyarın  anadilli  poeziyasında  xalqın  adət  və  ənənələri, 
bayramları, toyu-yası, deyim  və  ifadələri öz təbii  kolorit və ahəngində olmaqla 
işlənmişdir.  "О,  xalqa,  şifahi  xalq  ədəbiyyatına  yaxından  bağlı  оlduğundan 
fоlklоrdan  bоl-bоl  bəhrələnmişdir.  Pоeziyasında  xalq  adət  və  ənənələrinin 
təsvirinə  geniş  yer  verən  şair  bir  çоx  atalar  sözü,  zərbi-məsəl  və  deyimlərdən 
geniş istifadə etməklə şeirlərinə müstəsna canlılıq, təbiilik gətirmişdir" (7, 11). 
Eyni  zamanda  folklordan  bəhrələnmə,  onun  obraz  və  motivlərindən  yeri 
gəldikcə  istifadə  etmək  Şəhriyar  poeziyasının  orijinallığı  və  təbiiliyinə  nəinki 
kölgə  salmır,  hətta  onun  dərin  məzmun  və  mündəricə  qazanmasına,  mürəkkəb 
qat və  laylara ayrılmasına səbəb olur. Bu  isə özü-özlüyündə Şəhriyarın  anadilli 
poeziyasında  folklorun  ayrıca  bir  problem  kimi  hərtərəfli  şəkildə,  bir  neçə  isti-
qamət  üzrə  araşdırılması  zərurətini  ortaya  qoymuş  olur.  Qeyd  olunanları  ümu-
miləşdirərək Şəhriyarın anadilli poeziyasının folklor poetikasını aşağıdakı istiqa-
mətlər üzrə müəyyənləşdirə bilərik:   
1. Folklor formal-poetik struktur kimi; 
2. Folklor ideya-məzmun qaynağı kimi; 
3. Folklor gerçəkliyi dərketmə və əks etdirmədə müəyyənləşdirici kateqo-
riya kimi; 
4. Folklor etnik-milli yaddaş və kimliyi qoruma faktoru kimi. 
Bu  prizmalardan  yanaşdıqda  geniş  mənada  Şəhriyar  poeziyasının  bütöv-
lükdə Azərbaycan ədəbiyyatı tarixi, eləcə də Cənub ədəbi mühiti daxilindəki ye-
rini  müəyyənləşdirmək,  bağlı  olduğu  mənbə  və  qaynaqları  üzə  çıxarmaq,  dar 
mənada  isə  bu  sənətkarın  yaradıcılıq  spesifikasının  aydınlaşdırılması  mümkün-
dür.  Həmçinin  bu  yanaşma  folklordan  bəhrələnmə  məsələsinin  konkret  olaraq 
Şəhriyar yaradıcılığı simasında qazandığı yeni keyfiyyət və xarakterin də ortaya 
çıxarılmasına imkan yarada bilər.  
Bəlli olduğu kimi, Azərbaycan ədəbiyyatı tarixində folklordan bəhrələnmə 
bütün  zamanlarda  bu  və  ya  digər  fərqlililiklərlə  mövcud  olmuşdur.  Yazılı  ədə-
biyyat  nümunələrində  izlənilən  əfsanə,  rəvayət,  nağıl,  epos  və  dastan  motivləri 
məhz  bu  bəhrələnmənin,  qarşılıqlı  təsir  və  çulğalaşmanın  nəticəsi  kimi  özünü 
göstərir.  Əvvəla,  ona  görə  ki,  yazılı  ədəbi  düşüncənin  qaynağında  şifahi  xalq 
yaradıclığı  ənənələri  dayanır  və  bu  da  yaradıcılıqda  özünü  ən  müxtəlif  şəkildə 
göstərə bilir. Həmçinin  yazılı ədəbi düşüncənin də əsasında  insanın (fərd və  ya 
kollektivin) gerçəkliyi emosional dəyərləndirməsi, hisslər və duyğular aləmində 
obrazlaşdırması durur. Odur ki, istər yazılı ədəbi nümunə olsun, istərsə də şifahi 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         73 
 
 
73
hər ikisi vahid insan emosiyası əsasında obrazlaşdığı üçün ortaq nöqtələr, kəsiş-
mə və qovuşmaların olması təbiidir.   
Şəhriyarın anadilli poeziyasında folklor formal-poetik struktur səviyyəsin-
də də çıxış edə bilir. Belə ki, o şeirlərində xalq yaradıcılığı ənənələrinə məxsus 
olan janr formalarından geniş şəkildə istifadə edir. Həmçinin Şəhriyarın dili xalq 
yaradıcılığına  məxsus  üslub  və  xarakterdədir.  Zahiri  poetik  əlamət  kimi  xalq 
danışıq  dili,  şifahi  ünsiyyət  dili  bütövlükdə  şeirin  digər  komponentlərinə  təsir 
edə  bilir.  Hətta  deyə  bilərik  ki,  şeirin  koloriti,  ahəngdarlığı  və  şirinliyi  məhz 
onun  dilinin  spesifikası  ilə  müəyyən  olunur.  Məsələn,  aşağıdakı  nümunələrə 
diqqət edək: 
Üzdüm əl bir nazlı yardan, 
Gozəl üzlü gülüzardan. 
Sevgilimtək bir cəvahir 
Bir də doğmaz ruzigardan (9, 59). 
Yaxud: 
Yar hər yerə mənnən getdi, 
Əcəl gəlcək onnan getdi. 
Dayan, gəlim yola salım, 
Xoş gunum də sənnən getdi ( 9, 59). 
Yaxud da: 
Elim getdi, olum qaldı, 
Alovlandım, kulum qaldı. 
Ucurdu bülbülüm bağdan 
Deyəydi bir gülum qaldı (9, 59). 
 
 Bu nümunələr şifahi xalq ədəbiyyatının ən yayğın janrlarından olan qəlib-
ləri  əsasında  yazılmışdır.  Bayatı  bu  nümunələrdə  həm  formal-poetik  strukturu, 
həm dil üslub xüsusiyyətləri, həm də mövzu-mündəricəsi ilə iştirak edir. Həm də 
bu  istiqamətlərin  hansının  harada  başlayıb  hansının  harada  qurtardığını  dəqiq 
müəyyənləşdirmək mümkün deyil. Bütün mövzu istiqamətləri bir-biri ilə iç-içə-
dir.  Şəhriyarın  fərdi  şair  "Mən"i  iç-içə  olan  bu  folklor  qatları  ilə  elə  qaynayıb 
qovuşmuşdur ki, onun özünü bu bütövdən ayırmaq mümkün deyildir. Bu nümu-
nələrdə  Şəhriyar  bayatı  qəlibindən  yalnız  formal  poetik  struktur olaraq  istifadə 
etmir.  Bu  nümunələrdə  Şəhriyar  fərdi  emosiyalarını  bayatının  özündə  ehtiva 
etdiyi folklor məntiqi ilə yaşayır və yaşadığını kağıza köçürür.  
 Şəhriyarın  anadilli poeziyasına  yanaşsaq deyə  bilərik ki, onun  şeirlərinin 
zənginliyi,  cəlbediciliyi,  dillərdə  əzbər  olmağının  ən  əsas  səbəblərindən  biri 
məhz dil-üslub xarakteri ilə əlaqələdir. Şəhriyar şeirində sanki oxucuyla ən doğ-
ma  və əzizi  birisi kimi danışır, öz daxili aləmini,  səmimi  və  munis duyğularını 
elə sadə və anlaşıqlı şəkildə ifadə edir ki, onu dinləməmək, daha doğrusu, onun 
cazibəsinə düşməmək mümkün olmur. Bu isə Şəhriyarın məhz şifahi xalq dilinə, 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         74 
 
 
74
onun ən dərinə qatlarına bələdliyindən, xəlqiliyi canında və qanında yaşatmağın-
dan  və hiss etməyindən doğur. Göründüyü kimi, folklor Şəhriyarın  anadilli po-
eziyasının  milli  poetik  strukturunu  təşkil  etməklə  bərabər,  onun  ənənəvi  forma 
əlamətlərini də müəyyənləşdirmiş olur.  
Şəhriyarın anadilli poeziyasının ideya-məzmun qaynağını məhz şifahi xalq 
ədəbiyyatı təşkil  edir. Təbii ki,  burada klassik Şərq poeziyası ənənələrini, onun 
mövzu  və  məzmun  istiqamətlərini  gözdən  qaçırmaq  olmaz.  Lakin  milli  poetik 
ənənəyə sadiqlik, folklor süjet, obraz və motivlərdən istifadə Şəhriyarın anadilli 
poeziyasının əsas ağırlıq  mərkəzini təşkil edir. Şəhriyar şeirinin tədqiqatçıların-
dan olan H.Billuri yazır ki, Şəhriyar "... Azərbaycan xalq yaradıcılığından surət-
lər alıb, onlara  yeni  məzmun verir. Azərbaycan dilində  yazdığı  şeirlərində Şərq 
xalqlarının  şifahi  ədəbiyyatına  tez-tez  müraciət  etsə  də,  daha  çox  Azərbaycan 
folkloru şairi bəhrələndirir, zənginləşdirir" (1, 143).
 
 Tədqiqatçı çox haqlı olaraq vurğulayır ki, Şəhriyar Azərbaycan xalq yara-
dıclığı xəzinəsindən yaradıcı şəkildə bəhrələnir. Aldığı surət və obrazlar, hadisə 
və detallar vasitəsilə əsərlərini zənginləşdirir ki, bu, bütövlükdə xalq ruhuna və 
mənəvi aləminə bağlılığı daha da artırır.   
Həqiqətən də istər Xaqaninin, istər Nizaminin, istərsə də Füzulinin yaradı-
cılığında Şərq ədəbiyyatına, Şərq xalqları folkloruna məxsus obraz, süjet və mo-
tivlərdən,  hadisə  və  faktlardan  geniş  şəkildə  istifadə  olunumuşdur.  Həmçinin 
Şəhriyarın  anadilli  şeirinin  qaynağında  klassik  Azərbaycan,  geniş  mənada  Şərq 
şeirinə  məxsus  ənənəvi  hadisə  və  detallar,  Qurandan  gələn  hekayət  və  izahlara 
da  rast  gəlinir.  Bu  barədə  B.Nəbiyev  yazır  ki,  “Şəhriyarın  mövzu  və  mənaca 
zəngin, şəkilcə, təsvir və ifadə vasitələri etibarilə əlvan sənət bağçasında klassik 
Azərbaycan dilli şeirin ətrini verən çiçəklər də az deyil” (5, 14). Çox haqlı ola-
raq,  alim  Şəhriyarın  sənət  bağçasında  klassik  Azərbaycan  dilli  şeirin  ənənəsini 
vurğulayır.  Bunu  onun  ana  dilində  yazdığı  həm  klassik  şeir  janrlarında,  həm 
xalq yaradıcılığına məxsus şeir növlərində izləmək mümkündür. Forma və şəkil 
müxtəlifliyinə  baxmayaraq,  mövzu  və  məzmunda  xalq  yaradıcılığı  motivlərin-
dən  bəhrələnmə  özünü  açıq-aydın  şəkildə  göstərir.  Lakin  Şəhriyarın  anadilli 
poeziyası daha çox milli xarakter daşıyan məzmun və mənalarla, xalq yaradıcılı-
ğına məxsus obraz və süjetlərlə süslənmişdir ki, bu da birbaşa olaraq onun sənə-
tinin  qaynağındakı  xalq  hikmətinin,  duyum  və  hissinin  büruzə  etməsindən  irəli 
gəlir.  
Folklorun Şəhriyar yaradıcılığında qazandığı keyfiyyətdən danışan E.Quli-
yev yazır: "Xalq yaradıcılığının Şəhriyar sənətində ideya-məzmun, fəlsəfi-psixо-
lоji və fоrmal оlaraq iki cür təzahürü mövcuddur. Birincidə janrından asılı оlma-
yaraq  məzmun-ideya,  ikincidə  isə  janr-fоrma  оxşarlığı  özünü  göstərir.  Bütün 
sənətkarlar kimi, Şəhriyar da xalqın psixоlоgiyasını,  həyata baxışlarını, arzu və 
istəklərini, xarakter və milli düşüncə tərzini ifadə etmək üçün xalq ədəbiyyatın-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         75 
 
 
75
dan  geniş  mənada  bəhrələnir  və  nümunələri  məqsədli,  yerli-yerində  işlətməyi 
bacarır" (4, 238). 
Alimin qeyd etdiyi ideya-məzmun, fəlsəfi-psixоlоji və formal tərəflər, hə-
qiqətən də, Şəhriyar poeziyasını xalq ədəbiyyatı çeşməsinə bağlayan cəhətlərdir. 
Çünki  bir  tərəfdən  Şəhriyar  həmin  fəlsəfi-psixoloji  gerçəkliyin  daşıyıcısı  və 
yaşadıcısıdırsa, digər tərəfdən onu bədii-poetik dildə təzahür etdirəndir. Təbii ki, 
bu,  hissi-emosioanal,  fəlsəfi  psixoloji  duyum  və  düşüncələrin  formala  olaraq 
hansı  qəliblərdə  ifadəsi  artıq  müəllifin  müstəqil  yanaşmasından  asılıdır.  Lakin 
burada da, adətən, birinci cəhətin, yəni fəlsəfi-psixoloji dərkin təsiri özünü gös-
tərir.  Əksər  hallarda  forma  da  məzmunun  ifaçısına,  təqdimatına  xidmət  edir. 
Odur ki, Şəhriyarın anadilli poeziyası fəlsəfi-psixoloji mahiyyəti etibarilə etnik-
milli köklərə bağlı olduğu kimi, forma baxımından da əksər hallarda həmin sər-
hədlər daxilindədir.  
Şəhriyarın  anadilli  poeziyasında  folklorun  etnik-milli  düşüncə  layı  olma-
sını  şərtləndirən əsas cəhətlər burada  folkorun gerçəkliyi dərketmə  və əksetdir-
mə  kateqoriyasında  çıxış  etməsi  və  etnik-milli  yaddaşı  qoruma  vasitəsi  olması 
ilə xarakterizə oluna bilər. Belə ki, Şəhriyarın anadilli poeziyasının geniş şəkildə 
gözdən keçirsək, biz burada folklor süjet, obraz və motivləri, milli adət və məra-
simlər,  oyun  və  deyimlər,  atalar  sözləri  və  məsəllər,  xalq  mahnıları,  eləcə  də 
zəngin folklor dili ilə qarşılaşmış olarıq. Bunların hər biri özlüyündə folklordan 
bu  və  ya  digər  şəkildə  bəhrələnmənin  göstəricisi  olmaqla  bərabər,  həm  də  ger-
çəklikdə, ətraf-aləmdə baş verən hadisə və situasiyalara folklor bucağından bax-
maq,  min  illikllərdən süzülüb gələn təcrübə və  yaddaşın,  həmin  hiss və duyğu-
ların daşıyıcısına çevrilmək spesifikasından doğur. Fərd kollektivin üzvü olmaq-
la ona məxsus bütün cəhətlərin, qabiliyyət və bacarıqların da subyektinə çevrilir. 
İllər ötsə, zaman dəyişsə də, fərd həmin kollektivin üzvü, həmin ənənənin daşı-
yıcısı  və  yaşadıcısı  olaraq  qalır.  Fərdi  ilkin  yaddaşdan,  qaynaqdan  uzun  zaman 
kəsiyi ayırsa da, kollektivin bir halqası olması onu yenə də ilkin mənbəyə bağla-
ya bilir. Bu düşüncələri Şəhriyar sənəti üzərinə köçürsək deyə bilərik ki, o da bir 
fərd  olaraq  min  illər  boyu  yaşayıb  gələn  kollektivə  məxsus  ənənə  və  duyumun 
daşıyıcısıdır.  O,  XX  əsrdə  yaşamasından  asılı  olmayaraq  özünə  qədərki  yadda-
şın, deyim və duyum xəzinəsinin xiridarlarından biridir. Odur ki, Şəhriyarın sə-
nətinin böyüklüyü, onun kəlamının ucalığı həm də ilkin qaynağa – xalq yaradı-
cılığı ənənələrinə yaxınlıqdan, onun daşıyıcısı və yaşadıcısı olmaqdan irəli gəlir.  
Onu da qeyd edək ki, bu hər bir sənətkarın yaradıcılığında izlənilən cəhət 
deyil.  Çünki  folkloru, milli  adət və ənənələri  bilmək, ondan  müəyyən dərəcədə 
yararlanmaq,  hələ  folklorun  içində  olmaq  deyil.  Bu  halda  folklor  bədii  yaradı-
cılıqda yalnız zahiri, formal planda özünü göstərir. Lakin Şəhriyar kimi şairlərin 
yaradıcılığında  folklor məhz dünyanı, onun gedişatını,  mövcud situasiya və ha-
disələri  dəyərləndirmə,  mənalandırma  vasitəsidir.  Çünki  o  "...  əsərlərində  xalq 
yaradıcılığı nümunələrindən ara-sıra istifadə yоlu seçməyib. Bu nümunələrə ey-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         76 
 
 
76
ni  zamanda  yaradıcı  yanaşıb,  ustad  sənətkar  yaradıcılığında  fоlklоr  materialla-
rından sitat kimi istifadə оlunmur. Daha çоx milli təfəkkür hadisəsi və faktı kimi 
əsərlərinin canına hоpur" (4, 238). Məhz bu halda şifahi yaradıcılıq ənənələrinin 
“əsərlərin  canına  hapması”  folklor  etnik-milli  düşüncə  layı  səviyyəsinə  qalxa 
bilir.  
Həqiqətən də, istər Şəhriyarın “Heydərbabaya salam” poemasında, istərsə 
də  digər  anadilli  şeirlərində  folklor  sadəcə  olaraq obraz  və  ya  detallar  səviyyə-
sində, “sitat” kimi deyil, gerçəkliyin duyulma və dərk edilməsi, etnik-milli yad-
daşın  dildə  ifadəsi  kimi  görünür.  “Heydərbabaya  salam”  poemasına  “uşaqlıq 
mifi” kontekstində yanaşan R.Kamal yazır: “Heydərbaba” mifoloji əcdad adıdır. 
“Heydərbabaya  salam”  əcdadlarla  ritual  ünsiyyət  aktıdır,  dağ  ruhu  ilə  mistik 
təmasa girmək imkanıdır. ...“Heydərbabaya salam” əslində ovsun-dualardan iba-
rət bütövlükdür: şeirlər sehr-magik təbiətlidir” (6, 7). Alimin “Heydərbabaya sa-
lam”  poemasını  nəzərdə  tutaraq  dediyi  fikirləri,  yenə  də  Şəhriyarın  anadilli 
poeziyası  barədə  ümumiləşdirmək  olar.  Təhlil  üçün  bir  faktı  deyə  bilərik  ki, 
Şəhriyarın “Heydərbabaya salam” poeması birbaşa olaraq dağa (Heydərbaba da-
ğına)  müraciət  üzərində  qurulmuş  əsərdirsə,  bütövülkdə  onun  yaradıcılığında 
dağ obrazı, dağ motivi ana xətti təşkil edir. Onun şeirlərində Heydərbaba, Sava-
lan, Səhənd, Tur, Qaf və s. kimi dağ adları səslənməklə bərabər, Heydərbaba da-
ğı demək olar ki, hər məqamda, hər şeirdə dilə gəlir, təkrar-təkrar eşidilir. Onun 
“Heydərbabaya salam”, “Səhəndim”, “Ağa Mirsadığın  xeyratı”, “Məmməd Ra-
him həzrətlərinə cavab”, “Kərəc xatirəsi”, “Qəm basdı qəlyanımı”, “Dan ulduzu 
da  batdı”,  “İnsansız  inqilabımız”,  “Dərya  elədim”  kimi  şeirlərinin  hər  birində 
Heydərbabanın  adı  çəkilir,  ona  bu  və  ya  digər  şəkildə  müraciət  olunur.  Bu  isə 
onu  göstərir  ki,  Şəhriyarın  poeziyasında  dağ  sanki  mifoloji  dünyagörüşdə  kəsb 
etdiyi  “dünyanın  mərkəzi”  anlamını  ifadə  edir.  Onun  bütün  düşüncələri  bu 
mərkəz  nöqtə  ətrafında  canlanır.  Akademik  İ.Həbibbəyli  bu  detala  çox  tutarlı 
faktla münasibət bildirir. O yazır ki, “Şəhriyar Heydər baba dağına daha çox Və-
tənin bir rəmzi, həm də uşaqlıq xatirələrinin şahidi kimi üz tutur. Bundan başqa, 
şairin  Heydərbaba dağına  müraciətində  “dərdini dağa demək”,  yaxud da  “Məc-
nun  dərd  əlindən  dağa  çıxdı”  motivi  də  nəzərə  çarpmaqdadır”  (3,  29).  Alimin 
diqqəti yönəltdiyi hər iki deyim ‒ “dərdini dağa demək” və “Məcnun dərd əlin-
dən dağa çıxdı” ifadələri birbaşa olaraq dağ kultu, dağa tapınma, dağın mifoloji 
mahiyyətindən  xəbər  verir.  Şəhriyarın  da  dağa  müraciəti,  məhz  dağın  mifoloji 
yaddaşda kəsb edtiyi mənasından qaynaqlanır. Nümunəyə diqqət edək: 
 
Heydərbaba, gun dalıvı dağlasın, 
Uzun gulsun, bulaqların ağlasın, 
Uşaqların bir dəstə gul bağlasın, 
Yel gələndə, ver gətirsin bu yana, 
Bəlkə mənim yatmış bəxtim oyana. 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         77 
 
 
77
Heydərbaba, sənin uzun ağ olsun, 
Dord bir yanın bulaq olsun, bağ olsun, 
Bizdən sora sənin başın sağ olsun, 
Dunya qəzəv-qədər, olum-itimdi, 
Dunya boyu oğulsuzdu, yetimdi ( 9, 37). 
 
Nümunədən də göründüyü kimi dağa müraciət sadəcə olaraq poetik bir de-
tal  səviyyəsində  deyil.  Şəhriyar  üçün  dağ  dərdləşə  biləcəyi,  qəlbinin  ən  munis 
hislərini  bölüşə  biləcəyi  doğma  və  əziz,  eyni  zamanda  müqəddəs  bir  varlıqdır. 
Belə  səmimi  dərdləşmə  istər-istəməz  Azərbaycan  folklorunda  olduqca  intensiv 
olaraq rastlaşdığımız qəhrəman və təbiət kultlarını, məsələn "Dədə Qorqud kita-
bı"nda  Qazan  xanın  təbiətlə  dərdli  mükalimələrini  yada  salır.  Yuxarıda  misal 
gətirdiyimiz nümunədə dünya haqqında ümumiləşmiş qənaət də folklor təfəkkü-
rü əsasında irəli sürülür, dünya haqqında irəli sürülən ümumiləşmiş qənaət barə-
də şikayət də. Yəni bu nümunədə folklor təfəkkürü poetik təfəkkürün bütün qat-
larında, bütün səviyyələrində özünü bariz şəkildə göstərir. 
Yaxud  da  şairin  Səhəndlə  bağlı  yazdığı  digər  bir  şeir  nümunəsinə  diqqət 
edək: 
 
Şah dağım, cal papağım, el dayağım, şanlı Səhəndim! 
Başı tufanlı Səhəndim! 
Başda Heydərbabatək qarla, qırovla qanşıbsan, 
Sən ipək telli buludlarla ufuqdə sarışıbsan, 
Savaşırkən barışıbsan. 
Goydən ilham alalı sirri səmavata deyərsən, 
Hələ ağ kurku burun, yazda yaşıl don da geyərsən, 
Qoradan halva yeyərsən. 
Doşlərində sonalar sinəsitək şux məmələrdə 
Nə şirin ceşmələrin var. 
O yaşıl telləri yel hormədə aynalı səhərdə, 
İşvəli eşmələrin var. 
Qoy yağış yağsa da yağsın, sel olub axsa da axsın, 
Yanlarında dərələr var. 
Qoy qələm qaşların ucsun fərələrlə, hamı baxsın, 
Başlarında hərələr var, sıldırımlar, sərələr var. 
O ətəklərdə nə qızlar yanağı lalelərin var, 
Quzular otlayaraq, nəydə nə xoş nalələrin var, 
Ay kimi halələrin var (9, 62). 
 
Bu  nümunədə  də  öymə,  alqış  intonasiyası  bilavasitə  folklor  təfəkkürünə 
əsaslanır.  

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         78 
 
 
78
Bütün bu təhlillər isə bir daha onu deməyə əsas verir ki, Şəhriyar poeziya-
sında folklor etnik-milli kimliyin müəyyənləşdiricisi statusunda, qan və gen yad-
daşının ifadəsi funksiyasında çıxış edir. Şəhriyar dünyaya sanki “folkor” pəncə-
rəsindən,  xalq  hikməti  və  məntiqi  prizmasından  baxır.  Onun  əxlaqi  norma  və 
prinsipləri, estetik dəyər və kateqoriyaları xalqın gözü və elin sözü qanununa ta-
bedir. Mərd-namərd, yaxşı-yaman, igid-qorxaq, haqlı-haqsız, zalım-məzlum qar-
şıdurmaları  onun  dəyərləndirməsində  məhz  birinci  tərəfin  müdafiəçisi,  daha 
doğrusu  subyekti  kimi  anlamlanır.  O  daim  xalqın  içində,  əzilənin,  haqsızlığa 
məruz  qalanın  yanındadır.  Çox  hallarda  isə,  elə  haqsızlığı,  ədalətsizliyə  məruz 
qalandır. Yəni Şəhriyarın lirik qəhrəmanı, daxili məni, geniş mənada xalqın özü-
dür. O dərdlidir, əzabkeşdir, zəhmətsevərdir, iliyinə, qanına qədər millidir. Odur 
ki, Şəhriyarın yaratdığı obrazlar da real həyat insanları, milli-mənəvi dəyər daşı-
yıcılarıdır. Şəhriyar lirikasının xəlqiliyindən adnışan H.Məmmədzadə bu barədə 
qeyd  edir  ki,  “Şəhriyar  lirikasının  gücü  onun  xəlqiliyindədir.  Şairin  ümumxalq 
məhəbbətini  qazanmasının  əsas  səbəbi  ondadır  ki,  o,  sözün  həqiqi  mənasında, 
xalqı  ilə  yaşayır, onun kimi düşünür, onun kimi  məhrumiyyət çəkir, onun kimi 
kədərlənir, onun kimi qəzəblənir, onunla birlikdə döyüşür, onunla birlikdə sevi-
nir, xalqın dilində olub dodağına gətirə bilmədiyi arzu və nisgillərini tam cəsa-
rətlə, hərtərəfli qətiyyət və inamla tərənnüm edir” (8, 7). Bütün bunlar isə Şəhri-
yarın  folklor  məntiqi  və  dilinə  bələdliyindən,  ona  sadaqət  və  məhəbbətindən 
qaynaqlanır.   
Qeyd  edtiyimiz  kimi,  Şəhriyarın  anadilli  poeziyası  folklor  poetikasından, 
onun prinsip və ölçülərindən kənarda təhlil oluna bilməz. Eləcə də Şəhriyar poe-
ziyasının dili zəngin folklor dili kimi xalq yaddaşının büllur saflığını yaşadır. Bu 
barədə N.Cəfərov yazır ki, “Şəhriyar 50-ci illərdən etibarən etnoqrafik baxımdan 
zəngin ədəbi-bədii dil nümunəsi verdi; bu dildə folklor sadəlövhlüyü var idi, la-
kin  sadəlövhlük  ifadə  tərzinin  estetik  keyfiyyəti  kimi  düşünülmüşdü.  Şəhriyar 
xalq  dilindən  sənət  faktı  kimi  istifadənin,  prinsip  etibarilə,  yeni  üsulunu  aşkar-
ladı – onun təqdimində sözün kommunikativ funksiyası ilə poetik funksiyası bi-
ri-birinə mane olmur. ...Şəhriyar klassik janrlarda yazanda da folklor ifadə tərzi-
nin etnoqrafik təəssüratını mühafizə edir” (2, 578). Göründüyü kimi, alim Şəhri-
yar  poeziyasının  dilindəki  folklor  “sadəlövhlüyünü”  (əslində  isə  xalq  müdrik-
liyini) xüsusi vurğulayır və dilin kommunikativ funksiyası ilə poetik funksiyası-
nın bir-birinə mane olmadığını deyir. Həqiqətən də Şəhriyarın şeirlərini oxuyar-
kən, sanki, kiminləsə, doğma biri ilə söhbət etdiyini düşünürsən. Poetik şəkildə 
desək, Şəhriyar oxucusu ilə dərdləşir, onunla hal-əhval tutur. Özü də elə bir dil-
də danışır ki, bunu ən kiçik yaşdan tutmuş, ən ahıl olana qədər hamı anlayır. Bu 
bir  tərəfdən  onun  dilinin  komunikativliyini,  başqa  sözlə  desək,  ünsiyyətliliyini 
təmin  edirsə,  digər  tərəfdən  də,  şeirinin  poetikasını,  ahəngini,  ritmini,  intona-
siyasını  və  s.-ni  müəyyənləşdirir.  Bu  mənada  Şəhriyarın  ifadəsində  dilin  kom-
munikativ  funksiyası  ilə  poetik  funksiyası  nəinki  biri-birinə  mane  olmur,  həta 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         79 
 
 
79
biri-birini  tamamlayır,  vahid  bütöv  yaradır.  Məhz  bu  bütövlüyü,  çulğalaşmanı 
yaradan  isə  Şəhriyarın  yaradıcılığında  foklorun  etnik-milli  yaddaş  koduna  çev-
rilməsi, dünyanı dəyərləndirmə funksiyasını daşımasından irəli gəlir. 
Ümumiyyətlə, Şəhriyarın anadilli poeziyasını folklor yönündən, etnik-mil-
li düşüncə aspektindən təhlili onu göstərir ki, şair bütün hallarda öz milli mənşə-
yinə, milli kimlik və yaddaşına folklor kodu vasitəsilə qayıdır, ruhi-mənəvi alə-
mini sözə keçirərkən məhz həmin bucaqdan – folklor prizmasından yanaşır. Bu 
isə  onun  şeirlərində  ən  müxtəlif  formada  –  süjet,  motiv,  obraz,  hadisə,  detal, 
fakt, deyim, ifadə və s. şəklində əks olunur. 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə