AZƏrbaycan miLLİ elmər akademiyasi folklor institutu



Yüklə 2,59 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix12.05.2017
ölçüsü2,59 Mb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

 
İşin elmi yeniliyi. Məqlənin elmi yeniliyi folklorun Şəhriyarın anadilli po-
eziyasının  milli  poetik  strukturunu təşkil  etməsilə  bərabər, onun  ənənəvi  forma 
əlamətlərini də müəyyənləşdirmiş olduğunu göstərməkdən ibarətdir.  
İşin  elmi  nəticəsi.  Ümumiyyətlə,  Şəhriyarın  anadilli  poeziyasını  folklor 
yönündən, etnik-milli düşüncə aspektindən təhlili onu göstərir ki, şair bütün hal-
larda öz milli mənşəyinə, milli kimlik və yaddaşına folklor kodu vasitəsilə qayı-
dır,  ruhi-mənəvi  aləmini  sözə  keçirərkən  məhz  həmin  bucaqdan  –  folklor  priz-
masından  yanaşır.  Bu  isə  onun  şeirlərində  ən  müxtəlif  formada  –  süjet,  motiv, 
obraz, hadisə, detal, fakt, deyim, ifadə və s. şəklində əks olunur.
 
 
 
ƏDƏBİYYAT 
1. Billuri H. Məhəmmədhüseyn Şəhriyar. Bakı, Elm, 1984 
2. Cəfərov N. Azərbaycanşünaslığa giriş. Bakı, Azatam, 2002 
3. Həbibbəyli İ. Ustad Məhəmmədhüseyn Şəhriyar. Bakı, Elm, 1999  
4. Quliyev E. Şəhriyar poeziyası və milli təkamül. Bakı, 2004 
5. Nəbiyev B. Şəhriyar kəlamının vüsəti. Bakı, Nafta-press, 1998 
6. Rüstəm Kamal. Ömür – inanc mətni. Bakı, Şirvannəşr, 2010 
7. Şəhriyar. Yalan dünya. Bakı, Azərbaycan Ensiklopediyası, 1993,  
8. Şəhriyar M. Aman ayrılıq (poema və şeirlər). Bakı, Yazıçı, 1981 
9. Şəhriyar Məhəmmədhüseyn. Seçilmiş əsərləri. Bakı, Avrasiya press, 2005
 
 
 
Çapa tövsiyə edən: Fil.ü.e.d., prof. Kamran Əliyev 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         80 
 
 
80
Cəmilə İSBƏNDİYAROVA 
AMEA Folklor İnstitutunun doktorantı 
e-mail: cemile_isbediyarova@mail.ru 
 
MƏHƏBBƏT DASTANLARINDA ƏNƏNƏVİ MOTİV VƏ TARİXİ 
ƏNƏNƏLƏRİN ÖTÜRÜLMƏSİ 
Xülasə 
Məqalədə Azərbaycan məhəbbət dastanlarının yaranması və şifahi ədəbiyyatımızda onla-
rın  tutduqları  yerə  elmi-nəzəri  müstəvidə  diqqət  çəkilir.  Məhəbbət  dastanlarının  yaranmasında 
tarixi ənənəyə,  bədii-sənətkarlıq  xüsusiyyətlərinə geniş  prizmadan  yanaşılır.  Əksər  klassik mə-
həbbət  dastanlarında  ənənəvi  məhəbbət  əhvalatlarının  yaranması,  problemin  qoyuluşu  və  süjet 
xətti  boyunca  mövzunun  işlənməsi  tarixi  inkişaf  zəminində  araşdırılır.  Azərbaycanın  görkəmli 
aşıqlarının yaradıcılığından, eləcə də ən məşhur klassik məhəbbət dastanlarımızdan gətirilən nü-
munələr və onların xüsusi özünəməxsusluqla təhlillərə cəlb olunması diqqət çəkir. Məqalə klas-
sik elmi-nəzəri irsin araşdırılması baxımından da maraqlıdır. 
Açar sözlər: məhəbbət, dastan, süjet, kompozisiya, aşıq, buta, hz.Əli, Xızır, Əsli, Kərəm, 
Qara keşiş, dərviş. 
 
THE TRADITIONAL MOTIVE IN LOVE EPOSES AND PASSING OF THE 
HISTORICAL TRADITIONS 
Summary 
In the article it is said about the creation of love eposes and the scientific-theoretical view 
to  their  place  in  our  oral  literature.  The  historical  tradition,  artistic-mastery  characters  in  the 
creation of the love eposes is approached from the large view. In many classic love eposes the 
creation  of  the traditional love  eposes,  the  structure  of  the problem and  working  of  the  subject 
according  to  the  plot  is  investigated  in  the  historical  development.  In  the  creation  of  the  love 
eposes the activity of famous Azerbaijan ashugs is looked through. The article is also interesting 
according to the investigation of the classical scientific-theoretical heritage.   
Key words: love, epos, plot, composition, ashug, buta, excellency Ali, Kerem, Gara 
Keshish, dervish 
 
ПЕРЕДАЧА ИСТОРИЧЕСКИХ ТРАДИЦИОННОГО МОТИВА В 
РОМАНТИЧЕСКИХ ДАСТАНАХ 
Резюме 
В  статье  обрашается  внимание  на  образование  азербайджанских  романтических 
дастанов и на их место в устной литературе с научно-теоретического контекста. При соз-
дании  романтических  дастанов  к  исторической  традиции,  к  художественно-мастерским 
свойствам  относятся  с  широкой  призмы.  Во  многих  классических  романтических  даста-
нах  на  основе  исторического  развития  исследуется  создание  традиционных  романтичес-
ких событий, постановка проблемы и преследование темы по сюжетной линии. Обрашен 
взгляд  на  творчество  Азербайджанскихвыдаюшихся  ашугов  в  создание  романтических 
дастанов. Статье интересна точки зрения исследования классического научно-теоретичес-
кого наследия. 
Ключевые слова: любовь, дастан, сюжет, композиция, ашуг, бута, Али, Керем, 
Кара Кешиш (черный свашенник), дервиш 
 
 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         81 
 
 
81
Məsələnin qoyuluşu: Məhəbbət dastanlarında ənənəvi məhəbbət mövzusu 
və onların işlənmə dərəcəsi. 
İşin  məqsədi:  Klassik  məhəbbət  dastanlarının  yaranıb  inkişaf  etməsinə 
müasir elmi-nəzəri  baxış  müstəvisində diqqət çəkmək, süjet və kompozisiyanın 
qurulması,  bir-birinə  bənzərlik-yeknəsəqlik  və  fərqlilik-orijinallıq  məsələlərinin 
müqayisəli şərhini verməkdir. 
 
Azərbaycan şifahi xalq ədəbiyyatının əsas qollarından biri olan aşıq yara-
dıcılığında dastan  janrı aparıcı  yer tutur. Aşığın  məharətinin,  istedad və  bacarı-
ğının,  ustalığının  mühüm  göstəricilərindən  biri  də,  məlum  məsələdir  ki,  müm-
kün qədər daha çox dastan bilmək, dastan söyləmək, dastanlar yaratmaq qabiliy-
yəti hesab olunur.  
Folklorşünas  alimlərimizin,  demək  olar  ki,  hamısının  yekdil  qənaətinə 
görə, Azərbaycan dastanları mövzusuna, süjet və kompozisiyasına görə iki əsas 
qrupa bölünür: 
1) Qəhrəmanlıq dastanları; 
2) Məhəbbət dastanları. 
Bununla  belə,  mövzusuna,  baş  verən  hadisələrin  xarakterinə  və  s.  görə 
bunların da hər birini bir neçə yarımqrupa ayırmaq olar. Məsələn, folklorşünas-
ların təsnifatında əldə edilən ümumi  nəticəyə görə, qəhrəmanlıq dastanlarını öz 
daxilində iki yarımqrupa bölmək mümkündür: 
1) Klassik qəhrəmanlıq dastanları; 
2) Qaçaq dastanları. 
Eynilə məhəbbət dastanlarını da iki yarımqrupa bölmək olar: 
1) Eşq dastanları;  
2) Dini-irfani dastanlar. 
Yeri  gəlmişkən  qeyd  edək  ki,  əslində,  qəhrəmanlıq  dastanlarında  da  eşq-
dən, sevgidən söz açılır. Lakin burada məhəbbət qəhrəmanlıq üçün bir vasitə ro-
lunu  oynayır.  Qəhrəman  öz  sevgisinə,  sevgilisinə  qovuşmaq  üçün  səfərlərə  çı-
xıb, vuruşlardan keçsə də, əsas süjet xətti qəhrəmanlıq üzərində qurulur. “Qəhrə-
manlıq dastanlarında fiziki güc, qəhrəmanın zahiri dünyası əsasdırsa, eşq dastan-
larında  mənəvi güc, qəhrəmanın  iç dünyası ön plandadır. Bu əvəzlənmə şaman 
dünyagörüşünə əsaslanan atlı axınçı etnosun öz yerini təsəvvüf ideyalarına söy-
kənən oturaq əkinçi türkə verməsi ilə bağlıdır” (3, 308). 
Məhəbbət  dastanlarında  rast  gəldiyimiz  sevgi  öz  tipologiyasına,  işlənmə 
dərəcəsinə görə bəzi keyfiyyətlərə malikdir. 
Əvvəla, onu qeyd edək ki, klassik  məhəbbət dastanlarının  böyük əksəriy-
yətində qəhrəmana yuxuda ilahi qüvvə tərəfindən buta verilir. 
Buta  alan  aşiq  yuxudan  oyanır,  özünü  qəribə  aparır,  qeyri-adi  hərəkət  və 
davranışları  ilə  ətrafdakıları  heyrətə,  təşvişə  salır.  Bir  çox  dastanlarda  onun 
ayılınca  ağzından  köpük  daşması,  rəng-rufunun  tamam  dəyişməsi,  hətta  fiziki 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         82 
 
 
82
görkəminin  belə  dəyişərək  boy-buxunlu,  yaraşıqlı  bir  oğlana  çevrilməsi  göstə-
rilir. Bəzən də o dinib-danışmır,  ya da “dərdimi dillə desəm, dilim  yanar, sazla 
deyim”, ‒ söyləyərək, sazı sinəsinə basıb özündən bədahətən şeirlər – qoşma və 
gəraylılar  söyləyir.  Yuxuda  ona  buta  verilən  qızın  (pərinin,  gözəlin)  adını  şeir-
lərində çəkir. Onun məkanına (şəhərinə, ölkəsinə) səfərə çıxmaq məcburiyyətin-
də  olduğunu  izhar  edir.  Valideynləri,  tanış-biliş,  qohum-əqrəba  qəhrəmanı  nə 
qədər  bu  yoldan  çəkindirməyə  cəhd  eləyib,  təhlükələrdən,  başına  gələ  biləcək 
müsibətlərdən, bəlalardan söz açsalar da, onu bu yoldan döndərə bilmirlər. Çün-
ki artıq buta almış qəhrəman haqq aşiqidir. Yuxuda ona buta şərbətini (şərabını) 
verən  ağasına  güvənərək  yola  düşür.  Daha  doğrusu,  o  artıq  bu  səfərə  çıxmağa 
məcburdur. İçdiyi eşq şərabının müqabilində butanın şərtlərini yerinə yetirməyə 
borcludur. Məsələn: “Aşıq Qərib” dastanının qəhrəmanı Rəsul sazı sinəsinə ba-
sıb anasına deyir:  
“...Əlimə almışam sədəfli sazı, 
Fələk yazdı mənə belə bir yazı; 
Yuxumda görmüşəm bir alagözü, 
Ana, mən Tiflisə varmalı oldum. 
 
Anası oğlunun boynunu qucaqlayıb ağlayaraq, yalvar-yaxar eləyir: “Oğul, 
sən hara, Tiflis hara? Gəl sən bizi gözüyaşlı qoyub getmə. Rəsul dedi: 
‒ Anacan, dayanmağa halım yoxdu. Gərək mən gedəm” (2, 12-13). 
Demək  olar  ki,  XIX-XX  əsrlərə  qədərki  məhəbbət  dastanlarının  əksəriy-
yətində bu ənənəvilik qorunub saxlanılmışdır. Burada, sadəcə, bəzi motiv fərqlə-
ri  və  hadisələrin,  macəraların  rəngarənglik,  zənginlik  baxımından  çeşidlənməsi 
qabarıq nəzərə çarpa bilər. Lakin mövzusu, süjet və kompozisiyanın qurulması, 
dastanın  başlanğıcı  və hadisələrin sonuclanması etibarilə klassik  məhəbbət das-
tanlarının əksəriyyətində bir bənzərlik, oxşarlıq, ənənəvilik  müşahidə olunmaq-
dadır. Bu da, eyni zamanda, ondan irəli gəlir ki, ən son zamanlara qədər aşıq sə-
nətinin öz xüsusi qanunauyğunluqları olmuşdur. Bu qədim sənət növü ustad-şa-
gird  münasibətləri  əsasında  yaşayıb,  inkişaf  eləyib  zamandan-zamana  adlamış-
dır. Və hər şagird, demək olar, yalnız öz ustadından dərs almaqla, yükünü onun 
yükündən  tutmaqla  püxtələşib  formalaşaraq  sələfinin  davamçısı  kimi  yetişirdi. 
Həm də aşıq sənətini öyrənən hər kəs bütövlükdə özündən əvvəlki irsi öyrənmək 
məcburiyyətində idi. Əks-təqdirdə aşıqlıq sənəti varisliklə ötürülə bilməzdi. Tə-
bii ki, o ustad da özündən əvvəlki digər böyük ustadın davamçısı idi. Demək, bu 
sənətdə yenilik yalnız şagirdin öz təbii istedadının gücü ilə mümkün ola bilərdi 
ki, o da nə qədər yeni əsərlər  yaratsa belə, ənənəvilikdən bir o qədər də kənara 
çıxmağa,  bu  sənətdə  yeni  konsepsiyalar  ortaya  qoymağa  yetərli  deyildi.  Ümu-
miyyətlə, aşıq sənəti, xüsusən də dastan yaradıcılığı şifahi xalq ədəbiyyatının elə 
bir sahəsidir ki, burada ənənədən kənara çıxmaq, yenilikçiliyə meyillənmək hal-
ları daim zəifləmə ilə müşahidə olunmuşdur. XIX-XX əsrlərdə yaranan məhəb-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         83 
 
 
83
bət (eləcə də qəhrəmanlıq) dastanlarını misal olaraq göstərmək fikrimizi əsaslan-
dırmaq  üçün  kifayətdir.  Lakin  ənənəviliyin  qorunub  saxlanması  şərti  ilə  hadisə 
və  macəraların  zənginləşdirilməsi,  rəngarəngləşdirilməsi  keyfiyyətə  də  müsbət 
təsir göstərən amillərdən olmuşdur. 
Əksər  klassik  məhəbbət  dastanlarında  ənənəvi  məhəbbət  əhvalatının  ya-
ranması, başqa sözlə desək, problemin qoyuluşu və süjet xətti boyunca  mövzu-
nun – qoyulmuş problemin işlənib, inkişaf eləyib, öz həllini tapması ilə bağlı isə, 
əvvəla,  qeyd  etmək  lazımdır  ki,  ümumilikdə  şifahi  xalq  ədəbiyyatına  məxsus 
olan bədiilik, poetiklik, obrazlılıq orta əsrlərdə yaranan klassik məhəbbət dastan-
larında ən başlıca yaradıcılıq şərtlərindən olmuşdur. Onların süjet və kompozisi-
yasını  təşkil  edən  hadisələrin  də  başlanğıcı,  inkişaf  xəttinin  ilk  mərhələsi  əksər 
dastanlarda eyniyyət, son dərəcə bir-birinə bənzərlik təşkil edir. Məsələn, dasta-
nın əvvəlindəki övladsızlıq  motivi, doğulacaq qəhrəmanın atasının  mal-dövləti-
nin aşıb-daşması, lakin qocalıb öləndən sonra yurduna-mülkünə-sərvətinə sahib 
çıxacaq bir oğul zürriyyətinin olmamasını özünə dərd eləməsi... Nəhayət, düşü-
nüb-daşınıb,  məsləhət-məşvərət  eləyib,  varının-halının  çoxunu  (əksər  hallarda 
üçdə iki hissəsini) nəzir-niyaz eləyib fəqir-füqəraya paylaması nəticəsində Tan-
rının onu övlad sahibi etməsi məsələləri bu dastanların başlanğıcını təşkil eləyir. 
Xatırladaq ki, bu ekspozisiyanın da kökü gedib lap qədim zamanlara çıxır. “Öv-
ladsızlıq  barədəki  ənənəvi  süjet  “pay  verən  dərvişlərin”  səyi  ilə  qəhrəmanlara 
övlad verilməsi, orta əsrlərdən hələ çox-çox əvvəl xalq  yaradıcılığında  mövcud 
olmuşdur. Pay verilən övladlar – adətən, qız və oğlanlar arasındakı sevgi macə-
rası sonrakı  mərhələlərdə  məhəbbət dastanlarının  əsas süjet xəttini təşkil etmiş-
dir” (2, 127). 
Bu cür övladsızlıq problemi, nəzir-niyazla doğulan uşaq, onların buta alıb 
(bir çox  hallarda oğlan da, qız da, sitatda qeyd edildiyi kimi, pay  verilmiş olur 
və  ilahi  qüvvə  tərəfindən  onların  hər  ikisi  bir-birinə  buta  verilir)  haqq  aşiqinə 
çevrilməsi süjeti ilə müşahidə olunan dastanlardan “Əsli və Kərəm”, “Qurbani”, 
“Tahir və Zöhrə”, “Alıxan və Pəri”, “Şah İsmayıl”, “Şəhri və Mehri” və s. gös-
tərmək olar. Məsələn, “Şah İsmayıl” dastanında övladın nəzir-niyazla dərviş tə-
rəfindən  pay  verilməsi  məsələsinə  diqqət  yetirək:  “Ustadlar  nağıl  eləyirlər  ki, 
Qəndəhar şəhərində Ədil adlı bir padşah var idi. Ədil padşah o qədər varlı, döv-
lətli  idi  ki,  dəryalar  mürəkkəb  olsa  idi,  meşələr  qələm,  onun  dövlətini  hesabla-
maq  olmazdı.  Ədil  padşah  bir  gün  başını  qırxdırmaq  üçün  bir  dəllək  çağırtdı. 
Dəllək  naşı  idi,  padşahın  başını  qırxıb,  tükünü  qabaq  tərəfdən  döşünə  tökdü. 
Padşah başının tükünü ağarmış görəndə, bir yanıqlı ah çəkdi. Bildi ki, ömrünün, 
gününün keçmiş vaxtıdı. O saat vəziri çağırtdırdı. Elə ki vəzir gəldi, padşah üzü-
nü ona tutub dedi: 
– Ay vəzir, özün mənim dövlətimin,  malımın  həddən aşdığını  yaxşı  bilir-
sən. Günüm keçib, başım gora titrəyir. Mən öləndən sonra bu mal-dövlətə sahib 
olub, çırağımı yandıracaq bir övladım yoxdu. De görüm bu barədə tədbirin nədi? 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         84 
 
 
84
Vəzir dedi:  
– Təsəddügün olum, sən mal-dövlətini üç qısım elə. İki qismini fağır-füğa-
raya payla, bəlkə, övladın ola” (5, 7). Beləliklə, Ədil padşah vəzirin məsləhətinə 
əməl eləyir. Günlərin birində pay verən dərviş gətirib ona bir alma verir. Almanı 
arvadıyla birlikdə yeyəndən sonra Ədil padşah övlad sahibi olur. 
Burada bir sıra məqamlar öz orijinallığı ilə diqqəti cəlb eləyir. İlk növbədə 
problemin qoyuluşunda tamam fərqli bir prizmadan istifadə edilmişdir. Padşahın 
dəllək çağırması, dəlləyin naşılığı ucbatından onun saçlarını qırxıb sinəsinə tök-
məsi məsələləri ilk baxışdan sözçülük, mətləbi uzatmaq təsiri bağışlasa da, süjet 
və  kompozisiya  başlanğıcının  bu  cür  qurulması  üsulunun  özündə  bir  orijinallıq 
və  özünəməxsusluq  var.  Bütün  bunlarla  yanaşı,  yenə  ümumi  ənənəvilik  də  öz 
yerində qorunub saxlanılmışdır. Varlı-hallı, səlahiyyət sahibi olan atanın övlad-
sızlıq  problemi,  var-dövlətin  çoxunu  nəzir-niyaz  eyləyib,  fəqir-füqəraya  payla-
ması, pay  verən dərvişin ona gözəl bir alma  bağışlaması, almanın parasını özü, 
parasını arvadı yeyəndən sonra onların oğul övladlarının dünyaya gəlməsi, sonra 
həmin övladın buta alaraq eşqə düşməsi, sevgilisinə qovuşmaq uğrunda başının 
min cür bəla çəkməsi və s. kimi proseslər, demək olar ki, əksər klassik məhəbbət 
dastanlarında xaraktercə bir-birinə bənzəyir.  
Lakin  yuxarıda  qeyd  edildiyi  kimi,  bu  ənənəvilik  və  oxşarlığı,  süjet  baş-
lanğıclarının  eyniyyətini  dastanların  bir-birini  təkrarlaması,  mövzu  çeynənmiş-
liyi kimi qəbul etmək olmaz. Bütün bu oxşarlıqlara, ənənəviliklərə baxmayaraq, 
hər bir dastan hadisə və macəralarının zənginliyinə, rəngarəngliyinə, qəhrəman-
ların  üzləşdikləri  problemlərin,  sevgiləri  yolunda  çəkdikləri  əzab-əziyyətlərin, 
süjet  xətti  boyunca  başlarına  gələn  müsibətlərin  xarakterinə  görə  fərqləndiyi 
kimi,  başlanğıcdakı problemin ənənəvi qoyuluşunun özündə də,  yuxarıdakı  nü-
munədən  göründüyü  kimi,  bir  fərqlilik,  özəllik  duyulmaqdadır.  Məsələn,  xalq 
arasında  ən  geniş  yayılmış  və  ən  çox  sevilən  dastanlardan  olan  “Əsli  və  Kərə-
m”in  başlanğıcı  ilə  “Qurbani”  dastanının  başlanğıcındakı  süjet  oxşarlıqlarını 
müqayisə  edək.  “Əsli  və  Kərəm”  dastanından  nümunə:  “...Ziyad  xanın  övladı 
yox idi ki, öləndə dövlətinə, varına sahib dursun. O, həmişə övlad dərdi çəkirdi; 
nə qəlbi açılır, nə də üzü gülürdü. 
Ziyad xanın Qara keşiş adlı bir zalım vəziri vardı. Necə deyərlər, su axar, 
çuxurun tapar; bu vəzirin də övladı yox idi. 
Bir gün Ziyad xan Qara keşişin bağında oturmuşdu. Onlar keçmişdən, gə-
ləcəkdən söhbət eləyirdilər. Ziyad xan dedi: 
– Qara keşiş, nə sənin övladın var, nə mənim. Öləndən sonra bizim çırağı-
mızı yandıran olmayacaq. Gəl fağırların qarınlarını doyduraq, nəzir-niyaz verək, 
bəlkə, Allah bizə bir övlad verdi; özü də indidən arada şərt qoyaq. 
Keşiş dedi:  
– Təki övladımız olsun, nə şərt desən, razıyam. 
Ziyad xan dedi: 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         85 
 
 
85
–  Əgər  mənim  qızım,  sənin  oğlun  oldu,  mən  qızımı  sənin  oğluna  verim; 
yox, sənin qızın, mənim oğlum oldu, sən qızını mənim oğluma verəcəksən. 
Keşiş razı oldu. Əhd-peyman eləyib hərə öz otağına getdi. 
Səhərisi gün Ziyad xan car çəkdirdi. Gəncə əhlini – fəğirən-səğirən bir ye-
rə cəm elətdi. Acları doyurdu, yalavacları yedirdi, əlsiz-ayaqsızlara pul verib yo-
la saldı. 
El  ağzı  fal  ağzı,  deyərlər.  El  duası  qəbul  olundu.  Doqquz  ay  doqquz  gün 
doqquz  saat  doqquz  dəqiqə  keçəndən  sonra  Ziyad  xanın  bir  oğlu,  Qara  keşişin 
də bir qızı dünyaya gəldi. Ziyad xan əyan-əşrəfi toplayıb şadyanalıq keçirdi. Oğ-
lanın adını  Mahmud, qızın adını Məryəm qoydular. Uşaqları tapşırdılar dayala-
ra” (4, 4-5). 
Nümunədən göründüyü kimi, “Əsli və Kərəm” dastanında övladı olmayan 
var-dövlət, səlahiyyət sahibi Ziyad  xanın özüdür və o, həmişə övladsızlıq dərdi 
çəkir.  Var-dövlətindən  yoxsulların,  yalavacların  qarnını  doyuraraq  tək  özünə 
yox,  vəziri  Qara  keşişə  də  Tanrıdan  övlad  diləyir.  Əhd-peyman  bağlayırlar. 
Uşaqlar  dünyaya  hələ  göz  açmamışdan  bir-birinə  deyikli  olurlar.  Lakin  digər 
məşhur məhəbbət dastanı olan “Qurbani”də vəziyyət – problemin qoyuluşu ma-
hiyyətcə oxşar olsa da,  formaca xeyli  fərqlidir. Bu fərqi aydın  müşahidə etmək 
üçün yenə nümunəyə nəzər yetirək: “Ustadlar belə nağıl eləyirlər ki, baş Xuda-
fərin körpüsü ilə Araz-Kür qovşağı arasında Araz boyu yeddi yüz yetmiş iki ev 
yaşayırdı.  Bunların  içərisində  bir  çox  bəylər,  bəyzadələr  vardı.  Ancaq  bunların 
hamısı  Hüseynalı  xana  baxırdı.  Hüseynalı  xan  çox  arxalı,  varlı-dövlətli  bir  xan 
idi.  Hüseynalı  xanın  atadan-anadan  doğma  Mirzalı  xan  adında  bir  qardaşı  var 
idi. Ancaq o, çox yumşaqxasiyyət bir adam idi. Özünün də zürriyyətdən heç nə-
yi yox idi. Qardaşlar nə qədər ki ataları sağ idi, bir yerdə yaşayırdılar. Elə ki ata-
ları öldü, Hüseynalı xan öz oğlanlarına bel bağlayıb, qardaşı Mirzalı xanı evdən 
çıxartdı. Atanın o qədər var-dövlətindən Mirzalı xana bir toyuq da olsun vermə-
di.  Mirzalı  xan  hara  əl  atdısa,  heç  bir  yerdə  əli  bənd  olmadı.  Axırda  oturdu öz 
yoxsul daxmasında. 
Günlərin birində Mirzalı xan arvadını çağırıb dedi: 
– Arvad bütün bu işlər ona görə başımıza gəldi ki, bizim züryətimiz, arxa-
köməyimiz yoxdur. Deyirlər ki, el duası müstəcəb olar. Bir qurban götür, gedək 
ocağa, orada nəzir paylayaq, qurbanı da kəsək, verək yetim-yesirə, bəlkə, bir öv-
ladımız ola... 
Sabahı Mirzalı xan bir karlı qurbanlıq götürüb getdi ocağa. Nəzirini payla-
dı,  qurbanı  da  kəsdi.  Allah-taala  bunların  qurbanını  qəbul  eylədi.  Bir  müddət 
sonra Mirzalı xanın bir oğlu oldu ki, on dörd gecəlik ay kimi. Mirzalı xana müj-
də getdi. Mirzalı ac qarınları doyurdu, çılpaq  əyinləri geydirdi. Sonra uşağa ad 
qoymaq istədilər. 
Bir ağıllı qoca dedi: 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         86 
 
 
86
– Oğlanın adını mən qoyum – Qurbani. Çünki bunu qurbanla tapmısınız” 
(4, 124). 
Göstərdiyimiz  nümunələrdən  də,  aydın  olur  ki,  dastanlarda  ənənəvilik, 
ümumi mövzu eyniyyəti olduğu qədər də, orijinallıq, fərqlilik çalarları mövcud-
dur.  Bu  isə  dastan  yaradıcılığında  ustad  aşıqdan  son  dərəcə  böyük  istedad, 
təcrübə, güclü təxəyyül, çevik düşünmə qabiliyyəti tələb edir. 
Orta  əsrlərdə  yaranan  klassik  məhəbbət  dastanlarımızı  diqqətlə  nəzərdən 
keçirsək,  onların  böyük  əksəriyyətində  sənətkarlıq  və  orijinallıq  məsələlərinə 
xüsusi önəm  verildiyinin şahidi olarıq. Əslində, klassik  məhəbbət dastanlarımı-
zın  çoxunda  mövzunun  başlanğıcı,  mənbəyi,  ilkin  inkişaf  mərhələsi,  problemin 
qoyulması və süjet xətti mahiyyət etibarilə çox oxşardır. Lakin hadisələrin çalar-
lığı  onları  bir-birindən  fərqləndirərək  gözəlləşdirir,  dinləyici  auditoriyası  üçün 
olduqca maraqlı edir. 
Qeyd  edək  ki,  məhəbbət  dastanlarının  əvvəlindən  bir-birinin  ardınca  üç 
ustadnamə  yer  alır.  Bu  ustadnamələr  ilk  baxışdan  dastanın  mövzusuna  uyğun 
gəlməsə,  haqqında  söz  açılacaq  qəhrəmanın  dilindən  söylənməsə  də,  əslində, 
əsərə,  bir  növ,  giriş  xarakteri  daşıyır  və  baş  verəcək  hadisələrin  mahiyyətindən 
xəbər verir. Və hesab edirik ki, dastanda ustadnamələrin mövzu ilə əlaqələnmə-
si, hadisələrin təxmini də olsa hansı istiqamətdə inkişaf edəcəyi, hansı sonluqla 
nəticələnəcəyi  məsələsinə  işarə  etməsi  vacib  şərtlərdəndir.  Bəzi  dastanlarda  bu 
qanunauyğunluğun  gözlənilməməsini  onların  yaradıcılarının,  düzüb-qoşanların 
zəif cəhəti, ya da təhrif kimi qəbul etmək lazımdır. Qeyd edək ki, bu məsələ ilə 
bağlı  filologiya elmləri doktoru, professor Füzuli  Bayatın aşağıdakı qənaəti xü-
susilə diqqəti cəlb edir: “Ustadnamələr... dastanın mövzusu ilə birbaşa bağlı ol-
masa da, bilavasitə onun yönü, ideoloji axarı ilə səsləşir” (3, 307).     
Dastan yaradıcılığında ənənəviliyin qorunmasının əsas şərtlərindən biri də 
yuxarıda  qeyd  etdiyimiz  məsələnin  diqqət  mərkəzində  saxlanılmasıdır.  Əksər 
mükəmməl  klassik  məhəbbət  dastanlarımızda  da  bu  ənənə  qorunmuşdur.  Fik-
rimizi  əsaslandırmaq  üçün  bir  daha  “Əsli  və  Kərəm”  dastanına  müraciət  edək. 
Dastanın başlanğıcındakı birinci ustadnamənin üçüncü bəndində deyilir: 
 
Öz süründən vacib qurban deyərsən, 
Öz yunundan şal toxuyub geyərsən, 
Bəslədiyin bağın barın yeyərsən, 
Yad bağından sənə heyva, nar olmaz (1, 3). 
 
Yaxud, üçüncü ustadnamənin dördüncü bəndinə diqqət yetirək: 
 
Halal ilə haram, bil ki, alışmaz, 
Qaynayıban bir-birinə qarışmaz, 
Cəsədə nuş olub, cana yapışmaz, 
Rizasız tikənin ləzzəti olmaz (1, 4). 

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         87 
 
 
87
Məlum olduğu kimi, Kərəm Məhəmməd ümməti idi, Əslisə İsəvi. «Dasta-
nın  məzmunundan  da  göründüyü  kimi,  tərsa,  yəni  erməni  qızına  aşiq  olan  Kə-
rəm  keşişin  müsəlman  və  türk  düşmənliyi  nəticəsində  Əslidən  ayrı  düşür”  (3, 
308).  Ümumiyyətlə,  məhəbbət  dastanlarında  ilahi  eşq,  haqq  aşiqliyi  bütün  din-
lərdən, milli  mənsubiyyətdən uca tutularaq təbliğ olunur. “Əsli  və Kərəm” das-
tanında isə bir tərəfdən bu ənənəvi konsepsiya qorunub saxlanılırsa, digər tərəf-
dən  dastanın  başlanğıcındakı  ustadnamələrdə  Kərəmin  aqibətinə  işarə  edilərək 
milli  və  dini  təəssübkeşlik  ön  plana  gətirilir.  Birinci  ustadnamədən  göstərdiyi-
miz nümunədə “elini hürküt, axsağından yapış” el deyimi təqdir olunur. Üçüncü 
ustadnamədən  verilən  misalda  isə  dini  məsələ  “Rizasız  tikənin  ləzzəti  olmaz” 
deyə  qabardılaraq,  Kərəmin  Allahın  haram  buyurduğu tikəyə  (erməni  qızı  olan 
xristian dininə mənsub Əsliyə) tamah salması mənfi qiymətləndirilir və onun öz 
günahı üzündən başının min bir bəla çəkməsi vurğulanır.
 
Lakin  bütün  bunlarla  yanaşı,  klassik  ənənə  gözlənilərək,  dastanın  gedişi 
boyu  heç  yerdə  milli  və  dini  təəssübkeşlik  meyilləri  duyulmur.  Haqq  aşiqliyi, 
ilahi  eşq,  təmiz  sevgi  tərənnüm  olunur.  Bu  eşqin  yolunda  qarşıya  çıxan  bütün 
maneələr,  onları  yaradan  istər  dini,  istər  milli  səbəblər  incə  bir  qəzəblə  mənfi 
qiymətləndirilir və təəssüf hissi doğurur. 
“Əsli və Kərəm” dastanındakı məhəbbət də, təbii ki, ənənəvi məhəbbətdir. 
Giriş əvəzi ustadnamələr, başlanğıcdakı son dərəcə varlı-karlı bir səlahiyyət sa-
hibinin və onun vəzirinin övladının olmaması probleminin qoyuluşu, onların da-
nışıb,  düşünüb-daşınıb,  əhd-peyman  bağlayıb,  fəqirə-yoxsula  mal-dövlət  payla-
yıb, acların qarnını doyurub, nəzir-niyazla hər  ikisinin eyni  vaxtda övlad sahibi 
olmaları  əksər  klassik  məhəbbət  dastanlarımızdakı  qanunauyğunluğu  qoruyub 
saxlayır. Bunlardan əlavə, valideynlərinin, daha doğrusu, atalarının əhd-peymanı 
və  nəzir-niyazları  nəticəsində  pay  verilmiş  oğlanla  qızın  sevişməsi,  bir-birinə 
buta verilməsi də ənənəyə uyğundur. Lakin dastanda məhəbbət mövzusu ənənə-
viliklə yanaşı, işlənmə dərəcəsinə görə də orijinallıq daşıyır. Burada ümumi ən-
ənəvi qanunauyğunluq qorunub-saxlanılır. Lakin hər bir dastanda süjet və kom-
pozisiyanın qurulmasının öz xüsusi özəllikləri də diqqətdən yayına bilməz. 
Azərbaycan klassik məhəbbət dastanlarını övladsızlıq, buta məsələsi, eyni 
vaxtda  nəzir-niyaz  nəticəsində  pay  verilmiş  oğlanla  qıza,  yaxud  pay  verilmiş 
oğlanla  başqa bir qıza  buta verilməsi, deyiklilik, qohumluq əlaqələri  və  s. kimi 
rəngarəng  süjetlər  bir-birindən  fərqləndirir,  özünəməxsus  edir  və  gözəlləşdirir. 
Məsələn,  onların  bəzilərində  buta  verən  ağası  qəhrəmanın  arxasında  dayanıb 
onu  qoruyur,  bütün  bəlalardan  hifz  edir,  oddan-alovdan  çıxarır.  Nəhayət,  haqq 
aşiqi  öz  sevgisinə  qovuşur  və  bir  ustad  aşıq  gəlib  dastanı  duvaqqapma  ilə  ta-
mamlayır. Bu qəbildən olan klassik məhəbbət dastanlarımıza misal olaraq “Qur-
bani”, “Aşıq Qərib”, “Abbas və Gülgəz”, “Məsum” və b. göstərmək olar. Süjet 
xətti, əsasən, buta üzərində qurulan bu dastanlar həm də dini-irfani xarakter da-
şıyır. Qeyd edildiyi kimi, qəhrəmana buta verildikdən sonra o, bütün mübarizə-

Dədə Qorqud  ●  2014/III                                                                                                                                         88 
 
 
88
lərdə, bütün qarşılaşmalarda aldığı butanın gücü ilə qalib gəlir. Yuxuda buta alıb 
haqq aşiqinə çevrilən gənc qəhrəman Haqdan başqa heç nəyi görmür, Haqq de-
yib, Haqq sözü ilə danışır və Haqq yolunda hər an canından keçməyə hazır olur. 
“Buta”nı  verən saqi, dərviş,  mürşid, pir, həzrət Əli, Xızır aşiqi  vəhdətə çağırır” 
(3, 266). Buta alan aşiq bir anın içində dəyişir, müdrikləşir, kamilləşir, bütövlə-
şir, tamlaşır. Onun həyatında əsaslı dönüş baş verir. “Butanın tamlıq rəmzi oldu-
ğunu göstərən bir element də dastanlarda verginin həm oğlana, həm də qıza eyni 
anda  verilməsidir.  ...Ayrı-ayrılıqda  tamlığı  ifadə  edə  bilməyən  buta  birləşdikdə 
əbədi, əzəli varlığın funksional-semantik işarəsinə çevrilir” (3, 26). 

Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə