Azərbaycan Milli Elmlər Akademiyası Folklor Ġnstitutu



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə1/29
tarix01.06.2017
ölçüsü2,82 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   29

                                                                                

 

 



Azərbaycan Milli Elmlər Akademiyası 

Folklor Ġnstitutu 

 

 

ƏZĠZXAN TANRIVERDĠ 

 

 

 

 

 

 

―DƏDƏ QORQUD KĠTABI‖NIN  

OBRAZLAR ALƏMĠ 

 

 

 

―Dədə Qorqud kitabı‖nın elm aləminə bəlli olmasının 

200 illiyinə həsr olunur. 

 

AMEA Folklor Ġnstitutu Elmi ġurasının 

qərarı ilə nəĢr olunur 

 

 

 

 

 

 

 

 

Bakı – 2013 

 


                                                                                

 

 



 

 

 

 

Redaktor:        Muxtar KAZIMOĞLU (ĠMANOV) 

                                 filologiya üzrə  elmlər doktoru           

 

Rəyçilər:                    Ramazan QAFARLI    

                      filologiya üzrə elmlər doktoru, professor 

                                  Ramiz ƏSKƏR 

                     filologiya üzrə  elmlər doktoru, professor 

                                  Məhərrəm MƏMMƏDLĠ 

                      filologiya üzrə elmlər doktoru, professor 

                                  Seyfəddin RZASOY 

                        filologiya üzrə  elmlər doktoru 

                                  Ġlham ABBASOV 

 

 Əzizxan  Tanrıverdi.

  ―

Dədə  Qorqud  kitabı‖nın  obrazlar 



aləmi. Bakı, ―Elm və təhsil‖, 2013, 444 səh. 

 

 ―Dədə  Qorqud  kitabı‖nın  obrazlar  aləmi‖    filologiya 



üzrə  elmlər  doktoru,  professor  Əzizxan  Tanrıverdinin  ―Dədə 

Qorqud‖un dilinə həsr etdiyi səkkizinci kitabdır. Monqrafiyada 

qəhrəman,  at  və  dağ  obrazları,  dilin  funksiyaları,  emotiv 

intonemlər  və  s.  tarixi-linqvistik müstəvidə  tədqiq  edilir.  Türk-

Oğuz cəmiyyətində ata münasibət – at oğuldur, at qardaĢdır, at 

qəhrəmandan  üstündür,  eləcə  də  dağ  ucalıqdır,  hamidır  kimi 

məsələlər  təkcə  ―Kitab‖ın  poetik  strukturu  yox,  həm  də  digər 

mənbələr kontekstində araĢdırılır. 

 

 


                                                                                

 

 



 

 

 



 

DĠL MÖCÜZƏLƏRĠ ĠLƏ OĞUZ EPOSUNUN 

OBRAZLAR ALƏMĠNƏ SƏYAHƏT 

 

«Dədə  Qorqud  kitabı»  Azərbaycan  türklərinin  dünya 



mədəniyyəti  xəzinəsinə  bəxĢ  etdiyi  ən  möhtəĢəm  yazılı  abidə-

lərdən biridir. Heç bir xalqda analoqu tapılmayan elə bir ədəbi 

əsər  nümunəsidir  ki,  onda  əcdadlarımızın  ilkin  dünya-

görüĢündən  baĢlamıĢ  orta  çağların  tarixi  hadisələrinə  qədər 

əksər  sosial  institutların  izləri  əks  olunur,  daha  dəqiq  desək, 

Qafqaz türkünün milli xarakteri, psixologiyası, adət-ənənələri, 

dini,  fəlsəfi  baxıĢları,  əxlaqı,  dövlət  quruculuğu,  qəhrəmanlıq 

salnaməsi,  ailə  münasibətləri  (ər-arvad,  ata-oğul,  ana-övlad, 

bacı-qardaĢ),  Vətənə,  torpağa  bağlılığı,  qonĢularla  əlaqələri, 

mərasimləri,  məiĢəti,  yaĢayıĢ  tərzinin  əksər  atributları,  daxili 

və  xarici  düĢmənlərlə  mübarizəsi,  müxtəlif  təbəqələrə  və  yaĢ 

dövrlərinə məxsus insanların davranıĢı, Ģifahi və yazılı dilinin 

tarixi  özünə  yer  tapır.  Dünyada  baĢqa  epos  göstərmək  olmaz 

ki,  içərisində  «Dədə  Qorqud  kitabın»da  olduğu  qədər  bir-

birindən  seçilən  xarakterlər  iĢtirak  etsin,  canlı  dialoqlar,  təs-

virlər  və  rəngarəng  poetik  fiqurlardan  qurulsun.  «Kitab»dakı 

oğuznamələrin  (boyların)  hər  birində  insan  qəlbini  riqqətə 

gətirən  hiss,  həyəcan  və  duyğular  sözün  sehri  ilə  tərənnüm 

edilir. Cəmiyyət təbiətlə, maddi varlıqlar mənəvi aləmlə qarĢı-

lıqlı ünsiyyətdə verilir. Hadisələrdə xalqın müxtəlif təbəqəsinin 

məiĢətinə  güzgü  tutulur.  Çoxsaylı  etnik-milli  xüsusiyyətlər 

ümumbəĢəri  dəyərlər  səviyyəsinə  qaldırılır.  Zaman-məkan 

                                                                                

 

 



dəyiĢmələrinin  nizamı,  ardıcıllığı,  vəhdəti,  bəzi  hallarda 

uyğunsuzluğu bir elin baxıĢ bucağından görünsə də, dinindən, 

əqidəsindən,  irqindən,  cinsindən,  milliyyətindən  asılı  olma-

yaraq,    yer  üzündə  yaĢayan  bütün  insanların  ruhunu  oxĢayır. 

Bu  möhtəĢəm  eposun  əsas  motivləri  ilkin  təsəvvürlərdən 

yoğrulur, lakin gerçəkliklə, hətta tarixdə baĢ verən əhvalatlarla 

əlaqələndirilir  və  bütün  hallarda  anlaĢıqlı  görünür.  BaĢqa 

sözlə,  eposda  mifoloji  qatların  çoxluğuna  baxmayaraq, 

əhvalatlar  reallığını  itirmir.  Uzun  əsrlərin  yaradıcılıq  prose-

sindən,  çoxsaylı  insanların  bədii  düĢüncəsindən  keçdiyindən, 

müxtəlif  nəsillərin  yaddaĢından  süzülərək  Ģifahi  Ģəkildə  ikinci 

minilliyə adladığından mətndəki hər söz, hər fikir cilalanıb elə 

qəlibə  düĢmüĢdür  ki,  bu  günün  prizmasından  baxanda  neçə-

neçə sirrin arxasında gizləndiyi açıq-aĢkar hiss olunur. Və bu 

möhtəĢəm abidənin gizli kodlarını tapıb üzə çıxarmaq üçün bir 

insan  ömrü  azlıq  edir.  Ancaq  uca  dağları  meydana  gətirən 

xaliq  onun  zirvəsini  aĢmağı  bacaran  insanları  da  yaradıb. 

Sözün  həqiqi  mənasında  Əzizxan  Tanrıverdi  dövrümüzün 

«Dədə  Qorqud»  ucalığını  fəth  etməyə  qadir  olan  alimdir.  O, 

yeni monoqrafiyası ilə bizi elə möcüzəli aləmə səyahətə aparır 

ki, orada ancaq sözün müqəddəsliyi bələdçidir, obrazlı deyim-

lərin düzgün izahı isə bağlı qapıların açarıdır. 

Eposa  vurğunluğunun  səbəbini  aydınlaĢdıranda  özünün 

dediklərinə  söykənsək,  «Dədə  Qorqud  kitabı»  ilə  alimin  ilk 

tanıĢlığı 1973-cü ilə təsadüf edir (həmin vaхt VIII sinif Ģagirdi 

idi).  «Ədəbiyyat  müəllimimiz  tövsiyə  etdi  ki,  «Salur  Qazanın 

evinin  yağmalandığı  boy»u  oхuyaq...Ulu  abidəmizin  sirli-

sehirli,  möcuzəli  dünyasına,  хüsusən  də  Dədə  Qorqud  hik-

mətinə,  Salur  Qazan  cəsurluğuna,  Burla  хatun  qeyrətinə, 

Qaraca  Çoban  döyüĢkənliyinə  vurğunluğum  da  elə  o  dövrdən 

                                                                                

 

 



baĢladı. «Kitab»la bağlı ilk yazım 1992-ci ildə iĢıq üzü görüb 

(«Ulu  adın  yozumu»,  «Mərhəmət»  jurnalı,  1992,  №7-8)»  –

yazan  Ə.Tanrıverdinin  eposla  tanıĢlığından  40  ildən  çox  vaxt 

keçir.  Bu,  əslində,  bir  igidin  ömrüdür.  Onun  bu  çağdakı  elmi 

fəaliyyətində  təkcə  «Dədə  Qorqud  kitabı»na  100-dən  artıq 

məqalə,  səkkiz  monoqrafiya  həsr  olunub.  Bu  gün  «Dədə 

Qorqud»un  adı  ilə  bağlanan  hər  yerdən  alimin  səsinin-sora-

ğının  gəlməsi  təsadüfi  deyil.  Və  ölkəmizin  ən  mötəbər 

«Qorqud»  ocağında  görkəmli  qorqudĢünas  Tofiq  Hacıyevlə 

birgə çalıĢması da yaradıcılığına daim stimul verir. 

Hər  ilin  aprel  ayında  AMEA-nın  Folklor  Ġnstitutunda 

«Dədə  Qorqud  günləri»  keçirilir  və  ənənəvi  tədbir  elmi 

simpoziumla  yekunlaĢır.  Ə.Tanrıverdi  ötən  il  «Dədə  Qorqud 

kitabı»nda  at  kultu»,  bu  il  isə  «Dədə  Qorqud  kitabı»nda  dağ 

adları» mövzusunda dolğun məruzələr edib. Hər iki çıxıĢı elmi 

ictimaiyyət  tərəfindən  böyük  maraqla  qarĢılanıb.  Son  məru-

zəsini  dinləyəndən  sonra  prof.  T.Hacıyev  Əzizxan  müəllimin 

qorqudĢünaslıq  sahəsindəki  fəaliyyətini  yüksək qiymətləndirib, 

onu  dövrümüzün  ən  məhsuldar  və  dəyərli  töhfələr  verən 

tədqiqatçı olduğunu vurğulayıb.  

Alimin  yeni  əsərinin  iĢıq  üzü  görməsi  bir  də  onunla 

əlamətdardır  ki,  «Dədə  Qorqud  kitabı»nın  elm  aləminə  bəlli 

olmasının  200  illiyi  ərəfəsindəyik.  Filologiya  üzrə  elmlər 

doktoru M.Kazımoğlunun (Ġmanov) redaktorluğu ilə oxuculara 

təqdim  olunan  «Dədə  Qorqud  kitabı»nın  obrazlar  aləmi» 

monoqrafiyasında  Türk  tarixinin  bir  çox  qaranlıq  səhifələri 

aydınlaĢdırılır.  Son  illərdə  tarixi-linqivistik  müstəvidə  filoloji 

araĢdırmalar  yaratmaqla  elmimizi  zənginləĢdirən  alim  elə 

maraqlı  gediĢlər  edir  ki,  onun  yaradıcılıq  fəaliyyətini  Ģahmat 

oyununa  bənzətsək,  «Dədə  Qorqud  kitabı»ndakı  dil  möcüz-

                                                                                

 

 



ələrindən,  kultçuluqdan  ―Dəli  Kür‖ün  poetikasına  keçidini 

böyük qələbə saymaq olar.  

Bəli,  professor  Ə.Tanrıverdinin  yaradıcılığında  əski  oğuz-

türk  yazılı  abidəsi  -  ―Dədə  Qorqud‖  eposu  dilçilik,  folklor-

Ģünaslıq,  fəlsəfə,  tarix  və  etnoqrafiya  müstəvisində  ümumiləĢ-

dirilərək  tədqiqata  cəlb  edilir.  Onun  elmi  fəaliyyətinin  əsas 

istiqaməti  və  mövzusu  bu  dünyaĢöhrətli  oğuznamənin  sirlərinin 

açılmasına yönəlmiĢdir. Ə.Tanrıverdi elə tədqiqatçılardandır ki, 

abidəni  nöqtə-vergülünədək  öyrənib  mətnin  alt  qatlarına  nüfuz 

etməyi  bacarır.  O,  Türkün  mənəvi  böyüklüyünü  sübut  etmək 

üçün  havadan  asılı  qalan,  gəliĢi  gözəl  fikirlər  söyləmir,onun 

araĢdırmalarından alınan nəticələr dəlil, fakt kimi bu böyüklüyü 

ortaya qoyur, hökm vermir, qənaətlərindən hökm çıxır. 

Ə.Tanrıverdinin  «Kitabi-Dədə  Qorqud»un  obrazlı  dili» 

monoqrafiyasından baĢlanan sevgisi coĢub-daĢaraq «

Dədə Qor-

qud  kitabı

»

nın  dil  möcüzəsinin  sirlərini  açdı,  onun  söz  qanadı 

pərvazlanaraq  epos  haqqında  səkkiz  sanballı  kitab  meydana 

gətirdi. 

Obrazlı  desək,  o,  at  üstünə  qalxıb  «Dədə  Qorqud 

kitabı»nın  hamıdan  irəlidə  çapan  yeganə  tədqiqatçısıdır  və 

eposun obrazlar aləmindən, ―Kitab‖dakı at və dağ kultlarından 

danıĢması  heç  də  təsadüfi  deyil.  Tarixi-linqivistik  müstəvidə 

aparılan bu yeni araĢdırmasında məhz eposun mətnində iĢlənən 

söz  və  ifadələrin  fonetik,  leksik,  morfoloji  və  sintaktik 

xüsusiyyətləri üzə çıxarılır, Türk-Oğuz cəmiyyətində ata və dağa 

münasibətin müxtəlif tərəflərinə aydınlıq gətirilir.  

Tədqiqat  əsasən  üç  problemin  Ģərhinə  həsr  olunur:    epo-

sun obrazlarının dili,  at kultu və  dağ kultu araĢdırma obyekti 

kimi götürülür. Ümumiyyətlə, eposda az tədqiqata cəlb edilən və 

Azərbaycan  türklərinin  tarixi  taleyində  mühüm  yer  tutan 

məsələlərə aydınlıq gətirilir. «

Kitab

»

dakı antroponimlər forma 

                                                                                

 

 



və  semantika  baxımından  fərqləndiyi  kimi,  surətlərin  dilində 

iĢlənmiĢ söz və ifadələr, cümlə konstruksiyaları da müxtəlifliyi 

ilə  seçilir

»

  –  deyən  alim  eposdakı  Dədə  Qorqud,  Qazan, 

Beyrək,  Qanturalı,  Bəkil,  Təpəgöz,  Qaraca  çoban,  Dəli 

Qarcar,  Yalançı  oğlu  Yalancıq,  Burla  xatun,  Bəkilin  xatunu, 

Selcan xatun, Boğazca  Fatma, Qısırca yengə kimi obrazların, 

eləcə  də  kafir,  casus  obrazlarının  dilinin  leksik-semantik 

təhlilini  ilk  dəfə  sistemli  Ģəkildə  təqdim  edir.  KultlaĢmanın 

eposun  strukturunda  oynadığı  rolu  at  və  dağın  sakrallığı 

fonunda Ģərh edir. 

Monoqrafiyadan aydınlaĢır ki, atın məiĢətdə və mədəniyyət 

amillərində  buraxdığı  izlər  olduqca  çoxdur.  Ömrünü  atla 

birlikdə  keçirən  yarımköçəri  oğuz  tayfalarının  həyatına  güzgü 

tutan ―Dədə Qorqud‖ eposunun qəhrəmanlarını da atsız təsəv-

vürə  gətirmək  mümkün  deyil.  Ümumiyyətlə,  dünya  epos  ənənə-

sində  at  qəhrəmanların  arxası,  səfər  və  döyüĢ  yoldaĢı,  gücü, 

vüqarıdır.  ġübhəsiz,  ―Dədə  Qorqud‖  oğuznamələrinin  əsas 

motivləri  ilkin  təsəvvürlərdən  yoğrulur,  lakin  gerçəkliklə,  hətta 

tarixdə  baĢ  verən  əhvalatlarla  əlaqələndirilir,  həmiĢə  anlaĢıqlı 

görünür.  BaĢqa  sözlə,  eposda  mifoloji  qatların  çoxluğuna 

baxmayaraq,  əhvalatlar  reallığını  itirmir.  Ə.Tanrıverdi  də  yeni 

tədqiqatında atla bağlı epizodların sakrallıq, kultçuluq baxımın-

dan simvollaĢmasını göstərsə də, gerçəklik tərəflərini də diqqət 

mərkəzində  saxlayaraq  müqayisələr  aparır,  problemə  hərtərəfli 

yanaĢır. 

Maraqlı  cəhət odur ki,  müəllif ilk səhifədəcə hansı sirləri 

açacağını  bildirərək  oxucuda  tədqiqatına  qarĢı  böyük  maraq 

yaradır  və  ―Kitab‖da  dil  möcüzələrinin,  at  və  dağ  kultlarının 

qabarıq  Ģəkildə  ifadə  olunduğunu  təsdiqləyən  detalların 

çoxluğunu vurğulayıb bildirir ki, ―at sözü intensivliyi ilə seçilir, 

                                                                                

 

 



at sözünün iĢtirakı ilə yaranmıĢ bir sıra atalar sözləri və məsəl-

lərə,  deyimlərə  təsadüf  olunur,  atlara  verilən  adların  (zoo-

nimlərin)  əksəriyyəti  qəhrəmanların  adlarına  uyğunlaĢdırılmıĢ 

Ģəkildədir, həm də bu tip zoonimlər qəhrəmanların antroponimik 

modellərində  ləqəb  kimi  çıxıĢ  edir,  at  ən  dəyərli  hədiyyələrdən 

biri kimi təqdim olunur,  at Oğuz igidi üçün zərbə  qüvvəsi, həm 

də  sədaqətli  yoldaĢ,  qardaĢdır,  Oğuz  igidi  yaralandıqda  atının 

quyruğu kəsilir, öldükdə isə atı  öldürülür və s.‖.  

Bir çox məsələlərə tədqiqatda ilk dəfə toxunulur. Məsələn, 

müəllif zoonimik modellərdə - at adlarında alliterasiyanı diqqət 

mərkəzinə çəkir, mətnin poetik çəkisini qüvvətləndirməyə xidmət 

edən  və  heç  kimin  görmədiyi  alliterasiyaya  ―Keçi  baĢlı  Keçər 

ayğır (k – k), Toğlu baĢlı Turı ayğır (t – t)‖ kimi misallar göstə-

rir. Oğuz qəhrəmanlarının adlarının ilk səsi ilə atlarının adında-

kı ilk səsin alliterasiyasının mətndə sistem təĢkil etməsi də alimin 

diqqətindən  yayınmır.  Atla  bağlı  sözlərin  leksik  xüsusiyətlərin-

dən  danıĢarkən  atı  olmayan  qəhrəmanın  heç  bir  dəyəri  olma-

ması  fikrini  irəli  sürür, at  zoolekseminin  Ģəxs  adlarına  çevril-

məsini  türk  poetik  təfəkküründən  süzülüb  gələn  ən  dəyərli 

detallardan  biri  kimi  qiymətləndirir.  ―At  ağızlı  Uruz  qoca‖ 

modelindəki  ―at  ağızlı‖  ifadəsi  güc,  qüdrət  məna  yükünün 

daĢıyıcısı kimi təqdim olunur.  

―Kitab‖da atla bağlı çoxlu atalar sözləri və məsəllərə tə-

sadüf  olunur.  Onların  Ģərhində  O.ġ.Gökyay  və  ġ.CəmĢidovla 

polemikaya girən tədqiqatçı yanlıĢ qənaətlərə düzəliĢ verir.  

Tədqiqatda  ayğır,  qulun,  tay,  yund,  ilqı  kimi  adlar  Türk 

dastan  ənənəsi  müstəvisində  izlənilir,  hansı  anlamda  iĢlənmə-

sinə  aydınlıq  gətirilir,  bu  günədək  mübahisə  obyektinə  çevril-

miĢ ―Qırat‖ sözünün ―Keçi baĢlı Keçər ayğır‖la eyni semantik 

Ģaxədə izah  olunması irəli sürülür. Bunu alimin maraqlı  kəĢf-

                                                                                

 

 



lərindən  biri  kimi  qiymətləndirmək  olar.  FolklorĢünaslıqda 

―Dürat‖ və ―Qırat‖ at adlarının anlamı uzun müddət dartıĢma 

obyektinə  çevrilmiĢ  və  tədqiqatçıların  əksəriyyəti  mütləq 

Ģəkildə onları rəng bildirən sözlər kimi izah edərək az qala bu 

məsələyə  nöqtə  qoymuĢdular.  Lakin  alimlərin  qənaətlərinə 

hörmətlə  yanaĢan  Əzizxan  Tanrıverdi  Türkün  qədim  dastan-

çılıq  ənənəsinə,  yazılı  mənbələrə,  xüsusilə  ―Dədə  Qorqud 

kitabı‖  və  M.KaĢğarlının  ―Divanü  lüğat-it-türk‖  əsərindəki 

faktlara  söykənərək  daha  orijinal  və  düzgün  fikir  irəli  sürür: 

―Koroğlu‖  dastanında  Düratın  Qırata,  ―Kitab‖da  da  Turu 

ayğırın  Keçər  ayğıra  nisbətən  zəif  olması  aydın  Ģəkildə 

verilmiĢdir. Deməli, bu zoonimlər rəng anlamlı sözlər əsasında 

yaranmıĢdır  –  fikri  inandırıcı  deyil.  Digər  tərəfdən, 

―Kitab‖dakı  Keçər  ayğırla,  ―Koroğlu‖dakı  Qıratın  məhz  iti, 

sürətli  qaçıĢa  malik  olması  mətndə  dəqiqliklə  verilib  ki,  bunu 

da  heç  kim  inkar  edə  bilməz...  QarĢılaĢdırmalar  göstərir  ki, 

―Kitab‖dakı Turu ayğırla ―Koroğlu‖dakı Dürat forma, həm də 

semantika  baxımından  eyni  xətdə  birləĢirsə,  Keçər  ayğır‖la 

―Qırat‖ da məna baxımından eyni semantik yuvaya daxil olur: 

Keçər  at  –  sürətlə  qaçan,  atları  ötüb  keçən;  Qırat  –  sədləri 

qıran aĢan, sürətlə qaçan‖. Əski türklərdə atlara rənginə deyil, 

xarakterinə  görə  ad  qoyulması  faktını  əsaslandıran  dəlillər 

olduqca  çoxdur.  Belə  ki,  məĢhur  sərkərdə  Atillanın  atı  və 

qılıncı  ilə  bağlı  yaranan  əfsanələr  ―Koroğlu‖  eposunun 

motivləri  ilə  səsləsir.  Əvvəla  onu  vurğulayaq  ki,  Atilla  adında 

da ―at‖ sözü ilə bağlılıq var. Atilla adının izahı göstərir ki, o, 

mənĢəcə Ġtil  (Atil) türklərinə  mənsub,  qədim  xaqan sülaləsinin 

nümayəndələrindən  biri  idi.  Əslində,  böyük  hun  sərkərdəsinin 

Avropa  mənbələrində  ―Atilla‖  Ģəklində  tarixləĢən  adının 

əsasında qədim türk sözləri - Atlı, Adil, Atil, Ġtil durur. Hunlara 

                                                                                

 

10 


 

atlılar,  atlı  tayfalar  da  deyirdilər.  Onlar  sağlam  atları  ilə 

birlikdə  boya-baĢa  çatır  və  ən  adi  iĢlərini  yəhərdən  yerə 

enmədən  yerinə  yetirirdılər.  At  üstündə  alıĢ-veriĢ  edir,  hətta 

obanın ümumi yığıncağında da atdan yerə enmirdilər.  

Monoqrafiyanın üçüncü bölməsində problem, əsasən, dörd 

istiqamətdə təhlilə cəlb edilir: birincisi, qorqudĢünaslıqda dağ 

kultunun  tədqiqi  tarixinə  ilk  dəfə  nəzər  salınır,  O.ġ.Gökyay, 

X.Koroğlu,  M.Seyidov,    S.Əliyarov,  R.Qafarlı,  F.Xalıqov  və 

R.Əlizadə  kimi  tədqiqatçıların  yaradıcılığı  təhlil  süzgəcindən 

keçirilir;  ikincisi,  əldə  edilən  zəngin  dəlillər  əsasında  ―dağ‖ 

sözünün  etimologiyası  diqqət  mərkəzinə  çəkilir.  Dağla  bağlı 

yer,  məkan  anlamlı  kəlmələrin,  eyni  apelyativli  dağ  və  Ģəxs 

adlarının  izahı  verilir  və  dağ  anlayıĢının  arxaik  ifadəsi  üzə 

çıxarılır. Alim etimologiyanın, folklorĢünaslığın, mifologiyanın 

müddəalarına əsaslanaraq Ağayıl, Ağlağan, Ala tağ, Arqıç qır, 

Gögcə tağ, Günortac, Qara tağ, Qaracuq, Qazlıq//Qazılıq kimi 

oronimlərin  mənĢəyinə  nüfuz  edir,  onların  Oğuz  təfəkkü-

ründəki  məna  yükləri,  əski  inanclara  söykənən  məqamları 

barədə  maraqlı  fikirlər  irəli  sürür.  Məsələn,  alim  bildirir  ki, 

Ağayıl  dağının  məna  yükü  Ağ  yıl/yal  hündür  anlamındadır. 

Gogcə  -  göy,  uca,  yüksək  deməkdir.  Ə.Tanrıverdi  ―Gögcə‖ 

oronimini  (dağ  adını)  ―Gög  alaŋ  görklü  çəmənə  çadır  tikdi‖ 

cümləsindəki  böyük,  hündür  anlamını  ―gög  alan‖  vahidi 

kontekstində araĢdırmaq qənaətində haqlıdır; üçüncüsü, mono-

qrafiyada  dağ  anlayıĢı  bildirən  sözlərin  qrammatik  quruluĢu, 

əlaqə  və  bağlılığı  təhlil  edilir.  Belə  ki,  dağ  adları  və  dağ 

anlayıĢı ifadə edən sözlər assonans və alliterasiya, qrammatik 

kateqoriyalar müstəvisində (kəmiyyət kateqoriyası, hal kateqo-

riyası, mənsubiyyət kateqoriyası,  xəbərlik kateqoriyası, dərəcə 

kateqoriyası, inkarlıq kateqoriyası, zaman kateqoriyası və növ 

                                                                                

 

11 


 

kateqoriyası)  araĢdırılır.  Eləcə  də  dağ  adlarının  qəhrəman 

obrazları  ilə  müqayisəsi  aparılır.  Dərəcə  kateqoriyasından 

bəhs edərkən alimin gəldiyi nəticəyə diqqət yetirək: ―Kitab"da 

intensivliyi ilə fərqlənən ―qara-qara tağlar‖, yaxud nisbətən az 

təsadüf olunan ―yüksək-yüksək qara tağlar‖ tipli birləĢmələrdə 

―qara‖ və ―yüksək‖ sifətlərinin çoxaltma dərəcəsində təqdimi 

uyğun sintaktik mühitin – nikbin və ya bədbin əhvali-ruhiyyənin 

obrazlı  Ģəkildə  canlandırılmasından  baĢqa  bir  Ģey  deyildir‖. 

Burada  tədqiqatçının  söz  və  ifadənin  obrazın,  yaxud  təsvir 

olunan  detalın  xarakterik  cizgilərinin  əksini  müĢahidə  etməsi 

ozanların  bədii  dilin  imkanlarından  gen-bol  faydalandıqlarını 

təsdiqləyən  fakt  kimi  diqqət  mərkəzinə  çəkilir.  Dağla  bağlı 

sözlərin  sintaktik  xüsusiyyətlərindən  -  birinci  növ  təyini  söz 

birləĢməsindən,  ikinci  növ  təyini  söz  birləĢməsindən,  üçüncü 

növ  təyini  söz  birləĢməsindən,  feli  birləĢmələrdən,  məqsəd  və 

intonasiyaya  görə  cümlənin  növlərindən  danıĢanda  da  mətnin 

bədiiliyinin  formalaĢmasında  qrammatik  kateqoriyaların  rolu 

nəzərə  çatdırılır;  dördüncüsü,  dağla  bağlı  sözlərin  seman-

tikasına diqqət yetirilir. Müəllif hansı hallarda dağ real varlıq, 

təbiət  hadisəsi  kontekstindədir  –  sualına  düzgün  cavab  tapır. 

Tədqiqatda  göstərilir  ki,  dağ  igidlərin  ov  ovladığı  yerdir, 

bəylərin  savaĢ,  döyüĢ  yeridir,  Oğuzların  əsas  iqamətgah 

yerlərindən  biridir.  Oğuzların  təsərrüfat  həyatının  dağla  bağ-

lanması  da  dəqiq  faklarla  göstərilir.  Sonra  alim  dağ  bildirən 

sözlərin  obrazlı  ifadələrdə  tutduğu  mövqeyi  üzə  çıxaran 

dəlillərə keçərək ilkin dünyagörüĢünün atributlarının– dağ, su, 

ağac  və  at  kultlarının  birlikdə  təzahürünün  səbəblərini  açıq-

layır. Bu hissə tədqiqatın ən maraqlı yerlərindən biridir. 

«Dədə  Qorqud  kitabı»nın  görünməyən  tərəflərini  onun 

obrazlar  aləminə  səyahətlə  üzə  çıxaran  monoqrafiya  filologi-

                                                                                

 

12 


 

yamızın  böyük  uğuru  kimi  qiymətləndirilməlidir.  Mono-

qrafiyanı  oxuyub  baĢa  çatdırandan  sonra  adamda  elmi 

fəaliyyətinin  çiçəkləndiyi  çağı  yaĢayan  Əzizxan  Tanrıverdinin 

bələdçiliyi  ilə  baĢqa  səyahətlərə  çıxmaq  arzusu  doğur. 

Ġnanıram ki, növbəti səyahətin zamanı çox uzaqda deyil. 

 

 




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə