AZƏrbaycan miLLİ elmlər akademiyasi aa. Bakixanov adina tariX İnstitutu



Yüklə 48 Kb.
Pdf görüntüsü
səhifə1/41
tarix05.05.2017
ölçüsü48 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   41
16980

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
AA.BAKIXANOV ADINA TARİX İNSTİTUTU
NAZİM  MƏMMƏDOV
AZƏRBAYCAN SSR-İN DAĞLIQ QARABAĞ 
MUXTAR VİLAYƏTİNDƏ İCTİMAİ-SİYASİ 
HƏYAT, İQTİSADİ VƏ MƏDƏNİ İNİKİŞAF 
(1923-1991)
BAKI-2008
Azarbayt  m  Hespublikası  Prezidentinin 
jşlər İdarəsi
PRE7İDENT KİTABXANASI

S7
Azərbaycan  MEA  A.A.Bakıxanov  adına  Tarix 
Insitutu Elmi  Şurasının 17.03.2008-ci il  tarixli  qərarı  ilə çap 
olunur.
Elmi redaktru: t.e.d. Q.Ə.Hacıyev 
Rəyçilər:  tarix  elmləri  doktoru,  professor  O.B.SuItan- 
ov, 
t.e..d.,  professor  S.A.Məmmədov,  t.e.d.,  professor 
A.B.Baxşəliyev,  t.e.d.,  professor  İ.X.Zeynalov,  t.e.d. 
Ə.M.Məmmədov, 
t.e.n.,  dos.  R.C.tmanov,  t.e.n.,  a.e.i. 
A.İ.Ələkbərov
Texniki redaktor:  Ə.X.Mustafayev
Korrektor: B.K.Həsənov
Kompüter dizayn və tərtibatı:  R.R.Baxışova
Məmmədov  Nazim  Rəhbər  oğiu.  Azərbaycan  SSR-in 
Dağlıq Qarabağ  Muxtar  Vüayətində ictimai-siyasi  həyat iq- 
tisadi  və  mədəni  inkişaf  (1923-1991).  Bakı.  Təhsil  NPM, 
2008, 568 səh.
Kitabda  Azərbaycamn  DQMV-nin  1923-1991-ci  illər 
tarixi  tədqiq  edilmişdir.  Əsərdə  Dağlıq  Qarabağda  sovet 
rejiminin  qurulması,  kommunst  ideologiyası  və  inzibati- 
amirlik  sisteminin  formalaşdırılması,  ermənilərin  müxtəlif 
dövrlərdə  Azərbaycana  qarşı  torpaq  iddiaları  və  təcavüzü, 
1970-1985-ci 
illərdə 
Azərbaycanda 
idarəçiliyin 
güc- 
ləndirilməsi, 
Ermənistan-Azərbaycan  Dağlıq 
Qarabağ 
münaqişəsi şərh olunur.
„   0033175
M
-------------- 2008.
700122
© Məmmədov N.R.
© «Təhsil» NPM, 2008.
GİRtŞ
1991-ci  ildə  Şimali  Azərbaycan  dövləti  öz  müstəqilliyini  yenidən 
bərpa  etdikdən  sonra  başqa  sahələrdə  olduğu  kimi  cəmiyyətin  mədəni  və 
mənəvi  həyatında  da  mühüm  dəyişikliklər  baş  verdi.  Erməni  işğalçılan 
tərəfindən  minlərlə  sosial-mədəni  obyektlərin  məhv  edüməsinə,  postsovet 
respublikalan  ilə  mədəni  əlaqələrin  zəifləməsinə  və  bir  çox  sahələrdə  tam 
qırılmasına, 
vəsait 
çatışmamazhqlanna, 
təxribatçılann 
törətdiyi 
çətinliklərə  baxmayaraq  elm,  təhsil,  ədəbiyyat,  incəsənət,  kötləvi 
informasiya vasitələri inkişaf etməyə başladı.
Xüsusilə, 
X X  
yüzilliyin  90-cı 
illərinin 
ikinci 
yansından 
Azərbaycanda  yaradıcı  ziyalılarımız  üçün  sərbəst  düşüncə  və  iş  şəraiti 
yaradılmış, 
milli-mənəvi  sərvətlərimizin  tədqiqi  və 
təbliği,  tarixi 
araşdırmalar geniş vüsət almışdır.
Azərbaycanm  70  illik  sovet  dövrünə  çox  düzgün  qiymət  verən 
tanmmış dünya siyasətçisi H.Ə.Əliyev «Yeni 2001-ci il, yeni əsr və üçüncü 
minillik 
münasibətilə 
Azərbaycan 
xalqma 
müraciəti»ndə 
böyük 
uzaqgörənliklə  tarixçi  alimlərimiz  qarşısında  mühüm  vəzifələr  durduğunu 
qeyd  edərək  göstərmişdir  ki,  «1922-1991-ci  illər  Azərbaycanda  sovet 
hakimiyyətinin 
qurulması  və  70  il  ərzində  Azərbaycanm  sovet 
hakimiyyəti,  sovet  dövləti  çərçivəsində  yaşaması  dövrünü  əhatə  edir.  Bu 
illərdə  Azərbaycanda  çox  zəngin  iqtisadi  və  intellektual  potensial 
yaranm ışdı....  1920-1991-ci  illərdə  Azərbaycanm  iqtisadiyyatı  ilə  yanaşı 
təhsil, elmi, və mədəniyyəti də böyük inkişaf yolu keçm işdir...  Azərbaycan 
xalqınm  keçib  getdiyi  yol  yenüməz,  zəngin,  mərdanə  bir  qəhrəmanhq 
tarixidir...  Müstəqü  dövlətimiz  üçün  taleyüklü  məsələlərin  həyata  keçi- 
rilməsi,  tariximizin  bir  çox  qaranhq  səhifələrini  dərindən  tədqiq  edib 
açmaqla  kimliyimizi  tam  müəyyən  etməyi,  milli  kökləri  üə  bağh  yeni 
təfəkkürlü  gənc  nəsil  yetişdirilməsini  zəruri  edir».  Bu  baxundan
3

Azərbaycan  tarixinin  tərkib  hissəsi  olan  Dağlıq  Qarabağ  Muxtar 
Vilayətinin  zəngin,  unudulmuş,  təhrif  olunmuş,  ziddiyyətlərlə  dolu  olan 
1923-1991-ci  illər  tarixinin  tədqiqi  bu  gün  son  dərəcə  əhəmiyyətli  və 
olduqca  zəruridir.  Dağlıq  Qarabağm  tarixini  zəruriləşdirən  ilkin  amil 
Azərbaycamn  bu  qədim  diyarınm  müvəqqəti  olaraq  erməni  vandallan 
tərəfindən  ələ  keçirilməsi  və  erməni  diasporu  tərəfindən  şantaj,  şovinizm, 
saxta  siyasətinə məruz qalması  ilə bağlıdır.  Son  dövrlər isə  bu  siyasətə  bir 
terror  da  əlavə  edilmiş  və 
bütün  dünya  üçün  təhlükəyə  çevrilmişdir. 
Mövcud  vəziyyəti  obyektiv  tədqiq  etməklə  «qonşularımız»ın  kimliyini 
dünya  ictimaiyyətinə  çatdırmalı  və  bütün  dünyanı  təhlükəli  erməni 
terrorundan  xilas  etməliyik.  :DQMV-nin  1923-1991-ci  illər  tarixinin 
tədqiqini  zəruriləşdirən  amillərdən  biri  də,  sovet  hakimiyyəti  illərində 
mərkəzin  planı  əsasmda  erməni  separatçılanmn  Dağlıq  Qarabağı 
Azərbaycandan  qoparmaq  cəhdləri və  bunun xalqımız üçün  törətdiyi  ağır 
nəticələrini,  Vilayətdə  sosial  iqtisadi  və  mədəni  inkişafın  mərhələlərini 
öyrəmnək,  bu  istiqamətdə  Azərbaycan  dövlətinin  humanist  siyasətinin 
ermənilər  tərəfindən  saxtalaşdınlması  cəhdlərinin  açılması,  DQM V-nin 
sosial-iqtisadi  geriliyi  barədə  ortaya  atılan  tezisin  əsassız  olduğunu  arxiv 
sənədləri,  tarixi  mənbələr,  faktlar,  dövrü  mətbuat  və  digər  materiallar 
əsasmda sübut  etməkdən  ibarətdir.  Ümumiyyətlə,  monoqrafiyanı  işlərkən 
müəllif aşağıdakı konkret vəzifələri həll etməyə cəhd göstərmişdir;
-  DQM V-də  XI  Qırmızı  Ordunun  özbaşınalığına  və  erməni 
separatizminə  qarşı  milli  müqavimət  hərəkatmm  baş  verməsi,  onun  digər 
regionlarından fərqli xüsusiyyətləri,  məqlubiyyət səbəbləri və əhəmiyyətini 
təhlil etmək;
-  Mərkəzin  diqtəsilə  Azərbaycan  SSR-in  tərkibində  qondarma 
DQM V-nin  yaradılması  prosesini  izləmək.  Bu  qondarma  qurumu 
yaradanlann məqsədlərinə aydınhq gətirmək və DQM V-nin yaradılmasını
4
Azərbaycana  çarşı  «parçala  və  hökm  sür»  imperiya  siyasətinin  davamı 
kimi səciyyələndirmək;
-  DQM V-də  sosialist  təsərrüfat  sisteminin  formalaşmasımn 
xüsusiyyətlərini  və  doğurduğu  nəticələri  şərh  etmək,  sənayeləşmənin  və 
zorakı kollektivləşmənin SSRİ-nin mənafeyinə uyğun bir siyasət olduğunu 
faktlarla sübut etmək;
-  Sovet  rejimi  şəraitində  DQM V-də  elmin  inkişafının  əsas 
mahiyyət,  məqsəd  və  nəticələrini  aydınlaşdırmaq.  «Mədəni  inqilab»  adı 
altmda Azərbaycan xalqımn milli-mənəvi dəyərlərinə vurulan ağır zərbəni 
açmaq;
-  Azərbaycanm  sosial-iqtisadi  və  mədəni  inkişaf  tarixində 
DQM V-nin  sosial-iqtisadi  və  mədəni  inkişaf  mərhələlərini  müstəqil 
tədqiqat obyekti kimi  araşdırmaq;
-  D ağlıq  Qarabağda  fəaliyyət  göstərən  bütün  sənaye,  nəqliyyat, 
tikinti,  səhiyyə,  mədəniyyət  və  digər  müəssisələrin  məhz  Azərbaycan 
dövləti  tərəfindən  yaradılıb  inkişaf etdirilməsini  tarixi  sənədlər  və  faktlar 
əsasmda sübuta yetirmək;
-  Qərəzsiz  statistikanm  dili  ilə  DQM V-dəki  sosial-iqtisadi 
durumun  Azərbaycanın  digər regionlanna  nisbətən  yüksəkdə dayandığmı 
göstərməklə,  erməni ideoloqlarmın «DQM V-də yaşayan erməni əhalisinin 
sosial-iqtisadi  vəziyyətlərinin  geriliyi»  tezisinin  ağ  yalan  olduğunu  sübut 
etmək;

Tariximizi  saxtalaşdıran  erməni  müəlliflərinin 
«DQ M V 
iqtisadiyyatımn  Ermənistanla  sıx  bağlılığı»  qeyri-obyektiv  fikirlərinin 
əsassız olduğunu faktiarla açıqlamağa çahşmaq;
-  Bəhs  olunan  xronoloji  çərçivədə  Azərbaycan  hökumətinin 
DQ M V-də  xalq  təsərrüfatımn,  mədəniyyətin,  əhalinin  sosial  vəziyyəti  və 
məişətinin  yaxşılaşması  üçün  həyata  keçirdiyi  tədbirlərin  xronologiyasını
5

izləmək  və görülən tədbirlər nəticəsində vilayətdə baş verən  sosial-iqtisadi, 
mədəni yüksəlişi səciyyələndirmək;
- Azərbaycanm başqa regionlan ilə müqayisədə DQ M V-nə böyük 
həcmdə  maliyyə  vəsaitinin  ayrılması,  lakin  həmin  kapitalm  erməni 
icmasımn  daha  çox  cəmləşdiyi  yaşayış  məntəqələrinə  istiqamətlənməsi, 
erməni  rəhbərliyi  tərəfindən  azərbaycanlılar  yaşayan  kəndlərə  ögey 
münasibətin məqsədlərini aşkarlamaq;
-  tkinci  dünya 
müharibəsi  dövründə  DQM V-nin  oğul  və 
qızlarımn, ön və arxa cəbhədə göstərdikləri fədakarlıqları izləmək;
- X X  yüziUiyin 70-ci illərindən  80-cı illərin ortalannadək  DQM V- 
nin  xalq  təsərrüfatmın  bütün.  sahələrinin  irimiqyash  inkişaf  etməsinin 
səbəbini açıqlamaq;
-  DQM V-də  «yenidənqurma»nın  tətbiqi,  onun  ictimai,  siyasi  və 
iqtisadi nəticələrini təhlil etmək;
-  SSRİ  rəhbərliyinin  antiazərbaycan  siyasətinin  davamı,  Dağlıq 
Qarabağda  milli-münaqişə  ocağının  alovlandınlması  və  onun  xalqımız 
üçün törətdiyi ağır nəticələri göstərmək;
-  Azərbaycamn  suveren  hüquqlarımn  pozulması,  DQM V-də 
Xüsusi  Idarə  Komitəsinin,  Təşkilat  Komitəsinin  və  qondarma  «Dağlıq 
Qarabağ Respublikası»mn yaradıhnasmda Mərkəzi məqsədlərinə aydmhq 
gətirmək;
-  1924-cü  il  noyabrın  26-da  «DQM V-i  haqqında  Əsasnamə»nin 
qəbul edilməsi,  sonrakı dövrlərdə ali hakimiyyət orqanlarmm  mənafeyinə 
uyğun 
həmin 
«Qanun»a 
əlavələr 
edilməsi, 
D Q M V  
XDS-nin 
deputatlanmn  həmin 
«Qanun»da  yazılan  səlahiyyətlərindən  çox 
məharətlə  istifadə  edərək  bölgədə  yaşayan  azərbaycanhlar  əleyhinə 
yönəldilməsi kimi acı həqiqətləri açıqlamaq;

DQM V-nin, 
Qarabağ 
regionunun, 
Naxçıvan 
Muxtar 
Respublikasmm və bütün Azərbaycanın  inkişafının,  siyasi,  iqtisadi,  sosial,
6
milli  və  digər  məsələlərin  kompleks  həlli  milli  dövlət  quruculuğu 
prinsiplərinin toxunulmazhğmın təmin edilməsindən,  şovinist meyllərin və 
milli  məhdudiyyətlərin  aradan  qalldırılmasından,  Azərbaycanda  yaşayan 
bütün  millətlərin  və  xalqlann  nümayəndələrinin  əməkdaşlığımn  inkişaf 
etdirilməsindən asılı olduğunu, yeri gəldikcə vurğulamaq.
Monoqraflyada,  Ermənistamn  Azərbaycana  qarşı  əsassız  ərazi 
iddiaları  «Böyük  Ermənistan»  yaratmaq  məqsədilə  xalqımızm  başına 
gətirilən  müsibətlər,  xüsusilə  X X   yüzilliyin  80-ci  illərin  sonu,  90-cı  illərin 
əvvəllərində  erməni  vandalları  tərəfindən  törədilən  vəhşiliklər,  soyqınm 
hadisələri  mötəbər  tarixi  mənbələrə  əsaslanaraq  təhlil  edilmiş  və  erməni 
millətçiləri, 
onların 
xaricdəki 
havadarları 
tərəfmdən 
Azərbaycan 
əhalisinin  başma  gətirilən  qanlı  faciələrin  dünya  ictimaiyyətinə  və gələcək 
nəsillərə çatdırılması baxımından çox böyük əhəmiyyətə malikdir.
7

IF Ə S İL
Dağlıq  Qarabağda Sovet rejiminln bərqərar olması və
Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması (1920-1923)
1. Dağlıq Qarabağda sovet rejiminin qurulması və ona qarşı 
milli müqavimət hərəkatı (1920-ci ıl)
Ä2ərbaycamn  tarixində,  təsərrüfat  və  mədəniyyətində  onun 
ayrılmaz tərkib hissəsi  olan Dağlıq Qarabağın özünəməxsus rolu və yeri 
vardır.  Dağlıq  Qarabağ  sivilizasiyanm  ən  qədim  ocaqlanndan  biridir. 
Eyni zamanda  burada qədim insanların məskən salması,  yaşaması üçün 
hər  cür  əlverişli  şərait  -   isti  və  rütubətli  iqlim,  zəngin  flora  və  fauna 
mövcud olmuşdur.
Azərbaycamn  Dağlıq  Qarabağ  bölgəsi  Kiçik  Qafqazın  cənub- 
şərq  hissəsini  əhatə  edir.  Onun  cənub  və  şərq  sərhədiəri  Kür-Araz 
ovalığma çatır.  Qərb və şimaldan isə Murovdağ və Qarabağ silsilələri ilə 
əhatə 
olunmuşdur. 
Həmin  dağ  silsilələrindən 
Kür  və 
Araza 
istiqamətlənən  çaylar axır.  Dağlıq  Qarabağ  ərazisinin  şimaldan  cənuba 
eni  120  kilometr,  qərbdən  şərqə  35-60  kilometrdir.  Sahəsi  4,4  min 
kvadrat kilometrdir1.
Dağhq  Qarabağda  yeraltı  və  yerüstü  su  ehtiyatlan  boldur. 
Azərbaycamn  orta  illik  su  ehtiyatlannın  18  faizi  burada  cəmləşmişdir. 
Dağlıq  Qarabağın  çay  şəbəkəsi  çox  mürəkkəb  dağ  relyefı  içərisində 
yerləşərək  uzunluğu  10  kilometrdən  artıq  olan  56  çayı  və  uzunluğu  10 
kilometrdən az olan 77 çayı əhatə edir.  Buradakı  133 çaym hamısı kiçik 
çaylardır və öz sularmı qarışıq mənbələrdən, xüsusilə yağışlardan alır2 
Dağlıq  Qarabağda  qrunt  suları  çox  yerdə  bulaq  suları  şəklində 
səthə çıxır və həmin sulardan həm içmək üçün, həm də məişətdə istifadə 
olunur.
8
cərəyan  edir.  O rta  yanvar  tem peratur  +2  dərəcədə  -13  dərəcə  arasmda,  iyulda 
+ 14 dərəcədən  +26 dərəcə arasmda dəyişir. Yağmtı 400-900 mm düşür5.
Dağlıq  Q arabağ  zəngin  və  tayı  bərabəri  olmayan 
kurort-turizm 
ehtiyatlarma  malikdir.  Onların  əsasmı  şəfah,  təmiz  dağ  havası,  meşələr, 
müalicəvi  əhəmiyyətli  mineral  sular,  bulaqlar,  mənzərəli  alp  çəmənliklər,  tarixi 
abidələr və sair təşkil edir.
Dağlıq  Qarabağın  relyefı  və  iqlimi  müxtəlif  olduğu  kimi  torpaq  tipləri  də 
müxtəlifdir.  Dağlıq  Qarabağm  torpaqları  qurşaqlar  üzrə  yerləşir.  Vilayətin  şərq 
hissəsində  alçaq  sahələrdə  bozumtul-qəhvəyi  torpaqlar;  şimal-qərb  və  cənub- 
şərqdə  dağ-qəhvəyi  torpaqlar;  yüksək  dağlıq  ərazilərdə  isə  qonur  dağ-meşə 
torpaqları və dağ-qara torpaqları vardır6.
Dağlıq  Qarabağın  bitki  örtüyü  çox  müxtəlifdir.  Belə  ki,  torpaq  örtüyündəki 
şaquli  dəyişkənlik  bitkilərə  də  təsir  etmişdir.  Dağlıq  Qarabağm  114  min  hektar 
sahəsini  meşələr,  57  min  hektar  sahəsini  isə  kolluqlar  tutur.  Dağlıq  Qarabağın 
meşələrində  bitən  əsas  ağac  növləri  bunlardır:  palıd,  fısdıq,  saqqızağacı,  cökə, 
vələs,  çinar,  göyrüş,  qaraçöhrə,  kol  bitkiləri,  qoz,  alma,  arm ud,  alça,  zoğal, 
göyüm  və  sair.  B urada  yaşı  150-200  ilə,  hündürlüyü  25-30  metrə,  gövdəsinin 
dövrəsi  2,5  metrə  çatan  nadır  ağaclar  vardır.  Dağlıq  Q arabağda  2  minə  qədər 
bitgi növü məiumdur7.
Dağlıq  Qarabağda  çox  böyük  əhəmiyyətə  malik  olan  faydalı  qazıntı 
ehtiyatları  vardır.  Belə  ki,  ərazidə  Mezozoy  və  Kaynozoy  erasma  aid  əhəng 
daşları,  gillər  və  şistlər  geniş  yayılmışdır.  Tər-Tər  və  Xaçınçay  arasında 
Ağdərənin  M ehm anə  yatağında  qalay,  mis,  sink,  gips,  əhəngdaşı,  H adrudda 
qranit  yataqları,  dağlarda  xromit,  qurğuşun,  polimetal  fılizləri,  tikinti 
materialları.  mərmər, gibs, üzlükdaşı.  mergellər, sement üçün  əhəmiyyətli  mergell 
əhəng  daşları,  oda  davamlı  gil,  təbaşir  mövcuddur8.  Ağdərənin  Dovşanlı 
kəndində  bülöv  daşı,  dəyirman  daşı  vardır.  Dağlıq  Q arabağ  ərazisində  dünya 
miqyasmda  tanınmış,  müalicəvi  əhəmiyyətli  hidrokarbonatlı  Turşsu  mineral 
bulağı  daha  çox  məşhurdur.  Bununla  yanaşı  ərazidə  11  növ  müxtəlif tərkibli  su

çeşmələrinə malik  120-dən  çox  mineral  bulaq  var9.  Bütün  bu cəlbedici gözəlliklər 
və təbii sərvətlər xain qonşularımızın diqqətindən yayınmamışdır.
Vilayətdə  40-dan  artıq  millətin  nümayəndəsi,  o  cümlədən  azərbaycanlı. 
erməni,  rus,  ukraynalı,  belarus,  gürcü,  yahudi,  latış,  yunan,  ləzgi  və  başqalan 
yaşayırdılar.  Lakin  «etnik  təmizləmə»  siyasətini  yeridən  erməni  cəlladları 
vilayətdə azərbaycanlılan güllələmiş, girov götürmüş və məcburi  şəkildə qaçqma. 
köçkünə,  didərginə  çevirərək  "Türksüz  Dağlıq  Qarabağ"  yaratmışdılar.  Bu  isə 
"Türksüz və Böyük  Ermənistan" yaratm aq siyasətinin  məntiqi davamı demək idi. 
Ərazidə  istehsal  edilən  məhsulların  57  faizi  bitkiçiliyin,  43  faizi  isə 
'heyvandarlığm  payına  düşür10.  Vilayətdə  aqrar  sahənin  inkişafı  sənayenin  də 
genişlənməsinə  şərait  yaratmışdır.  Dağlıq  Q arabağda  əhalinin  sosial,  mədəni- 
məişət  sahəsindəki  göstəricilər  ümumrespublika  səviyyəsindən  çox  yüksəkdə 
dayanmışdır.  Dağlıq  Qarabağın  əlverişli  coğrafı  mövq'eyə malik  olması,  iqtisadi 
cəhətdən  güclü  inkişafı  və  ticarət  yolları  ayrıcında  yerləşməsi  həmişə  xain 
qonşularımızm  diqqətini  cəlb  etmişdir.  Dağlıq  Qarabağ  Azərbaycanm  ən  gözəl 
və bərəkətli guşələrindən biridir.
Azərbaycanda  işqalçılıq  siyasətini  həyata  keçirən  bolşeviklər  keçmiş  Rusiya 
imperiyasını  bərpa  etmək  moqsədilə  I920-ci  il  aprelin  28-də  Bakıda  Azərbaycan 
Sovet  Sosialist  Respublikasmın  yarandığınt  elan  etdilər11.  Doğrudur,  xalqm 
narazı  olacağından  qorxan  balşeviklər  öz  işğalçılıq  siyasətini  pərdələmək  üçün 
Azərbaycanı «müstəqil»  Sovet Sosialist  Respublikası elan etsələrdə, əslində  aprel 
çevrilişindən  sonra  Azərbaycan  öz  dövlət  müstəqilliyini  itirdi.  «Müstəqil 
Azərbaycan  Respublikası»  şüarı  altında  bolşeviklərin  XI  Qırmızı  Ordu  hissələri 
qısa  bir  müddətdə  ciddi  müqavimətə  rast  gəlmədən  Azərbaycanın  əksər 
ərazilərini  öz  nəzarəti  altına  aldılar12.  Bolşeviklərin  təsiri  güclü  olan  Dağlıq 
Qarabağda  Sovet  ordu  hissələri  hələ  özünü  yetirməmiş  hakimiyyət  onların  əlinə 
keçmişdi.  I919-cu  ilin  sonu  1920-ci  ilin  əvvəllərində  Dağlıq  Q arabağda  vəziyyət 
son  dərəcə  gərgin  idi.  Çünki,  XI  Qırmızı  O rdunun  hücumu  ərəfəsində 
Azərbaycan  Milli Ordusunu cəbhə xəttindən uzaqlaşdırmaq məqsədilə Rusiyanm
10
«sifarişi»  ilə  Dağlıq  Q arabağda  ermənilərin  qiyamı  baş  vermiş,  Ermənistamn 
əsassız ərazi iddiaları  və hərbi təcavüzü miqyash xarakter alm ışd ır'l
1920-ci  ilin  m artında  A.İ.M ikayan  Moskvada  bir  qrup  Ermənistan 
nümayəndəsini  qəbul  etdi.  A.İ.M ikayan  bildirdi  ki, əgər  Sovet  qoşunları  Bakıya 
daxil  ola  bilərsə,  onda  Ermənistan  dövləti  də  öz  məqsədinə  çatacaqdır.  Bakmın 
asan  yolla  ələ  keçirilməsi  üçün  burada  yerləşən  Milli  O rdunun  çıxarılması  tələb 
olunurdu.  Ona  görə də Dağlıq  Q arabağda şovinist  erməni  cəlladının  göstərişi  ilə 
erməni  müdaxiləsi  yenidən  başlandı.  Erməni  daşnak  hökuməti  bildirirdi: 
«Qafqazda  Gürcüstan  və  Azərbaycan  ola  bilməz.  Burada  ancaq  Ermənistan 
olmalıdır»14.  1920-ci  il  22  m artda  başdan-ayağa  silahlanmış  güclü,  təlim  görmüş 
nizami erməni  ordusu  Şuşaya daxil olub amansız qırğmlar törətdilər.  Həmin  gün 
minlərlə dinc əhali daşnak quldurları tərəfındən öldürüldü.  Həmin gün təkcə Şuşa 
şəhərində  1700  bina  yandırılmışdı.  Şərəf  və  ləyaqətin  tapdalanm ası,  qadma, 
qocaya,  uşaqa  am an  veriimədən  qırılması  adi  hala  çevrilmişdi15.  Dağlıq 
Q arabağda  baş  verən  bu  qırğımn  qarşısım  almaq  üçün  Azərbaycan  Milli  Ordu 
hissələri  1920-ci  il  aprelin  26-da  Dağlıq  Q arabağa  daxil  oldu!6.  Təcavüzkar 
erməni  quldur  dəstəbri  müvəqqəti  olaraq  ərazidən  uzaqlaşdı.  Lakin  Şimal 
sərhədlərimizdoki  yaranmış  boşluqdan  istifadə  edən  XI  O rdu  hissələri 
Azərbaycan sərhədlərini keçdi17.
Beləliklə,  1920-ci  il  aprel  çevrilişi  ərəfəsində  Dağlıq  Q arabağda  erməni 
daşnaklarının  məkirli  ərazi  iddiaları  kütləvi  xarakter  aldı  və  onlarm   yerli  dinc 
müsəlmanlara  qarşı  təcavüzü,  zorakılığı,  qarəti  daha  d a   genişləndi.  AK  (b)P 
Qarabağ  Komitəsi  Dağlıq  Qarabağda  yaranmış  vəziyyətdən  istifadə  edərək  öz 
təbliğatlarını  genişləndirdilər.  Bəhs  etdiyimiz  dövrdə  Şuşa  gizli  bolşevik 
komitəsinə  milliyətcə  erməni  olan  Akop  Kamari  rəhbərlik  edirdi.  Dağlıq 
Q arabağda xalqımızın  iqtisadi və siyasi  böhranla üzləşməsi, onların milli çəkişmə 
və  qarşıdurm adan  təngə  gəlməsi  əhalinin  müəyyən  təbəqəsinin  bolşevik 
təbliqatına  inanmasına səbəb olmuşdur.  Dağlıq Q arabağda A kop  Kam ari  başda 
olmaqla  Ş.Şahnazaıyan,  B.Vəlibəyov,  B.Qaragözyan,  A.Qevelyan,  A.Tataryan
ıı

və  başqaları  xalqı  «ədalətli  və  dinc  quruluş»  yaratmağ  üçün  birliyə  səsləyərı 
yığıncaqlar keçirirdilər18.
1920-ci  il aprelin  29-da  Dağlıq  Qarabağ inqilab komitəsinin  xalqa  müraciəti 
qəbul  edildi.  Həmin  müraciətdə  deyilirdi:  «Yoldaşlar  daşnakların  zülmünə 
dözdüyünüz  bəsdir,  sizin  ayılmaq  vaxtmız  gəlib  çatıb.  Məgər  siz  açıq  aşkar 
görmürsünüzmü  ki,  bütün  qanlı  qırqınları  daşnaklar  törədir.  Daşnak  terroruna 
əməkçilərin  qırmızı  terroru  ilə cavab verin.  Bu  işdə  bütün  Azərbaycan  kəndliləri 
və proletariatı sizinlə birlikdə döyüşəcəklər.  Qırmızı  Ordu hissələri sizə bu  uğurlu 
yolda yaxın köməkçi olacaqdır»19.
Mərkəzdə  hakimiyyəti  ələ  keçirən  XI  Qırmızı  Ordu  Azərbaycanm  bütün 
ərazisini zəbt etmək üçün  1920-ci  il  mayın  1 -dən  respublikamn daxili əyalətlərinə 
«Zəfər  yürüşü»nə  başladılar.  1920-ci  il  mayın  2-3-də  XI Qırmızı  O rdunun  silahlı 
qüvvələri 
Yevlax 
stansiyasında 
qərarlaşdılar20. 
XI 
Ordunun 
Qarabağ 
istiqamətində gələcəyi  xəbərini  eşidən  Q arabağ bolşevikləri  \920-ci il maym 4-də 
Qarabağ  genera/-quberna£oru  X.SuJtanovu  hakimiyyətdən  uzaqlaşdıraraq 
hakimiyyətı'n  Qəza  İnqilab  Komı'təsinin  əHnə  keçdiyini  elan  etdilər.  İnqilab 
Komitəsinin 
tərkibinə 
B.Vəlibəyov, 
S.A.Ambarsumyan, 
K.Şahnazarov, 
Q.İbrahimov  daxil  oldular.  Mayın  10-da  H adrudda,  maym  11-də  Qaryagində 
İnqilab Komitələri təşkil olundu21.
1920-ci  il  maym  12-də  Q.Orcangıdzenin  başçılığı  ilə  XI  Ordu  Şuşaya  daxil 
oldu22.  XI  Qırmızı  Ordu  hissələri  Dağlıq  Q arabağa  daxil  olarkən  heç  bir 
müqavimətə  rast  gəlmədi.  Ona  görəki,  burada  əhalinin  xeyli  hissəsini  erməni  və 
ruslar  təşkil  edirdi.  Onlar  Qırmızı  O rdunu  səbirsizliklə  gözləyirdilər.  Dağlıq 
Qarabağdakı  çoxsayh  rus  və  erməni  əhalisi  Qırmızı  O rdunun  timsalmda 
Rusiyanın  hakimiyyətini  görür  və  ona  yerli,  milli  hakimiyyətlə  müqayisədə 
üstünlük  verirdilər.  Dağlıq  Qarabağda  yaşayan  azərbaycanlıların  bir  qismi  uzun 
illər  boyu  uzanan  erməni  qanlı  savaşma  son  qoyulacağını  ümid  edir,  bəziləri  isə 
bolşevik  təbliğatına  uyub,  yeni  hökumətin  gəlişi  ilə  xalq  kütlələri  tərəfindən 
tarixən  arzulanan,  ədalətli  və  xoşbəxt  cəmiyyətin  yaradılacağını  göziəyirdilər. 
Müqavimət göstərməyə qadir olan  qüvvələrin  böyük  bir hissəsi  dərk  edirdilər  ki,
12
yaranmış  qüvvələr nisbətində  müqavimət mənasızdır və ancaq  saysız qurbanlara 
gətirib  çıxara  bilər.  Bütün  bunlarla  yanaşı  bolşeviklər  əvvəlcədən  bəyan 
etmişdilər  ki,  əgər  yerlərdə  XI  Qızıl  Orduya  müqavimət  göstərilərsə  terrora  əl 
atılacaqdır.
Bütün  bu  səbəblərə görə  X I  Qırmızı  Ordu  hissələri  heç  bir  müqavimətə  rast 
gəlmədən  Dağlıq  Qarabağa  daxil  oldu.  1920-ci  il  mayın  13-də  bolşeviklərin 
«Qarabağm  erməni  və  müsəlman  xalqına  müraciəti»  qəbul  edildi.  Həmin 
müraciətdə 
yerlərdə 
dərhal 
sovet 
idarə 
orqanlarınm  
yaradılması 
və 
möhkəmləndirilməsi  işinə çağırış var idi23.
Moskvanın  göstərişi  ilə Dağlıq  Qarabağın  partiya  təşkilatı  kütlələr  arasında 
geniş  təbliğat  və  təşviqat  işləri  aparm ağa  başladı.  Dağlıq  Q arabağm   bir  çox 
kəndlərində  silahlı  dəstələr  yaradıldı.  Azərbaycan  Kommunist  Partiyası  Dağlıq 
Q arabağ  Mahal  Komitəsinin  buraxıldığını  elan  etdi.  Bu  barədə  qəbul  olunmuş 
bəyannamədə  qeyd  olunurdu  ki,  «...K om m unist  Partiyası  başda  olmaqla 
müstəqil  Sovet  Respublikası  bu  gün  sizi...  ümumi  düşmənə  qarşı  birgə 
mübarizəyə  çağırır.  Öz  inqilab  komitənizi  təşkil  edin,  buraya  yalmz  əsl 
kommunistləri seçin»24.
Azərbaycan  Kommunist  Partiyasmm  Mərkəzi  Komitəsi  yerli  partiya 
təşkilatlarına  kömək  göstərməkdən  ötrü  Dağlıq  Qarabağa  onlarca  təcrübəli 
partiya işçisi, smanmış şəxslər göndərdi.  1920-ci il maym 25-də əksəriyyəti erməni 
millətindən  ibarət  olan  silahlı  dəstələr  XI  Ordunun  hissələrinin  köməyi  ilə  yerli 
müdafıə qüvvələrinə qarşı mübarizəyə başladılar.
1920-ci  il  mayın  26-da Tağverd  kəndində Q arabağ kəndlilərinin X  qurultayı 
çağırıldı.  Qurultayda  hakimiyyətin  Dağlıq  Qarabağ  İnqilab  Komitəsinin  əlinə 
keçdiyi  elan  edildi.  Dağlıq  Q arabağ  İnqilab  Komitəsinin  sədri  vəzifəsınə  Sako 
Ambarsumyan seçildi25.
R us,  erməni  silahlı  dəstələrinin  və  bolşevik  təbliğatına  uyan  bir  qrup 
azərbaycanlınm  köməyi  ilə  Qarabağm   bütün  şəhər  və  kəndlərində  qısa  bir 
m üddətdə hakimiyyət İnqilab Komitəsinin  əlinə keçdi.  İnqilab  Komitəsi  Şuşanın 
yaxmhğmda  yerləşən  Daşaltı,  Turşsu,  Xaçın,  Çartaz,  X anabert,  Q arabağ  və

Quşçular  kəndində  toplaşan  kiçik  silahlı  dəstələrin  müqavimətini  qırdılar. 
İnqilab  Komitəsi  bölgədə  yerləşən  Müsavat  silahlı  qüvvələrinin  ləğv  olunması 
işinə başladı26.
Yerli  dinc  əhali  tərəfindən  xiiaskar  kimi  qarşılanan  Qırmızı  Ordu 
döyüşçülərinin  soyğunçu,  quldur,  işğalçı  hərəkətləri,  hakimiyyətdə  olanlann 
qarətçilik  siyasəti,  varlı  adam lann,  o  cümlədən  ziyalıların  evlərində  kütləvi 
şəkildə  axtarışlar  apartlması,  əmlakların  müsadirə  edilməsi,  insan  ləyaqətinin 
tapdalanması  və  təhqirlər  xalqımızm  yeni  yaranmış  hakimiyyətə  qarşı 
narazılığını  artırırdı.  Dağlıq  Qarabağ  ərazisində  bu  hal  daha  kütləvi  xarakter 
almışdı.  Çünki  bütün  bunlarla  yanaşı  Qırmızı  Ordunun  timsalında  mənfur 
niyyətlərinin  böyük  qüvvəsini  duyan  ermənilər  1920-ci  ilin  maymda  torpaq 
iddiası  ilə  daha  da  azğınlaşmış  və  kəndlərin  yandırılması,  dinc  əhalinin 
güllələnməsi  adi  hala  çevrilmişdir.  Qəzəb  dalğası  xalqm  müqavimət  hərəkatını 
yetişdirmişdi. 
1920-ci  ilin  maymdan  Azərbaycan  milli  ordusu,  erməni 
təcavüzkarlığınm,  erməni  basqınlarınm  qarşısını  almaq  məqsədilə  Qarabağ 
bölgəsində  yerləşdırilmişdi.  Milli  O rdu  hissələrindəki  əsgəriərimiz,  Qırmızı 
Ordunun xalqımızm adət-ənənəsinə, milli xüsusiyyətlərinə toxunan  hərəkətləri ilə 
barışmır,  hətta  yeni  hakimiyyətin  özbaşınalığına  qarşı  biganə  qalmır  və  onların 
qarşısım almağa cəhd göstərirdilər.
1920-ci  il  mayın  I2-də  Azərbaycan  İnqilab  Komitəsinin  əmri  ilə 
əksinqilabçılara,  təxribatçılar  və  alverçiliyə  qarşı  Fövqəladə  Komissiya  (FK) 
yaradıldı.  FK   tərəfindən  görülən  tədbirlərə  hökm  verilməsi  Ali  İnqilabi 
Tribunala  həvalə  olundu.  FK   toşkil  olunduğu  ilk  gündən  Sovet  Rusiyasmda 
olduğu  kimi  terrorçu  bir  orqan  kimi  fəaliyyətə  başladı.  Respublikamn  bir  çox 
qəzalarmda  və  o  cümlədən  Dağlıq  Q arabağ  bölgəsində  də  FK   təşkil  olundu. 
Dağlıq Q arabağda FK -nm  sədri vəzifəsinə Armenak Mkrtiçeviç Qaragözov təyin 
edildi.  O  «şübhəli  ünsür»  adı  altında  azərbaycanlı  imkanlı  şəxslərin,  mədəniyyət 
xadimlərinin həbslərinə başlandı.  1920-ci ilin  sonu və  1921-ci  ilin birinci  rübündə 
təkcə Şuşadan 75  nəfər,  Xocavənd  və Ağdərə bölgəsindən  112  nəfər,  1921-ci  ilin 
fevral-mart  aylarında  Çeraber  kəndində  13  nəfər,  İmarət-Qərvənd  kəndində  9
14
nəfər, Qarakənddən  5 nəfər, Sığnaq,  Daşaltı kəndlərindən  20 nəfərdən çox  adam 
məsulüyyətə  cəlb  olunmuşdular27.  Məsuliyyətə  cəlb  olunanlarm   böyük 
əksəriyyəti  azərbaycanhlar  idi. 
1920-1921 -ci  illərdə  yayında  Xankəndi, 
Xocacavənd, Qaryagin  və  H adrutda  həbs  olunmuş  200  nəfərdən  çox  adam  Şuşa 
və  Qıraxtin  (Cəbrayıl)  həbsxanasmda  saxlanılmış,  qaçaq  düşən  və  ya  İrana  baş 
götürüb  gedən  qohumları  və  ya  yerliləri  ilə  gizli  əlaqə  saxladıqlarmı  bəhanə 
edərək  şahidsiz,  sübutsuz ən  ağır cəzaya məhkum olmuşlar28.  Dağlıq  Qarabağda 
təqib olunanların,  həbs  edilənlərin çoxsu milli  ayrı-seçkiliklə,  milli  ədavətlə bağlı 
məsələlər  üstündə  mühakimə  edilmişlər.  FK   yerlərdə  əhali  arasında  vahimə 
yaratm aq məqsədi güdürdü.
Respublikanm  kəndlərində  və  xüsusi  ilə  sərhəd  rayonlarm da  Dağlıq 
Qarabağda FK  ilə XI O rdunun xüsusi şöbələri geniş fəaliyyət göstərirdi.  FK  kimi 
XI  Ordunun  xüsusi  şöbəsi  də  qəzalara,  kəndlərə  gedərkən  ilk  növbədə  varlı 
adam lann  siyahısını  tələb  edir,  qaçaqçılıqla  məşğul  olanları  arayıb-axtarır,  hər 
bir  ailənin  keçmişi  ilə  m araqlanır,  təqib  olunmaları  üçün  tədbirlər  görürdülər. 
İstər  FK-mn  və  istərsə  də  XI  Ordunun  siyasi  şöbəsinin  qeyri-məhdud 
səlahiyyətləri  var  idi29.  Məhz  buna  görə  xalq  təsərrüfatının  bərpasma  keçid 
dövründə respublikanm hər yerində və xüsusilə Dağlıq Q arabağda siyasi vəziyyət 
son  dərəcədə  gərgin  bir  halda  idi.  Əhalinin  qarət  olunması,  təqiblər,  insan 
ləyaqətinin  tapdalanması  adi  bir  hala  çevrilmişdir.  Buna  görə  Şuşadan, 
Qaryagindən  və  digər  ərazilərdən  xeyli  imkanlı  ailələr  İrana,  bir  qismi  ısə 
Türkiyəyə  çıxıb  getməli  oldular.  XI  O rdunun  8-ci  diviziyasının  siyasi  şöbəsinin 
əməkdaşları  Şuşaya,  Xankəndinə,  H adrut  və  Qaryaginə  daxil  olarkən  keçmiş 
qəza  rəislərini,  pristavları,  kəndxudaları,  bir  çox  din  xidmətlərini,  varlı 
ham paları, onların  ailə üzvlərini, hətta qadınlarmı  həbs edib,  Şuşa və Qıraxtında 
saxlanmış,  bir  çox  bəylər  əhalinin  gözü  qarşısında  güllələnmişlər30.  Cavanşir 
qəzası  İnqilab Komitəsinin  fəaliyyəti ilə bağlı  1920-ci  il  17  oktyabr  məlumatmda 
bildirilirdi  ki,  Tərtərə  gələn  komissiya  inqilab  düşmənlərinin  güllələnməsini 
həyata  keçirdi.  Cəbrayıl  qəzasından,  habelə  H adrutdan  İnqilab  Komitəsinə 
göndərilən  gizli  m əktubda  göstərilirdi  ki,  bu  bölgədə daxili  «sakitlik!ə»  bağlı  bir
15

çox  tədbirlər görülmüş,  inqilab  düşmənlərindən  intiqam  alınmışdır.  Əhali  böyük 
qorxu,  ciddi  təlaş  içərisində  idi.  Dağlıq  Qarabağdan  verilən  xəbərlərdən  aydm 
olur  ki,  son  zam anlarda  bölgədə  yerləşən  ordu  hissələri  əhali  arasında  iş 
apararkən  əhalinin  adət-ənənələrinə,  dininə,  dilinə  hörmət  etmir,  onlarla 
vəhşicəsinə  rəftar  edirlər.  Şuşada,  Ağdərədə,  Qaryagində  kütləvi  həbslər 
apanlmışdır31.
1920-ci  ilin  sonlarında  Dağlıq  Qarabağdan  AK(b)P  M K -nə  daxil  olan 
məlumatda  göstərilirdi  ki,  Şuşada  vəziyyət  son  vaxtlar  daha  da  ağırlaşıb. 
Müsəlmanlar  keçmişə daha  çox  meyllidirlər.  Bunun  əsas  səbəbi  heç  bir  qaydaya 
sığmayan  mal-qaranın,  taxılın  ot-ələfin  müsadirəsi,  kəndlilərə  qarşı  FK-nın 


Yüklə 48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2020
rəhbərliyinə müraciət

    Ana səhifə